Beşinci fəsil: Gülüm
Müştərək həyatımızdan bir həftə ötürdü. Bir dəfə sübh
namazından sonra Əli ağa dedi: "Zəhra xanım, mən bu
gün getməliyəm. Çantam haradadır?"
Təəccüblə soruşdum ki, hara?
Gülüb dedi: "Əmimgilə. Gülüm, əlbəttə ki cəbhəyə.
Mənim cəbhədən başqa nəyim var ki, gedəm?!"
Dilxor halda ona baxdım.
– Olmaz ki, bir az gec gedəsən?
– Yox... düşmən namərdlik edib.
Çantasını hazırladım. Ona dəsmal, şəxsi əşyalarını, bir
neçə şalvar-köynək, bir qədər meyvə və çərəz qoydum.
O, dedi: "Subayla evlinin fərqi bundan bilinir. Ölmədik
bizim çantamızın da xalq yardımları ilə dolduğunu
gördük".
Hər ikimizin gözlərində yaş oynayırdı.
Ə
li ağa qapalı adam idi, hisslərini çox az dilinə
gətirirdi. Əyilib çəkmələrinin bağını bağlamağa başladı.
Nikah mərasimində hədiyyə verilmiş saatı taxmışdı.
Qoluna böyük idi. Fikirləşdim ki, yadımda olsun, gələn
dəfə gələndə verim qısaltsınlar. Başını qaldıranda
gözlərinə və boğazının altına qədər bütün üzünün
qızardığını gördüm. Səsi qəhərli idi. O, dedi: "Gülüm,
özündən muğayat ol, haqqını halal et".
Ucadan ağlamaq və demək istəyirdim ki, məni də
özünlə apar. Gözlərini gözümə dikdi. Mavi gözləri dəniz
kimi təlatümlü idi. Dedim: "Sən də özündən muğayat ol,
şə
faət yadından çıxmasın!"
Heç bir söz demədən tez pillələrdən endi və arxası
mənə gedə-gedə əlini qaldırıb dedi: "Gülüm, mən getdim.
Allah amanında!"
123
Altıncı fəsil: Gülüstan prospektinin on
birinci küçəsi
Dörd gün idi getmişdi. Mən elə birinci gündən
anamgilə getmişdim. Axşamüstü qapı döyüldü. Həmin
gün səhər oyananda qəribə halda idim: gah halım
yaxşılaşırdı, gah da qəlbimə həyəcan dolurdu. Bir iş görə
bilmirdim, qəribə vəziyyətdə idim. Özüm də bilmirdim
ki, mənə nə olub. Qapının zəngi çalınan kimi ayaqyalın
qaçdım. Qaça-qaça dodaqaltı yalvarırdım: "İlahi! Əli
ağaya heç nə olmasın! İlahi! Əli ağa salamat olsun!
Qapının arxasındakı adam pis xəbər gətirmiş olmasın!"
Qapını açanda təəccübümdən yerimdə donub qaldım.
Salam da verə bilmədim. Əli ağa idi. Şad və gülərüz idi,
heç bir yerində yara yox idi.
Kənara çəkilib yol verdim. Çantasını əlindən aldım.
Gülüb dedi: "Xalq yardımları qurtardı". Dedim: "Nuşi-
can!"
Soruşdu ki, evdə kim var? Dedim: “Hamı”.
Evdə oturduq. Anam bizə çay gətirdi. Əli ağa dedi:
"Cəbhədən Tehrana imamı ziyarət etməyə getdik.
Təəssüf ki, qismət olmadı. İndi qayıdırıq. Dedim sizə baş
çəkim".
Anam tez şam yeməyi hazırladı. Mən dedim: "Kaş
sabah gedəcəyini deməzdin, indidən həyəcanım başladı".
Atam və Əli ağa güldülər. Şam yeməyindən sonra anam
məni kənara çəkib dedi: "Burada qalmaq istəyirsinizsə,
problem yoxdur, gözüm üstə yeriniz var. Amma ərin
birgecəlik gəlibsə, öz evinizə getsəniz, yaxşıdır. Gör
çirkli paltarı varsa, yuyum".
124
Ertəsi gün səhər tezdən getdi. Çantam qapının önündə
idi. Gecədən bəri açmağa vaxt olmamışdı. Onu götürüb
evdən çıxdım. Küçə boş idi, quş da uçmurdu. Əli ağa quş
kimi qanad çalıb getmişdi. Küçənin o tərəfində ümid
evim vardı. Ağlar gözlərlə və qəhər dolu boğazla öz
küçəmizə qaçıb barmağımı zəngə basdım.
***
Cümə günü Həmədan vilayətindən cəbhəyə bir neçə
batalyon yola düşəcəkdi. Anamla birgə küçəyə çıxdıq.
Döyüşçüləri yola salmağa çoxlu adam toplaşmışdı.
Cəbhə avtobuslarının keçdiyi yeri üzərlik qoxusu
bürümüşdü.
Qadınlar saxsı və metal gülab qabları ilə avtobusların
pəncərələrindən başlarını çıxarmış döyüşçülərə gülab
səpirdilər. Döyüşçülər avtobusun içindən camaata əl
yelləyirdilər. Günortaya yaxın came məscidinə getdik.
Cümə namazını qılandan sonra evə qayıtdıq. Yorğun
idim, başım ağrıyırdı. Gecə tez yatdım. Səhər namaza
duranda başım hələ də ağrıyırdı. Buna görə də, yenidən
yatdım. Otağa güclü günəş işığı düşürdü. Anam dərzi
sexinə getmişdi, atam da həmişəki kimi səhər tezdən
bərbər salonuna. Küçə qapısının zəngi çalınanda sürətlə
yataqdan qalxdım. Başıma çadra atıb özümü qapıya elə
çatdırdım
ki,
bütün
bədənim
titrədi.
Qapının
arxasındakının kim olduğunu və hansı xəbərlə gəldiyini
fikirləşməyə macal tapmadım. Qapını açıb qarşımda
Mənsurə xanımı görəndə ayaqlarımın taqəti çəkildi və
bədənim buzladı.
Mənsurə xanım həmişəki kimi yaraşıqlı və səliqəli idi.
Təəccübləndiyimi
hiss
edib
dedi:
"Firiştə
can,
125
həyəcanlanma, heç bir şey olmayıb. Biz Tehrana gedib
Məryəmə baş çəkmək istəyirik. Gəldik ki, səni də aparaq.
Toyuna da gələ bilmədin".
Rahat nəfəs alıb dedim: "Sağ olun. Amma kaş tez
deyəydiniz. Mən indi hazır deyiləm".
Bu zaman bir qədər aralıda dayanmış Hacı Sadiq
yaxınlaşdı və salamdan sonra dedi: "Düzü, Firiştə xanım,
Ə
li yaralanıb".
Ə
li ağanın adını və yaralanma xəbərini eşidən kimi
dünya başıma hərləndi. Yıxılmamaq üçün qapıdan
yapışdım. Mənsurə xanım əlimi tutub dedi: "Allah haqqı,
heç nə olmayıb. Tək getmək istəyirdik, dedik sonra
eşidib bizdən inciyərsən".
Sanki yerin üstündə deyildim. Ürəyim zərblə sinəmə
çırpılırdı.
Mənsurə xanım dedi: "Firiştə can, vallah, bir şey
olmayıb. Mən sənə yalan demirəm ki!"
Röya və Nəfisə hələ yatırdılar. Onları oyatmağa
ürəyim gəlmədi. Həmişə otağın küncündə olan çantamı
götürüb sakitcə çıxdım. Hacı Sadiqin maşınına oturub
dedim ki, gedək anama xəbər verim.
Anamın iş yeri yolumuzun üstə idi. Sex Baba Tahir
küçəsində bir evin ikinci mərtəbəsində yerləşirdi. Bir
neçə böyük otağı vardı: biçim, tikişə hazırlama və tikiş
otaqları. Anam sexə rəhbərlik edir, bir otaqdan o birinə
keçib işləri diqqətlə yoxlayırdı. Marşal və Singer tikiş
maşınlarının qıjıltısı kəsim səsinə qarışmışdı. Çadralı
xanımlar tikiş maşınlarının arxasında oturub işləyirdilər.
Anam tikiş otağında bir qadının başı üstə dayanıb nəsə
deyirdi. Əl maşınlarının səsini eşidib uşaqlığımı, anamın
dərziliyini xatırladım. Üstündə şir şəkli olan qara əl
maşını ilə bizə necə gözəl paltarlar tikirdi; qarmoşkalı
126
paltarlar, zınqırov tərzli ətəklər! Yaxınlaşıb dedim:
"Salam, ana, yorulmayasan!"
Anam məni görüb təəccübləndi və həyəcanlandı.
Dedim: "Bir şey olmayıb. Əli ağa yaralanıb, aparıblar
Tehrana. Mən də Mənsurə xanımla və Hacı Sadiqlə
getmək istəyirəm".
Anamın rəngi qaçdı, amma özünü o yerə vurmadı.
Ə
limi tutub dedi: "İnşallah bir şey olmaz. İstəyirsən mən
də gəlim?"
Dedim: "Yox, maşında yer yoxdur. Münirə xanım da
var. Əli ağanın dostu da getmək istəyir".
Anam dodaqaltı Ayətülkürsi oxuyurdu. Dedi ki, gedək
salamlaşım. Mənimlə birgə maşına qədər gəlib onlarla
görüşdü, hal-əhval tutdu. Məni qucaqlayıb öpdü və
sağollaşdı. Hacı Sadiqin qəhvəyi rəngli peykan maşınına
mindim. Mən, Mənsurə xanım və Münirə xanım arxada
oturduq. Anam narahat halda mənə baxıb yavaşca dua
oxuyur və maşına tərəf üfürürdü. Dönüb arxama
baxırdım. İmamzadə Abdullah ziyarətgahına çatanda
anam gözümdən itdi. Hacı Sadiq dedi: "Fərzan Sepahın
önündə gözləyir".
Mənsurə xanım dedi: "Hüseyn Fərzan bizim Əliyə çox
borcludur. Özü gəlsin, deyərəm sənə danışar. Əli onu çox
istəyir. Bir gün deyirlər ki, Hüseyn şəhid olub. Əli bu
xəbəri eşidəndə vidalaşmaq üçün Şəhidlər meracı
qəbiristanlığına gedir. Meyitxanada görür ki, üstünə
çəkilmiş sellofan tərləyib. Tez onu çiyninə atıb
xəstəxanaya aparır. Beləcə Hüseyn ağa yenidən dirilir".
Az sonra Hüseyn ağa da gəlib qabaqda oturdu. Mənim
Ə
li ağanın həyat yoldaşı olduğumu bilən kimi onu
tərifləməyə başladı və ondan çoxlu xatirə danışdı. O
deyirdi: "Əli ağa komandir olsa da, hər bir əməliyyatdan
127
öncə birinci özü xətti yarır və düşmənin ən yaxın
səngərinə gedir".
O deyirdi: "Müharibədə ilk dəfə Əli ağa dedi ki,
ratsiyadan istifadə etməyin, onu dinləyirlər, telefondan
istifadə edin". Əli ağanın cəsarətindən çox danışdı və
ə
lavə etdi: "Bütün bunlarla yanaşı, Əli ağa bizdə ən
ürəyiyuxa, ən mehriban və ən təvazökar adamdır".
Hüseyn ağa o qədər danışdı ki, nəhayət, Tehrana
çatdıq.
Sasan xəstəxanası böyük, yaraşıqlı və təmiz idi. Kafel
və metlaxları elə parlayırdı ki, öz şəklini görürdün. Daha
çox hotel liftlərinə oxşayan bir liftə mindik. Bir neçə
mərtəbə qalxandan sonra lift dayandı və biz ağ parlaq
metlaxlar üzərində yeriməyə başladıq. Yeriyəndə
ayaqqabılarımız cırıldayırdı. Həyəcanlı idim. Başımda
müxtəlif fikirlər fırlanırdı. Bir azdan Əli ağanı hansı
vəziyyətdə görəcəyimi bilmirdim. Nəhayət, iki çarpayısı
olan bir otağa girdik. Çarpayının yanında bir xanım
dayanmışdı. Hacı Sadiq və Hüseyn ağa yaxınlaşıb
çarpayıda uzanmış adamla görüşüb-öpüşdülər. Mənsurə
xanım da yaxınlaşdı, salamlaşandan və üzünü öpəndən
sonra dedi: "Əli can, necəsən, bala? Halın necədir?"
Öz-özümə fikirləşdim: "Görəsən, həqiqətən, Əlidir?"
Bığ-saqqalı azalmış, saçı qırxılmış və rəngi solmuş arıq
bir gənc idi. Əsla Əliyə oxşamırdı. Münirə xanım da
yaxınlaşdı. Təkcə mən çarpayının ayaq tərəfində quruyub
qalmışdım və hamının "Əli ağa" dediyi adama baxırdım.
Həmişə duyğusal və tez inciyən olmuşam, amma o
anlarda özümü ələ alıb möhkəm olmağa çalışırdım.
Qoluna serum qoşulmuşdu, çarpayının yanında yerdə
zond şlanqı vardı. Mən o zaman həyat coşqusu ilə dolu
on səkkiz yaşlı bir qız idim. Həyatımın bütün ümid və
128
arzusu olan yoldaşımı sonsuz eşqlə sevirdim. Lakin o,
birgə həyatımızdan ikicə həftə sonra yaralanmışdı və mən
onun üçün nə etməli olduğumu bilmirdim. Dodağımı
dişlədim ki, oradakıların önündə ağlamayım. Bu vaxt Əli
ağa mənə baxdı. Gülümsədi və başının işarəsi ilə ona
yaxınlaşmağımı istədi. O qədər narahat idim ki,
ayaqlarımın bədənimi saxlaya bilmədiyini hiss etdim.
Otaq başıma fırlanırdı. Əlimi çarpayıdan tutdum.
Yanımda dayanmış Münirə xanım bunu görüb qolumdan
tutdu.
- Nə olub, Firiştə?! Halın yaxşı deyilsə, bayıra çıxaq.
Başım gicəllənə-gicəllənə arxasınca getdim. Ayağımı
dəhlizə qoyan kimi ağlamağa başladım. Otaqda Əli
ağanın çarpayısı yanında dayanmış ortayaşlı qadın
arxamızca gəldi. Münirə xanım dedi: "Bu, Mənsurə
xanımın bacısı Fatimə xaladır - Əli ağanın yeganə
xalası".
Fatimə xala məni qucaqlayıb öpdü. İlk dəfə idi
görüşürdük. Gözəl Tehran ləhcəsilə dedi: "Bacımın
oğluna nə qəşəng gəlin almısınız! Qurban olaram! Niyə
ağlayırsan, əzizim?!"
Mən
dayanmadan
ağlayırdım,
özümü
saxlaya
bilmirdim. O dedi: "Əlidən ötrü narahatsan?! Əliyə bir
ş
ey olmayıb. Halı yaxşıdır, əzizim. Dünən əməliyyat
etdilər. Budunun üstündə kiçik bir qəlpə vardı,
götürdülər. Özüm səhərə qədər başının üstə idim.
Doktorla da danışdım. Bir şey deyil, vallah!" Fatimə xala
o qədər qəşəng və sakit danışıb mənə ürək-dirək verirdi
ki, çox keçmədən halım yaxşılaşdı və birgə otağa
qayıtdıq. Xala hamını uzaqlaşdırıb mənim əlimdən tutdu
və Əli ağanın yanına apardı.
- Əli can, Firiştə xanımını gördün?
129
Ə
li ağa məni görən kimi gülümsəyib dedi: "Nə olub,
Firiştə xanım? Ağlamısan?"
Təəccübləndim ki, “Zəhra xanım” birdən-birə dönüb
“Firiştə xanım” oldu. Başımı aşağı saldım və xalanın
verdiyi salfetlə tez gözlərimin yaşını sildim. Əli ağa
yenidən soruşdu: "Bəs nə olub, Zəhra xanım?"
Ağlamaqla gülüş bir-birinə qarışmışdı. Dedim: "Heç bir
ş
ey. Sən yaxşısan?"
Üzündə xüsusi arxayınlıq vardı. Dedi: "Allaha şükür!
Mən yaxşıyam".
Bir əli qarnının üstündə idi, o birinə serum
qoşulmuşdu. Əlini tutmaq istəyəndə şərti yadıma düşdü.
Onun üçün meyvə şirəsi açdım. Ağzına yaxınlaşdıranda
qarnının üstündəki əli ilə aldı. Digərləri pəncərənin
önündə bir-birləri ilə danışırdılar. Bir neçə qurtum içib
mənə verdi və dedi: "Ürəyim istəmir, sən iç".
Hacı Sadiq, Hüseyn ağa və Münirə xanım yaralılara
baş çəkmək üçün digər otaqlara getdilər. Mənsurə
xanımla Fatimə xala da pəncərənin kənarında söhbətə
başlamışdılar.
Ə
li ağa mehriban mavi gözləri ilə mənə baxdı.
- Firiştə can, nə yaxşı gəldin. Gələcəyini əsla
düşünməzdim.
Cürətlənib əlimi əlinin yanına qoydum. Yavaş-yavaş
ə
lini yaxınlaşdırdı və əlimi tutub sıxdı. Gülümsündü və
baxışlarımızla bir-birimizlə xeyli danışdıq. Dedim:
"Müharibə bizi bir-birimizdən ayırıb".
Dedi: "Müharibənin xisləti belədir".
Dedim: "Sabah nə baş verəcəyi mühüm deyil. Əsas
odur ki, indi yaxşısan və biz bir-birimizin yanındayıq".
Jurnal masasının üstündə çəhrayı üzlü dəftər vardı. Bir
vərəqinə dağ şəkli çəkmişdi, bir də İmam Hüseynin
130
məqbərə və günbəzini. Götürüb baxdım. Dağın
zirvəsində bir bayraq vardı. Xoşum gəldi. Dedim: "Necə
qəşəng çəkmisən!" Günbəzin ətrafı adla dolu idi.
Oxumağa başladım: "Qasim Hadi, Museyib Məcidi,
Məhəmməd Baqir Mömini, Əmir Fəzlullahi, Məhəmməd
Müvəhhid, Həsən Sərhadi ".
Soruşdum ki, sən çəkmisən? Başını yellədi. Dedim:
"Rəssamlığın çox yaxşıdır".
Deyəsən, həvəsləndirməm işə yaradı.
- İstəyirsən sənin üçün çəkim?
Sevincək həmişə çantamda olan xatirə dəftərimi
çıxarıb ona verdim. Əli ağa dedi: "O güllərdən birini
ver".
Çarpayısının önündəki stolun üstünə qoyulmuş
güldanda bir dəstə qırmızı, çəhrayı və ağ qladiolus gülü
vardı. Birini çıxardım, ortadan qırıb ona verdim.
Ayaqlarını yuxarı çəkib dizlərini qatladı, gülü
yorğanın üstündən dizlərinin arasına qoydu və göy
qələmlə çəkməyə başladı. Rəssamlığına söz ola bilməzdi.
Bir neçə iti hərəkətlə gülün şəklini, yanında da şam və
kəpənək çəkdi. Kəpənəyə ox dəymişdi, qanadından bir
neçə damla qan damırdı və lələklərindən bir neçəsi yerə
düşmüşdü. Rəsmin altından yazdı:
"Dostların hamısı eşqə sarı getdilər,
Tələs ki, geri qalmayasan!"
Ş
eiri ucadan oxuyub güldüm və zarafata dedim:
"Tehrana gəlib tehranlı olmusan, eşqə və aşiqliyə
başlamısan". Gülmək tutdu və tələsik "eşq" sözünün
üstündən xətt çəkib əvəzinə yazdı: "Ölüm".
Bu sözü görüb narahat oldum və üzümü turşutdum.
- Sən məni narahat etməkdən başqa bir iş bilmirsən?!
Ürəyimi almaq istədi. Dəftəri əlimə verdi.
131
- Əziz xanımım, eşqim Firiştə xanıma təqdim edirəm.
Bunu yadigar saxla, gülüm.
Dəftəri alıb dedim: "Əli, bəlkə Tehranda qalaq?! Sənə
yarayır. Tehranlılar kimi olmusan: "xanımıma, eşqimə".
Amma “gülüm” sözünü də Tehran ləhcəsilə desəydin,
yaxşı olardı".
Çox güldü. Onun gülüşünə mən də güldüm. Dedi:
"Qapıdan girən kimi mələk kimi göründün. Həqiqətən
Firiştə (mələk) adı sənə yaraşır".
Utandım. Mənim üçün çəkdiyi rəsmi dəftərdən
qoparıb uzatdı. Onu çantama qoydum. Yenidən əlini
qarnının üstünə qoydu. Qolu boş idi. Soruşdum ki, saatın
hanı?
Çox etinasızlıqla dedi: "Uşaqların birinin xoşu gəldi,
baxmaq üçün aldı, mən də dedim ki, sənin olsun".
Hirslənib dedim: "Əli, o bizim əqd mərasimimizin
hədiyyəsi idi. Məkkə təbərrükü idi. Atam onu çox
həvəslə kürəkəninə almışdı. Orijinal rado idi".
Başını yelləyib dedi: "Bu saatlardan o qədər olacaq,
biz olmayacağıq. Nə qədər bacarırsan, könül al!"
Heç nə demədim, amma saata heyfim gəldi. Gecə
yanında qalmaq istəyirdim. Hacı Sadiq isə dedi ki, mən
qalacağam.
Ə
li ağa da mənim qalmağımı istəyirdi. Çarə yox idi.
Gecə Koka-Kola dördyolunda yaşayan Hacı baba ilə
Xanımcanın evinə getdik.
Tehranda qaldığım ilk gecə Əli ağadan ötrü çox
narahat
idim.
Ə
məliyyatın
uğurlu
keçməsinə
baxmayaraq, yarası həssas idi. Doktorlar demişdilər ki,
tam istirahətə ehtiyacı var. Nigaran idim. Fikirləşirdim
ki, birdən qalxıb yeriyər və başına bir iş gələr. Bilirdim
ki, özünü düşünən, sağlamlığına əhəmiyyət verən deyil.
132
Səhərə qədər yavaşca dua edib Allahdan sağalmasını
dilədim. Həmin günlər İmam Hüseynin tasua və aşura
günlərinə təsadüf edirdi. Yadımdadır, küçədə dayanıb
ə
zadarlıq edən dəstələrə baxırdım. Çadramı üzümə çəkib
zar-zar ağlayırdım. Yüngülləşəndən sonra çadramı
üzümdən çəkir və yanımdakılardan yoldaşımın sağalması
üçün dua etmələrini istəyirdim.
Xanımcanın evində bir həftə qaldım. Məhəmməd dayı
xaricdən təzə gəlmişdi. Ailəsini orada qoyub həmişəlik
dönmüşdü. Məryəm də həmin küçədə qayınanasının
evinin ikinci mərtəbəsində yaşayırdı. Səhərlər çox vaxt
bir yerdə olurduq, günortadan sonra xəstəxanaya görüşə
gedirdik.
Xəstəxanada
Ə
li
ağanın
yanından
tərpənmirdim. Ancaq gecələr yanında qala bilmədiyimə
görə narahat idim.
Bir həftədən sonra Hacı Sadiqin israrı ilə Həmədana
qayıtdıq. Mən orada qalmaq istəyirdim, Əli ağa da razı
idi. Bir neçə dəfə yavaşca dedi ki, qalım. Lakin Hacı
Sadiqə deməyə heç birimizin üzü gəlmədi.
Həmədana dönərkən bütün yolu acıqlı oturdum; nə
kimsəylə danışdım, nə də bir şey yedim. Bədənimin bir
parçasının Tehranda qaldığını hiss edirdim. Narahatlıq,
nigaranlıq, darıxma və ayrılıq qəmi məni boğurdu.
Birdən-birə belə olmuşdum; Əli ağadan ayrı qala
bilmirdim. Qəribə hal idi. Özüm-özümdən bezmişdim,
özümü lənətləyirdim. Sanki kimsə əlini boğazıma dolayıb
sıxırdı. Nə edirdimsə, sakitləşə bilmirdim. Qanadı sınmış
quş kimi yerimdə çırpınırdım: Nə üçün Əli ağanı tək
qoydum? Nə üçün? Azca cürət edib çəkinməsəydim, indi
yanında idim. Həmədana çatanda vəziyyətim daha da
pisləşdi. Özümü gündə min dəfə lənətləyirdim: Niyə
qayıtdım? Niyə yoldaşımın yanında qalmadım? Məgər
133
Ə
li ağa mənim yoldaşım deyil?! Kim ona məndən daha
yaxındır? Niyə qalmağa israr etmədim? Bu fikirlərlə
yavaş-yavaş
xəstəliyə
düşürdüm.
Arıqlamışdım.
Nigaranlığım ürək döyüntüsünə çevrilmişdi. Səccadəm
24 saat üzüqibləyə sərilmişdi; dua, namaz və zikr halında
idim.
Oktyabrın 1-də Əli ağanın gətirildiyini dedilər.
Anamgildə idim. Çantamı götürüb evimizə qədər qaçdım.
Dostları onu gətirmişdilər. Ona yataq sərdik və uzatdıq.
Qoltuğunun altında iki çəlik vardı. Çəlikləri görəndə
dünya başıma hərləndi. Birdən Əli ağa heç vaxt yeriyə
bilməz! Mən gələndən sonra dostları sağollaşıb getdilər.
Qapını bağlayandan sonra gördüyüm birinci iş ədyalının
aşağısını kənara çəkmək oldu. Rahat nəfəs aldım.
Nədənsə ayaqlarına görə narahat idim. Allaha şükür ki,
hər iki ayağı yerində idi.
Həmin gün Mənsurə xanım, ağa Nasir, Əmir ağa, Hacı
Sadiq, Münirə xanım və Leyla da gəldi. Onlar Əli ağa
gedənə qədər bizimlə qaldılar. Ertəsi gündən Əli ağanı
ziyarət
etməyə
gəlməyən
qalmadı;
Sepahın
komandirindən tutmuş idarə müdirlərinə və şəhərin cümə
imamına qədər.
Münirə xanım müəllimə idi, hər gün səhər məktəbə
gedirdi. Ağa Nasir də Məlayir yolunun əvvəlində olan
avtoyuyucuya gedirdi. Mən, Mənsurə xanım, Münirə
xanımın qızı Leyla və yataqda uzanmış Əli ağa evdə
qalırdıq. Quruculuq cihadı təşkilatından məzuniyyətə
çıxmış Əmir də evdə olurdu, hər səhər bizdən uzun alış-
veriş siyahısını alıb bazara gedirdi.
Mən Əli ağanın özəl baxıcısı idim. Bunu özüm
istəmişdim. Vaxtı-vaxtında ona meyvə şirəsi, faludə
deserti və kompot verirdim. Günortalar yanında oturub
134
zorla ona plovla toyuq və ya soyutma yedizdirirdim.
İş
tahı olmayanda və ya yemək istəməyəndə boşqabı on
dəfə aparıb-gətirir və sonunda qalibcəsinə mətbəxə
qaytarırdım.
Ə
li ağanın istirahət günləri çətin və şirin günlər idi.
Ə
mir ağa qonaqları qarşılamaq üçün çox vaxt evdə
olurdu. Mən sübh namazından gecəyə qədər oyan-buyana
qaçırdım. Əli ağaya yemək və dərman verəndə oturub
istirahət edirdim. Gecələr yatağımı onun ayaq tərəfindən
sərir, yerindən tərpənən kimi yuxudan oyanırdım. Ona
qulluq etməkdən çox zövq alırdım. Yavaş-yavaş halı
yaxşılaşdı, çəliklərin köməyi ilə evdə yeriməyə başladı.
Hərçənd əsas çəlikləri mənim qol və çiyinlərim idi.
Günlər ildırım sürətilə ötürdü. Yaxşı günlər idi. O
günlərdə Əli ağa ilə mən illər qədər bir-birimizin yanında
olub danışırdıq.
1986-cı ilin 17 oktyabrında çəliklərin biri divarın
küncünə getdi. Əli ağa Sepah formasını geyinib bir
çəliklə pilləkənə sarı getdi. Mən və Mənsurə xanım nə
qədər israr etdiksə, faydası olmadı. Bədbəxtlikdən, ona
kömək etmək üçün Əmir də evdə yox idi.
Özü getdi və bir neçə saatdan sonra qayıdıb çantasını
istədi. Nə qədər ayağına düşüb hələ istirahət vaxtının
bitmədiyini desək də, qulaq asmadı ki, asmadı.
Həmin gün çəliklə cəbhəyə getdi. O gedəndən sonra
digərləri də bir-bir sağollaşıb getdilər. Son günlər çox
get-gəlli və səs-küylü olmuş o böyük ev birdən-birə sakit
və darıxdırıcı oldu. Əli ağasız heç birimizin o evdə
qalması mümkün deyildi. Ağlaya-ağlaya yatağını
topladım. Çəliyini öpüb şkafa qoydum. Çantamı
hazırlayıb qapını qıfılladım və anamgilə yola düşdüm.
135
Yanvarın ikisində Əli ağa qayıtdı. Çox sevinirdi. O
vaxta qədər onu belə sevinən görməmişdim. Yerə-göyə
sığmırdı. Deyirdi: "Sepah üzvləri ilə birgə İmam
Xomeyni ilə görüşə gedəcəyik".
Ona həsrətlə baxırdıq. Anam xahiş edirdi.
- Əli ağa, olmaz ki, biz də gələk?
Bu,
hamımızın
istəyi
idi;
hərçənd
mümkün
olmayacağını bilirdik.
Çərşənbə axşamı gedib cümə axşamı qayıtdı. Əhval-
ruhiyyəsi yüksək idi. Evdə hamı onu qarşılamağa getdi.
Ə
li ağanın gəlişindən və danışdığı gözəl xatirələrdən
sonra evimizdə başqa bir ab-hava yarandı. Biz sual
verirdik, o danışırdı.
Ş
am yeməyindən sonra anam həmişə hazır olan
çantamı verib bizi öz evimizə yola saldı. Küçə qaranlıq
idi. Çoxlu qar yağmışdı və yer şüşə kimi idi. Gecələr
hava soyuyanda gündüzlər ərimiş qarın suyu buz
bağlayırdı. Onun üstündə yerimək çətin idi. Ehtiyatla
addım atır, qorxu içində yavaş-yavaş yeriyirdim.
Soyuqdan dişlərim bir-birinə dəyirdi. Bir neçə dəfə
sürüşdüm və yıxılmağa az qalmış Əli ağanın qolundan
tutdum. O vəziyyətdə də aramızdakı anlaşmanı nəzərə
alırdım. Bu baxımdan, təhlükə sovuşan kimi qolunu
buraxırdım.
Evə çatanda Əli ağa imamla görüşün müsbət enerjisi
ilə dedi: "Firiştə, bilmirəm niyə, amma hələ də acam. Bir
ş
ey hazırlayırsan yeyək?"
İ
ki aydan çox idi evdən çıxmışdıq. Mətbəxə keçdim.
Arxamca gəldi. Bir-bir şkafın qapılarını açıb-bağladım,
amma yemək bişirməli bir şey tapmadım. Soyuducuya
doğru getdim. Kranın yanında dayandım. Əli ağa mətbəx
136
mebelinə söykənmiş və əlini arxadan onun üzərinə
qoymuşdu. Mənə baxırdı.
Xüsusi həyəcanla dedi: "Firiştə, görüşdə uşaqların biri
yaxınlaşıb imamın əlini öpdü. Öpəndə təbərrük
məqsədilə imamın üzüyünü çıxarmaq istəmişdi, amma
yarıyacan çəkə bilmişdi. Növbə mənə çatanda əvvəlcə
üzüyü yerinə qaytardım, sonra imamın əlini öpdüm.
İ
mam gülümsədi və təşəkkür məqsədilə başını yellədi".
Sonra da özü ilə apardığı bir neçə metr ağ parçadan
danışdı. İmam parçanın üzərinə əlini çəkmişdi.
Ertəsi gün axşam Hacı Sadiqin evində idik. Əmir və
digərləri də orada idilər. Parçaları kiçik tikələrə böldük;
təxminən 150 yerə. Əli ağanın Kərbəla türbətindən bir
təsbehi var idi. Bilmirəm haradan gətirmişdi. Təsbehin
gözəl ətri vardı. Onun ipini qayçı ilə kəsdik və hər parça
tikəsinin içinə bir təsbeh dənəsi qoyduq. Parçaları kiçik
boğça kimi bükdük və sellofan kisəyə yığdıq. Əli ağa
onları öz döyüşçülərinə hədiyyə aparmaq istəyirdi.
Hamıdan qabaq mənim və Mənsurə xanımın payını verdi;
təbərrük parça və hərəyə iki təsbeh dənəsi.
Həmin gecə Əli ağanın Həmədanda son gecəsi idi.
Ertəsi
gün
səhər
cəbhəyə
gedəcəkdi.
Çantasını
hazırlamışdım və yadıma düşənləri bir-bir əlavə edirdim.
Hara gedirdimsə, arxamca gəlirdi. Axırda dedi: "Firiştə,
nə qədər gəzirsən?! Otur, səninlə işim var".
Təəccüblə ona baxdım. Əlimi tutdu və otaqda üz-üzə
oturduq. Dedi: "Bir söz soruşsam, düzünü deyərsən?"
Ürəyim bərk döyünməyə başladı. Hətta nə haqda
danışmaq istədiyini də fikirləşə bilmədim. Dedim: "Hə.
De, nə olub?"
Dodağını dişləyib dedi: "Yəqin indiyə qədər bilmisən
ki, mən qapalı adamam".
137
Güldüm.
- Çox!
O da güldü.
- Amma bu dəfə ürək sözümü demək istəyirəm.
Məqsədinin nə olduğunu bilmirdim. Təəccüblə mavi
gözlərinə baxdım. Dedi: "Sabah gedəcəyəm, amma
sənsiz çətindir. Bilmirəm niyə belə olmuşam!"
Ürəyim bərk döyünürdü. Dərindən köks ötürdüm. Bu,
doğrudan da Əli ağa idi?! O, hisslərini zorla deyərdi. İndi
nə olmuşdu? Dedi: "Mənimlə Dezfula gedirsən?"
O günlər Dezfulun ən çox bombalandığı günlər idi. Bu
təklifi eşidib sevindim, əlini tutub dedim: "Aman,
qorxdum! Mən də deyirəm nə demək istəyir! Əlbəttə ki,
gələrəm". Təbəssümlə nigaranlıq eyni anda üzünə çökdü:
"Vəcihə xanımla atan necə? Qoyarlar?"
Rahat nəfəs aldım.
- Üzr istəyirəm! Deyəsən, mən sənin xanımınam axı.
Mənim icazəm sənin əlindədir. O yazıqlar heç nə
deməzlər.
Nigaran halda dedi: "Axı ora çox təhlükəlidir!"
Təklifə o qədər sevinmişdim ki, Dezfulun təhlükəsinə
ə
həmiyyət vermədən qalxıb əşyalarımı toplamağa
başladım. Dedim: "Sizin üçün təhlükəli deyil?!"
Dedi: "Biz başqayıq. Firiştə, yaxşı fikirləş".
Ş
kafın qapısını açmışdım, bir neçə paltar götürmək
istəyirdim. Soruşdum: "Orada hava necədir?"
Dedi: "Cənnət! Bahar kimi".
Dönüb göz vurdum və dedim: "Ay səni! Cənnətə tək
getmək istəyirdin?!"
Daha heç nə demədi. Ayağa qalxdı və gecə ikən bir
qədər əşya topladıq: qazan, qaşıq, bir neçə boşqab, kasa,
138
qaz, mətbəx alətləri, bir çamadan paltar, Əli ağanın
albomları və bir neçə ədyal.
Digər əşyaları da toplayıb anamgilə aparmaq üçün
qutulara yığdıq.
Bu işlər səhərə yaxın bitdi. Əli ağa birdən qərara
gəlmişdi ki, evi boşaldıb sahibinə təhvil verək. Deyirdi
ki, biz olmayanda bəlkə kimsə burada yaşamaq istədi.
İş
ləyə-işləyə dedi ki, Dezfulun yaxınlığında bir qəsəbədə
dostu Hadi Fəzli ilə ona bir ev veriblər. Hadi, yoldaşı və
kiçik qızı bir neçə gün öncə oraya köçmüşlər.
Karton qutuları dəhlizdə üst-üstə yığdıq. Səhərə yalnız
bir neçə saat qalmışdı. Əşyaların arasında yer tapıb bir-
iki saat yatdıq.
Səhər əşyalarımızı aparıb anamgilin anbarına yığdıq.
Ə
li ağa birgə getməyimiz haqda ata-anama məlumat
verdi. Onlar bir söz demədilər. Yalnız anam təkidlə
tapşırırdı: "Özünüzdən muğayat olun. Çatan kimi zəng
vurun. Bizi xəbərsiz qoymayın".
Ə
li ağa aparacağımız əşyaları maşının arxasına yığdı.
Mənsurə xanım Həmədanda deyildi. Bir neçə gün öncə
Məryəmin ilk qızı Mona dünyaya gəlmişdi.
Həmədanda olanlarla sağollaşıb maşına mindik və
Dezfula yola düşdük. Yolda Əli ağa hərbi və inqilabi
nəğmələr oxuyan kaseti qoymuşdu. Onların birini çox
sevirdi. O mahnı bitən kimi geri qaytarıb yenidən
oxutdururdu:
Gecədir, vətənin çöhrəsi qaradır.
Qaranlıqlarda oturmaq günahdır.
Silahımı ver yol axtarım,
Aşiq olanın ayağı yoldadır.
Qardaş qərarsızdır, qardaş alovludur.
Qardaşın sinəsi laləzardır.
139
Gecə, qorxulu dəniz, fırtına,
Mən və müqəddəs yolçuların düşüncələri!
Mənə xalat və xəncər gətir,
Çünki qan damır yanan ürəklərdən.
Qardaş yeniyetmədir, qardaş qan içindədir.
Qardaşın kəkili vulkandır.
Sən aşiqlərin dərdini bilirsən,
Sən bizim döyüş və həbs yoldaşımızsan.
Ə
zizlərin divardakı qanına bax,
İş
ıqlı sabah şeypuru çal.
Qardaş yeniyetmədir, qardaş qan içindədir.
Qardaşın kəkili vulkandır..."
Özü də yavaşca zümzümə edirdi.
Ə
li ağa doğru deyirdi. İlin o vaxtında Dezful cənnət
kimi idi. İnanılmaz idi. Həmədandan çıxanda küçələrin
hər iki tərəfinə o qədər qar yığılmışdı ki, bəzi yerlərdə
qar divarları evlərin kərpic divarlarından hündür idi.
Damlardan buz salxımları sallanırdı. Hava o qədər soyuq
idi ki, palto, papaq və əlcəksiz evdən bayıra çıxmaq
mümkün deyildi.
Buz şəhərindən birdən-birə cənnətə daxil olmuşduq.
Gözəl bahar havası vardı. Naringi, limon və portağal
ağacları qol-budaq açmışdılar. Parıltılı yaşıl yarpaqlar
adamı valeh edirdi. Güllərin ətri şəhəri doldurmuşdu.
Evkalipt yarpaqlarının ətri adamı məst edirdi. Hava o
qədər yaxşı idi ki, Xürrəmabaddan bu yana isti
paltarlarımızın hamısını bir-bir çıxarmışdıq. Soyuqdan
büzüşmüş həmədanlılardan fərqli olaraq, Dezfulda əhali
gümrah idi və qısaqol köynəklə gəzirdi.
Düşünürdüm ki, Dezfulda əhali qalmaz, amma belə
deyildi. Şəhərdə həyat vardı. Uşaqlar küçələrdə oynayır,
140
qadınlar qapıların önündə danışırdılar. Küçə və
prospektlər ağac və yaşıllıqla dolu idi.
Bir neçə küçədən keçdik. Yolda arabir dağılmış evlər
və əyilmiş dirəklər görürdüm. Onlar bombardmanın
ə
lamətləri idilər. Şüşə qırıqları, qopmuş asfalt parçaları,
çala-çökək dolu küçələr və başsız xurma ağacları acı
müharibə hekayəsi idi. 500 Mənzil qəsəbəsinə daxil olub
bir neçə küçədən keçdik. Qəsəbə şəhərə nisbətən sakit
idi, küçələr torpaqdan və ağacsız idi. Bir küçəyə girdik.
Ə
li ağa hələ də nəğməni zümzümə edirdi: "Qardaş
yeniyetmədir, qardaş qan içindədir. Qardaşın kəkili
vulkandır... Bu da Gülüstan prospektinin on birinci
küçəsi!"
Sonra bir evin önündə dayandı: "Qardaş qərarsızdır,
qardaş alovludur... Öz evinə xoş gəldin, gülüm!"
|