Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


İnternet materiallarından sitatların gətirilməsi



Yüklə 0,79 Mb.
səhifə43/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

İnternet materiallarından sitatların gətirilməsi


Yuxarıda qeyd edildiyi kimi, istifadə olunan mənbələrin elmi işdə dəqiq və düzgün verilməsi vacib tələblərdəndir. Bu, internetdən götürülmüş materiallar üçün də eyni qaydada qüvvədədir. Onu da qeyd etmək lazımdır ki, intenet mənbələrinin yoxlanması digərlərinə nisbətən daha tez və asandır. İndiyə qədər internet mənbələrindən sitatların göstərilməsi üçün bir neçə təklifin işlənməsinə baxmayaraq onlardan istifadə zamanı müxtəlif dərəcəli çətinliklər meydana çıxır.
Bu çətinlik bir tərəfdən ondan ibarətdir ki, internet materiallarının müəllifini heç də həmişə asanlıqla tapmaq mümkün olmur. Digər tərəfdən rəqəmsal media mənbələrinin (verilənlər bankı, bloqlar, məzmunu dinamik dəyişilən portallar) çoxsaylı olması sitatların gətirilməsini elə də asan etmir. Başlıca problem ondan ibarətdir ki, təkcə URL–lər yox, həmçinin onların məzmunu və veb–səhifələrinin strukturu daimi olaraq yenilənir. Bu problemlərə o da əlavə olunur ki, əksər internet mənbələrinin arxivləşdirilib uzun müddət istifadəçilər üçün əlçatan olmasına baxmayaraq, bəzi səhifələr müəyyən vaxtdan sonra pozulur və ya başqa ünvana köçürülürlər. İnternet- də verilmiş mətnlərin neçə səhifədə yerləşməsini ayırd etmək heç də həmişə mümkün olmur. Ciddi internet portalları öz səhifələrində mətnləri səhifələrə bölünmüş şəkildə yerləşdirirlər. Bu arzuolunan olsa da, ona heç də həmişə rast gəlinmir.
Qeyd olunan çatışmamazlıqlara baxmayaraq son illərdə internet mənbələrindən istifadə üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən vahid standart təklifi işlənib müzakirəyə çıxarılmışdır (İSO 690– 2: 1997).
İnternet mənbələrindən sitatların gətirilməsi zamanı aşağıdakılara nəzər yetirmək lazımdır. Əgər internet resursunun çap analoqu varsa, onda çap versiyasına üstünlük verilir. İşdə göstərilən sitatın elektron versiyasını şəxsi kompyüterdə yaddaşa vermək və çap etmək məsləhət görülür. Şəbəkədə eyni sənədin müxtəlif versiyaları olduqda onda müəlliflə əlaqəyə girib onlardan hansının daha üstün olmasını öyrənmək gərəkdir. İnternet mənbələrinin sitat kimi göstərilməsində adi üsuldan istifadə edilir və o, xüsusi məlumatlarla genişləndirilir. Sitatın göstərilməsinin ümumi sxemi belədir:

  • Müəllifin adı və inisialları;

  • Nəşrin sərlövhəsi, yanında [Elektron resurs] göstərilir;

  • Nəşr verilənləri;

  • Texniki xarakteristikası;

  • Nəşrin mənbəyi.

Misallar:


Cəbrayılov, İ. Təhsil fəlsəfəsinin inkişaf tendensiyalarının bəzi aspektləri [Elektron sənəd] // Azərbaycan müəllimi.
URL: http://www.muallim.edu.az/arxiv/2015/42/37.htm (Baxılma tarixi: 14.11.2015).
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumlar). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 13 iyun tarixli qərarı. [Elektron sənəd]. URL: http://edu.gov.az/upload/file/tehsil-pillesinin-dovlet- strandartlari-ve-proqramlari.pdf. (Baxılma tarixi: 17.11.2015).
Məmmədova, V. Körpələrimizi necə qidalandırmalı. Bizim ailə jurnalı. [Elektron sənəd]. URL: http://www.bizimaile.az/arxiv.php?bax=meqale&id=157. (Baxılma tarixi: 17.11.2015).
Oğuz, O. Dedem Korkut Kitabı'nın Mukaddimesi ile Boylar Arasındaki Organik Bağ. Milli folklor. e-Millî Folklor Nr. 107. URL: http://www.millifolklor.com/tr/. (Baxılma tarixi: 17.11.2015).


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin