Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə41/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Yazma stilistikası


Elmi dilin onu adi dildən fərqləndirən spesifikası var. Xüsusi elmi dilin yaradılmasına ehtiyac ondan irəli gəlmişdir ki, təbii ünsiyyət dili çox mürəkkəb olaraq çox mənalı söz və ifadələrdən istifadə edir. Elmi dilin isə müəyyən obyektivlik səviyyəsini, alimlər arasında qarşılıqlı anlamı təmin etmək məqsədilə daha dəqiq ifadələrə ehtiyacı vardır. İdeal halda elmi dil bir mənalılığa can atır, yəni burada bir söz yalnız bir məna kəsb etməlidir. Buna isə heç də həmişə nail olmaq mümkün deyil və o bir çox hallarda mübahisələrə səbəb olur (bu daha çox humanitar fənlərə xasdır).
Yazılı elmi mətnlərdə aşağıdakı yazma stilindən istfadə olunur:

        • Akademik;

        • Polemik;

        • Publisistik;

        • Elmi–populyar;

        • Dialoq–müsahibə;

        • Didaktiv.

Akademik stil elmi işin yazılmasında ən geniş tətbiq olunanıdır. Bu stil üçün aşağıdakılar səciyyəvidir: emosional dəyərləndirməyə yol verilmir, “mən” kəlməsindən istifadə edilmir, mətn passivdə və ya cəm halında “biz” kəlməsindən istifadə edilməklə yazılır. Tədqiqatın nəticələri dəqiq göstə- rilir, konkret cümlələrlə formulə edilir, məsələn: “Elmi tədqiqat işi nəticəsində əldə edilmişdir ki, ....”. İkimənalı və dağınıq fikirlərdən istifadəyə yol verilmir [29, 55, 62].
Polemik stil səhvlərin inkar edilməsinə, köhnəlmiş nəzər nöqtəsinə, yanlış mövqelərin və arqumentlərin aşkar edilməsinə yönələn işlərin yazılmasında istifadə olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, burada kəskin emosional tona icazə verilmir. İronik və sarkastik formalar yol veriləndir.
Publisistik stil qəzet və ya populyar jurnala məqalə yazmaq üçün yarar- lıdır. Səciyyəvi xassəsi odur ki, burada elmi terminlərdən istifadə minimal- dır, emosional qiymətləndirməyə və pafosa yol verilir, materiala şəxsi münasibətin bildirilməsi mümkündür.
Elmi–populyar stil elmi–populyar jurnal üçün hər hansı bir problem haqqında məqalə yazdıqda istifadə edilir. Burada elmi problem haqqında sadə dildə, minimal sayda elmi terminlərdən istifadə etməklə açıq və aydın şəkildə söhbət açılır.
Dialoq–müsahibə stilinin üstünlüyü ondan ibarətdir ki, burada retorik üsullardan istifadəyə imkan verilir, ondan şifahi çıxış zamanı istifadə edilə bilir. Elmi mətnlərin və dərsliklərin yazılmasında arzu olunmur.
Didaktik stil təlimatı və təlimi özlüyündə əks etdirir, ondan elmi–metodiki və ya dərs vəsaitlərində istifadə edilir. Elmi işdə isə ondan istifadə olunması münasib hesab edilimir.
Elmi işin yazılmasına qoyulan əsas stilistik tələblər bunlardır:

          • Elmi iş akademik dildə yazılır, bəzi hallarda kiçik həcmdə publisistik və polemik stilə yol verilir;

          • Mətnin məntiqi və formal quruluşuna riayət edilməli;

          • Mətni bayağı və şablon ifadələrlə doldurmamalı;

          • Uzun və dolaşıq cümlələrdən qaçmalı. “Bir cümlə – bir fikir” qaydasına riayət etməli;

          • Ümumi məlum olan biliklərin təkrarına yol verməməli;

          • Terminologiyanın vahidliyinə riayət etməli;

          • Lazımsız yerə xarici sözlərdən və terminlərdən istifadə etməməli, tərcümə zamanı bu sözlərin azərbaycan dilində dəqiq ekvivalentinin tapılmasına çalışmalı;

          • Qaranlıq, çox mənalı olan sözlərdən və ifadələrdən yan keçməli (ikimənalı stilistikaya aid misal: “Elan: Sifarişçinin dərisindən gödəkçə tikirik.”) ;

          • Ehtiyac duyulmadıqda şəxsi terminlərin uydurulmasından yan keçməli, onları daxil etdikdə isə əsaslandırmalı;

          • Eyni sözün dəfələrlə təkrarlanmasından qaçmalı, lazım gəldikdə bu sözləri əvəzlik və sinonimlərlə əvəz etməli;

          • Materialı ardıcıl təsvir etməli (burada: buna görə, uyğun olaraq, belə ki, bu yolla, bundan əlavə və s. kimi birləşdirici ifadələrdən istifadə etmək məsləhət görülür) ;

          • Nəticələrin yazılışı zamanı onları sıralamaq yaxşı olardı: birincisi, ikincisi və s. ;

          • Simvol, müqayisə və şəkillər dəqiq və anlaşılan olmalıdırlar. Mətndə mütləq onlara istinad olunmalıdır. Əks halda onlar lazımsız informasiya təsəvvürü yaradırlar;

          • İstifadə olunmuş sitat və biblioqrafik mənbələr mətndə dəqiq göstərilməlidir.

Elmi iş yazma stilistikasına riayət edilməklə azərbaycan dilinin qram- matikasına uyğun yazılmalıdır. “Mən” şəxsiyyət əvəzliyindən istifadə etmək xoşagələn deyil. “Mən düşünürəm”, “mən hesab edirəm” ifadələrinin əvəzinə “görünür ki,..” və ya “belə hesab etməyə əsas var ki,...” ifadələri işlədilir.
Elmi dilin tarixinə nəzər salsaq görərik ki, ilk elmi dil antik dövrdə geniş yayılan yunan dili olub. Bu, Roma imperiyası dövründə də, latın dili ilə paralel olaraq tətbiq olunmaqda idi. Yalnız Orta Əsrlərdən başlayaraq Avropada latın dili yeganə elmi dil kimi başqa dilləri sıxışdırır. Bu dildə çap olunmayan əsərlər elmi iş kimi qəbul edilmirdi. Eyni zamanda ərəb- hind məkanında ərəb dili elm dili kimi tətbiq olunurdu. O dövrdə fəlaiyyət gösətərən İbn Sina, İbn əl-Haytəm, İbn Rüşd kimi alimlər bu dildə yazaraq ərəb elmi dilini yeni səviyyəyə çatdırmışdılar. XV əsrdə Avropada çap olunan elmi işlərin 70 %–dən çoxu latın dilində idi. Humanizm dövründə isə latın dili tədricən digər dillər tərəfindən sıxışdırılmağa başlayır.
XX əsrdən etibarən ingilis dili dünya üzrə elmi işlərin çapında dominantlıq etməyə başlayır və hazırda bu dil elmi mühitdə əsas kommunikasiya dili sayılır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin