Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə52/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Yaddaş xəritəsi


Yaddaş xəritəsi (ingl. Mind map) ingilis psixoloqu Toni Buzan tərəfindən işlənmiş koqnitiv yazma texnikasıdır [71]. Yaddaş xəritəsi ilk baxışdan vizuallaşdırma texnikası kimi nəzərə çarpır, yəni faktları “görünən” edir. Bu üsulun imkanları çox genişdir. O, yuxarıda qeyd edil- diyi kimi, beyinin hər iki yarımkürələrinin aktiv iştirakı ilə aparılan ideya- ların effektiv və universal qeyd edilməsi texnikasıdır. Bunun üçün asso- siasiyalardan geniş istifadə edilir. Yaddaş xəritəsi müəyyən qaydaya əsasən tərtib edilərək oxunur. Adi qeyddən fərqli olaraq “Yaddaş xəritəsi” bir çox üstünlüklərə malikdir: o çox çevik olub istənilən vaxt əlavələrə imkan verir və ideyalar strukturunu əyani təsvir etməyə şərait yaradır. Digər tərəfdən o kreativliyi həyacanlandırır. Bu zaman beyin kağızda qeyd olunmuş şəkilləri tamamlamağa çalışır.

Şəkil 3. Yaddaş xəritəsinin ümumi strukturunun təsviri.
Formal olaraq yaddaş xəritəsi ağac diaqramı şəklində tərtib edilir (şəkil 3). Əlavə məlumatlar məzmun və prosesləri izah edir. Asılılıqlar qarşılıqlı bağlantılar şəklində aparılır. Əgər terminlər bir-biri ilə kompleks şəkildə birləşdirilə bilirsə, onda belə xəritəyə kompleks yaddaş xəritəsi deyilir. Yaddaş xəritəsini həmçinin ümumi mövzunu difrerensiallamaq üçün də tətbiq edirlər. Belə xəritələr sistematik yaddaş xəritələri adlanır. Alt möv- zular əsas mövzunun ətrafında paylanırlar.
Prinsipial olaraq yaddaş xəritəsinin tərtibi aşağıdakı kimi aparılır:

          1. Boş kağızın ortasında əsas mövzu qeyd edilir. Burada söhbət əsas mövzudan getdiyindən onu böyük və qalın hərflə yazırlar. Çox vaxt mövzunu ona uyğun gələn şəkillə də tamamlayırlar. Kağızda eninə formatdan istifadə etmək məsləhət görülür ki, ağacın qolları üçün kifayət qədər boş yer qalsın.

          2. Bu mərhələdə əsas mövzuya aid olan açar sözlər toplanır. Onlar əsas mövzu ətrafında paylanaraq qollar vasitəsilə onunla birləşdirilir (bax: şəkil 4). Ardıcıllıq burada rol oynamır. Müxtəlif rəngli qələmlərdən istifadə etmək məsləhət görülür.

          3. Mövzu ətrafındakı açar sözlər digər yeni qollar üçün başlanğıc rolunu oynaya bilir.

İdeyalar ağacının struktur təşkilinə heç bir məhdudiyyət qoyulmur. Tətbiq olunan az sayda qaydalar istifadəçiyə kifayət qədər sərbəstlik verir.

Şəkil 4. Məqalə anlayışı ilə bağlı yaddaş xəritəsi.
Bütün yaddaş xəritələri prinsipial olaraq oxşardırlar. Onar mərkəzdən xaricə inkişaf edən təbii struktura malikdirlər. Burada xətlər, simvollar, sözlər, rənglər və şəkillər tətbiq olunaraq “beyinə uyğun” konsept əldə edilir. Yaddaş xəritəsinin köməyi ilə monoton informasiyalardan rəngli, yüksək dərəcəli diaqramlar işlənilir. Bu diaqramlar beyinin funksionallığına uyğun gəldiyindən onlar daha yaxşı yadda saxlanılabiləndirlər. Yaddaş xəritəsini bir növ şəhər planı ilə müqayisə etmək olar. Şəhərin mərkəzi əsas mövzunu (ideyans), mərkəzdən kənara doğru irəliləyən əsas küçələr isə düşünmə prosesinin axınını təsvir edir. İkinci dərəcli küçələr bu halda alt ideyalara uyğun gəlir. Xüsusi şəkillər və ya qrafiki elementlər, fərqlənən maraqlı və ya vacib ideyalar üçün tətbiq oluna bilir.
Mükəmməl işlənmiş yaddaş xəritəsi müəllifin düşünmə qabiliyyətinin güzgüsüdür. Burada güclü qrafiki prosesin köməyi ilə ideyalar strukturunu asan başa düşməyə imkan yaranır. Yaddaş xəritəsi beyin və onun potensialını üzə çıxarmaq üçün universal açar rolunu oynayır.
Yaddaş xəritəsi tələbələr tərəfindən geniş istfadə edilir. Onu əsasən imtahana və çıxışlara hazırlıq zamanı, həmçinin plakatların işlənməsində geniş tətbiq edirlər (şəkil 5). O, öyrənmə prosesində oxunulan mövzuların qrafiki təsviri və onun sistematik təkrarlanması sayəsində yiyələnilmiş biliyin beyində möhkəm həkk olunmasına imkan verir.


  • İdeyaların toplanması;

  • Mövzuya aid mətnin strukturlaşdırılması;

  • Çıxışın tərtibi;

  • Protokolun tərtibi;

  • Planlama və təşkiletmə;

  • Öyrənmə, imtahana hazırlıq.

Şəkil 5. Yaddaş xəritəsinin tətbiq sahələri.



Beyində bu yolla cəmlənmiş biliklərin semantik strukturunun əyani təsviri uzun zaman kəsiyində onun yadda saxlanması və istənilən anda onun yada salınaraq istifadə edilməsini tələb edir. Yaddaş xəritəsinin işlənməsində hər qolun ən çoxu yeddi budağa şaxələnməsinə icazə verilir. Xəritənin tərtibi zamanı məlumatlar fotoqrafik olaraq yaddaşa verilir və imtahan zamanı istifadə edilir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin