İşin strukturu onun ayrı–ayrı hissələrinin formal təsvirindən asılıdır. Yuxarıda qeyd edilən struktur təşkilediciləri işin məzmunundan asılı olaraq müxtəlif dərinliyə qədər hissələrə bölünə bilərlər. İşin hissələrə bölünməsi oxucuya müəllifin ideyalar ardıcıllığı, onların həyata keçirilməsi, eyni zamanda işin əsas xəttini, ayrı-ayrı hissələri arasındakı münasibətləri və müəllifin bu bölmələrə ayırdığı diqqəti göstərir.
Bu baxımdan fəsillərin və alt fəsillərin kifayət dəqiqliklə və məntiqi bölünməsini planlamaq üçün onlar arasında olan məntiqi asılılıqlar öncədən analiz edilməlidirlər. Burada aşağıdakı aspektlər fərqləndirilir:
Elmi mövzunun aspektləri arasında belə bir münasibətin olması əlyaz- manın uyğun hissəsində öz əksini tapmalıdır. Tələbə yalnız intensiv ədəbiyyat araşdırmasından və mövzu üzrə müəyyən kompetensiya əldə etdikdən sonra ilkin strukturu və mündəricatı hazırlaya bilər.
İşin ilkin strukturunun hazırlanması və onun müəyyən məntiqlə düzülməsi təkcə oxucu üçün bir köməkçi vasitə deyil, eyni zamanda o müəllifin özü üçün də vacib alət sayılır. İlkin formada hazırlanmış bölmə siyahısı ilk baxışdan işin yerinə yetirilmə planı kimi də interpretasiya edilə bilər. Ona görə də, tələbə mövzunu seçdikdən və analiz etdikdən sonra işin ilkin strukturunu işləməli və mündəricat tərtib olunmalıdır.
İşin məntiqi strukturunun tərtibində tədqiqat problemi və onun çözülməsinə təsir edən amillər nəzərə alınmalıdır. Şəkil2–dən göründüyü kimi, burada problemin özünün struktur təşkilediciləri əhəmiyyətli rol oynaır.
Birinci halda bütün prosedurlar bir problem ətrafında cərəyan etsə də, ikinci və üçüncü hallarda öncə ayrı–ayrı problemlər ayrılıqda həll olunur və sonda onların nəticələri qoyulmuş məqsədə uyğun olaraq ümumiləşdirilir.
Bir çox hallarda mövzunun işlənməsi zamanı hər hansı iş ardıcıllığına riayət olunması yoxlanmalıdır. Adətən 3 hal mövcuddur. Ən az yayılmış sərbəst həll ardıcıllığıdır. Burada müəllif işin bir neçə hissəsini paralel işləyə bilər. Məntiqi məcburi ardıcıllıq tələb edən işlərdə işin strukturu əvvəlcədən müəyyən qədər təyin edilir. Burada tədqiqatçı problemin həll yolunun tələb etdiyi ardıcıllıqdan kənara çıxa bilməz. Məsələn, “Keyfiyyətlə bağlı xərclərin qeyd olunması, planlanması və nəzarəti” mövzusundan göründüyü kimi tədqiqatçı öncə məlumatları toplamalı, planlamalı və sonda nəzarəti araşdırmalıdır. Üçüncü halda tədqiqat zamanı işləmə ardıcıllığının seçilməsi qeyri–sərbəstdir. İlkin olaraq vacib problem və onun hissəsi işlənir, sonra digərləri.
Şəkil 2. Elmi işin strukturuna təsir edən amillər.
Elmi iş ya deduktiv, ya da induktiv metodla araşdırılır. Adətən ümumidən xüsusiyə doğru hərəkət edən metod (deduktiv) geniş yayılıb. Bəzi hallarda isə xüsusi halın ümumiləşdirilməsinə ehtiyac yaranır, yəni induktiv metod tətbiq edilir.
Bölmələrin formal təsvirində beynəlxalq aləmdə ən geniş yayılmış, alt- alta xətt boyunca və ya pilləli düzülmüş quruluşdan istifadə edilir. Xətt boyunca düzülüşdə bütün fəsil və alt-fəsil başlıqları solda şaquli xətt boyunca qeyd edilirlər. Pillə quruluşunda isə alt fəsillər sürüşdürülmüş verilir və işin strukturunu vizual olaraq daha yaxşı təsvir etməyə şərait yaradır. Bu, cədvəl 5.1-də bir misalda göstərilmişdir (cədvəl1).
Buradan göründüyü kimi fəsillərin başlıqları böyük rum rəqəmləri ilə işarələnir. Hər fəsil yeni səhifədən başlayır. Fəsillər alt-fəsillərə bölünür və uyğun olaraq ərəb rəqəmləri ilə nömrələnirlər. İşin əsas hissəsinə aid olmayan bölmələrdə (nəticə, əlavələr, ədəbiyyatların siyahısı) nömrələnmə aparılmır.