Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə60/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Plagiat


Plagiat digərlərinin ideyalarını, verilənlərini, cizgi və ya fərziyyələrini onların mənbələrinə istinadən adekvat göstərmədən mənimsəməkdən ibarətdir. Mənbə kimi burada söhbət çap olunmuş və olunmamış material- lar, internet səhifələri və həmçinin şifahi mülahizələrdən gedə bilər. Bir sözlə plagiat hər dəfə mətn və ya ideyalardan istifadə zamanı ilkin müəllifi düzgün göstərmədikə baş verir .
Plagiatın aşağıdakı əsas formalarına rast gəlinir:

      • Başqa mətnləri dırnağa almadan və mənbəyini göstərməməklə birbaşa olaraq köçürülməsi;

      • Başqa mətn fraqmentinin mənbəyini göstərməklə, ancaq dırnağa almadan göçürülməsi;

      • Başqa mənbəyə aid mətnin bir neçə sözünü dəyişməklə qeyri adekvat təsviri (hətta mənbə göstərildikdə belə).

Kənar mətnlərin qeyri adekvat təsvirinə yol verməmək üçün yad mətnləri öz sözləri ilə danışmaq və yenidən strukturlamaq, mətndə əsas ideyanı tapıb üzə çıxarmaq, ikinci dərəcəli olanların atılmasını məşq etmək lazımdır.
Ancaq plagiat təkcə digərlərinin ideyalarını, cizgilərini və s. mənimsəməkdən ibarət deyil, burada həm də söhbət ümumilikdə başqa- larının işini mənimsəməkdən gedir [15]. Ciddi mütəxəssislər elmi nəticəni əldə etmək üçün böyük əmək və zaman sərf edirlər. Tədqiqatçının istifadə etdiyi mənbələrin sayından onun sərf etdiyi əməyi də qiymətləndirmək mümkündür. Plagiator isə heç bir zaman sərf etmədən digərinin analiz etdiyi bilikləri öz işinə daxil edir və mənbələri göstərir, guya ki, o bu ədəbiyyatları özü analiz edib. Plagiator başqasının işini götürüb, öz sözləri ilə yenidən yaza bilər, nəticələri öz fikirləşdiyi kimi formulə edə bilər. Bu da digərlərinin əməyini mənimsəməkdir. Əsasən də ilkin mənbə xarici dildə yazılarsa, onu izləmək çətinləşir.
Plagiata ədəbiyyat mənbələrinin axtarıb tapılmasını, yəni biblioqrafik araşdırmanı da aid etmək olar. Bəzi hallarda tədqiqatçılar öz işlərində çoxlu sayda mənbələr göstərirlər. Bu mənbələrin hamısına o özü baxmasa da, öz araşdırmalarının nəticəsi kimi qələmə verir. Məsələn, xüsusi sürətli oxuma texnikasına malik olmayan şəxs üçün bir il müddətində 100-dən çox kitabı oxuyub analiz etmək real görünmür. Əslində ədəbiyyat araşdırılan mövzuya yaxın olarsa, onunla yaxından tanış olmaq lazımdır.
Xarici elmi mətbuatdan məlum olan “qonaq müəlliflik” kəlamı məlumdur. Burada söhbət magistrant və ya doktorantın öz məqalələrində elmi rəhbərinin adını həmmüəllif kimi göstərməkdən gedir. Belə hallar bizlərdə normal sayılsa da, qərb elmi mətbuatında buna müsbət baxılmır. Hətta tanınmış elmi cəmiyyətlərdə belə hallar elmi etikanın pozulması kimi də qiymətləndirilir.
Elmi işlərin nəşrində digər xoşagəlməz hal avtoplagiat sayılır . Avtoplagiat eyni məzmunli işin ilkin çapına istinad göstərmədən, onun çoxlu sayda müxtəlif elmi nəşriyyatlarda çap olunmasına deyilir. Əgər çapa verilmiş material əvəllər çap olunmuş materialın 60‒70% həcmini təkrarlayarsa, onda o da avtoplagiat sayılır. Bu qadağa köhnə materialın kitab və ya monoqrafiyada çap olunduğu hala aid edilmir. Əsas şərt odur ki, məqalənin mənbəyi kitabda göstərilsin.
Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin