Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Sitatların və mənbələrin göstərilməsi



Yüklə 0,79 Mb.
səhifə42/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Sitatların və mənbələrin göstərilməsi


Tədqiqatçı apardığı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da ondan istifadə qaydaları bütün sahələrə şamil edilir.
Kənar mənbələrdən olan elmi nəticələrdən istifadə etmək qadağan deyil. Burada əsas diqqət onların işdə necə istifadə edilməsi və dəqiq göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer alması baş verir ki, bu da yol verilməzdir (bax: Bölmə 7.3).

Nəyi sitat kimi göstərmək olar


Sitatların mənbələrinin işdə göstərilməsindən əlavə, istifadə olunan biliyin mütləq sitat şəklində göstərilməsinə olan ehtiyac da yoxlanmalıdır. Yəni, ümumi halda hamıya məlum olanların mütləq sitat kimi göstərilməsi düzgündürmü? – sualına cavab verilməlidr.
Sitatların işdə göstərilməsi üçün əsas meyarlardan biri onun biblioqrafik verilənlərinin və mənbəyinin asanlıqla tapılmasından və beləliklə gətirilən sitatın düzgünlüyünün yoxlana bilinməsindən ibarətdir. Yəni yalnız ictimaiyyətə əlçatan olan mənbələrdən istifadə edilməsi məqbul sayılır.
Ən geniş yayılmış sitat mənbələri kitablar, məqalələr, hüquqi norma- tivlər və dissertasiyalardır. İnternetdən sitat gətirilməsinə xüsusi tələblər qoyulur. Bu haqda aşağıda ətraflı söhbət açılır.

Sitat gətirməyə qoyulan tələblər


Sitatların işdə göstərilməsi zamanı aşağıdakı qaydalara əməl olunması tələb olunur:.

  1. Sitatın mətni dırnaq arasına alınır və ilkin mənbədə verildiyi kimi işdə qeyd edilir. Yazma zamanı sitatın mətnindəki köhnə qrammatik qaydaları yenisi ilə əvəz etməyə yol verilir. Bu halda dəyişməyə izahat verilməlidir. Sitat gətirilən səhifənin alt hissəsində sitatın dəqiq mənbəyi göstərilir. Sitatla əsas mətnin arasından bütöv xətt çəkilir. Digər müəlliflər tərəfindən təklif olunmuş anlayışlar yalnız polemi- kaya səbəb olduqda dırnaq arasına alınır, əks halda buna ehtiyac duyulmur.

  2. Sitat, müəllifin fikrini təhrif etmədən verilməlidir. Bəzi hallarda verilən sitatın həcmini kiçiltmək məqsədilə sözlərin buraxılmasına yol verilir. Bu halda arada çoxlu nöqtələr qoyulur.

Məsələn:
İlkin mənbə: “Müasir tibbdə əldə olunan uğurlar uyğun müalicə vasitələrindən istifadə etməklə istənilən yüksək sağlamlıq səviyyəsini hər kəs üçün əlçatan etməyə imkan verir.”
Şəxsi variant: “... tibbdə əldə olunan uğurlar ... yüksək sağlamlıq səviyyəsini
əlçatan etməyə imkan verir.”


  1. Dolayısı yolla gətirilən sitatlar (başqa müəlliflərin fikirlərini öz sözləri ilə izah etmədə) böyük mətnə qənaət etməyə imkan verir. Belə olan halda da müəlifin fikrini təhrif etməyə yol verilmir. Sitatın sonunda “Bax.” qeydi ilə oxucu mənbəyə yönəldilir.

İlkin mənbə: “Reabilitasiya sahəsi xəstəxanalara nisbətən daha çox inkişaf etməkdədir.”
Mənası dyişdirilmiş halda: Reabilitasiya sahəsi xəstəxana sektoruna nisbətən daha yüksək dinamikaya malikdir.

  1. Həddən artıq sitatlardan istifadə etmək arzu olunmur, çünki, bu işin elmi səviyyəsini aşağı salır.

  2. Əgər tədqiqatçı göstərilən sitatda kursivlə bəzi sözləri ayırmaq istəyirsə, o bunu məxsusi olaraq göstərməlidir. Yəni sitatda ayrılmış sözdən sonra şəxsi izahat verilir, bunun ardınca isə müəllifin inisialları göstərilir. İzahat mətni mötərizəyə alınır. Belə izahatlara misal olaraq: (haşiyə mənimkidir. – R.Ə.), (mənim tərəfimdən vurğulanmışdır. – R.Ə.), (kursv mənimkidir. – R.Ə.) göstərmək olar.

  3. Hər sitatın mənbəyi mətndə göstərilir və nömrələnir. Uyğun mənbəyə istinad iki variantda aparılır:

  • Birinci variantda sitatın mənbəyi bütövlükdə onun daxil edildiyi mətndə verilir. Üstün cəhətinə o aiddir ki, oxucu ədəbiyyat mənbəyi haqqında birbaşa məlumat alır. Ancaq mətnə geniş əlavə informa- siyanın daxil edilməsi fikrin dağılmasına gətirib çıxarır. Bu da onun çatışmayan cəhətini göstərir.

  • İkinci variantda ədəbiyyat mənbəyi sətiraltı göstərilir və kənar informasiya kimi təsir göstərir. Bu informasiya oxucunun diqqətini mətnin məzmununa yönəldilməsinə maneəçilik göstərmir və lazım gəldikdə dəqiq nəzərdən keçirilə bilər. Burada mənbənin iki cür göstərilməsi mümkündür: tam və ya ixtisarla. Oxucunu səlis oxuma tempindən ayırmamaq üçün çox vaxt qısa yazılma formasından istifadə edilir. Qısa məlumatın önündə mənbə kimi istifadə olunmuş ədəbiyyatların siyahıdakı yeri göstərilir. Burada yalnız müəllifin adı və mənbənin siyahıdakı nömrəsini göstərmək kifayət edir.

Misal: “Elmi monoqrafiyalarda sitat və istinadlara da geniş yer verilir.
Sitatların istinad mənbələrini həm sətiraltı, həm də arxada təqdim etmək mümkündür. Lakin əksər hallarda mənbələri sonda vermək daha məqsədyönlü hesab edilir. Bəzi alimlərin fikrincə, sətiraltı istinad mənbələri oxucunun fikrini əsas mətndən yayındırır.” 35

[35] Ş.T.Quliyeva (2009), s.150.
7. Sitatların əlyazmada göstərilməsi zamanı onların mütləq vahid formada tərtibinə çalışmaq lazımdır.
8. Xarici dildə olan sitatlardan imkan daxilində az istifadə edilməsi məsləhət görülür, çünki onun azərbaycan dilinə tərcüməsi tələb olunur. Xarici dildə olan sitatlardan yalnız o zaman istifadə əlverişlidir ki, onun nisbətən dəqiq, başqa interpretasiyalara yol verməyən tərcüməsi mövcud olsun. Bu sitatlardan istifadə tədqiqatçının xarici dil səviyyəsini yoxlamaq üçün nəzərdə tutulmur. Yazma zamanı başqa tərcümələrin də istifadəsinə yol verilir. Bu halda tərcüməçinin adını altsətirdə qeyd etmək lazımdır.
Mətndə aşağıdakı sözlərdən istifadə etməklə oxucunun diqqətini sitata yönəltmək olar: “məlum olduğu kimi...”, “əgər nəzərə alsaq ki,...”, “təkcə bu doğru deyil ki,...”, “ və bu da tamamilə doğrudur...” və i.a.
Sitatların göstərilməsində ilkin və yoxlanmış mənbələrdən istifadə etmək məqsədəuyğundur.

Texniki elmlərdə sitatlardan istifadə


Humanitar elmlərdə sitatların gətirilməsi və analizi yeni biliklərin əldə olunmasını göstərməkdirsə, texniki sahələrdə bu tamam başqa, daha doğrusu az məna kəsb edir [83]. Texniki mətnləri yazma prosesində tədqiqatçının öz şəxsi biliyinin artırılması öndə durmur. Burada söhbət çox vaxt eksperimentlər və ya mütaliə zamanı qazanılmış faktiki biliklərin başadüşülən şəkildə təsvir olunmasından gedir. Hətta, ədəbiyyatların toplanması və analizi mərhələsində də yalnız müəyyən tapşırığa uyğun informasiyaların toplanmasına cəhd edilir. Ədəbiyyatlar burada daha az interpretasiya edilir. O, daşıdığı informasiya dolğunluğuna görə qiymət- ləndirilərək ümumiləşdirilir.
Uyğun olaraq çox nadir hallarda kitab və məqalələrdən digər müəllifin mövqeyi və arqumentasiyası götürülərək yazarın öz sözləri ilə ümumi- ləşdirilir və başqa mövqelərlə müqayisə edilir. Mühəndislik elminin inkişa- fına baxmayaraq mətnlərin analizi elmi metod kimi yalnız humanitar elmlər üçün prioritet olaraq qalır.
Texniki elmi işlərdə digər mənbələrdən olan informasiyalar o vaxt götürülür ki, tədqiqatçı bunu ya özü yaza bilmir, yaxud da yazmaq istəmir.
İstifadə olunmuş mənbələrin dəqiq göstərilməsi və arxivləşdirilməsi texniki sahədə də elmi işin yazılmasında əsas sənədləşdirmə işi sayılır. Texniki əsərin hazırlanmasında istifadə olunan ədəbiyyat mənbələri ilə bərabər digər mənbələr, məsələn internet mənbələri, texniki eksponat və buna bənzər artefaktlar haqqında məlumatlar göstərilməlidir. Humanitar elm- lərdən fərqli olaraq texniki sahədə kənar mənbələrdən olan informasiyalar təkcə mətni yox, eyni zamanda verilənlər, şəkillər, cizgilər, anlayışlar, asılı- lıqlar, düsturlar və s. kimi konkret məlumat daşıyıcılarını özündə əks et- dirir. Belə “sitat” da bütün elm sahələrində olduğu kimi üç əsas elementdən ibarətdir:

    1. mətnə daxil edilmiş informasiya,

    2. məlumat daxil edilmiş yerdə mənbənin nömrəsinin verilməsi,

    3. və bu nömrəyə uyğun ədəbiyyatlar siyahısında istifadə edilmiş mənbənin tam şəkildə göstərilməsi:

Müəllif/İşin adı/Nəşriyyat/Çap ili/Səhifələrin sayı.
Burada mənbələrin transparent olması tələb olunur, yəni onlar istənilən anda tapılıb baxılabilən olmalıdırlar.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin