Yeddinci fəsil: Kaş Səidlə getməyəydim!
Biz evə girəndə ağa Hadi və Fatimə dəhlizdəki
əş
yalarını düzürdülər. Hələ tam yerləşməmişdilər. Ev tör-
töküntülü, hər yer toz-torpaq içində idi. İlk anda
fikirləşdim ki, böyük bir təmizliyə ehtiyac var. Ertəsi gün
səhər kişilər getdilər və bir səhvimə görə hələ də
heyfsiləndiyim
hadisələr
baş
verdi.
Bu
mənim
xamlığımdan və təcrübəsizliyimdən irəli gəlirdi.
Dezfula gəlişimizdən iki-üç gün sonra səhər saat 10-a
yaxın qapı döyüldü. Düşündük ki, Əli ağanın dediyi
döyüşçüdür. Başıma çadra atıb qapıya yaxınlaşdım.
Kimliyini soruşdum. Səsdən tanımadım. Dedi: "Mənəm,
Ə
li ağanın müavini Səid Sədaqəti. Gəlmişəm görüm
çətinliyiniz varmı?"
Dedim: "Əli ağa və ağa Hadi şənbə günü cəbhəyə
getdilər. Dedilər ki, bu tezliyə qayıtmayacağıq".
Səid ağa təəccüblə dedi: "Mən Əhvaza gedirəm.
Mənim ailəm, Hacı Hüseyn Həmədaninin, cənab
Bəşirinin və başqa bir neçə nəfərin ailəsi Əhvazdadır.
Gəlin mənimlə gedək".
Dedim: "Axı Əli ağanın xəbəri yoxdur. Birdən bu
gecə qayıdıb nigaran qalar".
Səid ağa dedi: "Sizi Əhvaza qoyub Əli ağanın yanına
gedəcəyəm. Özüm ona deyərəm. Ancaq tez olun. Burada
qalmanız məsləhət deyil".
Bədbəxtlikdən, həmin anda yenidən vəziyyət pisləşdi,
zenitlərin gurultusu qopdu. Səid ağa nigaran halda dedi:
"Çox tələsin. Mən maşındayam".
Nə
edəcəyimi
bilmirdim.
Məsələni
Fatiməyə
danışdım. Fatimə dedi: "Firiştə, getməyimiz yaxşıdır.
Düzü, gecələr vəziyyət pisləşəndə mən çox qorxuram.
142
Gedək Əhvaza, Hadi ilə Əli ağa qayıdanda biz də onlarla
gələrik".
Fatimənin bu fikrindən sonra əşyalarımı yığmağa
başladım. Yaxşı hisslər keçirmirdim. Sanki kimsə
dayanmadan mənə "getmə" deyirdi.
İ
ndi də həmin günü və o hadisəni xatırlayanda
deyirəm ki, kaş onunla Əhvaza getməyəydik. Kaş evdə
olmayaydıq və qapını açmayaydım. O zaman hadisələr
ayrı cür olardı. Lakin təəssüf ki, qapını açmışdım.
Hərçənd, onda da düşünürdüm ki, getməməliyəm, amma
bilmirəm nədənsə bacarmadım. Ürəyim getməyə razı
deyildi, amma getdik.
Səid ağanın land roverinə mindik. O, sürətlə Əhvaza
doğru sürürdü. Mən çox iztirab içində idim və
həyəcanımı hərdən Fatiməyə bildirirdim. Səid ağa bunu
hiss edib dedi: "Niyə bu qədər narahatsınız?! Narahat
olmayın. Mən bu gün mütləq Əli ağanı görüb ona
deyəcəyəm".
Nəhayət,
Ə
hvaza
çatdıq.
Karun
körpüsündən keçib bir neçə küçəni və bir böyük
xəstəxananı arxada qoyduq. Qəşəng bir həyət evinin
qarşısında dayandıq. Səid ağa bir neçə siqnal verib dedi:
"Əgər bütün xanımlar bir yerdə olsalar, biz də arxayın
olarıq".
Az sonra ağ güllü çadra örtmüş bir qadın qapını açdı.
Çadranın üstündən hamilə olduğunu bildim. Az sonra
öyrəndik ki, Səid ağanın yoldaşıdır. Bizə xoşgəldin deyib
həyətə dəvət etdi. Bizim evimizdən fərqli olaraq, bu ev
çox böyük, ürəkaçan və yaraşıqlı idi, həyətdə çoxlu
ağaclar və güllü bağçalar vardı. Həyətin ortasına ağ bir
yelləncək qoyulmuşdu. Səid ağanın həyat yoldaşı Fatimə
ilə çox tez dostlaşdıq. Ona dedim ki, birdən Səid ağa
bizim burada olduğumuzu Əli ilə ağa Hadiyə deməyi
143
yaddan çıxarar. Fatimə xanım dedi: "Səid?! Səidin
yadından çıxmaz. Mümkün deyil. Mütləq ağalarınıza
deyəcək".
Bunu eşidib bir qədər rahtlaşdım.
Evdə çoxlu böyük otaqlar vardı və hər ailə bir otaqda
qalırdı. Mətbəx, hamam və tualet müştərək idi. Az sonra
Hacı ağa Həmədaninin xanımı bizi qarşılayıb xoşgəldin
dedi. Uşaqları Vahab, Mehdi və Zəhra da yanında idilər.
Həmin gecə Səid ağa gəlmədiyinə görə biz onların
otağında yatdıq. Hərçənd nigaranlıqdan səhərəcən
yataqda fırlandım.
Sübh namazına oyananda qəribə həyəcanım vardı.
Səhər yeməyi zamanı qapının zəngi hamımızı ayağa
qaldırdı. Xanımların biri qapını açdı və otağa gəlib dedi:
"Firiştə xanım, cənab Çitsazianın sizinlə işi var".
Fatiməyə baxıb dodağımı dişlədim. Tez çadramı
başıma atıb qapıya qaçdım. Fatimə də dözə bilməyib
ardımca gəldi. Əli ağa təmiz və səliqəli görkəmdə
qapının arxasında dayanmışdı. Duş qəbul etdiyi bilinirdi.
Ağa Hadi həyəcanlı və əsəbi idi. Fatiməni görən kimi
dedi: "Bəs siz haradasınız?!” Əli ağa heç nə demədi.
Sakit dayanıb mənə baxırdı. Yavaşca salam verib əlini
tutdum və dedim: "Gəl içəri. Səhər yeməyi yemisiniz?"
Yenə heç nə demədi. Təngnəfəs olmuşdum. Bildim ki,
həyəcan və nigaranlıq səbəbsiz deyilmiş. Qorxu və
xəcalət içində dedim: "Bəs Səid ağa sizə demədi? Dedi
ki, mütləq xəbər verəcək".
Ə
li ağa Hadiyə baxıb təəccüblə dedi: "Kim? Hansı
Səid?"
- Səid Sədaqəti.
- Yox, biz dünəndən Səidi görməmişik.
144
Soruşdum:
"Bəs
burada
olduğumuzu
haradan
öyrəndiniz?"
Ə
li ağa hövsələsiz halda cavab verdi: "Qonşuların biri
sizin Səid Sədaqətinin maşınına mindiyinizi görmüşdü.
Təxmin etdik ki, sizi buraya gətirib".
Ə
li ağanın əvəzinə mən narahat oldum, ağlamamağa
çalışdım. Səid Sədaqətinin yoldaşı Fatimə xanım gəlib
kişiləri içəri dəvət etdi. Ağa Hadi, Fatimə və Zeynəb bir
otağa keçdilər, Əli ağa ilə mən də bir otağa. Evdə ürəyin
istəyən qədər boş otaq vardı.
Özümə hirsləndim. Dedim ki, nə üçün ürəyimin
sözünə
qulaq
asmadım?
Axı
ürəyimin
məni
aldatmadığını bilirdim; bunu dəfələrlə görmüşdüm.
Ağlayıb-ağlamadığımı xatırlamıram, amma yadımdadır
ki, çox narahat idim. Dedim: "Vallah, Əli can, bizim
təqsirimiz deyildi. Ağa Səid dedi ki, mütləq sizi görüb
deyəcək. Əgər sizi görməyəcəyini bilsəydim, ayağımı
sındırıb oturardım". Sonra yalvarmağa başladım: "Əli,
sən Allah, xahiş edirəm, məndən incimə. Bağışla, üzr
istəyirəm".
Ə
li ağa gülümsəyib dedi: "Mən axı inciyənə
oxşayıram?!"
Onun sakit və gülər üzünü görüb özümə gəldim.
Sevincək qalxıb səhər yeməyi gətirməyə getdim. Əhvazın
lavaş çörəyi Həmədan lavaşından qalındır. Təzə və isti
olanda çox dadlı olur. Kəpənək kimi yüngülləşdim,
sevinclə uçub ona çay, çörək və mürəbbə gətirdim. O bir
söz deməsə və sakitcə səhər yeməyini yesə də, ürəyində
məndən incidiyini bilirdim. Bu bir neçə ayda xasiyyətinə
bələd olmuşdum. Bir şeydən əsəbiləşəndə danışmazdı.
Səhər yeməyini yeyəndən sonra qalxıb dedi: "Biz gedirik,
işimiz çoxdur. Siz hələlik burada qalın".
145
Qorxumdan heç nə demədim. Söhbətin bağlandığına
görə sevinirdim. Dəhlizə çıxıb ucadan dedim: "Xanımlar,
bayıra çıxmayın, ağalar getmək istəyirlər". Əli ağa ilə ağa
Hadi gedəndən sonra Fatimənin otağına qaçdım. Fatimə
narahat idi. Məni görən kimi soruşdu: "Nə oldu? Əli ağa
da səninlə dalaşdı?"
Dedim ki, yox, məgər ağa Hadi nəsə dedi?
Fatimə hövsələsiz idi. Ah çəkib dedi: "Hadi çox
ə
səbiləşmişdi. Haqqı da vardı. Bizim bəxtimizdəndir də.
Qalıb-qalıb gərək məhz bu axşam evə gedəydilər!"
Təəccübdən yerimdə dondum. Dedim: "Doğru deyirsən?
Axşam gediblər evə?"
Təəccüblənmək növbəsi Fatiməyə çatmışdı: "Bəs Əli
ağa sənə demədi?"
Qeyri-ixtiyari olaraq çiyinlərimi çəkdim. Fatimə
danışmağa başladı:
- Bizim bəxtimizdən, axşam gediblər evə. İşıqların
söndüyünü və bizdən xəbər çıxmadığını görüb yazıqlar o
qədər qorxublar ki, evə girməyə cürət etmirmişlər. Hadi
deyirdi ki, mən Əli ağanı içəri itələyirdim, Əli ağa da
məni. Fikirləşiblər ki, yəqin başımıza bir iş gəlib.
Elektrik qoruyucu da atıbmış. Əzab-əziyyətlə işıqları
düzəldib evə girirlər. Bir tərəfdən sevinirlər ki, başımıza
bir iş gəlməyib, bir tərəfdən də məəttəl qalıblar ki, bəs
haradayıq. O qədər pis şeylər fikirləşiblər ki, yuxuları
qaçıb. Axırda Əli ağa deyib ki, Firiştəgilin burada
qohumları var, bəlkə ora gediblər. Beləcə bir az
rahatlaşıblar. Amma gözlərinə yuxu getmədiyindən
qalxıb evin canına düşüblər. Bütün palazları çırpıb-
təmizləyiblər. Hadi deyirdi ki, ədyalları səliqə ilə bütün
qonaq otağının yerinə səriblər.
146
Fatimə buraya çatanda göz vurub dedi: "Hamısından
yaxşısı budur ki, bütün şüşələri siliblər. Görmədin ki,
özləri necə tərtəmiz idilər?! O qədər toz-torpağa
bələşiblər ki, səhər çağı hamama giriblər.
Fatimə bütün bunları xüsusi həyəcanla danışırdı. Mən
onda və hətta sonralar fikirləşirdim ki, necə oldu Əli ağa
bunların heç birini mənə demədi və əsəbini gizlədə
bildi?!
Bu hadisə Əli ağanı daha çox tanımama səbəb oldu.
Başa düşdüm ki, o, digərləri kimi deyil. Ən azı, məndən
və o günə qədər tanıdığım adamlardan çox fərqli idi.
Həmin evdə qaldığımız 10-11 gündə Əli ağa və ağa
Hadi bir neçə dəfə bizi görməyə gəldilər, sonra isə yoxa
çıxdılar.
Ə
hvazda olanda bir neçə dəfə Sədaqətinin yoldaşı
Fatimə xanımla bazara getdik, hətta Dezfuldakı evimizə
də bəzi şeylər aldıq.
Adətən, səhərlər Hacı ağa Həmədaninin uşaqlarını
həyətə aparıb yelləncəyə mindirirdim. Lakin bir gün
Allahdan, uşaqlar yatmışdılar və mən tək həyətə düşüb
yelləncəkdə oturdum. Birdən təyyarə səsi eşitdim. Çox
alçaqdan uçurdu. O saat bildim ki, İraq təyyarəsidir. Qara
və qorxulu MİQ idi. Bilmirəm Allah-Taala o anda mənə
necə qüvvə verdi. Qorxudan ölmək üzrə olsam da,
qırıcıdan ayrılan iki raketin mənə doğru endiyini görən
kimi cəld yelləncəkdən atılıb divara yaxınlaşdım.
Ə
llərimi qulaqlarıma qoyub ağzımı açdım və tez-tez
kəlmeyi-şəhadətimi oxumağa başladım. Raketlərin düz
mənə doğru gəldiyini görürdüm. Gözləyirdim ki, bir
andan sonra hər yer yanacaq, mən parça-parça və ya toz
olacağam.
147
Bir neçə ardıcıl gurultu yeri-göyü titrətdi. Hər yer
qaraldı. Gözlərimin önünü tüstü və toz-torpaq tutdu. Barıt
və torpaq iyi boğazıma doldu. Çətinliklə nəfəs alırdım.
Raketlər məndən bir neçə yüz metr aralıda partlamışdı.
Başa düşdüm ki, təyyarənin hədəfi evimizin arxasındakı
Gülüstan xəstəxanası imiş. Havada pis qoxu və boğucu
isti əmələ gəldi. Ara sakitləşəndə dəmir parçalarının,
məftillərin və irili-xırdalı qəlpələrin həyətə düşdüyünü
gördüm. Allaha şükür olsun ki, heç biri mənə
dəyməmişdi.
Həmin gecə yuxuda gördüm ki, Əli ağa belindən
yaralanıb. Narahat halda oyandım və səhərəcən yata
bilmədim. Çox nigaran idim. Səhər yuxumu hamıya
danışdım. Səhər yeməyi yeyə bilmədim. Bir yerdə qərar
tutmurdum; mətbəxdən otağa, otaqdan həyətə gedirdim.
Bir az sonra ağa Hadi ilə ağa Səid Əli ağasız gəldilər.
Dərhal yuxumun çin çıxdığını anladım. Qorxu və
iztirabım səbəbsiz deyilmiş. Lakin nə etdimsə, mənə
həqiqəti demədilər.
Onlar deyirdilər: "Qərargahdan ratsiya ilə əlaqə
saxlayıb onu iclasa çağırdılar. Əli ağa da Həmədana
getdi". Sonra hər ikisi birdən dedi: "Biz də Həmədana
getmək istəyirik, siz də bizimlə gəlin". Bilirdim ki, nəsə
olub və bunların hamısı plandır. Bununla yanaşı dedim:
"Yox, mən getmirəm. Bir dəfə Səid ağa ilə getdim. Bu,
mənim yeddi nəslimə bəsdir".
Səid ağa narahat halda dedi: "Bu dəfə elə deyil. Biz
indi Əli ağanın yanından gəlirik. Özü dedi ki, yoldaşımı
da gətirin. O tələsirdi, bir neçə nəfərlə birgə tez getməyə
məcbur oldu".
148
Dedim: "Ağa Səid, siz keçən dəfə də bu sözü dediniz.
Dediniz ki, mən mütləq Əli ağanı görəcəyəm.
Yadınızdadır? Daha heç vaxt buradan tərpənmərəm".
Onlar vəziyyəti görüb daha çox israr etməyə
başladılar. Razılaşmadığımı görüb Mahmud dayıma
müraciət etdilər. Bir saatdan sonra Mahmud dayım Əli
ağanın dostu Məhəmməd Xadimlə gəlib eyni sözləri
təkrarladı.
- Biz Həmədana gedirik. Əli ağa deyib ki, sən də
bizimlə gələsən.
- Sən canın, Əli ağaya nəsə olub?
- Mən səni aldatmaram ki. Dediyim kimi, təcili iclas
çıxdı və Həmədana getdi.
Xanımlar da gəlib israrla dayımla Həmədana
getməyimi söylədilər. Hətta özləri kömək edib çantamı
hazırladılar. Vəziyyəti belə görüb düşündüm ki, tez
Həmədana getməliyəm. Məhəmməd Xadimin land
roverinə mindim. Dayım da gəldi. O, qabaqda oturdu,
mən də arxada.
Maşına minəndə dayıma dedim ki, yolüstü Dezfula
dəyək, paltar götürüm.
Dezfula
çatanda
yadıma
düşdü
ki,
açarı
götürməmişəm. Dayım divardan aşmağa məcbur oldu.
Həyətin qapısını açdı, amma evin açarı da yox idi. Dayım
dama, oradan da arxa bağçaya çıxdı. Çox əzab-
ə
ziyyətdən sonra paltar çamadanımı tapıb gətirdi.
Qız körpüsü yolunda Məhəmməd Xadim dedi: "Ora
baxın! İraq qırıcısı!"
Doğru deyirdi. Bir MİQ çox alçaqdan bizimlə paralel
uçurdu. Xadim dedi: "Möhkəm oturun". O, əyri-üyrü
yolda bacardığı qədər sürətlə sürürdü. Bizi görən təyyarə
149
hündürlüyünü bir qədər də azaltdı və düz başımızın
üstünə gəldi.
Mən qorxumdan hər iki əlimlə arxadan dayıma bərk
yapışmışdım. Hər döngədə maşın elə əyilirdi ki, indicə
aşacağımızı və ya dağa çırpılacağımızı fikirləşirdim.
MİQ o qədər enmişdi ki, pilotu görmək olurdu.
Təyyarənin pulemyotunun fasiləsiz "te-te-te-te" səsi
qorxumu daha da artırırdı. Güllələr asfalta, dağa və yol
çiynindəki daşlara dəyib bizə sarı gəlirdi. Xadim mahir
avtoşlar kimi sürürdü. Xoşbəxtlikdən, yolda bircə maşın
da yox idi. Əgər olsaydı, qırıcıdan öncə onunla toqquşub
həlak olardıq.
O qorxulu anlarda Allahdan istəyirdim ki, əgər Əli ağa
şə
hid olubsa, mən də orada şəhid olum. Bu fikirlə
sakitləşdim. Əlimi dayımın oturacağından çəkib başımı
öz oturacağımın arxasına söykədim və dodaqaltı
kəlmeyi-şəhadətimi deməyə başladım. Lakin az sonra
MİQ bizdən əl çəkib yolunu dəyişdi və çox tez dağın
arxasında itdi. Dayım deyirdi ki, hədəfi elektrik
stansiyası imiş.
Axşamüstü Həmədana çatdıq. Şəhərin üstünü qara
tüstü bürümüşdü. Əhvazda bahar havası vardı, ağaclar
yaşıl idi. Biz hətta bağçada göyərti əkmişdik. Həmədan
isə Sibir kimi soyuq idi. Çılpaq ağaclar qarın altında
büzüşmüşdülər.
Xadim tormoza basıb bir kişidən soruşdu: "Əmi,
haranı vurublar?"
Kişi
dedi:
"Dörd
gün
öncə
Dərvişabadın
yanacaqdoldurma məntəqəsini və neft anbarını vurublar.
Yanacaqdoldurma məntəqəsində sərnişinlə dolu bir
mikroavtobus yanıb və bütün sərnişinlər şəhid olublar".
150
Çox təəccübləndik. Neft tankerləri üç-dörd gün idi
yanırdı! Kişi deyirdi ki, 400-500 yaralı və 50-60
şə
hidimiz var.
Ə
hvazda hava yaxşı olduğuna görə isti paltar
geyinməmişdik. Maşın soyuq idi və dişlərim bir-birinə
dəyirdi.
Abbasabad məhəlləsinə çatanda küçədə gözlərim dost-
tanış gəzirdi. Dayım dedi: "Düzü, Firiştə, bilirsən nə
olub?"
Birdən ürəyim küçədəki buzlar kimi dondu. Dişlərim
bir-birinə
daha
möhkəm
dəyməyə
başladı.
Damarlarımdakı qanın buzladığını hiss etdim. Dayım
məndən səs çıxmadığını görüb dedi: "Əli ağa..."
Sözünü bitirməyə qoymadım. Dedim: "Şəhid olub?"
Məhəmməd Xadim üzünü mənə tutub dedi: "Yox,
hacıxanım. Yox, vallah, Əli ağa yaralanıb".
O qədər əsəbi idim ki, çırtma vursaydılar, qan çıxardı.
Qışqırdım: "Mənə yalan deməyin! Dedim ki, özüm gecə
yuxu görmüşəm. Əmin idim ki, Əli ağaya nəsə olub.
Niyə məni ələ salırsınız? Niyə Dezfulda mənə həqiqəti
demədiniz? Maşını saxlayın, düşmək istəyirəm".
Dayım məni sakitləşdirməyə çalışırdı.
- Bax, Firiştə can, biz sənə qəsdən demədik ki,
Ə
hvazdan Həmədana qədər narahat olmayasan, əsəblərin
korlanmasın, pis şeylər fikirləşməyəsən. Vallah, Əli
ağaya heç nə olmayıb. Yaralanıb və indi Şirazda
xəstəxanadadır.
Dedim: "Mən düşmək istəyirəm".
Xadim anamgilin küçəsinə döndü. Dayım çox narahat
halda dedi: "Firiştə can, sən Allah, bağışla. Biz sənə görə
belə etdik".
151
Xadim evin önündə dayanan kimi dəstəyi çəkib qapını
açdım. Anam qapının arxasında gözləyirdi. Deyəsən,
bizim gəldiyimizi bilirdi. Maşından enə-enə dedim: "Çox
səhv etdiniz. Siz Əhvazdan buraya qədər mənim
hisslərimlə oynadınız". Sonra qapını möhkəm çırpdım.
Anam qabağıma qaçdı. Onu qucaqlayıb öpdüm.
Həmişəki kimi gözəl ətri vardı və onu qucaqlamaq məni
sakitləşdirirdi. Dayımdan ona şikayət etməyə başladım.
- Bunlar elə bilirlər ki, mən uşağam, zəifəm. Mənə Əli
ağanın yaralandığını demirlər, deyirlər ki, iclası var.
Amma özüm bilirdim, gecə yuxuda görmüşəm.
Anam başımı tumarlayıb öpdü, mehribanlıqla dedi:
"Eybi yoxdur. Əmir ağa bizə xəbər verdi. Mühüm bir şey
deyil. Əli ağa, maşallah, güclüdür, tez sağalar".
Ə
li ağanın belindən bir güllə dəymiş və yan hissəsində
qalmışdı. Doktorlar gülləni çıxara bilmədilər. Əli ağa o
vəziyyətdə
bir
həftə
sonra
Tehranın
ə
lillər
xəstəxanasındakı dostlarına baş çəkməyə getdi. Oradan
da Həmədana gəldi və bir qədər əşya götürüb birgə
Dezfula qayıtdıq.
152
Səkkizinci fəsil: Bənövşəyi və çəhrayı
pərdələr
Təxminən bir aydan sonra Əli ağa ilə yenidən Dezfula
qayıdanda özümə söz verdim ki, onun yanından və
Dezfuldan heç yerə tərpənməyim.
1987-ci ilin yanvarı idi. Havadan bahar ətri gəlirdi.
Dezfula qayıtdığımız gün Əli ağa bir neçə kilo toyuq alıb
dedi: "Firiştə, dadlı bir əməliyyat xörəyi bişir. Nahardan
sonra cəbhəyə getməliyik".
İşə
başladım. Tez toyuğu təmizləyib yudum, duz,
sarıkök və çoxlu soğan əlavə edib qazın üstünə qoydum,
qazı da tam açdım. Ağa Hadi və ailəsi öz otaqlarında
idilər. Yarım saat ötmədən yuxarı mərtəbədən qorxunc
bir səs gəldi, ev titrədi. Əvvəlcə raket atıldığını
düşündüm. Əli ağa ilə ağa Hadi ayaqyalın pillələrdən
yuxarı qaçdılar, Fatimə ilə mən də arxalarınca.
Fitli qazan qazın üstündə deyildi. Qazdan sarı alov
qalxırdı. Qazanın qapağı bir tərəfə düşmüşdü, özü bir
tərəfə. Toyuq tikələri, yeməyin yağlı və sarı suyu divara
və tavana sıçramışdı. Utandığımdan başımı aşağı saldım.
Ə
li ağa gülüb toyuq tikələrini yığır və uşaq kimi sevincək
yeyirdi. Qazana yaxınlaşdı və xəzinə tapmış adam kimi
dedi: "İlahi, şükür! Dibində bir az toyuq qalıb".
Həmin azca toyuğu çox ləzzətlə yedik.
Mən həmədanlı idim və soyuq yerdə böyümüşdüm.
Bu baxımdan, Dezfulda yaşamaq çox fərqli idi.
Ə
vvəllərdə bir gün kişilər evdə yox idilər. Mən, Fatimə
və Zeynəb aşağıdakı yataq otağımızda yatmışdıq.
Yuxudan oyanıb yatağımı toplamaq istəyirdim. Döşəyimi
çəkən kimi Fatimə qəfildən qışqırdı. Onun səsinə Zeynəb
153
oyandı. Döşəyimin altında qara eybəcər bir həşərat vardı.
İ
ki uzun caynağı, səkkiz qəribə ayağı və kaman kimi
uzanıb bədəninə sarı əyilmiş quyruğu vardı. Fatimə əlimi
tutub dedi: "Əqrəbdir".
Ə
qrəbin adını eşitmişdim. Hətta bilirdim ki, sancması
ilan kimi öldürücü və zəhərlidir. Fatimə qorxusundan bir
neçə addım geri çəkildi. Dedim: "Qorxma, bura əqrəblə
doludur. Əqrəblər isti yerlərdə yaşayırlar. İşin olmasa,
sənə toxunmazlar". Sonra tərəddüdlə dedi: "Öldürək".
Soyuqqanlılıqla dedim: "Deyək ki, bunu öldürdün, o
biriləri nə edəcəksən?!” Bunu deyib karnizləri və
divarların küncünü göstərdim. Bir dəfə başımızı
fırlatmaqla üç-dörd əqrəb tapmışdıq. Fatimə daha çox
Zeynəbə görə qorxurdu. Dedim: "Qorxma, indi özləri
itəcəklər. Həşəratlar gecələr yemək üçün yuvalarından
çıxır və səhərlər daş-divarın altında gizlənirlər".
Ə
yilib döşəyimi götürdüm və küncə qoydum. Fatimə
Həmədanın Məryanəc rayonundan idi, dağda, meşədə
böyümüşdü. Bir qədər keçəndən sonra özünə gəldi.
Süpürgə gətirib əqrəbləri bayıra süpürdüm. Bədheybət
ə
qrəblər elə sürətlə qaçıb uzaqlaşdılar ki, hara
getdiklərini bilmədik. Günboyu əqrəblərdən əsər-əlamət
yox idi, gecə isə qəfildən peyda olurdular. İlk gecələrdə
yata bilmirdim. Fikirləşirdim ki, ədyalın altında və ya
balışımın üstündə əqrəb var. Bir xışıltı eşidən kimi qalxıb
işıqları yandırırdım. Lakin tezliklə hər şey adiləşdi. Hər
səhər yuxudan ayılıb yatağımı ehtiyatla toplayanda
balışımın və döşəyimin altında özlərinə yaxşı yer seçmiş
bir neçə əqrəb tapırdım. Get-gedə əqrəbləri görməyə
alışdım. Səhərlər səssiz-səmirsiz süpürgə götürüb
ə
qrəbləri süpürürdüm. Buna baxmayaraq, hər dəfə
görəndə qorxur və iyrənirdim.
154
Bir dəfə Əli ağa və ağa Hadi sevincək gəlib dedilər ki,
axşama iki-üç qonağımız var. Fatimə ilə düşündük ki,
iki-üç qonaq çətin bir şey deyil. Müxtəlif formalı
makaronlar onda yeni çıxmışdı. Buruqlu makaron alıb
böyük bir qazanda bişirdik. Çoxlu soğanı və əti tomatla
qarışdırıb makaronun üstünə tökdük. Rəngi çox gözəl
olmuşdu. Təxminən saat səkkizdə qonaqlar ailələrilə
gəldilər. Mən və Fatimə pəncərədən baxırdıq. Qonaqların
bir başı pillələrdə idi, bir başı da küçədə; sıra qurtarmaq
bilmirdi. Əli ağa "ya Allah" deyə-deyə içəri girdi. Salam
verən kimi etiraza başladım. Əli can, sən dedin iki-üç
nəfər, demədin ki, bütün Dezfulu çağırmısan".
Ə
li ağa gülüb dedi ki, narahat olma.
Dedim: "Necə yəni narahat olmayım?! Biz yalnız bir
qazan makaron bişirmişik. Gəl gör çatar?!"
Ə
li ağa soyuqqanlı halda cavab verdi: "Heç kim
yeməyə görə qonaq getmir. Özünü narahat eləmə. Allah
qonağın ruzisini yetirər".
Xanımlar dəhlizdə oturdular, kişilər isə qonaq otağına
keçdilər. Fatimə ilə mən yeməyə görə narahat idik. Nə
qədər hesablayırdıqsa, görürdük ki, bir qazan makaron bu
qədər adamı doyurmayacaq. Buna görə də, xanımlardan
üzr istəyib mətbəxə keçdik. Evdəki bütün kartofları
doğrayıb üstünə 10-12 yumurta vurduq. İki-üç böyük
tava kükü hazırladıq. Makaronu bir neçə böyük buluda
çəkdik. Çox gözəl və yağlı olmuşdu, qazmağı da yaxşı
qızarmışdı. Makaron və qazmaqlar kişilərin süfrəsinə
qismət oldu. Küküləri pomidor, duzlu xiyar, göyərti və
turşu ilə qadınlara apardıq.
Yeməkdən sonra süfrələri toplayanda kişilərin zarafat
və gülüş səsləri gəldi. Aranı qatanların başçısı Əli ağa idi.
Mən qapının yanında idim və qapının arasından onu
155
görürdüm. Hər iki əlini yelləyib deyirdi: "Yanımdakı,
tut". Yanındakı deyirdi:"Nəyi tutum?"
- İki kələfi.
- Nə edim?
- Ver yanındakına.
Yanındakı əl-ayaqlarını tərpədib deyirdi: "Yanımdakı
tut".
- Nəyi tutum?
- İki kələfi.
-Nə edim?
- Ver yanındakına.
Yanındakı yazıq məcbur qalıb əl-ayaqlarını tərpədir və
dörd yumağı yanındakına verirdi.
Sonuncu bəxtsiz adam ayağa qalxıb bəndəri rəqsi
edirmiş kimi bütün bədən üzvlərini tərpədir və doqquz
kələfi yanındakına verirdi. Əli ağanın gülüşləri və
yanındakıların uğunmaları qadınları da güldürüdü. O
gecə hamıya çox yaxşı keçdi. Qonaqlar gedəndən sonra
Ə
li ağa dedi: "Gördün ki, heç nə olmadı?! Gördün
uşaqlara necə yaxşı keçdi?! Heç kəs də ac getmədi".
Dedim: "Sən bilmədin ki, Fatimə ilə mən necə həyəcan
keçirdik. Süfrə sərilib-yığılana qədər canımız çıxdı".
Ə
li ağa dedi: "Əllərinizə sağlıq! Əgər narahat oldunuz
və zəhmətə düşdünüzsə, bağışlayın. Cəbhədə uşaqların
heç bir əyləncələri yoxdur. Dedik ki, nə qədər çox olsa,
bir o qədər yaxşı - hamı gəlsin. Bir qədər aranı qatmaq
lazım idi ki, gülsünlər və əhval-ruhiyyələri yaxşılaşsın".
Ertəsi gün fikirləşdik ki, bu evdə yaşamaq və qonaqlıq
vermək istəyiriksə, ona bir qədər əl gəzdirməliyik.
Fatimə ilə bazara gedib soruşa-soruşa bir parça mağazası
tapdıq. Şəhərdə əhali az idi. Zəruri ehtiyacları satan bəzi
mağazalardan başqa əksər dükanlar bağlı idi. Həmin
156
parça mağazasından mətbəx üçün 10-12 metr ağ və
çəhrayı rəngli parça aldıq. Çox gözəl idi. Qonaq otağına
da bənövşəyi rəngli güllü parça aldıq. O evdə necə
xoşbəxt idik! O qədər həvəsli idik ki, evə çatan kimi tikiş
maşınının arxasına keçib tikməyə başladım. Fatimə
yorulmuş Zeynəbi yatızdırdı və bişir-düşürlə məşğul
oldu. Əvvəlcə qonaq otağının pərdəsini tikdim. Qonaq
otağının pəncərələri həyətə və küçəyə baxırdı. Biz
ş
üşələri namaz çadrası ilə örtmüşdük. Köməkləşib
pərdəni vuranda ev tamam dəyişdi. Evin gözəlliyi
xalçaya və pərdəyə görədir. Bizim xalçamız yox idi,
amma o pərdə evi əsl evə oxşatdı. Pərdə bənövşəyi idi,
xırda sarı və narıncı gülləri vardı. Qonaq otağından sonra
növbə mətbəxə çatdı. Pərdə mətbəxi işıqlandırdı və
ürəkaçan etdi. Mətbəxin ortasında böyük bir dəmir stol
vardı. Nə qədər qazan, qab, qaşıq və çəngəl vardısa,
üstünə düzmüşdük. Kartof və soğan kisələrini, lobya,
noxud və mərci qutularını da altına qoymuşduq. Tikiş
maşınının arxasına keçdim, dəstəyini fırladıb həmin stola
uzun bir süfrə tikdim. Ətrafına rezin saldım ki, sürüşüb
düşməsin. Fatimə ilə stolu səliqəyə saldıq, süfrəsini
sərdik və əşyalarımızı altına düzdük. Yaxşı cəhəti bu idi
ki, stolun üstünə qoyduqlarımız daha görünmədi.
Ə
lüzyuyanın altına mebel yığılmadığı üçün ona qəşəng
bir köynək tikdik. Onun və stolun parçaları mətbəxin
pərdəsindən idi. Bütün bu rəngarənglikdən vəcdə
gəlmişdik. Hər gedib-gələndə baxırdıq. Qonaq otağında
dayanıb deyirdik: "Necə gözəldir!" Mətbəxdə deyirdik:
"Əsl mətbəxə oxşadı!"
Artıq parçalardan da bir neçə dəm parçası və
qazangötürən tikib divardan asdıq.
157
Yuxarını səliqəyə salıb bəzəyəndən sonra zirzəmiyə
düşdük. Danışdıq ki, hərə öz otağını səliqəyə salsın. Mən
küçədən boş bir qutu tapıb stol əvəzi otağın küncünə
qoydum. Əli ağanın albomlarını onun içinə qoydum ki,
tərpənməsin. Üstünə parça çəkdim. Həmədandan
gətirdiyim toxunma stolüstü vardı. Onu ağ ipək sapla
toxumuşdum, ortası qabarıq qu quşları ilə dolu idi.
Quşları pambıqla doldurmuşdum. Qu quşlarının qırmızı
dimdikləri və kiçik yarıaçıq qanadları vardı. Bir neçə il
idi toxuculuq çox dəbə minmişdi, əksər qız və qadınlar
ona çox maraq göstərirdilər. Onu karton stolun üstünə
sərdim. Otağı süpürüb tozunu aldım. Ertəsi gün də
Fatimə və Zeynəblə bazara gedib bir neçə dəst plov və
sous boşqabları aldıq. Bir neçə gün evi süpürüb yumaqla,
səliqəyə salmaqla məşğul olduq. Bir gecə bütün işıqların
yandığı və bizim mətbəxdə bişir-düşür etdiyimiz vaxt Əli
ağa ilə ağa Hadi küçədən pərdələri görmüşlər. Pərdələrə
işıq düşəndə gözəlliyi qat-qat artırdı. Onlar qonaq
otağının və mətbəxin gözəl pərdələrini görüb sevinclə
maşından enmişdilər. Ağa Hadi demişdi: "Ora bax,
evimizdə pərdə var. Nə gözəl pərdələrdir!"
Onlar evə girəndə o qədər dəyişikliyi, rəngarəngliyi və
gözəlliyi görüb təəccübləndilər, sevincək hər yerə baş
çəkdilər. Həmişə olduğu kimi, o gecə də kişilər yorğun
və toz-torpaq içində idilər. Şam yeməyindən sonra tez
yatdılar. Fatimə ilə mən fürsətdən istifadə edib
çəkmələrini yaxşıca təmizləyib parıldatdıq. Sonra da
hərbi geyimlərini yuduq.
Səhər kişilər paltarlarını yuyulmuş və ayaqqabılarını
təmizlənmiş və cütlənmiş halda görəndə mat qaldılar.
O günlərdə Fatimə ilə mən ailələrimizə darıxırdıq. Bir
dəfə Əli ağanın iki gündən bir bizə bazarlıq edən dostu
158
cənab Bəxtiyari qapını döydü. Fatimə ilə mən tez
hazırlaşıb dedik ki, poçta getmək istəyirik.
Poçt şəhərin mərkəzində idi və həmişə adamla dolu
olurdu. Bir saat gözlədik. Böyük bir zalda bir neçə
telefon kabinəsi vardı. Ortada bir neçə cərgə taxta stul
düzülmüşdü, daha çox əsgər və döyüşçülərlə dolu idi.
Zeynəb nadinclik edib Fatiməni incidirdi. Nəhayət, bizə
növbə çatdı. Mən qonşumuz Səkinə xanıma zəng
vurdum, çox çətinlikdən sonra anam telefona gəldi və
çoxlu danışdıq. Cənab Bəxtiyari poçtdan bir qədər
yuxarıda maşında bizi gözləyirdi. Maşına tərəf gedəndə
zenitlərin gurultusu başladı. Küçə boş idi. Zeynəb
Fatimənin qucağında idi. Birdən bir neçə təyyarə
göründü, sonra da ardıcıl partlayışların səsi hər yeri
bürüdü. Nə edəcəyimi bilmirdim. Fatimə dedi ki, gedək o
tərəfə.
Küçənin o tərəfinə keçmək istəyəndə birdən
gözlərimizin önü tüstü və toz-torpaqla doldu. Hər yer
qaranlıq oldu, heç nə görmürdüm. Camaatın qışqırtısı
eşidilirdi. O tüstünün və toz-torpağın içində üzümə güclü
hərarət dəydi.
Böyük bir qırmızı qəlpə sürətlə mənə sarı gəlirdi.
Allah-Taala o anda mənə necə güc verdisə, qəlpədən
yayınıb yerə əyildim. Qəlpə arxamdakı mağazanın
divarına möhkəm çırpıldı. Divar deşildi. Bütün bunlar bir
neçə anın içində baş verdi. Fatiməni görmürdüm.
Çağırdım: “Fatimə! Fatimə!"
Uzaqdan yenə partlayış səsləri gəlirdi. Qorxunc səhnə
idi. Qəlpələr tarlaya hücum edən çəyirtkələr kimi
qulağımın dibindən keçirdi. Əli ağa demişdi ki, belə
olanda yerə uzanım. Asfaltın üzərinə uzanıb əllərimlə
qulaqlarımı tutdum və ağzımı açdım. Bütün bu müddətdə
159
Fatiməni və Zeynəbi düşünürdüm. Az sonra səs-küy
azaldı. Başımı qaldırıb toz-torpağın arasından cənab
Bəxtiyarinin maşınını gördüm. Maşına doğru qaçıb tez
içinə atıldım. Fatimə və Zeynəb də gəldi. Qəhər içində
Zeynəbi qucaqlayıb öpdüm. Fatimə qorxu və iztirabla
qapını örtüb dedi: "Firiştə xanım, necəsən?"
Halım yaxşı idi. Zeynəbin başını sinəmə qoydum.
Onun ürəyi bala sərçənin ürəyi kimi bərk döyünürdü.
Həmin gün çox qorxduq, amma qərara gəldik ki, bunu
kişilərə deməyək. Bilirdik ki, bizdən çox nigaran qalarlar.
Kişilər gələndə əsla darıxmırdıq, amma gedən kimi
darıxmağa başlayırdıq. Bir dəfə onlar gedəndə dedim:
"Əli can, Həmədan üçün çox darıxmışam".
Soruşdu: "Həmədan, yoxsa həmədanlılar üçün?"
Gülərək dedim ki, hər ikisi.
Ertəsi gün axşam qayıtdı. Qapının önündə tələsik dedi:
"Firiştə, çadranı geyin, qohumunuz gəlib".
Təəccüblə soruşdum ki, hansı qohumumuz?
Gülümsədi və dəcəlcəsinə dedi: "Bəs həmədanlılar
üçün darıxmamışdın?!"
Çadramı başıma atıb həyətə düşdüm. Əli ağa göz
vurub dedi: "Buyur, bu da əmin oğlu!"
Vəhidi gətirmişdi. Baqir əmimin oğlu Vəhid cəbhədə
Ə
li ağanı görüb yaxınlaşmış və tanışlıq vermişdi. Əli ağa
da əlindən tutub demişdi ki, bu axşam yeməyə bizə
gəlməlisən, Firiştə sevinər".
Həqiqətən, sevindim. Vəhidlə oturub danışdıq. Mən
danışırdım, Vəhid danışırdı.
- Vəhid, yadındadır uşaqlıqda nə oyunlar çıxarırdıq?
Vəhid gülüb deyirdi: "Yadındadır mən necə nadinc
idim?"
160
Ə
li ağa bizim söhbətə qərq olduğumuzu görüb
sevinirdi. Özü şam yeməyini gətirib süfrə sərdi.
Yeməkdən sonra qabları yığıb mətbəxə apardı. Qabların
taqqıltı səsi gələndə ona ürəyim yandı, fikirləşdim ki,
yorğundur. Qabları yumaq üçün mətbəxə keçdim, lakin
yaxına buraxmayıb dedi: "Bəs sən darıxmamışdın?! Get
danış, darıxmağın keçsin".
Getmədim. Qalıb kömək etdim və qabları bir yerdə
yuduq. Qayıdanda gördük ki, Vəhid otağın bir tərəfində
uzanıb yuxuya gedib. Çox narahat oldum. Ona yazığım
gəldi. Oyadıb yorğan-döşək sərmək istədim, amma Əli
ağa qoymayıb dedi: "Lazım deyil, qoy yatsın. Bunlar
cəbhədə daş-kəsəyin üstündə o qədər yatıblar ki, vərdiş
ediblər. Vəhid bu dəqiqə sanki Hilton hotelində qu quşu
tükündən hazırlanmış yorğan-döşəkdə yatır".
Yenə də ürəyim gəlmədi.
- Əli can, bir gecə bizə qonaq gəlib. Əgər əmimin
yoldaşı burada olsaydı, oğlunu belə yatmağa qoyardı?!
Üstünə ədyal sərdim və Əli ağaya balış verdim ki,
başının altına qoysun. Dezfulun havası biz həmədanlılar
üçün martın əvvəlindən də isti idi. Biz o vaxtdan
kondisioneri qoşmaq məcburiyyətində qalırdıq. Kişilər
böyük bir su kondisioneri gətirib həyət tərəfdən yataq
otağının pəncərəsinə qurmuşdular. Kondisionerin dəmir
kanalı dərin quyu kimi otağa girmişdi. Gecələr hər yerə
sakitlik çökəndə səsinin necə dözülməz olduğunu
bilirdik. Səsə vərdiş edib yatana qədər bir neçə saat
çəkirdi.
Bir gün səhər namaza oyananda balkonun qapısını
açan kimi yerimdə donub qaldım. Əli ağa balkonda quru
yerdə yatmışdı. Çəkmələrini balış əvəzi başının altına
qoymuşdu,
ayaqlarını
da
qarnına
yığmışdı.
161
Təəccübləndim. Tez qayıtmışdı. Ona yazığım gəldi.
Ə
yilib çiynini silkələdim.
- Əli! Əli can, niyə burada yatmısan?
Ə
li ağa oyanıb oturdu. Hava hələ tam işıqlaşmamışdı.
Məni görən kimi gülümsəyib salam verdi və halımı
soruşdu.
Soruşdum ki, niyə burada yatmısan?
Çəkmələrini götürüb kənara qoyanda altından bir
ə
qrəb çıxıb divara sarı qaçdı. Dedi: "Gecə qapını və
ş
üşəni nə qədər döydüm, oyanmadınız.
Soruşdum ki, bəs açarın yox idi?
Cavab verdi: "Dedim birdən Fatimə xanım dəhlizdə
yatmış olar".
Yanında oturub əlini tutdum və dedim: "Bağışla,
kondisionerin səsi çox olub, eşitməmişəm. Bədənin
ağrıdı?"
- Yox, əksinə, çox yaxşı idi. Sənin içəridə yatdığını
bildiyimdən səhərəcən yaxşı yuxular gördüm.
Həmin gün günorta Əli ağa cəbhəyə qayıtsa da,
havanın istiliyinə rəğmən, ondan sonra kondisioneri
yandırmadıq.
Müştərək həyatımızın ilk novruz bayramı yaxınlaşırdı.
Kişilər söz vermişdilər ki, yeni il girən saatlarda evdə
olsunlar. Həmin il evi tökərkən qəribə sevinc içində idik.
Dezfulda həmişə qırmızı vəziyyət idi, hər bir neçə
saatdan bir uzaqdan və ya yaxından bir partlayış səsi
gəlirdi. Buna baxmayaraq, bizdə yaxşı hiss yaranmışdı.
Səhər tezdən yuxudan oyanan kimi qapı-divarları silib-
təmizləyir, şüşələri silib parıldadırdıq. Palazları həyətə
töküb su, süpürgə və yuyucu tozla yuyurduq, güc-bəla ilə
dama qalxıb oradan asırdıq. Zenitlərin gurultusu, bomba
162
və raketlərin partlayış səsi altında həyəti yuyur, tualeti
dezinfeksiya edirdik.
Xlor və yuyucu tozunun iyi evi bürümüşdü. Bayrama
az qalmış hər yer təmizləndi və gözəl ətrə boyandı.
Ev işləri bitəndən sonra novruz süfrəsini və “s” hərfilə
başlayan yeddi əşyanı hazırlamağa başladıq. Qonaq
otağının ortasına bir süfrə sərib əlimizə keçəni həvəslə
içinə doldurduq. Quran, Quran rəhli, saat, dəmir pul
(sikkə) və alma (sib). Səmənimiz yox idi. Qəsəbəni və
hətta Dezfulu nə qədər axtardıqsa, səməni tapmadıq.
Qərara gəldik ki, səməninin yerinə göyərti qoyaq.
Zənbilimi götürüb küçəyə çıxdım. Bəxtimizdən
göyərti dükanı bağlı idi. İlk dəfə gəzə-gəzə bir neçə küçə
evdən aralandım. Uzaqdan evinin önündə oturub yerə
göyərti dolu bir süfrə sərmiş qadını gördüm. Yerişimi
itilədim. Qara qollu çadra geyinmiş və ərəb tərzi ilə
başına qara şal atmışdı. Çənəsində mavi bir xal da vardı.
Salam verib soruşdum: "Göyərti satlıqdır?"
Qarı qəliz ləhcə ilə dedi ki, hə, nə qədər istəyirsən?
- Bir kilo.
Zənbili ona uzatdım.
Kişi əlinə bənzəyən böyük əllərini altdan salıb ovuc-
ovuc göyərtini zənbilə tökürdü. Zənbil yarıyacan doldu.
Dedim ki, çox oldu.
Qadının ciddi və qorxmaz görkəmi vardı. Başını
qaldırmadan zənbili mənə uzatdı.
- Sən bir kilonun pulunu ver.
Nə dediyini anlamadım. Göyərtinin içinə əlimi salıb
arasından iri yarpaqları olan bir neçə yaşıl budaq çıxarıb
dedim: "Nə qədər alaq var!"
Qadın eyni ciddiliklə yarpaqları əlimdən qapıb ağzına
qoydu və çeynəyə-çeynəyə dedi: "Bu, pərpeyindi, halaq
163
deyil. Pərpeyin qurdun düşmənidir, qızdırmanı salır, ürək
bulanmasının qarşısını alır, ürəyi gücləndirir. Çox
faydaları var. Soğan qızartması, quru nanə və yumurta ilə
çox dadlı olur. Yeyənlər dadını bilirlər".
Çətinliklə sözlərindən başa düşdüm ki, ot-alaq deyil
və çox faydalı bir bitkidir. Sonralar öyrəndim ki,
həmədanlılar ona xürfə deyirlər.
Göyərtinin pulunu verərkən qarı hələ də onların
arasından xürfələri götürüb yeyirdi.
Evə qayıdanda sanki böyük bir kəşf etmişdim: Xürfə
mövzusunda Fatiməyə atəşin bir çıxış etdim.
Fatimə dedi: "Biz məryanəclilər bunu tullayırıq. Bu,
alaqdır".
Qarı kimi bir neçə xürfə yarpağı götürüb ağzıma
qoydum. Sulu və bir az turş idi. Fərqli və yeni dadı vardı.
Dedim:
"Çox
faydaları
var:
ürəyə
xeyirdir,
ürəkbulanmanın qarşısını alır, qızdırmanı aparır. Kim
deyir alaqdır?!"
Fatimə
ilə
gülüşüb
göyərtiləri
təmizlədik.
Həmişəkindən fərqli olaraq, xürfələri atmadıq, bu dəfə
yuya-yuya və yuyandan sonra bacardığımız qədər
ləzzətlə yedik.
Yuyulmuş göyərtini böyük bir buluda töküb süfrənin
ortasına qoyduq. Sonra iki ayrı qazanın içinə soğan
qabığı və göyərti töküb üstünə bir az su əlavə etdik və
qazın üstünə qoyduq. Su qaynayanda qazanların içinə bir
neçə yumurta qoyduq ki, göyərtinin və soğan qabığının
rəngini götürsün.
Nə şüşə balıq qabı vardı, nə də xırda qırmızı balıq.
Qəsəbəni nə qədər axtardıqsa, tapmadıq. Büllur bir
kasamız vardı. İçinə su tökdük və bir süni qırmızı gül
164
atdıq. Bayram üçün bir az şirniyyat, şokolat və meyvə də
almışdıq. Onları da süfrəyə qoyduq.
İ
lin dəyşiməsinə az qalırdı. Paltarlarımızı dəyişdik.
Zeynəbə də bir dəst qəşəng paltar geyindirdik. Əl-üzünü
yuduq və rezinlə saçını ikiyə ayırdıq. Çox gözəl oldu.
Süfrənin yanında gözləməyə başladıq.
İ
lin dəyişəcəyi saat yaxınlaşdıqca həyəcanımız da
artırdı. Bilirdik ki, yanvardan etibarən Kərbəla-4, 5 və 6
ə
məliyyatları davam edir. Kişilərdən nigaran qalmışdıq.
Gecəyə qədər pəncərənin önündə dayanıb onları
gözlədik. Fatimə pərdənin bir tərəfini qaldırmışdı, mən
də digər tərəfini. Küçəyə bir maşın girən kimi sevinirdik,
amma maşın qonşu evin önündə dayanır, komandirlərdən
birinin həyat yoldaşı sevincək qapını açırdı. Bu zaman ah
çəkib pərdəni salır və yerimizdə büzüşüb otururduq.
Lakin çox keçmədən hərəmiz pərdənin bir tərəfini
qaldırıb yenidən baxmağa başlayırdıq.
İ
l dəyişdi. Biz hələ də pəncərənin önündə dayanıb
gözləyirdik. Qonşu evlərin hamısının işıqları söndü.
Gecədən xeyli keçdi, amma kişilərimiz gəlmədilər.
İş
ıqları söndürmədik. Süfrənin kənarında o qədər oturub
gözlədik ki, yavaş-yavaş gözlərimiz ağırlaşdı və yuxuya
getdik.
1987-ci ilin 21 martı idi. Yuxulu halda qapının səsini
eşitdik. Həyəcanla qalxıb pərdəni çəkdik. İkisi də
gəlmişdi; rəngləri qaralmışdı, üst-başları yaman gündə
idi. Sanki dünyanı bizə verdilər.
İ
lk novruz qonaqlarımız toz-torpaq içində və səliqəsiz
görkəmdə səhər tezdən gəlmişdilər. Otağa girən kimi
gülərüzlə salam verdilər. Əli ağa naşıcasına əlini cibinə
salıb yaşıl şüşəli ətri mənə uzatdı və dedi: "Bayramın
mübarək!"
165
Vaxtında verilmiş çox gözəl hədiyyə idi. Hamımız
sevinirdik, onlar isə daha çox. Novruz süfrəsini görüb
uşaq kimi heyran olmuşdular. Əli ağa süfrəyə baxıb “s”
hərfi ilə başlayanları sayırdı. Narahat halda dedim: "Əli
can, heyf ki qırmızı balıq (ərəbcə: səmək) tapmadım".
Ə
li ağa yanaqlarını batırıb dodaqlarını yığdı və balıq
kimi açıb-bağlamağa başladı. Dedi: "Novruz süfrənizin
balığı mən olaram. Təsadüfən, balıq kanalından gəlirəm.
Bağışlayın ki, rəngim qırmızı yox, bozdur".
Kişilər həmin paltarlarda süfrəyə oturdular. Deyib-
güldük, şirniyyat yedik və üzlərinə gülab səpdik.
Günortadan sonra Səbzəquba imamzadəsinə getdik.
Ziyarət bizi sakitləşdirdi və yaxşı təsir bağışladı. Sonra
da Şuşa, Daniyal peyğəmbərin ziyarətinə getdik, daha
yaxşı hisslə qayıtdıq.
Martın 22-də Dez bəndinə getdik. Özünəməxsus
təbiəti və mənzərəli təpələri olan gözəl bir bənd idi. Mən
mavi və qara rəngli idman ayaqqabısı geyinmişdim.
Onunla təpələrə cəld çıxırdım. Əli ağa həzz alıb deyirdi:
"Həmişə arzulayırdım ki, yoldaşım idmançı olsun.
Tənbəl olmamandan xoşum gəlir. Həmişə belə ol".
Mart bitdi və apreldən istilər başladı. Səhər açılanda
sanki Günəş damın üstündə otururdu. Çox yaxınlaşırdı və
xəsislik etmədən bütün istisini şəhərin başına tökürdü.
Divarlardan alov çıxırdı.
Kondisioner səhərdən axşama qədər guruldayırdı,
amma əlindən bir şey gəlmirdi. Hava boğucu idi. Qonaq
otağından
tərpənmirdik.
Qonşularımızın
çoxu
öz
yerlilərimiz idilər. Bizim kimi onların yoldaşları da
cəbhədə vuruşurdular. Onlarla get-gəlimiz vardı, amma
isti düşən kimi əlaqəmiz kəsildi. Bizim kimi hamı
166
kondisionerin
altında
otururdu.
Nəhayət,
bir-bir
əş
yalarını toplayıb getdilər.
Hər gün bir ailə əşyalarını yük maşınına yığır və
sağollaşmaq üçün bizə gəlirdi.
Bir neçə gün idi Zeynəbin halı yaxşı deyildi. Onu gün
vurmuşdu, qarnı işləyir və ürəyi bulanırdı. Mən də ondan
geri qalmırdım: iştahım kəsilmişdi və sudan başqa heç nə
yeyib-içə bilmirdim. Fatimə bizə tibb bacısı olmuşdu.
Nəhayət, kişilər gəldilər. Əli ağa mənim halımı, ağa Hadi
də Zeynəbin arıq bədənini və solğun üzünü görəndə hər
ikisi dedi: "Yığışın, gedək Həmədana".
Razılaşmadım. Həmədana qayıtmaq istəmirdim.
Yoldaşımın yanında qalmağa, Dezfulda yaşamağa
gəlmişdim. Əli ağaya dedim: "Bura artıq bizim evimizdir.
Hara gedək?!"
Ə
li ağa dedi: "Sən buranın havasına alışmamısan,
xəstələnəcəksən".
Dedim: "Siz də xəstələnəcəksiniz. Siz çölün
ortasındasınız, bizsə kondisionerin altında".
Ə
li ağa israrlı idi: "Vicdanım qəbul etməz ki, bizə
görə bu istidə əzab çəkəsiniz. Bizim vəziyyətimiz bəlli
deyil. Güman ki bir-iki günə qərb cəbhəsinə gedəcəyik.
Həmədanda olsanız, biz də arxayın olarıq".
Kədərlə dedim: "Bəs mənim arxayınlığım?! Məni
düşünmürsən?! Nə edim?! Mən buraya borcumu
ödəməyə gəlmişəm. İstəyirəm müharibədə mənim də
rolum olsun".
Ə
li ağa gülümsədi.
- Buraya qədər vəzifəni yaxşı yerinə yetirmisən. Biz
xəcalətliyik. Getsəniz, daha arxayın olarıq.
Mən qalmağa nə qədər israr edirdimsə, Əli ağa
getməyə daha çox israr edirdi. Dedim ki, heç olmasa,
167
qərbə gedənə qədər burada qalaq. Sonda ağa Hadi ilə o,
qalib gəldilər. Əşyalarımızı bir neçə karton qutuya yığıb
maşının arxasına yüklədik və gəldiyimiz kimi də
qayıtdıq".
Həmin gün Dezful şəhəri çox güclü raket hücumlarına
məruz qalırdı. Bir küçədən keçdik. Bir neçə dəqiqədən
sonra partlayış səsi eşitdik və arxadan qatı tüstü qalxdı.
Ə
li ağa ayağını qaza basıb bizi sürətlə oradan
uzaqlaşdırırdı. Hər dəfə Dezfula gələndə yaxşı hisslər
keçirirdim, qayıdanda isə həyəcanlanırdım. Bilirdim ki,
Həmədanda məni ayrılıq, tənhalıq və intizar gözləyir.
Qalmaq istəyirdim. Düşünürdüm ki, yetərincə müqavimət
göstərməmişəm. Əli ağa və ağa Hadi qayıtmaları barədə
danışanda daha pis olurdum.
Dezfuldan Həmədana qədər səkkiz saatlıq yol mənə
səkkiz dəqiqə keçdi. Ürəyim istəyirdi ki, heç vaxt
çatmayaq, amma çox tez çatdıq.
Bizim gəlişimizdən öncə yağış yağmış, torpağı və
yenicə yaşıllaşmış ağacları yaxşı yumuşdu. Hava gözəl
idi, bahar güllərinin ətri hər yeri bürümüşdü. Səmanı
bulud ləkələri örtmüşdü.
Əş
yalarımızı anamgilin anbarına yığıb Mənsurə
xanımı görməyə getdik. Mənsurə xanımın halı yaxşı
deyildi, böyrəkləri onu incidirdi. Digər tərəfdən, Əmir
martın 24-də qərb cəbhəsinə göndərilmişdi. Evdə qabaqkı
sevinc və həyəcan yox idi.
Mənsurə xanım Əmirə daha çox bağlanmışdı. O,
cəbhəyə getməzdən öncə qayınanamın bütün işləri və
alış-verişi onun üzərinə düşürdü. İndi o getmişdi və ev
lal-dinməz idi.
Mənsurə xanım təklikdən gileylənirdi. Buna haqqı
vardı: Məryəm Tehranda ailə-uşağı ilə məşğul idi, Hacı
168
Sadiq də öz idarə işləri ilə. Bizim də vəziyyətimiz elə idi.
Bu durumda Əmirin getməsi həqiqətən, ağır idi. Mənsurə
xanıma və onun yalqızlığına acıdım. Qərara gəldik ki, ev
tapana qədər onların yanında qalaq.
Ertəsi gün Əli ağa cəbhəyə qayıtdı. Günlər bir-bir
ötürdü. Mənim halım da yaxşı deyildi. Mənsurə xanımın
təkidi ilə həkimə getdik. Mayın sonları idi. Həkim bir
neçə analiz yazdı. Analizlərin cavabını götürüb anamla
birgə həkimə apardıq.
Anam xəbəri eşitcək sevindi. Gecə məni evinə apardı
ki, öz sözü ilə desəm, gücləndirsin. Anamgildə yalnız bir
neçə gün qaldım. Əli ağaya söz vermişdim ki, Mənsurə
xanımın yanında qalacağam. Həmin axşam Hacı Sadiqin
ailəsi də qayınanamgildə idi və evdə səs-küy vardı.
Axşam Əli ağa zəng vurdu. Bu xəbəri hamıdan tez ona
vermək istəyirdim. Dəstəyi götürdüm və həmişəki kimi
salamlaşdıq. Nə edirdimsə, xəbəri deyə bilmirdim. Əlimi
dəstəyin üstünə tutub yavaşca dedim: "Mühüm bir hadisə
baş verib. Sən soruş, mən deyim”.
Deyəsən, Əli ağa da rahat yerdə deyildi. Mızıldayaraq
dedi: "İpucu ver".
Dedim: "Həm mən sevirəm, həm sən".
Məqsədimin kim olduğunu bilmədi.
- Bir az da ipucu ver.
Dedim: "Bundan artıq nə deyim?! Bəzən ikimiz onun
haqqında danışırıq. Sən sevirsən..."
Ağa Nasir Əli ağadan tez başa düşdü. Ayağa qalxıb
dedi: "Gedək dəhlizə, Firiştə xanım yoldaşı ilə hal-əhval
tutsun. Niyə hamınız buraya yığışıbsınız?!"
Hamının otaqdan çıxmasını gözlədim. Xəbəri verməyə
səbirsizlənib sevincək dedim: "Əli can, sən ata olursan".
169
Ə
li ağa həyəcanlandı. Bir az sükutdan sonra dedi:
"Doğru deyirsən?! Mübarəkdir! Firiştə, onda buna görə
halın pis idi? İndi yaxşılaşdın?" Dedim: "Hələ
yaxşılaşmamışam, amma təbiidir".
O gecə hamı məsələdən xəbər tutdu. Deyəsən, ağa
Nasir hamıya məlumat vermişdi, amma heç kim üz
vurmadı. Bir neçə gündən sonra anamgilə gedib Əli
ağaya məktub yazdım. Əli ağa məktubun cavabını tez
göndərdi. Yazmışdı ki, mütləq həkimə gedib tibbi qovluq
açın.
Halım günü-gündən pisləşirdi. Həkim və dərmanlar da
kömək etmirdi. Bu müddətdə Əli ağa bir-iki dəfə
Həmədana gəldi, bir neçə gün qalıb tez qayıtdı.
|