Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə59/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Müh.15. Elmi cəmiyyətin etik qaydalarının pozulması

Elmi etikaya riayət


Müsair elmdə elmi etika rəsmi çap olunmuş qaydalar toplumudur. Buraya həmçinin elmi fəaliyyət zamanı alimlər tərəfindən ciddi riayət olunan əxlaqi prinsiplər də daxil edilir. Onların pozulması inzibati qaydada mühakimə oluna bilər.
Elmi tədqiqat prosesində tədqiqatçı uğur əldə etmək üçün elmi etikanın qaydalarına ciddi riayət etməlidir. Elmdə ideal hal üçün belə bir prinsip irəli sürülür ki, həqiqət qarşısında bütün tədqiqatçılar eynidirlər. Burada elmi sübutlardan söhbət getdikdə heç bir keçmiş xidmətlər nəzərə alınmır. Elm adamlarının digər bir tələbatı da ondan ibarətdir ki, işin nəticələrinin təqdimatı zamanı düzgünlük birinci yerdə durmalıdır. Tədqiqatçı çaşa bilər, amma elmi nəticələrə istədiyi kimi düzəliş edə bilməz, tədqiqatçı mövcud olan kəşfi təkrar edə bilər, amma plagiatla məşğul ola bilməz. Elmi işlərin və məqalələrin tərtibi zamanı bu və ya digər elmi ideyaların müəlliflərinin dəqiq göstərilməsi və artıq elmə məlum olan informasiyaların işdə dəqiq seleksiyasına şərait yaradılmalıdır.
Elmdə etik normaların pozulması tədqiqatçının elmi cəmiyyətdə reputasiyasının itməsi, onun elmi fəaliyyət səmərəliliyinin aşağı düşməsi, hətta elmi məktəbdə malik olduğu işinin itirməsi ilə nəticələnə bilər. Elmi etika prinsiplərinin pozulması təsadüfi, məsələn elmi metodların düzgün tətbiq olunmaması, verilənlərin diqqətsiz sənədləşdirilməsi və ya bilərəkdən aparıla bilər. Sonuncu halda söhbət saxtakarlıq və ya plagiatdan gedir.
Verilənlərin saxtalaşdırılması onların təhrifi deməkdir. Məsələn, verilən- lərin saxtalaşdırılması cizgi və diaqramların manipulyasiya olunması və ya arzu olunmayan verilənlərin bilərəkdən cərgədən pozulması yolu ilə aparıla bilər.
Müəlliflik hüququnun pozulması
Hüquqları qanunla qorunan başqa bir müəllifin işindən onun icazəsi olmadan sui-istifadə müəlliflik hüququnun pozulması sayılır. Belə işlərə elmi kəşflər, ixtiralar, hipotezlər, yeni tədqiqat metodları, müəlliflik ideyaları, yaradıcılıq işləri (foto, musiqi, mətn və s.) aid edilir. Müəlliflik hüquqlarının əsas pozuntusu kimi elmi işlərin qeyri-qanuni köçürülməsi, bu və ya digər formada şəxsi məqsədlər üçün istifadə eidlməsini göstərmək olar. Müəlliflik hüququnun pozulmasında aşağıdakı hallar baş verə bilər:

      • Plagiat – müəlliflik mətnlərinin və digər yaradıcılıq məhsullarının qanunsuz istifadəsi;

      • Tədqiqat metodları və ideyaların mənimsənilməsi;

      • Elmi müəllifliyin uzurpasiyası;

      • Hər hansı bir mətnin və ya sənədin saxtalaşdırılması;

      • Buraxılmamış nəşrin və ya hələ çap olunmamış işlərin kənar şəxsə

təqdimatı.
Elmi etikanın pozulmasında iştirak edən müəllif və ya müəllif kollektivi birlikdə baş verənlərə məsuliyyət daşıyır. Hansı müəllifin müəlliflik hüquq- larının pozulmasından asılı olmayaraq, məsuliyyət elmi işin bütün müəllifləri üzərinə düşür.
Hər hansı bir alimin rəhbərliyi altında görülmüş elmi işdə plagiata yol verilərsə, işlə bağlı pozuntunun yaratdığı kölgə rəhbərin də üzərinə düşür. O, işin yoxlanılması zamanı digər mənbələrdən götürülmüş biliklərin üzə çıxarılmasına bir mütəxəssis kimi məsuliyyət daşıyır.
Etik problemlər işin nəticələrinin təqdimatı zamanı da baş verə bilər. Tədqiqatçı təqdim olunan elmi nəticələrin düzgünlüyünə tam cavabdehdir. Işdə nəticələri sual altına alan verilənlər müzakirə olunmamalıdır. Bu həm şəxsi, həm də onun istifadə etdiyi tədqiqatçıların əldə etdikləri nəticələri əhatə edir. Səhvlərə yol verməmək üçün digər mənbələrdən olan biliklər ehtiyatla, analitik olaraq başqa işlərlə müqayisədə qiymətləndirilir. Digər mənbələrdən olan biliklərin tam və dəqiq istifadə olunması üçün araşdırılan mövzuya aid kifayət qədər mənbələrin öyrənilməsinə ehtiyac var. Bu mənbələrin təhlilində əlverişli olmayan, şəxsi tədqiqat nəticələrini inkar edən işlərdən yan keçmək və ya gizlətmək düzgün deyil.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin