Doqquzuncu fəsil: Gülab alması
1987-ci il, iyunun 25-i idi. Anamgildə idim, halım pis
idi. Anam həmişəki kimi cəbhəyə yardım edən dərzi
sexində çalışırdı. Günortaya yaxın əmim oğlu Vəhid çox
narahat halda bizə gəldi. Vəhidin elə vəziyyətdə gəlişi
dünyanın ən pis fikirlərini beynimə salmağa kifayət
edirdi. Həyəcanla soruşdum: "Nə olub? Vəhid, düzünü
de, Əli ağaya nəsə olub?"
Vəhid o qədər narahat idi ki, danışa bilmirdi. Dedi:
"Firiştə xanım, yaxşı xəbər deyil. Əli ağa tapşırıb ki, sənə
yavaş-yavaş deyim". Dedim: "Tez ol, ürəyim partladı!"
Dedi: "Söz ver ki, narahat olmayacaqsan".
Dedim: "Vəhid, sən Allah, tez ol".
Dedi: "Əli ağadan başqa heç kimin xəbəri yoxdur.
Dedi ki, qayınanangilə gedəsən".
Nigaran halda dedim: "Deyirsən, yoxsa yox?! Sən
Allah, Vəhid, incitmə”.
Kövrək halda dedi: "Deyirəm. Firiştə xanım, Əmir ağa
şə
hid olub. Əli ağa dedi ki, sənə yavaş-yavaş deyim".
Məndən qabaq ağlamağa başladı. Yerimdə donub
qalmışdım, şok içində idim, nə edəcəyimi bilmirdim.
Sanki başıma gürzlə möhkəm vurmuşdular. Gic kimi
qalmışdım. Vəhid nə deyirdi? Niyə ağlayırdı?
Narahatlıqdan ürəyim bulandı. Tualetə qaçdım. Qusur
və inanmadan Əmiri fikirləşirdim. Yox, inanmağım
gəlmirdi. Başım ağırlaşmışdı. Elə bilirdim yuxu görürəm.
Yəni Əmir bu tezliyə getdi?!
Həyətdəki kranın suyu soyuq idi. Əyilib üzümü onun
altına tutdum. Yuxudan oyanmalı idim. Lakin heç vaxt
belə sayıq olmamışdım. Kranı bağlayıb üzümü qurutdum.
171
Ə
li ağa bir ay idi cəbhəyə getmişdi. İndi dönmüşdü,
amma necə?!
Geyinib qayınanamgilə getdim. Münirə xanım da
orada idi. Deyəsən, o da xəbər tutmuşdu, amma bir söz
demirdi. Narahat halda salamlaşdıq. Mənsurə xanımın
halı yaxşı idi, təbii davranırdı, hadisədən xəbəri yox idi.
Mənsurə xanım mənə albalı şirəsi gətirmək üçün mətbəxə
keçdi.
Bu vaxt Əli ağa, ağa Nasir və Hacı Sadiq də gəldilər.
Onun üçün darıxmışdım. Mətbəxə girib Mənsurə xanımı
öpdü. Çox qocalmışdı. Əli ağa və Hacı Sadiq analarının
ə
lindən tutdular və ağa Nasirlə birgə yataq otağına
getdilər. Ürəyimin döyüntüsünü eşidirdim. Sanki
boğazımın ortasına gəlmişdi. Ev qəm-kədər içində idi.
Fikirləşirdim ki, indi Əli ağanın üzərinə necə ağır iş
düşüb!
Mənsurə xanıma ürəyim yanırdı. Nəfəsim gəlmirdi.
Qalxıb evdən qaçmaq istəyirdim.
Birdən qayınanamın ağlamaq səsi gəldi. Qışqırıb
Ə
miri çağırırdı. Hamımız bilirdik ki, Əmiri başqa cür
sevir. Əli ağa otaqdan çıxdı. Mənsurə xanımın ağlamaq
səsi daha da yüksəldi.
Ə
ziz Əmirim! Qəşəng Əmirim! Əmir - canım,
ömrüm! Xudaya! Bütün ömrüm getdi! Gözəl Əmirim
getdi! İlahi...
Mənsurə xanımın ağlamağı adamın ürəyinə od
vururdu, ciyərini yandırırdı. Ağlaya-ağlaya Əli ağanın
önünə qaçdım, soruşdum: "Əli ağa, düzünü de, nə olub?"
Ə
li ağanın gözləri, üzü və boğazı qızarmışdı, amma
ağlamırdı. Sanki məni indi görürdü. Xüsusi bir halda,
kədər dolu mehribanlıqla baxıb dedi: "Qardaşım Əmir
şə
hid oldu".
172
Mənsurə xanım otaqdan qaçıb dedi: "Əli, Əli, dayan.
Düzünü de, indi Əmirim haradadır?"
Ə
li ağa kövrəlmişdi, amma ağlamırdı. Qollarını açıb
Mənsurə xanımı qucaqladı. Anasının başını və çiyinlərini
tumarlayıb qulağına deyirdi: "Ana, möhkəm ol. Həzrət
Zeynəbdən, həzrət Zəhradan ilham al, Allahdan kömək
istə. Ana, gərək dözümlü olasan. Əmir indi Kərbəla
şə
hidlərinin yanındadır. Əmir İmam Hüseynə "ləbbeyk"
deyib. Gərək biz də deyək. Sən, mən, atam - hamımız
“ləbbeyk” deməliyik. Ana, Allahın yanında Əmirin
məqamı kiçik deyil, onu kiçiltmə, dağ kimi güclü ol.
Bunların hamısı imtahandır. Allah yolunda verdiyin
ş
eydən ötrü ağlama, fəxr elə. Ana, Allaha and olsun, bu
gün əsl müsəlman oldun".
Mənsurə xanım bir az sakitləşdi. Əli ağa üzünü bizə
tutub dedi: "İmkan daxilində ağlamayın. Başınızı dik
tutun. Əmirin qonaqlarına fəxrlə xoşgəldin deyin. Bu
gündən
bizim
bütün
hərəkətlərimiz
düşmənin
mikroskopu altındadır. Özünüzü zəif göstərməyin".
Dost-tanış, qohum və qonşu yavaş-yavaş xəbər tutub
təbrik və başsağlığı üçün qayınanamgilə gəldilər. Əmirin
bu tezliyə şəhid olacağını heç kim düşünməzdi. Hamı
Ə
mirdən çox Əli ağadan nigaran idi. O, müharibənin
ə
vvəlindən cəbhədə olmuşdu.
Mənsurə xanımın halı yaxşı deyildi, amma bütün
şə
hid anaları kimi ağlamamağa və dözümlü olmağa
çalışırdı. Ata-anam və bacılarım da gəldilər. Bütün
divarlar qaraya büründü. Əmirin qara lentli şəkli divara
vuruldu. Evin hər tərəfindən qəm-qüssə yağırdı.
Qonşular kömək etmək üçün mətbəxə keçirdilər.
Buzlu su və zəfəran şərbəti hazırlayıb xurma və vafli ilə
qonaqlara verirdilər. Qızarmış un və halva ətri evi
173
bürümüşdü. Özümdə deyildim, xəstə və halsız idim.
Sakit bir yerə gedib rahat şəkildə yatmaq istəyirdim.
Ancaq oyananda bütün mehribanlığı, sevgisi və
gümrahlığı ilə Əmir də olsun. Əmir kənarları qara eynəyi
ilə məni görən kimi gülür, “Firiştə bacı, Firiştə bacı”
sözləri bir an da dilindən düşmürdü.
Məryəm,
onun
yoldaşının
ailəsi,
Hacı
baba,
Xanımcan, Məhəmməd dayı, Fatimə xala və digər
tehranlı qohumlar da axşam ağlaya-ağlaya gəldilər.
Onların ağlamaları və ah-nalələri aşuranı yada saldı.
Ə
mir bütün qohumlar üçün əziz idi, Hacı baba və
Xanımcan üçün isə daha əziz.
Ə
li ağa olmasaydı, səhərəcən hamımız əldən gedərdik.
Gah Mənsurə xanımın başını qucaqlayıb onunla
danışırdı, gah ağa Nasirin yanında oturub başını çiyninə
qoyur və ona ürək-dirək verirdi, gah da Hacı babanı və
Xanımcanı qucaqlayıb onları sakitləşdirirdi. Mənim
yanıma gələndə isə dərdi açılırdı.
O deyirdi: "Müharibə başlayandan indiyə qədər dost-
yoldaşlarımdan bir batalyon adam şəhid olub, mənsə hələ
sağam. Əmir dörd ay idi cəbhəyə getmişdi, mənsə yeddi
ildir cəbhədəyəm. Mən nə etmişəm ki, Allah məni qəbul
etmir, əvəzində Əmiri belə tez aparır. Nə üçün Əmir bu
tezliyə şəhid olmalıdır, mənsə hələ yaşamalıyam?!"
Mən eşidib kövrəlirdim.
- Əli, naşükürlük eləmə, özün dediyin kimi, Allahın
razı olduğuna razı ol!
Ertəsi gün səhər küçə Quruculuq cihadının land
roverləri, Sepahın nissan patrolları və müxtəlif avtobus
və mikroavtobusları ilə dolu idi. O maşınlar evə və
küçəyə toplaşmış insanları Cənnət bağı məzarlığına
aparacaqdı. Əli ağa qəhvəyi rəngli köynək geyinmişdi.
174
Köynək əynində yellənirdi. Sanki onu təkcə çiyin
sümükləri saxlayırdı. Üzü arıqlıqdan qurumuş və
saralmışdı. Ağır bir gecə keçirdiyi bilinirdi. Dünəndən
heç birimiz nə nahar yemişdik, nə şam, nə də səhər
yeməyi.
Ə
li ağa Mənsurə xanımı qucaqlamışdı və tez-tez
qulağına deyirdi: "Özünə hakim ol, ana, möhkəm ol.
Həzrət Zeynəb kimi rəftar et, düşməni yaddan çıxarma!"
Məryəm bir bacı kimi özünü saxlaya bilmirdi, göz yaşı
dayanmırdı. Əli ağa deyirdi: "Məryəm can, ağla, amma
yavaşca. Çalış səsini naməhrəm eşitməsin".
Ə
mir ağanın şəhid olduğunu eşidəndən halım daha da
pisləşmişdi. Hələ də ürəyim bulanırdı. Tualetə qaçanda
Ə
li ağa məni görüb soruşdu: "Nə olub? Sən hələ
yaxşılaşmamısan?!
Uşaqların
birinə
deyim
səni
xəstəxanaya aparsın?"
O vəziyyətdə Əli ağanın mənə fikir verdiyini belə
düşünməzdim, o ki qala xəstəxanaya göndərəcəyini.
Dedim: "Yox, bir şey deyil. İndi düzələr".
Hava isti idi və mənə əziyyət verirdi. Yavaş-yavaş
hamımız evdən çıxdıq. Bəzi qonşular evdə qaldılar ki,
qonaqlar qayıdana qədər sərin su, şərbət və halva
hazırlasınlar. Mən ata-anamla həyətə düşdüm. Əmirin
dəfninə gəlmiş adamlar maşın və avtobuslara minib
Cənnət bağı məzarlığına yola düşdülər. Məzarlığa qədər
yolumuz Sepahın hərbi maşınları və Quruculuq cihadının
land roverləri ilə dolu idi. Çoxunun şüşəsinə Əmir ağanın
şə
kli ilə qara parça və gül vurmuşdular.
Cənnət bağında orkestr qrupu ifa edirdi, hər iki tərəfdə
çoxlu döyüşçü və pasdar dayanmışdı. Əmirin tabutu
bayraq və güllərlə bəzədilib yuyucuxananın önündəki
ə
razinin ortasına qoyulmuşdu. Döyüşçü və pasdarlar
175
hörmət əlaməti olaraq əllərini alınlarına yaxınlaşdırıb
dərin sükuta qərq olmuşdular.
Ə
mirin tabutunu görəndə ayaqlarım əsdi. Mənsurə
xanım, ağa Nasir, Hacı Sadiq və Əli ağa balkonun altında
dayanmışdılar.
Mənsurə
xanımla
Məryəmin
üzü
qızarmışdı, amma ağlamırdılar. Ayaqlarım əsirdi. Anam
qolumdan tutdu. Museyibin dəfninə gəldiyimiz günü
xatırladım. Musiqi dayandı və səsucaldandan Quran səsi
yayıldı. Qiraətçi balkonda dayanıb Quran oxuyurdu.
Camaat get-gedə çoxalırdı. Hacı Sadiq, Əli ağa, ağa
Nasir, cümə imamı, vali və başqa bir neçə nəfər balkona
çıxdılar. Quran oxunuşu bitəndə aparıcı cümə imamı
Ayətullah Musəvi Həmədanini tribunaya dəvət etdi. O və
vali çıxış edəndən sonra növbə Əli ağaya çatdı.
Cənnət bağının havası isti idi. Halım get-gedə
pisləşirdi. Əli ağa çıxışa başladı:
- Hüseynə salam olsun! Hüseyn dostlarına salam
olsun! Mən Əmir Çitsazianın dəfninə toplaşdığı üçün
Həmədan vilayətinin şəhidpərvər xalqına təşəkkür
edirəm. Çox zəhmət çəkmisiniz. Lakin sizdən daha
böyük xahişim var: imamı tək qoymayın, onun sözlərini
cani-dildən qəbul edin. İmam üç il öncə müdafiəni vacib
sayıb bizdən cəbhələri boş qoymamağımızı istədi.
Özümüzə müxtəlif cəbhələr düzəltməyək. Cəbhə yalnız
ön xətdir və orada iştirak etmək hamıya vacibdir. İmamın
yenidən tribunaya qalxmasına və növbəti dəfə cəbhəyə
getməyimizi istəməsinə səbəb olmayın. Əgər biz yaxşı
ə
sgəriksə, əziz imamın bir dəfə buyurması kifayətdir. Biz
dünyaya sübut etməliyik ki, imamımızın sözünü can-
başla yerinə yetiririk. Bir əlinizdə Quran, bir əlinizdə
silah tutub haqq cəbhələrinə doğru gedin və deyin:
Qələbəyədək müharibə!
176
Hamı bir nəfər kimi qışqırmağa başladı: "Qələbəyədək
müharibə!"
Cənnət bağında o qədər qələbəlik idi ki, tərpənmək
olmurdu. Nəfəsim gəlmirdi. Anama dedim: "Ana, halım
çox pisdir".
Anam əlimi tutdu. Birtəhər yolu açdı və Şəhidlər
gülzarı məzarlığına tərəf getdik. Bir ağacın altında
oturduq. Anamda su butulkası vardı. Ovcuna su töküb
üzümü yudu.
Səsucaldandan Əli ağanın səsi gəlirdi:
- Allaha şükür edirəm ki, qardaşım Allah düşmənləri
tərəfindən şəhid edildi, yalançı Allah dostları tərəfindən
yox. Əmir dörd ay idi cəbhəyə getmişdi, amma bizdən
önə keçdi.
Sərin meh əsirdi. Söyüd ağacının altında oturmuşdum.
Anam ətrafı gəzib qəbirlərin üstündə oturur, fatihə
oxuyurdu. Bir az sonra səsucaldandan səs gəlmədi. Anam
mənə yaxınlaşıb dedi: "Deyəsən, namaz qılırlar. Sən
burada otur, mən namaz qılıb qayıdıram".
Anam gedəndən sonra izdihamın səsi ucaldı:
Tərcümə:
"Şəhidlərin dəfni üçün Mehdi, gəl! Mehdi,
gəl!"
Ə
mirin tabutu əsgərlərin qolları üstündə yola düşdü.
Camaat tabutun ardınca qaçırdı. Yerimdən qalxıb
gözümü camaata dikdim. Əli ağa və Hacı Sadiq öndə
tabutun altında idilər. İrəliləmək istəyirdim ki, ətrafım
hər tərəfdən qaçaraq "la ilahə illəllah" deyən camaatla
doldu. İzdihamın arasında qaldım; nə irəliyə yol vardı, nə
177
də geri qayıtmaq olurdu. Hara baxırdımsa, kişi və
qadınlar tabuta sarı qaçıb qışqırırdılar:
Tərcümə:
"Bu gül haradan gəlib? Kərbəla səfərindən
gəlib.
Bu bizim gülümüzdür, Rəhbərə
hədiyyəmizdir..."
İ
stilik və izdiham vəziyyətimi ağırlaşdırırdı. Nəfəsim
çatmırdı və əl-ayaqlarım əsirdi. Əmirin o tabutun içində
olduğunu fikirləşəndə pis olurdum. Sanki dünyanın sonu
çatmışdı və kimsə məni qəbrə tərəf aparırdı. Həmin
hisslərimi ifadə etməyə çətinlik çəkirəm. Bildiyim odur
ki, o anlarda ətrafımda hər şey qara, ölü, hərəkətsiz və
kədərli idi. Dünya gözümdə dəyərsiz olmuşdu. Mənim
üçün heç nəyin əhəmiyyəti və dəyəri qalmamışdı...
Camaat mənə fikir vermədən irəliyə qaçır və qiyamət
gününü xatırladırdı. Bəsic üzvü olan bir qoca belinə
bağladığı metal qabdan üz-başımıza gülab səpirdi.
Günəş düz başımızın üstündən saçıb yeri kabab edirdi.
Səma buludsuz, təmiz və isti idi. O qədər izdihama
baxmayaraq, Cənnət bağı yalqız, kədərli və sıxıcı idi.
Səslər bir-birində itmişdi, o qədər adamdan bir səs
eşidilmirdi. Əmir azad və yüngül halda getmişdi, matəmi
isə hər yeri bürümüşdü.
Bir qəbrin üzərində oturdum. Boz rəngli köhnə bir
məzar daşı idi. Yazıları oxunmurdu. Qəbrin üstünə kölgə
salmış böyük şam ağacının 40-50 yaşı olardı. İynə kimi
yarpaqları istidən və susuzluqdan qaralmışdı. Ağacın
altında oturub qarmaqarışıq fikirlərə qərq oldum.
178
Yəqin ki bir neçə saat ötmüşdü. Camaat bulud
parçaları kimi bir-birindən ayrılıb hərəsi bir tərəfə
gedirdi. Günəşin istisi dalğalanıb məzarların üzərindən
buxar kimi qalxırdı. Avtobuslar qapısıaçıq vəziyyətdə
düzülmüşdü. Camaat onlara tərəf qaçırdı. Özümü
avtobusların birinə çatdırdım.
Ə
mirin təbəssümlə başım üstə uçan mehriban və
səmimi ruhunu hiss edirdim.
Gülab ətri gələn avtobusa mindim. Avtobusdakı qara
çadralı qadınlar şəhidlərin pak ruhuna salavat deyirdilər.
İ
kinci cərgədə bir qadının yanı boş idi. Oturdum. Başım
gicəllənirdi. Yatmaq istəyirdim.
Gözlərimi yumub dedim: "Əmir, əlvida!"
Avtobus yola düşdü və salavat səsləri çoxaldı.
Pəncərədən gözümü qəbrin ətrafında halqa vurmuş
adamlara zillədim. Gözümü yumdum, yenidən açdım. Bir
də yumub dodaqaltı dedim: "Əlvida, Əmir can. Bağışla,
mən sənin üçün bir iş görməmişəm, amma şəfaət
yadından çıxmasın".
Günorta ev qonaqla dolu idi. Ürəyim bulanırdı, amma
özümü saxlayırdım. O qədər adamın içində hər dəqiqə
tualetə qaçmağa utanırdım. Nə qalxıb kömək edə
bilirdim, nə də bir yerdə oturmağa halım vardı. Pəncərəsi
küçəyə açılan yataq otağında çadranı üzümə çəkib
uzanmışdım. Otaqda bir neçə qadın da vardı. Qadınların
biri dedi: "Əli ağa Əmirin paltarının bir düyməsini
qopardı, gördün?"
Başqa bir qadın cavab verdi: "Yox, görmədim. Niyə
ki?"
- Deyirlər düyməni girov götürüb.
Qadın təəccüblə soruşdu: "Girov?!"
Qulağımı şəklədim.
179
- Hə. Canından uzaq, dilim qurusun! Deyirlər
qardaşının paltarının düyməsini qoparıb ona and verib ki,
tez bir zamanda məni də özünlə apar; yəni şəhid olsun.
Qalxıb oturdum və mat-məəttəl hər iki qadına baxdım.
Onları tanıyırdım, Mənsurə xanımın qohumları idilər.
Ürəyimin döyüntüsünü eşidirdim. Yenə boğazıma
gəlmişdi.
Soruşdum: "Necə?!"
Məni yenicə görən qadınlar özlərini itirdilər, xəcalət
içində dedilər: "Heç nə".
Yazıqlar orada olacağımı gözləmirdilər. Ayağa qalxıb
dəhlizə getdim. Qadınlar süfrə sərirdilər. Kişilər
pilləkəndən içəri süfrə, çörək, göyərti və qazlı içki
verirdilər.
Anam qapının önündə kömək edirdi. Gözlərim
qaralırdı, hər yer başıma fırlanırdı. Anam məni görən
kimi yaxınlaşıb dedi: "Firiştə can, gəldin?! Harada idin?
Halın necədir?"
Tualetin qapısını açdım. Əlimi tutdu və bir yerdə içəri
girdik. Burnuma kababın iyi dəyən kimi mədəm alt-üst
oldu. Anam üzümə su vurdu və çəkildi ki, rahat qusum.
Halım yaxşılaşanda başımı sinəsinə qoyub onu
qoxuladım. Anamın gözəl ətri halımı yaxşılaşdırırdı.
Anam gülüb dedi: "Naz eləmə, gəl gedək, qız". Sonra
ə
limdən tutub məni yataq otağına apardı.
Bir ventilyator gətirib qarşıma qoydu və işə saldı.
Mantomun düymələrini açdı, çadramı başımdan çıxardı.
Gözlərimi bağladım ki, nə qədər ürəyim istəyir yatım. Əli
ağa həyəcanla içəri girdi.
- Firiştə xanım, gülüm, nə olub? Xəstəxanaya gedək?
Göz-qaşla bildirdim ki, yox.
Dedi: "Nahar yeyirsən?"
180
Anam mənim əvəzimə cavab verdi:
- Xörəyin iyindən ürəyi bulanır.
Ə
li ağa narahat halda dedi: "Belə olmaz, gülüm. Gərək
bir şey yeyəsən. Nə istəyirsən sənə alım?"
Dedim: "Gülab alması" .
O durumda yalnız onu yeyə bilərdim.
Ə
li ağa tələsik getdi. Qonaq otağından boşqablara
dəyən qaşıq və çəngəllərin səsi gəlirdi. Xörək və kabab
iyi mədəmi bulandırırdı. Anama dedim: "Ana, sən Allah,
qapını bağla".
Birdən başım gicəlləndi. Otaq başıma hərləndi.
Gözlərim ağırlaşdı. Anam cəld bayıra qaçdı. Bayırdan
səsini eşidirdim. Əli ağa, zəng edin təcili yardım gəlsin.
Firiştə..."
Ə
li ağa otağa girdi. Yanında iki kişi və əlində iki-üç
kiloluq bir kisədə gülab alması vardı. Kişilər sürməyi
xalat geyinmişdilər. Birinin əlində kiçik bir çanta vardı.
Anam təzyiqimi ölçən kişiyə tez-tez vəziyyətimi
danışırdı. Kişi mənə serum qoşdu və içinə bir neçə iynə
batırdı. Əlinin çəkdiyi rəsmi xatırladım: kəpənəyin
qanadlarına oxlar batmışdı. Kişi dedi: "Təzyiqi çox
aşağıdır. Qoyun istirahət etsin".
Gözlərimi bağladım. Dünyanın sonuna qədər yatmaq
istəyirdim.
181
Onuncu fəsil: Şəhadət yolu
İ
kinci həftə ev seyrəldi. Bizdən əlavə, Hacı baba,
Xanımcan, Məhəmməd dayı, Məryəm və altıaylıq qızı
Mona, Hacı Sadiq və ailəsi də Mənsurə xanımın yanında
qaldılar. Gecələr hərə bir yer tapıb yatırdı. Əli ağa ilə
Hacı Sadiq çox vaxt yataqlarını balkonda sərirdilər. Mən,
Mənsurə xanım, Məryəm və Mona qonaq otağında
balkonun qapısının yanında yatırdıq. Bir gecə yuxudan
oyandım. Əli ağa heç kəsi oyatmasın deyə asta-asta
balkondan çıxıb bizim yanımızdan keçdi və qonaq otağı
ilə dəhlizin arasındakı pərdəni çəkib dəhlizə, oradan da
tualetə girdi. Fikirləşdim ki, tez qayıdar. Çox gözlədim,
amma qayıtmadı. Qalxıb arxasınca getdim. Dəhlizdə
namaz qılırdı. Alnını səcdəyə qoyub ağlayırdı. Çiyinləri
titrəyirdi. Yavaşca arxasında oturub divara söykəndim.
Ürəyi çox dolu idi, məzlumcasına və ürəkdən ağlayırdı.
Ürəyim yandı. Onu belə görməmişdim.
Səhərdən axşama qədər ağa Nasir və Mənsurə xanımla
danışır, onları ovundurur və güldürürdü. Əmiri çox
sevirdi, lakin bu müddətdə hətta bir damla göz yaşını
görməmişdim. İndi isə həmin Əli ağa zar-zar ağlayırdı.
Gözlədim. Nəhayət, başını səcdədən qaldırdı. Yalnız
onun eşidəcəyi yavaş səslə dedim: "Əli can..."
Mənə tərəf döndü. Dəhlizin pəncərəsi açıq idi, küçənin
işığı içəri düşürdü, bir-birimizi yaxşı görürdük. Diksinib
təəccüblə dedi: "Firiştə!"
Cavab verdim.
- Burada nə edirsən?
- Yata bilmirəm.
- Yenə halın pisdir?
182
Halım pis deyildi. Dedi: "Bilirəm ki, halın yaxşı deyil.
Bilirəm ki, sənə çox çətindir. Sən indi Allaha daha
yaxınsan. Mənim üçün dua et!"
Təəccüblə ona baxdım. Səsi hələ kövrək idi. Dedi:
"Allah mücahidlərə cənnət vədi verib. Xoş Əmirin
halına! Dörd ay cihadla mükafatını aldı. Düşünürəm ki,
mənim problemim var. Mən üzüqara yeddi ildir
cəbhədəyəm, amma hələ də sapsağlamam və yaşayıram".
Qəhər içində dedim: "Əli, naşükürlük eləmə".
Dərdi açıldı:
- Yalan demirəm, Firiştə. Allah Özü bilir. Mən
yataqda ölmək istəmirəm. Bilirəm ki, müharibə gec-tez
bitəcək, hamı öz evinə, iş-gücünə qayıdacaq. Biz sağ
qalanlar gündə min dəfə həsrətdən ölüb-diriləcəyik.
Dedim: "Əli ağa, bu nə sözdür?! Allahın razı olduğuna
razı ol".
Dedi: "Sən razısan?"
Arxayın halda dedim ki, bəli, razıyam.
Sevincək soruşdu: "Mən şəhid olsam, yenə razı
olarsan? Narahat olmazsan?"
Bir qədər dayandım, nəhayət, cavab verdim.
- Narahat nədir, qüssədən ölərəm. Sən yoldaşımsan, ən
ə
ziz adamımsan, vücudumun yarısısan. Biz bir-birimizi
sevirik. Sən uşağımın atasısan. Bunu düşünmək də mənə
ağırdır. Amma Allahın istəyi olsa, razı olaram, dözərəm.
Sevindi və tez soruşdu: "Həqiqətən?"
Məni ağlamaq tutdu. Cavab gözləməyib sözünə davam
etdi: "Firiştə, bu dünya nə qədər çox çəksə də, bir gün
bitəcək. Bir gün hamımız öləcəyik. Lakin şəhadət fürsəti
bu bir neçə gündədir. Sonra üzüqibləyə oturdu. Əllərini
yuxarı qaldırdı və yalvararaq dedi: "İlahi! Özün bütün
bəndələrinin ehtiyacından xəbərdarsan. Bilirsən ki,
183
yataqda ölmək mənə ayıbdır. İlahi! Mənə şəhidlik nəsib
et!"
Heç
vaxt
kiminsə
yanında
ağlamazdı.
Çox
kədərlənəndə qızarırdı, amma ağlamırdı. Lakin onda
mənim yanımda ağlamağa başladı və həsrətlə dedi:
"Museyib yenicə şəhid olmuşdu. Bir gecə onu yuxuda
gördüm, əlini tutub dedim: "Museyib, mən səninlə bütün
şə
hadət yollarını sınadım. Sən Allah, bu sonuncu yolu
mənə de". Museyib cavab vermədi. Əlindən möhkəm
yapışmışdım. Bilirdim ki, yuxuda ölmüş birinin əlini
tutub and versən, nə soruşsan, cavab verər. Ona dedim:
"Yolu deməyincə buraxmaram". Bilirsən Museyib nə
dedi?! Dedi: "Yolu göz yaşıdır, göz yaşı". Firiştə,
şə
hadətin yolu göz yaşıdır".
Yenidən əlini qaldırıb dedi: "İlahi! Əgər şəhidliyi göz
yaşı ilə verirsənsə, mən aciz və üzüqaranın göz yaşlarını
qəbul elə!"
Ə
mirin şəhadətindən sonra Əli ağa çox dəyişdi. Onun
yeni özəlliklərinə "göz yaşı yolu" da əlavə olundu. Çox
vaxt öz aləmində idi. Azdanışan və utancaq olmuşdu.
Qabaqkı
səs-küyündən,
dəcəlliyindən
və
deyib-
gülməyindən
ə
sər-əlamət
qalmamışdı.
Az
yeyib
arıqlamışdı, lakin daha mehriban və ürəyiyuxa olmuşdu.
Çox vaxt gözlərində yaş damlaları var idi. Gecələri
namaz, dua və ağlamaqla keçirdi. Günü-gündən daha az
yatırdı.
Ə
mirin qırxından sonra Mənsurə xanımla ağa Nasirin
ə
hval-ruhiyyəsi dəyişsin deyə, bir neçə dostu ilə Məşhədə
ziyarət səfəri təşkil etdilər.
Həmin səfərdə şəhid ailələrindən bir neçə nəfər də
vardı. Turəncian familiyalı bir ailə Mənsurə xanımla və
184
ağa Nasirlə söhbət edib onların psixoloji vəziyyətlərini
yaxşılaşdırmağa çalışırdılar.
Ə
li ağa qayıdan kimi cəbhəyə getdi. Mənsurə xanım
təkliyə dözə bilmirdi. Buna görə də, Hacı Sadiqin evinə
getdi. Məcbur qalıb mən də onlarla getdim.
1987-ci ilin sentyabrı məhərrəm ayına təsadüf edirdi.
Ə
li ağa yeddi ildən sonra ilk dəfə məhərrəmin birinci
ongünlüyündə Həmədana gəlmişdi. Hər gecə əzadarlıq
üçün bir yerə gedir və gecə qayıdırdı. Mən, anam və
bacılarım qabaqkı illərdə Sepah heyətinin mərasiminə
gedirdik. Onların əzadarlıqları digər yerlərdən yaxşı
keçirdi. Bir gecə Əli ağa dedi: "Firiştə, mən Sepaha
getmək istəyirm, gəlirsən?"
Ötən illərin mənəvi xatirələri yadıma düşdü və
sevincək qəbul etdim.
Həmin il Həmədanın havası sentyabrın əvvəlindən
soyumuşdu. Gecələr daha soyuq olurdu. Qalmağa bəlli
bir
yerimiz
olmadığından
isti
paltarlarımı
hara
qoyduğumu bilmirdim. Münirə xanımın qalın qara jaketi
vardı. Onu verdi və mən geyindim. Maşına minib Əli ağa
ilə getdik.
Bütün şəhər qaraya bürünmüşdü. Divarlardan qara və
qırmızı parça və bayraqlar asılmışdı. Əli ağa maşını Baba
Tahir məqbərəsinə yaxın bir yerdə saxladı. Həmişəki
kimi qayıdanda harada görüşəcəyimizi təyin etdik. Hələ
də Həmədanda bir yerdə yol getmirdik. Xüsusən də
korpusa gedirdik və yolumuzda çoxlu dost-tanış vardı.
Maşından enməzdən öncə Əli ağa dedi: "Firiştə, dua!
Mənim üçün dua et!"
Dedim: "Mən sənin üçün həmişə dua edirəm".
Dedi: "Yox, salamat qalmağım üçün dua etmə. Dua et
ki, tezliklə şəhid olum".
185
Ona tərs-tərs baxdım.
Kədərli halda dedi: "Sən indi İmam Hüseynin
məclisinə
gedirsən.
Mən
müharibə
başlayandan
Seyyidüş-şühədanın yolunu tutub cəbhəyə getmişəm. Bu
axşam sənədimi almaq istəyirəm. İndi ondan şəhidlik
ləyaqətini istəməyə gəlmişəm. Lakin bilirəm ki, sən
ürəkdən mənimlə razılaşıb dua etməsən, faydası
olmayacaq. Firiştə, gülüm, mənim üçün dua et".
Başımı aşağı saldım və heç nə demədim. O anlarda bu
sözləri ciddiyə almamağım çox təbii idi. Baxmayaraq ki,
hər dəfə şəhadətdən danışanda ürəyim əsirdi.
Ə
li ağa xüsusi və çox qəribə halda dedi: "Firiştə
xanım, yadındadır, Allahın razı olacağına razı olduğunu
deyirdin?! Mən razı oldum. Sən mənim üçün dua et ki,
Allah da məndən razı olsun. Əgər Allah bizim
zəhmətlərimizdən razı olmasa və cihadımızı qəbul
etməsə, çox ziyan içində olarıq. Bilmirəm ki, Allahın
yanında üzüağ olarıq, yoxsa yox?! Lakin artıq qəfəsə
bənzəyən bu dünyadan yorulmuşam. Bu axşam İmam
Hüseyndən istə ki, dünya qəfəsini qırıb gedən bütün
şə
hidlər kimi mənim də bu qəfəsi qırmağıma kömək
etsin; Museyib Məcidi kimi, Əmir kimi, İmam Hüseynin
özü kimi. Mən bu axşam gedirəm ki, yenidən İmam
Hüseyn ağaya “ləbbeyk” deyim və ömrümün son anına
qədər Hüseyn kimi yaşayım. Sən demiş, qalanı Allaha
qalıb. Onun razı olduğuna mən də razıyam".
Sözləri qurtarandan sonra dərin nəfəs aldı və maşından
endik. Maşının qapısını bağladı. Sanki uçurdu. Çox tez
önə keçdi. Nə qədər iti gedirdimsə, ona çatmırdım. Soyuq
külək əsirdi. Əli ağa öndə idi, çox öndə.
186
Səkidə çoxlu adam vardı. Mən onların hamısının
arasından Əli ağanı görürdüm; qara köynək geyinmişdi
və güclü çiyinləri ilə irəliləyirdi.
|