Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə57/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Elmi posterlərin tərtibi


Elmi poster verilmiş mövzu haqqında informasiyanı qısa bir zamanda maraqlanan dinləyici qrupuna çatdırmağa xidmət edir. Posterdə elmi mövzu qısa və aydın şəkildə elə yazılır ki, onu əlavə izaha ehtiyac olmadan da anlamaq mümkün olsun. Posterlər konfrans və seminar yığıncaqlarında lövhədə asılır. Bir çox hallarda ali təhsil ocaqları aparılan elmi işlər haq- qında qısa məlumat vermək üçün kafedraların yaxınlığında posterlər yerləşdirirlər.
Posterlərin tərtibində aşağıdakı meyarlara fikir vermək lazımdır:

      • Məzmun. Elmi posterlərin hazırlanması zamanı mövzunun vacibliyi və aktuallığı göstərilməlidir. Məzmunun tərtibinə xüsusi yanaşma tələb olunur. Burada mətn ümumiləşdirməyə yol verilmədən əsas və vacib aspektlərə söykənməlidir. Poster əvvəlki fəsillərdə söz açılan elmi işin mətniqi ardıcıllığını özündə əks etdirməlidir: problemin qoyuluşu, məqsədlər (hansı suallara cavab tapılmalıdır?), metodlar (lazımı biliyin əldə edilməsində hansı üsul və metodlardan istifadə edilir?), nəticələr (nə əldə olunub və o qoyulmuş suallara necə cavab verir?) və xülasə (alınmış nəticələrin praktiki əhəmiyyəti nədədir?).

Bundan əlavə posterdə ali məktəbin ünvanı və müəllifin adı göstərilir.

  • Tərtibatı. Posterdə göstərilən vizual təsvirlər oxucuya müəyyən qədər az oxumaqla böyük informasiya əldə edməyə imkan verməlidir. Ona görə də, informasiyaların hansı formada (şəkil, diaqram, xəritə, cədvəl, mətn) daha yaxşı çatdırılması öncədən düşünülməlidir.

  • Quruluşu. Adətən poster A0 formatında (84x119 cm) hazırlanır. Posterin strukturlaşdırılması zamanı sütunların sayı ikidən artıq olmamalıdır. Oxuma isiqaməti yuxarıda sol tərəfdən aşağıya sağ tərəfə yönəlir. Mətndə nömrələmələr aparmaqla oxucunu poster boyu istiqa- mətləndirmək olur.

  • Başlıq. Posterin başlığı onun məzmununu yüksək dəqiqliklə ifadə etməlidir. Şriftin ölçüsü elə seçilməlidir ki, təxminən 5 m məsafədən o aydın oxunula bilsin (şriftin ölçüsü 72 pt.). Başlığın sual şəklində yazılması onu cəlbedici edir.

  • Mətn. Posterdə mətn ümumi materialın təxminən 30% təşkil etməlidir. Ayrılıqda verilən mətn blokların həcmi maksimal 10 sətiri keçməmələdir. Onlar imkan daxilində açar sözlər şəklində tərtib olu- nurlar. Mətndə şriftin ölçüsü və sətirlər arası məsafə elə seçilir ki, 2-3 metr məsafədən onu oxumaq mümkün olsun. Adətən burada 36 pt. şrift ölçüsündən istifadə edilir. Simvollardan (sual işarəsi, nida işarəsi, ox və s.) istifadə etməklə oxucunun fikrini xüsusi maraq doğuran yerlərə yönəltmək olar.

  • Dizayn. Posterin uğurlu tərtibi üçün əlverişli dizanın seçilməsi önəmlidir. Estetik təsir əsas məzmuna yönəlməlidir. Səliqəli və gözəl tərtib edilmiş poster oxucunu ayaq saxlamağa cəlb edir və beləliklə ondakı informasiyaları geniş oxucu kütləsinə çatdırmağa şərait yaradır. Bu səbəbdən, rənqlərin seçilməsinə diqqət yetirmək gərəkdir. Rənglər aydın olmalıdırlar, ayrı-ayrı rəng tonları bir-birindən seçilməlidirlər. Arxa plan üçün solğun və göz üçün əlverişli olan rənglərin seçimi məsləhət görülür. Ayrı-ayrı bölmələr arxa rənglərin köməyi ilə fərqlən- dirilir. Onu da nəzərə almaq lazımdır ki, çox vaxt kompyüterin moni- torunda göstərilən rənglə çap qurğusunun kağıza işlədiyi rəng üst-ütsə düşmür. Posterdə cədvəllərin əvəzinə imkan daxilində şəkillərdən istfadə etmək məsləhət görülür, çünki çoxlu informasiya daşıyan cədvəlin qısa zamanda başa düşülməsi çətindir. Bir posterdəki rəsmlərin sayı 5-i keçməməlidir. Onlar kifayət qədər böyük ölçüyə malik olmalıdırlar. Posterdə şəkillərin tətbiqi əlverişlidir. Onlar uzaqdan oxu- cunu cəlb edir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin