Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə50/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Sərbəst yazma


Sərbəst yazma kreativ yazma texnikasına aid olan növbəti metoddur. Burada düşünmə prosesi zamanı ideyalar axını heç bir dəyişiklik edilmədən kağıza köçürülür. Müəllif təxminən 15‒20 dəqiqə ərzində ağlına gələn hər bir ideyanı qeyd edir. Bu zaman ayrı-ayrı sözlər, söz birləşmələri və ya cümlələr yaranır və yazma prosesi kəsilmədən davam etdirilir. Fasiləsiz yazma tələbəyə yazma axınına maneə ola biləcək refleksiyanı aparmağa imkan vermir.
Bu metodun müxtəlif məqsədləri vardır. O, yazmağa həvəs olmadıqda, ən azından yazmağa başlamağa kömək edir və beyindəki ideyaları nizam- lamağa imkan verir. Sərbəst yazma metodu mövzuya girişə bilməyən tələbə ilə mövzu arasında münasibət yaradır. Proses zamanı ortaya elə də güclü mətnlər çıxmasa da, bu tələbənin yazma qabiliyyətini gücləndirir. İlk baxışdan xaotik qeydlər kimi gözə çarpan sərbəst yazılar, sonradan nizamlı yazmağa yol açır. Sərbəst yazma aşağıdakı texnikaları özündə cəmləşdirir:

          • Sərbəst assosiasiya;

          • Assosiasiyalar zənciri;

          • Sürətli yazma;

          • Avtomatik yazma.

Sərbəst assosiasiya kreativ yazmanı tədris metodu kimi təbliğ edir. Tələbə verilmiş mövzu haqqında assosiasiyalarını qeyd edir. Sərbəst asso- siasiyalara dalma zamanı tələbə heç bir plan olmadan, yazmağa başlayır və o mövzu ətrafında düşündükdə daxili şəkillər, düşüncələr və ideyalarını daha yaxşı cəmləyə bilir. Assosiasiyaların biruzə verməsi çox zaman mövzu ətrafında mətnin strukturunun yaradılmasına ilkin yardım göstərir. Alınmış assosiasiyalar zənciri təfəkkürün içərisinə daxil olur və yazmanı proses kimi təsvir edir.
Sürətli yazmada kreativ yazmanın praktiki tətbiqinə nəzər salınır. Avtomatik yazmada isə dilin qrammatikasına, orfoqrafiyasına o qədər də diqqət vermədən, ideyaların söz, söz birləşmələri və cümlələr şəklində sürətlə yazılmasına cəhd edilir. Xətaların olması o qədər də vacib sayılmır. Sərbəst yazma metodu 1960–cı illərdə Ken Makror tərəfindən yaradılmış və sonralar Peter Elbou tərəfindən inkişaf etdirimişdir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin