Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə49/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Kreativ yazma texnikası


Kreativ yazma zamanı tətbiq olunan metodların köməyi ilə yazma blokadasını aradan qaldırmağa, motivasiyanı və yazma təcrübəsini artır- mağa şərait yaradılır [70]. Bunları əldə etmək üçün yazma prosesində beynin hər iki hissəsinin fəaliyyətini aktivləşdirən əməliyyatlardan (terminoloji və şəkili informasiyaların emalı) istifadə etmək lazımdır.
Son illər ərzində kreativ yazmaq üçün müxtəlif metodlar işlənərək tətbiq olunmuşdur. Bu metodlar humanitar sahələr (jurnalistikada geniş yayılmışdır) üçün işlənsə də, elmi mövzuların işlənməsində onlardan hər kəs istifadə edə bilər. Növbəti bölmədə bu metodlar haqqında qısa məlumat verilir.

İdeyaların qeyd olunması


İdeyaların toplanması və qeyd olunması (və ya ingl. Brainwriting) adlanan kreativ yazma texnikası adətən qrup şəklində işləyəndə geniş tətbiq olunur (şəkil 1). İdeyaların qeyd olunması metodunda hər bir iştirakçı ideyalarını rahat toplaya və yaza bilir. Bu metodun tətbiqi zamanı ideya- ların ərsəyə gəlməsinə mane olan bütün faktorlar minimallaşdırılır və digər tərəfdən bütün kombinasiyalarının yaradılmasına kömək edə biləcək amillər təmin olunurlar. İştirakçılar heç nədən çəkinmədən ideyalarını irəli sürərək digərləri ilə kombinasiya etməlidirlər. İdeal halda bir–birlərinin ideyalarından inspirasiya alaraq iştirakçılar qarşılıqlı ideyaların birgə istehsalına müsbət təsir göstərirlər.
Şəkil 1. Qrup şəklində ideyaların işlənməsi.
Donald M. Murrey öz işində ideyaların qeyd olunmasını yazma konseptinin işlənməsində görüləcək ilkin mərhələ adlandırır. Bu metodun icrası üçün müəllif onun mövzu ilə bağlı ağlına gələn bütün ideyaları ardıcıl qeyd edir. Siyahının tərtibi təxminən 5‒10 dəq. arasında aparılır. Əgər ilk addımdan siyahının tərtibi alınmırsa, onda buna yenidən cəhd etmək lazımdır. Burada aşağıdakı suallara cavab axtarılır:

          • Ağlınıza gözlənilməz gələn nədir?

          • Siyahıdakı ayrı–ayrı fikirlər arasında hansı əlaqələr mövcuddur?

İşlənilmiş siyahını bu suallarla bir neçə dəfə nəzərdən keçirdikdə bir o qədər yeni ideyaların yaranma ehtimalı artır. Bu material əsasında sonra verilmiş mövzu ətrafında mətn tərtib etmək olar.
İdeyaların qeyd edilməsini iki mərhələyə bölürlər:

  1. Birinci mərhələdə ideyalar işlənir və assosiasiyalar yaradılır. Burada başqalarının ideyalarını dəyərləndirməyə icazə verilmir. Çünki, bu iştirakçılara mənəvi cəhətdən pis təsir göstərə bilər.

  2. İkinci mərhələdə nəticələrin ətraflı tənqidi analizi aparılaraq ən yaxşı ideya seçilir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin