Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar



Yüklə 0,66 Mb.
səhifə7/14
tarix15.12.2022
ölçüsü0,66 Mb.
#74969
1   2   3   4   5   6   7   8   9   10   ...   14
C fakepathMühazir l r tam toplu

( MÜHAZİRƏ 6 )
QAZ METODU
Bu metod- geokimyəvi tədqiqatlar kompleksində əsas yer tutur. Metod, torpaqdan, süxurlardan, sulardan, qazma məhlulundan, qar və bitki örtüyündən, atmosferdən, yataqlardan ayrılan səmt və sərbəst qazların molekulyar və trotop tərkiblərinin öyrənilməsinə əsaslanacaq, səpələnmiş qazlar hesabına əmələ gələn geokimyəvi anomal sahələrin aşkar edilməsinə əsaslanır.
Bu metodun tətbiqi rayonun geoloji quruluşunu nəzərə almaqla qaz anomaliyalarının paylanma xüsusiyyətini və onların dərində yerləşən neft və qaz yığımları ilə əlaqəsini müəyyən etməyə imkan verir.
Bu metod- qaz planalmasını, qaz-kern planalmasını və qaz karotajını özündə cəmləşdirir.
Hazırda qaz metodu digər metodlarla əlaqədar olaraq, axtarış-kəşfiyyat işlərinin bütün mərhələlərində istifadə olunur.
Quyuların qazılması zamanı qaz metodundan istifadə edərkən kern, şlam və gil məhlulundan nümunələr götürülür. Müxtəlif deqarator sistemləri vasitəsilə kerndən, şlamdan və gil məhlulundan qazlar çıxarılır. Sonra isə qaz xromotoqrafiya metodu ilə qazların kimyəvi tərkibi öyrənilir. Alınan məlumatlar əsasında geokimyəvi sxem və dioqramlar qurulur.
Qaz metodu ilə aparılan tədqiqatların son nəticəsi qaz qarışıqlarının bu və ya digər komponentlərinim anomal konstruksiyalı sahələrinin aşkar edilməsi və onların mənşəyini öyrənməkdən ibarətdir.
Kh qazların anomal konsentrasiyalı sahələrin olması bu sahələrin neft-qazlılığının birbaşa göstəricisidir. 
Məlumatlar təhlil edildikdə ilk növbədə metan ,propanın və ağır Kh-in miqdarına əsaslanırlar.
Qeyd etmək lazımdır ki, metama görə müəyyən olunan qaz anomaliyaları həmişə neft-qaz yataqları ilə əlaqədar olmur. Bu "yalançı"-psevdo anomaliyalar bataqlıqlarda qaz əmələgəlmə və ya kömür layları ilə əlaqədardır.
Bundan əlavə, neftli-qazlı əyalətlərdə rast gələn və metanla doymuş iri sulu horizontlar da qaz anomaliyalarının yaranmasına səbəb ola bilər.
Metanın homoloqları ilə əlaqədar olan göstəricilər daha inandırıcıdır, çünki onların mənşəyi neft və qaz yığımları ilə əlaqədardır.
Bundan əlavə geokimyəvi göstərici olaraq CH4/E ağır Kh, CH4/C3H8 və.s. Kh-ın nisbətlərindən istifadə olunur. 
Qeyri Kh qazlar –N2,CO2, H2S, H2-adətən nümunə götürülən zonada geokimyəvi şəraiti əks etdirən göstəricilərdir. Lakin biogen mənşəli azot (N2) -neft və kömür laylarının göstəricisi kimi istifadə oluna bilər.
Yer qabığının radioaktiv elementləri vasitəsilə generasiya olunan və tez-tez qaz yataqlarında akkumulyasiya olunan He-un da axtarışda böyük əhəmiyəti vardır.
Onların anomal konsentrasiyalı sahələri də Kh yığımları ilə əlaqədar ola bilər.
Neft-qaz yığımlarından Kh qazların miqrasiyası zamanı flüidlərin paylanması üçün yaxşı hidrodinamiki şərait və süxurların lazımi fiziki parametrlərinə malik bəzi horizontlar yüksək qaz doyumluluğu ilə xarakterizə olunur.
Belə horizontlar-dayaq horizontları adlanır. Bu horizontlar sahə boyu geniş yayılaraq, eyniyaşlı, litoloji bircins süxur kompleksindən ibarət olmaqla, geokimyəvi mənimsənilmə zonasında yerləşir və Kh-in akkumulyasiyası və konservasiyasını təmin edir.
Qarometrik dayaq horizontlarına aşağıdakı tələblər irəli sürülür.

  1. Qalınlığı 20 m-dən çox olan terrigen və ya karbonat laylarından ibarət olan dayaq horizontu sahə boyu izlənilməlidir.

  2. Dayaq horizontu kəsilişin subasqı rejimli hissəsində yerləşməlidir. Tədqiqar sahəsində horizont qara görə keçirici olmayan süxur qatı ilə örtülməlidir.

  3. Dayaq horizontunun süxurlarında autigen ÜM –in, əsasən də bitumoidlərin miqdarı fon qiymətərindən çox olmalıdır, əks halda bu “ yalançı-psevdo” anomaliyaların yaranmasına səbəb ola bilər.

  4. Öyrənilən kəsilişdə dayaq horizontu kimi elə bir stratiqrafik interval qəbul edilməlidir ki, yuxarıdakı tələblərə riayət olunmaqla bərabər, eyni zamanda geniş konsentrasiya diapazonlu səpələnmiş KH qarlara malik olsun.

Qaz –Kh anomaliyaları dedikdə, səpələnmiş qazların konsentrasiyasının öyrənilən rayon və çöküntü komplekslərinə xas olan fon miqdarından artıq olduğu məhdud sahələr başa düşülür.
Bu təyinatdan görünür ki, dayaq horizontlarında qaz anomaliyalarının kəmiyyətcə qiymətləndirilməsi, öyrənilən sahədə qazların miqdarının anomal və fon konsentrasiyalarının orta qiymətlərinin müəyyən edilməsilə ölçülür. Bunların nisbəti qaz anomaliyasını kəmiyyətcə səciyyələndirən əsas göstəricidir. Buna qaz anomaliyasının kontrastlığı (kəskinliyi) deyilir.
Bu göstərici həm ayrı-ayrı Kh komponentlərinə görə, həm də onların birgə cəminə görə hesablanır.
Axtarışda detal geokimyəvi tədqiqatlar zamanı, süxurların qazdoyumluluğu haqqında informasiyanı struktur- geokimyəvi quyulardan götürülən kern və yuyucu məhlulun filtratına əsasən almaq mümkündür. Süxurların və filtratın deqazasiyası nəticəsində alınan qazların xromotoqrafik analizinin nəticələri sm3 –lə 1kq və ya 1 l məhlul üçün hesablanır.
Kontrastlığın qiyməti aşağıdakı qayda üzrə hesablanır. Dayaq horizontunda Kh komponentinin bütün məlumatlarına əsasən tədqiq olunan axtarış sahəsi üçün statistik qrafik qurulur. Bu qrafikə əsasən Kh komponentinin maksimal fon qiyməti müəyyən edilir ki, bu da tədqiq olunan nümunələrin 70-80% -nə əsaslanır.
Qazdoyumluluğun qiymətinin ən azdan-maksimal fon qiymətinə qədər aproksimasiyası ( orta qiymətinin) nəticəsində komponentin orta fon qiyməti- CF hesablanır. Qazdoyumluluğun maksimal fon- maksimal anomal qiymətləri arasında korrelyasiyası ilə- komponentin orta anomal qiymətini hesablamağa imkan verir – Can . Can / CF nistəti qaz anomaliyasının bu komponentə görə kontraslılığını ifadə edir.
Quyuların sayı çox olduqda, hər quyu üzrə bu nisbətin qiyməti hesablanır və bu məlumatlar əsasında dayaq horizontu üzrə komponent üçün dayaq horizontunun qazla doyumluluq xəritəsi qurulur.
Öyrənilən sahədə qaz- Kh anomaliyalarını konturlaşdırmaq məqsədilə adətən bir sıra quyular qazılır. Bu quyular elə yerləşdirilir ki, onlar güman edilən dayaq horizontunu, həm Yer səthinə ən yaxın zonada, həm də dayaq horizontunun maksimal çökmə ( əyilmə ) zonasında açmış olsun. Litoloji-stratiqrafik yığımların axtarışı zamanı quyular, layların uzanma istiqamətini kəsən profillər üzrə yerləşdirilir.

( MÜHAZİRƏ 7)
QAZ KAROTAJ METODU
Qaz karotajı-kernə, şlama və yuyucu mayenin filtratına görə aparıla bilər.
Kəsilişin doyumluluq xarakterini qiymətləndirmək məqsədilə qaz karotajı materiallarının interpretasiyası zamanı qaz, neft və su layları ayrılır. Qaz karotajı, axtarış işlərinin məqsədindən asılı olaraq, həm dayaq horizontuna görə, həm də bütün kəsiliş üzrə aparıla bolər. 
Qaz karotajı, layların neft-qazlılığının, qazma zamanı yuyucu mayenin filtratınnda olan qaz komponentlərinin və maye buxar komponentlərini konsentrasiyasnın təyin lunmasına əsaslanır.
Hazırda avtomatik qaz-karotaj stansiyaları AQRS-65 və AQRS-4APS zavodda seriya üzrə hazırlanır. Bundan əlavə AQİS geokimyəvi informasiya sistemi də yaradılmışdır.
Geokimyəvi stansiyaya verilən yuyucu maye qazsızlaşdırılır, sonra bu qazlarda xromotoqrafiya metodu ilə Kh və qeyri-Kh komponentlərin miqdarı təyin edilir.
Qaz tutumlu horizontlar qaz karotajı diaqramlarında metanın (CH4) yüksək miqdarı, Ʃağır Kh-ləri, yuyucu məhlulun filtratında maye Kh-in olmaması ilə seçilir. bu hal üçün qazmanın yüksək sürəti, yuyucu məhlulun sıxlığının az olması, özlülüyünün isə çox olması xarakterikdir.
Neftli horizontlar qaz-karotajı diaqramlarında metanın yüksək miqdarı, Ʃağır Kh-in nisbətən çoxluğu, yuyucu məhlulun özlülüyünün çoxluğu və qazmanın yüksək sürəti ilə seçilir.
Sulu horizonlar- metanın varlığı, Ʃağır Kh-in çoxluğu, yuyucu məhlulda suyun miqdarının çox olması ilə seçilir. Kh -qazların neftli, qazlı və sulu laylarda olan fərqli xüsusiyyətlərini bilərək, Kh qazların ayrı-ayrı komponentlərinin müqayisəli nisbətinə görə yığımların xarakterini (qaz, neft, su) müəyyən etmək olar. 
Neft yataqlarında aparılan qaz karotajı işləri göstərir ki, burada Ʃağır Kh-in miqdarı-10-20%, metanın miqdarı isə 80-90% təşkil edir. Qaz yataqlarında isə bu göstəricilər uyğun olaraq, 0-3 % və 98-100% arasında dəyişir.
Qar örtüyünə görə qaz planalması prof.Q.A.Moqilevski tərəfindən təklif olunmuşdur. Bu metod Ukrayna və Şərqi Sibir yataqlarında tətbiq edilir. Ümumiyyətlə, bu metod qar örtüyünün zaman çərçivəsində çox qaldığı regionlar üçün aktualdır. 
Planalma əvvəlcədən müəyyən edilən profil xətləri üzrə aparılır. Qar nümunələri Yer səthindən 0.3 m dərinlikdən götürülür. Hər nümunə 0,5l həcmli şüşə bankalara yerləşdirilir. Və ağzı germetik bağlanır. Nümunələr 2 mərhələdə qazsızlaşdırılır: əvvəlcə soyuq halda , vakkuum hesabına qar tam əriyənə qədər; sonra vakuum saxlanılmaqla nümunə qaynayana qədər. Sonra hər iki nümunə xromotoqrafiya üsulu ilə tətqiq olunur.
( MÜHAZİRƏ 8)
BİTUMİNOLOJİ AXTARIŞ ÜSULLARI
Bituminoloji abomaliyaların aşkar edilməsi və onların neft-qaz yığımları ilə genetik axtarış göstəriciləri əsasında aparılır. Bu göstəricilərin əsasını bituminoloji anomaliyaların xarakterinin və onların maddi tərkibinin, neft və qaz yığımları ilə eyni elementlərə malik olması təşkil edir. Bu göstəricilərin və onların informatikliyinin müəyyən olunması üçün neftlərdə Kh və qeyri-Kh komponentlərin spesifik paylanma xarakteri, H- alkanlar və digər parametrlər istifadə olunur.
Bu göstəricilər kompleksi və onların informatikliyi bir sıra ilkintörəmə amillərdən asılıdır.
Bituminoloji anomaliyalar üçün neft-qaz yataqlarının onların əmələgəlmə ocaqlarına yaxın olması, flüidlərin sərbəst miqrasiya yollarının varlığı, kollektorların və qeyr-keçirici layların olması münasib geoloji şərait kimi qiymətləndirilir.
Bu halda anomaliya göstəriciləri ilə neft-qaz yığımlarının göstəriciləri bir-birinə yaxınlaşacaq.
Bəzən geokimyəvi zonallama zonalarında elə bitumunoloji anomaliyaalr qeyd olunur ki, onarın formalaşmasında yuxarıda qeyd olunan şərait olmur. Bu zaman bir halda neftəmələgəlmə ocağı çox dərində yerləşəcək, füidlərin miqrasiyası çətin şəraitdə baş verəcək ki, bu da özünü keyfiyyət və kəmiyyət göstəricilərində əks etdirəcək, digər halda isə anomaliya törəmə, II dərəcəli amillərin təsirinə məruz qalacaq.
Neft-qaz yığımları ilə genetik əlaqədə olan bituminoloji anomaliyaların diaqnostikası aşağıdakı göstəricilər əsasında aparılır.

  1. Terrigen kəsiliş üçün ÜM-in balansında biyumlu komponentlərin miqdarının çox olması, karbonatlı komplekslərin isə qeyri-bərabər( mozaik) bitumla doyumluluğu. Bu qanunauyğunluq həmin çöküntülərin kollektor xüsusiyyətlərinin dəyişməsi ilə əlaqədardır. Yataqlardan ayrılan miqrasiya komponentlərinin təsirindən ÜM-in balansının dəyişməsi bitunoid əmsalının (ρ) kəskin artmasına səbəb olur və onun miqdraı 30-50 % və daha çox olur.

  2. ÜM-in hidrogenlə və maye hidrogenli birləşmələrlə zənginləşməsi. Bu hal nüvə maqnit rezonansı ( NMR) spektrlərindən geniş amplitudlu siqnalla (50-80m) müşayət olunur; minimal fon amplitudu isə (1-1,5m) təşkil edir.

  3. XBA- nın komponent tərkinində yağ fraksiyasının artması. Bu miqdar 50% və daha çox ola bilər. Asfalten və qətranlar isə əksinə azlıq təşkil edir. Bu göstəricinin informatikliyi onunla əlaqədardır ki, Kh-ın miqrasiya məhsulunda yağ fraksiyasının artımı realdır. Hipergenez zonasınd isə bunun əksi müşahidə olunur, yəni XBA-nın komponent tərkibində oksidləşmə nəticəsində qətran-asfalten komponentinin miqdarı artır, yağların miqdraı isə azalır.

  4. Bitumoidlərdə və neftərin uyğun fraksiyasında anoloji struktura malik komponentlərin olması. Bu genetik göstəricidir. Belə ki, neftlərin hər bir fraksiyası müəyyən spesifik strukturlarla və onların nisbəti ilə xarakterizə olunur. XBA-da isə yağlarda oksigenli strukturlar, uzun metan zəncirləri

(C50 və >) olmur, parafin-naften strukturları yüksək dərəcədə şaxələnir (izomerləşir), aromatik strukturların isə digər tip strukturlarla dərin əalqəsi olmur.

  1. Bitumoidlərin və Kh flüidlərin Kh-ın təkibində olan eynilik və oxşarlıq əlamətləri. Bu göstərici birbaşa göstəricilərə aiddir. Belə ki, o bituminoloji anomaliya ilə Kh yığımı arasında olan genetik əlaqəni əks etdirir.



( MÜHAZİRƏ 9)
HİDROGEOKİMYƏVİ AXTARIŞ ÜSULLARI
Neftli-qazlı hövzənin bütün inkişafı tarixində lay suları, ÜM-lə səpələnmiş Kh-lə, neft və qazla qarşılıqlı sıx əlaqədə olurlar. Onların dərin fiziki-kimyəvi proseslərlə müşayət olunan bu əlaqələrinin, flüidlərin dinamikası və tərkibinə, yatağların formalaşma və dağılma proseslərinə mühüm təsiri danılmazdır.
Bu metod suların kimyəvi tərkibinin öyrənilməsi ilə anomal hidrokimyəvi sahələrin aşkarlanmasına əsaslanır. Bu metodla tədqiqat, əsasən suların duz tərkiblərinin, orada olan mikrikomponentlərin ( J, Br, B ) və ÜM-in ( Benzol, Toluol, Fosfor, NH4 , NK, Cüzv və s.) öyrənilməsinə əsaslanır. Suların duz tərkiblərinə və ümumi mineralizasiyasına görə kəsilişin yuxarı hissələrində müəyyən olunan anomaliyalar, yalnız neftin və qazın saxlanması üçün yaralı şəraitin olması haqda informasiya əldə etməyə imkan verir.
Neft və qazla bağlı olan komponentlərdə, sularda ÜM-in ( benzol, toluol və.s) öyrənilməsi isə, dərin qatlarda neft və qaz yığımlarının olması faktını dəqiqləşdirməyə imkan verir.
Hidrogeokimyəvi göstəricilər birbaşadolayı (törəmə) göstəricilərə ayrılır.

  1. Birbaşa göstəricilər ( Kh yığımlarından komponentlərin səpələnmə areal göstəriciləri)

  2. Neft və qaz yığımları ilə lay sularının biokimyəvi və fiziki-kimyəvi qarşılıqlı əlaqəsini əks etdirən dolayı göstəricilər.

Dolayı göstəricilərə oksidləşmə-reduksiya reaksiyalarının göstəriciləri (H2S və CO2 –nin miqdarı, suların sulfatlılığı, qaz və maye Kh-ni oksidləşdirən bakteriyalrın varlığı).
Dolayı göstəricilərə eyni zamanda suların duz tərkibində olan komponentlərin miqdarı (Cl, Ca, Mg, Na ) və onların nisbəti ( 2 Na / Cl ; 2 Na / 2 Mg,
(2Cl -2Na)/ 2Mg və s.) aiddir. Sonuncular dərinlik sularının yerüstü sulardan fərqləndirmək məqsədi daşıyır.
Neftlilik-qazlılıq perspektivliyini qiymətləndirmək üçün sularda həll olmuş Kh qazların öyrənilməsi daha məqsədə uyğundur. Sularda qazla doyumluluğun maksimal həddə yaxın qiymətləri tələlərin neft-qazlılıq perspektivliyinə dəlalət edir. Sularda həll olmuş Kh –qazların keyfiyyət tərkibi yığımın faza tərkibi haqqında fikir yürütməyə imkan verir.
Metanın homoloqlarının (C2-C4) miqdarının çox olması, sularda benzolun, toluolun, NH4 , P miqdarının qalxımların tağına doğru artması burada qazkondensat yığımının varlığını əks etdirir.
Suların duz tərkibinə görə neft və qaz yığımının varlığına dəlalət edən göstərici suların sulfatlarla doymazlığıdır. Sulardakı sulfatların Kh-lərlə qarşılıqlı əlaqəsi qaz fazasının H2S və CO2 ilə zənginlinləşməsinə gətirib çıxarır, eyni zamanda sular desulfatlaşır.
Buna görə də bu göstərici net-qaz axtarışı göstəricisi kimi istifadə olunur. Lay sularında SO4-2 anionun miqdarı Ozolin-Şuster düsturuna əsasən hesablanır ;
SO4-2 = 108/ d2Ca d- suyun sıxlığı, qr/sm3
Ca, SO4- mq-ərv 100q su
B, J, Br – un varlığı ümumi hidrogeoloji şəraiti əks etdirir. Neft-qazlılıq göstəricisi kimi eyni zamanda sularda olan Cüzv və Püzv birləşmələrindən də istifadə olunur.

( MÜHAZİRƏ 10 )
BİOGEOKİMYƏVİ AXTARIŞ METODU
Biogeokimyəvi axtarış metodu ona əsaslanır ki, praktiki olaraq, bütün qaz Kh-ləri bakteriyalar üçün qida mənbəyi rolunu oynayır və hər bi Kh bakteriyanın müəyyən növü ilə metobolizə olunur ( oksidləşdir). Ona görə də bu və ya digər qazvari maddənin yer səthinə çıxdığı sahələrdə ona uyğun bakteriyalar toplusu müşahidə olunur. Beləliklə bu metod uyğun olaraq, bioloji obyektlərin dəyişməsi ilə anomal biogeokimyəvi sahələrin və eyni zamanda bu sahələrin yaranmasına səbəb olan Kh yığımlarını aşkar etməyə imkan yaradır.
Qazvari Kh-ın mənimsənilməsində azalma istiqamətində bakteriyaların aşağıdakı növlərinin qolunu qeyd etmək lazımdır:
Pseudomonas, Mycobakterium, Microcaccus, Bacterium, Proactinamyces.
Tədqiqatlar nəticəsində sonuncuların eyni zamanda kiçik molekullu maye Kh-i (pentan, heksan... nonan) və aromatik Kh-i ( benzol, toluol)-də assimilyasiya edə bilməsi müəyyən edilmişdir.
Neftin və qazın geokimyəvi axtarışında istifadə olunan biogeokimyəvi göstəricilər də birbaşa və dolayı göstəricilərə ayrılır. Birbaşa göstəricilərə metanı, etanı, propanı və butanı və maye Kh-ləri seçərək, oksidləşdirən bakteriyalar, dolayı göstəricilərə isə- mühitdə pentan və ya heksanla təyin olunan sulfatlaşdırıcı bakteriyalar aid edilir.
Təmiz ( sırf) qaz yataqlarının kəsilişində əsasən metan və etanı oksidləşdirən bateriyalar yayılmışdır. Neftli ərazilərdə isə propan və butan oksidləşdirici bakteriyalara daha çox rast gəlinir. Ona görə biogeokimyəvi göstəricilə arasında qazlılığı və neftliliyi əks etdirən göstəriciləri ayırmaq mümkündür.
Neft-qazlılığı əks etdirən əsas biogeokimyəvi və hidrogeokimyəvi göstəricilər bir- birilə genetik cəhətdən əlaqədar olduğu üçün, geokimyəvi axtraış zamanı onlardan kompleks şəkildə istifadə olunması, axtarış işlərinin effektliyinin artması üçün vacib şərtdir.
Hidroqazobiogeokimyəvi göstəricilərin minimal kompleksini aşağıdakı kimi ifadə etmək olar:

  1. Qaz göstəriciləri qrupu:

Birbaşa göstəricilər: Kh (sm3/ l); Ʃağır Kh (sm3/ l- mPa )
C H4 (sm3/ l), C12 / C13; C4 / nC4; iC5
Dolayı göstərici : Yqüm (sm3/ l); Pqüm (mPa ); H2S (m3 /l) CO2 (sm3/ l); He/Ar

  1. Hidrogeokimyəvi göstəricilər qrupu:

Birbaşa göstəricilər: benzol (mq/l); toluol (mq/l); fenollar(mq/l); HCO3
Dolayı göstəricilər: Cüzv (mq/l); naften turşusu (mq/l); J, Br, B (mq/l) suyun tipi

  1. Bakterioloji göstəricilər qrupu:

Birbaşa göstərici: CH4, C3H8 , C4H10, C5H12, C6H14, C6H6 Kh-ni oksidləşdirən bakteriyalar.
Dolayı göstəricilər: sulfatlaşdırıcı, nitratlaşdırıcı və turş bakteriyalar.

( MÜHAZİRƏ 11 )
LİTOGEOKİMYƏVİ AXTARIŞ METODU
Neft və qaz yığımlarını özündə cəmləşdirən süxurlar geoloji zaman çərçivəsində bu yığımların təsirinə məruz qalır. Bəzən bu təsir süxurların fiziki-kimyəvi parametrlərinin anomal qiymətlərilə səciyyələnən bir areal, bəzən isə kimyəvi elementlərin anomal konstruksiyalı sahələrini yaradır.
Kəsiliş üzrə yuxarıda yatan laylara miqrasiya edən Kh-qazlar, bu süxurların kimyəvi tərkibinin dəyişməsinə, yeni mineraləmələgəlməyə, kimyəvi elementlərin paylanmasına səbəb olur. Beləliklə, litogeokimyəvi metod, kimyəvi elementlərin və onların birləşmələrinin anomal geokimyəvi sahələrinin aşkarlanmasına, süxurların kimyəvi tərkibinin və xüsusiyyətlərinin Kh-lərin təsirindən dəyişməsi prinsipinə əsaslanır.
Kollektor süxurların tədqiqi göstərmişdir ki, bu süxurlarda neft olduqda, mineralların dəyişmə prosesi səngiyir, kvarsın, çöl şpatlarının saxlanması üçün münbit şərait yaranır. Eyni zamanda neft yığımlarının lay suları ilə kontakt zonalarında törəmə karbonat və FeS əmələgəlmə prosesi aktivləşir, süxurlar uranla zənginləşir. Bir sıra tədqiqatçılar Kh yığımları üzərində ƩH qiymətlərinin azalmasını, PH-ın isə əksinə artmasını qeyd edirlər.
Neft-qaz axtarışı ilə əlaqədar ƩH və PH-n məlumatlarının öyrənilməsi onları 2 qrupa ayırmağa imkan vermişdir:
Epigenetik Kh-in təsiri xaricində yuxarıda və aşağı geokimyəvi zonaları xarakterizə edən məlumatlar və həmin təsir daxilindəki məlumatlar.
Kh flüidlərin epigenetik təsiri altında olan rayonlarda, süxurlarda Ph-ın kəskin artımı, əksinə ƩH azalması müşahidə olunur.
Bu qanunauyğunluqların nəticəsi olaraq, neft-qaz yataqları üzərində olan süxurların oksidləşmə- reduksiya potensialının azalması qeyd olunur. Bu azalma antiklinal strukturların neftqazlılıq arealı daxilində eyni cür paylanmır. Neft-qazlılıq konturu boyunca oksidləşmə-reduksiya potensialının qiyməti böyükdür (çoxdur), mərkəzdə isə kəskin azalma müşahidə olunur. ƩH-ın belə dəyişməsi neft-qaz yığımları üzərində bu potensialın antiklinal strukturlara xas olan dairəvi-zonal xarakterli olmasını mümkün edir.
Eyni zamanda yığımlar üzərində Kh flüidlərin təsirindən süxurlarda V,Ni, Co, Mn, Cu, Fe, Th, U, Ra və b. Elementlərin anomal paylanma faktını qeyd etmək lazımdır.
Q.A.Kurnetsov, A.Petuxov, L.Zorkin, Xant və başqaları hesab edir ki, Kh doyumlu zonalarda süxurların sonrakı dəyişmələri Kh-in CO2 və H2O –qədər destruksiyası prosesinin mexaniki-kimyəvi və biokimyəvi aktivləşməsi ilə və Kh-in destruksiya məhsulları ilə süxurların mineral komponentlərinin qarşılıqlı təsiri ilə əlaqədardır. Real geoloji şəraitdə Kh-in destruksiya prosesini aktivləşdirən proseslər aşağıdakılar ola bilər:
1. Yer qabığının hərəkəti prosesində meydana gələn geodinamik pozulmalar. Bunlar kimyəvi reaksiyaların aktivləşməsinə səbəb olur. Təcrübələr əsasında müəyyən olunmuşdur ki, belə aktivləşmə temperaturun 2000- dən 10000C-yə kimi, diffuziya və Kh-in həllolmanın intensivliyinin isə 100-1000 dəfə artmasına gətirib çıxarır.
2. Neft və qaz qığımlarını örtən süxurların istilik enerjisi. Bu enerji həm Kh-in destruksiyasına, həm də oksidləşmə-reduksiya reaksiyalarının intensivləşməsinə təkan verir.
3. Kh-in miqrasiya zonasında toplanan radioaktiv elementlərin ionlaşdırıcı şüalanması.
Bir sıra tədqiqatçılar hesab edir ki, Kh-in radioaktiv-kimyəvi çevrilmələri onların tamamilə oksidləşməsinə gətirib çıxarır və bu zaman istilik ayrılmaqla CO2 və H2O əmələ gəlir.
Litogeokimyəvi tədqiqatların ümumiləşdirilməsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir:

  1. Yataqlardan miqrasiya edən Kh-lər yerləşdikləri kollektor süxurların və onları örtən qeyri-keçirici süxurların optik, maqnit, elektrik, radioaktiv və digər fiziki xassələrini transformasiya edir.

  2. Litofiziki parametrlərə görə anomal sahələr zonal-dairəvi quruluşa malikdir və fəzaya görə anomal kiçik gərginliklər zonası ilə üst-üstə düşür. Sonuncular isə Kh-in miqrasiya kanallarını əks etdirir.

  3. Kh-in təsirindən litofiziki .......ekilərin və autigen mineraləmələgəlmənin qarşılıqlı sıx əlaqəs, geofiziki və litofiziki xarakteristikaların (parametrlərin) neft-qazlılıq göstərici kimi istifadə oluna bilməsini göstərir.



( MÜHAZİRƏ 12)
KOSMİK TƏDQİQATLAR
Yer səthinin süni peyklərdən və orbital stansiyalardan tədqiqi, alınan məlumatlardan praktikada neft-qaz axtarışı zamanı istifadə etməyə imkan yaranmışdır. Kosmik şəkillərin, aerofotoplanalmanın və yerüstü geoloji-geokimyəvi məlumatların nəticələrinin kompleks şəkildə istifadəsi neftli-qazlı hövzələrin quruluşunu dəqiqləşdirməyə, mümkün neft-qaz toplanma zonaların və onların tərkibində neftli-qazlı, strukturları aşkar etməyə imkan vermişdir.
Belə tədqiqatlar Yer kürəsinin müxtəlif rayonlarında aparılır. Bu zaman ağ-qara, rəngli və spektronal şəkillərdən istifadə olunur.
.............. amfiteatrının kosmik şəkillərində prof. İ.Karasefov Markov yatağı üzərində açıq-boz və ağ fototonal anomaliyalar qeyd etmişdir. Tonun açıq rəngdə olması eyni zamanda spektrozonal şəkillərdə də qeyd olunmuşdur.
Buna səbəb kimi neft-qaz yataqları üzərində geokimyəvi anomal sahələrin lizo və fito dəyişmələri (çevrilmələri) göstərilir.



( MÜHAZİRƏ 13)
AEROGEOKİMYƏVİ TƏDQİQATLAR
Hazırda müxtəlif ölkələrdə neft-qaz yataqlarının axtraışı zamanı distansion metodlardan istifadə edilir. Bu metodlardan biri- aviasiyadan istifadə etməklə hava fəzasında qaz analizatorlarından istifadə edərək Kh qazların təyini metodudur. Qaz analizatorlarının işləmə prinsipi tədqiq olunan qazlarda müəyyən dalğa uzunluğuna malik lazer şüalarının udulmasına əsaslanır. Hazırda metanın (CH4) miqdarını təyin etmək üçün “Luç” CO2- nin miqdarının təyini üçün “ Flüorit” və başqa qaz analizatorlarından istifadə olunur.
Metan üçün hissedilmə hüdudu n*10-5% qəbul edilmişdir. Metanın havada olan miqdarı isə n*10-4% təşkil edir. Analizatorda yarımşəffaf güzgünün köməyi ilə lazer şüalanması 2 bərabər işıq axınına bölünür. Bunlardan biri azotun ( N2) sovruluğu rüvetə yönəldilir.
II rüvetdə isə təyyarənin uçuş hündürlüyündə olan atmosfer havası yerləşdirilir.
Havada metanın (CH4) meydana çıxması, lazer şüasının udulmasına gətirib çıxardır ki, bu proses otik ölçülü cihazları vasitəsilə qeyd olunur.
Neft-qaz rayonları üzərində uçuşlar, 87% marşrutlar üzrə anomaliyaların varlığını təstiq etmişdir. Abşeron- Balxanyanı qırışıqlar ........sında aerogeokimyəvi üsulla anomaliyalar 95% öz təstiqini tapmışdır. Atmosferdə metanın (CH4) konsentrasiyasına geostruktur şəraitin böyük təsiri vardır. Süxurların deqazasiyası tektonik cəhətdən gərgin rayonlarda daha aktiv gedir.
Geosinklinal əyalətlərdə atmosferdə metanın orta miqdarı 3,62 *10-4%, qabaqcıl çökəklərdə 2,56*10-4%, platformalarda isə 1,7*10-4% təşkil etmişdir.
Müəyyən olunmuşdur ki, hündürlük artdıqca atmosferdə CH4 – ün miqdarı azalır. Lakin Cənubi Xəzər çökəkliyində metanın atmosferdəki miqdarı bütün hündürlüklərdə çoxdur və ona görə anomaliyaların kontrastlılığının azalması da çox zəif hiss edilir. Aerogeokimyəvi tədqiqatların neft-qaz axtarışında istifadə olunan digər növü B.Boterə görə, kosmik şəkillərin İnfraqırmızı (İQ) –skanerdən istifadə etməklə istilik- hava planalması nəticəsində geoloji-struktur deşifrələnmişdir.
Bu metodla planalma Şimal Adriatik dənizi akvatoriyasında ABŞ-ın istehsalı olan istilik İQ-skaneri ( D-1230)-la aparılmışdır. Skanerin civə-kadmium-tellur detektoru, spektrin 8-14mkm intervalında 1000-1800m hündürlükdə dəniz səthində temperatur fərqini 0,2 0C dəqiqliklə təyin etməyə imkan verir. Bu metodun əsasını müxtəlif amillərin təsirindən ( dəniz dibində və səthində təzyiqlər fərqi nəticəsində qazın genişlənməsi zamanı, soyuq dəniz dibi sularının qazla birlikdə dəniz səthinə qalxması və s. ) qaz çıxışları zonasında dəniz səthində suyun suyun soyuması prinsipi təşkil edir.
Müəyyən edilən “soyuq” anomaliyalar sonradan gəmilərdən exolot vasitəsilə yoxlanılır. Bu zaman qaz çıxışlarının yeri, qaz qabarcıqlarının su sütunu ilə dəniz səthinə qalxdığı zonalarda müəyyənləşdirilir. Bu metodun nəticələri onu şelf zonalarında neft və qaz yataqlarının axtarışı zaman istifadə etməyə imkan yaradır.

(MÜHAZİRƏ 14)
RADİOGEOKİMYƏVİ AXTARIŞ METODLARI
Radiogeokimyəvi metodların neft-qaz yataqlarının prognozu və axtarışında nəzəri əsasları bir sıra xarici ölkə alimləri –X.Launberq, C. Xaddet, L. Miller, Y.Krevs, D.Pirson, A.Aleksev, R.Qottix və başq.) tərəfindən əsaslandırılmışdır. Bu metod əsasən Kh-lərin yataqlardan vertikal miqrasiya nəzəriyyəsinə əsaslanır.
Neft-qaz yığımlarından diffuziya və filtrasiya nəticəsində miqrasiya edən Kh-in parçalanma məhsulları və CO2, H2S və s. Epigenetik prosesləri stimullaşdırır. Bu isə öz növbəsində mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsinə gətirib çıxarır ki, sonuncu özünü məhsuldar komplekslərdən üstdə yatan süxurların dəyişməsində, spesifik mineral assosiasiyalarının meydana gəlməsində, oksidləşmə-reduksiya şəraitinin pozulmasında və bəzi kimyəvi, o cümlədən radioaktiv elementlərin yenidən paylanmasında əks etdirir.
Kh-in təsirindən yaranan epigenetik proseslər nəticəsində uzunmüddətli geoloji zaman ərzində neft-qaz yataqları üzərində spesifik radiogeokimyəvi sahə formalaşdır. Belə sahələr ümumi radioaktivliklə, radioaktiv elementlərin paylanma hüdudu ilə, bu elementlərin qarşılıqlı əlaqəsi ilə xarakterizə olunan özünəməxsus radiogeokimyəvi hissələrə bölünür. Bu sahələr sonradan xəritəyə alınır.
Radiogeokimyəvi xəritəalma kompleksi-termolüminissent, radiometrik və γ-spektrometrik planalmadan ibarətdir. Aparılan ölçülərin sıxlığı həllediləcək geoloji məsələdən, tədqiqatların detallıq dərəcəsindən və sahənin ölçüsündən asılıdır.
Termolüminissent planalması zamanı ölçü elementi kimi yarımkristallik termolüminissent dozimetr ( TLD)-dən istofadə olunur. Bu dozimetrlər yüksək hissiyata malikdir və ümumi radioaktivliyi (α,β,γ)- şüalanmasını ölçməyə imkan verir. Ölçü üçün nəzərdə tutulan dozimetrlər sukeçirməyən materialla bürünür.
Statistik düzgün məlumat almaq üçün ölçü nöqtəsində 10 dozimetr yerləşdirilir. Bütün dozimetrlər əvvəlcədən hissiyata görə kolibrləşdirilir. Ölçü nötəsində dozimetrlər 0,5-0,7m dərinliyə yerləşdirilir. Ölçü vaxtı isə orta hesabla 15-30 sutka təşkil edir.
Qamma-spektrometrik planalma RKP-305M, RSP-101M çöl γ-spektrometri ilə həyata keçirilir. Ölçülər termolüminissent dozimetrin ( TLD ) yerləşdikləri nöqtələrdə K, U ( 226 Ra görə ), Th-un təyin olunmasına əsaslanır. Statistik düzgün məlumat almaq üçün bu parametrlər 3 dəfə ölçülür.
Neft-qazlılığı proqnozlaşdırılan sahələrin seçilməsi aşağıdakı meyarlar əsasında aparılır:

  1. Toriumun urana nistəti (Th/ U) ;

  2. Təbii radionuklidlərin paylanma intensivliyini əks etdirən göstəricilər (α,β,γ);

  3. Termolüminissentliyin intensivliyi.

Radiogeokimyəvi kompleks göstəricilərin qiymətləri arasındakı fərq yığımların ölçüləri və yatma dərinliyi yeraltı suların hidrodinamik rejimi və s. amillərlə əlaqədardır. Th/U –nisbətinin anomal qiymətlərilə səciyyələnən zonaların olması, göründüyü qədər, süxurların fiziki-kimyəvi parametrlərinin kəskin dəyişmələri ilə əlaqədardır. Sonuncuya isə səbəb məhsuldar laylardan miqrasiya edən maye və qaz komponentlərinin epigenetik təsiridir. Oksidləşmə-reduksiya şəraitinin dəyişməsi Uranın yenidən paylanmasına gətirib çıxardır.
Təbii radionuklidlərin yüksək intensivli yayılma zonaları Th/U- nın anomal zonaları ilə üst-üstə düşərək, geokimyəvi səddlərin ( baryerlərin) olduğunu göstərir və Kh-in yerləşdikləri strukturları əks etdirir. Neft-qaz yığımlarının təsiri ilə əlaqədar olan proseslər, termolüminissensiyanın intensiv yayıldığı sahələrdə daha qabarıq özünü göstərir.




(MÜHAZİRƏ 15)
AXTARIŞDA İSTİFADƏ OLUNAN GEOKİMYƏVİ
GÖSTƏRİCİLƏR KOMPLEKSİ
Aşağıda ən çox inkişaf etmiş və ən çox işlənən geokimyəvi göstəricilər kompleksi verilir:
Qaz-göstəriciləri : CH4 sm3/kq; C2H6 + yuxarı sm3/kq; C5H12 + yuxarı kq/m3 ;
i C4 / n C4 ; Ʃağır Kh/ CH4 ; durulaşdırma göstəricisi (bağlı məsamələr üçün) (N2+CO2) / ƩKh qaz

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin