Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə35/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Sürətli oxuma
Əvvəlki bənddə oxuma metodları haqqında söhbət açılmışdı. Böyük həcmdə materialın oxunması üçün isə təkcə bu metodlardan istfadə etmək kifayət etmir. Burada xüsusi oxuma texnikasının tətbiqinə çalışmaq lazım- dır. Yuxarıda təsvir eidlmiş oxuma metodları əsasən aşağı kurs tələbələri üçün yararlıdır. Ali məktəbdə təhsil müddətində isə təcrübələrin artması ona gətirib çıxarır ki, bu metodlar adiləşir. Bu inkişaf həm də onunla əsas- lanır ki, təhsi pilləsi ilə irəlilədikcə artan materialın həcmi oxuma keyfiyyəti ilə bərabər oxuma sürətinə də tələblər qoyur.
Sadə strategiyanın tətbiqi sayəsində oxuma sürətini əhəmiyyətli dərəcədə artırmaq olar. Bu strategiyaları öyrənib bütün təhsil boyu tətbiq etmək gərəkdir. Bir çox məşhurların dediyinə görə qalın kitabı iki saata oxuyub onu yüksək dəqiqliklə danışmaq mümkündür. Bu müəyyən dərəcədə şişirdilmiş kimi görünsə də, həqiqətən sürətlə oxuyub, eyni zamanda vacib hissələri yaddaşda saxlamaq olar. Bunun sirri sadədədir: “normal oxucu” mütaliə zamanı mətni söz-söz, yeni başlayanlar isə heca- heca oxuyurlar. Profesionallar isə açar sözlərdən istifadə edirlər. Onlar bir açar sözdən digərinə tərəf sürətlə keçir. Bu gün elmi ədəbiyyatlardan məlumdur ki, böyük insanın elmi ədəbiyyatı oxuma sürəti 130-180 söz/dəq arasındadır.
Oxuma sürəti həmçinin mətnin növündən də asılıdır. O, çətin mətnlərdə (məsələn: xarici ədəbiyyat) aşağı düşür, asan mətnlərdə (məsələn: əyləncə ədəbiyyatı) isə kəskin artır.

Mətnin dənlənməsi


Mətnin dənlənməsi dedikdə onun müəyyən suala əsasən oxunmasıdır. Dənləmə zamanı ümumi konteksdən qoyulmuş suala uyğun gələn hissə götürülür. Məsələn, yer kürəsinin qızmasına aid mətn “Qlobal istiləşməyə hansı amillər təsir edir?” sualı əsasında oxuna və oradan yalnız bu suala cavab verə biləcək hissələr sonrakı istifadə üçün götürülə bilər. Götürülən hissə işlənən tədqiqat işində mənbəni göstərməklə sitatlar şəkilində verilir. Dənləmə zamanı mətnin müəllifinin ideyası, fikir və arqumentləri toxunulmaz qalır.
Mətnin dənlənməsi nə üçün lazımdır? Tutaq ki, Sizin əlinizdə maraqlı mətn var və Siz o mətndən dəyərli biliklər əldə etmək istəyirsiniz. Oxunulan mətnin yazılı qeyd edilməsinin 3 əsas müsbət üstünlüyü vardır:

      1. Mətni yaxşı başa düşmək üçün və başa düşünənləri şəxsi biliyinə inteqrasiya etmək üçün;

      2. Əldə olunan biliyin işin gələcək pilləsində istfadəsi üçün;

      3. Yaddaşı möhkəmləndirmək üçün.

Qədim Çin atalar sözündə deyilir: “Mən bir şeyi eşidirəm və onu unuduram, mən bir şeyi görürəm və onu xatırlayıram, mən bir işi görürəm və onu anlayıram”. Bizim araşdırdığımız konteksdə bu atalar sözü göstərir ki, təkcə oxumaqla mətni mənimsəmk olmaz. Bunun qarşılığında mətni dəyrləndirmək də lazımdır.
Mətni dənləmə üsulu iki müxtəlif kompetensiyaya əsaslanır: Birincisi verilmiş tapşırığı həll etmək iqtidarı, ikincisi isə vacib şeyləri bir yerə yığmaq.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin