Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə1/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)



TƏDQİQAT ÜSULLARI
fənnindən mühazirələr toplusu


Müh. 1. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat.
Tədqiqat - məlumatın əldə edilməsi, inkişaf etdirilməsi və həqiqətə uyğun olub-olmadığının dəqiqləşdirilməsi üçün göstərilən cəhddir.
Tədqiqat metodları dedikdə, elmin öz predmetini, mövzusunu tədqiq etmək məqsədilə tətbiq etdiyi yol və vəsaitlərin məcmusu, elmi-tədqiqat vəzifələrinin həyata keçirilməsi üsulları anlaşılır. Zəruri biliklərə, həyati bacarıq və vərdişlərə yiyələnmək metodun düzgün seçilməsində və ondan səmərəli şəkildə istifadə olunmasından çox asılıdır. Tədris prosesinə daha dərindən baş vuran tələbələrdən yeni–yeni məsələləri həll etmək tələb olunur. Bu, aparılmış praktiki təcrübələrin yazılı şəkildə tərtibindən tutmuş, ali təhsil məktəbinin müəllimləri tərəfindən qoyulmuş hər hansı bir empirik və ya nəzəri məsələnin icrası və tələblərə uyğun elmi dildə yazılmasından ibarət geniş bir sahəni əhatə edir.
" Tədqiqat üsulları" fənninin tədrisinə zərurətin yaranması elmi -texniki inqilabın sürətli inkişafı, elmin, elmi– texniki informasiyanın həcminin kəkskin artımı, biliklərin sürətli dəyişilmə və yenilənməsiylə əlaqədardır. Hazırda yüksək ixtisaslı, sərbəst yaradıcılıq işinə bacarıqlı, elmi və peşəkar hazırlığa malik olan mütəxəssislərə ehtiyac olan mərhələyə qədəm qoumuşuq. Bu mütəxəssislər nəinki yalnız yeni elmi layihələrə və tədqiqatlarda yönəlməli, həm də istehsal prosesinə bu tədqiqatların nəticələrini tətbiq edə bilməyi bacarmalıdırlar.
" Tədqiqat üsulları" fənnində aşağıdakı məsələlərə baxılır:
Elmin fəlsəfə aspektləri
• Elmi-tədqiqat işinin (ETİ) strukturunun öyrənilməsi
• Elmi biliyin metodoloji əsasları
• ETİ-nin mərhələlərinin öyrənilməsi
• Nəzəri və eksperimental tədqiqat metodları
• Elmi araşdırmalarda modelləşdirmə məsələləri
• Elmi araşdırmanın istiqamətinin seçimi
• Axtarış, yığım və elmi informasiyanın emalı
• Elmi tədqiqatların nəticələrinin rəsmiləşdirilməsi.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin