Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər



Yüklə 58.5 Kb.
tarix07.12.2016
ölçüsü58.5 Kb.
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər
Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər

Aylıq müavinətin, təqaüdün və kompensasiyanın növündən asılı olmayaraq aşağıdakı sənədlər tələb olunur:

  • müavinət, təqaüd və kompensasiya təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini  təsdiq edən sənədin surəti (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.); 

  • şəxsin (Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin ( şəhid olanların, müharibə əlilərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək)  uşaqlarına müavinət, əmək zədəsi və ya peşə xəstəliyinə görə ödəncin əvəzində müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, təqaüd və  kompensasiya təyinatı istisna olmaqla) əmək pensiyasına  hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin məlumatı;

  • şəxsin işləyib - işləməməsi barədə rayon, şəhər, şəhər rayonu  icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliyinin  arayışı (təqaüdlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla) və ya məşğulluq orqanlarının məlumatı;

  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum  və  himayəçi olmasını təsdiq edən sənədin surəti.

Bunlardan başqa müavinət növləri üzrə aşağıdakı sənədlər təqdim edilməlidir:

 

Çoxuşaqlı analara yaşa görə müavinət təyinatı üçün:



  • qadının  3 və daha çox uşaq doğub onları 8 yaşadək tərbiyə etməsi haqqında mənzil istismar sahələrinin, rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəliyinin arayışı;

  • uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri.

 

Sağlamlıq imkanları məhdud övladını 8 yaşadək tərbiyə etmiş qadınlara yaşa görə müavinət təyinatı üçün:

  • qadının əlil övladını 8 yaşınadək tərbiyə etməsi haqqında mənzil istismar sahələrinin, rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti orqanlarının inzibati  ərazi dairələri üzrə nümayəndəliyinin arayışı;

  • Tibbi-sosial ekspert komissiyasının uşağın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilməsi barədə arayışı;

  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti.

 

Uşaqlarını təkbaşına böyüdən ataların yaşa görə müavinət təyinatı üçün:

  • atanın 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsinə dair yaşayış yeri üzrə mənzil istismar sahələrinin,  rayon, şəhər, şəhər rayonu  icra hakimiyyəti orqanlarının inzibati  ərazi dairələri üzrə nümayəndəliyinin arayışı;

  • ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edildiyinə görə məhkəmənin qüvvəyə minmiş qərarının surəti;

  • uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri.

  • atanın növbəti nikaha daxil olmaması barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının məlumatı.

 

Beşdən çox uşağı olan qadınlara müavinət təyinatı üçün:

  • uşaqların doğum haqqında şəhadətnamələrinin surəti.

 

Əlilliyə görə müavinət təyinatı üçün:

  • əlillik dərəcələrinin (qruplarının) müddətini və səbəbini müəyyən edən Tibbi-sosial ekspert komissiyasının arayışı.

  • mərkəzi hərbi həkim komissiyasının qərarının surəti.

 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinəttəyinatı üçün:

  • Tibbi-sosial ekspert komissiyasının 18 yaşınadək uşağın sağlamlıq imkanları məhdud  hesab edilməsi barədə arayışı.

 

Ailə başçısını itirməyə görə müavinət təyinatı üçün:

  • ailə başçısının  ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin surəti);

  • vəfat edənin 8 yaşına çatmamış uşaqları ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərin surəti, təhsil alması barədə arayış və Tibbi-sosial ekspert komissiyasının qərarının surəti.

 

Dövlət qulluqçularına ömürlük müavinət təyinatı üçün:

  • dövlət qulluqçusunun pensiya yaşına çatmasına və ya əlilliyinə görə dövlət qulluğundan könüllü işdən çıxmasını təsdiq edən əmək kitabçasının surəti;

  • əlilliyə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda dövlət qulluqçusunun əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə Tibbi-sosial ekspert komissiyasının arayışı;

  • dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı.

 

Şəhid ailəsi üzvlərinəAzərbaycan Respublikası Prezidentinin təqaüd və kommunal, nəqliyyat və  digər xidmətlərə görə  müavinət təyinatı üçün:

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyinatı üçün:

  • valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti, valideynlik hüququndan məhrum olma haqqında  məhkəmənin qərarının surəti və ya valideyn  himayəsindən məhrum olma haqqında rayon, şəhər, şəhər rayonu  icra hakimiyyəti başçısının sərəncamının surəti.

 

Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə  müavinət təyinatı üçün:

 

Şəhidin 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarına müavinət təyinatı üçün:

  • şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;

  • şəhid statusunu təsdiqedici sənəd;

  • ümumtəhsil məktəblərində əyani təhsil alma haqqında arayış.

 

Müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarına müavinət təyinatı üçün:

  • şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

  • ümumtəhsil məktəblərində əyani təhsil alma haqqında arayış.

 

Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarına müavinət təyinatı üçün:

  • Tibbi-sosial ekspert komissiyasının şəxsin müharibə əlili və ya 20 Yanvar hadisələri zamanı  əlil olmasını təsdiq edən Tibbi-sosial ekspert komissiyasının arayışının surəti;

  • ümumtəhsil məktəblərində əyani təhsil alma haqqında arayış.

 

Çernobıl AES qəzası  nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçıslarının dispanser  qeydiyyatında olan uşaqlarına müavinət təyinatı  üçün:

  • şəxsin Çernobıl AES  qəzası nəticəsində I  və II qrup əlil omasını təsdiq edən müayinə aktından çıxarış  və  yaxud ölüm haqqında şəhadətnaməsinin surəti;

  • Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının uşaqlarının dispanser qeydiyyatında olması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi.

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə)  müavinət təyinatı üçün:

  • valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti, valideynlik hüququndan məhrum olma  haqqında məhkəmənin qərarının surəti və ya valideyn  himayəsindən məhrum olma haqqında rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının sərəncamının surəti.

  • uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayış;

  • qəyyumluğu  (himayəçiliyi) təsdiq edən sənəd.

 

Aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarına müavinət təyinatı üçün:

  • ünvanlı dövlət sosial yardım almaq hüququnun olması barədə mərkəzin məlumatı;

  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti.

 

İşsizlik müavinəti təyinatı üçün:

  • fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması barədə vergi orqanlarının məlumatı;

  • mülkiyyətində torpaq payı olmaması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər (rayon) şöbələrinin məlumatı;

  • 18 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti;

  • axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış (işsiz kimi qeydiyyata alındığı tarixdən əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün).  

 

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət təyinatı üçün:

  • şəxsin radiasiya qəzasının (Çernobıl AES qəzasının) ləğvində iştirak etməsini və həmin qəzadan zərər çəkməsini təsdiq edən əlillik haqqında Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surəti;

  • Çernobıl AES qəzası iştirakçılarının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağının Tibbi- sosial  ekspert komissiyasının müayinə aktından çıxarışın surəti;

  • Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi.

 

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı üçün:

  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanından uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsinə dair arayış;

  • uşağın valideynlərinin məcburi dövlət sosial sığorta ödəyicisi olmaması barədə arayış.

 

Dəfn üçün birdəfəlik müavinət təyinatı üçün:

  • müavinət alanın ölüm haqqında şəhadətnaməsinin surəti;

  • dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar  tərəfindən verilmiş arayış;

  • müavinət alanın dəfnini təşkil etmiş şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

  • dəfni təşkil edən şəxs barədə yaşayış yeri üzrə bələdiyyənin arayışı.

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinət təyinatı üçün:

  • istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnamə, qərar);

  • işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə Tibbi-sosial ekspert  komissiyasının müayinə aktından çıxarışı;

  • aylıq ödəncin hansı tarixədək ödənilməsini təsdiq edən sənəd;

  • həlak olmuş işçinin ailə üzvü və himayəsində olan digər şəxslərə aylıq müavinət təyinatı üçün işçinin ölüm haqqında şəhadətnaməsi; habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən  sənədlər (şəxsin həlak olan işçi ilə qohumluğunu təsdiq edən doğum və nikah haqqında şəhadətnamələrin surətləri).

 

Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə  və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiya  təyinatı üçün:

  • istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnamə, qərar);

  • işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə Tibbi-sosial ekspert  komissiyasının müayinə aktından çıxarışı və ya ölüm haqqında şəhadətnaməsinin surəti;

  • əlilliyin səbəbi və dərəcəsi haqqında Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surəti;

  • aylıq ödəncin məbləği barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin arayışı;

  • kompensasiya təyinatı  üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədlər.

 

Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinət təyinatı üçün:

  • cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı.

 

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı üçün:

  • Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin fərman və ya sərəncamının   surəti;

  • Azərbaycanın Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti;

  • şəxsin təqaüd almaq hüququ olan ailə üzvlərinin doğum və ya ölüm haqqında şəhadətnamələrinin surəti;;

  • vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanından şəxsin (dul arvadın) yeni nikaha daxil olub-olmaması barədə arayış.

 

20 Yanvar şəhidinin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün  təyinatı üçün:

  • “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin sərəncamının surəti;

  • şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti;

  • şəhidin doğum haqqında şəhadətnaməsinin surəti;

  • şəxsin təqaüd almaq hüququ olan ailə üzvlərinin doğum və ya ölüm haqqında şəhadətnaməsinin  surəti.

 

Fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün təyinatı üçün:

  • fəxri adla təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin fərmanının və ya sərəncamının  surəti;

  • şəxsin işləyib-işləməməsi barədə arayış (büdcədən maliyyələşməsi göstərilməklə).

 

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidenti təqaüdünün  təyinatı üçün:

  • əlillik barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surəti;

  • Böyük Vətən Müharibəsi əlillərinin və onlara bərabər tutulanların müharibə əlilliyi vəsiqəsinin surəti.

 

20 Yanvar hadisələri ilə əlaqədar əlil olanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı üçün:

  • əlillik barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surəti.

 

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı üçün:

  • 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin surəti.

 

Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi  və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı üçün:

  • əlillik barədə Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surəti.

 

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı üçün:

  • Əfqanıstanda sovet qoşunlarının tərkibindəbeynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı;

  • itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi;

  • ölüm haqqında şəhadətnamənin surəti;

  • şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd;

  • təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat (şəxsin qohumluğunu təsdiq edən doğum, nikah və ölüm haqqında şəhadətnamələrin surəti).





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə