Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Şifahi prezentasiyaya qoyulan tələblər



Yüklə 0,79 Mb.
səhifə55/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Şifahi prezentasiyaya qoyulan tələblər


Şifahi ifadə və yazılı mətn bir-birindən kəskin fərqlənirlər. Yazılı mətnin vahidi ayrı-ayrı sözlər və cümlələr olduğu halda, şifahi mətndə ifadələr, şərh və bəyanatlar önəmli rol oynayır. Burada, ifadə təkcə sözlə yox, həmçinin jest, gülümsəmək, hətta susmaq da ola bilər. Yazılı mətn məlumatı sadələşdirir, onu daha konkret və hətta səthi edir. Şifahi dilə paralinqvistik vasitələr (intonasiya, sifətin mimikası, jestikulyasiya və bədənin hərəkəti) də daxil olaraq onu daha canlı edir.
Şifahi çıxış zamanı natiqləri üç qrupa bölürlər: “bəzilərini dinləmək olar, digərlərini dinləmək mümkün deyil, üçüncüləri dinləməmək mümkün deyil”. Prezentasiya zamanı çıxışçının gözlərini mətnə zilləyərək onu monoton oxuması auditoriyaya qarşı hörmətsizlik sayılır. Belə halda emosional ifadə və çıxışın aydınlığı itir.
Hələ qədim Yunanıstanda kağız əsasında danışmaq yüksək olmayan siyasi mədəniyyətin əlaməti sayılırdı. Ona görə də, orada şagirdlərə nitq mədəniyyəti, publika qarşısında inamlı və dəlillərlə çıxış etməyin vərdişlərini öyrədən sofistika və ritorika müəllimləri yüksək qiymətləndiri- lirdilər.
Şifahi prezentasiya elmi tədqiqat işinin nəticələrinə maraq oyatmalı, işin əsas nəticəsinin asan başa düşülməsinə kömək etməli və elmi diskusiyaya şərait yaratmalıdır. İxtisas üzrə bilikdən əlavə tədqiqatçının çıxışı zamanı onun çıxışetmə və prezentasiya qabiliyyəti də publika tərəfindən qiymət- ləndirilir. Şifahi prezentasiya üç əsas amildən asılıdr: mətn, vizual köməkçi vasitələr və çıxış stili.
Prezentasiya sözünün məzmununa görə, o, elmi işin dəyərini publikaya yüksək şəkildə nümayiş etdirməlidir. Prezentasiyanın keyfiyyəti hər şeydən öncə onun quruluşu və struktur tərkibindən asılıdır. O, eyni zamanda yüksək dərəcədə məntiqi və konsekutiv (ardıcıl) şəkildə tərtib olunmalıdır. Çıxışın əvvəlində tədqiq olunan problem və tədqiqat hipotezi təyin oluna- raq, çıxışın gedişində vizuallaşdırılmış nəticələrin köməyi ilə dinləyicilərin diqqətini cəlbedəcək şəkildə nümayiş etdirilir (şəkil.1).

Şəkil 1. Prezentasiya fazaları.



Dinləyiciləri çıxışa maraqlandırmaq üçün auditoriyada oturanların orta bilik səviyyəsi prezentasiyanın hazırlanması zamanı nəzərə alınmalıdır. Bu nə qədər dəqiq aparıla bilərsə, bir o qədər də maraqlı çıxışa nail olmaq olar. Çıxış zamanı verilmiş vaxt limitinə riayət olunmalıdır. Birinci dəfə çıxış edənlərə öncədən sınaq çıxışını məşq etmə məsləhət görülür. Vaxtın uzadılmasına yol verilsə də, o dinləyicilərdə müsbət fikir yaratmır. Sonda vaxt darlığını hiss edən məruzəçi danışıq tempini artırmaqla vaxtı idarə edə bilər.
Hazırlıq zamanı aşağıdakı köməkçi suallardan istifadə etmək məsləhət görülür [60]:

  • Kimlər prezentasiyada iştirak edəcəklər (iş yoldaşları, elmi işçilır, konfrans iştirakçıları və s .) ?

  • Publikanın xüsusi bilik səviyyəsi necədir? Hansı sahələrə üstünlük vermək olar?

  • Prezentasiya üçün hansı köməkçi vasitələrdən istifadə etmək olar? (Proyektor, bimer, poverpoint, flipçart, və s.).

  • Prezentasiya üçün nə qədər vaxt ayrılıb?

  • Sonda muzakirə nəzərdə tutulubmu?



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin