GÜLÜstan prospekti


İ kinci fəsil: Mavi gözlü elçilik



Yüklə 3,28 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix20.03.2020
ölçüsü3,28 Mb.
#30697
1   2   3   4   5   6   7   8   9
• Gülüstan prospekti..

İ
kinci fəsil: Mavi gözlü elçilik
 
1986-cı  ilin  martı  idi.  Avtobusun  şüşəsindən  səkinin 
kənarındakı çılpaq və quru ağaclara, üzərinə toz və tüstü 
dolmuş  və  yavaş-yavaş  əriməkdə  olan  qarlara  baxırdım. 
Səma  aydın  və  mavi  idi,  bəzən  göydə  bir  dəstə  quş 
görünürdü. 
Avtobus dayandı, sürücü güzgüyə baxıb ucadan  dedi: 
"Hünəristan". 
Yumru  ağ  üzü,  qəşəng  yaşıl  gözləri  olan  və  məncə, 
gördüyüm bütün qızlardan gözəl bir qız avtobusdan endi. 
Həmişə  dostları  ilə  avtobusun  sonunda  oturub  astadan 
danışırdılar.  Mənim  kimi  o  da  ikinci  kursda  oxuyurdu. 
Adı  Məryəm  idi.  Bir  sinifdə  deyildik,  bunu  dostlarından 
eşitmişdim.  Avtobus  Dibac  şəhidləri  peşə  liseyinin 
önündə dayanmışdı. Çadrasını səliqəyə saldı, üzünü tutub 
avtobusun pillələrindən endi. Şüşənin arxasından bir daha 
dostları  ilə  sağollaşıb  əl  yellədi.  Sərnişinlərin  əksəri 
Təhzib peşə liseyinin şagirdləri idilər. 
Avtobus 
bizim 
yaşadığımız 
Mirzadə 
Eşqi 
xiyabanından  keçirdi.  Mən  hər  gün  İmam  Xomeyni 
xəstəxanasının 
dayanacağında 
düşürdüm. 

vaxt 
küçəmizin  adı  Möhrəqan  idi,  Qazian  küçəsi  ilə  üzbəüz 
yerləşirdi.  Xiyabanın  o  tərəfinə  keçib  öz  küçəmizə 
girəndə qapımızın önündə bir vanet gördüm. Bir neçə kişi 
həyətə  girib  az  sonra  bir  neçə  böyük  banka  gətirdilər  və 
vanetin arxasına qoydular. 
Həyətə çatanda kənarda dayandım ki, kişilər çıxsınlar. 
Onlar  daha  bir  neçə  turşu  bankasını  vanetin  arxasına 
qoydular. 
Kiçik  həyətimiz  adamla  və  müxtəlif  qoxularla  dolu 
idi. Qadınlar dəstə-dəstə oturub və  ya  ayaq üstə  dayanıb 

 
57
işləyirdilər. Bir neçə qadın ocağın başında dayanıb böyük 
bir qazanda mürəbbə bişirirdilər. Bir dəstəsi də soyumuş 
sirkə və bal şərbətlərini bankalara tökürdülər. 
Bir  neçə  qadın  böyük  xalçanın  üstündə  oturub 
podnosun  içindəki  çərəzləri  kiçik  sellofanlara  tökür  və 
ağızlarını yaşıl lentlərlə bağlayırdılar. 
Xanım  Həmidzadənin  yanından  keçəndə  salam 
verdim.  O,  anamın  dostu  idi  və  Bəsic  sexində  Allah 
rizasına  dərzilik  edirdi.  Təbəssümlə  salamımı  aldı  və 
yanındakı  qadının  qulağına  nə  isə  pıçıldadı.  Xəcalət 
çəkdim  və  yanaqlarımın  istiləşdiyini  hiss  etdim.  Tez 
özümü dəhlizə çatdırdım. 
Dəhlizdə 
yeddi-səkkiz 
qadın 
dövrə 
vurub 
oturmuşdular.  Yerə  sərilmiş  böyük  ağ  süfrənin  ortasına 
kəllə  qənddən  bir  dağ  komalanmışdı.  Qəndlərim  tozu 
boğazıma  gedib  ağzımı  şirinləşdirdi.  Qadınların  biri 
ə
zbərdən  Təvəssül  duası  oxuyurdu,  o  birilər  də  qəndləri 
qıra-qıra  zümzümə  edirdilər:  "Ya  vəcihən  indəllah!  İşfə 
ləna indəllah!"  
Səssiz-səmirsiz  mətbəxə  keçdim.  Anam  qazın  üstünə 
böyük  bir  qazan  qoymuşdu  və  çömçə  ilə  qarışdırırdı. 
Sirkə  iyi  boğazımı  yandırdı.  Anama  salam  verib  halını 
soruşdum.  Soyuducunun  qapısını  açmaq  istəyirdim  ki, 
xanım  Həmidzadə  arxamca  mətbəxə  girdi  və  anamın 
qulağına nə isə pıçıldadı. 
Mövzunun  nədən  ibarət  olduğunu  təxmin  etdim. 
Paltarlarımı  dəyişmək  bəhanəsi  ilə  otağa  qaçıb  orada  da 
qaldım. O zaman beş yaşı olan Nəfisə otaqda yatmışdı. 
Az  sonra  anam  məni  çağırdı,  köynəyimi  şalvarımın 
üstünə salıb bayıra çıxdım. Xanım Həmidzadə və həyətdə 
onun yanında oturmuş qadın otağın küncündə qənd qıran 
qadınların arxasında gözləyirdilər. Anam işarə ilə saçımı 

 
58
səliqəyə  salmağımı  bildirdi.  Yadıma  düşdü  ki,  saçımı 
daramamışam.  Anam  yenə  işarə  ilə  onlara  çay 
aparmağımı istədi. 
Xanım  Həmidzadənin  yanındakı  qadının  mənə  nə 
üçün  bu  qədər  həvəslə  baxdığını  başa  düşmüşdüm. 
Qonaqlara  məxsus  stəkanlara  çay  süzdüm,  qənddanı 
qəndlə  doldurub  sininin  içinə  qoydum.  Bir  qədər  geriyə 
çəkilib çayın rənginə baxdım; gözəl idi və üzərindən buğ 
çıxırdı.  Özümü  metal  samovarda  süzüb  saçıma  əl 
gəzdirdim.  Dəhlizə  çıxdım.  Xanım  Həmidzadənin  dostu 
ortaboylu  idi,  ağ  üzü,  enli  və  işıqlı  qaşları,  xırda  və 
çəhrayı  dodaqları  vardı.  Çox  təmiz  və  yaraşıqlı 
geyinmişdi.  Əyilib  çayı  önünə  tutanda  təbəssüm  etdi  və 
ana  kimi  baxıb  dedi:  "Əllərinə  sağlıq!  Xoşbəxt  olasan, 
inşallah!" 
Ə
lim əsə-əsə çay podnosunu xanım Həmidzadənin və 
anamın da önünə tutdum, sonra aparıb mətbəxə qoydum 
və  otağa  girib  orada  da  qaldım.  Çantamdan  təqvimimi 
çıxarıb 07.03.1986 tarixinə vurma işarəsi qoyub yazdım: 
“Elçilik”. 
İ
ki  imtahan  arasında  tətil  olduğundan  ertəsi  gün  sübh 
namazından  sonra  saat  onun  yarısına  qədər  yatdım. 
Yuxudan 
ayılıb 
dişlərimi 
fırçalamağa 
gedəndə 
təəccübdən  gözlərim  bərəldi.  Xanım  Həmidzadə  və 
dünənki  yaraşıqlı  qadın  həyətdə  dayanıb  anamla 
danışırdılar. 
Gedib  mətbəxdə  gizləndim.  Bir  azdan  onlar  getdilər, 
anam  gəlib  dedi:  "Firiştə,  Mənsurə  xanım  Həmidzadə 
xanımın  dostudur.  Dünənki  qadını  deyirəm.  Səni  çox 
bəyənib. Xanım Həmidzadə onları çox tərifləyir; deyir ki, 
yaxşı  ailədirlər,  oğlu  xanım  Həmidzadənin  oğlunun 
döyüş yoldaşı və dostudur". 

 
59
Dilxor  halda  dedim:  "Ana,  yenə  başladın?!  Nə  qədər 
deyim,  mən  hələ  bu  haqda  düşünmürəm,  oxumaq  və 
universitetə girmək istəyirəm". 
Anam  dedi:  "Tələsmə!  Məgər  bu  tezliyə  alıb 
aparacaqlar?! Mən sənin tərəfindən bunu və başqa sözləri 
də  dedim.  Mənsurə  xanım  deyir  ki,  sənin  nəcibliyindən 
xoşlanıb.  Deyir  ki,  oğlu  sənin  kimi  bir  qız  istəyir.  Sənin 
dərs  oxumana  da  etirazları  yoxdur.  Ürəyin  istəsə, 
izdivacdan sonra təhsilini davam etdirərsən. Deyir ki, öz 
qızı da oxuya-oxuya nikah bağlamışdır". 
Başımı  aşağı  salıb  heç  nə  demədim.  Anam  təbəssüm 
içində  və  sevinclə  dedi:  "Məncə,  yaxşı  ailədirlər.  Oğlu 
pasdardır". 
Anam bilirdi ki, ailə qurmaq üçün meyarlarımdan biri 
yoldaşımın  pasdar  olmasıdır.  Düşünürdüm  ki,  pasdarlar 
qüsursuz,  etiqadlı  və  mömin  adamlardır,  mənəvi  məqam 
və  əxlaq  baxımından  ruhanilər  kimidirlər.  Anam  dedi: 
"Mənsurə xanım deyirdi ki, oğlu müharibənin əvvəlindən 
indiyədək cəbhədədir". 
Meyarlarımı  yadıma  salmağından  bildim  ki,  anam  bu 
izdivaca  razıdır.  Meyarlarımın  biri  də  yoldaşımın 
döyüşçü olması idi. Anama demişdim ki, inqilab üçün bir 
iş  görmək  istəyirəm,  cəmiyyətə  yük  olmaq  istəmirəm. 
Məqsədim  bu  idi  ki,  bir  döyüşçü  ilə  ailə  qurub  inqilab 
yolunda olum və vətənimə xidmət edim. 
Anam mənim sükutumu görüb heç nə demədi. 
Ertəsi  gün  məktəbdən  qayıdanda  anam  evi  gül  kimi 
təmizləmişdi.  Həyət  qapısının  önü  də  süpürülmüş  və 
sulanmışdı. 
Həyəti 
yumuşdu, 
ş
üşələri 
təmizləyib 
parıldatmışdı, 
otaqlar 
süpürülmüşdü, 
əş
ya 
və 
aksesuarların  tozu  alınmışdı.  Dünənki  tör-töküntüdən, 

 
60
cəbhəyə  mürəbbə  və  turşu  hazırlayanlardan  əsər-əlamət 
qalmamışdı. 
Evdən  gül  ətri  gəlirdi.  Anama  yazığım  gəldi.  Bütün 
bunları  biz  evdə  olmayanda  dörd-beş  saatın  içində 
təkbaşına  etmişdi.  Anam  qulağıma  pıçıldadı  ki,  bu  gecə 
Mənsurə xanımla oğlu bizə gələcəklər. 
Bunu  eşidən  kimi  əl-ayağım  dondu  və  ürəyim 
döyünməyə  başladı.  Nahar  yeməyindən  sonra  elçilik 
həyəcanı  içində  Röyanın  köməyi  ilə  evin  təmizliyini 
tamamladıq. 
Axşam  oldu.  Anam  şam  yeməyi  hazırlayırdı.  Saat 
doqquzun  yarısında  qapının  zəngi  çalındı.  Atam  qapını 
açdı.  Mənsurə  xanım  və  oğlu  idi.  Bacılarımla  mən 
otağımızda  gizlənmişdik.  Anamla  atam  qonaqlarla  birgə 
qonaq  otağına  keçdilər.  Nə  etməli  olduğumu  bilmirdim. 
Həyəcanım 
çoxalmışdı, 
nəfəsim 
güclə 
gəlirdi. 
Bekarlıqdan  təqvimimi  götürdüm  və  həmin  gün  üçün 
kiçik bir vurma işarəsi qoydum. 
Ə
ləddin  lampası  otağın  ortasında  idi,  üzərindəki 
qəhvədandan  buxar  çıxırdı.  Otaq  isti  olsa  da,  soyuqdan 
titrəyirdim  və  dişlərim  bir-birinə  dəyirdi.  Yavaş-yavaş 
içəridən donduğumu hiss edirdim. 
Bir  neçə  dəqiqədən  sonra  anam  otağa  girib  yavaşca 
mənə  dedi:  "Firiştə,  gəl  gedək.  Atan  kürəkənlə 
danışmağına icazə verdi". 
Ürəyim  sinəmdən  qopacaqdı,  əl-ayağımı  idarə  edə 
bilmirdim. Anam qabaqda getdi. 
Ayağımı  qonaq  otağına  qoyan  kimi  gözlərim  qaraldı. 
Mənsurə  xanımla  oğlu  ayağa  qalxıb  gülərüzlə  salam 
verdilər  və  halımı  soruşdular.  Atam,  anam  və  Mənsurə 
xanım bayıra çıxdılar. 

 
61
Kürəkən  otağın  yuxarı  tərəfində  oturmuşdu.  Ucaboy 
nəzərə çarpırdı. Elə o anda fikirləşdim ki, onsantimetrlik 
bir  dikdaban  ayaqqabı  geyinsəm,  ona  çataram.  Başını 
aşağı  salmışdı.  Fürsətdən  istifadə  edib  ona  diqqətlə 
baxdım.  Səkkizcibli  hərbi  şalvar,  qəhvəyi  köynək  və 
gödəkcə  geyinmişdi.  Sarışın  saçı,  bığı  və  saqqalı  vardı. 
Gözlərini  görmədim,  çünki  bütün  o  müddətdə  bir  an  da 
başını  qaldırmadı.  Nə  edəcəyimi  bilmirdim.  Üzümü  tam 
tutdum,  təkcə  burnum  bayırda  qaldı.  Otaqda  yerdə  bir 
qutu  şirniyyat  və  bir  gül  dəstəsi  vardı.  Gülün  gözəl  ətri 
otağı  doldurmuşdu.  O,  yuxarı  tərəfdə  küçəyə  açılan 
pəncərənin  yanında,  mən  də  sağ  tərəfdə  divara  söykənib 
oturmuşdum.  Bir  neçə  dəqiqə  belə  sükutla  keçdi. 
Nəhayət, o başladı. 
– 
Bismillahir-Rəhmanir-Rəhim. 
Adım 
Ə
li 
Çitsaziandır.  Mən  Bəsic  üzvüyəm,  imamın  xəttinin 
ardıcılıyam,  ölümlə  məsafəm  bir  saniyədir.  Dua  edin  ki, 
mənə şəhidlik qismət olsun. Hər an şəhid ola, yaralana və 
ya  əsir  düşə  bilərəm.  Çox  vaxt  aylarla  Həmədana 
gəlmirəm. 
Bir  qədər  dayandı,  bəlkə  də  mənim  nəsə  deməyimi 
gözləyirdi.  Sonra  sükutu  pozub  yenidən  sözünə  davam 
etdi. 
–  Onuncu  sinfə  qədər  dərs  oxumuşam,  səbəbi  də 
müharibədir. Mənim həyatımda müharibə birinci dərəcəli 
məsələdir.  Çünki  İmam  Xomeyni  tapşırıb  ki,  cəbhələri 
boş  qoymayın.  Əgər  bu  döyüş  iyirmi  il  də  sürsə,  qalıb 
vuruşacaq,  dinimi,  imanımı  və  inqilabımı  müdafiə 
edəcəyəm.  Təhsil  ixtisasım  elektrikdir.  Dibac  peşə 
liseyində  oxuyurdum.  Dünya  malından  heç  nəyim 
yoxdur: nə ev, nə maşın, nə pul. 

 
62
Yenə  sakit  oldu  ki,  bəlkə  nəsə  demək  istəyirəm.  Və 
yenə  əlavə  etdi:  "Allaha  şükür  edirəm  ki,  sağlamam. 
Allaha  şükür  ki,  idmançıyam,  döyüşçüyəm.  Lakin  siz 
istəməsəniz,  hər  şey  dəyişə  bilər;  yəni  gələcək  həyat 
yoldaşım  razı  olmasa,  cəbhədən  əl  çəkib  Həmədanda 
özümə bir iş taparam". 
Bu sözünə çox təəccüblənib dedim: "Yox. Təsadüfən, 
mənim  ailə  qurmaq  üçün  meyar  və  şərtlərimdən  biri  də 
yoldaşımın cəbhə adamı olmasıdır". 
Ə
lində  bir  təsbeh  vardı,  tez-tez  fırladırdı.  Birdən  əli 
dayandı, bütün üzünə gülüş çökdü. İlk imtahandan uğurla 
keçdiyimi duydum. 
Sevinclə  dedi:  "İlahi,  şükür!  Çünki  mən  özümü 
cəbhəyə  vəqf  etmişəm.  Siz  məscidə  bir  qab  və  ya  xalça 
vəqf  edəndə  daha  onu  bayıra  çıxara  bilməzsiniz;  qab 
sınmayınca və xalça çürüyüb cırılmayınca. Hələ o zaman 
da təmir edib yenidən məscidə qaytarmaq lazımdır". 
Soruşdu:  "Bəs  siz?  Həyatda  və  izdivacda  məqsədiniz 
nədir?" 
Dedim: "Mən çox istəyirəm ki, inqilaba kömək edim. 
Anamla  birgə  cəbhəyə  yardım  mərkəzində  çalışırıq. 
Lakin  düşünürəm  ki,  cəbhəyə  bundan  da  artıq  kömək 
etməliyəm. Necəliyini bilmirəm. Bəlkə gələcək yoldaşım 
döyüşçü  olsa,  mənə  kömək  edə  bilər.  Adamın  etiqadı, 
dini, imanı və həqiqi müsəlman olması mənim üçün çox 
mühümdür". 
O  şəraitdə  düşüncələrimi  bəyan  edə  bilmirdim,  iki-üç 
cümlə  deyib  dayanırdım.  Doğrusu,  daha  çox  Tehran 
ləhcəsi  ilə  danışmağa  çalışırdım.  Əli  ağa  isə  bəlli  idi  ki, 
kitab dili kimi danışmaq istəyirdi. 
Soruşdu:  "Onda  siz  mənim  şəhid  olmağıma, 
yaralanmağıma və ya əsir düşməyimə qarşı deyilsiniz?" 

 
63
Özümü  itirsəm  də,  bilmirəm  haradansa  beynimə  bir 
fikir gəldi. Tez cavab verdim. 
–  Allah  eləməmiş,  heç  kim  eyni  zamanda  həm  şəhid, 
həm yaralı, həm də əsir olmur. 
Təbəssüm etdi. Düşündüm ki, birdən yüngül və dayaz 
cavab vermiş olaram. Düzəltməyə çalışıb dedim: "Ananız 
deyirmiş  ki,  müharibənin  əvvəlindən  cəbhədəsiniz. 
Allaha  şükür  ki,  indiyədək  bir  hadisə  baş  verməyib. 
İ
nşallah, bundan sonra da problem çıxmaz". 
Heç  nə  demədi.  Başını  aşağı  saldı  və  təsbehlə  zikr 
deməyə başladı. Birdən  dünəndən hazırladığım əsas sual 
yadıma  düşdü.  Ondan  soruşdum:  "Bağışlayın,  ailə 
qurmaqda məqsədiniz nədir?" 
Düşünmədən  cavab  verdi:  "Dinimi  kamilləşdirmək, 
Peyğəmbər sünnəsinə əməl etmək". 
Sonra bir qədər dayanıb əlavə etdi. 
– Cəbhədə əməliyyat zamanı məzuniyyət ləğv olunur. 
Bəzən  ailəli  döyüşçülər  deyirlər  ki,  Əli  ağanın  özünün 
avrad-uşağı  olmadığı  üçün  rahatdır.  Mən  onların 
şə
raitlərini  başa  düşmək  istəyirəm.  Düşünürəm  ki,  eyni 
şə
raitdə olub qanun qoysaq və icra etsək, daha yaxşı olar. 
Təbii ki, bu, ikinci dərəcəli məqsədlərdəndir. 
Bu  cavaba  həm  təəccübləndim,  həm  də  sədaqəti 
xoşuma gəldi. Gözaltı ona baxdım, başı hələ də aşağı idi 
və  təsbehlə  zikr  deyirdi.  Sükut  uzananda  dedim: 
"Pasportda  adım  Zəhradır,  amma  hamı  məni  Firiştə 
çağırır". 
Gülümsəyib dedi: "Zəhra xanım! Nə  yaxşı!  Biz Əhli-
beytə  (ə)  və  həzrət  Zəhraya  (ə)  aşiqik.  Onların  mübarək 
adlarını çəkmək üçün də ləyaqət lazımdır". 

 
64
Ayağa qalxıb otaqdan çıxdım. Atam dəhlizdə qapının 
önündə  oturmuşdu.  Məni  görən  kimi  göz-qaş  işarəsi  ilə 
soruşdu ki, nə oldu? 
Utandım. 
- Heç bir şey. Siz nə desəniz. 
Atam gülümsəyib dedi: "Mübarəkdir!" 
Atam  dəhlizdə  başları  söhbətə  qarışmış  anamla 
Mənsurə xanımı qonaq otağına dəvət etdi. 
Mən  öz  otağımıza  bacılarımın  yanına  getmək 
istəyirdim,  amma  anam  əlimi  tutub  yenidən  qonaq 
otağına  qaytardı.  Atam  Əli  ağanın  yanında  oturub  işdən 
danışmağa  və  cəbhənin  vəziyyətini  soruşmağa  başladı. 
Anam  da  Mənsurə  xanıma  cəbhəyə  yardım  məqsədilə 
gördükləri  çoxlu  işlərdən  danışırdı;  dərzi  sexindən  digər 
fəaliyyətlərə qədər. 
Bir  də  duydum  ki,  atam  toy  vaxtını  təyin  edir.  Sonra 
da  mehrdən  söhbət  düşdü.  Atam  dedi  ki,  mənim 
nəzərimdə bir şey yoxdur, özünüz nə məsləhət görsəniz. 
Mənsurə  xanım  mənə  baxıb  razılıqla  dedi:  "Biz  14 
məsuma görə 14 qızıl təyin edərik". 
Anamın  qulağına  pıçıldadım:  "Necə?!  Bu,  olduqca 
çoxdur!” 
Mənsurə xanım eşitdi. 
–  Yox,  qızım,  çox  deyil.  Sizin  dəyəriniz  qat-qat 
artıqdır, amma hər halda, bu, bir qaydadır. 
Atam dedi: "Bizim üçün maddiyyat əsla mühüm deyil. 
Allah  şahiddir  ki,  biz  sizin  ailəniz  barədə  araşdırma  da 
aparmamışıq.  Maşallah,  Əli  ağa  yaxşı,  pak  və  mömin 
gəncdir.  Müharibənin  ilk  günündən  cəbhədə  olması  bizə 
kifayətdir.  Mən  qızımı  fəxrlə  ona  tapşıraram.  Əli  ağa 
dindar,  cəsur  və  qeyrətli  oğlandır,  inqilabçı  və 
hizbullahçıdır.  Bunlar  hər  şeydən  dəyərlidir.  Allaha  and 

 
65
olsun,  əgər  sizin  bu  gün  ailə  qurub,  sabah  şəhid 
olacağınızı bilsəm, yenə də qızımı verərəm". 
Ə
li  ağa  qızarmışdı.  Atama  dedi:  "Biz  də  sizin  ailəniz 
barədə  belə  düşünürük.  Allaha  and  olsun  ki,  razılıq 
verməsəydiz  də,  sizdən  inciməzdik.  Allaha  şükür,  siz  də 
Bəsic ailəsisiniz. Sizin kimi mömin və fədakar bir ailə ilə 
qohum olmaq bizə şərəfdir". 
Sonra sakit qaldı və bir qədər yavaşca dedi: "Hərçənd, 
mən  bu  evə  ayağımı  qoyanda  ümidsiz  qayıtmayacağıma 
ə
min idim". 
Ertəsi  gün  nənəmgilə  getdik  ki,  həm  Mahmud  dayını 
görək,  həm  də  kürəkənin  ailəsinin  bizə  gələcəyini  deyib 
onları  da  qonaq  çağıraq.  Mahmud  dayı  cəbhədən 
gəlmişdi. Bir qədər oradan-buradan danışdıq. Anam dedi: 
"Mahmud can, Firiştəyə elçi gəlib". 
Mahmud  dayı  qımışıb  mənə  göz  vurdu  və  dedi: 
"Mübarəkdir!" 
Xəcalətimdən başımı aşağı salıb qara çadramın saçağı 
ilə oynamağa başladım. Mahmud dayı soruşdu: "Kürəkən 
nəçidir?" 
Anam  dedi:  "Sizin  kimi  pasdardır,  adı  Əli 
Çitsaziandır". 
Mahmud  dayı  çay  içirdi,  çay  boğazında  qaldı, 
təəccübdən gözləri bərəldi. 
– Əli ağa?! 
Anam soruşdu: "Tanıyırsan?" 
Anam  gülümsəyib  qalib  görkəmində  mənə  baxdı  və 
dedi: "Sənə dedim ki, Mahmuda desək, tanıyar". 
Mahmud dayının öskürəyi dayanan kimi dedi: "Siz Əli 
ağanı  tanımırsınız?!  Əli  ağa  bizim  komandirimizdir. 
"Hüseyn  köməkçiləri"  diviziyası  bir  yana,  Əli  ağa  bir 
yana!  Qorxmaz  və  cəsur  adamdır.  Kəşfiyyat  bölüyünün 

 
66
komandiridir.  Uşaqlar  onun  kəşfiyyatından  elə  şeylər 
danışırlar  ki;  yalan-doğru.  Amma  biz  yalanlarına  da 
inanırıq.  Deyirlər  ki,  düşmən  tərəfə  keçib  onlarla  birgə 
yemək  növbəsinə  dayanır.  Çox  söz  danışırlar.  Çox 
qorxmazdır, "Hüseyn köməkçiləri" kəşfiyyatı üçün böyük 
qüvvədir. Allah onu qorusun!" 
Anam  mənə  baxıb  təəccüblə  dedi:  "Bizə  komandir 
olduğunu demədilər; nə özü, nə anası". 
Mahmud  dayı  dedi:  "Əli  ağa  ixlaslı  adamdır.  Vəcihə 
xanım, əgər kürəkənin olsa, bəxtin gətirib. Ən əsası odur 
ki, yalançı və riyakar deyil; nə Allaha yalan deyər, nə də 
bəndəyə.  Bizimlə  danışanda  əvvəlcə  İmam  Əlidən  (ə) 
nəql olunan bu hədisi deyir: "Vicdan yeganə məhkəmədir 
ki,  orada  hakimə  ehtiyac  yoxdur".  Mahmud  dayı  çox 
ciddi  şəkildə  dedi:  "Amma  bacı  can,  bir  söz  deyim,  Əli 
ağa  özünü  cəbhəyə  vəqf  edib,  yaxşı  fikirləş.  Evlənən 
kimi  şəhərə  qayıdıb  evinə-ailəsinə  yapışan  adamlardan 
deyil". 
Anam etirazla dedi: "Məgər biz dedik ki, müharibədən 
qayıtsın?!  Mahmud  can,  məgər  biz  və  anamız  sənin  və 
Məhəmmədin  cəbhəyə getməsinə qarşı çıxmışıq?!" 
Nənəm  bizə  meyvə  gətirirdi.  O,  Məhəmməd  dayımın 
adını  eşidib  ah  çəkdi.  Anam  zirəkliklə  mövzunu  dəyişib 
dedi: "İndi sən arvad alıb evdə oturmusan?!" 
Dayım güldü. 
– Məni Əli ağa ilə müqayisə edirsən?! Məni yüzə yox, 
minə də vursan, yenə Əli ağa etməz. 
Mahmud dayı ağaya qalxıb albomunu gətirdi və dedi: 
"Mənim onunla bir neçə şəklim var". 
Ə
li ağanın şəklini göstərmək üçün albomu vərəqləyə-
vərəqləyə dedi: "Məncə, iyirmi üç yaşı ancaq olar, amma 
yaşı otuzu ötmüş bir kişi kimi görünür". 

 
67
Mahmud  dayı  Əli  ağanı  tərifləyə-tərifləyə  albomunu 
vərəqləyirdi.  O  vaxta  qədər  izdivac  haqda  düşünəndə 
gələcək yoldaşımı ucaboy, enlikürək, qaraqaş və qaragöz 
təsəvvür  edirdim.  Heç  vaxt  fikirləşməzdim  ki,  bir  gün 
sarışın və mavi gözlü bir adamla ailə quracağam. Dayım 
barmağını  şəkillərdən  birinin  üzərinə  qoyub  dedi:  "Bu 
onun  adamlarından  biridir.  Kəşfiyyat  əməliyyatlarından 
birində  yaralanıb  düşmən  tərəfdə  qalmışdı.  Heç  kəs  onu 
gətirməyə cürət etmirdi. Əli ağa özü ambulansın arxasına 
keçib düşmən torpağına getdi və adamını götürüb gətirdi. 
Bu  işi  yüz  ambulans  sürücüsünə  desəydin,  biri  də  cürət 
etməzdi”. 
Dayım əlini başqa bir şəklin üzərinə qoydu. 
– Bu da Əli ağadır. 
Xəcalət  çəkib  başımı  aşağı  saldım.  Dayım  dedi: 
"Tabeliyində  olanları  çox  fikirləşir.  Komandirliyində 
tələbkar  və  qanunsevərdir,  amma  ürəyin  istəyən  qədər 
ürəyiyuxadır.  Adamları  kəşfiyyata  gedəndə  onlar  gələnə 
qədər  yolda  dayanır,  axırıncı  adam  qayıtmayınca,  özü 
qayıtmır.  Bu  onun  ürəyiyuxalığından  irəli  gəlir.  Ailə-
uşağı ilə həyatında da mütləq belə olar". 
Həmin  gün  Mahmud  dayı  günortaya  qədər  bizə  Əli 
ağanı təriflədi, onunla xatirələrindən danışdı. 
Evə  qayıdanda  gec  idi.  Yolboyu  Mahmud  dayının 
sözləri  haqda  fikirləşir,  yaxşı  hisslər  keçirirdim.  Ən 
böyük  arzuma  çatdığımı  düşünürdüm.  Bütün  fikri-zikri 
cəbhə  olan  bir  döyüşçü  ilə  yaşamaq  sayəsində  mən  də 
mütləq  məqsədimə  çatacaq  və  inqilaba  kömək  edəcəyim 
yolu tapacaqdım. 
Həmin  gün  şam  yeməyindən  sonra  Mənsurə  xanım, 
ağa  Nasir,  Əli  ağa,  Əmir  ağa,  Hacı  Sadiq,  onun  yoldaşı 
ilə qızı Leyla və Əli ağanın bacısı bizə gəldilər. Mənsurə 

 
68
xanımın  yalnız bir qızı vardı. Qızını bizə təqdim edəndə 
bir  neçə  saniyə  təəccübdən  ağzım  açıq  qaldı  və  yerimdə 
dondum.  Gözlərimə  inanmadım.  O,  Məryəm  idi, 
avtobusda  görüb  xoşladığım  və  dost  olmağı  arzuladığım 
sarışın  və  gözəl  qız.  İndi  öz  ayaqları  ilə  bizə  gəlib 
mənimlə  üzbəüz  dayanmışdı  və  baldızım  olacaqdı.  O  da 
məni görüb təəccüblənmişdi. 
Digər  tərəfdən,  Əli  ağa  da  öz  əsgərlərindən  olan 
Mahmud  dayımı  görüb  təəccüblənmişdi  və  müharibənin 
ə
vvəllərində,  1980-ci  ildə  Mahşəhrdə  itkin  düşmüş 
Məhəmməd dayımın taleyini soruşurdu. 
Ə
li  ağanın  atası  ağa  Nasir  zarafatcıl,  şuxtəb  və 
mehriban  bir  kişi  idi.  Ortaboylu,  nisbətən  kök  idi  və 
sarışın  saçları  vardı.  Danışanda  hamı  onu  həvəslə 
dinləyirdi. 
Ailənin  ilk  oğlu  olan  Hacı  Sadiq  1958-ci  ildən  idi, 
Qəhavənd  sovetliyinin  sədri  idi.  Həyat  yoldaşı  Münirə 
xanım  da  müəllimə  idi.  İkiyaşlı  qızları  Leyla  çox 
ş
irindilli və sevimli uşaq idi. İkinci qardaş olan Əmir ağa 
1960-cı ildən, ağüzlü, qaraqaş və qaragöz idi, qara eynək 
taxmışdı  və  bütün  qardaşlarından  hündür  idi.  O, 
Quruculuq cihadında çalışırdı. Həmin gecə çox mehriban 
və  qayğıkeş  olduğunu  bildim.  Məryəmlə  Əli  ağa  sarışın 
və  ağ  üzlərindən  analarına  çəkmişdilər,  Hacı  Sadiqlə 
Ə
mir  ağa  isə  atalarına.  Həmin  məclisdə  nikah 
mərasiminin  tarixini  təyin  etdilər:  27  mart,  1986-cı  il. 
Qərara  gəldilər  ki,  bizim  evimizdə  əqd  mərasimi  olsun, 
toy isə sonraya qalsın. 
Mənsurə  xanım  mənə  donluq  parça  hədiyyə  etdi.  O 
parça ilə mən rəsmi şəkildə Əli ağanın nişanlısı oldum. 
Gecə  sağollaşanda  Əli  ağa  üzünü  hamıya  tutub  dedi: 
"Haqqınızı halal edin". 

 
69
Ertəsi  gün  səhər  döyüşə  gedəcəkdi.  Mən  də  "şəfaət 
yadından çıxmasın" demək istəyirdim, amma nə etdimsə, 
bacarmadım. 
Qış  bitdi,  bahar  gəldi.  Müharibə  başlayandan  bəri 
bütün  illərdə  olduğu  kimi,  həmin  il  də  bizim  evimiz 
novruz şənliyi görmədi. 
Anam  düşünürdü  ki,  çoxlu  ailələr  şəhid  vermişlər, 
matəmdədirlər  və  biz  müharibə  şəraitində  yaşayırıq. 
Həmin  ailələrin  dərdini  bölüşmək  məqsədi  ilə  bayram 
keçirmirdik.  Lakin  bahar  fəsli  belə  şeylərə  baxmırdı. 
Bahar  gözəl  gül-çiçəklərinin  ətri  ilə,  yağışla  və  fərəhli 
novruz yeli ilə gəldi. 
Bayramın  birinci  günü  nənəmgilə  getdik,  günortadan 
sonra bibi və dayılarım ata-ananı görməyə gəldilər. İkinci 
gün evdə oturub qonaq gözlədik. Anamın dərzi sexi tətil 
idi və biz onu daha çox gördüyümüzə görə sevinirdik. 
Bayramın yeddinci günündə bizim nikah mərasimimiz 
olacaqdı,  amma  hələ  heç  bir  iş  görməmişdik;  nə  gəlin 
bazarlığına  getmişdik,  nə  də  bu  haqda  söhbət  olmuşdu. 
Ə
li ağadan və ailəsindən də xəbər yox idi. 
Martın  24-ü  oldu.  Bir  gün  qabaq  atam  Əli  ağanın 
müavininin  şəhid  olduğunu  eşitmişdi.  Anam  həmişə 
olduğu kimi səhər tezdən oyanmışdı və mətbəxdə məşğul 
idi.  Təxminən  səhər  saat  9-da  məni  yuxudan  oyadıb 
narahat halda dedi: "Firiştə, qalx. Radioda dedilər ki, Əli 
ağanın müavini Museyib Məcidi şəhid olub. Bu gün dəfn 
mərasimidir. Tez səhər yeməyini ye, gedək". 
Röya və Nəfisə də oyandılar. Səhər yeməyini yedik və 
geyinib  yola  düşdük.  Yeni  ilin  əvvəlləri  olsa  da,  Cənnət 
bağı  məzarlığı  adamla  dolu  idi.  Şəhid  Məcidini  dəfn 
etməyə  çoxlu  adam  toplaşmışdı.  Dünəndən  yağan  qar 

 
70
qəbirləri yuyub təmizləmişdi, məzarların çoxunun üstünə 
səməni, gül, şirniyyat və novruz xonçası düzmüşdülər. 
Sərin  yel  əsib  Cənnət  bağının  bütün  ağaclarını 
tərpədirdi.  Dəfndən  öncə  mərasim  keçirilən  yerə  getdik. 
Orada izdiham vardı. Camaatın arasında Mənsurə xanımı 
və Məryəmi görüb çox sevindim. 
Mikrofonla  Quran  oxuyurdular.  Şəhərin  vəzifəli 
şə
xsləri,  çoxlu  pasdarlar  və  ordu  zabitləri  izdihamın 
önündə  dayanmışdılar.  Məryəm  dedi:  "Şəhidi  gətirdilər, 
qabaqdadır. Ailəsi də oradadır". 
Bu  zaman  Quran  səsi  dayandı  və  aparıcı  tribunaya 
çıxdı.  Güclü  səsi  vardı.  "Şəhid  və  siddiqlərin  Rəbbinin 
adı ilə" deyən kimi hamı sakit oldu. Cənnət bağına həzin 
sükut çökdü. Aparıcı xalqın iştirakına görə təşəkkür edib 
"Hüseyn köməkçiləri" diviziyasının Kəşfiyyat bölüyünün 
komandir  müavini  Museyib  Məcidinin  şəhid  olması 
münasibəti  ilə  şəhidpərvər  ümməti  və  o  böyük  şəhidin 
ə
ziz ailəsini təbrik etdi, əlini camaata sarı uzadıb yellədə-
yellədə qışqırdı: 
"Şəhidlərin dəfni üçün  
 
 
Mehdi,  gəl! 
Mehdi gəl!" 
Aparıcı  yuyucuxananın  ikinci  mərtəbəsindəki  ensiz 
hündür balkonun üzərində dayanmışdı. Camaat da onunla 
üzbəüz  cənazə  namazının  qılındığı  böyük  əraziyə 
toplaşmışdı.  Cənnət  bağının  giriş  qapısına  və  Şəhidlər 
gülzarına  qədər  adam  vardı.  Ətrafıma  baxdığım  yerdə 
Məryəm  dirsəyi  ilə  qoluma  vurub  dedi:  "Əliyə  bax! 
Dadaş Əlidir!" 
Ə
li  ağa  balkonda  mikrofonun  arxasında  dayanmışdı. 
Onu  görəndə  nəfəsim  dayandı.  Bir  neçə  addım  geriyə 
çəkildim,  anamın  və  Mənsurə  xanımın  gözündən  uzaq 
yerdə diqqətlə Əli ağaya baxdım. 

 
71
İ
lk  dəfə  orada  rahatlıqla,  utanıb-çəkinmədən  ona 
baxdım.  Gödəkcəsi  hələ  də  əynində  idi,  düymələrini 
bağladığından  köynəyi  görünmürdü.  Üzü  narahat  və 
qəmli  idi.  Enlikürək  olsa  da,  arıq  görünürdü.  O,  çıxışa 
başladı. 
– Museyib güllələrin, qəlpələrin, raketlərin övladı idi! 
Museyib  aclıqların,  susuzluqların,  yorğunluqların  övladı 
idi! Museyib dövrün Malik Əjdəri idi! 
Bir  qədər  də  geriyə  çəkilib  divara  söykəndim  və 
diqqətlə  qulaq  asmağa  başladım.  Səsi  qəm-kədərlə  dolu 
olsa  da,  gözəl  və  rahat  danışırdı.  Düşündüm  ki,  ona  nə 
qədər  çətin  və  ağırdır!  Görəsən,  Museyib  şəhid  olanda 
yanında imiş? Hansı hissləri keçirirmiş? 
Məryəm  məni  çağırdı,  gedib  yanında  dayandım. 
Mənsurə  xanımla  o  da  ağlayırdılar.  Məryəm  ağlaya-
ağlaya dedi: "Ağa Museyib ilə Əli çox  yaxın dost idilər. 
Son zamanlar bizə çox gəlirdi, bizim üçün eynilə qardaş 
kimi  idi.  Anam  üçün  Əmir,  Əli  və  Sadiqdən  fərqi  yox 
idi". 
Cənnət bağının havası ağırlaşmışdı. Sanki bütün ölülər 
məzarlardan  qalxıb  bizimlə  hərəkət  edirdilər.  Səmanı 
qara  buludlar  örtmüşdü.  Sakit  bir  yerə  çəkilib  ağlamaq 
istəyirdim.  Məhəmməd  dayıma  darıxmışdım,  ondan  bir 
xəbər gəlməsini arzulayırdım. Heç olmasa, nənəmin qəlbi 
üçün  olsa  belə,  cəsədi  tapılaydı!  Anam  bərk  ağlayırdı. 
Bilmirdim  Məhəmməd  dayım  üçün  darıxmışdı,  yoxsa 
həqiqətən, ağa Museyibdən ötrü ağlayırdı. 
Camaat  yola  düşəndə  mən  də  ağlaya-ağlaya  tabutun 
arxasınca  qaçdım.  Camaatın  “la  ilahə  illəllah”  səsi 
Cənnət  bağını  bürümüşdü.  Kədərli  və  sıxıcı  səhnə  idi. 
Sanki  tabutun  içində  oradakıların  hamısının  əziz  övladı 
yatmışdı. Camaat xorla deyirdi: 

 
72
 
Tərcümə: 
"Bu  gül  ləçək-ləçək  olmuşdur,              Rəhbərə  fəda 
olmuşdur. 
Şə
hidləri dəfn etmək üçün             Mehdi, gəl! Mehdi 
gəl!" 
 
Gözüm  Məryəmə  sataşdı.  Mənsurə  xanımın  qolundan 
tutub  bir  tərəfdə  dayanmışdı,  əlindəki  qumqumadan  ona 
su verirdi. Onlara yaxınlaşdım. Mənsurə xanım halsız idi, 
rəngi qaçmışdı. Bir anlığa qorxdum. 
Məryəm  dedi:  "Anamın  böyrək  rahatsızlığı  var,  ona 
kədərlənmək və əsəbiləşmək olmaz". 
Anam,  Röya  və  Nəfisə  də  bizə  çatdılar  və  Mənsurə 
xanımın  yaxşılaşması  üçün  əllərindən  gələni  etməyə 
çalışdılar. 
Hələ  mərasim  bitməmişdi.  Biz  Mənsurə  xanım  və 
Məryəmlə  birgə  şəhərin  əsas  meydanı  olan  İmam 
Xomeyni  meydanına  gəldik.  Mənsurə  xanımın  vəziyyəti 
bir  qədər  yaxşılaşmışdı.  Anamla  sağollaşanda  danışdılar 
ki,  çərşənbə  günü  bizə  gəlsinlər  və  gəlin  bazarlığına 
gedək. 
Günəş  batmaq  üzrə  idi  və  biz  otaqda  oturmuşduq. 
Televizor açıq idi. Atam televiziya və xəbər izləməyi çox 
sevirdi. Ucadan bizi çağırıb dedi: "Uşaqlar, Əli ağa!" 
Həmədanın  yerli kanalı cəbhədən reportaj verirdi. Əli 
ağa  bir  təpənin  üstündə  oturub  Ümmül-Qəsr  yolu  və 
orada  şəhadətə  qovuşmuş  döyüşçülər  barədə  danışırdı. 
Deyirdi  ki,  düşmən  təyyarələri  əməliyyat  zonasını 
bombalamaqdan  əlavə,  hərdən  yuxarıdan  döyüşçülərin 
başına dəmir, daş və qum kisələri də tökürdü. 

 
73
Hamı  həvəslə  televizora  və  Əli  ağaya  baxırdı.  Yalnız 
mən sevincimi büruzə verə bilmirdim. 
Ertəsi gün atam evdə deyildi. Təxminən səhər saat 10-
da qapı döyüldü. O vaxt altı yaşı olan Nəfisə qapını açdı. 
Yanıma gəlib dedi: "Bacı can, Əli ağa gəlib". 
Anam başına çadra atıb qapıya qaçdı. Nə qədər dəvət 
etsə də, Əli ağa içəri girmədi. Mən səhər tezdən ütüləyib 
hazırladığım  mantomu,  yaylığımı  və  çadramı  geyindim 
və  anamla  yola  düşdük.  Əli  ağa  və  Mənsurə  xanım 
küçədə dayanmışdılar. Salam verdim. Əli ağa yenə başını 
aşağı  salmışdı.  Həmin  gödəkcə  əynində  idi  və  papağını 
alnına  qədər  çəkmişdi.  Qaşları  da  görünmürdü.  Yavaşca 
salamımı cavabladı. Əli ağa dostunun ağ reno maşını ilə 
gəlmişdi.  Mənsurə  xanım  qabaqda  oturdu,  anamla  mən 
də  arxada.  Həmin  gün  güzgüdə  ilk  dəfə  mavi  gözlərini 
gördüm.  Ötən  axşam  yağış  yağmışdı,  küçə  təmiz,  hava 
xoş idi. 
Ə
li  ağa  Şəriəti  prospektinin  ortalarında,  İmam 
meydanının  yaxınlığında  maşınını  saxladı.  Maşından 
enib  Müzəffəriyyə  bazarına  getdik.  Əli  ağa  əlini  cibinə 
salıb öndə gedirdi. Büzüşmüşdü. Başını aşağı salmışdı və 
danışmırdı. Mənim də danışmağa sözüm yox idi. 
Bazara  çatanda  gəlib  yanımda  dayandı  və  çox 
yavaşdan  dedi:  "Zəhra  xanım,  bağışlayın.  Həmədanda 
olanda yaxşı olar ki, yan-yana getməyək; hansısa şəhidin 
anası,  həyat  yoldaşı  və  ya  övladı  bizi  görər  və  ürəyi 
sıxılar". 
Təsdiq  əlaməti  olaraq  başımı  tərpədib  dedim:  "Baş 
üstə". 
Mənsurə xanım dedi ki, əvvəlcə üzük alaq. 

 
74
İ
ki-üç  zərgərdən  başqa  bütün  mağazalar  bağlı  idi. 
Bazarın  ortasındakı  Kibriyayi  zərgərliyinə  girdik. 
Mənsurə xanım satıcıya dedi ki, üzük istəyirik. 
Zərgər üzükləri önümüzə qoydu. Mənsurə xanım dedi: 
"Firiştə  xanım,  bəyən".  Üzüklərə  baxıb  əlimi  ən  yüngül 
bir  üzüyə  apardım,  taxıb  yoxladım.  Barmağıma  idi. 
Anam  və  Mənsurə  xanım  əlimdə  üzüyə  baxdılar.  Əli 
ağanın  fikri  isə  başqa  yerdə  idi.  Düşündüm  ki,  yəqin 
Museyib Məcidini fikirləşir. 
Mənsurə xanım dedi: "Firiştə can, bu, çox yüngüldür, 
daha yaxşısını və ağırını götür". 
Ə
li  ağaya  baxdım,  onun  da  fikir  bildirməsini 
istəyirdim.  Üzünə  ağır  kədər  çökmüşdü.  Mənsurə  xanım 
yenidən israr etdi. 
Ə
li  ağanın  nəsə  deməsini  gözləyirdim.  Öz-özümə 
dedim  ki,  Əli  ağa  nə  desə,  o  olsun.  Əli  ağa  heç  bir  söz 
demədi  və  mən  həmin  üzüyü  götürdüm.  Mənsurə  xanım 
Ə
li ağanın qulağına nəsə pıçıldadı. O, yaxınlaşıb zərgərlə 
üzüyün qiyməti barədə danışdı. Zərgər üzüyü çəkib dedi: 
"2500 tümən". 
Ə
li  ağa  pulu  sayıb  satıcının  önünə  qoydu.  Zərgər 
faktura  yazdı  və  üzüyü  xırda  qırmızı  və  ağ  güllərlə 
bəzənmiş  kiçik  çəhrayı  qaba  qoydu.  Mənə  və  Əli  ağaya 
baxıb dedi: "Mübarəkdir! Allah xoşbəxt eləsin!" 
Mənsurə  xanım  sevincək  dedi:  "İndi  gedək  paltar 
alaq". 
Ə
li  ağaya  baxdım.  Əlləri  hələ  də  ciblərində  idi.  Şad 
görünürdü, amma utandığı hiss olunurdu. Mənsurə xanım 
dedi: "Ağ bir qonaqlıq donu alaq, gəlinlik qalsın yaya". 
Dedim ki, mən bu şəraitdə don istəmirəm. 
Mənsurə xanım təəccüblə soruşdu ki, nə şəraiti? 

 
75
Dedim  ki,  axı  Əli  ağanın  müavini  şəhid  olub,  o, 
matəmdədir.  Mənsurə  xanım  Əli  ağaya  baxıb  dedi: 
"Ölüm  və  həyat  birgədirlər.  Ağa  Museyib  şəhid  oldu  və 
haqqı  çatan  yerə  getdi,  xoş  halına!  Lakin  sağ  adam 
yaşamalıdır. Biz toy zamanını dünən təyin etməmişik ki. 
Sonra da, məgər neçə dəfə gəlin olacaqsan?! Bir dəfə olur 
və gərək bunun həzzini yaşayasan". 
Başımı  aşağı  salıb  heç  nə  demədim.  Hamı  yola 
düşəndən  sonra  anama  dedim:  "Ana,  razı  olmayasan  ha! 
Mən  gəlinlik  geyinməyəcəyəm.  Əli  ağaya  yazığım  gəlir, 
sanki bu gün zorla gətiriblər alış-verişə". 
Anam  yavaşca  dedi:  "Yaxşı,  sən  daha  heç  nə  demə, 
mən yoluna qoyaram". 
Anam  Mənsurə  xanımı  razı  saldı  və  o,  daha  israr 
etmədi.  Dedi  ki,  onda  heç  olmasa,  gedib  güzgü  və 
ş
amdan alaq. 
Müzəffəriyyə  bazarının  girişində  böyük  bir  çilçıraq 
mağazası  var  idi.  Bütün  güzgü  və  şamdanlara  baxıb 
qurtaranda  Mənsurə  xanım  soruşdu  ki,  bir  şey 
bəyəndinmi? 
Ə
n  yüngül  və  ən  ucuz  güzgü  və  şamdanın  önündə 
dayanıb dedim: “Bu, yaxşıdır?” 
Mənsurə  xanım  Əli  ağaya  baxdı.  Mağazada  bizdən, 
satıcıdan  və  şagirdindən  başqa  kimsə  yox  idi.  Əli  ağa 
yaxınlaşdı,  seçdiyim  güzgü  və  şamdanı  görüb  onun 
vəziyyətini nəzərə aldığımı başa düşdü. Başqa bir güzgü 
və şamdan göstərib dedi: "Bu necədir?" 
Çox  gözəl  idi  və  yəqin  ki  çox  da  baha  olacaqdı. 
Saxsıdan  idi,  qabarıq  rəngli  güllərlə  gözəlliyi  dəfələrlə 
artmışdı.  O  zaman  belə  güzgü-şamdanlar  bazara  yeni 
gəlmişdi və çox dəbdə idi. 

 
76
Yanımda  dayanmış  satıcıdan  qiymətini  soruşdum, 
dedi: "3500 tümən". 
Ə
li  ağaya  dedim:  "Çox  bahadır.  Güzgü  və  şamdan 
vacib bir şey deyil ki, bu qədər pul verək". 
Ə
li  ağa  qulaq  asırdı.  Yenidən  dedim:  "Mənim 
gördüyüm  güzgü-şamdan  yaxşı  deyildi?  Amma  kaş  oval 
olaydı!” 
Bizim  seçimimizi  gözləyən  satıcı  dedi:  "Təsadüfən, 
anbarda  bunun  ovalı  var".  O,  kiçik  otaqda  çilçıraq 
asılqanlarını  vuran  şagirdini  səsləyib  dedi:  "Tez  anbara 
get və bu güzgünün ovalını gətir". 
Artıq məsələ bitmişdi. Daha heç kim heç nə demədi. 
Satıcının şagirdi çevik idi; tez qayıtdı, güzgü-şamdanı 
hazırlayıb  səbirlə  qutusuna  yığdı  və  bizə  verdi.  Qiyməti 
1000 tümən idi. 
Mənsurə  xanımın  israrı  ilə  qara-qızılı  rəngli  kiçik  bir 
ə
l  çantası  və  ağ  bir  çadralıq  aldıq.  Gəlin  paltarı  olaraq 
qara  və  qırmızı  qırmızı  zolaqlı  sadə  ağ  don  və  bir  cüt 
qızılı ayaqqabı da aldıq. 
Anam  Əli  ağaya  kostyumluq  parça  aldı.  Rəngi  çox 
gözəl  idi.  Hərçənd  Əli  ağa  onu  tikdirməyə  macal 
tapmadı. 
Günortaya yaxın idi. Mənsurə xanım yorulmuşdu. Əli 
ağa  maşını  bazarın  girişinə  gətirdi.  Əvvəl  Mənsurə 
xanımı  evinə  qoydu,  sonra  da  bizi.  Evimizə  çatanda  nə 
qədər  israr  etdiksə,  içəri  girmədi.  Bazarda  olduğumuz 
müddətdə  bir  neçə  cümlədən  artıq  danışmasaq  da, 
sağollaşanda gülümsəyib dedi: "Zəhra xanım, bağışlayın, 
pis keçdi. Mənim halım uyğun deyildi". 
Sağollaşıb  gedəndə  boğazımı  qəhər  tutdu.  Nahar 
yeməyinə  qalmasını  istəyirdim.  Bilirdim  ki,  bizdə  olsa, 
ə
hvalı daha  yaxşı olar: atamla söhbət edər, anam bir söz 

 
77
deyər,  Nəfisə  şirindillik  edər.  Qalıb  bir  qədər 
sakitləşməsini istəyirdim. 
Martın  26-da  xəstələndim,  iştahım  kəsildi.  Anam 
nigaran  oldu.  Atamla  birgə  küçəmizin  başındakı  İmam 
Xomeyni  xəstəxanasına  getdik.  Doktor  məni  müayinə 
edib  qida  zəhərlənməsi  diaqnozu  qoydu.  Mənə  serum 
qoşdular,  iynə  vurdular  və  bir  saatdan  sonra  bir  kisə 
dərmanla evə döndük. 
Zəhərlənmədən və ya həyəcandan olduğunu bilmirəm, 
amma  nikah  mərasiminin  gecəsi  səhərə  qədər  yata 
bilmədim. 
Səhər  yuxudan  ayılıb  güzgüdə  özümə  baxanda  məni 
qorxu  bürüdü:  rəngim  saralmış,  gözümün  altında  çökək 
ə
mələ  gəlmişdi.  Sanki  dərimin  altında  bir  damla  qan  da 
yox idi. 
Evdə sakitlik idi. Anam getmişdi, atam da paltarlarını 
geyinib  getməyə  hazırlaşırdı.  Evimiz  nikah  mərasimi 
keçiriləcək  evə  əsla  bənzəmirdi.  Atamdan  anamı 
soruşdum,  narahat  halda  dedi:  "Cənab  Rüstəminin  oğlu 
və qardaşı oğlu şəhid olublar, anan oraya getdi". 
Cənab  Rüstəminin  evi  bizim  evimizlə  üzbəüz  idi.  İki 
qardaş  iki  bacı  ilə  ailə  qurmuşdular  və  bir  evdə 
yaşayırdılar.  Atamın  dediyinə  görə,  hər  iki  qardaşın 
oğulları  Vəlfəcr-8  əməliyyatında  itkin  düşmüşdülər.  Bu 
xəbəri eşidib pis oldum. 
Günortadan  sonrakı  mərasimimiz  və  iki  şəhid  vermiş 
cənab  Rüstəminin  ailəsi  haqda  düşündüm.  Qonşumuzun 
bu  vəziyyətinə  çox  üzüldüm.  Ata-analarını  fikirləşir  və 
onlara acıyaraq ağlayırdım. 
Səhər  saat  on  bir  idi  və  bizim  evimizdə  hələ  də 
bayram  və  nikah  mərasimi  ab-havasından  əsər-əlamət 

 
78
yox  idi.  Hamımız  cənab  Rüstəminin  ailəsinin  başına 
gələnlərin təsiri altında idik. 
Anamın  bir  ayağı  orada  idi,  bir  ayağı  öz  evimizdə. 
Mətbəxdə  yemək  bişirdiyim  zaman  Nəfisə  həyətdən 
çağırdı: "Firiştə can, Mahmud dayının səninlə işi var". 
Qazı  bağlayıb  qaçdım.  Dayım  həyətdə  dayanmışdı. 
Anam  da  orada  idi.  Söhbət  edirdilər.  Dayım  məni  görən 
kimi dilxorluqla dedi: "Bu nə deməkdir?! Firiştə, nə üçün 
heç  bir  iş  görməmisiniz?!  Nə  üçün  nikah  süfrəsini 
hazırlamamısınız?!" 
Təəccüblə ona baxıb çiynimi çəkdim: "Mən nə bilim?! 
Mənə heç kim heç nə deməyib". 
Dayım saata baxıb mənə və anama acıqlandı. 
– Saat on birdir. 
Anam  dedi:  "Mahmud  can,  qonşumuz  cənab  Rüstəmi 
iki şəhid verib". 
Dayım  tələsik  həyətin  qapısına  tərəf  gedib  dodaqaltı 
mızıldandı. 
– Məgər nə edəcəksiniz ki?! Orkestr gətirəcəksiniz?! 
Sonra üzünü mənə çevirdi. 
– Firiştə, get qonaq otağını təmizlə, mən gəlirəm. 
Dayım  bunu  deyib  getdi.  Anam  özünü  itirdi.  Cəld 
ş
kafdakı boğçanı açıb kişmirdən olan gəlinlik səccadəsini 
çıxardı  və  qonaq  otağında  üzüqibləyə  sərdi.  Quranı  və 
rəhli mənə verib dedi: "Sən səliqəlisən, özün düz". 
Güzgü və şamdanlar bizdə idi. Onları qutudan çıxarıb 
sildim,  güzgünü  parıldadıb  süfrənin  ortasına  qoydum. 
Quran  rəhlini  güzgü  ilə  üzbəüz  qoydum.  Yaşıl  cildli 
Quranın şəkli güzgüyə düşdü. 
Röya  bir  güldan  təbii  güllə  otağa  girdi.  Güldanın 
dövrəsinə  alüminium  kağız  bükülmüşdü.  Dedi  ki,  bunu 
Ə
li ağa verdi. 

 
79
Soruşdum ki, içəri girdi? 
Dedi ki, yox, anamla cənab Rüstəminin evinə getdilər. 
Güldanı  güzgü  və  şamdanın  yanına  qoydum.  Ağ  və 
çəhrayı  novruzgülü  güllərinin  şəkli  də  güzgüyə  düşdü. 
Fikirləşdim ki, kaş mən də onlarla birgə gedib başsağlığı 
verəydim. 
Az  sonra  dayım  gəldi.  Öz  nikah  süfrələrindən  qalan 
ş
eyləri  gətirib  süfrəyə  qoydu:  gümüşü  rəngli  fındıq-qoz 
səbəti,  gümüşü  əklillə  bəzədilmiş  bir  neçə  parça  quru 
səngək  çörəyi,  üzük  yeri  olan  gips  əklilli  iki  ağ  sədəf, 
nabat, noğul və gül. 
Dayım  gələndən  sonra  hamı  tələsməyə  başladı.  Atam 
bayıra çıxdı və az sonra bir qutu şirniyyatla qayıtdı. Yenə 
gedib bir neçə qutu alma və portağal gətirdi. Növbəti dəfə 
gedib  yulğun  şirniyyatı  və  şokolad  aldı.  Hər  dəfə 
qayıdandan sonra anam yeni bir sifariş verirdi. 
Nahara  nənəm  də  gəldi.  Məni  görən  kimi  dedi: 
"Vəcihə, Firiştəni salona aparmamısan?!" 
Anam  mənə  baxıb  çiyinlərini  çəkdi.  Nənəm 
deyinməyə başladı. 
–  Qalx.  Mən  belə  gəlin  görməmişəm.  Tez  ol,  heç 
olmasa, üzünü təmizlə. 
Anamın  hər  barmağından  bir  hünər  yağırdı.  Mahir 
dərzi  olmasından  əlavə,  qadın  bəzəməyi  də  bacarırdı. 
Nənəmin  tapşırığı  ilə  saçımı  burdu.  Anam  saçımı 
düzəldə-düzəldə  nənəmə  deyirdi  ki,  günortadan  qabaq 
Ə
li  ağa  ilə  Şəhid  Rüstəminin  evinə  getmiş  və  onlardan 
icazə  almışlar.  Əli  ağa  demişdi:  "Bizim  xüsusi  bir 
mərasimimiz  olmayacaq,  amma  sizin  icazəniz  vacibdir". 
Saçım  hazır  olanda  aldığımız  donu  geyindim.  Lakin 
otağa  girən  kimi  nənəm  üz-gözünü  turşudub  dedi:  "Bu 
nədir?! Bəs gəlinlik paltarı almamısınız?" 

 
80
Mən  dedim:  "Bu,  yaxşıdır;  həm  gəlin  paltarıdır,  həm 
də Əli ağaya görə qara xətləri var". 
Nənəm  başını  yelləyib  deyindi.  Anam  dodağını 
dişləyib işarə ilə bildirdi ki, heç nə deməyim. 
Nahar yeməyini yenicə yemişdik ki, qonaqlar gəldilər. 
Bibilər,  əmilər,  əmilərin  yoldaşları,  dayım,  dayımın 
yoldaşı  və  başqa  bir  neçə  yaxın  qohumumuz  bizim 
tərəfimizdən çağırılmışdılar. 
Saat 
dördün 
yarısında 
Ə
li 
ağa, 
ailəsi 
və 
qohumlarından  bir  neçə  nəfər  gəldilər.  Əli  ağa  yenə 
gödəkcəsini  geyinmişdi,  tünd  boz  şalvar  və  qəhvəyi 
köynəklə.  Böyük  bir  tort  da  gətirmişdilər.  Tortu  nikah 
süfrəsinin ortasına qoydular. 
Başıma  atdığım  çadra  ağ  idi  və  xırda  mavi  gülləri 
vardı. Süfrənin başında oturmuşdum. Bütün otaq xanımla 
dolu  idi.  Əli  ağa  bir  neçə  dəqiqəliyə  otağa  girdi,  nikah 
süfrəsinin  başında  mənim  yanımda  oturmaq  istəyirdi. 
Lakin  orada  xanımların  oturduğunu  görüb  kişilərin 
toplaşdığı dəhlizə getdi. Mehdi əmi foto çəkirdi. 
Məryəm  başıma  qənd  səpirdi.  Birdən  dəhlizdən 
salavat  və  gülüş  səsləri  ucaldı.  Anam  dəhlizə  çıxıb 
qayıtdı.  Onun  ardınca  Mənsurə  xanım  və  Məryəm  də 
gedib-gəldilər.  Məryəm  dedi:  "Əli  ağanın  dostları 
gəldilər.  Əli  dostlarından  heç  kimi  dəvət  etməmişdi, 
bilmirəm özləri haradan xəbər tutublar". 
Mənsurə  xanım  sevincək  dedi:  "Əmir  deyir  ki, 
dostlarından  biri  öyrənib  hamıya  xəbər  verib.  Bizi 
izləyiblər. Çatandan sonra küçədə gizləniblər və biz içəri 
girəndə  onlar  da  "ya  Allah"  deyə-deyə  içəri  girdilər. 
Allaha şükür ki, Əlinin ətrafında adam çoxdur və dostları 
onun yanındadırlar". 
 

 
81
Baqir əminin səsi gəldi. Təsnif oxuyurdu: 
 
Tərcümə: 
 
"Əgər  mömin  və  sadiqsənsə,      Bizimlə  müvafiq 
olarsan. 
Hər bir münafiqin acığına,              Məhəmmədə 
salavat! 
Səmada  mələk  varmış,                            Məhəbbəti  cana 
düşmüş. 
Ə
rşə  gözəl  yazılmış:                                      “Məhəmmədə 
salavat!” 
Ş
übhəsiz, Əli vəli idi,            Peyğəmbərin yetirməsi 
idi, 
Ə
li  hamının  şahı  idi.                                          Məhəmmədə 
salavat!" 
 
Ə
li  ağanın  dostları  gələndən  sonra  ab-hava  dəyişdi. 
Kişilərin  xorla  salavat  səsi  qadınları  da  salavata 
həvəsləndirdi. 
Az  sonra  qapının  önündə  dayanmış  anam  dedi:  "Ağa 
nikah əqdin oxuyur". 
Ürəyim əsməyə başladı. Elə bildim ki, ramazan ayıdır 
və  sübh  azanına  çox  az  qalıb;  tələsik  dua  etməyə 
başladım.  Allahdan  istədim  ki,  bizi  xoşbəxt  etsin,  bizə 
Məkkə və Kərbəla ziyarəti qismət eləsin. 
Sonra Quranı götürüb oxumağa başladım. 
Ə
hməd  dayım  mənim  vəkilim  olmuş  və  məclisdə 
mənim  yerimə  "bəli"  demişdi.  Əhməd  dayım  nikah 
ş
öbəsinin  böyük  dəftəri  ilə  otağa  girib  məndən  çoxlu 
imza aldı. Anam dedi ki, nikahı Ayətullah Nəcəfi oxudu. 

 
82
Yenidən  kişilərin  salavat  səsi  gəldi.  Baqir  əmim 
oxuyurdu: 
 
 
Tərcümə: 
 
"Aç ağzını, nə qədər ki,             Varındır hərəkət. 
Məhəmmədin  gül  üzünə                          Hər  an,  hər  an 
salavat!” 
 
Salavat  səsi  evi  başına  almışdı.  Anam  qapının 
önündən  bizə  səslənib  dedi:  "Xanımlar,  kürəkən  təşrif 
buyurur". 
Başlarından  çadraları  düşmüş  qadınlar  özlərini 
səliqəyə  saldılar.  Əli  ağa,  Mahmud  dayı  və  atam  içəri 
girdilər. 
Ə
li  ağa  yanımda  oturub  utana-utana  yavaşdan  salam 
verdi,  halımı  soruşdu.  Mahmud  dayı  böyük  dəftəri 
qarşıma qoydu və imzalamalı olduğum yerləri göstərdi. 
Məryəm  içində  üzük  olan  sədəfi  Əli  ağanın  önünə 
qoydu.  Əli  ağa  özünü  itirib  üzüyü  götürdü,  mənim 
sağımda  oturduğuna  görə,  sağ  əlimi  tutdu  və  üzüyü 
barmağıma taxdı. Yavaşca dedim: "Buna yox, sol əlimə". 
Sol  əlimi  yaxınlaşdırdım.  Əli  ağa  qızarmışdı,  üzüyü 
çıxarıb bu dəfə sol əlimin barmağına taxdı. 
Atam  Əli  ağaya  aldığı  əqiq  qaşlı  gümüş  üzüyü  onun 
barmağına taxdı. 
Ötən  il  ailəvi  şəkildə  ümrəyə  gedəndə  atam  oradan 
gələcək  kürəkəninə  qəşəng  bir  rado  saatı  almışdı.  Onu 
hədiyyə olaraq Əli ağaya verdi. 

 
83
Birdən  gözüm  güzgüdə  Əli  ağaya  sataşdı.  Mənə 
baxırdı.  Utanıb  tez  baxışımı  gizlətdim  və  başımı  aşağı 
saldım. Əli ağa ilk dəfə onda məni düz-əməlli görürdü. 
Ertəsi  gün  anam  sexə  getdi,  mən  də  bacılarımla  evi 
təmizləməyə  başladım.  Zəhərlənmənin  təsiri  hələ 
bədənimdən  çıxmamışdı.  Anam  günorta  gələndə  dedi: 
"Səhər siz yuxuda olanda Əli ağa gəldi və axşama bizi öz 
heyətlərinə dəvət etdi". 
Axşam  ailəvi  getdik.  Bloklarının  önündə  içində  işıq 
yanan ağ tablo vardı. Tabloya belə  yazılmışdı: "Şəhidlər 
yolu heyəti". 
Heyəti  Əmirlə  Əli  ağa  təsis  etmişdilər  və  ilk  dəfə  idi 
məclis onların evlərində keçirilirdi. 
Elə  biz  də  ilk  dəfə  idi  onlara  gedirdik.  Hünəristan 
binalarının  dördüncü  mərtəbəsində  yerləşən  üçotaqlı  ev 
idi. Əsasən, kişi məclisi idi. Qadınlar tərəfdə mən, anam, 
bacılarım,  Mənsurə  xanım,  Məryəm  və  Münirə  xanım 
oturmuşduq.  O  axşam  öyrəndim  ki,  Mənsurə  xanımın 
Hacı baba və Xanımcan dedikləri ata-anası, yeganə bacısı 
Fatimə  xala  və  Mənsurə  xanıma  çox  oxşayan  qardaşı 
Məhəmməd 
dayı 
Tehranda 
yaşayırlar. 
Məryəm 
Xanımcanın Xarici İşlər Nazirliyində işləyən qonşusunun 
oğlu ilə nişanlı idi və yayda toy edib Tehrana köçəcəkdi. 
Ə
li  ağa  bizim  oturduğumuz  otağa  gəlib  xoşgəldin 
dedi.  Bizi  gördüyünə  çox  sevindiyi  hiss  olunurdu.  Daha 
məclisin  sonuna  qədər  Əli  ağanı  görmədim.  Məclisdən 
sonra  bir  dostunun  maşını  ilə  bizi  evimizə  apardı. 
Sağollaşanda  atamın  evə  girməsinə  qədər  gözlədi,  sonra 
anama dedi: "Hacı xanım, sabah ağa Mahmud və yoldaşı 
ilə  Quma  getmək  istəyirik.  İcazə  verirsiniz  Zəhra  xanım 
da bizimlə gəlsin?" 
Anam bir qədər dayanıb dedi: "Atasına dediniz?" 

 
84
Ə
li  ağa  əllərini  ovuşdurub  dedi:  "Yox.  Düzü, 
utandım". 
Anam  gülümsünüb  dedi:  "Yaxşı,  mən  indi  ona 
deyərəm. Sabah gəlin, əgər icazə versə, Firiştə də sizinlə 
gedər". 
Ə
li ağa daha heç nə demədi, sağollaşıb getdi. Anam da 
atamdan  icazə  alıb  gecə  ikən  mənə  kiçik  bir  çanta 
hazırladı.  Bir-iki  dəst  paltar,  namaz  çadrası,  dəsmal  və 
pasportumu  qoydu.  Sübh  namazı  vaxtı  da  lazım  olan 
tövsiyələri verdi. 
Səhər  yeməyi  yeyəndə  Əli  ağa  zəngi  çaldı.  Atam 
qapını  açdı.  Mahmud  dayı  və  yoldaşı  da  orada  idilər. 
Anam  dayımı  və  dayım  yoldaşını  görüb  sevindi,  məni 
dayıma  tapşırdı  və  dayımın  yoldaşına  bəzi  tövsiyələrini 
verdi. 
Ə
li  ağa  dostunun  köhnə  peykanını  sürürdü.  Dayım 
qabaqda oturdu, mənimlə dayım yoldaşı da arxada. Anam 
arxamızca  su  tökdü,  atam  dua  və  salavatla  bizi  həmişə 
üstündə  olan  cib  Quranının  altından  keçirdi.  Əli  ağa 
mühərriki  işə  saldı,  maşın  qarıldayıb  yola  düşdü.  Dayım 
yoldaşı  ilə  mən  arxada  söhbətləşirdik,  Əli  ağa  ilə 
Mahmud  dayı  da  qabaqda.  Yolun  ortasından  Mahmud 
dayım  lətifə  söyləməyə  və  xatirə  danışmağa  başladı.  O 
qədər  güldük  ki,  nə  vaxt  günorta  olduğunu  və  Savəyə 
çatdığımızı  bilmədik.  Bir  kababçıya  getdik.  Əli  ağa  özü 
ilə mənə plovla sultani kababı sifariş verdi. Mən Əli ağa 
ilə  üzbəüz  oturduğumdan  yeməyə  utanırdım.  Plov  və 
kababımdan  azca  yeyib  kənara  çəkildim.  Bilmirəm 
nədənsə  dayım  yoldaşı  da  belə  etdi.  Onun  da  xörəyinin 
yarısı  qaldı.  Mövzu  axtaran  Mahmud  dayım  bunu  da 
gülüş  mövzusuna  çevirdi.  O,  deyirdi:  "Əli  ağa,  heç  qəm 

 
85
eləmə, bizim ki belə xanımlarımız var, bir ilə hacı olarıq. 
Gələn il bu vaxt hər ikimiz Məkkədəyik". 
Sonra  yoldaşının  boşqabından  kabab  götürüb  ağzına 
qoydu  və  iştahla  yeyə-yeyə  dedi:  "Həm  də  hər  ikimiz 
kökələcəyik,  bunlar  heç  nə  yemirlər.  Mən  bir  neçə  aya 
gonbul olacam". 
Yanaqlarını köpürdüb kök adamların tərzini çıxardı və 
sözünə davam etdi. 
–  Gələn  il  bu  vaxt  nəinki  maşın,  hətta  evimiz  də 
olacaq. 
Dayım danışır, biz də gülürdük. 
Axşamçağı Quma çatdıq. Kişilər hərəmin yaxınlığında 
bir  hotel  tapdılar.  Pasport  istədilər.  Hamımızda  pasport 
vardı, amma dayım yoldaşı ilə mənim pasportumda şəkil 
yox idi. 
Ə
li  ağa  hotelin  işçiləri  ilə  nə  qədər  danışdısa,  faydası 
olmadı. Əmakin idarəsinə getməyə məcbur olduq. İki-üç 
saata idarəni tapdıq və icazə alıb hotelə qayıtdıq. 
Ə
li  ağa  və  Mahmud  dayı  çantalarımızı  otaqlara 
qoydular.  Biz  salonda  gözləyirdik.  Əvvəlcə  hərəmə 
getmək  istəyirdik.  Dayımla  yoldaşı  bir-biri  ilə  danışa-
danışa  öndə  gedirdilər,  Əli  ağa  ilə  mən  isə  sakit 
addımlayırdıq.  Onun  sözünü  xatırlayıb  bir  neçə  addım 
geriyə qaldım. O, dayanıb mənim çatmamı gözləyir, mən 
də  tez-tez  geri  qalırdım.  Axırda  səbir  kasası  doldu  və 
soruşdu: "Yorulmusan?" 
Cavab  verdim:  "Yox,  özünüz  dediniz  ki,  küçədə  bir 
yerdə getməyək. Şəhid ailələri yadınızdadır?!" 
Ə
li  ağa  gülümsünüb  dedi:  "Bunlar  Həmədana  aiddir, 
burada bizi kimsə tanımır". 
Gecə  yarısı  hotelə  qayıtdıq.  Otaqlar  ikinci  mərtəbədə 
idi. Dayım cibindən açarı çıxardı, bir otağın qapısını açıb 

 
86
yoldaşını  içəri  dəvət  etdi.  Mən  hara  getməli  olduğumu 
bilmirdim. 
Ə
li ağa yandakı otağın qapısını açıb dedi: "Buyurun". 
Həm  utanır,  həm  də  qorxurdum.  İki  yol  ayrıcında 
qalmışdım.  Dayımın  yoldaşına  baxdım,  gözlərimlə 
yalvardım  ki,  məni  öz  yanına  apar,  amma  o,  "gecəniz 
xeyrə  qalsın"  deyib  getdi.  Çarəsiz  qalıb  otağa  girdim. 
Özümü  təhlükədə  hiss  edirdim,  otağın  ab-havası  mənə 
ağır  gəlirdi.  Pəncərənin  yanındakı  iki  kreslonun  birində 
oturdum. 
Ə
li  ağa  otaqda  gəzişir  və  guya  əşyalarla  məşğul 
olurdu.  Otaqda  bir-birindən  ayrı  iki  çarpayı  vardı, 
aralarına  kiçik  bir  stol  qoymuşdular.  Otaqda  kiçik  bir 
soyuducu,  bir  televizor,  iki  kreslo  və  bir  jurnal  stolu  da 
vardı.  Əli  ağa  soruşdu:  "Yuxun  gəlmir?  Yorğun 
deyilsən?" 
Özümü itirdim. 
- Yox. 
Psixoloji vəziyyətimi başa düşdü, qollarını çırmalayıb 
tualetə  girdi.  Bir  müddət  ötdü,  gəlmədi.  Qalxıb 
pəncərənin  arxasında  dayandım.  Həzrət  Məsumənin 
məqbərəsinin  günbəzi  və  minarələri  görünürdü.  Qəşəng 
və  ürəkaçan  mənzərə  idi,  gözümü  çəkmək  istəmirdim. 
Gec  olsa  da,  maşınlar  gedib-gəlirdilər.  Suhan  halvası, 
təsbeh və sovqat mağazalarının rəngli neon işıqları yanıb-
sönürdü. Məqbərəyə gedən səkilərdə çoxlu adam vardı. 
Ə
li  ağa  tualetdən  çıxdı,  üzü  yaş  idi  və  köynəyinin 
qollarını  aşağı  salırdı.  Məni  görəndə  təəccüblə  dedi: 
"Hələ yatmamısan?" 
Dedim: “Yuxum gəlmir”. 
Gülümsəyib  dedi:  "Bəllidir  ki,  həm  yuxun  gəlir,  həm 
də yorğunsan. Mən namaz qılmaq istəyirəm, bəzi işlərim 

 
87
də  var.  Əgər  mənim  yanımda  narahatsansa,  aşağı 
düşüm". 
Dedim ki, yox, rahat olun. 
Dedi: "Onda sən də rahat ol və  yat.  İstəyirsən işıqları 
söndürüm?" 
Mən  cavab  verməmiş  işıqları  söndürdü  və  namaza 
başladı.  Fürsətdən  istifadə  edib  çadramı  çıxardım  və 
ə
dyalı  başıma  çəkdim.  Yorğunluqdan  çox  tez  yuxuya 
getdim. 
Azan  səsinə  yuxudan  oyandım  və  özümdən  asılı 
olmadan, Əli ağanın çarpayısına baxdım. 
Çarpayıda  heç  kim  yox  idi,  amma  ədyal  kənara 
düşmüşdü. 
Küçənin 
işıqları 
otağı 
işıqlandırırdı. 
Çarpayının  üstə  oturdum.  Şırıltı  səsi  gəlirdi  və  tualetin 
işığı  yanırdı.  Qalxıb  çadramı  başıma  atdım.  Əli  ağa 
dəstəmaz  almışdı  və  tualetdən  çıxırdı.  Salam  verdim. 
Təəccüblə  dedi:  "Salam.  Sən  oyaqsan?!  Deyəsən,  çox 
yorğun idin, başını yerə qoyan kimi yatdın". 
Dedim ki, bəli, yorulmuşdum. 
Dedi:  "Ağa  Mahmudla  sübh  namazına  məqbərəyə 
getmək istəyirik, gəlirsən?" 
Dedim ki, dəstəmaz almamışam. 
Otağın qapısını açdı. 
–  Mən  ağa  Mahmudun  otağının  qapısını  döyüncə  sən 
də dəstəmaz al. 
 
*** 
 
Səhər  yeməyindən  sonra  Tehrana  yola  düşdük. 
Təxminən 40 dəqiqə yol getmişdik ki, birdən dayım qəliz 
Həmədan  ləhcəsi  ilə  dedi:  "Ay  səni!  Suhan  almaq 
yadımızdan çıxdı". 

 
88
 Əli  ağa  ayağını  qazın  üzərindən  götürdü,  maşının 
sürəti azaldı. Dedi: "Nə edək? Qayıdaq?" 
Mən və dayım yoldaşı maşının arxasında oturmuşduq, 
ikimizi də gülmək tutdu. 
Dayım  dedi:  "Məgər  Quma  gedib  suhan  almamaq 
olar?! 
Bizi 
Həmədana 
buraxmazlar, 
gözlərimizi 
çıxararlar". 
Bir  qədər  öndə  dönməyə  yer  vardı.  Əli  ağa  döndü  və 
yenidən Quma sarı hərəkət etdik. Quma çatmamış  yolun 
kənarında iki-üç mağaza vardı. Bir neçə qutu suhan aldıq 
və deyib gülə-gülə qayıtdıq. 
Qum  şəhərindən  təxminən  bir  saat  idi  ayrılmışdıq  ki, 
birdən  maşın  guruldamağa  başladı.  Dayım  dedi:  "Vay-
vay, bu maşın da öskürməyə başladı". 
Biz  yenə  güldük.  Əli  ağa  maşını  yolun  kənarında 
saxladı.  Yerə  enib  kapotu  açdı.  Dayım  da  ona  kömək 
etdi.  Mən  və  dayım  yoldaşı  maşından  endik.  Dayım 
yoldaşı soruşdu: "Nə olub, Mahmud ağa?" 
Dayım gülə-gülə dedi ki, inadkarlıq edir. 
Fürsətdən  istifadə  edib  ətrafda  gəzişdik.  Sərin  külək 
ə
sirdi.  Uzaqda  bir  neçə  ağac,  dağ,  təpə  və  yaşıl  çöllük 
vardı. Sürətlə şütüyən yük və minik avtomobillərinin səsi 
yaxınlığımızda  yeri  dimdikləyən  və  yolçuların  artığını 
yeyən sərçələrin cik-cik səsini yaxşı eşitməyə qoymurdu. 
Ə
li  ağa  və  Mahmud  dayı  qollarını  çırmayıb  maşının 
ürək və bağırsaqlarını yerə tökdülər. 
Bir  saatdan  sonra  maşın  işə  düşdü  və  biz  salavatla 
maşına  mindik.  Dayım  yeni  mövzu  tapmışdı  və  maşını 
ə
lə  salırdı.  Bir  kilometr  getməmiş  maşın  yenidən 
pırıldadı və söndü. 

 
89
Dayım  zarımağa  başladı.  İndi  Əli  ağa  gülüb  deyirdi: 
"Dedim axı, bu maşın kövrəkdir, sən qulaq asmadın, indi 
buyur, küsdü!" 
Ə
li  ağa  ilə  dayım  maşından  enib  onu  ehtiyatla  yolun 
kənarına  gətirdilər.  Biz  maşında  idik,  tez-tez  salavat 
deyib,  dua  edirdik  ki,  pis  bir  hadisə  baş  verməsin.  Bu 
dəfə  maşının  benzini  bitmişdi.  Əli  ağa  iyirmilitrlik  boş 
yanacaq qabını Mahmud dayıma verib dedi: "Sən olasan, 
bir də bizim dilsiz dostumuz olan maşını ələ salmayasan! 
Qaç, üçəcən sayınca qayıtmısan". 
Dayım  qayıdınca  çox  uzun  çəkdi,  benzini  baka 
boşaltdılar və maşın yenidən yola düşdü. 
Səhər  tezdən  yola  çıxmışdıq,  saat  dörddə  Tehrana 
çatdıq.  Ac-susuz  və  yorğun  idik.  Şəhərin  girişində 
Azadlıq  Meydanının  ətrafındakı  küçələrin  birində  nahar 
yedik.  Bir  neçə  hotelə  baş  çəkdik,  amma  yenə  də 
pasportumuzda  şəkil  olmadığına  görə  bir  yer  tapa 
bilmədik. 
Çox  məsləhət-məşvərətdən  sonra  qərara  gəldik  ki, 
Kərəcə  gedək.  Əli  ağa  düşünürdü  ki,  orada  Tehran  kimi 
tələbkarlıq olmaz və bir yer tapa bilərik. 
Dayımın yoldaşı yorğunluqdan yuxuya getmişdi. Mən 
təqvimdə  30  mart  1986-cı  ilin  önündən  həmin  günün 
hadisələrini yazırdım. Mahmud dayım yoldaşı oyanmasın 
deyə yavaşca dedi: "Təqviminə nə yazırsan?" 
Ə
li ağa gülərək dedi: "Zəhra xanım, əgər səfərimizdən 
yazırsansa, pisləmə, yaz ki, çox yaxşı keçdi". 
Mahmud dayı yenidən zarafata başladı. 
–  Birdən  bizi  pisləyərsən  orada,  eşitsəm,  gözünü 
çıxararam. 
Sonra bizim kabab yeməyimizi, benzinin bitməsini və 
özünün benzin ardınca sərgərdan olmasını yada saldı. Bu 

 
90
hadisələri o qədər bəzəyib danışdı ki, gülüşümüzə yoldaşı 
oyandı. 
Gecə  Kərəcə  çatdıq.  Əli  ağa  ilə  dayım  bir 
mehmanxana  tapdılar.  Onlar  şəkilli  pasporta  ehtiyac 
olmadan bizə iki otaq verdilər. 
Mehmanxana  sarıdan  arxayın  olandan  sonra  qərara 
gəldik  ki,  gedib  Kərəcin  küçələrində  bir  qədər  gəzək. 
Dayım  və  dayım  yoldaşı  çalışırdılar  ki,  Əli  ağa  ilə  mən 
bir yerdə yeriyək. Dayım Əli ağanı mənə tərəf itələyirdi, 
dayım yoldaşı da məni onun yanına göndərirdi. Lakin hər 
ikimiz  utanırdıq  və  bir  qədər  aralıda  başıaşağı  yol 
yeriyirdik. Şam yeməyini bayırda  yedik və gecəyə qədər 
şə
hərdə gəzdik. 
Ertəsi  gün səhər Həmədana qayıtdıq, Əli  ağa  evimizə 
gəlib  məni  anama  tapşırdı  və  sağollaşıb  getdi. 
Sağollaşanda ünvanını verdi ki, ona məktub yazım. 

 
91
 
Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin