Mövzu sosial sferanin idarəetmə mexanizmləRİ plan: Sosial sfera sahələrinin idarə edilməsinin mahiyyəti



Yüklə 27,24 Kb.
səhifə2/3
tarix18.04.2022
ölçüsü27,24 Kb.
#55649
1   2   3
ASEU TEACHERFILE WEB 8238478680735100991.docx 1555493142

2-cü sual. Səhiyyə sistemi - müalicə-profılaktik, elmi-tədqiqat, əczaçılıq, təhsil və digər idarələrdən, tibb texnikası, dərmanlar istehsal edən müəssisələrdən və səhiyyənin idarəetmə orqanlarından təşkil olunmuşdur.

Səhiyyə müəssisə və idarələri öz vəzifələrini, yalnız seçilmiş fəaliyyət növü üzrə lisenziya olduqda yerinə yetirə bilərlər. Lisenziyalar, fəaliyyət şəraitinin qəbul edilmiş standartlara uyğunluq sertifıkatı əsasında dövlət idarəetmə orqanlarının və ya onların tapşırığı ilə yerli hakimiyyətin təşkil etdiyi lisenziya komissiyaları tərəfındən verilir.

Mərkəzi, dövlət səviyyəsində səhiyyə sisteminin idarə edilməsi vəzifələri Səhiyyə nazirliyinin üzərinə düşür. Nazirlik, əhaliyə tibbi yardımın göstərilməsinin prioritet təşkil edən istiqamətləri üzrə strategiyanı, məqsədli proqramları işləyib hazırlayır, tibbi sığorta və sosial təhlükəli xəstəlik proqramları çərçivəsində əhalinin tibbi yardım həcmləri arasındakı nisbəti müəyyənləşdirir, kadr hazırlığını təşkil edir, investisiya siyasəti ilə məşğul olur, əhaliyə tibbi yardım göstərən təşkilatlara metodoloji dəstəyi təmin edir, əhaliyə tibbi xidmət göstərilməsinin dövlət standartlarını işləyib hazırlayır və təsdiq edir.

Səhiyyəni idarə edən regional orqanların vəzifələri ərazi şəbəkəsinə nisbətən əhəmiyyətli dərəcədə genişdir. Onlar, praktiki olaraq, əhalinin sağlamlığının mühaflzəsinin kompleks proqramını toplum şəkildə formalaşdıran və onun yerinə yetirilməsinin nəticələri üzrə (xəstələnmələrin dinamikası, orta ömür müddəti, ölüm səviyyəsi) məsuliyyət daşıyan yeganə orqandır.

Təhsilin inkişafında əsas məqsəd - vətəndaşlarda şəxsiyyətin və insanın yaradıcılıq qabiliyyətinin harmonik inkişafına və ölkənin intelektual və mədəni potensialının artırılmasına olan tələbatların ödənilməsidir.

Dövlət, təhsilin humanist xarakterini, kütləviliyini və onun təhsil alanların inkişaf xüsusiyyətlərinə uyğunlaşa bilməsini, dövlət və bələdiyyə təhsil müəssisələrinin dünyəvi xarakterini, plüralizmini, onun idarə edilməsində demokratikliyi elan edir.

Dövlət təhsil müəssisələri şəbəkəsi, şəhər və kənd əhalisinin tələbatlarına uyğun, milli və regional xüsusiyyətləri nəzərə alaraq yaradılır. Orta peşə təhsili kompleksləri əhalinin ehtiyaclarına və yerli əmək bazarlarına istiqamətlənir. Ali ixtisas təhsili sistemi, dövlətin mütəxəssislərə olan tələbatını və ayrı-ayrı şəxslərin maraqlarını nəzərə alır.

Təhsil, tərkibində milli və regional komponentlər olan dövlət təhsil standartlarına əsaslanır. Onlar, məzunların aldıqları təhsil formalarından asılı olmayaraq, ixtisaslaşmaların obyektiv qiymətləndirilməsinin əsasını təşkil edir. Məsələn, dövlət məktəb təhsili sistemi, minimum təhsil standartlarına malik olmaqla yanaşı, məktəblərin ixtisaslaşdırılması və ayrı-ayrı fənlərin fakultativ tədrisinin inkişafı yolu ilə təhsil alanlarının tələbatlarının rəngarəngliyini nəzərə almalıdır. Eyni zamanda, dövlət strukturlarının maliyyə imkanlarının məhdudluğunu və təhsilin keyfıyyətinin və onun müxtəlifliliyinin artırılması zərurətini nəzərə alaraq, dövlət, əlavə pullu təhsili həvəsləndirir.

Təhsil fəaliyyətini aparmaq üçün lisenziya, dövlət təhsili idarəetmə orqanları və ya yerli özünüidarəetmə orqanları tərəfındən, bu orqanların yaratdığı ekspert komissiyasının rəyi əsasında verilir.

Təhsil müəssisəsi dövlət qeydiyyatından keçdikdən sonra, onun məzunlara müvafıq təhsil səviyyəsi haqqında nümunəvi dövlət formalı sənədi vermək hüququ yaranır. Dövlət akkreditasiyası, mərkəzi və təsisatların dövlət təhsili idarəetmə orqanları tərəfındən aparılır və müəssisənin dövlət statusunu, məzunların hazırlığının dövlət təhsil standartlarının tələblərinə cavab verməsini, dövlət qeydiyyatı haqqında şəhadətnamə ilə təsdiq edir. (Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоsedurudur.

Təhsil müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası haqqında Qaydalar”)
Təhsil müəssisələrinin attestasiyası hər beş ildən bir aparılır. Bu, təhsil fəaliyyəti üzərində dövlət-ictimai nəzarətin həyata keçirilməsinin əsas formasıdır. Onun məqsədi - təhsil alanların tərbiyəsi və təhsilinin keyfıyyətinin və məzmununun müvafıq şəkildə qurulmasıdır.( Attestasiya – [lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq] 1)bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə; 2)bir şəxsin bilik bacarığı haqqında xarakteristika; 3)işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi; 4)vəzifə attestasiyası; 5)işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi: onun tutduğu vəzifəyə uygun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur; 6)işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; 7)işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi; 8)sorğu, xasiyyətnamə.)

Dövlət, hər il, təhsil ehtiyaclarına milli gəlirin müəyyən faizi miqdarında maliyyə vəsaitlərinin aynlmasına, həmçinin dövlət büdcəsinin və yerli büdcələrin məxaric maddələrinin müdafıəsinə zəmanət verir. Bu vəsaitlərin hesabına, təhsil sisteminin bütün pillələrində və səviyyələrində kütləvi, o cümlədən təmin edilmiş pulsuz təhsil, müsabiqə əsasında isə dövlət-və qeyri-dövlət təhsil müəssisələrində pulsuz orta peşə ali və ali məktəbdən sonrakı təhsili təmin edilir.

Maliyyələşdirmə, hər növdən, tipdən olan müəssisə üçün hər bir təhsil alan hesabı ilə təyin edilən dövlət və yerli normativlər əsasında həyata keçirilir. Müəyyən ərazidə qeyri-dövlət müəssisələrinin maliyyələşdirmə normativləri oxşar dövlət müəssisələrinin maliyyələşdirmə normativlərindən aşağı ola bilməz.

Təhsil müəssisələri müvafıq təhsil proqramlarının və dövlət standartlarının nəzərdə tutmadığı əlavə pullu təhsil xidmətləri göstərə bilər. Belə bir fəaliyyətdən əldə edilən gəlir onların istəyinə əsasən təhsil müəssisələrinə yenidən investisiya edilir və belə fəaliyyət sahibkarlığa aid edilmir.

Qeyri-dövlət təhsil müəssisələri, təhsil alanlardan tədris xidmətləri üçün, o cümlədən dövlət təhsil standartları çərçivəsində tədris üçün təhsil haqqını almaqda haqlıdır. Qeyri-dövlət təhsili alanların, onların valideynləri (nümayəndələri) arasında qarşılıqlı əlaqələr vasitəsilə tənzimlənir.

Təhsili idarəetmə orqanlarının fəaliyyəti dövlət təhsilinin inkişafı proqramının, dövlət təhsil standartlarının və təhsil sisteminin fəaliyyət göstərməsini təmin etməyə yönəldilmişdir.

Təhsil sahəsində səlahiyyətlər qanunverici və icra hakimiyyəti orqanları, yerli özünüidarə və təhsil müəssisələri arasında bölüşdürülmüşdür. Dövlət təhsili idarəetmə orqanları, öz səlahiyyətləri çərçivəsində, istənilən təhsil müəssisəsinə və istənilən təhsili idarəetmə orqanına nəzarət məqsədilə, onları təftiş edə bilər, lakin onlar, yerli təhsili idarəetmə orqanlarının səlahiyyətinə aid olan məsələləri sərbəst şəkildə həll edə bilməzlər.

Dövlət siyasətinin mədəniyyət sferasında mühüm və uzunmüddətli vəzifələri - demokratik dövlətin mənəvi və ideoloji əsaslarını formalaşdırmaqdan, cəmiyyətin yaradıcı potensialının inkişafı və təkrar istehsalı üçün şəraitin yaradılmasından, mədəni həyatın və milli ənənələrin rəngarəngliyinin, mədəniyyət müəssisələri xidmətlərinin əhalinin bütün sosial təbəqələrinin əldə edə bilmək imkanlarını qorunub saxlanılmasından ibarətdir.

Dövlət hesabına mədəniyyətin maliyyələşdirilməsi normativi qanunvericiliklə müəyyənləşdirilir (büdcənin məxaric hissəsindən %-lə).

Mədəniyyətin idarəedilməsi, dövlət hakimiyyət orqanlarının, yerli özünüidarə orqanlarının qarşılıqlı fəaliyyəti, həm dövlət, həm də qeyri-dövlət mədəniyyət təşkilatlarının, fondlarının, yaradıcılıq birliklərinin inkişafı əsasında həyata keçirilir.

Mədəniyyətin idarə olunmasında iştirak edən əsas dövlət hakimiyyət orqanı - Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlik, mədəni irsin qorunub saxlanılmasının və inkişafının, yüksək ixtisaslı yaradıcı kadrların hazırlanmasının, mədəniyyətin xüsusi dəyərli obyektlərinin fəaliyyətinin təminatının, beynəlxalq mədəni əməkdaşlığın inkişafının büdcədən maliyyələşdirilməsinə cavabdehdir. Yerli icra hakimiyyəti orqanları, yerli, milli və digər xüsusiyyətləri nəzərə alaraq, regional proqramları həyata keçirir, bələdiyyə qurumlarında mədəniyyətin inkişafına köməklik göstərirlər.


Yüklə 27,24 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin