Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə5/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Nəzəri tədqiqat metodları
Abstraktlaşdırma – araşdırılan obyektin az əhəmiyyətli olan xassələrini aradan götürməklə onun maraq doğuran əsas göstəricilərinin seçilməsidir. Abstraktlaşdırma və abstraksiya bir-birindən fərqli proseslərdir. Birinci hal nəticənin, yəni, abstraksiyanın əldə olunmasına aparan əməliyyatlar toplumudur. Abstraksiyaya misal olaraq: ağac, ev, yol, maşın və s. göstərmək olar. Abstraktlaşdırma prosesi isə məntiqi qavrama sistemində analiz və sintez ilə sıx əlaqədardır.
Aksiomatik – ilk dəfə olaraq Evklid tərəfindən tətbiq olunmuşdur. Metodun mənası ondan ibarətdir ki, problemin müzakirəsinin əvvəlində sübutu tələb olunmayan ilkin hallar (hipotezlər) məlumdur. Bu hallara aksiomlar və ya postulatlar deyilir. Aksiomdan müəyyən qaydalara əsasən mühakimələr yürüdülür. İlkin aksiomlar və onların əsasında əldə edilmiş təkliflər toplumu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.
Analiz – predmetin təşkiledicilərə bölünməsinə əsaslanır. Analiz zamanı tədqiqatçı araşdırılan obyekti əqli olaraq parçalayır, yəni onun hansı hissələrdən və eyni zamanda hansı xassələrə malik olmasını təsəvvür edir. Bu zaman xüsusi hal kimi analiz olunan predmet bir neçə sinif predmetlərin nümayəndəsi kimi çıxış edir. Belə halda analiz bir qrup predmetlərin öyrənilməsində əldə olunan biliyin digərlərinə tətbiq etməyə imkan verən vahid strukturun yaradılmasına xidmət edir. Analizin başqa növü predmetlərin ümumi xassələrini və onlar arasındakı münasibətləri ümumiləşdirməkdən ibarətdir.
Sintez – analiz zamanı alınan bilikləri vahid sistemdə birləşdirməyə imkan verir. Elmi fəaliyyətdə analiz və sintez bir–biri ilə sıx əlaqədə olub, münasibəti araşdırılan obyektin xassələrindən və tədqiqat məqsədindən asılı olaraq müxtəlif forma ala bilirlər. Birbaşa analiz və sintez obyektin səthi araşdırılması zamanı tətbiq olunur. Obyektin dərindən tədqiqi zamanı isə struktur–genetik analiz və sintez icra edilir.
İdeallaşdırma – təbiətdə mövcud olmayan və yalnız obrazı olan obyekt haqqında təsəvvürün yaradılmasıdır. Bu metodun tətbiqinə dair misal kimi “ideal qaz”, “ideal məhlul”, “nöqtə”ni göstərmək olar. İdeallaşdırma metodu əsasən təbiət elmlərində geniş tətbiq tapır. İdeallaşdırılmış obyekt üzərində istənilən nəzəri təfəkkür işləyə bilir. Onlar böyük evristik əhəmiyyətə malik olurlar, çünki, yalnız onların köməyi ilə bu və ya digər proseslərə aydınlıq gətirən nəzəri modellər yaratmaq və qanunlar formulə etmək olar. Ona görə də, ideallaşdırılmış obyektlər nəzəri biliyin inkişafında önəmli element sayılır.
Formallaşdırma – dərketmənin nəticələrinin dəqiq və ya təsdiq olunmuş şəkildə təsviridir. Formallaşdırma intuitiv düşünmənin əksi də hesab edilir. Riyaziyyatda və məntiqdə formallaşdırma – yığcam biliyin xüsusi işarələr və ya xüsusi dillərin köməyi ilə təsvirini göstərir. Formallaşdırma zamanı fikrin məzmundan uzaqlaşdırılıb nəticənin sistemli şəkildə araşdırılmasına və eyni zamanda digər nəticələrlə koordinasiya edilməsinə imkan verilir. Bu metod elmi biliklərin inkişafında önəmli rol oynayır, çünki, intuitiv anlayış nisbətən aydın olsa da elm üçün yararlı deyil. Həqiqi elm yalnız abstrakt düşünmə, tədqiqatçının məntiqi dil formasında baş verən ardıcıl mühakimələr sayəsində mümkündür.
İnduksiya – fərdi haldan ümumi hala keçid üçün mühakimənin sürülməsidir. Bu halda faktlar əsasında ümumi hipotezin yaradılması baş verir. İnduksiyanın əsasında sınaq, eksperiment və faktların yığılmasına imkan verən müşahidələr durur. Bu faktları öyrənərək və analiz edərək tədqiqatçı bir sinifə aid olan hadisələrin ümumi və təkrar olunan xüsusiyyətlərini müəyyən edir. Nəticədə fərdi obyektlər qrupuna aid olan xüsusiyyətlərin bütün sinifə inikas etdirilməsinə imkan verən mühakimələr yaradılır. İnduktiv nəticələrin üstünlüyü ondan ibarətdir ki, o ayrı-ayrı faktorlardan ümumi müddəalara keçməyə, hadisələr arasındakı asılılıqları müəyən etməyə, empirik əsaslandırılmış hipotezlərin qurulmasına və ümumiləşdirməyə şərait yaradır. Şəkil 1.1-də induktiv yanaşma əyani təsvir edilir.
Deduksiya – ümumi məlumat əsasında fərdi nəticələri əldə etməyə imkan yaradır. Yəni, predmet haqqında yeni məlumatın əldə olunması eyni sinifdən olanların araşdırılması əsasında yerinə yetirilir. Əgər bilik induktiv mühakimələr əsasında əldə edilibsə, onda deduksiya alınan biliyi genişləndirərək induksiyanı tamamlayır. Deduksiyanın idrak baxımından əsas dəyəri ondan ibarətdir ki, ümumi nəticə kimi sadə icmal yox, hər hansı bir hipotetik mühakimə, elmi ideya meydana gəlir. Belə olan halda deduksiya yalnız tamamlayıcı rol deyil, yeni nəzəri sistemin yaranmasının bünövrəsini qoymuş olur. Elmi–tədqiqatın ilkin mərhələlərində induksiya üstünlük təşkil edir, inkişaf mərhələsində isə tədricən deduksiya daha böyük rol oynmağa başalayır. Bu baxımdan elmi–tədqiqatın bu iki əməliyyatı bir-biri ilə sıx bağlıdır.
Nəzəri modelləşdirmə – obyektin əqli obrazlar əsasında təxəyyüldə yaradılmasıdır. Nəzəri metod obyekt mövcud olmadıqda və ya onun fiziki reallaşdırılması mümkün olmadıqda tətbiq olunur. Real sistemlərin nəzəri modelləşdirilməsi simvolik və ya riyazi ola bilər. Bu halda obyektin tədqiqi əqli eksperimentlər sayəsində yoxlanılır. İdeal obyektlər müəyyən dinamik modelləşdirmə çərçivəsində bir–biri ilə münasibətə girərək real mümkün ola biləcək hərəkətləri imitasiya edirlər. Hal–hazırda obyektlərin tədqiqi zamanı riyazi modelləşdirmədən geniş istifadə edilir. Kompyüter texnikasının sürətli inkişafı buna daha geniş imkanlar açır. Riyazi modelləşdirmə zamanı obyekt yalnız onun hal göstəricilərinin riyazi asılılıqlarından istifadə etməklə təsvir edilir. Burada formallaşdırılmış məlumatlar geniş yer tuturlar.
Hər bir elmi sahə konkret olaraq öz xüsusi elmi metodlarını tətbiq edir. Bəzi hallarda yalnız bir elm sahəsi üçün işlənmiş elmi metodlar digər sahələrin tədqiqində də dəyərli olur. Bu onunla bağlıdır ki, bu elmlərin tədqiqat obyekti eyni zamanda digər elmlərin qanunlarına tabe olur. Məsələn, fiziki və kimyəvi tədqiqat metodları biologiyada da o əsasla tətbiq olunur ki, bioloji tədqiqat obyektləri də özlüyündə materiyanın fiziki və kimyəvi hərəkət formalarını təsvir edən qanunlara tabe olsun.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin