Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Şəkil 1. Diaqramların təsvirinə dair nümunələr



Yüklə 0,79 Mb.
səhifə45/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Şəkil 1. Diaqramların təsvirinə dair nümunələr.

Bu formalardan hansının verilmiş iş üçün yararlı olmasını qiymətləndirə biləcək meyar mövcud deyil. Toplanmış verilənlərin növləri çox vaxt müəyyən təsvir formalarının tətbiqini elə öncədən istisna edir. Məsələn, əgər bir parametrin artımı və ya müxtəlif parametrlərin qarşılıqlı asılı- lıqlarını göstərmək gərəkdirsə, onda qrafiki işləmələrdən istifadə etmək məsləhət görülür. Rəqəmli material oxucuya mətni daha yaxşı başa düşməyə xidmət edərsə, onda verilənlərin cədvəl şəklində təsviri əlverişlidir. Burada eyni verilənlərin müxtəlif təsvir formalarından istifadəsinə yol verilmir.


Cədvəllərin yuxarı hissələrində əşya, zaman və ya parametr vahidlərindən ibarət başlıq yerləşdirilir. Başlığın altında çox vaxt bir neçə sətir yer alır. Eyni növlü sütunların eni bərabər götürülməli, mətn boyu müqayisə olunan cədvəllərin başlıqları eyni olmalıdır. Əgər cədvəlin bir səhifədə yerləşdirilməsi mümkün deyilsə, onda onun bir hissəsi digər səhifəyə keçirilir və orada başlıq təkrar edilir. Bu halda cədvəlin adı birinci səhifədə qeyd edilir, sonrakı səhifələrin isə yuxarı hissəsinin sol tərəfində “Cədvəlin davamı” yazılır. Burada davam edilən cədvəlin nömrəsi də göstərilir, məsələn “Cədvəl 12–nin davamı”.
Adətən statistik verilənlərin toplandığı cədvəllərdə müəyyən iş ardıcıl- lığı (məsələn: eksperimentlərin planlanmasında), hər hansı bir proses göstə- ricisinin onun parametrlərindən asılılığı və ya eyni zamanda hesablama üçün verilənlərin müəyyən meyar əsasında cəmlənməsi təsvir edilir. Cədvəl və ya diaqramlardan istifadə zamanı onlardan hansının verilənlərin asılılığını daha aydın təsvir etməsini nəzərə almaq lazımdır. Cədvəlin üstünlüyü ondan ibarətdir ki, bir sütunda yerləşən parametrdən asılı olan çoxlu sayda digər parametrləri əyani təsvir etmək mümkündür. Diaqramda belə asılılıqlar qarışıqlıq yaradır. Cədvəl təkcə parametr və kəmiyyətlər arasındakı asılılığın yox, həmçinin münasibətlərin keyfiyyətlə təsvirinə də imkan verir.
Cədvəlin nömrələnməsi fəsil daxilində aparılır və ardıcıl yerinə yetirilir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin