Hər bir çıxış müəyyən tələblərə cavab verən bir neçə hissədən ibarətdir.
Çıxış hissələri aydın dərəcədə ayırd edilə bilən olmalıdır:
Başlıq: Bu yalnız dinləyicilərdə maraq oyatmaq üçündür, işin məğzini tam ifadə etməməlidir. O, imkan daxilində cəlbedici və qısa formulə edilməlidir.
İşin strukturu: Publika çıxış zamanı gözlənilən informasiya axınının ardıcıllığı haqqında məlumat alır. Çıxış prosesində mündəricatın təkrarən göstərilməsi dinləyicinin orientasiyasına kömək edir.
Giriş: Burada araşdırılan elmi sahə, əsas problem və elmi işin məqsədi müəyyən olunur.
Material və metodlar: Metodiki elmi işlərdə, izahı vacib olan, hər bir detala yanaşmalar dəqiq göstərilir.
Nəticə və müzakirə: Bu hissədə əsas nəticələr, əldə olunan faktların təhlili və interpretasiyalar çox kiçik sayda misallar əsasında publikaya izah edilir.
15 dəqiqəlik şifahi prezentasiya üçün misal: Maksimum 9 slayd nəzərdə tutmalı: 1. Titul slaydı; 2. Mündəricat; 3. Giriş; 4. Material və metodlar; 5. Nəticələrin köməkçi vasitələrlə vizuallaşdırılması; 6. Nəticə/Xülasə. Çıxış, publikaya diqqətinə görə minnətdarlıqla tamamlanır və bir neçə sözlə müzakirə açıq elan edilir.
Köməkçi vizuallaşdırma vasitələri çıxışetmə prosesinin tərkib hissəsidir. O, məruzəçi və dinləyicilərə yardım edir. Çox vaxt kompleks elmi işləri optik hazırlanmış əyani təsvir misalları əsasında daha asan başa salmaq olur.
Şifahi çıxış üçün vizual köməkçi vasitələrdən istifadə zamanı aşağıdakı məhdudiyyətlər mövcudur:
İstifadə edilən media vasitəsi əsasən dinləyicilərə xidmət etməlidir. Nəzərdə almaq lazımdır ki, dinləyicilər eşitdiklərini geriyə vərəqləyə bilmirlər.
Audi-video vasitələrdən istifadə təcrübə tələb edir.
Slaydlar səliqə ilə aydın hazırlanmalıdır.
Tərkibində mətn olan slaydlarda bir sətrin tərkibi 40 hərfdən ibarət sözlərlə məhdudlaşır.
Bir slaydda maksimal 14 sətrdən istifadə etməli.
Xüsusi işarələmələrdən (ox, ulduz) istifadə slaydın strukturunu dolğunlaşdırır.
Açar sözlərə və qısa cümlələrə üstünlük verilməlidir.
Böyük hərflərlə yazılmış mətn çətin oxunur.
Qalın həflərin ölçüsü maksimal 16 pt. olmalıdır.
Slaydların ardıcıllığı vahid formada hazırlanmalı və o vahid məntiqi xəttin mövcudluğunu görməyə kömək etməlidir.
Professional slaydlar çərçivəyə alınır, başlıq və ayaqlıq informasiyalar daxil edilir.
Hər bir slayd tədqiqat işinin bir hissəsini təsvir etməli və onun üçün kiçik başlıq nəzərdə tutulmalıdır.
Çıxış zamanı açar sözlərdən ibarət kiçik qeyd vərəqi danışmağa Prezentasiya zamanı çox hallarda baş verən xətalara aşağıdakıları aid etmək olar: