Valentina Matviyenko: “Az
ərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünyadakı
nüfuzunu göst
ərir”
Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv
seçilm
əsinə Rusiya tərəfi məmnundur”. “Azadinform” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Az
ərbaycanın üzvlüyü iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı üçün də yeni
imkanlar
açır. “Əksər məsələlər üzrə bizim mövqelərimiz ya üst-üstə düşür, ya da yaxındır.
Az
ərbaycanın BMT Təhlükəsizlik Şurasında iştirakı bir çox beynəlxalq məsələnin həllində
əməkdaşlığımıza imkan yaradacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi faktı
dünyadakı nüfuzunu göstərir. Bu, Rusiya və Azərbaycan arasında əlaqələrə daha geniş zəmin
yaradacaq” - dey
ə V.Matviyenko vurğulayıb.
Şura sədri deyib ki, iki ölkə son illərin ən böyük ticarət dövriyyəsi həcminə nail olub. “Bu rəqəm 2
milyard 800 milyon dollar t
əşkil edir. Bu il də ticarət dövriyyəsinin artım tempi pozitiv sayıla bilər.
Ümidvarıq ki, 2012-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları
keç
əcək” - deyə o əlavə edib.
Dostları ilə paylaş: |