Azadinform müst əqil İnformasiya Agentliyi



Yüklə 188.88 Kb.
Pdf просмотр
tarix08.12.2016
ölçüsü188.88 Kb.

  

  

AZADİNFORM 



Müst

əqil İnformasiya Agentliyi 

M

 

 



 

 

  

 

  

 

  

 

  

 

  

 

  

 

  

 

 

 

 

  

 

  

 

  

 

  

 

  

 

  

 

  

 

 

09.04.2012

/№ 146623 

GÜNÜN X

ƏBƏRLƏRİ  

 

 

X

əbər 

At

əşkəs pozulub 

GUAM-

ın baş katibi Valeri Çeçelaşvili Azərbaycana səfərə gəlib 

Sankt-Peterburqda MDB PA-

nın  Sosial  məsələlər  və  insan  hüquqları  k omissiyasının  iclası  işə 

ba

şlayıb 

İstanbul Türkiyə Azərbaycan Dərnəyində Kazım Qarabəkir Paşanın qızı ilə görüş olub  

Üç erm

əni hərbçi minaya düşüb 

28 d

ərəcə isti olacaq  

 

Siyas

ət 

Valentina Matviyenko: “Minsk qrupunun potensialı tükənməyib” 

Valentina Matviyenko: “Az

ərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünyadakı 

nüfuzunu göst

ərir” 

Valentina Matviyenko: “RLS il

ə bağlı Azərbaycana alternativ məkan düşünmürük” 

“Az

ərbaycan ilə Rusiya arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir” 

Valentina Matviyenko: “Eurovision” müsabiq

əsi ilə bağlı Azərbaycanla eyni həyəcanı yaşayırıq” 

 

İqtisadiyyat 

Valeh 

Ələsgərov Türkiyədə XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edir 

Son üç ay 

ərzində “Mingəçevir” REŞ-də bir sıra işlər aparılıb 

67,2 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib 

 

Sosial 

Az

ərbaycanlı həkimlər Almaniya və Türkiyəyə kurslara göndərilir 

Az

ərbaycan Dünya Turizm Təşkilatının konqresində iştirak edəcək 

Az

ərbaycanda 1 milyon 978 min 890 nəfər sığorta olunan var  

RİTN-də “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilib 

Kür v

ə Araz çaylarında suyun səviyyəsi azalıb 

 

Beyn

əlxalq 

Pentaqon şefi rəhbəri olduğu qurumun aviaparkını şəxsi məqsədləri üçün istifadə edib 

Nüv

ə müzakirələrinin yeri dəqiqləşdi 

Misirin keçmi

ş vitse-prezidenti prezidentlik uğrunda mübarizəyə qoşulur 

Suriya müxalif

əti hakimiyyətə yazılı təminat verməkdən imtina edib 

Şimali Koreya fəzaya ballistik raket buraxmağa hazırlaşır 

ABŞ-la Əfqanıstan anlaşma memorandumu imzalayıb 

Bakı şəhəri,  Yasamal rayonu,  529-cu məhəllə,  Mətbuat prospekti, 23M 

Tel: 598 47 67, 510 70 43, tel./faks (994 12) 598 47 60 

e-mail: info@azadinform.az                                        

    www.azadinform.az 

 


 



Türkm



ənistan prezidenti avtoyarışda qalib gəlib 

Egemen Bağışdan slovakiyalı siyasətçiyə cavab 

 

Hadis



ə 

Sumqayıtda zavodda partlayış baş verib 

Ming

əçevir İstilik Elektrik Stansiyasında yanğın baş verib 

Bil

əsuvar sakini Balharı çayına yıxılaraq suda boğulub 

X

əzərdə batan balıqçının meyiti tapılıb 

Bakının mərkəzində ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib 

Masallıda 22 yaşlı gənc qız intihar edib 

Türkiy

ə vətəndaşı 1 yaşlı uşağın ölümünə səbəb olub 

Qadınları fahişəliyə cəlb edən şəxs tutulub 

Astarada 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb 

 

Kriminal 

Bakıda dəhşətli qətl törədilib 

Bakıda keçmiş məhkumdan 1,5 kq heroin götürülüb 

Bakıda iki nəfər bıçaqlanıb 

Sumqayıt sakini qadınları İrana apararaq cinsi istismara məruz qoyması ilə əlaqədar saxlanılıb 

 

M



ədəniyyət 

Brilliant Dadaşova Türkiyədə beynəlxalq xeyriyyə tədbirində iştirak edib 

"Möht

əşəm Yüz il" teleserialının ssenaristi öldü 

Nurid

ə Atəşlə görüş keçirilib  

 

İdman 

Bu gün futzal millimiz Rusiya il

ə qarşılaşacaq  

 

 

 

 



 

 

 

 

 

X

əbər 

At

əşkəs pozulub 

 

AZADİNFORM. Ermənilər aprelin 8-də saat 11.50-dən 12.30-dək və 12.45-dən 12.55-dək Xocavənd 

rayonu Kuropatkino k

əndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.50-dən 12.55-dək və 19.30-dan 

19.50-d


ək  isə  Ağdam  rayonu  Yusifcanlı  və  Şıxlar  kəndləri  yaxınlığında  yerləşən  mövqelərdən 

Az

ərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. 



Müdafi

ə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, düşmən cavab atəşi 

il

ə susdurulub. 



 

GUAM-

ın baş katibi Valeri Çeçelaşvili Azərbaycana səfərə gəlib 

 

AZAD

İNFORM.  GUAM-ın  baş  katibi  Valeri  Çeçelaşvili  Az

ərbaycana  səfərə  gəlib.  “Azadinform” 

x

əbər  verir  ki,  səfərdə  məqsəd  GUAM  milli  əlaqələndiricilərinin  aprelin  9-10-da  Bakıda  xarici  işlər 



nazirl

ərinin  müavinləri  səviyyəsində  keçiriləcək  iclasında  iştirak  etməkdir. Səfər  zamanı  Valeri 

Çeçelaşvilinin Bakıda bir sıra görüşlər keçirəcəyi də gözlənilir.  

 

Sankt-Peterburqda MDB PA-

nın  Sosial  məsələlər  və  insan  hüquqları  komissiyasının  iclası  işə 

ba

şlayıb 


 



AZADİNFORM.  Bu gün Sankt-Peterburqda MDB PA-nın  Sosial  məsələl ər    və  insan  hüquqları  

komissiyasının  iclası  başlayıb.  Parlamentdən  “Azadinform”a  verilən  məlumata  görə,  Milli  Məclisin 

Regional m

əsələlər komitəsinin sədri Arif Rəhimzadə tədbirdə iştirak edir.  

T

ədbirdə  quruma  üzv  ölkələrdə  komissiyanın  təklif  etdiyi  model  qanunların  istifad



əsi  haqqında 

m

əlumat dinləniləcək, MDB PA çərçivəsində Gənclər Parlamentinin yaradılması, üzv ölkələrdə gənclər 



siyas

əti haqqında qanunların təkmilləşdirilməsi və digər  məsələlər müzakirə ediləcək.     

  

İstanbul Türkiyə Azərbaycan Dərnəyində Kazım Qarabəkir Paşanın qızı ilə görüş olub  

 

Ad



əm Abbaslı/AZADİNFORM. Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir ilə görüş olub. 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə, görüş Türkiyə 

Cümhuriyy

ətinin görkəmli hərbi və siyasi xadimi, Osmanlı ordusunun Şərq cəbhəsinin baş komandanı 

Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkirin İstanbul Türkiyə Azərbaycan Dərnəyini ziyarət 

ed

ərkən baş tutub. Dərnəyin sədri Səfər Qaraqoyunlu görüşdə rəhbərlik etdiyi qurumun fəaliyyəti 



bar

ədə Timsal Qarabəkirə geniş məlumat verib. Timsal Qarabəkir malik olduqları təcrübəni İstanbul 

Türkiy

ə Azərbaycan Dərnəyi ilə bölüşəcəklərini və dərnəyin fəaliyyətinə dəstək verəcəklərini 



vurğulayıb.  

 

Üç erm

əni hərbçi minaya düşüb 

 

AZADİNFORM.  Ermənistanın  Tavuş  vilayətinin  Azərbaycanla  həmsərhəd  rayonunun  Çinari  kəndi 

yaxınlığında üç erməni hərbçisi minaya düşüb. “Azadinform” “ArmTodey” ə istinadən xəbər verir ki, 

o

nlardan  birinin  ayağı  amputasiya  olunub. Erməni  mətbuatı  isə  dərhal  bəyan  etməyə  başlayıb  ki, 



yaralılar sərhədi keçmək istəyən təxribat qrupunun üzvləridir.  

 

28 d

ərəcə isti olacaq  

 

Ad



əm Abbaslı/AZADİNFORM. Sabah Bakının bəzi yerlərində dumanlı hava şəraiti davam etməsinə 

baxmayaraq 28 d

ərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Milli Hidrometeorologiya 

Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Azadinform”a veril

ən  məlumata  görə, 

aprelin 9-

da  Bakıda  və  Abşeron  yarımadasında  dəyişkən  buludlu,  əsasən  yağmursuz  hava  şəraiti 

gözl


ənilir.  Səhər  və  axşam  bəzi  yerlərdə  duman  olacaq,  mülayim  cənub  küləyi  əsəcək,  arabir 

gücl


ənəcək.  Paytaxt  ərazisində  havanın  temperaturu  gecə  6-9 dərəcə  isti,  gündüz  23 -28 dərəcə  isti 

olacağı  proqnozlaşdırılıb.  Yaxın  iki  günd

ə  Bakı  və  Abşeron  yarımadasında  hava  şəraitinin  əsasən 

yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi bildirilir. Cənub küləyi əsəcək.  

Rayonlarda da aprelin 9-da hava 

əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman, şərq 

rayonlarında çiskinli olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, gündüz əsas ən dağlıq ərazilərdə 

arabir gücl

ənəcəyi bölgələrimizdə havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, 

dağlarda gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.  



 

Siyas

ət 

Valentina Matviyenko: “Minsk qrupunun potensialı tükənməyib” 

 

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb məsələdir və bu 

m

əsələnin həllini qısa zamanda tapmaq mümkün deyil”. “Azadinform” xəbər verir ki, bunu Bakıda 



s

əfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat 

konfransında bildirib. O qeyd edib ki, rəsmi Moskva bu məsələdə bütün mümkün səyləri yüksək 

s

əviyyədə göstərir. “Məhz buna misal kimi Rusiya prezidentinin təşəbbüsü ilə dəfələrlə keçirilən 



Az

ərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə üçtərəfli görüşləri göstərmək olar. Ümumiyyətlə, 

biz bu m

əsələdə BMT qətnamələri çərçivəsində hərəkət edirik və beynəlxalq hüquq normalarını əsas 

tuturuq” - dey

ə V.Matviyenko vurğulayıb.  

O, h

əmçinin qeyd edib ki, parlamentin münaqişənin həlli məsələsində rolu ayrıca bir istiqamətdir. 



“Buna parlament diplomatiyası deyirlər. Düşünürəm ki, biz diqqətimizi ziyalılarımızın, mədəniyyət 

xadiml


ərimizin üçtərəfli görüşü üzərində cəmləşdirməliyik. Etimad mühiti formalaşmadan bu 

problemin h

əll yolunu tapmaq çətindir. Mənə elə gəlir ki bu məsələdə parlamentlərin rolu bundan 


 

ibar



ət olmalıdır. Biz mədəniyyət, elm xadimlərinə dəstək verməli, etimad mühiti formalaşdırmağa 

çalışmalıyıq. Əlbəttə, ATƏT-in Minsk qrupunun potensialı da tükənməyib. Rusiya bütün tərəfləri qane 

ed

əcək qərarların axtarılıb tapılmasında bir vasitəçi kimi aktiv mövqe tutub və tutmaqda davam edəcək. 



H

ər iki tərəf xoş məram nümayiş etdirməli və sülh yolu ilə həll variantları tapmalıdır. Biz bu məsələdə 

beyn

əlxalq hüquqa, BMT qətnamələrinə, dövlətlərin ərazi bütövlüyü və güc tətbiq etməmək 



prinsipl

ərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda həll yolu tapacağıq, 

çünki bu m

əsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında sərt şəkildə durur” - deyə o 

əlavə edib.  

 

Valentina Matviyenko: “Az



ərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünyadakı 

nüfuzunu göst

ərir” 

 

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv 

seçilm


əsinə Rusiya tərəfi məmnundur”. “Azadinform” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib. 

O qeyd edib ki, Az

ərbaycanın üzvlüyü  iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı üçün də yeni 

imkanlar 

açır. “Əksər məsələlər üzrə bizim mövqelərimiz ya üst-üstə düşür, ya da yaxındır. 

Az

ərbaycanın BMT Təhlükəsizlik Şurasında iştirakı bir çox beynəlxalq məsələnin həllində 



əməkdaşlığımıza imkan yaradacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi faktı 

dünyadakı nüfuzunu göstərir. Bu, Rusiya və Azərbaycan arasında əlaqələrə daha geniş zəmin 

yaradacaq” - dey

ə V.Matviyenko vurğulayıb.  

Şura sədri deyib ki, iki ölkə son illərin ən böyük ticarət dövriyyəsi həcminə nail olub. “Bu rəqəm 2 

milyard 800 milyon dollar t

əşkil edir. Bu il də ticarət dövriyyəsinin artım tempi pozitiv sayıla bilər. 

Ümidvarıq ki, 2012-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları 

keç

əcək” - deyə o əlavə edib.  



 

Valentina Matviyenko: “RLS il

ə bağlı Azərbaycana alternativ məkan düşünmürük” 

 

Mübariz Aslanov/AZADİNFORM. “Mən əminəm ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS ilə 

bağlı danışıqlar uğurla nəticələnəcək”. “Azadinform” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan 

Rusiya Federasiya 

Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat 

konfransında bildirib. 

O qeyd edib ki, hazırda bununla bağlı tərəflər arasında ciddi danışıqlar prosesi gedir və danışıqlarda 

qeyri-

normal heç bir şey yoxdur. “Biz əminik ki, bu RLS-in işləməsində Rusiya kimi Azərbaycan tərəfi 



d

ə maraqlıdır və biz RLS ilə bağlı Azərbaycana alternativ məkan düşünmürük” - deyə V.Matviyenko 

vurğulayıb.  

Konfransda Erm

ənistan baş nazirinin ölkəsinin RLS ilə bağlı alternativ məkan olması ilə bağlı 

b

əyanatına toxunan spiker Oqtay Əsədov isə deyib ki, Ermənistan tərəfi özünə aidiyyəti olmayan 



danışıqlarla bağlı belə bəyanatlar verməklə çox tələsir. “RLS ilə bağlı Azərbaycanla Rusiya arasında 

danışıqlar hələ davam edir” - deyə o əlavə edib.  

 

“Az

ərbaycan ilə Rusiya arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir” 

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq müxtəlif 

sah


ələrdə inkişaf edir və bu əməkdaşlığın parlamentlərarası tərəfi çox böyük əhəmiyyət daşıyır”. 

“Azadinform” x

əbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina 

Matviyenko jurnalistl

ərə açıqlamasında bildirib. O qeyd edib ki, Rusiya tərəfi Azərbaycan parlamenti 

il

ə təkcə ikitərəfli əsasda deyil, həm də MDB Parlament Assambleyası çərçivəsində də əməkdaşlıq edir. 



“Ölk

ələrimizdə gedən demokratik islahatlar artdıqca, parlamentin rolu da artır. Biz ölkələrimiz arasında 

müxt

əlif sahələrdə imzalanan ikitərəfli sazişlərin qanunvericilik təminatı üzrə daha səmərəli 



işləməliyik. Ötən il Azərbaycan və Rusiya prezidentlərinin hamiliyi altında keçirilən ilk beynəlxalq 

humanitar forum yaxşı ənənəyə çevrilib. Biz hər il belə forumlar keçirəcəyik və onlar əlaqələrimizin və 

əməkdaşlığımızın dərinləşməsinə yaxşı imkan verir” - deyə V.Matviyenko vurğulayıb. Onun sözlərinə 


 

gör



ə, bu gün Azərbaycanla Rusiya arasında iqtisadiyyatın innovasiyalı inkişafına, elmi texnologiyalara 

keçidi t


əmin etmək tapşırığı durur ki, burada ali məktəblər çox vacib rol oynayır. 

Valentina Matviyenko: “Eurovision” müsabiq

əsi ilə bağlı Azərbaycanla eyni həyəcanı yaşayırıq” 

Mübariz Aslanov/AZADİNFORM. “Rusiya Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsi ilə 

bağlı eyni həyəcanı yaşayır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında 

Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.  

O qeyd edib ki, Rusiya daim bu cür t

ədbirlərdə Azərbaycanı dəstəkləyib və ötən il bu möhtəşəm 

müsabiq


ənin Azərbaycanda keçirilməsi üçün 12 balı məhz Azərbaycana verib. “Mən əminəm ki, bu, 

çox parlaq v

ə gözəl hadisə olacaq. Milyonlarla avropalı, o cümlədən dünyanın hər yerindən tamaşaçılar 

müasir Az

ərbaycanı görmək imkanı əldə edəcəklər. Biz qonşuluqda baş verən belə bir möhtəşəm 

hadis


ədən sevinc hissi duyuruq” - deyə o əlavə edib.  

İqtisadiyyat 

Valeh 

Ələsgərov Türkiyədə XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edir 

 

AZADİNFORM. Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya 

komit


əsinin  sədri  Valeh  Ələsgərov  XV  Avrasiya  İqtisadi  Zirvə  toplantısında  iştirak  etmək  üçün 

Türkiy


ədə  səfərdədir.  Parlamentdən  “Azadinform”a  verilən  məlumata  görə,  tədbir  Mərmərə  Qrupu 

Strateji v

ə Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İstanbul və İzmir şəhərlərində 

keçirilir.  Yığıncaqda  iqtisadi,  siyasi,  sosial,  enerji sahələrində  əməkdaşlığın  genişləndirilməsi,  bu 

istiqam

ətlərdə  təcrübə  və  informasiya  mübadiləsi,    mədəniyyətlərarası  dialoq  mövzularında 



müzakir

ələr aparılacaq.  

Valeh 

Ələsgərov toplantıda qaldırılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, öz təkliflərini verəcək. 



S

əfər aprelin 13-də başa çatacaq. 

 

Son üç ay 

ərzində “Mingəçevir” REŞ-də bir sıra işlər aparılıb 

 

AZADİNFORM.  “Mingəçevir”  REŞ-in xidməti  ərazisində  istehlakçıların  daha  da  dayanıqlı  və 

keyfiyy

ətli  elektrik  enerji  təminatının  təmin  edilməsi  məqsədilə  10,  6  və  0,4  kV-lik  paylayıcı 



şəbəkələrdə son üç ay ərzində bir sıra  işlər aparılıb. Bu barədə məlumatı “Azadinform”a “Azərenerji” 

ASC-nin m

ətbuat xidmətindən veriblər. 

REŞ-in balans m

ənsubiyyətinə  daxil  olan    “Tərtər”  elektrik  şəbəkəsi  bu  qəbildən  olan  enerji 

t

əsərrüfatlarından  biridir.  Texniki  göstəricilərin  daha  da  yaxşılaşdırılması  məqsədilə  35/10  kV-lik 



“İsmayılbəyli” yarımstansiyasından çıxan 10 kV-lik “Evoğlu” hava xəttinin 1,2 kilometrlik hissəsində, 

10 kV-lik “Qaynaq” hava x

əttinin  1,4 kilometrlik hissəsində  əsaslı  və  cari  təmir  işləri  görülmüş, 

dayaqlar v

ə zədəli naqillər dəyişdirilib. Bu müddət ərzində 10 kV-lik “Qaraqoyunlu” hava xəttindən 

qidalanan eyniadlı kənddə 0,4 kV -lik EVX-nin 1 kilometrlik hissəsində müvafiq təmir işləri a parılıb, 

150 metr uzunluğunda zədəli naqillər yeniləri ilə əvəz edilib. Hüsnəli, Cəmilli və Seyidimli kəndlərində 

d

ə analoji tədbirlər aparılıb. 0,4 kV-lik EVX-lər üzrə ümumilikdə 4 kilometrdən artıq məsafədə təmir 



işləri yerinə yetirilib. 

Hesabat müdd

əti ərzində paralel olaraq 6 ədəd zədələnmiş 6-10/0,4 kV-lik transformator əsaslı və cari 

t

əmir  edilərək  abonentlərin  istifadəsinə  verilib.  Sözügedən  dövrdə  sayğac  quraşdırılması  və 



d

əyişdiriləsi  işləri  də  yerinə  yetirilib.  Belə  ki,  elektrik  şəbəkəsi  üzrə  40-a  yaxın  yeni  sayğac 

quraşdırılmış, 50-yə yaxın zədəli sayğac isə yenisi ilə əvəz edilib.  

“Ağsu” elektrik şəbəkəsi üzrə də analoji təmir-bərpa işləri görülüb. Məsələn, Cəlayır, Bico, Keçidməz, 

Padar, Elabad, K

əndoba, Ləngəbiz, Bəyimli, Qasımbəyil, Ərəbmehdibəy, Ərəbsərxan, Kalva, Rəhimli, 

Qüzey, Hinqar, Qas

əd və Cəfərli kəndlərində enerji itkisinin qarşısının alınması məqsədilə 0,4 kV -lik 

şəbəkələrin  105  kilometrə  yaxın  məsafədəki  qeyri  standart  naqillər  AS  markalı  yeni  naqillərlə  əvəz 

edilib, 7,5 kilometr

ə  yaxını  isə  əsaslı  və  cari  təmir  olunub.  Şəbəkə  üzrə  40 -dan  artıq  transformator 

m

əntəqəsində əsaslı və cari təmir işləri görülmüş, bir neçə transformatora yağ əlavə edilib. EŞ üzrə son 



üç ay 

ərzində  10  ədəd  yeni  sayğac  quraşdırılıb,  35  ədəd  zədəli  sayğac  is ə  yeniləri  ilə  əvəz  edilib. 

Dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.  

 


 



67,2 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib 

 

AZADİNFORM. “Şəmkir SES Silsiləsi”ndə cari ilin I rübündə avadanlıqlara texniki xidmət hər iki 

stansiyada  işbilən  və  bacarıqlı  mütəxəssislər  tərəfindən  aparılır.  Bu  barədə  məlumatı  “Azadinform”a 

“Az

ərenerji” ASC-nin mətbuat xidmətindən veriblər. 



Xidm

ətlər  yerli  və  zavod  təlimatlarının  tələblərində  göstərilmiş  normada  icra  olunurlar. Bütün 

avadanlıqlar diqqətdə saxlanılır. Cari ilin mart ayında müəssisə üzrə 67,2 milyon kilovatsaat elektrik 

enerjisi istehsal edilib ki, bu da proqnoza 101 faizd

ən  artıq  əməl  edilməsi  deməkdir.  Qeyd  edilən 

h

əcmdən 44,5 milyon kilovatsaatı “Şəmkir” SES-in, 22,7 milyon kilovatsaatı isə “Yenikənd” SES -in 



payına  düşür.  Cari  ilin  I  rübü 

ərzində  isə  205,5  milyon  kilovatsaat  proqnoza  qarşı,  208,4  milyon 

kilovatsaat  elektrik  enerjisi  istehsal  edilib.  Bundan  141,8  milyon  kilovatsaatı  “Ş

əmkir”  SES -in, 66,7 

milyon  kilovatsaatı  isə    “Yenikənd”  SES -in  payına  düşür.  Hal-hazırda  elektrik  stansiyası  dispetçer 

qrafikin


ə uyğun olaraq fəaliyyət göstərir. 2 saylı hidroaqreqatda orta təmir işləri aparılıb və işə qoşulub. 

Hazırda işdə olan ümumi gücü 380 MVt təşkil edən 2 hidroaqreqat saz vəziyyətdədir. Bununla yanaşı, 

kran t

əsərrüfatında  olan  5  ədəd  kətilli  və  2  ədəd  körpülü  kran  da  normal  iş  vəziyyətinə  gətirilib. 



Ümumilikd

ə,  13  transformator,  330-110 kV-luq 12 ədəd  hava  açarı,  12  ədəd  kompressor  qurğuları 

hazırda  normal vəziyyətdədirlər.  Sözügedən  dövrdə  “Yenikənd”  SES -də  hər  birinin  gücü  37,5  MVt 

olan 4 


ədəd  hidroaqreqatlardan  1  və  4  saylı  hodroaqreqatda  cari  təmir  işləri  aparılıb.  Hal -hazırda 

hidroaqreqatlar saz v

əziyyətdədirlər. Digər avadanlıqlarda isə təmir işləri qrafikə uyğun davam etdirilir. 

Yeri g


əlmişkən,  burada  yaz -yay  sel  sularının  qəbulu  və  ötürülməsinə  hazırlıq  işləri  başa  çatdırılıb. 

Dig


ər  enerji  obyektlərində  olduğu  kimi,  burada  da  yanğın  təhlükəsi  olan  bütün  yerlər  diqqətdə 

saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla təmin olunub. Silsiləyə “Şəmkir” 

v

ə “Yenikənd” SES-ləri daxildir.  



 

Sosial 

Az

ərbaycanlı həkimlər Almaniya və Türkiyəyə kurslara göndərilir 

 

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il 

tarixli s

ərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 

üzr


ə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və 

bacarıqlarının artırılması məqsədi ilə bu il ərzində Türkiyənin və Almaniyanın aparıcı klinikalarına 

ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub. Bu barədə məlumatı “Azadinform”a Səhiyyə 

Nazirliyinin m

ətbuat xidmətindən veriblər. 

Bu m


əqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, 

travmatologiya v

ə ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual 

diaqnostika, mama-ginekologiya v

ə psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq. 

Kurslarda 

iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən 

müt


əxəssislər 9 aprel-1 may tarixinədək Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. 

 

Az



ərbaycan Dünya Turizm Təşkilatının konqresində iştirak edəcək 

 

AZA

DİNFORM.  Aprelin 11-12-də  Andora  Knyazlığının  La  Massana  şəhərində  Dünya  Turizm 

T

əşkilatının təşkilatçılığı ilə “Qış və dağ turizmi” mövzusunda VII Ümumdünya Konqresi keçiriləcək. 



ATİ-dən  “Azadinform”a  verilən  məlumata  görə,  qış  və  dağ  turizminin  inkişaf  etdirilməsi 

strategiyalarının  geniş  müzakir

ə  olunacağı  konqresdə  ölkəmizi  ATİ -nin rektoru, professor C

əfər 


C

əfərov təmsil edəcək.  

Aprelin 13-d

ə isə xizək kurortunda mədəni tədbirin keçirilməsi nəzərdə tutulur. 

 

Az

ərbaycanda 1 milyon 978 min 890 nəfər sığorta olunan var  

 

Ad



əm  Abbaslı/AZADİNFORM.  2012-ci ilin ilk rübündə  Dövlət  Sosial  Müdafiə  Fondu  tərəfindən 

əlavə  olaraq  12  min  36  sığorta  olunan üçün f

ərdi  hesab  açılıb.  Fondun  İctimaiyyətlə  əlaqələr 

sektorundan “Azadinform”a veril

ən  məlumata  görə,  2012 -ci il aprelin 1-i tarixinə  olan  statistik 

r

əqəmlərə əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 1 milyon 978 min 



890 n

əfərə çatıb. 



 

Dövl



ət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların 56.1 faizi kişi, 43.9 faizi isə 

qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığorta olunanlar nisbətən üstünlük 

t

əşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığorta olunanların 24.7 faizini 



əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığorta olunan vətəndaşlar 23.5 faiz, 30-

40 yaşa kimi sığorta olunanlar 22.4 faiz, 50-60 yaşa kimi sığorta olunanlar 20.3 faiz, 60 yaşdan yuxarı 

olan sığorta olunanlar isə 9.1 faiz təşkil edir. 

Xatırladaq  ki,  fərdi  uçot  ölkə  qanunvericiliyinə  uyğun  əmək  pensiyalarının  və  digər  sosial  müdafiə 

hüquqlarının  təmin  edilməsi  üçün  hər  bir  sığorta   olunan  haqqında  məlumatların  uçotunun  təşkili  və 

aparılmasıdır.  2006-cı  il  01  yanvar  tarixdən  tətbiq  olunan  “Əmək  pensiyaları  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa əsasən,  əmək  pensiyaları  fərdi  hesaba  toplanan  pensiya  kapitalına  əsasən 

hesablanır.  



 

RİTN-də “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı kollegiya iclası keçirilib 

 

AZADİNFORM.  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyində  (RİTN)  nazir  Əli  Abbasovun 

r

əhbərliyi  ilə  mayda  Bakıda  keçiriləcək    57-ci  “Eurovision-2012” beynəlxalq  mahnı  müsabiqəsinin 



t

əşkili  üzrə  TV  və  radio  yayımı,  genişzolaqlı  internet  və  digər  rabitə  xidmətlərinin  dayanıqlı  işinin 

t

əmin  olunması  istiqamətində  görülən  işlərlə  bağlı  kollegiya  iclası  keçirilib.  Bu  barədə  məlumatı 



“Azadinform”a RİTN-dən veriblər. 

İclasda tədbir zamanı tamaşaçıların Baku Crystal Hall kompleksində müasir standartlara cavab verən 

simli v

ə  simsiz  ş əbəkələrdən  istifadə  üçün  görülən  işlər  barədə  məlumat  verilib.  Eyni  zamanda, 



kompleks 

ərazisində eyni vaxtda  30 minə qədər insanın mobil rabitə xidmətindən, o cümlədən 3-cü 

n

əsil  texnologiyalarından  (3G)  geniş  istifadə  üzrə  həyata  keçirilən  hazırlıq  işləri ətrafında  fikir 



mübadil

əsi aparılıb, aidiyyəti üzrə tapşırıqlar verilib.         

Bundan başqa, “Eurovision- 2012” müsabiqəsi çərçivəsində ölkəyə təşrif buyuran qonaqların çoxluğu 

n

əzərə alınaraq beynəlxalq telefon stansiyaları, internetin Azərbaycan seqmenti və internet resurslarının 



dayanıqlı  işinin,  el

əcə  də  müsabiqənin  keçirildiyi  dövrdə  mehmanxana,  restoran  və  digər  iaşə 

obyektl

ərinin  keyfiyyətli  internet  xidmətləri  ilə  təmin  olunması  ilə  bağlı  aidiyyəti  qurumlarla  birgə 



h

əyata keçirilən məsələlər müzakirə olunub.      

Radio v

ə televiziya verilişlərinin ölkə ilə yanaşı, beynəlxalq aləmdə keyfiyyətli yayımı, müsabiqənin 



r

əsmi veb-saytının dayanıqlı işinin və sistemin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı 

m

əsələlər də kollegiya iclasında müzakirə mövzusu olub.   



Sonda  nazir  RİTN-də  yaradılmış  İşçi  Qrupun  fəaliyyətinin    gücləndirilməsi,    müsabiqənin 

keçirilm


əsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq rabitə sahəsinə aid tədbirlərin icrası, həmçinin 

mövcud probleml

ər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. 

 

Kür v

ə Araz çaylarında suyun səviyyəsi azalıb 

 

AZADİNFORM.  Ekologiya v

ə  Təbii  Sərvətlər  Nazirliyinin  Milli  Hidrometeorologiya 

Departamentind

ən “Azadinform”a verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq 

ongünlük normanın 95-210, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 60-

100, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir.  

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsi ndə su sərfi 388 m3/s 

olmaqla,  ongünlük  normanın  83  faizini  t

əşkil  edir  (2011 -ci ildə  483  m3/s  olmaqla  103  faiz  təşkil 

edirdi). 

Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 114 m3/san olmaqla, ongünlük normanın 83 faizini 

t

əşkil edir (2011-ci ildə 202 m3/s olmaqla 146 faiz təşkil edirdi). 



Son 3 gün 

ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam edib. Belə ki, Kür 

çayının Surra məntəqəsində suyun səviyyəsi 36, Şirvanda 81, Salyanda 75, Bankədə 35, Araz çayının 

Novruzlu m

əntəqəsində isə 55 sm azalıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 490 sm (2011 -ci il aprelin 09-da 594 sm), Şirvanda 383 

sm (2011-ci il aprelin 09-da 490 sm), Salyanda 328 sm (2011-ci il aprelin 09-da 412 sm), Bank

ədə 264 


sm (2011-ci il aprelin 09-da 307 sm), Araz 

çayının  Novruzlu  məntəqəsində  isə  270  sm  (2011 -ci il 

aprelin 09-da 313 sm) t

əşkil edir. 



 

 



Beyn



əlxalq 

Pentaqon şefi rəhbəri olduğu qurumun aviaparkını şəxsi məqsədləri üçün istifadə edib 

 

AZADİNFORM. Pentaqon şefi Leon Panetta rəhbəri olduğu qurumun aviaparkını öz şəxsi məqsədləri 

üçün istifad

ə  edib.  «Azadinform»  «Qazeta.ru»ya  istinadən  xəbər  verir  ki,  bu  isə  ABŞ  Müdafiə 

Nazirliyin

ə  1  mln.  dollara  başa  gəlib.  Məlumata  görə,  belə  çox  vəsaitin  yığılmasına  səbəb  onun 

Kaliforniyanın şimalına tez-tez səfər etməsi olub. Orada onun ailəsi qalır. Pentaqon şefi statusuna görə, 

başqa  cür  səyahət  edə  bilmir.  Buna  baxmayaraq,  o,  ABŞ  büdcəsinə  dəyən  zərəri  ödəməyə  hazır 

olduğunu bildirib. Qəbul edilən ümumi qaydalara görə, belə olan halda Pentaqonun öz rəhbərindən ala 

bil

əcəyi vəsait 17 min dolları keçməyəcək. 



 

Nüv

ə müzakirələrinin yeri dəqiqləşdi 

 

AZADİNFORM. Tehranla 5+1 ölkələri (BMT TŞ üzvləri və Almaniya) arasındakı nüvə 

müzakir


ələrinin harada keçiriləcəyilə bağlı qeyri-müəyyənlik sona çatıb. “Azadinform” CNN-ə 

istinad


ən xəbərə görə, İranın dövlət televiziyasından sonra Avropa Birliyi də müzakirələrin İstanbulda 

keçiril


əcəyini təsdiqləyib. Açıqlamada müzakirələrin aprelin 14-də İstanbulda olacağı bildirilib.  

Daha önc


ə İran müzakirələrin İraqda keçiriləcəyini açıqlamışdı. İndi isə Fars Xəbər Agentliyi birinci 

turda ir


əliləmə olarsa, ikinci turun Bağdadda keçiriləcəyini xəbər verib. 

 

Misirin keçmiş vitse-prezidenti prezidentlik uğrunda mübarizəyə qoşulur 

 

AZADİNFORM. Misirin keçmiş vitse-prezidenti və xüsusi xidmətin rəhbəri Ömər Süleyman mayda 

keçiril


əcək prezident seçkisində mübarizə aparmaq üçün sənəd təqdim edib. 74 yaşlı Süleyman seçkidə 

iştirak etməsi barədə yalnız cümə günü məlumat verib və bunun üçün lazım olan 30 min imzanı son 2 

günd

ə toplaya bilib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, keçmiş prezident Hüsnü 



Mübar

əkin devrilməsinə az qalmış vitse-prezident təyin edilmişdi. Bundan sonra isə hakimiyyət kütləvi 

etirazlar n

əticəsində Ali Hərbi Şuraya keçdi və Ömər siyasi səhnədən getməli oldu. Müşahidəçilər 

hesab edir ki, düny

əvilik tərəfdarı olan siyasi partiyalar seçkidə onun tərəfini saxlaya bilərlər.  



 

Suriya müxalif

əti hakimiyyətə yazılı təminat verməkdən imtina edib 

 

AZADİNFORM. Silahlı Suriya müxalifətinin nümayəndələri hakimiyyətə yazılı təminat verməkdən 

imtina edib. Suriya hakimiyy

əti bundan əvvəl ordunun şəhərlərdən çıxarılmasından öncə müxalifətdən 

silahlı mübarizənin dayandırılmasına yazılı təminat istəmişdi. Azad Suriya Ordusunun komandanı 

polkovnik Riad 

əl-Əsəd bildirib ki, müxalifət Bəşər Əsədin legitimliyini tanımadığına görə belə bir 

t

əminat verməyəcək. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, o, eyni zamanda qeyd 



edib ki, 

əgər hakimiyyət verdiyi vədləri yerinə yetirsə, üsyançılar atəşi dayandırmağa hazırdır. 

Müxalif

ət fəalların sözlərinə görə, təkcə son gün ərzində ölkədə 150-dən çox adam öldürülüb. 



 

Şimali Koreya fəzaya ballistik raket buraxmağa hazırlaşır 

 

AZADİNFORM. Çinin Ninbo şəhərində Şimali Koreyanın fəzaya ballistik raket buraxmaq istəməsi 

müzakir


ə olunub. Görüşdə Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri iştirak ediblər. 

Çinin xarici işlər naziri Yan Yeçi ölkəsinin Koreya yarımadasında  baş verən son hadisələrdən narahat 

olduğunu bildirib.  

“Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, Şimali Koreya aprelin 12-də fəzaya ballistik 

raketl

ə peyk göndərməyi planlaşdırır. Qərb ölkələri hesab edir ki, bu, nüvə başlığı daşıyan ballistik 



raketin sınağı ola bilər. Bu hadisə Koreya Xalq Demokratik Respublikasının banisi Kim İr Senin 100 

illik yubileyin

ə həsr edilib. Mərasimə onlarla xarici jurnalist dəvət olunub. 

 

ABŞ-la Əfqanıstan anlaşma memorandumu imzalayıb 

 

AZADİNFORM. Əfqanıstanla Birləşmiş Ştatlar ABŞ əsgərlərinin şəhər və kəndlərdə keçirdiyi gecə 

reydl


əri barədə hərtərəfli razılığa gəliblər. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, 

 

Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər arasında anlaşma memorandumu 



imzalanıb. Amma razılaşmanın detalları barədə məlumat verilmir.  

Əfqanıstan hökuməti ABŞ əsgərlərinin keçirdiyi gecə reydlərini narazılıqla qarşılayır. 



 

Türkm

ənistan prezidenti avtoyarışda qalib gəlib 

 

AZADİNFORM.  Türkmənistan  prezidenti  Qurbanqulu  Berdıməhəmmədov  Aşqabadda  keçirilən 

avtoyarışda şəxsən iştirak edib və qalib gəlib. Tədbir zamanı prezident yarışın təşkilatçılarına müraciət 

ed

ərək  «olar  mən  də  iştirak  edim»  deyib.  “Azadinform”  “İTAR  TASS”-a istinadən  xəbər  verir  ki, 



müsb

ət cavab alan prezident türk istehsallı “Volkicar” avtomobilinin sükanının arxasına əyləşib. O, ən 

yaxşı nəticə göstərərək qalib gəlib.  

T

ədbirin təşkilatçıları prezidentin əyləşdiyi avtomobili milli idman muzeyinə vermək qərarına gəliblər. 



 

Egemen Bağışdan slovakiyalı siyasətçiyə cavab 

 

AZADİNFORM. Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış Slovakiyada bir siyasətçinin 

erm


əni iddialarını rədd edənlərə vəzifəsinə baxmadan cəza veriləcəyinə dair açıqlamalarına münasibət 

bildirib. “Azadinform” TRT-y

ə istinadən xəbər verir ki, nazir Ankarada keçirilən Krımlılar Gecəsində 

bu sözl


ərə etiraz edib: “Bu gün dünyanın müxtəlif ölkələrinin parlamentlərində bizim şanlı tariximizi 

sorğulamağa çalışan, öz kiçik beyinləriylə bizim tariximizə ləkə vurmağa çalışan hər kəsə Krımda nələr 

olduğunu araşdırmalarını tövsiyə edirəm. Bilirsiniz ki, ən son Slovakiyada yenidən gündəliyə gəlməyə 

çalışan bir köhnə siyasətçi boyunu və həddini aşan, üslubsuz cümlələr işlədib. Ona da Slovakiyanın bir 

atalar sözünü xatırladıram: “Yalanın ayağı qısadır”. Onun üçün də tarixdəki yalanlarla məşğul olmaq 

əvəzinə həqiqi dərdlərə diqqət yetirsinlər”. 



 

Hadis

ə 

Sumqayıtda zavodda partlayış baş verib 

 

Natiq Bağırov/AZADİNFORM. Sumqayıtda zavodda partlayış baş verib. “Azadinform” Fövqəladə 

Hallar Nazirliyinin m

ətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində Etilen 

Polietilen zavodunun E-

12 şöbəsinin propilen qaz anbarında qeydə alınıb.  

Anbara qaz dolduran zaman v

ətəndaşa məxsus, həcmi 20 kub olan “KamAZ” markalı yük 

avtomobilind

ə ani partlayış baş verib. Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər 

“KamAZ” markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın 

hadis

əsi və dağıntı olmayıb.  



Q

əza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi 

il

ə hadisə yerində növbə çəkib.  



Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır. 

 

Ming

əçevir İstilik Elektrik Stansiyasında yanğın baş verib 

 

Natiq Bağırov/AZADİNFORM. Mingəçevir şəhərində yanğın hadisəsi baş verib. “Azadinform” 

Fövq


əladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər İstilik Elektrik 

Stansiyasının yağ tənzimləmə turbinində yağ sızması nəticəsində klapanda ani alışma baş verib.  

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın xidməti qəza vəziyyəti aradan qaldırılana 

kimi hadis

ə yerində növbə çəkib. 

 

Bil

əsuvar sakini Balharı çayına yıxılaraq suda boğulub 

 

Natiq Bağırov/AZADİNFORM. Biləsuvar şəhəri ərazisində ölüm hadisəsi baş verib. Daxili İşlər 

Nazirliyinin m

ətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, şəhər sakini Elyanə 

Bayramova ehtiyatsızlığı nəticəsində Balharı çayına yıxılaraq suda boğulub. 



 

X

əzərdə batan balıqçının meyiti tapılıb 

 

 

10 


AZADİNFORM.  Xəzər  dənizində  batan  balıqçının  meyiti  tapılıb.  “Azadinform”  Fövqəladə  Hallar 

Nazirliyinin  saytına  istinadən  xəbər  verir  ki,  aprelin  6 -da  Bakı  şəhəri,  Xəzər  rayonunda  1989-cu il 

t

əvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxıb və batıb.  



Bu gün aparılmış axtarış-xilasetmə əməliyyatı nəticəsində R.Əliyevin cəsədi batdığı ərazidən təxminən 

500 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. 



 

Bakının mərkəzində ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib 

 

Natiq Bağırov/AZADİNFORM. Bakının Səbail rayonunda yaşayış evində yanğın olub. “Azadinform” 

Fövq


əladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisində vətəndaşa 

m

əxsus  ümumi  sahəsi  130  kv.m  olan  ikimərtəbəli  6  otaqlı  evin  1-ci mərtəbəsində  2  otağın  yanar 



konstruksiyaları 35 kv.m sahədə yanıb.  

Yanğından  evin  qalan  hissəsi  mühafizə  olunub.  Mənzild ə  kirayənişin  kimi  yaşayan  1  nəfər  tüstüdən 

z

əhərlənib.  O,  yanğınsöndürənlər  tərəfindən  xilas  olunub.  Yanğın  yanğınsöndürənlər  tərəfindən 



söndürülüb. 

 

Masallıda 22 yaşlı gənc qız intihar edib 

 

Natiq  Bağırov/AZADİNFORM.  Masallı  rayonunda  intihar  hadis

əsi  ba


ş  verib.  Bu  bar

ədə 


“Azadinform”a  Masallı  rayon  prokurorluğundan  m

əlumat  verilib.  Məlumata  görə,  rayonun    Köhnə 

Alvadı kəndində yaşayan 22 yaşlı Aysel Seyfullayeva özünü yaşadığı evin həyətindəki təndirxananın 

tavanından asaraq ölüb. 

Faktla  bağlı  Cinayət  Mə cəlləsinin  125-ci (özünü öldürmə  həddinə  çatdırma)  maddəsi  ilə  cinayət  işi 

başlanıb. 



 

Türkiy

ə vətəndaşı 1 yaşlı uşağın ölümünə səbəb olub 

 

Natiq  Bağırov/AZADİNFORM.  Yevlax rayonu ərazisində  Türkiyə  vətəndaşı  İ.Kılınc  avtomaşınını 

arxaya ver

ərkən  1  yaşlı  uş ağı  vurub.  Bu  bar

ədə  “Azadinform”a  Daxili  İşlər  Nazirliyinin  mətbuat 

xidm


ətindən məlumat verilib.  

M

əlumata görə, aprelin 7-də saat 09.00 radələrində Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Şərif 



B

əşirova məxsus həyətdə Türkiyə vətəndaşı İsmet Kılınc “Ford” markalı avtomaşını arxaya verərkən 

Şərifin 1 yaşlı oğlu Ramizi vurub. Nəticədə Ramiz hadisə yerində ölüb. 

 

Qadınları fahişəliyə cəlb edən şəxs tutulub 

 

Natiq  Bağırov/AZADİNFORM.  Azərbaycanda  qadınları  fahişəliyə  cəlb  edən  şəxs  tutulub.  Daxili 

İşlər  Nazirliyinin mətbuat  xidmətindən  “Azadinform”a  verilən  məlumata  görə,  İnsan  Alverinə  Qarşı 

Mübariz

ə  İdarəsi  və  Mingəçevir  Şəhər  Polis  Şöbəsi  əməkdaşlarının  həyata  keçirdikləri  əməliyyat-



axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhilə Cəfərova gəlir əldə etmək 

m

əqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb. 



 

Astarada 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb 

 

Natiq Bağırov/AZADİNFORM. Astara rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin 

m

ətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, Ocəkəran kənd sakini 3 yaşlı Elməddin 



Eyn

əliyev həyətlərindəki su quyusuna yıxılaraq boğulub. 



 

Kriminal 

Bakıda dəhşətli qətl törədilib 

 

Natiq Bağırov/AZADİNFORM. Bakının Xətai rayonunda  dəhşətli qətl hadisəsi baş verib. Bu barədə 

“Azadinform”a X

ətai rayon Prokurorluğundan məlumat verilib. 


 

11 


M

əlumata görə, hadisə rayonun Şıxlinski küçəsi ev 47, mənzil 55 ünvanında qeydə alınıb. Həmin 

ünvanda kiray

ədə yaşayan, 26 yaşlı Elmir Soltan oğlu Soltanovun meyiti tapılıb. O, boğazı kəsilərək 

öldürülüb. Q

ətlin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.  

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya 

şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.  

Faktla bağlı cinayət işi başlanıb. 

 

Bakıda keçmiş məhkumdan 1,5 kq heroin götürülüb 

 

Natiq Bağırov/AZADİNFORM. Bakının Yasamal rayonunda narkotik alverçisi tutulub. Bu barədə 

“Azadinform”a Yasamal rayon Polis İdarəsindən məlumat verilib. 

M

əlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər 



sakini, 

əvvəllər məhkum olunmuş Tariyel Rəhimovdan 1 kiloqram 417 qram heroin götürülüb. 

Faktla bağlı cinayət işi başlanıb. 

 

Bakıda iki nəfər bıçaqlanıb 



 

Natiq Bağırov/AZADİNFORM. Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu 

bar


ədə “Azadinform”a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.  

M

əlumata görə, 29 yaşlı Emin İbrahim oğlu Allahverdiyev və 31 yaşlı Xəyyam Əbdüləzim oğlu 



Sadıqov metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tanımadıqları şəxslər tərəfindən 

bıçaqlanıblar. Hər iki yaralı ağır bıçaq xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb, 

v

əziyyətlərinin ağır olduğu bildirilir. Onu da qeyd edək ki, yaralı halda xəstəxanaya gətirilən hər iki 



şəxs sərxoş vəziyyətdə olublar.  

Faktla bağlı Nəsimi Rayon Polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırma 

başlanılıb. Hadisəni törədən şəxslərin axtarışı davam edir. 

 

Sumqayıt sakini qadınları İrana apararaq cinsi istismara məruz qoyması ilə əlaqədar saxlanılıb 

 

Natiq Bağırov/AZADİNFORM. Sumqayıt şəhər sakini qadınları İrana apararaq cinsi istismara məruz 

qoyması ilə əlaqədar saxlanılıb. Bu barədə “Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat 

xidm

ətindən məlumat verilib. 



İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri 

n

əticəsində fevralın 17-də bir qrup şəxslə cinayət əlaqəsinə girib gəlir etmək məqsədi ilə qadınları 



Birl

əşmiş Ərəb Əmirliklərinə və İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyması ilə 

əlaqədar tutulmuş Sovetnaz Quliyevanın qızı - insan alveri ili məşğul olan mütəşəkkil cinayətkar 

d

əstənin başçısı, Sumqayıt şəhər sakini Zeynəb qadınları İrana apararaq cinsi istismara məruz qoyması 



il

ə əlaqədar həbs edilib. 



 

M

ədəniyyət 

Brilliant Dadaşova Türkiyədə beynəlxalq xeyriyyə tədbirində iştirak edib 

 

 

Ümid

ə Həsənli/AZADİNFORM. Türkiyə Ömürlük Felçlileri Dərnəyi tərəfindən hər il təşkil olunan 

Beyn


əlxalq Gülən Uşaq Şənliyində bu il aralarında Azərbaycandan da olmaqla 10 ölkədən 200 və 

Türkiy


ədən 150 uşaq iştirak edib. “Azadinform”un məlumatına görə, şənlik boyu bir həftə ərzində 

müxt


əlif  tədbirlərdə iştirak edən və unudulmaz İstanbul macərası yaşayan əlil uşaqlar üçün 

Az

ərbaycanın Xalq artisti Brilliant Dadaşovanın da sürprizi olub. Türkiyədə “Yaxşı gözəl” kimi 



tanınan Xalq artisti Beynəlxalq Gülən Uşaq Şənliyinin son günü təşkil edilən gecədə hər bir uşaqla tək-

t

ək maraqlanıb və aralarında Azərbaycandan da olan uşaqlar üçün mini konsert verib. Brilliant 



Dadaşova ehtiyacı olan əlil uşaqlardan ikisinə əlil arabası hədiyyə edib.  

Uşaq Əyləncə Mərkəzlərindən birində keçirilən xeyriyyə aksiyasında müğənni ilə yanaşı Türkiyənin 

tanınmış sənətçiləri Aslı Hünel, Nihal Salda, Cenk Torun, Murat İbrahim Baş, Cansu Taşkın, Melek 

İşcan, Nilgün Saka, Kurt Kanun, Cem Uçan, Çetin Altay, Ali Başar, Okan Karacan kimi aktyor və 

aktrisalar da iştirak edib. Tədbirdən sonra əlil uşaqlar ölkələrinə yola salınıb. 


 

12 


Qeyd ed

ək ki, hazırda Türkiyədə olan Xalq artisti növbəti albomu üzərində çalışır. Bu, müğənninin 

qardaş ölkədə çıxaracağı ikinci musiqi toplusudur.  

 

"Möht



əşəm Yüz il" teleserialının ssenaristi öldü 

 

AZADİNFORM.  Türkiyə  telekanalında  yayımlanan  və  Azərbaycanda  da  böyük  maraqla  izlənilən 

"Möht


əşəm  Yüz  il"  teleserialının  ssenaristi  bu  gün  ölüb.  “Azadinform”un  Türkiyənin  “Milliyət” 

q

əzetinə istinadən verdiyi məlumata görə, məşhur türkiyəli ssenarist və aktrisa Meral Okay bu səhər 



evind

ə dünyasını dəyişib. 

Qeyd ed

ək ki, M.Okay bir müddət ağciyər xərçəngindən müalicə olunurdu.   



M.Okay  "Asmalı  konak",  "Bir  bulud  olsam"  v

ə  s.  serialların  ssenaristi  olub.  Onun  ən  son  işi  isə 

Osmanlı tarixindən bəhs edən "Möhtəşəm Yüz il" serialı olub. 

 

Nurid



ə Atəşlə görüş keçirilib  

 

Ad

əm  Abbaslı/AZADİNFORM.  Dünya  Azərbaycanlıları  Mədəniyyət  Mərkəzi  nəzdində  fəaliyyət 

göst


ərən  “Bura  Vətəndir”  məclisi  və  “Qadınlar  Şurası”  Azərbaycan  İctimai-Siyasi Universitetində 

Almaniyada Nizami G

əncəvi  adına  Azərbaycan  Mədəniyyət  İnstitutunun  direktoru,  həmvətənimiz 

Nurid


ə Atəş ilə görüş təşkil edib. “Azadinform” xəbər verir ki, görüşdə, çıxış edənlər dövlət başçısı 

İlham Əliyevin  uğurlu  fəaliyyətindən  və  bunun  nəticəsində  Azərbaycanın  əldə  etdiyi  yüksək 

nailiyy

ətlərdən,  xüsusən  elm,  təhsil,  ədəbiyyat,  mədəniyyət  və  incəsənət  sahəsində  əldə  olunan 



müv

əffəqiyyətlərdən,  Qarabağ  həqiqətlərinin  təbliğatı  sahəsində  görülən  böyük  layihələrdən  iftixarla 

danışıblar.  

Sonda Nurid

ə  Atəş  başçılıq  etdiyi  müəssisənin  fəaliyyəti  haqqında  geniş  məlumat  verib  və  ilk  dəfə 

olaraq institutun f

əxri fərmanlarını ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dilinin geniş miqyaslı təbliğinə 

v

ə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında layiqli xidmətlərinə görə Azərbaycan İctimai-



Siyasi Universitetinin rektoru, Dünya Az

ərbaycan  Mədəniyyət  Mərkəzinin  vitse -prezidenti Rasim 

N

əbiyevə,  Azərbaycan  Dövlət  Gənc  Tamaşaçılar  Teatrının  direktoru,  Əməkdar  artist  Mübariz 



H

əmidova,  Səriyyə  İsmayılovaya,  Fəridə  Ləmana,  Salatın  Əhmədliyə,  Roza  Eyvazovaya,  Xədicə 

İsgəndərliyə, Aidə Şirinovaya, Fəxrəddin Meydanlıya, Laləzar Ocaqquliyevaya təqdim edib.  

 

İdman

 

Bu gün futzal millimiz Rusiya il

ə qarşılaşacaq  

 

AZADİNFORM. Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində 

bu  gün  Bakı  vaxtı  il

ə  saat  18:00 -da,  Tümen  şəhərindəki  Mərkəzi  İdman  Kompleksi ndə  Rusiya  və 

Az

ərbaycan  milli  komandaları  qarşılaşacaq.  AFFA-dan “Azadinform”a veril



ən  məlumata  görə, 

qarşılaşmanı çexiyalı hakimlər idarə edəcək: 

Karel Heniç 

Yan Kresta 

Radek Venç 

Hakim-inspektor: Antonius Van Eekelen (Hollandiya) 

UEFA nümay

əndəsi: Zoran Dimiç (Serbiya) 

 

 

 

Diqq



ət! 

X

əbərlərimizi  hər dəqiqə yenilənən www.azadinform.az internet səhifəsindən də oxuya 

bil

ərsiniz 

 

Document Outline

  • Bakı şəhəri,  Yasamal rayonu,  529-cu məhəllə,  Mətbuat prospekti, 23M
  • Tel: 598 47 67, 510 70 43, tel./faks (994 12) 598 47 60
  • e-mail: info@azadinform.az
  • www.azadinform.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə