Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə58/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Çıxış zamanı davranış qaydaları


Çıxışa vaxtından əvvəl gəlmək və bu vaxtı daxili rahatlığın yaradılmasına istifadə etmək lazımdır. Bu arada əlyazmanı oxumaq məsləhət görülmür, bu inamsızlığın əlamətidir. İmkan daxilində müxtəlif üsullardan (nəfəs almaq, əl əzələlərini boşaltmaq) istifadə edib, həyacanı azaltmaq gərəkdir. Çıxış zamanı məruzəçi aşağıdakı əlamətləri ilə publikanın diqqətini cəlb etməlidr:

      • Xarici görünüşü: Burada uyğun geyimə diqqət yetirilir. Geyim səliqəli olmalıdr. Çıxış zamanı pozitiv gülüşlə publikaya nə isə maraqlı bir məlumatın çatdırılmasına siqnal vermiş olarsınız.

      • Çıxışdan öncə danışıq: Situasiyadan asılı olaraq sizin üçün müəyyən şəxslər önəmli ola bilərlər: təşkilatlar, təşkilatçı, texnika, moderator və digər məruzəçilər. Onlarla çıxışdan öncə söhbətləşib müəyyən açıq sualları müzakirə etmək olar.

      • Texnikanı yoxlamalı: Çıxışdan öncə lazımi texniki avadanlıqların funksionallığını yoxlamaq lazımdır.

      • Sənədlər: Çox zaman məruzəçilər çıxışlarının qısa skriptini hazır- layaraq ən azından publikada əyləşən, qərarverici şəxslərə (professorlar, dosentlər, qonaqlar) paylayırlar.

Çıxışa başlamazdan öncə bir neçə saniyə gözləməklə publikanın diqqətini özünüzə çəkmiş olursunuz. Bundan sonra normal nəfəs almaqla lazımı səs tonuna şərait yaradılır. Qısa gecikməklə başlamaq məruzəçinin yüksək kompetensiyaya malik olmasından xəbər verir.
Non-verbal siqnal bir şəxsin çıxışı zamanı onun haqqında formalaşan fikrin 50%-ni təşkil edir. Məruzəçinin mimika və jestləri dinləyicilərdə pozitv assosiasiya yaratmalıdır. Əllərin açıq şəkildə tutulması, mülayim sifət və sakit, sərbəst baxış bunun əlamətləridir. Bu əlamətləri inkişaf etdirmək üçün evdə hazırlıq zamanı şəxsi çıxışı videoya çəkib analiz etmək məsləhət görülür. Çıxış zamanı əllərin boş qalmaması üçün köməkçi vasitələrdən istifadə edilir. Lazer işığı və ya köməkçi vərəqdən istifadə əllərin diqqətə alınmamasına şərait yaradır.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin