Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Cədvəl 1. İşin strukturunun təsviri forması



Yüklə 0,79 Mb.
səhifə40/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Cədvəl 1. İşin strukturunun təsviri forması

GİRİŞ


  1. FƏSİL: ELMİ İŞİN YERİNƏ YETİRİLMƏ PROSESİ……………..

1.1.İşin planlanması………………………………………………...
1.1.1. Mövzunun seçilməsi…………………………………….
1.1.2. Vaxt bölgüsü…………………………………………….
……

  1. FƏSİL: HAZIRLIQ İŞLƏRİ………………………………………...

2.1. İş yeri…………………………………………………………..
2.1.1. Kitabxana……………………………………………….
2.1.2. Laboratoriya…………………………………………….
2.1.3. Ev……………………………………………………….
2.2. İş vasitələri……………………………………………………..
……..

  1. FƏSİL: MATERİALIN TOPLANMASI…………………………....

    1. Ədəbiyyat mənbələrinin axtarışı………………………………….

    2. Əldə olunan mənbələrin qiymətləndirilməsi ……………………

…… NƏTİCƏ
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT ƏLAVƏLƏR

İşin hissələrə bölünməsi məqsədəuyğun aparılmalıdır. Əks halda yaradılmış mündəricatın dərki zamanı orientasiyada çətinlik törənə bilər. Bölmənin dərinləşdirilməsi zamanı başlığın qarşısında duran çoxlu rəqəmlər informasiya itkisinə səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, bölmə zamanı yalnız bir alt-başlıqdan istifadə etmək əlverişli deyil. Belə hallardan imkan daxilində qaçmaq lazımdır. Adətən iki və daha artıq alt-başlıqdan istifadə etmək məsləhət görülür. Fəsilin hansı alt fəsillərə bölünməsi mövzudan asılı olaraq aparılır. Bölmə zamanı çalışmaq lazımdır ki, fəsilin hissələri arasındakı məsafə nə yaxın, nə də uzaq olsun. Bu, işin oxunmasını çətinləşdirir. Ümumi şəkildə məsləhət görülür ki, 40 səhifəlik işin mündəricatı bir səhifədən artıq olmasın. Bu qaydanı nəzərə alaraq ali məktəblərdə görülən işlərə aid bölməni cədvəl 5.2–dəki kimi təsəvvür etmək olar:


Cədvəl 2. İşin bölünməsinə dair tövsiyyələr.

İşin növü

İşin həcmi

Mündəricatın
həcmi

Bölmə səviyyələri

Layihə işi

15

1 səhifə

3

Bakalavr işi

45

1-2 səhifə

3-4

Magistr
dissertasiyası

80

maks. 2 səhifə

maks. 5

Doktorluq
dissertasiyası

120

maks. 3 səhifə

maks. 5

Fəsil və alt fəsillər arasında çox vaxt kiçik həcmli mətn verilir. Bu mətn lərdə mövzuya aid heçnə yazılmır, əks halda təkrarlama yaranır. Burada yalnız həmin fəsilin strukturu haqqında qısa məlumat verilməlidir.
Bölmə sxemindən asılı olmayaraq tədqiqatçı əlyazmanın hazırlanması prosesində hər zaman işin strukturunu kritik dəyərləndirməli və onun, alınmış nəticənin kifayət qədər aydın təsvirinə imkan verməsini yoxla- malıdr. Fəsillərin uyğun ideyanı təsvir etməsi və bölmə müstəvisində arzulanan əsas mövzuların yer alması hər addımda yoxlanmalıdır ki, nəticədə informasiya cəngəlliyinə yol verilməsin.
Elmi işin əsas hissəsinin tərtibi
Giriş, mətn hissəsi və nəticə elmi işin məzmununu göstərən əsas təşkiledicilərdir.
Girişdə adətən tədqiqat mövzusunun aktuallığı əsaslandırılır, məqsəd və məsələlər formulə edilir. İşin obyekti və predmetinin də qısa təsviri burada yer alır. Problemin qabardılması ilə eyni zamanda mövzunun tədqiqat sərhəddinin cızılması birbaşa bağlıdır. Giriş əsas hissənin maksimal 5%-ni təşkil etməlidir ki, işi oxumağa başlayan şəxsdə bütün işə maraq oyana bilsin.
Problemin həlli metodları oxucuya əvvəldən məlum olmalıdır. Formal tələblərə riayət etdikdə bu addımlar işin bölmələrində özünü göstərir. Bu haqda oxucuya girişdə məlumat verilməlidir. Təcrübələr göstərir ki, işdə problemin qoyuluşu imkan daxilində işin lap əvvəlində, yəni girişdə izah olunmalıdır. Çünki sonrakı mərhələdə işin strukturunun tərtibi ona əsas- lanır. İş başa çatdıqda, yəni nəticələr bəlli olduqdan sonra ilkin mərhələdə formulə edilmiş girişin yenidən baxılması və lazım gəldikdə korreksiya olunması məsləhət görülür.
İşin əsas hissəsində qoyulmuş elmi məsələnin həllində tətbiq olunmuş metod və texnikalara ətraflı baxılır, alınmış nəticələr təsvir edilir. Bu hissənin məzmunu tədqiqat mövzusunun məqsədinə uyğun olaraq müəyyən struktura malikdir. Əsas hissədə işin formal olaraq bölünmüş fəsillərinə, alt-fəsillərinə və bölmələrinə uyğun gələn mətnlər müqayisə olunabilən arqumentasiya müstəvisində yerləşməlidirlər. Bir fəsildən digərinə keç- dikdə seçilmiş düşüncə ardıcıllığı sistematik olaraq işin strukturunda öz əksini tapmalıdır. Ona görə də, mətnin tərkibi zamanı arqumentlərin təkrarlanmasına yol verilməməlidir.
İşin strukturundan onun icrası zamanı nəzəriyyə, empiriya və ya metodika sahələrindən hansına töhfə verilməsi görünür. Elmi işin əlyazmasının hazırlanması bir tərəfdən tədqiqat mövzusundan, digər tərəfdən tədqiqatçının yaradıcılıq fəaliyyətindən asılı olduğundan, aşağı- dakı nümunə variantları yalnız ümumi şəkildə təklif və ya izahlar kimi qəbul edilməlidir.
Elmi işin əsas hissəsi həmişə baza fəsli ilə başlayır. Bu fəsildə seçilmiş mövzuya aid əsas anlayışlar və elmin hazırkı durumunu təsvir edən məlu matlar verilir. Onun ardınca elmi arqumentlərə söykənən əsaslandırma gəlir. İşin istiqamətindən asılı olaraq bu ya nəzəri iş daxilində isbatlama yolu ilə, ya empirik tədqiqatda seçilmiş həll yolunun təsviri, ya da konsep- siyanın tərtibinin ayrı–ayrı pillələrinin işlənməsində göstərilir. Üçüncü fəsildə alınmış nəticələrin prezentasiya və diskusiyası yer alır. Aparılan tədqiqat işinin mövzusundan və onun digər fənlərlə əlaqəsindən asılı olaraq işin strukturu genişlənə bilər.
Elmi işin əsas hissəsini təşkil edən bu üç bölmənin həcminə, yəni səhifələrin sayına sərt tələblər qoyulmur. Belə məhdudiyyətin qoyulması heç məqsədəuyğun da deyil. Çünki, müəllif bu formal tələbə əməl etməyə çalışacağından nəticədə problemin kifayət qədər açılmasına maneçilik törədilə bilər.
Elmi iş ilk növbədə öz məzmunu ilə oxucunu inandırmalıdır. Yaxşı proporsiya ilə strukturlaşdırılmış formaya malik işdə bu məqsədə çatmaq asandır. Bundan əlavə fəsillər arasında səlis keçidlər yaratmaqla işin məntiqi ardıcıllığını aydın göstərmək və “axımlı” oxumaya şərait yaradılmış olur.
Nəticə işin girişində təsvir edilmiş məqsədə uyğun olaraq alınmış elmi nəticələri ardıcıl və məntiqi şəkildə təsvir edir. İşin son nəticəsini oxuduqda tədqiqat prosesi ərəfəsində qazanılan elmi yenilikləri görmək olur. Nəticə aparılmış işlərin məntiqi ilə şərtlənir və əsas hissədə verilmiş elmi informasiyanın sintez formasını daşıyır. Nəticə əsasən 1‒2 səhifə həcmində olur.

Müh.12. Yazma stilistikası. Sitatların və mənbələrin göstərilməsi. İnternet materiallarından sitatların gətirilməsi. Qrafiki təsvirlərin işlənməsi. Qeydlər və göstəricilər. Əlavələrin tərtibi


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin