GÜLÜstan prospekti


On dördüncü fəsil: Ata ulduzu



Yüklə 3,28 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix20.03.2020
ölçüsü3,28 Mb.
#30697
1   2   3   4   5   6   7   8   9
• Gülüstan prospekti..


On dördüncü fəsil: Ata ulduzu
 
Ə
li ağanın şəhadətinin qırxıncı və hətta əllinci gününə 
qədər bütün vilayətdə ona məclis keçirdilər. 
İ
lk günlərdə ailəliklə məclislərdə iştirak edirdik, amma 
ikinci  həftədən  sonra  yalnız  ağa  Nasir  və  Hacı  Sadiq 
gedirdilər. Daha sonra isə növbə ilə getməyə başladılar. 
Yavaş-yavaş  qəribə  yuxular  dövrü  başlandı.  Qohum 
və  qonşular  onu  yuxuda  görür  və  həvəslə  bizə 
danışırdılar.  Yuxuları  eşidəndə  həm  ona  daha  çox 
darıxırdıq,  həm  də  ürəyimiz  sakitləşirdi.  Hamı  Əli  ağanı 
yuxuda  ən  yaxşı  yerlərdə  və  ən  yaxşı  geyimlərdə 
görürdü.  Yuxular  göstərirdi  ki,  Əli  ağanın  vəziyyəti 
yaxşıdır.  Lakin  biz  yerdəkilərdən,  xüsusən  də  anasından 
nigaran idi. 
Ə
li  ağa  şəhid  olandan  sonra  Mənsurə  xanımın 
xəstəliyi  ağırlaşdı.  Qırxdan  bir  neçə  həftə  sonra  Hacı 
Sadiqlə ağa Nasir onu Tehrana aparmağa məcbur oldular. 
O günlər Həmədanın ən soyuq günləri idi. Qar və buzdan 
heç  kim  evdən  bayıra  çıxa  bilmirdi.  Buna  baxmayaraq, 
mən də əşyalarımı topladım və Məhəmmədəlini bir neçə 
uşaq ədyalına büküb anamgilə köçdüm.  
Ata-anam  həmişəki  kimi  məni  gülərüzlə  qarşıladılar. 
Orada  özümü  daha  yaxşı  hiss  edirdim.  Düşünürdüm  ki, 
Ə
li  ağa  hələ  döyüş  zonasındadır  və  tezliklə  qayıdacaq. 
Soyuq qış günləri ağır keçirdi. Tehrandan gələn xəbərlər 
də  ürəkaçan  deyildi.  Mənsurə  xanımın  böyrəkləri  işdən 
düşmüş,  şişlər  həddən  artıq  böyümüşdü.  Həkimlər  çıxış 
yolunu  dializdə  görürdülər.  Beləliklə,  Mənsurə  xanımın 
ağrılı dializləri başlandı.  
Bir gün axşamüstü ata-anamla evdə oturub pəncərədən 
dayanmadan yağan qara baxırdıq. Anam Məhəmmədəliyə 

 
220
paltar  tikirdi.  Atam  soruşdu:  “Firiştə,  nə  işlə  məşğul 
olmaq istəyirsən?” 
Atamın  sualına  təəccüblənib  dedim:  “Necə  yəni?! 
Məhəmmədəlini böyütmək istəyirəm”. 
Atam soruşdu: “Elə bu?” 
Dedim:  “Məmmədəlini  böyütmək  bir  ömür  iş 
deməkdir”. 
Anam söhbətə müdaxilə etdi. 
-  Firiştə,  sən  həm  də  oxumalı,  təhsilini  davam 
etdirməlisən.  
Təhsilə həvəsim qalmamışdı.  
- Bundan sonra uşaqla dərs oxuya bilmərəm. 
Anam dedi: “Biz kömək edərik. Mütləq oxumalısan”. 
Atam  mənə  və  anama  baxıb  dedi:  “Tutaq  ki  dərs  də 
oxudun. Bəs sonra?” 
Atamın  məqsədinin  nə  olduğunu  bilirdim.  Dözə 
bilməyib  kövrəldim,  məni  ağlamaq  tutdu.  Məhəmmədəli 
yerdə  yatmışdı.  Dördəlli  Məhəmmədəliyə  yaxınlaşıb 
qəhər  içində  və  yavaşcadan  dedim:  “Daha  heç  nə. 
Ömrüm bitəcək”. 
Anam  narahat  halda  mənə  yaxınlaşdı.  Yerimdən 
qalxdım.  Otaqdan  çıxmaq  istəyəndə  atama  dedim:  “Ata, 
yadındadır  toyda  Əli  ağaya  nə  dedin?!  Dedin  ki,  qızının 
bir  mərdlə  bir  gecə  yaşaması  bir  namərdlə  bir  ömür 
yaşamasından yaxşıdır. Bu bir il səkkiz ay ildırım sürətilə 
ötdü. Mənim üçün bir gecə idi. Mən bir  gecə bir mərdlə 
yaşadım  və  bitdi.  Daha  Əli  ağa  kimisinin  tapılacağını 
düşünmürəm”. Sonra yenə qəhər içində və ağlaya-ağlaya 
ə
limdəki  nişan  üzüyünə  baxıb  dedim:  “Ata,  sən  Əlidən 
daha mərd birini tanıyırsan?!” 
Atam  qalxıb  mənə  yaxınlaşdı.  Gözləri  qızarmış  və 
dolmuşdu.  O  vaxta  qədər  onu  belə  görməmişdim.  Məni 

 
221
qucaqlayıb  öpdü  və  dedi:  “Yox,  qızım,  vallah, 
görməmişəm.  Əli  ağa  çox  mərd  adam  idi.  Tayı-bərabəri 
yox idi və yoxdur”. 
Atam  başını  çiyinlərimə  qoydu.  Mən  gözlərimi  nişan 
üzüyümüzə 
dikib 
nikah 
mərasiminin 
alış-veriş 
xatirələrini  xatırlayırdım.  Dedi:  “Firiştə,  mən  və  anan 
sənin və oğlunun qulluqçularınıq. Əgər layiq olsaq, sizin 
ayaqlarınız bizim gözlərimiz üstə!” 
Məni  ağlamaq  tutdu.  Anam  da  ağlayırdı.  Səsimizə 
Məhəmmədəli  oyandı.  Anam  onu  qucağına  götürüb 
öpdü. Atam gedib pəncərənin önündə dayandı. Qar həyəti 
ağ  yorğana  bürümüşdü.  O  dedi:  “Baharda  damda  ikinci 
mərtəbəni  tikəcəyəm.  Gərək  yerbəyer  olasan.  Gərək 
müstəqil olasan. Nə çatışmazlıq olsa da, özümə deyərsən, 
alaram.  Qızım,  heç  nədən  narahat  olma.  Biz  sənə,  Əli 
ağaya və oğluna çox borcluyuq”. 
Novruzdan  sonra  havalar  qızan  kimi  atam  bir  neçə 
fəhlə  və  bənna  çağırdı.  İnşaat  materiallarını  dama 
yığdırıb orada bir yataq otağı, bir mətbəx və bir hamam-
tualet  tikdirdi.  Damın  qalan  hissələri  bizim  həyətimiz 
oldu. 
Məhəmmədəli  bir  qədər  böyüyəndən  sonra  yay 
gecələrində 
damda, 
yəni 
həyətimizdə 
yatırdıq. 
Məhəmmədəli hərdən atasını istəyirdi. 
- Mənim ata canım haradadır? 
- Gedib Allahın yanına. 
- Mənim yanıma nə üçün gəlmir? 
- Çünki yuxarıdan bizdən muğayat olur.  
- Axı sən deyirdin Allah bizdən muğayat olur! Üstəlik, 
nənəm, babam və sən də məndən muğayat olursan.  
Cavab 
çatdıra 
bilmir, 
həmişəki 
kimi 
sözü 
dəyişdirirdim. 

 
222
- O ulduzu görürsən? 
Məhəmmədəli sevincək deyirdi: “Hə”. 
- O ulduz ata canındır. 
Məhəmmədəli  sevinir,  atasını  qucaqlamaq  üçün  əlini 
uzadırdı.  Amma  olmurdu,  bacarmırdı  və  ağlamağa 
başlayırdı;  nə  edirdimsə,  sakitləşmirdi.  Onu  qucaqlayıb 
öpürdüm.  Əli  ağanın  ətrini  verirdi.  Onun  xatirəsinə 
uşağımı  Əli  can  çağırırdım.  Hamı  Əli  ağaya  görə 
Məhəmmədəliyə  Əli  deyirdi.  Oğlum  Əli  can  çox  vaxt 
ağlayandan sonra yuxuya gedirdi. 

 
223
 
On beşinci fəsil: Şagird ana
 
Məktəbə  gedirdim.  Yenə  də  onuncu  sinfi  oxumağa 
məcbur  idim.  1986-cı  ildə  nikaha  və  toyumuza  görə 
imtahanlardan  keçə  bilmədim.  Sonra  da  Dezfula  getdik. 
Lakin 1988-1989-cu dərs ilində anamın israrı ilə üçüncü 
dəfə  onuncu  sinfə  adımı  yazdırdım.  Anam  dərzilik  işini 
azaltmışdı,  səhərlər  evdə  qalıb  Əli  cana  baxırdı.  Bir  il 
belə  ötdü.  Təhzib  peşə  liseyinin  direktoru  körpəsi 
olanlara  görə  liseyin  bir  otağını  ayırıb  kiçik  bir  uşaq 
bağçası düzəltdi. 
Səhər  digərlərindən  tez  məktəbə  gedib  Əlini 
tərbiyəçiyə  tapşırır,  günorta  da  hamıdan  sonra  gedib 
götürürdüm  ki,  şagirdlərin  heç  biri  ailəli  və  uşaqlı 
olduğumu  bilməsin.  Növbəti  ildə  isə  qınaqlardan  uzaq 
qalmaq üçün Əlini məktəbdən kənarda bir uşaq bağçasına 
qoydum.  
Belə  bir  şəraitdə  diplom  aldım.  Əlinin  dörd  yaşı 
olmuşdu.  Anam  israr  etdi  ki,  müəllimlərin  işə  qəbulu 
üzrə  imtahanlarda  iştirak  edim.  Elə  də  etdim,  qəbul 
oldum və Həmədanın Çərmsazi məhəlləsində yerləşən 22 
Bəhmən  adlı  oğlan  ibtidai  məktəbində  müəllimə  kimi 
xidmətə başladım. 
  

 
224
 
On altıncı fəsil: Ağac cərgələrinin 
arxasında
 
16  avqust  1995-ci  il  idi.  Bir  neçə  gün  idi  Mənsurə 
xanım  Ekbatan  xəstəxanasında  yatırdı.  Böyrək  köçürmə 
ə
məliyyatı uğurla başa  çatsa da, bu dəfə ürək ağrısından 
yatağa düşmüşdü. 
Anamla onu ziyarət etməyə  getdik. Məryəm də  orada 
idi. Çox narahat idi. Bizi görən kimi ağlamağa başladı. 
- Firiştə can, Vəcihə xanım, anamın halı çox pisdir.  
Sonra  anama  yalvararaq  dedi:  “Vəcihə  xanım,  sən 
Allah, onun üçün dua edin”. 
Məryəmin  vasitəçiliyi  ilə  anamla  mən  Kardiologiya 
ş
öbəsinə  girdik,  özü  isə  bayırda  qaldı.  Mənsurə  xanım 
arıqlamış,  rəngi  qaçmışdı.  Qoluna  və  burnuna  çoxlu 
serum qoşulmuşdu. Yanında ürək döyüntülərini göstərən 
kiçik  bir  monitor  vardı.  Döyüntülər  çox  aritm  idi:  200, 
120,  100,  180,  105.  Əlini  tutdum.  Soyuq  idi.  Nigaran 
halda  anama  baxdım.  Anam  təəssüflə  başını  yellədi  və 
həmişə  üstündə  olan  dəri  cildli  Quranını  çıxarıb  dedi: 
“Firiştə, bir stəkan su gətir”. 
Sonra mehribanlıqla Mənsurə xanıma dedi: “Mənsurə 
xanım, necəsiniz?” 
Stəkan  gətirməyə  getdim.  Pəncərənin  yanındakı 
soyuducunun  üstündə  dolça  və  büllur  stəkan  vardı. 
Stəkanı  soyuducunun  içindəki  sərin  su  ilə  doldurub 
qayıtdım.  Mənsurə  xanım  yavaşca  gözlərini  açdı.  Məni 
görən kimi çətinliklə soruşdu: “Firiştə can, necəsən? Əli 
can necədir? Haradadır?”  
Özümü  itirib  dedim:  “Salam.  Necəsiniz?  Şükür 
Allaha.  Əli  canı  gətirmək  istəyirdim,  qorxdum  ki,  içəri 

 
225
buraxmazlar. 
İş
çilərlə 
danışıb 
sabah 
mütləq 
gətirəcəyəm”. 
Mənsurə  xanım  gözlərini  bağladı.  Gözlərindən  bir 
neçə  damla  yaş  süzülüb  balışın  üstünə  düşdü.  Sonra 
yenidən gözlərini açıb qəhər içində anama dedi: “Vəcihə 
xanım, əgər ölsəm, Əmiri və Əlini görəcəyəm?” 
Anam  heç  bir  problem  yoxmuş  kimi  yavaşca  və 
mehribancasına  dedi:  “Allah  eləməsin,  Mənsurə  xanım! 
Ə
min  ol  ki,  onlar  indi  burada,  sənin  yanındadırlar.  Biri 
bu tərəfində dayanıb, biri o tərəfində. Onlar tez sağalman 
üçün kömək edirlər. Əli can böyüyüb maşın alacaq, məni 
və  sizi  mindirib  gəzməyə  aparacaq.  Hələ  yaşamalısan. 
Allah uzun ömür versin!” 
Mənsurə  xanım  ah  çəkib  dedi:  “Yox,  Vəcihə 
Xanımcan,  daha  bitdi.  Daha  uşaqlarımdan  ayrılığa  dözə 
bilmirəm.  Səkkiz  ildir  uşaqlarımı  görmürəm.  Getmək 
istəyirəm. Onlardan ötrü çox darıxmışam”. 
Kövrəldi.  Gözlərini  bağladı  və  daha  açmadı.  Anam 
cəld  Quranın  dörd  tərəfini  stəkana  batırdı.  Stəkanı  mənə 
verib dedi: “Salfetlə dodaqlarını islat”. 
Stolun  üzərindən  bir  kağız  əl  dəsmalı  çəkib  stəkanın 
suyu  ilə  islatdım  və  yavaşca  Mənsurə  xanımın 
dodaqlarına  vurdum.  Mənsurə  xanım  gözlərini  yavaş-
yavaş yarıya qədər açdı, halsızca mənə baxdı və yenidən 
gözlərini  yumdu.  Anam  ayaqlarını  göstərdi.  Başqa  bir 
dəsmal götürüb islatdım və yorğanı kənara çəkdim. Əlimi 
Mənsurə  xanımın  ayaqlarının  üstünə  qoydum.  Buz  kimi 
soyuq  idi.  Qorxu  içində  anama  dedim:  “Ana,  ayaqları 
niyə bu qədər soyuqdur?” 
Görünür,  anam  nə  baş  verdiyini  bilirdi.  Quranı  açdı. 
Ə
lini  yavaşca  Mənsurə  xanımın  ürəyinin  üzərinə  qoyub 
oxumağa  başladı.  Gözüm  monitora  sataşdı:  30,  25,  20, 

 
226
32. Şaquli xətlər get-gedə qısalırdı. Mənsurə xanımın buz 
kimi  soyuq  əlini  tutdum.  Alnında  və  dodağının  üstündə 
tər  damcıları  vardı.  Xırıltılı  səslə  nəfəs  alırdı.  Nigaran 
halda  anama  baxdım  və  qorxub  bayıra  qaçdım.  Bir  tibb 
bacısı  gəlirdi.  Ona  dedim:  “Xanım!  Xanım  Əltafi! 
Qayınanamın halı çox pisdir...” 
Tibb bacısı otağa qaçdı. Başqa bir neçə tibb bacısı da 
qaçıb  Mənsurə  xanımın  çarpayısının  ətrafına  toplaşdı. 
Anam çarpayının  yanında stulun üstündə oturub yavaşca 
Quran  oxuyurdu.  Sanki  kimsə  əlini  boğazıma  dolayıb 
məni  boğur  və  kimsə  ürəyimi  çəngələyirdi.  Hər  yerdən 
qəm-qüssə yağırdı. Dünya kiçilmiş və dəyərsiz olmuşdu. 
Aman Allah! Yəni Mənsurə xanım belə tez getdi?! Otaq 
daralmışdı  və  tibb  bacılarını  görmürdüm.  Gözüm 
pəncərəyə  sataşdı.  Əli  ağa  ilə  Əmir  uzaqlarda  göydə, 
hündür  yaşıl  ağac  cərgələrinin  arxasında  idilər.  Otağa 
qəm-kədər  qoxusu  dolmuşdu.  Dünyadan  doymuşdum. 
İ
nanmırdım ki, Mənsurə xanım bizi belə tez tək qoyacaq. 
Tibb  bacıları  bizi  otaqdan  çıxardılar.  Şok  aparatı 
gətirib  ona  şok  verdilər.  Bir  neçə  həkim  otağa  qaçdı. 
Amma  az  sonra  dəhlizdən  serumları  Mənsurə  xanımdan 
ayırdıqlarını gördüm. Gözlərimə inamırdım. 

 
227
 
On yeddinci fəsil: On iki barmaq 
bağırsağı
 
Həmin illər həyatımın ən ağır illəri idi. Həmişə ildırım 
sürətilə  ötən  günlər  çox  çətinliklə  keçirdi.  Mənsurə 
xanımın  vəfatından  sonra  isə  daha  da  çətinləşdi  və  biz 
daha yalqız qaldıq. 
Ə
li ağanın şəhadətindən sonra ağa Nasirlə Hacı Sadiq 
bir ev alıb birgə yaşayırdılar. Həftəsonları Əli canla mən 
onların  yanına  gedirdik.  Bu  rejim  Mənsurə  xanımın 
vəfatından  sonra  da  davam  etdi.  İrsi  xəstəlik  səbəbindən 
Hacı  Sadiq  də  böyrək  köçürmüşdü;  həm  də  onu 
yoluxmağa  gedirdik.  Mənsurə  xanımın  vəfatından  sonra 
güclü  bir  dayağımızı  itirdik.  Buna  baxmayaraq,  həyat 
davam  edirdi;  çətinliklə,  qəm-qüssə  ilə,  yalqızlıqla  və 
darıxmaqla.  
1998-ci  ildə  Əli  canın  on  bir  yaşı  vardı  və  beşinci 
sinifdə  oxuyurdu.  Bir  neçə  ay  idi  xəstələnmişdi.  Mədəsi 
ağrıyır,  ürəyi  bulanırdı.  Günortadan  sonralar  anamla 
mənə bir iş əlavə olunmuşdu. Hər gün Əli canın əlindən 
tutub  həkimə  gedirdik.  Bir  neçə  doktor  USM,  MRT  və 
endoskopiya  edəndən  sonra  diaqnoz  qoydular:  on  iki 
barmaq bağırsağında xora var. 
Bunu  öyrənəndə  sanki  dünya  başıma  uçdu.  Anamla 
mən bu uşağı qu tükü üzərində böyütmüşdük, hər şeyinə 
fikir vermişdik. Niyə belə olmuşdu?! 
Ə
li  ağanın  ili  yaxınlaşırdı.  Əli  ağa  noyabrın  25-də 
şə
hid  olmuş,  29-da  dəfn  edilmişdi.  Hər  il  25-i  ilə  29-u 
arasında  ona  il  keçirirdik.  Bu  günlərin  biri  həftəsonuna 
düşəndə çox yaxşı olurdu. 

 
228
Anam  il  mərasiminin  işlərini  görürdü;  evi  təmizləyir, 
divan-kresloları  toplayır,  stəkan-nəlbəkiləri,  boşqab, 
bıçaq  və  duzqabıları  yuyurdu.  Çoxlu  qonaq  çağırmış, 
meyvə və halva sifariş vermişdi. 
Həmin  günlər  həm  də  Əli  canın  xəstəliyinin  ən  ağır 
günləri  idi.  Son  zamanlar  elə  olmuşdu  ki,  hətta  su  belə 
içə bilmirdi. Noyabrın 25-də il mərasimini saxlayıb 29-na 
saldıq. Başqa çarə yox idi. Sonuncu həkim müxtəlif tibbi 
analizlərdən  sonra  demişdi:  “Şəkildə  on  iki  barmaq 
bağırsağında kiçik bir xora görünür. Xəstəni tez Tehrana 
aparın”. 
Noyabrın  27-də  çox  sorğu-sualdan  sonra  Tehranın  ən 
yaxşı  mədə  həkimlərindən  birinin  ünvanını  öyrəndik, 
növbə aldıq və gecə ikən avtobusla Tehrana yola düşdük. 
O zaman hələ hamıda mobil telefon yox idi. Dostların 
biri  öz  telefonunu  bizə  əmanət  verdi.  Əli  can  heç  nə 
yemirdi,  ürəyi  bulanırdı.  Avtobusda  halı  o  qədər  pis  idi 
ki,  ön  və  arxa  oturacaqlardakı  sərnişinlər  bizə  kömək 
etməyə  çalışırdılar.  Bununla  yanaşı,  Əli  can  mənə 
təskinlik  verib  deyirdi:  “Ana,  mənə  heç  nə  olmayıb, 
yaxşılaşıram”. 
Özümlə  bir  bağlama  paltar  aparmışdım.  Əli  qusurdu, 
mən  də  tez-tez  əl-üzünü  yuyub  paltarını  dəyişdirirdim. 
Həmin gecə bizə çox çətin keçdi. Altısaatlıq Tehran yolu 
bitmək bilmirdi. 
Nəhayət,  səhərə  yaxın  Tehrana  çatıb  Müəllim  evində 
bir  otaq  tutduq.  Ora  xəstəxanaya  yaxın  idi.  Əlini  təcili 
yardım  bölməsinə  apardıq.  Müayinə  edib  ona  bir  resept 
yazdılar.  Atam  dərmanları  almağa  getdi.  Mən  də  Əli  ilə 
birgə müəllim evinə getdim. 
Ə
linin  qızması  43-ə  yaxın  idi.  Nə  edirdimsə, 
düşmürdü.  Əlimdən  bir  şey  gəlmirdi.  Atam  da  hələ 

 
229
aptekdən  dönməmişdi.  Özümdən  aslı  olmadan  ağlamağa 
başladım.  Oğlum  daha  danışmır  və  mənə  təskinlik 
vermirdi.  Gözlərini  bağlamışdı,  qızdırma  içində  yanırdı. 
Mələfələri  isladıb  bədəninə,  alnına  və  ayaqlarına 
qoydum.  Təcili  yardıma  zəng  vurdum.  Soruşdular  ki, 
problemi nədir. Dedim: “Qızdırması var”. 
Cavab  verdilər:  “Ayaqlarını  suya  qoyun.  Təcili 
yardımlıq deyil”. 
Telefonda ağlayıb yalvardım. 
On  beş  dəqiqədən  sonra  gəldilər.  Onlar  da  heç  nə 
etmədilər.  Sakitləşdirici  iynə  vurub  dedilər:  “Əgər  çox 
narahatsınızsa, xəstəxanaya aparıb yatızdırın”. 
Onlar  gedəndən  sonra  yenidən  ayağını  suya  qoydum. 
Ə
ziz  oğlumun  halı  yaxşılaşmırdı,  qızdırması  düşmürdü. 
Ə
lim  də  bir  yerə  çatmırdı,  atam  hələ  qayıtmamışdı.  Bu 
illərdə  heç  kəs  mənim  etirazımı  eşitməmişdi.  Onda  isə 
ağlayıb  qışqırmağa  başladım:  “Əli  ağa,  bəs  sən 
haradasan?! Sən atasan, bir iş gör. Əli ağa, sənə əziz olan 
hər  şeyə,  çox  sevdiyin  həzrət  Zəhraya  and  verirəm.  Sən 
indi  şəhidsən,  yuxarılardasan,  bizi  görürsən.  Bilirəm  ki, 
mən  günahkaram,  üzüqarayam.  Sən  Allahdan  istə 
uşağımıza  şəfa  versin.  Yadındadır,  nə  qədər  ürəyin 
istəyirdi ki, uşağımız tez dünyaya gəlsin?! İndi gəlib. Sən 
ona ad qoymaq istəyirdin. Biz sənin adını ona qoyduq ki, 
həmişə  bizimlə  olasan.  Əli  ağa,  indi  uşağımız  əldən 
gedir.  Qurban  olum,  bir  iş  gör.  Uşaq  əldən  getdi.  Sən 
qabiliyyətli  və  mərifətli  idin,  hamıya  ürəyin  yanırdı, 
ə
sirlə  özümüzünkünü  bir  tuturdun.  Oğlumuz  sağ-solu 
tanıyandan  bəri  gecənin  olmasını  və  səni  göydə 
ulduzların arasında tapmasını istəyir. Əli ağa, sən mənim 
canım,  sən  Firiştənin  canı,  sən  Zəhra  xanımının  canı, 
yuxarıdan aşağı gəl, bu axşam mənim və uşağının dadına 

 
230
çat.  Bu  axşam  özünü  oğlumuza  göstər.  Yuxarılardan  bir 
az ayrıl. Əli ağa, sən Allah, mənə kömək et. Əli ağa, mən 
Ə
li canımı səndən istəyirəm. Əli ağa, sən Allah...” 
Nə  etdiyimi  və  nə  dediyimi  bilmirdim.  Əllərimi göyə 
qaldırıb  qışqırırdım.  Bütün  üzümdən  yaş  axırdı  və  “Əli! 
Ə
li!”  deyirdim.  Nə  qədər  ötdüyünü  bilmirəm,  amma 
başımı 
çevirəndə 
Ə
li 
canın 
yatağının 
yanında 
oturduğumu gördüm. Əlindən tutub başımı onun balışına 
qoymuşdum.  Balış  göz  yaşlarımla  islanmışdı.  Əli  canım 
rahatca  yatmışdı.  Əlimi  alnına  qoydum.  Qızdırması 
düşmüşdü.  Mən  isə  əl  çəkmirdim.  Dəstəmaz  alıb  namaz 
çadramı  başıma  atdım  və  namaza  başladım.  Həmin  gecə 
neçə  rəkət  namaz  qıldığımı,  neçə  dəfə  Təvəssül  duasını 
və  Aşura  ziyarətnaməsini  oxuduğumu  bilmirəm,  amma 
yaxşı xatırlayıram ki, hər namaz və duadan sonra səcdəyə 
gedib  ağlayır və  yalvarırdım: “Əli, sən dedin ki, Zeynəb 
kimi yolunu davam etdirim. Allaha and olsun, öz canına 
and  olsun,  Zeynəb  kimi  və  dözümlə  davam  etdim. 
Başıma  nə  gəldiyinə,  arxamca  nə  danışdıqlarına 
ə
həmiyyət  vermədim  və  deyinmədim.  Mən  hələ  səni  və 
birgə  həyatımızı  sevirəm.  Sənin  xatirələrinlə  yaşayıram. 
Heç  kimə  könül  vermədim  və  verməyəcəyəm.  Bu 
dünyada sənin xatirələrindən, fikir və xəyallarından sonra 
ürəyimin  yeganə  sevinci  oğlumuz  olub.  Əli  can  sənin 
yadigarındır,  vücudunun  bir  parçasıdır.  Buraya  qədər 
yadigarına  yaxşı  baxdım.  Allahın  kölgəsindən  başqa 
başının  üstə  başqa  birisinin  kölgəsinin  olmasını 
qoymadım. Əli can, onu Allaha tapşır. Onu mənə qaytar. 
Bilirəm  ki,  bizi  sənin  qədər  heç  kim  istəmir.  Gəl  bu 
axşam  mənim  sözümə  qulaq  as,  mən  bir  ömür  səni 
dinləyərəm.  Söz  verirəm.  Əli,  xahiş  edirəm  əlimi  boş 
qaytarma.  Əli,  sən  Allah,  xahişimi  yerə  salma.  Əlindən 

 
231
bir  iş  gəlirsə,  gör.  Hanı  mehriban  əlin,  Əli?!  Darıxıram. 
Mehriban əlini başıma çək, Əli can!” 
Həmin  gecə  bir  ömür  darıxmaq  qədər  ağladım. 
Ağlamağım və kövrəlməyim bitmirdi.  
Namaz  və  dualardan  sonra  oğlumun  yanına  getdim. 
Uşağım dərin yuxuda idi. Yavaşca nəfəs alırdı. Alnından 
öpdüm. Yazıq iki ay idi ağrı çəkirdi. İki ay idi bu ağrıya 
görə  məktəbə  getmirdi.  Əlimi  yavaşca  qarnına  qoydum. 
Boş  idi  və  batmışdı.  Qarnını  öpüb  qəhər  içində  dedim: 
“Əli  can,  bilirəm  ki,  buradasan.  Oğlumuzu  sənə 
tapşırıram.  Ondan  muğayat  ol.  Bilirəm  ki,  sağ  olsaydın, 
bütün  atalar  kimi  uşağını  çox  sevərdin.  Hərçənd,  bütün 
atalardan daha sağ və daha yaxında olduğuna əminəm”. 
Ertəsi  gün  Əlini  növbə  aldığımız  həkimə  apardıq. 
Həkimdən qabaq kompüterli tomoqrafiya müayinəsindən 
keçməsini  istədilər.  Məni  onunla  getməyə  qoymadılar. 
Uşağımı  tək  apardılar.  Bir  az  sonra  bir  tibb  bacısı  tez 
bayıra  çıxıb  məni  səslədi.  Otağa  çatana  qədər  yüz  dəfə 
ölüb-dirildim. Oğlum qusub bütün paltarlarını bulamışdı. 
Qəhər içində cəld paltarlarını dəyişdirdim. Ona deyirdim: 
“Əli can, qorxma, əzizim, indi yaxşı olacaqsan”. 
Oğlum o vəziyyətdə də mənə ürək-dirək verib deyirdi: 
“Ana  can,  mənim  halım  yaxşıdır.  Çox  yaxşılaşmışam, 
ağrım azalıb”. 
Ertəsi  gün  günorta  cənab  Doktor  Məlikzadənin 
qəbuluna  gəlməyimizi  söylədilər.  Təsadüfən,  həmin  gün 
Ə
li  ağanın  ili  idi.  Anam  tez-tez  mobil  telefona  zəng 
vurub  Əlinin  halını  soruşur  və  mərasimin  hər  bir  anı 
haqda  məlumat  verirdi:  “Bütün  qonaqlar  gəliblər.  Ev 
adamla  doludur.  Əli  can  üçün  Təvəssül  duası  oxuyuruq. 
Qulaq as: “Ya Vəcihətən indəllah! İşfəi ləna indəllah!” 

 
232
Ürəyimdə  tufan  idi.  Əli  ağanı  yanımda  daha  çox  hiss 
edirdim. 
Yanımda, 
mənimlə 
oğlumun 
arasında 
oturmuşdu. Növbəmiz çatana qədər onunla danışırdım.  
Telefonun zəngi çalındı. 
- Firiştə, niyyət et. 
Qadınların  xorla  səsi  gəlirdi:  “Ya  Əbəl-Həsən!  Ya 
Musa ibn Cəfər! Əyyuhəl-Kazim! Yəbnə Rəsulillah”. 
Nəhayət,  növbəmiz  çatdı.  Mədə-bağırsaq  mütəxəssisi 
Doktor Məlikzadə çox şəxsiyyətli və vüqarlı bir adam idi. 
Hörmətlə  və  rəsmi  şəkildə  danışırdı.  Əlinin  qalın  tibb 
qovluğunu  stolun  üstünə  qoydum.  Şəkillərə,  analizlərin 
və  endoskopiyanın  nəticələrinə  baxdı.  Əli  canı  müayinə 
edib dedi: “Xanım, mənim bu qovluq və nəticələrlə işim 
yoxdur. Zəhmət olmasa, xəstəni hazırlayın, o biri otaqda 
yenidən endoskopiya müayinəsindən keçsin”. 
O  zaman  əlli  min  tümən  böyük  pul  idi.  Onu  ödədik. 
Bir neçə tibb bacısı oğlumun əlindən tutub apardılar. Bir 
qədər  sonra  bir  tibb  bacısı  məni  çağırdı:  “Məhəmmədəli 
Çitsazianın yanında gələn kimdir?” 
Yenə  qusmuşdu.  Çantamdan  bir  dəst  paltar  çıxardım. 
Paltarlarını  dəyişə-dəyişə  ağlayıb  dodaqaltı  Əli  ilə 
danışırdım:  “Əli  ağa!  Əli  can,  mən  dünən  sənə  o  qədər 
yalvardım.  Eybi  yox,  yəni  bizə  ürəyin  yanmır,  amma 
iraqlı  əsirlərə  ürəyin  yanırdı  və  kürkünü  çıxarıb  onlara 
geyindirirdin.  Mənim  və  uşağının  halına  bax,  gör  necə 
ə
zab çəkirik!  Bax, uşağın əldən  gedir. Əli  ağa,  haqlısan; 
yuxarılarda vəziyyətin yaxşıdır, bizimlə nə işin var?!” 
Göz  yaşlarımı  güclə  saxladım.  Əli  canın  paltarlarını 
birtəhər  geyindirdim  və  otaqdan  çıxan  kimi  ağlamağa 
başladım.  İncə  bədənli  gözəl  tibb  bacısı  arxamca  gəldi. 
Deyəsən, mənə yazığı gəlmişdi. Dedi: “Xanım Çitsazian, 

 
233
bu  qədər  narahat  olmayın.  Mühüm  bir  şey  deyil,  yaxşı 
olacaq”. 
İ
ncə  mehriban  səsi  vardı.  Gedib  atamın  yanında 
oturdum. Anam zəng vurdu: “Firiştə, Cövşən-kəbir duası 
oxuyuruq, sən də oxu”. 
Telefondan  xanımların  səsi  gəlirdi:  “İlahi!  Mən 
Səndən  istəyirəm  bu  adlarının  hörmətinə:  Ey  Qoruyan! 
Ey  Yaradan!  Ey  Xilaskar!  Ey  Qalib  edən!  Ey  Dəf  edən! 
Ey  Zəmanət  verən!  Ey  Əmr  edən!  Ey  Çəkindirən!  Sən 
bütün  eyib  və  nöqsanlardan  uzaqsan,  ey  Yeganə  Allah! 
İ
mdada çat! İmdada çat...”  
Birdən ağlamağa başladım. Darıxırdım. O anlarda Əli 
ağanın  yanımda  olmasını  çox  istəyirdim.  Onun  çiyinləri 
mənimkilərdən  güclü,  ürəyi  daha  geniş  və  halı  həmişə 
yaxşı  idi.  O,  sakit  idi  və  Allaha  çox  təvvəkkül  edirdi. 
Yanımda  olması  necə  də  yaxşı  olardı!  Olmaması  isə... 
Dodaqaltı  sızladım:  “Əli,  nə  tez  məni  tək  qoydun! 
Yanımda  olsaydın,  daha  sakit  olardım,  mənə  Allaha 
təvəkkül  etməyi  öyrədərdin.  Əli,  indi  də  varsan;  bilirəm 
ki,  varsan.  Əgər  varsansa,  bir  yolla  özünü  göstər.  De  ki, 
varsan,  o  zaman  olduğu  kimi,  yenə  diqqətin  məndədir. 
De ki, mən hələ dul qalmamışam. De ki, kölgən başımın 
üstədir.  Əminəm  ki,  şəhidlər  sağdırlar,  Allahın  yanında 
hörmət və etibarları var. De ki, buna daha çox inanım. De 
ki, bizi heç vaxt tək qoymayacaqsan. De ki, bütün atalar 
kimi  indi  uşağından  ötrü  narahatsan.  De  ki,  oğlunu  çox 
sevirsən.  De  ki,  bizi  sevirsən.  Əli,  sən  Allah,  bu  gün 
mənim işimi bəlli elə. Əli can, özünü mənə göstər!” 
Mehriban  tibb  bacısı  andoskopiya  otağının  qapısını 
açıb təbəssümlə məni çağırdı. 
Oğlum  çarpayıda uzanmışdı. Doktor rəsmi və səliqəli 
görkəmdə stolunun arxasında oturmuşdu. Hörmətlə mənə 

 
234
yer  göstərdi,  sonra  isə  ciddi  şəkildə  və  əminliklə  dedi: 
“Xanım  Çitsazian,  sizin  oğlunuzda  xüsusi  bir  problem 
yoxdur. Bağırsağında çox zəif iltihab var. Bu da sadə bir 
qida  rejimi  ilə  aradan  qalxar.  Sizə  yazacağam.  Lakin  bir 
neçə  ay  əsla  çiy  meyvə  yeməsin.  Hələlik  ona  dənli 
bitkilər,  sulu  xörəklər,  şorba,  bozbaş,  göyərti,  ədviyyat, 
istiot və qazlı içki qadağandır”. 
Doktor  danışa-danışa  yazır,  mən  də  inanmadan  ona 
baxırdım. 
- Bir neçə dərman da var, iki ay içməlidir. 
Dedim:  “Cənab  doktor,  üzr  istəyirəm,  Həmədandakı 
andoskopiyanı başqa bir neçə doktor da gördü və hamısı 
dedi  ki,  on  iki  barmaq  bağırsağında  yara  var,  əməliyyat 
olunmalıdır”. 
Doktor  Həmədandan  gətirdiyim  qalın  qovluğu 
hörmətlə stolun üzərindən götürüb mənə verdi. 
- Xanım Çitzasian, bəli, bu analizlər yaranı təsdiqləyir, 
amma  mən  öz  andoskopiyama  inanıram.  Siz  deyirsiniz 
mən gözlərimə inanım, yoxsa bu qovluğa?! 
Atam yavaşca və tərəddüdlə dedi: “Cənab doktor, yəni 
deyirsiniz  ki,  Həmədanın  doktorları  səhv  ediblər,  yoxsa 
analizlər dəyişilib?” 
Doktor  başını  yelləyib  əminliklə  dedi:  “Yox,  əsla. 
Mən  belə  bir  söz  demədim.  Lakin  biz  işimizə  inanırıq. 
Bizim  andoskopiya  müayinəmiz  keçənaykı  andoskopiya 
və analizlərin nəticələrini təsdiqləmir”. 
Deməyə bir söz qalmamışdı; qalmasını istəmirdim də. 
Doktor  Məlikzadənin  sözlərinə  bütün  vücudumla 
inanmaq  istəyirdim.  Bir  anlığa  bütün  vücudumu  sevinc 
hissi bürüdü. Ayağa qalxdım. Çarpayıya uzanmış oğlumu 
qucaqlayıb 
öpdüm. 
Həmədandakı 
andoskopiyanın 
nəticəsi 
mühüm 
deyildi. 
Mühüm 
olan 
doktor 

 
235
Məlikzadənin  sözləri  idi  və  o,  deyirdi  ki,  oğlunuzun 
problemi  yoxdur.  Mühüm  bu  idi  ki,  oğlun  sağalmışdı. 
Mühüm  bu  idi  ki,  Əli  ağa  mənim  sözlərimi  eşidirdi  və 
bizdən  muğayat  idi.  Mühüm  bu  idi  ki,  Əli  ağa  bir  dağ 
kimi bizim yanımızda dayanmışdı. Mühüm bu idi ki, mən 
dul  deyildim,  Əli  ağa  hələ  də  mənim  həyat  yoldaşım  idi 
və  həyat  yoldaşım  olaraq  qalacaqdı.  Mühüm  bu  idi  ki, 
oğlumun  ondan  həmişə  muğayat  olan  mehriban  atası 
vardı.  Mühüm  bu  idi  ki,  Əli  can  yetim  deyildi.  Mühüm 
bu idi ki, Əli ağa hər bir halda bizə nemət və bərəkət idi. 
Qəribə  sevinc  içində  idim.  Əli  ağa  məni  eşitmişdi. 
Sevincək  Əli  canı  öpdüm.  Qəribə  şəkildə  Əli  ağanın 
ə
trini  almışdı.  Başımı  sinəsinə  qoyub  onu  qoxuladım. 
Hələ də barmağımda olan nişan üzüyünü xatırladım. Onu 
dodaqlarımın  üstünə  qoydum,  gözlərimi  bağlayıb 
ürəkdən öpdüm. 
 

 
236
 
 
 
 
 
 
 
Müqəddəs Məşhəd şəhərinə ilk səfərim, 1971-ci il. Anam, mən, atam 
və Röya. 
 

 
237
 
 
 
Nikah mərasimi. Əqdi oxuyan: Ayətullah Nəcəfi 
 
 

 
238
 
 
 
 
 
Atam, Əli ağa və mən əqd süfrəsində 
 

 
239
 
 
Sağdakı anamdır. 
 
 
 
Sağdan: Atam, Əli ağa, mən və Mahmud dayım. 

 
240
 
 
 
1986-cı 
ilin 
novruzu, 
nikah 
mərasimi. 
Sağdan: 
Şə
hid 
Məhəmmədəmir  Çitsazian,  Şəhid  Əli  Çitsazian,  Sadiq  Çitsazian. 
Altınəfərlik  Çitsazian  ailəsindən  yalnız  Hacı  Sadiq  yaşayır.  Allah 
uzun ömür versin! 
 
 
 
Sağdan:  Şəhid  Məhəmmədəmir,  ağa  Nasir  Çitsazian,  Əli  ağa,
 
Məryəmin həyat yoldaşı Həmid ağa və Sadiq Çitsazian. 

 
241
 
 
 
Mənsurə xanım və Əli ağa 
 
 
 
Ağa  Nasirlə  atam  1986-cı  ilin  yayında  Həmədanda  bizim 
toyumuzda.  Ağa  Nasir  2011-ci  ildə  haqqın  rəhmətinə  qovuşub 
Həmədanın  Cənnət  bağı  məzarlığının  şəhid  ailələri  hissəsində 
torpağa  tapşırıldı.  Atam  təqaüdə  çıxıb  və  anamın  vəfatından  sonra 
uşaqlıq yadigarımız olan evdə tək yaşayır. 

 
242
 
 
 
Sağdan:  Mən,  Əli  ağa,  atam,  anam,  bacım  Nəfisə  və  Şəhid  Hadi 
Fəzlinin qızı Zeynəb. Dezfuldakı evin həyəti, 1987-ci ilin novruzu. 
 
 
Şə
hid Hadi Fəzli və Əli ağa. 
 

 
243
 
 
 
1987-ci ilin fevralında mən Əhvazda olanda Əli ağa yaralanmışdı və 
onu  Şiraza  hospitala  aparmışdılar.  Bir  gecə  qabaq  yuxuda  onun 
yaralandığını görmüşdüm. Mahmud dayımla ağa Məhəmməd Xadim 
Həmədana qədər bu xəbəri məndən gizlətdilər. Bu şəkildə Əli ağanın 
toyumuzdan  sonra  Qazian  küçəsindəki  evini  təmənnasız  olaraq  bizə 
vermiş  dostu  Nasir  Hüseyni  onun  sağ  tərəfində  dayanıb.  Sol 
tərəfindəki isə Seyid Mürtəza Musəvidir. 

 
244
 
 
 
Ə
li ağa müharibə boyu dəfələrlə yaralanmışdı. Onun üç dəfəsi bizim 
müştərək  dövrümüzə  təsadüf  edir.  Bu  şəkil  1983-cü  ilə,  Vəlfəcr-2 
ə
məliyyatından sonraya aiddir. Yanındakı Şəhid Həbib Bəxşidir. 
 
 
Hüseyn  köməkçiləri  (Ənsarül-Hüseyn)  briqadası,  1984-cü  il,  Bədr 
ə
məliyyatı. Şəhid Türk və Əli ağa. 

 
245
 
 
 
Şə
hid Museyib Məcidi və Əli ağa. 
 
 
 
Sağdan:  Şəhid  Eynəli,  Şəhid  Museyib  Məcidi,  Şəhid  Hatəmi,  Seyid 
Möhsün  Fürutən,  Əli  ağa,  Nüsrət  Naini,  Hüseynəli  Muradi,  Şəhid 
Məhəmməd  Rəhimi,  Mürtəza  Azun,  Məhəmməd  Yusifi,  yeniyetmə 
döyüşçü Firudin Rövşənai - Şəhid Məhərrəmi düşərgəsi, 1984-cü il, 
Bədr əməliyyatı 

 
246
 
 
 
Ə
li ağa Vəlfəcr-2 əməliyyatında yaralanandan sonra 
 
 
1985-ci il, Vəlfəcr-8 əməliyyatı, Fav-Ümmülqəsr yolu 
 

 
247
 
 
 
Sağdan: Hüseyn Rəfii, Hüseynəli Muradi, Şəhid Abbas Salehi, Şəhid 
Bəhram Ətaiyan, Əli ağa. 
 
 
Sağdan:  Əmim  oğlu  Vəhid,  Əli  ağanın  döyüş  yoldaşı  Hacı  ağa 
Ə
hmədian və atam - Dezfull, 1987-ci ilin baharı 

 
248
 
 
Sağdan: Şəhid Əli Əsgər Tahiri, Əli ağa, Məhəmməd Xadim - 1986-
ci il, Məcnun adası 
 
 
Ə
li ağa 10 sentyabr əməliyyatından öncə döyüş yoldaşları ilə birgə - 
1986 

 
249
 
 
 
Sağdan:  Əhməd  Həbibi,  Şəhid  Əli  Şah  Hüseyni,  Əli  ağa,  Seyid 
Möhsün  Həsəni,  Haci  Cavadi  -  1986-ci  ilin  payızı,  Tehranın  Sasan 
xəstəxanası 
 
 
Sağdan:  Səid  Sədaqəti,  Əli  ağa,  Şəhid  Məhəmməd  İbrahim,  ...,  Əli 
Bəxtiyari 

 
250
 
 
Ə
li ağanın qardaşı Şəhid Məhəmmədəmir Çitsazianla vidalaşması 
 
 
Ə
li ağa şəhid qardaşı Məhəmmədəmir Çitsazianın dəfn mərasimində 
çıxış edərkən – Cənnət bağı məzarlığı, Həmədan, 1987. 

 
251
 
 
Ə
li ağagilin Həmədanın Hünəristan prospektində yerləşən ata evləri, 
1987. Qardaşı Məhəmmədəmir Çitsazianın şəhadət günləri. 
 
 
Şə
hadətindən bir neçə gün öncə Banədə - 1987-ci ilin payızı 

 
252
 
 
 
Ə
li  ağanın  şəhadətindən  bir  saat  sonra  döyüş  yoldaşı  Məhəmməd 
İ
ranpur onunla vidalaşarkən - Banə, Mavut bölgəsi 
 
 
 

 
253
 
 
 
Həmədan  vilayətinin  şəhidpərvər  əhalisi  Əli  ağanın  dəfn 
mərasimində.  Görənlərin  dediyinə  görə,  bu  dəfn  o  günə  qədər 
Ayətullah  Molla  Əli  Məsumi  Həmədanidən  sonra  Həmədanın  ən 
izdihamlı dəfn mərasimi olmuşdur.  
 
 

 
254
 
 
Ə
li  ağanın  şəhadətindən  iki  ay  sonra.  Məhəmmədəli  o  zaman 
qırxgünlük idi.  
 
 
Məhəmmədəlinin iki yaşı tamam olarkən. Sağdan: Əli ağanın yeganə 
xalası  Fatimə  xala,  Hacı  Sadiqin  qızı  Leyla,  Mənsurə  xanım, 
Məhəmmədəli  nənəsinin  qucağında  və  mənim  nənəm.  Mənsurə 
xanım 1995-ci ildə, cəsədi tapılmayan Məhəmməd Dəştinin anası da 
2005-ci ildə haqqın rəhmətinə qovuşdu. 

 
255
 
 
Altıyaşlı  Məhəmmədəli  ilə  mən  Həmədanın  Şəriəti  dördyolunda 
yerləşən Risalət ibtidai məktəbində. Mən məktəbdə direktor müavini 
idim, Əli isə hazırlığa gedirdi. 
 
 
Sağdan ayaq üstə duranlar: Məryəmin həyat yoldaşı Həmid ağa, qızı 
Məhya,  Əli  ağanın  bacısı  Məryəm  (Məryəm  2005-ci  ildə  ürək 
xəstəliyindən,  Həmid  də  2010-cu  ildə  yol  qəzasında  dünyasını 
dəyişdi),  mən,  Münirə  xanım.  Sağdan  oturanlar:  Hacı  Sadiqin  qızı 
Leyla, Məhəmmədəli, Hacı Sadiqin qızı Şima, Məryəmin qızı Muna, 
Xanımcan və Mənsurə xanım Həmədanın Əlisədr mağarasında. 

 
256
 
 
Soldan:  Atam,  Məhəmmədəli,  Məhəmmədəlinin  həyat  yoldaşı, 
anam, Nəfisə və mən. 2010-cu ilin novruzu. Anam 2011-ci ildə uzun 
sürən xəstəlikdən sonra bizi tərk etdi. 
 
 
Mən, Əli və oğlu Arman - novruz 2015 

 
257
 
Məktublar 
 
 
 
 

 
258
 
 
 
 

 
259
 
 
 
 

 
260
 
 
 
 
 
Ə
li  ağanın  şəxsi  əşyaları,  təsbeh  dənələri,  İmam  Xomeynidən 
təbərrük  etdiyi  parça,  xatirələrimi  yazdığım  dəftərçə  və  1986-cı  ilin 
təqvim kitabı. 

 
261
 
 
 
 
 
 
Bizim  nişan  üzüyümüzün  də  macəraları  olub.  O,  Əli  ağa  ilə  mənim 
qovuşma  rəmzimiz  idi...  Onu  heç  vaxt  özümdən  ayırmamışam,  bu 
otuz  ildə  həmişə  birgə  olmuşuq.  Bir  neçə  il  öncə  həmkarlarımla 
ezamiyyətdə  ikən  onu  itirdim.  Bütün  heyət  onu  axtarmağa  başladı, 
amma tapılmadı ki tapılmadı. Məyus olmuşdum. Avtobusa qayıtdıq. 
Bir nəfər dedi ki, gəlin avtobusun içini də axtaraq. İnanılmaz şəkildə 
oturacaqların birinin altından tapdıq. 
Bir  dəfə  də  2015-ci  ildə  şübhəli  şəkildə  itdi  və  ya  oğurlandı.  Onu 
ə
ldə  etməyə  heç  bir  ümidim  yox  idi.  Yeddi  ay  ötdü.  Hər  yadıma 
düşəndə  heyfsilənir  və  ah  çəkirdim.  Nəhayət,  yeddi  aydan  sonra 
gözlənilməz və möcüzəvi şəkildə bir nəfər vasitəsilə mənə qaytarıldı. 
 

Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin