ASEU TEACHERFILE WEB 8238478680735100991.docx 1555493142
Sual 3. Sosial standart və normativlər.
Dövlət sosial sferanı idarə edərkən, sosial zəmanət və standartları, istehlak büdcələri kimi alətlərdən və digər sosial hədd məhdudlaşdırıcılarından istifadə edir.
Əsas sosial zəmanətlər Konstitusiyada, hökumətin qərarlarında təsbit olunur və sosial siyasətdə öz əksini tapır. Müasir mərhələdə dövlət sosial müdafiə sistemi özünü iki əsas funksiyada göstərir: pensiyaçılara, tənhalara, qocalara, əlillərə və bu qəbildən olan digər əhali kateqoriyalarına sosial ödənişlərin verilməsi və sosial xidmətlərin göstərilməsi. Bun funksiyalar sosial cəhətdən ən zəif cəmiyyət üzvlərinə dövlət qayğısı və sosial xeyriyyəçilik prinsipinə əsaslanır. Eyni zamanda sosial müdafıə sosial zəmanətlər sistemi vasitəsi ilə əhalinin bütün kateqoriyalarma şamil edilir. Bu zəmanətlərin minimal dəsti və səviyyəsi, hər bir ölkənin konkret tarixi şəraitindən asılı olaraq dəyişir və sosial müdafıənin bu forması ümumi verğiqoyma və sosial xərclərin büdcədən maliyyələşdirilməsi prinsiplərinə əsaslanır.
Sosial zəmanətlər - uzunmüddətli fəaliyyət ğöstərən mexanizmdir və dövlətin qanunla nəzərdə tutulmuş və vətəndaşların konstitusiya hüquqlarının həyata keçirilməsinə yönəldilmiş öhdəliklərdir. Sosial zəmanətlərin təmin edilməsi, əhaliyə sosial xidmət göstərən sahələr blokuna münasibətdə, dövlət siyasətinin prinsiplərini həyata keçirmədən mümkün deyildir. Bu prinsiplər aşağıdakılardır:
bütün vətəndaşlar, yaşayış yeriindən və gəlirlərindən asılı olmayaraq, müəyyən pulsuz və ya güzəştli xidmətlər minimumu il təmin olunmalıdır;
- dövlət, müəyyən sosial xidmətlər minimumunun təklif edilməsini maliyyələşdirməyə borcludur;
hər bir vətəndaş öz istəyinə uyğun olaraq xidmətlərin əldə etmə yerini və onları təklif edən obyekti seçmək imkanına malik olmalıdır;
sosial xarakterli xidmətlərin təklif edilməsində dövlət və özəl təşkilatların tam bərabər hüquqları təmin edilməlidir;
- qanunvericilik aktları sosial xidmətlərin keyfıyyətinin artırılmasına və istehlakçıların hüquqlarının müdafıəsinə yönəldilməlidir;
sosial kompleksin fəaliyyəti cəmiyyətin bütün təbəqələrinin və sosial qruplarının müxtəlif tələbatlarının daha tam və keyfıyyətlə ödənilməsinə istiqamətlənməlidir;
sosial sahələrin və müəssisələrin fəaliyyəti, ilk növbədə sosial, sonra isə iqtisadi meyarlardan çıxış edərək qiymətləndirilməlidir;
hər bir yekcinsli obyektlərin yarımsahəsində və ya qrupunda təsərrüfat mexanizmi, həmin obyektlərin xüsusiyyətləri nəzərə alınmaqla, əhəmiyyətli dərəcədə fərqləndirilməyə uğraya bilər.
Aparıcı maddələr üzrə sosial ehtiyaclara ayrılan büdcə xərcləri müdafıə olunur və sekvestrə məruz qala bilməzlər. Dövlət, ailə və uşaqların, əlillərin və yaşlıların sağlamlığının və mühafızəsinin, təhsil və mədəniyyət xidmətlərinin inkişafına himayə edən proqramların həyata keçirilməsinə prioritet qaydada vəsaitlər ayırır.
Dövlətin sosiaı zəmanətləri əsasında minimum sosial standartlar durur.
Minimum sosial standartlar - qanunvericiliklə müəyyən olunmuş norma və normativlərdir, sosial müdafıənin minimum səviyyəsini təsbit edir və ondan aşağı səviyyəyə düşmək yolverilməzdir.
Ən zəruri minimum sosial standartlar qanunla təsbit olunur, bununla da dövlət bütün səviyyələrdə icra hakimiyyətləri üçün, həmçinin bütün mülkiyyət növlərində işləyənlər, işəgötürənlər və sahibkarlar üçün onların təminatını mütləq edir.
Dövlətin minimal sosial standartları ali təhsil, ibtidai, təhsil,işsizlikdən müdafıə işsizlik, müavinəti, səhiyyə xidməti, mədəniyyət, idman və istirahət, Dövlətin sosial zəmanətləri, sosial xidmət, əməyın ödənilməsinin, minimum məbləği ,pensıya təminatı, dövlət müavinətləri
Əməyin ödənilməsi sahəsində minimum dövlət standartları -əməyin ödənilməsinin minimum məbləği və büdcə sahəsi işçilərinin əməyinin ödənilməsi üzrə vahid tarif cədvəli ilə müəyyən olunur. Minimum əmək haqqı - ixtisassız əməklə məşğul olan işçinin əmək haqqı səviyyəsidir və onun təkrar istehsalı üçün normal şərait yaratmaq məqsədi güdür. Bu məbləğ qanunvericiliklə, yaxud xüsusi razılaşmalarla müəyyən edilir.
"Azərbaycan Respublikası Konstitusiyasının 35 - ci maddəsində deyilir: Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır"
Əməyin ödənilməsinin minimum məbləği zəmanətli xarakter daşıyır. Bu da onunla ifadə olunur ki, işləyən öz əməyinə görə müəyyən aylıq əmək haqqı almasını iddia etmək hüququndadır. İş vaxtı norması və^mək normaları işçinin təqsiri olmadan yerinə yetirılmirsə bu səviyyə aşağı düşmür.Əməyin ödənilməsinin minimum məbləğinə əlavə haqlar, həmçinin mükafatlar və digər həvəsləndirici ödənişlər daxil edilmir. Sonuncular əmək haqqmm üzərinə hesablanır. Müəssisə işçilərin hamısına minimum əmək haqqını verməyə qadir deyilsə, bu hal müflisləşmə əlamətlərindən biridir.
Bir çox ölkələrdə minimum əmək haqqmın məbləği adətən yaşama minimumunu hesablamaq vasitəsilə müəyyən edilir. Bu isə qiymət səviyyəsi nəzərə alınmaqla əmtəə və xidmətlərə minimum tələbat normativləri üzrə ödənişlər əsasında hesablanır. Belə uyğunluq yoxdursa, bu, ölkədə iqtisadi inkişafm geridə qaldığına, yaxud mövcud bölgü sisteminin qeyri-təkmil olmasma sübutdur, çünki minimum əmək haqqı dövlətin minimum təminatlarmın tərkib hissələrindən biridir.
Minimum əmək haqqınm istehlak minimumuna uyğun olması yalnız sabit iqtisadi vəziyyətdə və istehsalın müəyyən yüksək səviyyəsində mümkündür.
Minimum sosial təminatların mühüm aspektlərindən biri işsizlikdən müdafıə təminatlarıdır. Bu problemin həllinin iki tərəfı var: bir tərəfdən əhalinin maksimum məşğulluğu və özünü məşğulluğu üçün iqtisadi şəraitin yaradılması və digər tərəfdən dövlət yardımınm həyata keçirilməsidir.
Dövlət işsizlərə aşağıdakı zəmanətləri verir:
- məşğulluq növünün, o cümlədən müxtəlif əmək rejimli işin sərbəst seçilməsinə;
-işdən əsassız çixarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Əmək Məcəlləsinə müvafıq olaraq hüquqi müdafıəsinə;
-müvafıq icra hakimiyyəti orqanının vasitəçiliyı ilə işin seçilməsi və işədüzəltməyə köməklik göstərilməsinə;
- işsiz statusu alanlar üçün işsizliyə görə müavinətin ödənilməsinə;
- məşğulluq xidməti orqanlarının göndərişi ilə pulsuz peşə yönümümünə, peşə hazırlığına, yenidən hazırlığına, ixtisasın artırılmasına;
ödənişli ictimai işlərdə iştirak etmək imkanının yaradılmasına;
özünüməşğulluğa köməklik göstərilməsinə.
Təhsil sahəsində dövlət standartları aşağıdakıları nəzərdə
tutur:
- müxtəlif səviyyəli büdcələrdən maliyyələşən təhsil idarələrinin göstərdiyi pulsuz xidmətlərdə;
- pulsuz icbari təhsildə;
- dövlət təhsil idarələrində siniflərin və qrupların son dolma hədlərinin və əhalinin münasib və pulsuz xidmətlərlə təmin olunması norma və normativlərində;
oxuyanlara sosial-iqtisadi yardımın norma və normativlərində;
maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirilməsinin dövlət zəmanətində;
dövlət tədris müəssisələrində pulsuz ali təhsil alan tələbələrin normativ sayı və təqaüdün məbləğində.
Səhiyyə sahəsində sosial təminatlar da Konstitusiya ilə müəyyən olunur. Konstitusiyanın 41- ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Tibbi yardıma tələbatın yol verilən minimum ödənilmə səviyyəsini qiymətləndirmək üçün 10000 min nəfərə düşən həkimlərlə, xəstəxana çarpayıları, ambulator müəssisələri ilə təmin olunma göstəricilərindən istifadə olunur.
Sual 4. Əmək münasibətlərinin tənzimlənməsi.
Sosial sfera sahələrinin idarə olunması problemləri sırasında əmək bazarının idarə edilməsi və əmək münasibətlərinin tənzimlənməsi problemləri xüsusi yer tutur.
Bu problemlər əsasən aşağıdakılardır:
işsizliyin səviyyəsinin artması;
işini itirmiş şəxslər arasında işsizlik müddətinin uzanması;
qadınların və gənclərin işlə təmin olunmasının çətinlikləri;
- azgəlirli və mühafizəsiz məşğulluq növlərinin artımıdır. Əmək bazarının tənzimlənməsi, bazarın şaxələnmiş infrastrukturunun olmasını nəzərdə tutur ki, onun da elementləri aşağıdakılardır:
əmək haqqının tənzimlənməsi kompleksi (qanunlar, sazişlər, kollektiv müqavilələr, arbitraj və s.);
təzminatların tənzimlənməsi kompleksi (işsizlik üzrə müavinət, yaşayış yerini dəyişərkən yol xərcləri və s.);
qanunlar və digər normativ aktlar;
kassalar və müxtəlif fondlar şəbəkəsi;
məşğulluq və işədüzəltmə xidməti;
peşə hazırlığı və yenidən təhsil sistemi;
həmkarlar ittifaqları;
sahibkarlar ittifaqları və s.
Əmək münasibətlərinin tənzimlənməsinin ən vacib məqsədi -dövlətin himayəsi altında könüllülük prinsipinin, tərəflərin bərabər hüquqlarının, sosial partnyorlar arasında razılıqların pozulmasına görə cavabdehliyin gözlənilməsi ilə sosial partnyorluğun təmin olunmasıdır.
Partnyorluğa nail olmanın vasitəsi kimi, əmək münasibətlərinin bütün səviyyələrində kollektiv müqavilələrlə tənzimlənmə mexanizmi çıxış edir.
Işə götürənlər, müəsisə rəhbərləri qarşısında zəhmətkeşlərin maraqlarını həmkarlar ittifaqları qoruyur. İşə götürənlərin maraqlarını, onların ittifaqları (birlikləri) təmsil edir. Onların əsas məqsədi - sosial-əmək münasibətləri sferasında sahibkarların fəaliyyətlərinin əlaqələndirilməsidir.
Razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsinin ümumi prinsiplərini və şərtlərini təyin edən hüquqi akt -Baş sazişdir.
Baş sazişdə üç tərəfın danışıqlar aparmaq və müqavilələr bağlamaq hüquqları ilə göndərilən nümayəndələri iştirak edir: hökumət, həmkarlar ittifaqları, (işçilər tərəfindən səlahiyyətləndirilmiş digər nüfuzlu orqanlar), işə götürənlər (onların birlikləri).
Baş sazişin məzmunu, sosial-iqtisadi münasibətlərin tənzimlənməsi üzrə üçtərəfli komissiya tərəflndən, tərəflər arasında ilkin məsləhətləşmələr əsasında müəyyən olunur.
Baş Saziş, sosial-əmək münasibətlərini, onların reallaşdırılması üzrə tərəflərin müştərək fəaliyyətini dövlət səviyyəsində tənzimləyir. Onun yerinə yetirilməsi, tərəflər üçün məcburidir. Hər bir tərəf, Baş Sazişin imzalanmasından sonra, qəbul olunmuş öhdəliklərin reallaşdırılması üçün zəruri olan ölçülər kompleksini işləyib hazırlayır və onu üçtərəfli komissiyanın katibliyinə təqdim edir. Baş Saziş qüvvədə olan müddət ərzində, tərəflər, sosial və iqtisadi münasibətlər sahəsində yaranan əmək münaqişələrinin tənzimlənməsi üçün, özlərindən asılı olan bütün ölçüləri götürürlər.
Müəyyən olunmuşdur ki, sosial partnyorluq o cəmiyyətdə təmin olunur ki, orada ÜDM-da əmək haqqı 55-60 % təşkil edir.
İşsizlik, bütöv bir problemlər kompleksini doğurur: bu zaman həyat səviyyəsi aşağı düşür, ixtisaslı kadrlar itirilir, cəmiyyətdə sosial gərginlik artır. Dövlət, vətəndaşların işsizlikdən qorunmasının məcburi normalarını tətbiq edir.
İşsizlər - qəbul olunmuş tərifınə görə özlərindən asılı olmayan səbəblər üzündən, işə və ya qazanca sahib olmayan, dövlət məşğulluq xidmətində iş axtaran və ya işləməyə hazır və qadir olan şəxslər kimi qeydiyyatdan keçən və bu xidmət tərəfındən münasib iş təklifıni almayan, əmək qabiliyyətli yaşda olan vətəndaşlardır.
İşsiz vətəndaşlar, yaş və digər xüsusiyyətlər nəzərə alınmaqla, sosial dəstək, pulsuz peşə istiqamətləndirilməsi, təlim, məşğulluq orqanlarının təyinatı ilə ixtisasın artırılması, tibbi xidmət, haqqı ödənilən haqqı ödənilən ictimai işlərdə iştirak etmək imkanı ilə təmin olunurlar. Bağlanmış kollektiv müqavilələrə müvafıq olaraq, sayın və ya ştatın ixtisar edilməsi ilə əlaqədar işdən azad olunan şəxslərə, həmin təşkilatın işçiləri ilə bərabər, mənzilin alınması üçün növbənin saxlanması, müalicə, uşaq məktəbəqədər müəssisələrindən istifadə etmək hüququ təmin olunur.
İşsizlərə müavinət, son iş aylarında orta qazancın müəyyən faizi qədər təyin olunur.
Məşğulluğun bazar infrastrukturunun yaradılmasının prioritet təşkil edən istiqamətləri kimi, həmçinin aşağıdakıları hesab etmək olar:
- əhalinin öz-özünə məşğulluğunun inkişafı;
- dövlət məşğulluq xidmətinin ilk pilləsi olan məşğulluq mərkəzlərinin şəhərlərdə, kənd rayonlarında və digər yaşayış məntəqələrində texniki təchizatı üzrə tədbirlər;
cəmiyyətin məlumatlandırılmasına dair dövlət siyasətinin tərkib hissəsi kimi,əmək ehtiyatlatının qeydiyyatı və bölüşdürülməsinin vahid informasiya hesablama sisteminin mərhələlərlə təşəkkülü;
yaşlı işsiz əhalinin peşəkar hazırlığı və yenidən hazırlığı ilə məşğul olan tədris mərkəzlərinin yaradılması, həmçinin bu məqsədlər üçün fəaliyyətdə olan pelşə təhsili müəssisələrinin, tədris-kurs şəbəkəsinin inkişafı;
- haqqı ödənilən ictimai işlərin bilavasitə yerlərdə təşkili.
Bir qayda olaraq, ilkin peşəkar hazırlıq tələb etməyən əmək fəaliyyətinin bütün növləri, ictimai işlər hesab olunur.
Bunlar - əməktutumlu, sadə, müvəqqəti işlərdir: ərazilərin abadlaşdırılması, yaşayış obyektlərində, xəstəxanalarda, məktəblərdə və s. Müxtəlif növ tikinti işləri, kənddə çöl işlərinə kömək, yükləmə-boşaltma işləri, qocalara və əlillərə qayğı və s.
Sahibkarlıq və xırda biznesin artımı əsasında öz-özünə məşğulluq sektorunun inkişafı zəruridir. Öz-özünə məşğulluğun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, işçilər, yalnız əmək haqqı deyil, həm də ilkin kapital qoyuluşu, risk səviyyəsi nəzərə alınmaqla, gəlirin bir hissəsini əldə edirlər.