Müh.10 Materialın oxunması
“Yaxşı insanlara bəlli deyil ki, oxumağı öyrənmək nə qədər zəhmət və zaman tələb edir. Mən buna 80 il vaxt sərf etmişəm və hələ də deyə bilmərəm ki, mən məqsədimə çatmışam”. V. Göte.
Götenin bu sitatı göstərir ki, oxumaq deyəndə əslində vacib bir sənət nəzərdə tutulur. Bəs sual oluna bilər ki, oxumağı axı orta məktəbdə öyrədirlər və onun yenidən öyrənilməsinə nə ehtiyac duyulur?
Araşdırmalar göstərir ki, son illərdə texniki yeniliklərin insanların gündəlik həyatlarına daxil olması onlarda klassik formada çap olunmuş ədəbiyyatları oxuma vərdişlərini zəiflətmişdir. Mobil telefonla xəbər mübadiləsinin verbal intellektin inkişafına kömək göstərməsi şübhə altındadır.
Öyrənilən informasiya daşıyıcısının formasından asılı olmayaraq, təhsil oxuma kompetensiyasını artırmaqla başlayır. Bir çox metodların öyrənilməsi bu işin daha da müsbət inkişafına təsir göstərir. Bu baxımdan oxuma texnikası, sürətli oxuma, mətnlərin dənlənməsi və vizuallaşdırma anlayışları maraq kəsb edir..
Oxuma texnikası
Oxuma texnikası mütaliə zamanı hər addımda uğur qazanmağa imkan verən reseptlər təklif edir. Bu metodlar konkret təhsil ixtisasına yönəlmə- diyindən verilən təkliflər yalnız ümumi olur.
Oxuma texnikasında ingillis dilli mənbələrdən məlum olan 2 metod geniş yayılmışdır: SQ3R və PQ4R.
SQ3R: SurveyQuestionReadRecideReview.
PQ4R: PreviewQuestionReadReflectReciteReview.
Burada:
Survey: Qısa baxış
Question: Sual vermək
Read: Oxuma
Recite: Oxuduğunu danışmaq
Review: Geriyə baxış
Preview: İlkin baxış
Reflect: Düşünmək
SQ3R metodu 60-cı illərdə amerikalı alim F.Robinzon tərəfindən yara- dılmış effektiv oxuma metodudur. Metodun əsasında kitabın (mətnin) effektiv, aktiv və başa düşərək oxunulması durur. Elmi kitabın oxunması zamanı ardıcıl yerinə yetirilən əməliyyatların baş hərfləri göründüyü kimi metodun adını formalaşdırır. Burada söhbət təkcə oxuma sürətini artırmaq yox, həmçinin mətni başa düşmək və oxunan əsas informasiyaları yadda saxlamaqdan gedir. 1972-ci ildə Thomas və Robinzon göstərilən metodu təkmilləşdirərək PQ4R metodunu yaradırlar. Yeni metoda əvvəlkindən fərqli olaraq daha bir əməliyyat daxil edilir. Bu nəzəriyyələrin hər ikisində göstərilir ki, əldə olunan oxuma effektivliyi müəyyən qədər oxuma nöqteyi- nəzərindən, müəyyən qədər isə məntiqi-trivial təcrübələr əsasında izah eidlir.
Aşağıdakı cədvəldəki müqayisədən görünür ki, elmi kitabın və ya digər formada verilmiş mətnin xüsusi ardıcıllıqla oxunması, mətnin kritik qiy- mətləndirilməsi və əldə olunan biliyin yaddaşda saxlanmasına əsaslanan oxuma texnikası elmi ədəbiyyaların oxunmasına yenicə başlayanlar üçün dəyərli bir vasitədir (Cədvəl1).
Dostları ilə paylaş: |