2.Səhiyyə, təhsil və mədəniyyətin idarə edilməsi problemləri
3.Sosial standart və normativlər
4.Əmək münasibətlərinin tənzimlənməsi
ƏDƏBİYYAT
1. Əlirzayev Ə.Q. "Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi"
2. Rəhmanov F.P. "Sosial sfera keçid iqtisadiyyatı şəraitində"
3. Aqil Əliyev, Azadi Quliyev: "Sosial sferanm iqtisadi və metodoloji əsasları
1-ci sual. Yeni münasibətlər şəraitində dövlət və bazar arasında sosial funksiyaiarın nisbətinin düzgün şəkildə tapılması, əsaslandırılması və bu funksiyaların vaxtında həyata keçirilməsi vacib məsələdir. Başqa sözlə desək, bazarın və dövlətin hansı sahədə effektiv, hansında isə qeyri-effektiv fəaliyyət göstərdiyi aydınlaşdırılmalıdır.
Bu zaman dövlət fəaliyyətinin miqyası və onun strukturu təyin olunmalıdır. Miqyas dedikdə dövlətin xərclərinin məbləğinin təyin öıunması nəzərdə tutulur. Fəaliyyətin strukturunun təyini isə hansı funksiyanın dövlət, hansının isə özəl sektorun yerinə yetirəcəyinin müəyyən edilməsindən ibarətdir. Hər hansı bir xidmətin dövlət funksiyaları sırasından çıxarılıb özəl sektora verilməsinin vaxtı və miqyası da dəqiq təyin olunmalıdır. Məsələn, dövlətin təqdim etdiyi pullu səhiyyə xidmətlərinə keçid əhalinin sağlamlığına pis təsir göstərir. Çünki əhalinin pul gəlirləri səviyyəsinin bazarın tələblərinə uyğun gəlmədiyi, ondan qat-qat aşağı olduğu halda belə xidmətin dəyərinin yüksək, «bazar qiymətlərinə» uyğunlaşdırılması həyat səviyyəsinin və sağlamlığın aşağı düşməsinə səbəb olur. Buna görə də dövlət özəlləşdirmə proqramlarını həyata keçirdikdə, ölkə iqtisadiyyatının vəziyyəti və əhalinin həyat səviyyəsi nəzərə alınmalı, dövlətin cəmiyyət qarşısında yerinə yetirəcəyi funksiyalar aydınlaşdırılmalı, dövlət və bazar arasında sərhəd dəqiqləşdirilməlidir.
Əhalinin sosial təkrar istehsalının səmərəliliyi bir çox amillərlə şərtləndirilir ki, bunların da sırasında sosial proseslərin idarə olunması sahəsində təşkilati tədbirlərin təsirliliyi, xüsusən regional səviyyədə mühün rol oynayır. Çünki, konkret idarəetmə qərarları sosial sferanın təzminatlandırma imkanlarını əhəmiyyətli dərəcədə ya azalda, yaxud da artıra bilər.
Sosial idarəetmə və sosial sferanın idarəolunması anlayışları fərqlidirlər. Belə ki, birinci anlayış daha genişdir və cəmiyyətdə gedən bütün sosial proseslərin idarə olunmasını özündə əks etdirir. Geniş mənada sosial idarəetmə - ictimai sistemə üzvi surətdə xas olan elə bir haldır ki, onun tamlığını, keyfıyyət xüsusiyyətlərini, təkrar istehsalını və inkişafını təmin edir, dar mənada isə - qarşıdakı məqsədin müəyyənləşdirilməsi və ona nail olunması prosesində cəmiyyətin sosial fəaliyyət strukturunun nizamlanması və təkmilləşdirilməsi sahəsində cəmiyyətə dərk edilmiş, sistematik, xüsusi təşkil edilmiş təsir başa düşülür.
Sosial sferanın idarəolunması dedikdə isə - təkrar sosial istehsal üçün zəruri olan xarici mühitin və və daxili şəraitin formalaşdırılması yolu ilə sosial subyektlərin sosial təkrar istehsalının idarə olunması başa düşülür. Belə olduqda, sosial sferaya təsir edən amillərin cəmi nəzərə alınır: məsələn, xarici və daxili, qanunauyğun və təsadüfi, həmçinin müxtəlif inkişaf şəraiti - sabit və qeyri-sabit.
Sosial təkrar istehsalda qərarların qəbul edilməsi, bu sistemin və mühitin gələcəkdə ehtimal edilən vəziyyətinin proqnozuna, qeyri-müəyyənliyi azaldan məlumat və xəbərlərə əsaslanır.
Məqsədyönlü idarə mexanizmi, spesifık ictimai institutlar -idarəetmə subyektləri vasitəsilə həyata keçirilir. Bu subyektlər cəm halında, tərkibinə dövləti, siyasi partiyaları, ictimai təşkilatları və başqa elementləri daxil edən idarəedici sistemi əks etdirir. Regional və yerli səviyyələrdə bu vəzifələri müvafıq orqanlar və təşkilatlar icra edirlər.
Sosial sferanın dövlət tərəfındən idarə olunması, sosial siyasətin məqsədlərinin həyata keçirilməsi, həyat səviyyəsini, sosial rifahı, əhalinin məşğulluğunu, ona sosial yardımı təyin edən qanunla müəyyənləşdirilmiş impreativlərə əsaslanan mexanizmlərdən ibarətdir.
İnkişaf etmiş ölkələrin sosial proseslərin tənzimlənməsi təcrübəsində sosial proseslərin "ikilaylı" idarəçiliyi formalaşır. Birinci "lay" - maddi rifahın və xidmətlərin istehsalı sahəsi bazar mexanizmləri ilə tənzimlənirsə, ikinci "lay" insanın təkrar istehsalı sferası, "insan kapitalının" toplanması- faktiki olaraq, bazar münasibətlərinin "özbaşınalıqlarına" qətiyyən yol verməyən dövlət strukturları tərəfindən idarə olunur.
Sosial inkişafın idarə edilməsi dedikdə, sosial siyasətin işlənib hazırlanması və həyata keçirilməsi, insanlar üçün sosial standartlara uyğun optimal həyat fəaliyyəti şəraitinin yaradılması üzrə dövlət hakimiyyəti orqanlarının, qeyri-dövlət strukturlarının və əhalinin məqsədyönlü, cəmiyyətin bütün üzvlərinə nüfuz edən fəaliyyəti başa düşülür.
Dövlət, sosial sferanın müəssisə və idarələrinin fəaliyyətini hüquqi, inzibati və iqtisadi alətlər vasitəsilə idarə edir.
Bir çox hallarda sosial sferada özəlləşdirməyə və ya kommersiyalaşdırmaya yol verilmir və dövlət, vətəndaşların Konstitusiya hüquqlarını təmin etmək məqsədilə, sosial obyektlərin saxlanılması üçün lazım olan zəruri xərcləri öz üzərinə götürür.
Qarışıq iqtisadiyyatda sosial sfera sahələrinin idarə edilməsi mexanizmi, maddi istehsaldan fərqli olaraq, təşkilati-iqtisadi münasibətlərin, təsərrüfatçılığın institusional formalarının, idarəetmənin üsul və alətlərinin, bu kompleksin tənzimlənməsinin sadəcə məcmusunu ifadə etmir. Sosial sferada təsərrüfatçılıq mexanizmi, hər şeydən əvvəl, demokratik cəmiyyətdə vətəndaş və insanın mühüm hüquqlarının sosial zəmanətlıərinin reallaşdırılmasının, əhalinin sosial müdafıəsinin, həmçinin, bazar iqtisadiyyatında vətəndaşların gəlir və rifah səviyyəsindən asılı olmayaraq, bərabər başlanğıc imkanlarla təmin olunmasının sosial-iqtisadi mexanizmidir. Sonuncu prinsip, gəlirlərin bölüşdürülməsində, əməyin ödənilməsində bərabərçiliyə, iqtisadiyyatı stimullardan məhrum edilməsinə və staqnasiyaya aparan sosialist bərabərliyi prinsipinə qarşı qoyulur.
Sosial sferanın əsas sahələrinin təsərrüfat mexanizminin formalaşdırılmasında sosial ədalətin prioritetliyi heç də onun səmərəli təşkilinin zəruriliyini inkar etmir, bu isə məlum sferada bazar münasibətlərinin, sosial təminat sisteminin saxlanılması ilə yanaşı, daxili bazar və rəqabət mexanizminin tətbiqini nəzərdə tutur.
Sosial sferada idarəetmə mexanizmi, mikrosəviyyədə də gəlir əldə etmək üçün işləyən korporasiyaların, kommersiya fırmalarının üstünlük təşkil etdiyi maddi istehsaldakı təsərrüfatçılığın təşkilati-iqtisadi formalarından əhəmiyyətli dərəcədə fərqlənir.
Sosial kompleks mikrosəviyyəsində qarışıq iqtisadiyyat prinsipləri, dövlət büdcə idarələrinin, xüsusi və ictimai qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının əlaqələndirilməsində, həmçinin azad bazar sferasında - bu kompleksin təsərrüfatçılıq mexanizmində köməkçi rol oynayan kommersiya təşkilatları və fırmaları ilə reallaşdırılır. Onların vəzifəsi - dövlət və qeyri-bazar sektorunu gümrahlaşdırmaq, istehlakçıların seçim azadlığını və dövlət zəmanəti sisteminə əlavə olaraq, artıq alıcılıq qabiliyyətinə malik olan xidmətlərə tələbatı reallaşdırmaqdır.
Sosial sfera sahələrinin idarə edilməsində səlahiyyətlər, mərkəzi, regional və bələdiyyə hakimiyyət orqanları arasında bölüşdürülür. Sosial sfera sahələrinin inkişafı məsələlərinin əksəriyyəti yerli orqanlar tərəfındən həll edilir. Mərkəzi orqanlar konkret sahələrdə sosial siyasətin istiqamətlərini əsaslandırır, sosial xidmət üzrə fəaliyyətin lisenziyalaşdırılması qaydasını müəyyənləşdirir, irimiqyaslı və kəskin sosial problemləri həll edirlər.