GÜLÜstan prospekti



Yüklə 3,28 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix20.03.2020
ölçüsü3,28 Mb.
#30697
  1   2   3   4   5   6   7   8   9
• Gülüstan prospekti..


 1
 
 
 
 
GÜLÜSTAN 
PROSPEKTİ 
 
 
 
 
Şə
hid komandir Əli Çitsazianın həyat yoldaşı 
Zəhra Pənahinin xatirələri 
 
 
 
 
 
 
Qələmə alan: Behnaz Zərrabizadə 
 

 2
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Bu, gənclik çağında böyük ilahi şəxsiyyətlərin 
məqamına  nail  olmuş,  həm  yerdə,  həm  də 
ruhani  aləmdə  ucalmış  bir  insanın  cihad  və 
ixlas dolu həyat hekayəsidir. Mübarək olsun!
 
Onun qısa həyatının yoldaşı olmuş rəvayətçi də 
öz  məsum  hekayəsində  sədaqət,  səmimiyyət  və 
ixlasını aydın şəkildə göstərmişdir.
 
Bu  arada  xatırlatmaq  lazımdır  ki,  yazıçının 
sənətkar  qələmi  bütün  bunları  məharətlə  və 
incəliklə  təsvir  etmişdir.  Hər  iki  xanıma  - 
hekayəçi və yazıçıya afərin!
 
 
Seyid Əli Xamenei 
 
 

 3
İ
lk  müsahibələri  almış  dəyərli  bacım  xanım  Fərzanə 
Mərdiyə,  kitabdakı  şərhlərə  görə  hörmətli  qardaşım 
cənab  Möhsün  Seyfikara  və  səmimi  tövsiyələrinə  görə 
şə
hidin  cəbhə  yoldaşı  Qulamrza  Süleymaniyə  sonsuz 
təşəkkürlərimi bildirirəm. 

 4
 
Mündəricat 
 
Giriş ........................................................................................... 5 
Birinci fəsil: Xatirələrimin filmi ................................................. 7 
İkinci fəsil: Mavi gözlü elçilik .................................................. 56 
Üçüncü fəsil: Aşiqanə məktub ................................................ 91 
Dördüncü fəsil: İkinci bal ayı ................................................. 103 
Beşinci fəsil: Gülüm .............................................................. 122 
Altıncı fəsil: Gülüstan prospektinin on birinci küçəsi............ 123 
Yeddinci fəsil: Kaş Səidlə getməyəydim! .............................. 141 
Səkkizinci fəsil: Bənövşəyi və çəhrayı pərdələr .................... 152 
Doqquzuncu fəsil: Gülab alması ........................................... 170 
Onuncu fəsil: Şəhadət yolu ................................................... 181 
On birinci fəsil: Toxuculuq .................................................... 187 
On ikinci fəsil: Çatlaq narlar .................................................. 188 
On  üçüncü  fəsil:  Bir  gün  mərdlə  yaşamaq  yüz  il  namərdlə 
yaşamaqdan üstündür! ........................................................ 195 
On dördüncü fəsil: Ata ulduzu .............................................. 219 
On beşinci fəsil: Şagird ana ................................................... 223 
On altıncı fəsil: Ağac cərgələrinin arxasında ......................... 224 
On yeddinci fəsil: On iki barmaq bağırsağı ........................... 227 
 

 5
 
Giriş 
Otuz  il  öncə  bu  binada  yaşayanlar  indi  həyatda 
deyillər.  Bu  evdə  Əli  Çitsazian  ata-anası  Nasir  və 
Mənsurə ilə, qardaşları Sadiq və Əmirlə və yeganə bacısı 
Məryəmlə birgə yaşayırdı. 
Ə
li  ağa  bu  evdən  cəbhəyə  getdi,  bu  evdə  bir  müddət 
həyat  yoldaşı  ilə  yaşadı.  Onun  cəsarət  dastanı  bu  gün 
təkcə bizim yaşıdlarımıza deyil, övladlarımıza da şirin və 
maraqlıdır. 
İ
ki il öncə daha bir şəhid ailəsinin xatirələrini yazmaq 
qərarına  gələndə  bu  qədər  şəhiddən  hansını  seçəcəyimi 
bilmirdim.  Bir  neçə  həftə  keçdi.  Nəhayət,  şəhidlərin 
özlərinə 
müraciət 
etdim, 
dedim 
ki, 
kimdən 
yazmalıyamsa,  özü  qabağa  düşsün.  Bir  neçə  gündən 
sonra  Tehrandan  bir  dostum  zəng  vurub  dedi:  “Bir 
ə
məkdaşımız  Şəhid  Çitsazianın  həyat  yoldaşından  bir 
neçə  saatlıq  müsahibə  almışdır.  Siz  bu  xatirələri 
tamamlayıb hazırlaya bilərsinizmi?” 
Gözləmək  yeri  deyildi,  şəhidin  özü  gəlmişdi.  Qəbul 
etdim.  İki-üç  gündən  sonra  xanım  Fərzanə  Mərdinin 
xanım Zəhra Pənahidən aldığı müsahibələrinin səs yazısı 
mənə çatdı. 
Alınmış  müsahibələri  hazırladım  və  yenilərini  də 
almağa başladım. Bir neçə dəfə mən Tehrana getdim, bir 
neçə dəfə də xanım Pənahi Həmədana gəldi. Bununla da 
xatirələrin natamam hissələri bitdi. 
Bir  dəfə  küçədə  dayanıb  sağollaşanda  xanım  Pənahi 
dedi:  “Şirin  xatirədir,  biz  bu  binada  yaşayırdıq”. 
Qarşıdakı  binanı  göstərib  dedi:  “Mənsurə  xanımın  evi 
altıncı blokun dördüncü mərtəbəsində idi”. 

 6
İ
nanılmaz  olsa  da,  həmin  gün  bildim  ki,  bizim 
pəncərəmizdən 
baxanda 
ağacların 
sıx 
budaqları 
arxasından  görünən  ağ  pəncərə  Şəhid  Çitsazianın  evi 
olmuş  və  xanım  Pənahinin  danışdığı  bütün  xatirələr  bu 
evdə  baş  vermişdi.  Bunu  eşidəndə  məndə  qəribə  hisslər 
yarandı. Səbəbini bilmirəm. Heç vaxt görmədiyim qonşu! 
Bina da bizim binamıza bənzəyirdi. 
Ondan  sonra  qonşu  binaya  baxan  pəncərəmizin 
pərdəsi həmişə açıq olurdu və mən ağacların sıx budaq və 
yarpaqları  arxasından  onu  görürdüm.  Gecələr  iş  stolumu 
pəncərənin  önünə  çəkir,  xatirələri  yaza-yaza  pəncərədən 
baxır və özümü o mənzildə hiss edirdim. Bəzən Əli ağanı 
pəncərənin arxasında  görürdüm. O, dostlarını gözləyirdi. 
Cümə  axşamları  binanın  önünə  bir  plakat  vurulurdu  və 
həmin pəncərədən asılmış parçanın üzərinə belə yazılırdı: 
“Şəhidlər yolu heyəti”. 
Bu  pəncərə  ilə  mən  çoxlu  gecə  və  gündüzləri  arxada 
qoyduq,  Əli  ağanın  həyat  yoldaşı  ilə  bir  il  səkkiz  aylıq 
ortaq  xatirələrini  yaşadıq.  Qonşumuz  Mənsurə  xanım 
ailəsini  və  uşaqlarını  sevirdi,  evdarlığa  və  gülçülüyə 
vurğun idi. 
Binanın işıqları yananda qapı və pəncərələrdən yuxarı 
dırmaşan  gülləri  görürdüm.  O  güllər  Mənsurə  xanımın 
mehriban  əlləri  sayəsində  böyümüşdü.  Bu  bina  acılı-
ş
irinli çoxlu hadisələrə şahid olmuşdu: Çitsazian ailəsinin 
üzvlərinin biri o birindən sonra şəhidliyi və ölümü... 
Bu küçə necə  ağır və qəmli günlər  görmüşdü:  ailənin 
sevimli üzvləri ilə son vida günləri... 
Çox  qəmli  gecələrdə  bu  mənzilin  işığı  səhərəcən 
yanmışdı; uzun və acı gecələrdə... 
Behnaz Zərrabizadə 
Payız, 2015 - Həmədan şəhəri 

 7
Birinci fəsil: Xatirələrimin filmi 
Buəli  xəstəxanasının  önündən  keçirdik.  Dedim:  “Əli 
ağa,  bir  neçə  aydan  sonra  uşağımız  burada  dünyaya 
gələcək”. 
Təəccüblə soruşdu: “Burada?!” 
Dedim:  “Bəli.  Axı  bura  özəl  xəstəxanadır  - 
Həmədanın ən yaxşı xəstəxanası!” 
Ə
li  ağa  maşının  sürətini  azaldıb  dedi:  “Yox,  biz 
yoxsulların  getdiyi  xəstəxanaya  gedərik.  Bura  pullulara 
aiddir. Buraya gəlməyə hamının imkanı çatmır”. 
Səkkizinci  ayımda  idim  və  halım  əsla  yaxşı  deyildi. 
1987-ci  ilin  31  dekabrı,  cümə  axşamı  idi.  Tez-tez  ağrım 
tuturdu.  Əli  ağanın  vəsiyyətini  hamıya  demişdim.  O 
günlər  qayınanamın  evi  qonaqla  dolu  olurdu.  Anam  da 
orada  idi.  Halımın  yaxşı  olmadığını  deyən  kimi  maşın 
tutub 
məni 
dövlət 
xəstəxanası 
olan 
Fatimiyyə 
xəstəxanasına  apardı.  Xəstəxanaya  girəndə  xəbər  bomba 
kimi hər yerə yayıldı: “Şəhid Çitsazianın övladı dünyaya 
gəlir”. 
Xəstəxananın  işçiləri  əl-ayağa  düşmüşdülər.  Ətrafım 
doktorlarla və tibb bacıları ilə dolu idi. Xəbər tez şəhərə 
yayıldı.  Camaat  xəstəxanaya  zəng  vurub  mənim  və 
uşağın  halını  soruşurdular.  Bütün  bu  müddətdə  başım 
üstə olan anam bəzən telefonlara cavab verməyə məcbur 
olurdu. Doktorlar məndə doğuş əlamətləri görməsələr də, 
xəstəxananın Baş həkimi tapşırmışdı ki, bir müddət orada 
qalım. 
Həmin gecə ağrım olmadı, amma ertəsi  gün səhərdən 
ağrılar başladı. Bu dəfə də bir qrup doktor və tibb bacısı 
başıma  toplaşdı.  Lakin  bir  neçə  saatdan  sonra  qabaqkı 
sözü  təkrarladılar:  “Bir  şey  yoxdur,  narahat  olmayın. 
Vaxtsız doğuş əlaməti görünmür”. 

 8
İ
srarla  məni  evə  buraxmalarını  istədim,  amma  icazə 
vermədilər. Bir neçə saatdan sonra yenidən halım pisləşdi 
və ağrı şiddətləndi. Anam özünü itirmişdi. Bu hadisə bir 
neçə  dəfə  təkrar  olundu.  Hər  dəfə  bir  neçə  tibb  bacısı 
yanıma  gəlir  və  müayinədən  sonra  başlarını  yelləyib 
ümidsizliklə qabaqkı sözlərini təkrarlayırdılar. 
Cümə  günü  idi:  1988-ci  il,  yanvarın  biri.  Yenidən 
məndə  güclü  və  uzunmüddətli  ağrılar  başlandı.  Nədənsə 
qorxur 
və 
hamıdan 
utanırdım. 
Nəsə 
problem 
yaranacağından, 
uşağımı 
dünyaya 
gətirə 
bilməyəcəyimdən qorxurdum. 
Ürəyim  darıxırdı,  kədərli  idim.  Hələ  Əli  ağanın 
ayrılığı  ilə  barışa  bilməmişdim.  Onun  yoxluğunun  qəm-
kədəri  hamı  və  xüsusən  də  mənim  üçün  təzələnmişdi. 
Sıxıcı  bir  gün  idi.  Özümə  qapanıb  astadan  ağlayır,  Əli 
ağa ilə danışırdım. Bu 37 gündə vərdiş etmişdim, əlim bir 
yerə çatmayanda Əli ağanı çağırırdım. Öz özümə dedim: 
“Əli  can,  mənə  kömək  et,  birdən  uşağa  bir  şey  olar. 
Doktorlardan  və  tibb  bacılarından  utanıram.  Camaat 
sənin  uşağının  dünyaya  gəlməsini  gözləyir.  Bir  iş  gör, 
uşaq  dünyaya  gələcəksə,  tez  və  problemsiz  olsun.  Heç 
kimə əziyyət vermək istəmirəm”. 
Ş
am  azanından  sonra  ağrı  çoxaldı.  Ayağa  qalxıb 
çətinliklə dəstəmaz aldım və namaz qıldım. Ağrılar əvvəl 
hər  saatdan  bir  tuturdu,  sonra  isə  hər  yarım  saatdan  bir 
oldu.  Anam  hələ  də  başımın  üstə  idi.  Dedim  ki,  halım 
pisdir. 
Həmişə  olduğu  kimi  həyəcanlandı  və  tez  tibb 
bacılarını  çağırmağa  getdi.  Yenə  ətrafıma  toplaşdılar. 
Müayinə  edən  tibb  bacısı  dedi:  “İnşallah,  bu  gecə 
dünyaya gələcək”. 

 9
Doktor tapşırdı ki, məni hazırlasınlar. Tibb bacılarının 
köməyi ilə əməliyyat paltarı geyindim. Çarpayımı doğuş 
otağına  sürdülər.  Anam  qeyri-ixtiyarı  olaraq  ağlayırdı. 
Nigaran  halda  əlimi  ona  uzatdım.  O,  ağlaya-ağlaya 
arxamca  qaçırdı.  Yanımızdakı  xanım  doktor  tibb 
bacılarından birinə dedi: “Anasına da paltar verin”. 
Bir  az  sonra  yaşıl  əməliyyat  paltarı  geyinmiş  anam 
gəlib  yanımda  dayandı.  O  ağır  anlarda  yalnız  uşaq  üçün 
dua  edirdim.  Bütün  analar  kimi  mən  də  uşağımın 
sağlamlığından  ötrü  nigaran  idim.  Bu  37  gündə  o  qədər 
ağlamış və kədərlənmişdim ki, dünyaya arıq və balaca bir 
uşaq  gətirəcəyimi  düşünürdüm.  O  zaman  şüa  diaqnoz 
aparatı  (USM)  indiki  kimi  geniş  yayılmamışdı.  Qohum-
qonşular təcrübələrinə əsaslanaraq halımdan və qarnımın 
formasından  uşağın  cinsiyyətini  təxmin  edirdilər.  Əksər 
qadınların bildirdiyinə görə, uşağım qız idi. 
Hamiləliyimin üçüncü ayında Əli ağanın qardaşı Əmir 
ağa  şəhid  oldu.  Çox  ağır  günlər  idi.  Günüm  ağlamaqla, 
qəm-kədərlə keçirdi. Sonra da Əli ağa... Əmirin və Əlinin 
şə
hidliyindən  sonra  bir  həftə  sudan  başqa  boğazımdan 
heç nə keçmədi. Çox arıqlamışdım, hamilə qadınlar kimi 
deyildim. Çoxları mənim hamilə olduğuma inanmırdılar. 
Ağrı qan kimi bütün bədənimə  yayılmışdı. Qışqırmaq 
istəmirdim.  Buna  görə  də,  dodaqlarımı  dişləyir,  anamın 
ə
lini var gücümlə sıxırdım. Anamın bütün üzü göz yaşları 
ilə 
islanmışdı. 
Ağrının 
ş
iddətindən 
mənim 
də 
gözlərimdən  yaş  axırdı.  Anam  əlimi  dodaqlarına  qoyub 
tez-tez  öpürdü.  Əlim  islanmışdı.  Ağrıdan  Əlini  çağırır, 
yalvararaq ondan kömək istəyirdim. 
Sol əlimi üzümə tutdum. Nişan üzüyümdən Əlinin ətri 
gəlirdi. Onu öpdüm. Birdən Əli ağanı gördüm. Qarşımda 
dayanıb  gülürdü.  Onu  görəndə  ağrını  unutdum.  İnana 

 
10
bilmirdim.  Əli  ağa  gəlmişdi,  qarşımda  idi.  O  gülür  və 
mənə  ürək-dirək  verirdi.  Ona  dedim:  “Əli  can,  mənə 
kömək  elə.  Kömək  elə  ki,  tab  gətirim  və  qışqırmayım. 
İ
stəmirəm  kimsə  səsimi  eşitsin.  Xahiş  edirəm,  kömək 
elə”. 
Dodaqlarımı  dişləyib  anamın  əlini  sıxırdım.  Anam 
mənim  ağrı  çəkməyimə  dözə  bilmirdi.  Çarpayının 
yanında yerdə oturmuşdu və dua edirdi. Mən də dodaqaltı 
zikr  deyir  və  heç  nə  eşitmirdim.  Sanki  bu  dünyadan 
çıxmışdım. Əli ağa gülür və səssiz danışırdı. Sözlərindən 
heç nə anlamırdım. 
Uşağın  ağlamaq  səsi  gələndə  yüngülləşdim.  Necə  də 
gözəl  hiss  idi.  Yatmaq  istəyirdim.  Salavat  səsi  gəlirdi. 
Bədənimi  bir  az  qaldırdım.  Doktor  və  tibb  bacıları 
gülürdülər.  Tibb  bacılarından  biri  sevincək  dedi: 
“Oğlandır. İnşallah atasının yerinə min yaşlı olsun!” 
Hamı bir-birini təbrik edirdi. Xanım doktor uşağı göyə 
qaldırdı  və  dedi:  “Gözəl  oğlunu  gördün?  Gör  necə 
ağadır!” 
Oğlum kiçik, amma toppuş və qırmızı idi, qarğa tükü 
kimi qara saçları vardı. 
Ə
li ağa hələ orada dayanmışdı. O qədər yaxında idi ki, 
bədəninin  ətrini  duyurdum.  O  gülürdü.  Son  vida  anında 
olduğu  kimi  qəşəng  və  nurlu  idi.  Dodaqaltı  dedim:  “Əli 
can, sağ ol”. 
Uşağı  stolun  üstündəki  tərəziyə  qoyub  dedilər:  “İki 
kilo yarımdır”. 
Uşağın  ətrafına  bir  neçə  tibb  bacısı  toplaşdı.  Anam 
ə
yilib  üzümü  öpdü.  Hələ  də  ağlayırdı,  amma  çöhrəsi 
təbəssüm içində idi. 
Ə
linin  dayandığı  yerə  baxdım.  Hələ  də  orada  idi  və 
gülürdü.  Bu  37  gündə  olduğu  kimi,  onun  üçün  çox 

 
11
darıxırdım. Yüksəkdən yerə enməsini, oğlunu qucaqlayıb 
belə  deməsini  istəyirdim:  “Firiştə  can,  gülüm,  əllərinə 
sağlıq, mənə necə gözəl oğul gətirdin!” 
Anam  bu  şad  xəbəri  qayınanama  vermək  üçün  zəng 
vurmağa getdi. Doktor da getdi. Tibb bacıları da oğlumu 
götürüb  getdilər.  Başqa  bir  neçə  tibb  bacısı  gəlib  məni 
çarpayıya  uzatdılar  və  palataya  apardılar.  Bədənim 
keyimişdi,  amma  ağrıyırdı.  Geriyə  çevrilib  Əli  ağanın 
dayandığı  divara  baxdım  və  qəhər  içində  dedim:  “Əli 
can,  sağ  ol.  Çox  tez  rahat  oldum.  Sən  də  mənimlə  gəl. 
Xahiş edirəm, məni tək qoyma. Sənin üçün darıxıram!” 
Ə
məliyyat  otağından  çıxdıq.  Əli  ağanı  yanımda  hiss 
etmirdim.  Məni  ağlamaq  tutdu.  Yaş  gözlərimin  önünü 
dumanlandırdı.  Dedim:  “Əli  can,  bu  qədər  dözdüm. 
Səndən  sonra  qəhərimi  udub  göz  yaşlarımı  saxladım  ki, 
yadigarın  sağlam  dünyaya  gəlsin.  Gör  vəzifəmi  necə 
yaxşı yerinə yetirdim! Məni yalqız qoyma! Getmə! Məni 
də  özünlə  apar.  Əli,  mən  də  səninlə  gəlmək  istəyirəm. 
İ
ndidən  yorulmuşam,  ayrılığa  taqətim  yoxdur.  Kaş  bu 
qədər  yaxşı  olmayaydın!  Kaş  heç  olmasa,  məni  incitmiş 
olaydın!” 
Yadımdadır,  onunla  Dezfula  getmək  istəyəndə  dedi: 
“Orada  müharibə  gedir,  gecə-gündüz  raket  atırlar.  Mən 
həmişə yanında ola bilməyəcəyəm, tək qalacaqsan. Dözə 
bilərsən?” 
Sevincək  dedim:  “Bəli.  Ən  azı,  orada  səni  tez-tez 
görərəm”. 
Bütün  həyatımın  ən  xoş  anları,  heç  şübhəsiz,  Əli  ağa 
ilə Dezfulda yaşadığımız beş ay yarımdır. 
1987-ci  ilin  yanvarı,  Dezful  və  Əhvazın  ən  çox 
bombalandığı vaxt idi. Əli dedi: “Mənimlə gəlirsən?” 
Tez dedim: “Yəni mümkündür?” 

 
12
Gecə  ikən  ikimiz  birgə  zəruri  əşyalarımızı  topladıq: 
tikiş maşını, ütü, qazan, boşqab, mətbəx avadanlıqları, bir 
çamadan paltar və s. 
Ertəsi  gün  səhər  həmin  zəruri  əşyaları  maşının 
arxasına  atıb  Dezfula  yola  düşdük.  Bu  27  ildə  o  günləri 
nə  qədər  xatırlamışam.  Hər  dəfə  ürəyim  Əli  ağanı 
istəyəndə  özümdən  asılı  olmadan  1987-ci  ilin  yanvarını 
və Dezfulu xatırlayıram. Mənimlə Əli ağanın birgə həyatı 
həmin  günlər  idi.  Naringi  və  portağal  ağaclarını 
görməyin həzzi, limon və evkalipt yarpaqlarının ürəkaçan 
ə
tri, həmin qışın gözəl havası bu günə qədər yadımdadır. 
Ə
li  ağanın  şəhidliyindən  sonrakı  ilk  aylarda  gecə-
gündüz  işim  bu  idi:  saatlarla  ədyalı  başıma  çəkib 
gözlərimi  yumur  və  bir  film  kimi  təsəvvürümdə  o 
xatirələri  izləyirdim;  azaldıb-artırmadan.  Əgər  kimsə 
gəlsəydi  və  ya  bir  iş  çıxsaydı,  sonra  qaldığım  yerdən 
davam  edirdim.  Həmin  gecə  Həmədanın  Fatimiyyə 
xəstəxanasında  yuxu  ilə  ayıqlıq  arasında  da  elə  oldu. 
Doğuşdan  sonra  mənə  vurulan  ağrıkəsici  iynələrin 
təsirindən  bu  hal  yarandı.  Dedim  ki,  ürəyim  istəyir  Əli 
ağa  yanımda  olsun.  Bütün  qadınlar  kimi  o  halda  onun 
yanımda  olmasını  çox  istəyirdim.  Ondan  ötrü  çox 
darıxırdım.  Həmin  gecə  də  darıxdığımdan  xəstəxananın 
betadin,  spirt  və  dərman  qoxusu  gələn  nazik  ədyalını 
başıma  çəkib  gözlərimi  yumdum  və  Dezfula  gedişimizi 
xatırlamağa başladım. 
Xatirələrimin  bu  hissəsini  çox  sevirəm.  Şənbə  günü, 
1987-ci  ilin  10  yanvarı  idi.  Hərçənd  Həmədan-Dezful 
yolunda təsəvvür etdiyim ev o deyildi. Ora  yeni tikilmiş 
bir  ev  idi.  Dezful  şəhərinin  kənarında  500  Mənzil  adlı 
qəsəbə  vardı.  Bizdən  qabaq  Əli  ağanın  dostu  Hadi  Fəzli 
həyat yoldaşı və kiçik qızı Zeynəblə oraya köçmüşdü. 

 
13
O  gecə  çox  yorğun  idik.  Nə  vaxt  və  necə  uzanıb 
yatdığımızı bilmədik. 
Səhər  tezdən  Əli  ağanın  səsinə  yuxudan  oyandım.  O, 
sübh  namazından  sonra  çörək  almağa  getmişdi.  Qəsdən 
səs-küy  salıb  bizi  oyatmağa  çalışırdı.  Biz  dəhlizdə 
yatmışdıq,  Hadi  Fəzli  və  ailəsi  isə  qonaq  otağında. 
Qalxıb tez yatağımızı yığışdırdım. Ağa Hadi də Əli ağaya 
kömək etdi və səhər  yeməyi üçün süfrə sərdilər. Zeynəb 
hələ yuxuda idi. Səhər yeməyindən sonra Əli ağa və ağa 
Hadi 
hərbi 
formalarını 
geyindilər. 
Sağollaşanda 
soruşdum: “Nə vaxt qayıdacaqsınız?” 
Ə
li  ağa  qəliz  Həmədan  ləhcəsi  ilə  danışırdı.  O  dedi: 
“Bəlli deyil. Bir əsgər hər gün qapıya gələcək. Nə lazım 
olsa, ona deyin”. 
Ə
li  ağa  və  ağa  Hadi  qapını  örtüb  gedəndə  o  evdə  nə 
qədər  qərib  olduğumu  hiss  etdim.  Bekarlıqdan  və  bəlkə 
də maraqdan evi gəzməyə başladım. 
Hamam  və  tualet  həyətdə  sol  tərəfdə  idi.  Təxminən 
50-60  kv.  metrlik  xudmani  bir  həyət  idi.  Divarları  və 
kərpic binası bənna əlindən təzə çıxmışdı. Günəşin şüası 
adamın  gözünü  çıxarırdı.  Bir  qədər  həyətdə  gəzib  4-5 
pillə yuxarı qalxdım. Kiçik ensiz bir eyvandan keçib evə 
daxil olurduq. Dəhlizi nisbətən böyük idi, 24 kv. metrlik 
bir  qonaq  otağı  vardı.  Mətbəxdə  heç  bir  avadanlıq  yox 
idi;  nə  şkaf  yığılmışdı,  nə  kafel  vurulmuşdu.  Qapı-
bacasından  torpaq  tökülürdü.  Dəhlizin  axırındakı  13-14 
pilləli  pilləkən  ikiotaqlı  qaranlıq  bir  zirzəmiyə  düşürdü. 
Otaqların  biri  böyük  idi  və  kiçik  pəncərəsi  vardı.  O  biri 
otaq  isə  kiçik  və  dar  idi,  tavana  yaxın  bir  pəncərəsi 
hündür divarı olan kiçik bir həyətə açılırdı. Tavandan yüz 
vatlıq çirkli bir lampa asılmışdı, həyətin işığının  köməyi 
ilə otağı zorla işıqlandırırdı. 

 
14
Bir  neçə  gündən  sonra  bu  otaq  mənimlə  Əli  ağanın 
otağı oldu. Evdə hələ usta işi tam qurtarmamışdı. Fatimə 
ilə qərara  gəldik ki, o vaxt bir  yaş  yarımlıq olan Zeynəb 
yuxudan  oyanmamış  evi  təmizləyək.  Çadralarımızı 
çıxardıq,  yaylığı  boynumuzun  arxasında  düyünlədik  və 
süfrəni  yığışdırdıq.  Süpürgə  axtarırdıq  ki,  zenitlərin 
gurultusu  qopdu.  Fatimə  Zeynəbə  sarı  qaçdı,  onu 
qucağına  götürdü  və  zirzəmiyə  qaçdıq.  Zeynəb  mat-
məəttəl  bizə  baxırdı.  Yuxudan  kal  durmuşdu,  ağlamağa 
başladı. Nə etdik, dayanmırdı. Gurultu səsləri çoxaldı. Ev 
titrəyirdi.  Zirzəminin  toz-torpaqlı  yerində  oturmuşduq. 
Bir  tərəfdən  Zeynəb  qorxudan  qışqırıb  ağlayırdı,  bir 
tərəfdən  də  bayırdakı  vəziyyətdən  xəbərimiz  olmadığı 
üçün  qorxurduq.  Yarım  saatdan  artıq  ötürdü.  Zeynəb 
sakitləşmişdi, amma ac olduğuna görə tərslik edirdi. Səs-
küy  bir  qədər  azalanda  yuxarı  qalxdıq.  Fatimə  Zeynəbin 
süd  şüşəsini  yuyurdu,  mən  də  qəhvədanın  altını 
yandırdım.  Bu  zaman  yenidən  zenit  səsləri  ucaldı.  Bu 
dəfə  qabaqkından  az  qorxduq.  Buna  baxmayaraq,  yenə 
zirzəmiyə qaçdıq. 
Daha bir yarım saat keçdi. Əli ağanın dediyi əsgərdən 
xəbər-ətər  yox  idi.  Bu  dəfə  səs-küy  bitməmiş  yuxarı 
qalxdıq.  Fatimə  Zeynəbin  yeməyini  hazırladı,  südünü 
verdi. Başımıza çadra atıb küçəyə çıxdıq. 
Küçədə  arxayın  şəkildə  get-gəl  edən  adamları  görüb 
təəccübləndik.  İnana  bilmirdik  ki,  bu  qədər  səs-küy  və 
raket  gurultuları  altında  camaat  belə  rahat  yaşaya  bilir. 
Bir 
qədər 
yuxarıda 
adamlar 
lavaş 
növbəsinə 
dayanmışdılar. Çörəkçi uzun arıq və qarabuğdayı bir kişi 
idi. O, xüsusi məharətlə kündəni yayır, bədənini yavaşca 
oyan-buyana  əyir,  atılıb-düşür,  sonra  təndirə  sarı 

 
15
hoppanıb ritmik bir hərəkətlə nazik xəmiri təndirin isti və 
qırmızı divarına yapışdırırdı. 
Çörəkçi  ilə  üzbəüz  bir  maldar  yerli  kərə  yağı,  süd  və 
qatıq satırdı. Fatimə süd məhsullarını görüb sevindi, mən 
də küçənin başındakı aş dükanını görüb. Fatiməyə dedim. 
“Sabah səhər yeməyinə aş yeyərik, qonaqlıq məndən”. 
 
*** 
 
Otağa bir neçə tibb bacısı girdi. Ədyalı üzümdən çəkib 
gözlərimi açdım. Önümdəki tibb bacısı halımı soruşdu. 
Təəccüblə  üzünə  baxdım.  Sanki  birdən-birə  başqa 
dünyadan çarpayının üstünə düşmüşdüm. 
İ
kinci  tibb  bacısı  yaxınlaşıb  müayinə  otağında 
geyindirdikləri  nazik  çəhrayı  köynəyin  qolunu  yuxarı 
cəkdi. 
- Problem yoxdur ki? 
Nə  deyəcəyimi  bilmirdim.  Tibb  bacısı  cavab 
vermədiyimi  görüb  təzyiqölçən  cihazı  qoluma  doladı, 

Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin