Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Cədvəl1. Oxuma metodlarının müqayisəsi



Yüklə 0,79 Mb.
səhifə34/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Cədvəl1. Oxuma metodlarının müqayisəsi.

SQ3R

PQ4R

Survey (Qısa baxış): İlk addımda kitabın mündəricatı ilə yaxından tanış olmaqla bərabər oxucu kitabın strukturu haqqında ilkin təsəvvür qazanır. Burada əsasən fəsillərin başlıqlarına, açar sözlərə diqqət yetirmək lazımdır.

Preview (İlkin baxış): Kitabın fəsilləri və bölmələri haqqında ilkin məlumat toplanır. Nəticə və xülasəyə qısa nəzər salınır.







Question (Sual vermək): İkinci addımda oxucu kitabın bölmələrinə aid
mövzulara suallar qoyur. Sualların formulə edilməsi ilə barabər onlara
cavab haqqında da oxucuda motivasiya yaranır.

Question (Sual vermək): Mətnin bölmələrinə dair konkret suallar
tərtib edilir.

Read (Oxumaq): Əsas iş mətnin öyrənilməsindən ibarətdir. Burada mətn hissə-hissə oxunur. Oxucu oxunulan mətni başa düşməlidir ki, onu yadda saxlaya bilsin. Vacib açar söz və ifadələr xüsusi qələmlə
nişanlanır.

Read (Oxumaq): Mətn qoyulmuş suallara cavab tapmaq məqsədilə oxunur.




Reflect (Düşünmək): Oxucu oxuduğu mətn haqqında düşünərək, mətndə misallar axtarır və onu özündə mövcud olan elmi biliyə calamağa
çalışır.

Recite (Oxuduğunu danışmaq): Hər bir fəsil və bölməni oxuduqdan sonra onun haqqında düşünmək
lazımdır. Söhbət nədən gedir, hansı açar sözlər nəzərə çarpdı və onlar arasında hansı əlaqə mövcuddur?
Oxunulan fəsillər yazılı şəkildə qısa təsvir edilir.

Recite (Oxuduğunu danışmaq): Hər bir fəsildən və ya bölmədən sonra oxucu yuxarıda formulə etdiyi suallara yaddaşında qalan informasiya əsasında cavab tapmağa çalışır və cavabları yazmağa cəhd edir.

Review (Geriyə baxış):
Bu hissədə oxunulmuş kitabın fəsillərinin başlıqları yenidən nəzərdən keçirilir və onlarla bağlı yadda qalan vacib bilgilər aktivləşdirilir. Oxucu əldə olunan bütün biliklərin praktiki
tətbiqi haqqında düşünür.

Review (Geriyə baxış): Oxucu xəyali olaraq kitabın (mətnin) vacib hissələrini gözü önündə canlandırır və mətnə qoyulmuş suallara cavab verməyə çalışır.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin