GÜLÜstan prospekti



Yüklə 3,28 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix20.03.2020
ölçüsü3,28 Mb.
#30697
1   2   3   4   5   6   7   8   9
• Gülüstan prospekti..

qulaqlığını  taxıb  hava  vurmağa  başladı  və  sonra  gözünu 
civəyə  zillədi.  Az  sonra  qulaqlığı  çıxarıb  üzünü  tibb 
bacısına tutub dedi: “Histolik təzyiqi səkkizdir”. 
Birinci  tibb  bacısı  təəccüblə  mənə  baxıb  dedi:  “Bəs 
sənin serumun hanı?!” 
Bunları  məndən  nə  üçün  soruşduqlarını  bilmirdim. 
Cavab  vermədim.  Birinci  tibb  bacısı  getdi  və  az  sonra 
üstü dərman və avadanlıqla dolu təkərli bir stolla qayıtdı. 
O,  serumu  hazırlamağa  başladı.  İkinci  tibb  bacısı 
çarpayının  altından  asılmış  alüminium  cildli  dəftəri 
götürüb dedi: “Doktor sənə baxmadı?” 

 
16
Birinci 
tibb 
bacısı 
serumu 
hazırlaya-hazırlaya 
təbəssümlə  dedi:  “Uşağın  hamını  o  qədər  sevindirdi  ki, 
anasını unutduq”. 
Gülümsədim. 
Tibb  bacıcı  seruma  bir  neçə  ampul  əlavə  etdi. 
Ampullar  mənə  Əli  ağanın  rəssamlığını  xatırlatdı.  O, 
Sasan xəstəxanasında yatanda qanadına ox dəymiş və qan 
axan bir kəpənək rəsmi çəkmişdi. 
Soruşdum: “Uşaq necədir?” 
Tibb  bacısı  əlini  çiynimə  qoydu,  arxayın  təbəssümlə 
cavab  verdi:  “Özü  üçün  nadinclik  edir.  Bütün 
xəstəxananı  barmağına  dolayıb.  Ananız  körpələrin 
otağına  gedib  uşağı  qucağına  götürdü  ki,  hamı  şüşənin 
arxasından ona baxsın”. 
Tibb  bacısı  əşyalarını  toplayıb  təkərli  stolun  üstünə 
qoydu və dedi: “Serumun bir saat çəkəcək. Ona bir neçə 
ağrıkəsici ampul vurmuşam. İndi yatacaqsan”. 
Tibb  bacısı  gedəndən  sonra  otağa  göz  gəzdirdim. 
Qarşıdakı yumru ağ saat ikinin yarısını göstərirdi. Ayağa 
qalxıb  tavandakı  lampaları  söndürmək  istəyirdim.  Nə 
qədər  etdimsə,  taqətim  çatmadı.  Hövsələm  tükənmişdi; 
Bəs  nə  üçün  anam  gəlmir?  Nə  üçün  məni  yuxu  tutmur? 
Yavaş-yavaş  şlanqa  tökülüb  qoluma  doğru  axan  serum 
damcılarına  baxdım.  Hər  yer  sakit  idi.  Solumdakı  boş 
çarpayıya  baxdım.  Əli  ağa  olsaydı,  bu  gecə  yanıma 
gələrdimi? Yəni bu çarpayıda yatardı? Yoxsa yenə döyüş 
zonasına  əməliyyata  gedərdi?  Zamanın  geri  qayıtmasını 
necə də arzulayırdım. Dezfulda necə günlərimiz vardı! 
 
*** 
 

 
17
Çərşənbə axşamı, 13  yanvar 1987-ci il idi.  Fatimə ilə 
mən otaqları, evin tavanını və divarlarını süpürür, tozunu 
alırdıq.  Lakin  nə  edirdiksə,  ev  formasına  düşmürdü;  nə 
pərdəsi vardı, nə hər yerə çatan döşənəcəyi, nə də məişət 
avadanlıqları.  Hər  yeri  nə  qədər  sürtürdüksə,  faydası 
olmurdu. 
Səhər saat ona yaxın qapının zəngi çalındı. Düşündük 
ki,  Əli  ağanın  dediyi  əsgərdir.  Başıma  çadra  atıb  qapıya 
yaxınlaşdım.  Kimliyini  soruşdum.  Səsdən  tanımadım. 
Dedi: "Mənəm, Əli ağanın müavini Səid Sədaqəti". 
İ
ndi  də  həmin  günü  və  o  hadisəni  xatırlayanda 
deyirəm  ki,  kaş  onunla  Əhvaza  getməyəydik.  Kaş  evdə 
olmayaydıq  və  qapını  açmayaydım.  O  zaman  həyatımız 
ayrı  cür  olardı.  Lakin  təəssüf  ki,  qapını  açdım.  Hərçənd, 
onda da düşünürdüm ki, getməməliyəm, amma bilmirəm 
nədənsə  bacarmadım.  Ürəyim  getməyə  razı  deyildi, 
amma getdik. 
 
*** 
 
Başımın  üstə  bir  tibb  bacısı  dayanmışdı.  Mənə  baxır 
və gülümsünürdü. Serumu tam açdı. Son damlalar sürətlə 
ş
lanqa axdı. Ədyalı kənara çəkdi. İki əlinin barmaqlarını 
bir-birinə keçirib qarnımı möhkəm sıxdı. Qarnıma qəribə 
ağrı  doldu.  Tibb  bacısı  çəkdiyim  ağrıya  fikir  vermədən 
yenidən  qarnımı  sıxdı.  İxtiyarsız  olaraq  qışqırdım.  Tibb 
bacısı ədyalı sinəmə cəkib dedi: ”Bitdi. Bağışlayın, lazım 
idi”. 
Başımı 
yellədim. 
Serumu 
qolumdan 
çıxarıb 
zibilqabıya  atdı.  Anam  əlində  bir  dəstə  gül  otağa  girdi. 
Gülləri hər iki çarpayının arasındakı stolun üstünə qoydu. 
Yanımda dayanıb soruşdu: “Firiştə can, halın necədir?” 

 
18
Qarnım çox ağrısa da, dedim ki, yaxşıyam. 
Anam  ədyalı,  yaylığımı  və  üst  başımı  düzəltməyə 
başladı.  Sevincək  dedi:  “Bilmirsən  necə  oğlandır! 
Maşallah, güldür. Camaat dayanmadan zəng vurub sənin 
halını  soruşur;  cümə  imamının  ofisindən  tutmuş  valiliyə 
qədər”. 
 Kədərlə  anama  baxdım.  Əli  ağanın  da  sağ  olub  zəng 
vurmasını çox istəyirdim. Kaş mümkün olaydı! Boğazımı 
qəhər  tutdu.  Ürəyim  istəyirdi  ki,  anam  işığı  söndürsün, 
mən  yatım və  yuxuda Əli ağanı  görüm. Ya da  gözlərimi 
bağlayıb Əli ağa ilə xatirələrimi təsəvvür edim. 
Anam  gülləri  stolun  üstündən  götürdü.  Ağ  qladiolus 
gülləri  idi.  Onları  üzümə  yaxınlaşdırıb  dedi:  “Ətrinə 
bax”. 
Ə
li  ağanın  dəfn  olunduğu  günü  xatırladım.  Tabutun 
üstü  güllə  dolu  idi.  Cənnət  bağı  qladiolus  çələngləri  ilə 
dolmuşdu.  Əli  ağa  o  qədər  gülün  arasında  quş  kimi 
uçurdu. 
Anam otaqdakı kiçik soyuducunun qapısını açıb dedi: 
“Bir  dolça-zad  olsaydı,  gülləri  içinə  qoyardıq  ki, 
səhərəcən solmasın”. 
Soruşdum ki, qar yağır? 
Anam əlində gül pəncərəyə yaxınlaşıb bayıra baxdı. 
-  Yox,  amma  qar  havasıdır.  Bu  gecə  yağmasa  da, 
sabah mütləq yağacaq. 
Ötənilki güclü qarı xatırladım. Dedim: “Ana, keçən il 
23  yanvardakı  qar  yadındadır?  Cümə  idi.  Dostları  Əli 
ağanı İsfahandan gətirdilər. Necə pis gün idi!” 
Güllər  daha  anamın  əlində  deyildi.  Onları  hara 
qoyduğunu bilmədim. Gəlib yanımdakı çarpayıya uzandı 
və  dedi:  “Sənin  yuxun  gəlmir?”  Narahat  halda  dedim: 
“Ana!” 

 
19
Anam narahatlığımı gördü. 
- Canım, əzizim! 
- Yadındadır? 
-  Niyə  də  olmasın,  əzizim?!  Yadımdadır,  qəşəng 
qızım.  Çox  güclü  qar  yağmışdı,  hər  yer  buz  bağlamışdı. 
Dostları  onu  düz  evimizə  gətirdilər.  Sobanın  yanında 
yatağını  sərdim  ki,  soyuq  dəyməsin.  Ona  toyuq  supu 
hazırladım. Yeyib deyirdi ki, Vəcihə xanım, çox dadlıdır, 
ə
llərinə sağlıq!” 
Özümdən  asılı  olmadan  gözlərimdən  yaş  axmağa 
başladı. 
-  Ana,  Əli  ağa  cox  çətinlik  çəkdi.  Narahat  olmayasan 
deyə o vaxt sənə demirdim. Amma çox ağır keçdi. 
Anam başını balışa qoydu, sağ  əli üstə üzü mənə sarı 
uzanıb dedi: “İmam Hüseyn əvəzini versin! İmam Mehdi 
ə
vəzini versin, inşallah!” 
Gözümü  tavana  və  başımın  üstə  yanan  ağ  lampaya 
dikdim.  Düşündüm  ki,  bu  qədər  hadisə  necə  də  tez  baş 
verdi!  Anama  baxdım;  sağ  əli  üstə  ədyalsız  yuxuya 
getmişdi.  Ona  ürəyim  yandı.  Çətinliklə  çarpayıdan  enib 
ə
dyalı üstünə çəkdim, həmişəki kimi boğazından öpdüm. 
Ondan gözəl ətir gəlirdi. Tavandakı işığı söndürdüm. Qar 
yavaş-yavaş yağmağa başlamışdı, səma aydın idi. 
Səhər  yuxudan  oyananda  birinci  anamın  boş 
çarpayısına baxdım, sonra otağın  yerinə sərdiyi mələfəni 
gördüm.  Orada  idi,  namaz  qılırdı.  Astadan  dedim: 
“Salam. Sabahın xeyir!” 
Anam  namazın  salamlarını  deyəndən  sonra  əlində 
təsbeh ayağa qalxdı və yanıma gəldi. Əlimdən tutdu. 
- Salam, əzizim. Necəsən? 
- Yaxşıyam. Allaha şükür! 

 
20
Anamın üzü kədərli idi. Düşündüm ki, qara manto və 
yaylıq taxıb, üzünü də almayıb, ya da nədənsə narahatdır. 
Soruşdum: “Ana, uşaq necədir? Halı yaxşıdır?” 
Anam güldü. 
- Çox yaxşıdır. Səhər tezdən gedib baş çəkdim. Mələk 
kimi  yatmışdı.  Sən  necəsən?  Halın  yaxşı  deyil?  Başımı 
yelləyib  dedim:  “Yox...  Yaxşıyam”.  Soruşdum:  ”Atam, 
Röya və Nəfisə necədirlər?” 
Gülümsündü. 
-  Hamı  yaxşıdır.  Bir-iki  saatdan  sonra  zəng 
vuracağam, hamısı ilə danışacaqsan. 
Sonra  sanki  nəyisə  xatırlayıb  dedi:  “Allaha  şükür  ki, 
daha telefonumuz var, rahat olduq”. 
Dezfulda  olanda  darıxan  kimi  poçta  gedib  telefonla 
bizdən  yeddi-səkkiz  ev  kənarda  yaşayan  qonşumuz 
Səkinə  xanımın  evinə  zəng  vururdum.  Anamın,  ya  da 
başqa birinin gəlib telefonla danışması çox uzun çəkirdi. 
Son  zamanlarda  isə  zəng  vuranda  belə  deyirdim: 
“Zəhmət olmasa, anamı çağırın. Mən yarım saatdan sonra 
zəng vuracağam”.  
Anam  çarpayının  üstündə  oturub  təsbehi  ilə  zikr 
deməyə başladı. Ona dedim: “Səkinə xanımın evinə zəng 
vurmağım  yadındadır?  Bir  dəfə  bunun  üstündə  az  qala 
şə
hid olacaqdıq”. 
Anam  əlindəki  təsbehi  dayandırdı.  Qorxu  və 
nigaranlıqla mənə baxdı. Mən güldüm. 
- Qorxma! Görürsən ki, şəhid olmadım. 
Zikr deyə-deyə başını yellədi. 
-  Yalançı!  Həmişə  deyirdin  ki,  çox  yaxşıdır,  çox  xoş 
keçir. 
Yalan  demirdim  ki.  Dostlarımızla  bir-birimizin  evinə 
qonaq  gedirdik.  Amma  belə  şeylər  də  olurdu.  Bir  dəfə 

 
21
xəstələndim.  Əli  ağa  bir  həftə  idi  getmişdi.  Səhər  qarın 
sancısına  yuxudan  oyandım  və  ağrım  gecəyə  qədər 
davam etdi. Yazıq Fatimə əlindən gələni edirdi. Həftənin 
ortası idi və gəlməsinə ümid yox idi. Gecə fikirləşdim ki, 
birdən  gecənin  yarısı  halım  pisləşsə,  nə  edərəm?  Bir  an 
arzu etdim ki, kaş cümə axşamı və cümə günü olaydı, Əli 
ağa  gələydi!  And  olsun  Allaha,  ana,  həmin  vaxt  Əli 
ağanın maşınının səsi gəldi. Səhv etməsəm, saat on birin 
yarısı idi. Əli ağa otağa girəndə mənim halımı görən kimi 
yerində  donub  qaldı.  Baxmayaraq  ki,  öz  halı 
mənimkindən  də  pis  idi;  toz-torpağın  içində  idi, 
yorulmuşdu,  gözləri  və  üzü  şişmişdi.  Sanki  bir  həftə 
yatmamışdı.  Soruşdu  ki,  sənə  nə  olub?  Dedim  ki, 
bilmirəm,  nədənsə  səhərdən  qarnım  sancır.  Əli  ağanın 
sürücüsü  getmişdi.  Elə  qapının  önündən  qayıdıb 
qonşumuz  cənab  Siddiqin  maşınını  aldı,  məni  və 
Fatiməni  mindirib  xəstəxanaya  apardı.  Xəstəxananın 
önündə  dedi:  "Firiştə,  mən  çox  yorğunam,  özün 
gedirsən?"  Maşını  söndürdü  və  başını  sükanın  üzərinə 
qoyub  dedi:  "Bir  problem  olsa,  mənə  deyin".  Növbətçi 
doktor  məni  müayinə  edib  dedi:  "Appendisitə  oxşayır". 
Bir  neçə  analiz  yazdı  və  tapşırdı  ki,  təcili  verim. 
Analizləri verdim. Doktor cavabını görəndə dedi: "Allaha 
ş
ükür  ki,  mühüm  bir  şey  deyil".  Bir  neçə  dərman  və 
şə
rbət yazdı. Ümumilikdə iki-üç saat çəkdi. Əlimizdə bir 
kisə  dərman  qayıtdıq.  Əli  ağa  başını  sükanın  üzərinə 
qoyduğu halda da yuxuya getmişdi. Onu oyatdım. Maşını 
işə saldı və yola düşdük. Halım yaxşılaşmışdı və küçələri 
görürdüm.  İmam  Mehdinin  (ə)  doğum  günü  olan  15 
Şə
ban  gecəsi  idi.  Şəhərdə  adam  az  idi,  amma  onlar 
ə
llərindən  gələni  etmişdilər.  Xüsusi  sevinclə  küçələri 
bəzəmiş,  prospektlərin  ortasına  güldan  düzmüşdülər. 

 
22
Maşının  şüşəsindən  bizə  şirniyyat  qutuları  verirdilər. 
Ağacların  arası  rəngli  lentlərlə  dolu  idi.  Çox  sevinirdim. 
Tez-tez  Əli  ağaya  deyirdim:  "Oraya  bax.  Buraya  bax. 
Necə də qəşəngdir!" Əli ağa çox yorğun olsa da, mənim 
sevindiyimi  görüb  prospektləri  bir  də  dövrə  vurdu. 
Deyirdi  ki,  xoşun  gəlir,  bir  də  bax.  Çox  uzun  çəkdi. 
Qayıdanda  gördük ki, ağa Hadi küçədə dayanıb.  Zeynəb 
tərslik etmiş və onu yatmağa qoymamışdı. 
 
*** 
 
Anam  canamazını  yığmaq  üçün  ayağa  qalxdı.  Ac 
idim,  zəiflikdən  bütün  bədənim  titrəyirdi.  Çətinliklə 
ə
dyalı  kənara  çəkib  çarpayıdan  qalxmaq  istədim.  Bütün 
otaq  başıma  fırlanırdı.  Çarpayının  yanındakı  çəkələyi 
axtarırdım.  Gözlərimə  qaranlıq  çökdü.  Elə  bildim  daha 
qəlbim döyünmür. Çətinliklə anamı çağıra bildim. 
Anam tez qaçıb əlimi tutdu. 
–  Nə  olub,  Firiştə?  Nə  üçün  rəngin  qaçıb?  Nə  üçün 
belə oldun? 
Bütün bədənim keyimişdi; nə bir şey  görür, nə  də bir 
səs eşidirdim. Anam məni taxta uzadıb bayıra qaçdı. 
Az sonra özümə  gəldim. Çarpayının  yanında bir  neçə 
tibb  bacısı  vardı.  Anamın  səsini  eşidirdim:  "Ağzını  aç, 
Firiştə can, Firiştə xanım..." 
Ağzımı  açdım.  Şirin  meyvə  şirəsi  qurtum-qurtum 
boğazıma  gedir,  sanki  əl-ayağımı  yenidən  cana  gətirirdi. 
İş
tahla meyvə şirəsini başıma çəkdim. Tibb bacısı anama 
dedi:  "Qan  təzyiqi  çox  aşağıdır.  Mühüm  bir  şey  deyil, 
zəifləyib. Səhər yeməyini verin yesin". 
Anam  çarpayının  önündəki  nikelli  stolu  çəkdi  və 
ağzıma  bir  tikə  çörək  və  mürəbbə  qoydu.  Aclıqdan 

 
23
çıxmış  adamlar  kimi  ağzım  və  dodaqlarım  əsirdi.  Sanki 
illərlə  heç  nə  yeməmişdim.  İkinci  və  üçüncü  tikələri 
ağzıma  qoydu,  süd  stəkanını  yaxınlaşdırdı,  isti  qaynar 
südün ətrini duydum. 
– Şəkər qatmışam. 
Anam  süd  stəkanını  dodaqlarıma  qoymuşdu,  əlləri 
titrəyirdi. Hər iki əlimlə stəkanı tutdum. Hər ikimizin əli 
titrəyir,  stəkanı  tərpədir  və  dişlərimə  vururdu.  Anam 
stəkanı  möhkəm  tutdu  və  südü  yavaş-yavaş  içməyimə 
kömək etdi. 
Anam  dedi:  "Sənə  deməyi  unutdum,  dünən  gecə 
Zeynəbin  anası  Fatimə  xanım  zəng  vurub  halını 
soruşurdu". 
Fatimənin 
adını 
hər 
dəfə 
eşidəndə 
Dezfulu 
xatırlayırdım. Bomba və raket altında olsaq da, həyatımın 
ə
n gözəl günləri idi. 
Anam  səbirlə  ağzıma  çörək  və  mürəbbə  verib  dedi: 
"Yaxşılaşdın? Cana gəldin?" 
Hələ  də  bütün  bədənimin  titrədiyini  düşünürdüm. 
Danışa  bilmirdim.  Stolun  üstündəki  səhər  yeməyini  tez-
tez udmaq istəyirdim. Anam heç nə deməyib sakitcə tikə 
hazırlayırdı. 
Gülümsündüm.  Anam  səbəbini  soruşdu.  Dedim  ki, 
yadıma Dezful düşdü. Necə də xoş günlər idi! 
Anam  hazırladığı  tikəni  ağzıma  yaxınlaşdırıb  dedi: 
"Bu da həmin xoşlardandır?!" 
Dedim ki, yox, vallah, doğru deyirəm. 
Anam  təbəssümlə  dedi:  "Yaxşı,  and  içmə,  inandım. 
Dezful  yaxşı  şəhərdir.  Keçən  il  biz  də  sizin  yanınıza 
gəldik, çox yaxşı keçdi. Allah Əli ağaya rəhmət eləsin!" 
Tikəni çeynədim. 

 
24
– Allah rəhmət eləsin, ana! Nə yaxşı ki, gəldiniz! Çox 
yaxşı  keçdi.  Axşamüstü  idi.  Fatimə  ilə  dilxor  halda 
həyətdə  pilləkənin  üstündə  oturub  fikirləşirdik  ki,  şama 
nə hazırlayaq. 
Anam dedi: "Lobya bişirmişdin". 
–  Neyləyim,  çox  istəyirəm.  Fatimə  dedi  ki,  axşama 
ağırdır. Mən dedim ki, heç nə olmaz. 
– Əli ağanın da lobyadan yaman xoşu gəlirdi! 
Qazana  böyük  bir  kasa  dolu  lobya  tökdüm.  O  vaxt 
özümü də gülmək tutdu. Dedim ki, birdən bədbəxtlikdən 
bu axşam Əli ağa da  gələr. Yazığın təkcə lobyadan  yox, 
bütün  köp  yaradan  xörəklərdən  acığı  gəlirdi,  mədəsi 
ağrıyırdı.  Fatimə  üç-dörd  soğan  doğradı.  Gözlərimizdən 
yaş  axa-axa  danışırdıq.  Fatimə  soğanı  qızartdı,  çəkilmiş 
ə
ti  də  mən  öz  qazımın  üstə  qızartdım.  Qazanın  qapağını 
açanda  gördüm  ki,  lobyalar  şişib  iki-üç  dəfə  böyüyüb. 
Gülmək  üçün  dedim:  "Fatimə,  yəni  bu  qədər  lobyanı 
ikimiz yeməliyik?!" 
Küçədən səs-küy gəlirdi. Qonşularımızın qonağı vardı. 
Fatimə  kədərli  halda  dedi:  "Kaş  bizim  də  qonağımız 
olaydı!" Plan cızırdıq ki, gedib qonaqlarını oğurlayaq. Bu 
vaxt siz gəldiniz. 
Anam  dedi:  "Elektrik  kəsilmişdi.  Atanın  maşını  ilə 
gəldik.  Novruzdan  on  gün  ötürdü,  birdən  qərara  gəldik. 
Ə
min də gəldi. Mən, Nəfisə və Röya arxada oturmuşduq. 
Yolu  tanımırdıq.  Çox  axtarandan  sonra  500  Mənzil 
qəsəbəsini  tapıb  Fəthülmübin  meydanına  gəldik,  amma 
Gülüstan  prospektini  tapa  bilmirdik.  Qaranlıqda  dövr 
vurur,  gördüyümüz  hər  adamdan  Gülüstan  prospektinin 
on birinci küçəsində 215 nömrəli evin yerini soruşurduq. 
Hər  yer  qaranlıq  idi,  göz-gözü  görmürdü.  Atan  maşının 
işıqlarını yandırmağa qorxurdu. Birdən gördük arxamızca 

 
25
işığı  yanan  bir  maşın  gəlir.  Atan  saxladı.  Gördük  Əli 
ağadır. 
–  Biz  həyətdə  oturmuşduq,  sizin  səsinizi  eşidirdik, 
amma inanmırdıq. 
Anam dedi: "Nə gözəl günlər idi!" 
–  Qapını  açanda  sanki  dünyanı  mənə  verdilər. 
Sevindim ki, lobyam şişməyib. 
Anam  güldü:  "Ay  şeytan!  Gördün  ki,  özüm  qollarımı 
çırmayıb kürəkənimə necə səbzi-plov bişirdim?!" 
Anam  səhər  yeməyini  yığışdırıb  dedi:  "Ertəsi  gün 
atan,  əmin  və  Əli  ağa  döyüş  zonasına  getdilər,  biz  də 
Səbzəquba  imamzadəsinə". 
Bir ah çəkdim. 
–  Aprelin  ikisində  siz  Həmədana  qayıdanda  sanki 
dünyanın  bütün  qəm-kədəri  mənim  başıma  çökdü.  O 
qədər  narahat  idim  ki,  Əli  ağa  mənə  görə  cəbhəyə 
getmədi. O qədər danışdı, deyib-güldü ki, siz Həmədana 
çatdınız.  Axşam  dedi:  "Məncə,  ata-anan  çatıblar.  Get 
Səkinə  xanımgilə  zəng  vur  və  ürəyin  istəyən  qədər 
danış". 
Anam  yemək  podnosunu  apardı.  Halım  yaxşı  idi. 
Pəncərəyə  baxdım.  Səhər  açılmışdı,  səma  aydın  idi, 
qəşəng  xırda  qar  yağırdı.  Tez  gedib  oğlumu  görmək 
istəyirdim.  Dodaqaltı  dedim:  "Əli  ağa,  sən  oğlumuzu 
gördün?" 
Kövrəldim.  Əli  ağanın  artıq  həyatda  olmadığı  və 
uşağımın  atasız  olduğu  yadıma  düşəndə  qəhərlənirdim, 
bədənim  titrəyirdi.  Yəni  onu  təkbaşına  böyüdə  bilərəm? 
Oğluma  ürəyim  yanırdı.  Yenidən  Əli  ağanı  otaqda 
gördüm.  O,  gülürdü.  Üzümü  haraya  çevirirdimsə,  orada 
idi:  anamın  çarpayısının  yanında,  pəncərənin  kənarında, 
öz  çarpayımın  ayaq  tərəfində,  pəncərənin  arxasında 

 
26
qəşəng  qarın  altında.  Sanki  Əli  ağa  qar  dənələri  qədər 
çoxalmışdı.  Qar  yağır  və  pəncərənin  ağzını  doldururdu. 
Otağa  gözəl  ətir  yayılmışdı;  limon  ağaclarının  ətri  kimi. 
Otaqda  bahar  ətri  vardı  -  Əli  ağanın  ətri.  Dedim:  "Əli 
ağa,  gərək  bizim  ikimizdən  də  muğayat  olasan.  Mən  tək 
bacarmaram". 
Hiss  etdim  ki,  Əli  ağa  gülür  və  həmişəki  kimi  başını 
tərpədərək deyir: "Baş üstə, gülüm, baş üstə". 
Bundan  sonra  rahat  nəfəs  aldım,  yüngülləşdim  və 
sevindim. 
Günorta  on  ikinin  yarısı  idi.  Bu  qədər  yatdığıma 
inanmırdım.  Anam  otaqda  deyildi.  Ağ  qladiolus  gülləri 
soyuducunun  üstündəki  plastik  qabın  içində  idi.  Qar 
dayanmışdı,  amma  səma  hələ  tutqun  idi.  Otağın 
bənövşəyi pərdələri xırda narıncı və sarı güllərlə dolu idi. 
Hər  iki  tərəfdən  çox  səliqəli  yığılmışdı.  Otaq  təmiz, 
səliqəli və ətirli idi. Qalxıb çarpayının üzərində oturdum. 
Halım  yaxşı  idi,  daha  yuxum  gəlmirdi  və  ağrı  hiss 
etmirdim. Gözümü pəncərəyə və onun qəşəng pərdələrinə 
dikdim.  Pərdələr  mənə  çox  tanış  gəlirdi.  Xatirəsi  əziz 
olsun! Dezfuldakı ev üçün belə şəkilli pərdələr almışdıq. 
Çarpayıdan  enib  pəncərəyə  yaxınlaşdım,  pərdələri 
tutub iylədim. Dezfulun ətri gəlirdi. 
Qayıdıb  qapının  çərçivəsinin  altında  dayandım. 
Xəstəxananın  dəhlizi  hündür,  təmiz  və  sakit  idi.  Anam 
tibb  bacılarına  məxsus  guşədə  dayanıb  telefonla 
danışırdı.  Məni  görüb  gülümsündü  və  mənə  əl  yellədi. 
Çəhrayı  paltarım  yerlə  sürünürdü.  Anam  dəstəyi  asıb 
yanıma gəldi. Yaxınlaşanda dedi: "Firiştə can, oyandın?!" 
Təbəssümlə dedim: "Çox yatdım". 

 
27
Anam  əlimi  tutub  dedi:  "Səhərdən  telefonlara  cavab 
verirəm. 
Yatdığına 
görə 
tapşırdım 
ki, 
otağı 
birləşdirməsinlər". 
Təəccüblə soruşdum ki, məgər nə olub? 
Anam məni tualetin önünə qədər apardı. 
– Üzünü yu, halın yaxşılaşar. Yumusan? 
Yumamışdım. Anam tualetin qapısını açdı. Hər şey ağ 
idi və təmizlikdən parlayırdı. Su kranını açdım. 
Anam  dedi:  "Qohumlardan,  dost-aşnalardan  tutmuş 
tanımadığımız  adamlara  qədər  zəng  vurub  hal-əhval 
tuturlar. Əmi, əmin yoldaşı, dayı..." 
Güzgüdə  özümü  görürdüm;  solğun  və  yorğun  idim. 
Gözlərimin  altında  çökək  yaranmışdı.  Üzümü  yuyanda 
düşündüm ki, sanki bir əsrdir hamıdan xəbərsizəm. 
– İndi kiminlə danışırdım? 
– Vəhidlə, əmin oğlu Vəhidlə. 
Vəhidin adını eşidib qeyri-iradi olaraq yavaşca dedim: 
"Vəhid! Balaca Vəhid!" 
Çarpayının üzərində oturub Əli ağanın Vəhidi Dezfula 
gətirdiyi  axşamı  xatırladım.  Anam  əlimi  tutub  dedi: 
"Uzan, Firiştə". 
Soruşdum:  "Nə  vaxta  qədər  burada  qalacağam?  Nə 
üçün uşağı gətirmirlər?" 
Anam dedi: "Sabah səhərə qədər". 
Nigaranlıqla soruşdum: "Halı  yaxşıdır? Nəsə problem 
yaranmayıb? Düzünü de". 
Anam ədyalı üstümə çəkdi. 
–  Yenə  ərköyünləşdin.  Allah  haqqı,  doğru  deyirəm. 
İ
stəyirsən yalan deyim?! 
Gözlərimi  yumdum.  Anam  dəsmalla  üzümü  quruladı, 
yaylığımı  səliqəyə  saldı,  köynəyimin  qollarını  aşağı 

 
28
endirdi.  Onu  qucaqlayıb  boğazını  öpdüm.  Necə  gözəl 
ə
tir! 
– Günortadan sonra səni görməyə gələcəklər. 
Anam  çarpayını  səliqəyə  salmağa  başladı.  Çox  çətin 
keçirdi.  Heç  vaxt  düşünməzdim  ki,  bu  çarpayıya  Əli 
ağasız uzanacağam. Bu günləri hər fikirləşəndə Əli ağanı 
da  görürdüm.  Necə  xoş  günlər  təsəvvür  edirdim!  Heç 
vaxt düşünməzdim ki, uşağım dünyaya gələndə hamımız 
matəmdə və gözüyaşlı olacağıq. Görəsən bundan da ağır 
günlər var?! Anam dedi: "Firiştə, oyaqsan?" 
Ə
li  ağanın  yeri  çox  görünürdü,  onun  üçün  çox 
darıxırdım.  İsti  əllərinə  nə  qədər  ehtiyacım  vardı! 
Doyunca ağlamaq üçün də çox darıxmışdım. Atam dedi: 
"Belə tez yatdın?" 
Gözlərimi  açmadım,  cavab  da  vermədim.  Gözlərim 
bağlı  olsa  da,  anamın  çarpayının  üzərində  oturduğunu, 
çantasını  açdığını  duydum.  Ana  olandan  bəri  anama 
sevgim  çoxalmışdı.  Ona  ürəyim  yanırdı,  onu  bir  an  da 
narahat  etmək  istəmirdim.  Yavaşca  gözlərimi  açdım  və 
anam duymadan gözaltı ona baxdım. Köndələn otursa da, 
ə
lindəki  bir  şəklə  necə  baxdığını  və  çiyinlərinin 
titrədiyini 
görürdüm. 
Çantasını 
sinəsinin 
üstünə 
qoymuşdu.  Deyəsən,  dodaqaltı  nəsə  deyirdi.  Düşündüm 
ki,  yəqin  Əli  ağanın  şəklidir.  Ondan  ötrü  çox 
darıxmışdım. Qəribə hisslər keçirirdim. Sanki daha bir an 
da ondan ayrı qala bilməyəcəkdim. Elə bilirdim ki, həmin 
anda  onu  görməsəm,  ölərəm.  Necə  olursa-olsun,  şəkli 
anamdan almaq istəyirdim. Soruşdum ki, ana, nə edirsən? 
Anam diksindi və tez çantasını balışın altına qoydu. 
Dedim: "Əli ağanın şəkli idi? Ver mənə, baxım". 

 
29
Anam  cavab  vermədi  və  cəld  gözlərini  silməyə 
başladı.  Qəhər  içində  dedim:  "Ana,  vallah,  mən  də  Əli 
ağa üçün çox darıxmışam!" 
Anam  dönüb  özünü  bilməzliyə  vurdu:  "Şəkil?!  Hansı 
şə
kil?!" 
Gözləri  qızarmışdı.  Pul  kisəsində  həmişə  səyyar 
albomu  olurdu:  Röyanın,  Nəfisənin,  mənim,  atamın, 
dayımın  və  ata-anasının  şəkli.  Təxminən  bir  il  idi  bu 
alboma Əli ağanın da şəkli əlavə olunmuşdu. 
Dedim ki, ana, sən Allah, ver baxım. 
Deyəsən,  mənə  yazığı  gəldi.  Könülsüz  halda  çantanı 
balışın altından çıxarıb  mənə uzatdı. Əli ağa sarışın bığ-
saqqalının  arxasından  gülürdü.  O  şəkildə  döyüş 
yoldaşlarının  yanında  dayanmışdı  və  hamı  boynundan 
qara  şal  asmışdı.  Anam  şəkli  qayçılayıb  kiçiltmişdi, 
yalnız  Əli  ağa  qalmışdı.  O  şəkli  mənim  şəklimin  yanına 
qoymuşdu.  Dedim:  "Bu  şəkli  keçən  il  yanvar  ayında 
çəkdirib.  Fatimeyi-Zəhranın  şəhadət  günləri  idi  - 
Kərbəla-5 əməliyyatı. O axşam Əli ağa bir top qara parça 
gətirib  dedi:  "Firiştə,  şal  tikə  bilirsən?"  Parçanı  əlindən 
aldım. Təəccüblə soruşdum ki, bu qədər şalı neyləyirsən? 
Dedi:  "Yoldaşlarımızla  qərara  gəlmişik  ki,  xanım 
Fatimeyi-Zəhraya  görə  bu  il  hamımız  qara  şal  ataq". 
Topu açıb dedim: "Ölçüsünü özün de". İlk bir-ikisini bir 
yerdə  kəsdik.  Ağa  Hadi  və  Fatimə  də  gəldilər.  Onlar 
kəsirdilər,  mən  də  tikiş  maşını  ilə  kənarlarını  tikirdim. 
Həmin  gecə  təxminən  səhərə  qədər  oturduq.  Səhər  Əli 
ağa və ağa Hadi gedəndən sonra Fatimə ilə mən növbə ilə 
tikiş  maşınının  arxasına  keçdik.  İşin  ortasında  sap  bitdi. 
Sap  ardınca  bütün  qəsəbəni  alt-üst  etdik,  tikiş  maşını 
üçün  sap  tapılmadı  ki  tapılmadı.  Axırda  bir  neçə  əl  sapı 
almağa məcbur qaldım. Çox çətin idi; maşın tikmir, tez-

 
30
tez  sapı  qırır  və  iynəni  sındırırdı.  Çox  əziyyətlə  şalları 
tikdik. Gecə Əli ağa  gələndə çox sevindi. Birini götürüb 
ağa Hadinin boynuna saldı". 
Bunları  ağlaya-ağlaya  anama  danışırdım.  Anam 
barmağı  ilə  gözlərimin  yaşını  sildi.  Uzandığım  yerdə 
gözümü şəklə dikdim. Anam dedi: "Bəsdir, Firiştə!" 
Şə
kli  sinəmin  üstə  qoyub  dedim:  "Söz  verirəm 
ağlamayacağam". 
Lakin  bir  an  da  sözümə  əməl  edə  bilmədim.  Anam 
şə
kli aldı. 
Bir  tibb  bacısı  yeməklə  otağa  girdi,  salam  verib 
təbəssümlə soruşdu: "Xanım Pənahi, halınız necədir?" 
Cəld  gözlərimin  yaşını  sildim.  Tibb  bacısı  təəccüblə 
mənə baxıb dedi: "Bir şey olub?" 
Anam  pul  çantasını  əl  çantasının  içinə  qoya-qoya 
narahatlıqla  dedi:  "Xanım,  sən  Allah,  sən  de,  qəmli  süd 
uşağa nə qədər ziyandır?" 
Tibb  bacısı  məzəmmətlə  baxıb  dedi:  "Uşağı  çox  arıq 
edir". 
Sonra  əlini  çiynimə  qoyub  dedi:  "Xanım  Pənahi,  siz 
bundan sonra iki nəfərdən muğayat olmalısınız". 
Dedim: "Bir şey deyil, yalnız bir azca darıxdım”. 
Gözlərimin  yaşını  silib  özümü  sakit  göstərməyə 
çalışdım. Tibb bacısı supu və kabab-plovu stolun üstünə 
qoyub  dedi:  "İndi  iştahla  naharınızı  yeyin  və  bir  az 
istirahət  edin.  Saat  ikidə  görüş  vaxtıdır.  Əminəm  ki, 
ə
hvalınız çox dəyişəcək". 
 
*** 
 
Yanvarın  ikisi  idi  və  gözüm  qarşıdakı  yumru  saata 
dikilmişdi.  Ürəyim  istəyirdi  ki,  saat  tez  iki  olsun. 

 
31
Dünəndən hamı üçün darıxmışdım. Mənsurə xanımla ağa 
Nasir böyük bir gül dəstəsi ilə otağa girdilər. Məni görüb 
güldülər, amma gözləri qızarmış və şişmişdi. Bilirdim ki, 
Ə
li ağa həyatda olmadan nəvələrini görmək çox çətindir. 
Onları  görəndə  boğazımı  qəhər  tutdu;  nə  yuxarı  gedirdi, 
nə də aşağı. 
Onlara ürəyim yanırdı. Qara paltar hələ də əyinlərində 
idi.  Oğulları  Əmirin  şəhadətindən  də  çox  ötmürdü.  Əli 
ağanın  qüssəsi  hələ  ciyərlərini  yandırırdı.  Onlara  çox 
acıdım.  Bilirdim  ki,  məni  bu  vəziyyətdə  görmək  onları 
daha  da  kədərləndirir.  Bu  kişi  və  qadında  necə  səbir 
vardı!  Oğlumun  dünyaya  gəlişindən  hələ  bir  gün 
ötməmişdi,  amma  onun  üçün  darıxırdım.  Bəs  Mənsurə 
xanımla ağa Nasir necə dözürdülər?! 
Çarpayının  yanındakı  plastik  stullarda  oturdular.  Az 
sonra ağa Nasir həmişəki kimi şad əhval-ruhiyyə ilə dedi: 
"Gedib  oğlumuzu  gördük,  eynilə  Əlinin  uşaqlığı 
kimidir". 
Mənsurə  xanım  uşağın  ac  qalmasından  narahat  idi. 
Dedi:  "Firiştə  can,  dedim  ki,  gətirsinlər  ona  süd  ver. 
Firiştə  xanım,  yadından  çıxarma,  birinci  südü  kənara 
tökməyəsən;  zorla  olsa  da,  ver  ki,  Əli  kimi  onun  da 
sümükləri möhkəm olsun". 
Bir  qədər  sonra  otaq  qonaqla  doldu.  Qonaqların  çoxu 
anamın  çarpayısında  oturdular.  Mənimlə  hal-əhval 
tutduqdan  sonra  hamı  uşağı  soruşurdu.  Bir  neçə  dəqiqə 
qalıb  uşağı  görmək  üçün  körpələr  otağına  gedirdilər. 
Anam,  Röya  və  atam  qonaqlara  şirniyyat  paylayırdılar. 
Uşağı  çox  sevən  Nəfisə  də  gələndən  bəri  körpələr 
otağının pəncərəsinin qabağından çəkilmirdi. 
Soyuducu və stolun üstü gül, şirniyyat və meyvə şirəsi 
ilə  dolmuşdu.  Çoxları  uşağı  görəndən  sonra  qayıdıb 

 
32
görüşləri  barədə  hamıya  məlumat  verirdilər.  Onlar 
danışandan  sonra  uşağımı  tez  görməyi  daha  çox 
istəyirdim. Saat dördə yaxın görüş vaxtının bitdiyini elan 
etdilər.  Qonaqlar  bir-bir  sağollaşıb  getdilər.  Otaqda 
yalnız  ağa  Nasir,  Mənsurə  xanım,  atam  və  anam  qaldı. 
Ağa Nasir zarafatcıl və söhbətcil adam idi. Dezfula bizim 
evimizə səfərini atama danışırdı. Hər şeyi o qədər məzəli 
danışırdı ki, hamı diqqətlə qulaq asırdı. 
O  deyirdi:  "Xəstəxanadan  vaxt  almışdım,  gözümün 
mirvari  suyunu  əməliyyat  etdirmək  istəyirdim.  Bu 
Mənsurə xanım yuxudan ayılandan axşama qədər deyindi 
ki,  camaatın  qızı  raketlərin  altında  qalıb,  Firiştə 
ə
manətdir,  get  gətir.  O  qədər  dedi  ki,  bir  də  gördük 
xəstəxana əvəzinə Dezfuldayıq. Nə qədər dedim ki, Hacı 
xanım, mənim gözlərim heç bir yeri görmür, kor oluram; 
bu  qədər  görməyim  də  gözlərimin  mərhəmətindəndir, 
utandıqlarından  tam  kor  olmayıblar  hələ,  amma  nə 
fayda?!  Xülasə,  "ya  Əli!"  deyib  yola  düşdük.  Gecə 
çatdıq. Gözüm heç yeri görmürdü. Əlinin dostları küçədə 
məni görüb evlərinə apardılar. Qapını döydüm. Bu Firiştə 
xanım  qapını  açıb  salam  verdi.  Dedim  ki,  sən  kimsən? 
Dedi:  "Ağa  can,  mənəm,  Firiştə,  gəlinin".  Dedim  ki, 
mənim gəlinimsənsə, bəs burada nə edirsən? Dedi ki, ağa 
can,  bura  oğlun  Əli  ağanın  evidir.  Dedim  ki,  əbəs  yerə 
oğlumun  evi  buradadır;  biz  həmədanlıyıq,  əşyalarını 
topla,  gedək  Həmədana.  Bu  Firiştə  xanım  məni  elə 
tovladı  ki,  şam  süfrəsinə  necə  oturduğumu  bilmədim. 
Xülasə,  gecə  yatmaq  istədim.  Ev  deyildi  ki,  cəhənnəm 
idi. Dedim ki, mən qışda da həyətdə yatıram, bura istidir. 
Gəlin dedi ki, ağa can, həyətdə olmaz, təhlükəlidir, gecə 
yarısı  bomba  ata  bilərlər.  Dedim  ki,  yox,  bomba 
atmazlar. Xülasə, gəlin dedi, mən dedim, axırda razılaşıb 

 
33
həyəti  süpürdü.  Amma  yenə  də  öz  sözünü  dedi:  "Ağa, 
burada  əqrəb  var  ha!"  Dedim  ki,  məni  əqrəblə 
qorxudursan?!  Nə  başınızı  ağrıdım,  gecə  yatıb  səhər 
tezdən  oyandım,  namazdan  sonra  küçənin  başından  təzə 
çörəklə  camış  qaymağı  aldım.  Ayağımı  həyətə  qoyan 
kimi  gördüm  bu  Firiştə  xanım  çəkələyin  bir  tayı  ilə 
mənim  yatağımın  üstündə  dayanıb.  Məni  görən  kimi 
dedi:  "Ağa  can,  əqrəb!  Gördünüz,  dedim  ki,  burada 
yatmayın! Görün necə böyük əqrəbdir!" Dedim ki, qızım, 
ə
l saxla, öldürmə. Əgər o heyvan gecə mənim yatağımda 
olub və məni sancmayıbsa, sənin də işin olmasın. Məgər 
ona  canı  sən  vermisən?!  Xülasə,  ağa,  biz  gəlini  qaytara 
bilmədik heç, özümüz də döyüş zonasına gedib çıxdıq”. 
Bir  tibb  bacısı  içəri  girib  görüş  vaxtının  bitdiyini 
yenidən  bildirdi.  Ağa  Nasir  danışa-danışa  atamla  və 
Mənsurə xanımla birgə getdi. 
Otağı  gül  ətri  bürümüşdü.  Hara  baxırdın,  tuberoza, 
mixəkgülü  və  qladiolus  güllərinin  qəşəng  çələng  və 
buketləri dolu idi. 
O gecə öncəki gecədən rahat yatdım. 
Ertəsi gün səhər yeməyindən sonra anamın köməyi ilə 
mantomu,  yaylığımı  və  çadramı  geyindim.  Atam  da 
gəlmişdi və zalda gözləyirdi. Yanında əllərində bir səbət 
gül, cildlənmiş hədiyyə  və bir Quran olan iki tibb bacısı 
dayanmışdı.  Baş  həkim  tapşırmışdı  ki,  hörmət  əlaməti 
olaraq evə qədər mənimlə gəlsinlər. Arabaya oturdum və 
iki tibb bacısı məni zala sürdülər. Anam körpəni almağa 
getmişdi.  Çox  paltar  geyinsəm  də,  xəstəxanadan  çıxan 
kimi üşüdüm. Bayırda qar yağırdı, hava şaxtalı idi və hər 
yer buz bağlamışdı. Tibb bacılarının köməyi ilə arabadan 
düşüb  qapısının  üstünə  Fatimiyyə  xəstəxanasının 
emblemi  vurulmuş  maşına  mindim.  Bayırda  anamı 

 
34
gördüm; 
uşağı 
qucağında 
tutub 
xəstəxananın 
pilləkənindən  ehtiyatla  enirdi.  Sürücü  atamın  maşınının 
öndən hərəkət etməsini gözləyirdi. 
Sanki  şəhərin  bütün  meydanlarını,  səkilərini,  evlərin 
üstünü  və  ağacları  ağ  boya  ilə  boyamışdılar.  Hər  yer  ağ 
və  soyuq  idi.  Abbasabad  stansiyasından  keçib  Mirzadə 
Eşqi  küçəsinə  girdik.  Borulardan  buz  sallanırdı.  İnsanlar 
qar  üzərində  ehtiyatla  yeriyirdilər.  Mirzadə  Eşqi 
küçəsindən  keçəndə  özümdən  asılı  olmadan  başımı 
çevirib  küçəmizə  baxdım.  Maşın  sürətlə  gedib  Zindan 
döngəsini də keçdi. Maşının təkərləri altında əriyib ətrafa 
səpələnən qarın şappıltı səsini sevirdim. 
Dibac  prospektinə  daxil  olduq.  Dibac  şəhidləri  adına 
peşə  liseynin  yanından  keçdik.  Atamın  maşını  çətinliklə 
binaların 
həyətinə 
girdi. 
Küçənin 
qarı 
hələ 
təmizlənməmişdi.  Maşın  altıncı  blokun  önündə  dayandı. 
Atam  düşüb  bizim  maşına  yaxınlaşdı,  elə  qarlı-soyuqlu 
havada  qonşular  qayınatamın  yaşadığı  binanın  önündə 
dayanmışdılar.  Başı  qəssabın  əllərində  olan  qoyun 
mələyirdi.  Qoyunun  buzlu  səsi  ürəyimi  sıxdı.  Binanın 
qapısının  sağ  və  sol  tərəflərinə  iki  plakat  vurmuşdular. 
Hər  iki  plakatın  üzərində  Əli  ağanın  şəkli  gülürdü. 
Qonşuların  biri  manqalın  üzərinə  üzərlik  tökürdü. 
Üzərliyin  tüstüsü  soyuq  havada  yavaş-yavaş  yuxarı 
qalxırdı.  Qonşu  qadınlar  gəlib  məni  qucaqladılar. 
Qonşuların  biri  məni  görüb  ağladı.  Daha  qoyunun  səsi 
gəlmirdi.  Yerdə  üzərindən  par  çıxan  qırmızı  xətt 
görünürdü. 
Qayınatamın 
evi 
dördüncü 
mərtəbədə 
idi. 
Fikirləşirdim ki, bu qədər pilləni necə qalxacağam. Tibb 
bacılarının  biri  qolumun  altına  girdi.  Qonşular  salavat 
deyirdilər.  Birinci  mərtəbənin  divarında  Əli  ağanın  qırx 

 
35
məclisinin  elanı  vardı,  üzərində  şəkli  gülürdü.  Dayanıb 
oxudum:  “04.01.1988  tarixində,  bazar  ertəsi  günü  saat 
08:00-dan 
11:30-a 
qədər 
Mehdiyyə 
məscidində. 
Məscidin 
qadınlar 
hissəsində 
də 
qadın 
məclisi 
keçiriləcək”. 
Elanın  altında  yazılmışdı:  "Həmədan  vilayətinin 
"Hüseyn  köməkçiləri"  diviziyasının  Kəşfiyyat  bölməsi, 
Şə
hid Əmir və Şəhid Əli Çitsazian qardaşlarının ailəsi”. 
Tibb  bacıları  ilə  yavaş-yavaş  pillələrdən  qalxırdıq. 
Digərləri  də  mənə  görə  pillələri  yavaşca  qalxırdılar. 
Gözləyirdim 
ki, 
Ə
li 
ağa 
dördüncü 
mərtəbənin 
pillələrindən  qaçıb  gülə-gülə  desin:  "Zəhra  xanım, 
gülüm, əllərinə sağlıq! Gülüm... gülüm... gülüm..." Onun 
bu sözünü çox sevirdim. Boğazımı bərk qəhər tutmuşdu; 
yenə  nə  yuxarı  gedirdi,  nə  aşağı.  Anam  uşaqla  tez 
pillələrdən  qalxdı.  Pilləkən  soyuq  idi.  Əli  ağanın  oğlunu 
tez  görmək  istəyən  qonşular  bizdən  önə  keçdilər.  Tibb 
bacısından soruşdum ki, neçənci mərtəbədəyik? 
– İkinci. 
İ
kinci  mərtəbədə  də  Əli  ağanın  qırxının  elanı 
vurulmuşdu.  Yenə  də  uzun  sarı  saqqalı  ilə  bizə 
gülümsəyirdi.  Ayaqlarım  əsirdi,  daha  yeriyə  bilmirdim. 
Üçüncü  mərtəbəyə  çatanda  dayandım.  Orada  yaşayan 
qonşularımızın biri evinin qapısını açdı. 
–  Buyurun  içəri.  Firiştə  xanım,  gəlin  içəri,  dincinizi 
alın, sonra birlikdə gedərik. 
Tibb bacılarının biri mənim yerimə cavab verdi: "Yox, 
daha çatmışıq. Bu bir mərtəbəni də birtəhər gedərik". 
Dördüncü  mərtəbədən  salavat  səsi  gəlirdi.  Pilləkən 
yanan üzərlik qoxusu ilə dolmuşdu. Ayaqlarım titrəyirdi. 
Düşünürdüm  ki,  yəni  biz  çatacaq  və  mən  girib  otaqda 

 
36
otura  biləcəyəm?!  Dördüncü  mərtəbəyə  çatanda  sanki 
bütün arzularım həyata keçdi. 
Ev  işıqlı  və  isti  idi.  Pərdələri  kənara  çəkmişdilər  və 
döşəməyə  zəif  günəş  işığı  düşürdü.  Radiatorun  yanında 
bir  yataq  sərilmişdi.  Tibb  bacısı  orada  uzanmağıma 
kömək  etdi.  Oğlum  məndən  qabaq  yataqda  yatmışdı. 
Ə
dyalı üzündən çəkdim. Üzü qırmızı idi, sakit və arxayın 
yatmışdı.  Yatağa  uzandım.  O  anda  necə  yaxşı  hisslər 
keçirirdim!  Qonşular  və  hər  iki  tibb  bacısı  otaqda 
oturdular.  Əmirlə  Əli  ağanın  şəkli  çərçivədə  idi.  Öz-
özümə  dedim:  "Əmir  əmi,  bəbəşimizi  gördün?!  Gördün 
necə qəşəngdir?!" 
Yenidən  boğazımı  qəhər  tutdu,  amma  özümü  ələ 
aldım. 
Mənsurə  xanım  uşaqlarını  çox  sevirdi;  Əmiri,  Əli 
ağanı, Hacı Sadiqi və Məryəmi. Hər iki çərçivənin üstünə 
ağ  qladiolus  gülü  vurulmuşdu.  Öz  işi  idi,  gülləri  çox 
sevirdi.  Məryəm  podnosu  gətirib  bir-bir  hamıya  çay 
payladı.  Hacı  Sadiqin  yoldaşı  Münirə  xanım  boşqabları 
düzdü  və  şirniyyat  qutusunu  qonaqların  arasında 
gəzdirdi.  Son  bir  neçə  ayda  bu  ev  nələr  görmüşdü!  Tez-
tez qonaqla dolurdu, göz yaşı və ah-nalələr ara vermirdi. 
Ə
mir şəhid olan gün Mənsurə xanım bu mətbəxdə Əli 
ağanın qolları üstünə düşdü. Ağlayıb onu qoxulayır, öpür 
və  and  verib  deyirdi:  "Əli  can,  sən  Əmiri  gördün?"  Əli 
ağa səssiz ağlayırdı. O ağlamağını heç vaxt unutmuram. 
Tibb  bacıları  sağollaşıb  getdilər.  Qonşular  çay  və 
ş
irniyyatlarını  yedilər, bir-bir  yaxınlaşıb təbrik etdilər və 
getdilər.  Yorğun  idim,  başım  gicəllənirdi.  Bədənim 
zəifləmişdi  və  ağrıyırdı.  Yatağa  uzananda  ilk  dəfə 
uşağımın  ağlamaq  səsini  eşitdim.  Anam  qaçıb  qucağına 
götürdü. 

 
37
– Acdır. Gör necə ağzını əyib! 
Anam  bunu  deyib  yanımda  oturdu.  Boşqabdan  bir 
ş
irniyyat  götürüb  ağzıma  qoydu.  Əl-ayağımın  cana 
gəldiyini hiss etdim. 
Mənsurə  xanım  bir  stəkan  şərbət  gətirib  yanımda 
dayandı. 
– İç ki, südün şirin olsun. 
Anam  şərbət  stəkanını  tutub  qurtum-qurtum  mənə 
içirtdi.  Halımın  yaxşılaşdığını  hiss  edirdim.  Oğlumu 
qucaqladım.  Ağzı  ilə  nəsə  axtarırdı.  Ağ  bələyin  içində 
daha  qırmızı  və  kiçik  görünürdü.  O  qədər  kiçik  idi  ki, 
qucaqlamağa  qorxurdum.  Süd  yeməyə  başlayanda  hamı 
ə
trafımıza  yığışıb  həvəslə  baxmağa  başladı.  Kiçik  ətsiz 
ə
llərini  düyünləmişdi.  Yavaşca  əllərini  açdım.  Uzun 
çəhrayı dırnaqları vardı. 
Mənsurə  xanım  dedi:  "Maşallah,  Əliyə  çəkib!  Əli  də 
körpəliyində belə idi. Məzlum balam!" 
Arxamı  mətbəxə  çevirib  oturmuşdum,  Əli  ağa  ilə 
Ə
mirin  şəkilləri  ilə  üzbəüz.  Uşağım  çox  ac  idi,  həvəslə 
süd  içirdi.  Ağ  papağının  üstündən  başını  tumarlayıb  Əli 
ağanın şəklinə baxdım. Şəklin altından qırmızı xətlə onun 
bir  cümləsi  yazılmışdı:  "Yalnız  nəfsinin  tikanlı 
məftillərində  ilişib  qalmayan  adam  düşmənin  tikanlı 
məftillərindən keçə bilər". 
Uşaq öskürməyə başladı. Anam onu qucağımdan aldı. 
Boğazında  süd  qalmışdı.  Anam  işarə  barmağını  uşağın 
iki qaşının arasına qoyub sıxdı. Özümü itirmişdim. Uşaq 
bir  az  da  qızarmışdı.  Anam  yavaşca  uşağın  kürəyinə 
vurdu  və  sonra  yatağına  uzatdı.  Uşaq  səssizcə  yatdı. 
Düyünlənmiş əlləri başının üstündə idi. 
Qızarmış un iyi evi bürümüşdü. Anam qalxıb mətbəxə 
getdi. Hər kəs bir işlə məşğul idi. 

 
38
Gedişindən  bir  həftə  öncə  sancım  tutmuşdu.  Mənsurə 
xanım  mənə  xəşil  bişirdi.  Həmin  yerdə  oturmuşdum. 
Günorta  idi.  Əli  ağa  gələndə  dedi:  "Ana,  mənə  bir  kasa 
quymaq  ver,  birdən  uşağım  dünyaya  gələndə  mən 
olmaram". 
Anam  nikelli  buludda  bir  saxsı  kasa  gətirib  yanımda 
oturdu.  Kərə  yağının  iyi  kəskin  idi.  Qəhərlə  dedim  ki, 
yemirəm. 
Anam narahat oldu. 
– Bu nə deməkdir?! 
Otaqda  heç  kim  yox  idi.  Ucadan  ağlamağa  başladım. 
Uşaq  yuxuda  diksinib  doluxsundu.  Alnına  bir  neçə  qırış 
düşdü, yumruqlarını bir neçə dəfə tərpətdi. Anam nigaran 
halda soruşdu: “Yenə nə olub?!” 
Mənsurə xanım tələsik gəldi. Bir əlində qaşıq vardı, o 
birində  də  özüm  onun  üçün  tikdiyim  sarı-qırmızı 
qazangötürən.  Nigaran  halda  mənə  baxdı,  yadıma  nəyin 
düşdüyünü və nədən yandığımı deməyə ürəyim gəlmədi. 
Mənsurə  xanım  yanımda  oturdu.  Qazangötürəni  və 
qaşığı  uzaqda  havada  saxladı.  Gözləri  yaşardı.  Hər  iki 
oğlunun  şəklinə  baxıb  dedi:  "Ürəyin  istəməsə  də, 
yeməlisən.  Gücləndiricidir,  sənə  yaxşıdır.  Allah  rəhmət 
eləsin, Əli mənim quymaqlarımı çox sevərdi". 
Məni və Mənsurə xanımı sakitləşdirmək istəyən anam 
dedi: "Salavat deyin". 
Ağlayaraq  dedim:  "Ana,  qırx  il  keçsə  də,  mən  Əli 
ağanı  unutmayacağam,  qiyamətə  qədər  onun  üçün  belə 
yanacağam". 
Mənsurə  xanım  köks  ötürdü,  rəngi  saraldı  və  gözləri 
doldu. 
Anam soruşdu: "Mənsurə xanım, halınız necədir?" 

 
39
Mənsurə xanım başını tərpətdi, sanki içdən sızlayırdı. 
Anam  qaşığı  quymağın  içinə  qoydu.  İçində  bir  neçə 
qəşəng  zəfəran  var  idi.  Dedi:  "Yeyirsən,  yoxsa  mən 
verim?" 
İş
tahım  yox idi, evə dolmuş zəfəranlı un qızarmışının 
qoxusu  halımı  pisləşdirirdi.  Əmirin  və  Əli  ağanın  yas 
məclisləri  və  halva  yadıma  düşdü,  ürəyim  bir  az  da 
sıxıldı. 
Ağlaya-ağlaya 
dedim: 
"Əli 
ağa 
üçün 
darıxmışam". 
Mənsurə  xanım  səssizcə  ayağa  qalxıb  getdi.  Anam 
dedi:  "Bax,  Firiştə  can,  əgər  ağlasan,  səninlə  qurtardım. 
Danışmışdıq  ki,  camaatın  yanında  ağlamayaq.  Gərək 
möhkəm  və  güclü  olasan.  Sabah  Əli  ağanın  qırxıdır. 
Qonaqların  arasında  bir  neçə  münafiq  də  ola  bilər.  Sən 
belə  etsən,  düşmən  sevinər.  Gərək  kişi  kimi  olasan. 
Yadındadır,  Əli  ağa  Əmirin  şəhadəti  zamanı  necə  idi?! 
Sən də elə olmalısan. Oğlun yetim deyil, şəhid övladıdır, 
sən  də  şəhid  yoldaşı.  Ağlayıb  özünü  zəif  göstərsən, 
haqqımı  halal  etmərəm.  Biz  özümüz  bu  yolu  seçmişik. 
Yadındadır, elçi gələndə deyirdin ki, mən cəbhə adamı ilə 
ailə quracağam, inqilab önündə vəzifəmi yerinə yetirmək 
istəyirəm.  Məgər  borcunu  ödəmək  istəmirsən?!  İndi 
zamanıdır,  ödə.  Məgər  demirdin  ki,  gələcək  həyat 
yoldaşın gərək cəsarətli və imanlı olsun?! Məgər Əli ağa 
cəsarətli  və  imanlı  deyildi?!  İndi  növbə  sənindir,  sən  də 
cəsarətli və imanlı olmalısan. Ağlamağı qurtar. Ağlamaq 
zəiflik  əlamətidir.  Müsəlman  da  zəif  olmaz;  xüsusən  də 
mənim Firiştə xanımım". 
Dedim:  "Ana,  bunların  hamısını  bilirəm,  amma  nə 
edim, ürəyim darıxır, ürəyimi aldada bilmərəm". 

 
40
Münirə xanım mətbəxdən anamı çağırdı. Anam ayağa 
qalxıb  dedi:  "Mən  gələnə  qədər  ye,  yaxşılaşandan  sonra 
Şə
hidlər gülzarına gedərik, darıxmağın keçər". 
Sinini  yaxına  çəkdim.  Pəncərənin  pərdəsi  çəkilmişdi, 
qar yavaş-yavaş yağırdı. Bayırda hər şey sakit idi, ağ qar 
dənələri  çox  aramla  göydən  yerə  tökülürdü.  Düşündüm 
ki,  indi  Əli  ağa  ilə  Əmirin  məzar  daşları  tamam  ağarıb. 
Dəftərim  üçün  də  darıxmışdım,  bir  neçə  gün  idi  heç  nə 
yazmırdım.  Əli  ağaya  məktub  yazıb  demək  istəyirdim: 
"Əli  can,  oğlun  dünyaya  gəldi.  Adını  Museyib  qoyaq, 
yoxsa  Əmir?"  Məni  ağlamaq  tutdu,  zarımağa  başladım: 
"Ay  Allah,  mən  darıxıram!  İlahi!  Nə  edim?!  Mən 
darıxıram!" 
Uşaq kimi olmuşdum. Ağlamağa başladım. 
Axşamüstü  yatağımı  və  bütün  əşyalarımı  götürüb 
yataq otağına apardılar. 
Axşam  evdə  çox  adam  olurdu.  Ertəsi  gün  Əli  ağanın 
qırxı  idi.  Çoxları  gəlib  deyirdilər  ki,  nə  kömək  edə 
bilərik? 
Beləliklə, mən və oğlum otağa yerləşdik. O vaxt hamı 
deyirdi  ki,  ağlama  və  kədərlənmə.  Məgər  o  qədər  birgə 
xatirəmizin  olduğu  bir  otaqda  yaşayıb  kədərlənməmək, 
ağlamamaq  olardı?!  Bir  Allah  bilir  ki,  mən  nə  üçün  bu 
qədər  dözümsüzlük  edirdim.  Bir  Allah  bilirdi  ki,  mən 
kimi  əldən  vermişəm.  Əli  ağanın  albomları  hələ  də 
divardakı  şkafın  içində  idi.  İlk  dəfə  bu  otağa  girəndə 
solda  bütün  divar  boyu  yığılan  şkaf  diqqətimi  çəkmişdi. 
Ş
kaf  divarın  bir  tərəfini  tamam  tutmuşdu.  Sağ  və  solda 
paltar  şkafları,  ortada  isə  bir  neçə  mərtəbəli  dekorativ 
ş
kaf vardı. Rəflər Əli ağanın kitabları, albomları və şəxsi 
əş
yaları ilə dolu idi. O, şəhid dostlarının şəkilləri ilə dolu 
olan  albomunu  çox  sevirdi.  Bekar  olan  kimi  deyirdi: 

 
41
"Firiştə,  albomu  gətir  bir  yerdə  baxaq".  Hər  iki  şkafın 
qapılarına  və  sağ-soldakı  divarlara  şəhid  dostlarının 
şə
killərini  vurmuşdu,  aralarında  şəhidlərin  alın  lentləri, 
nişan  və  əlyazmaları  var  idi.  O  zaman  Əli  ağanın  bu 
qədər  şəhid  dostunun  olduğuna  təəccüblənirdim.  Ah 
çəkib dedim: "Nəhayət, öz işini gördün və sən də divara 
çıxıb  şəhidlərin  şəkillərinə  qatıldın".  Ağa  Nasir  otağa 
girib dedi: "Firiştə xanım, balanın adını nə qoyacaqsan?" 
Dedim ki, bilmirəm, ağa, siz nə desəniz. 
Həmişəki  kimi  zarafatla  və  gülərüzlə  dedi:  "Əli  hər 
ş
eyi mənə tapşırdı; kərə yağından, süddən, baldan tutmuş 
uşaq  bezinə  və  qurbanlığa  qədər,  amma  əsas  məsələ 
yadından çıxdı". 
Utancaq dedim: "Ağa, mənə dedi". 
Ağa Nasir həcəyanla və sevincək soruşdu: "Dedi?! Nə 
dedi?" 
–  Həmişə  deyirdi  ki,  qız  olsa,  Zeynəb,  oğlan  olsa, 
Museyib  qoyarıq. 
Ağa Nasirin qaşları düyünləndi. 
– Yox, bu söz o vaxta aiddir. Onda Museyib təzə şəhid 
olmuşdu, Əlinin özü və Əmir həyatda idi. 
Bir söz demədim. Ağa Nasir ah çəkdi. 
– Museyibi çox sevirdi, ağa. İki qardaş kimi idilər. 
Ağa  Nasir  gedib  Museyib  Məcidinin  şəklinin  önündə 
dayandı. 
–  Ağa  Museyib,  Allah  sənə  rəhmət  eləsin!  Axır  ki 
yolu  bizim  oğlumuza  da  göstərdin.  Geri  çevrilib  mənə 
baxdı, yenidən şəklə tərəf döndü, bir ah çəkdi. 
–Vay-vay-vay!  Sən  ona  dedin  ki,  şəhadətin  yolu  göz 
yaşıdır, göz yaşı! 
Ağa Nasir gəlib yanımda oturdu. 

 
42
–  Museyibin  şəhadətindən  sonra  oğlumun  gözləri 
həmişə qırmızı idi. 
Ə
mirin  şəklinə  baxdım,  o  da  şəhid  şəkillərinin 
arasında idi. 
Ağa 
Nasir 
uşağın 
üzünə 
sarı 
ə
yilib 
dedi: 
"Oğlanlarımın  adlarını  özüm  qoymuşam:  Sadiq,  Əli  və 
Ə
mir.  Əmir  –  Məhəmmədəmir  idi.  Əli  də  Rəcəb  ayının 
on üçündə həzrət Əlinin doğum günü dünyaya gəlmişdi". 
Heç  nə  demədim.  Mənsurə  xanım  otağa  girdi.  Sanki 
hər  şeyi  eşitmişdi.  O,  dedi:  "Ağa  Nasir,  Əlinin  adı 
yaşamalıdır!" 
Mənsurə  xanım  köks  ötürüb  Əmirin  və  Əlinin 
şə
killərinə baxdı. 
–  Mən  deyirəm  ki,  adını  Məhəmmədəli  qoyaq; 
Məhəmməd Əmirin və Əlinin xatirəsinə. Necədir? 
Dedim: "Məhəmmədəli! Yaxşıdır, çox yaxşıdır, ana!" 
Ağa  Nasir  sevincək  əyilib  Məhəmmədəlinin  alnını 
öpdü. Məhəmmədəlinin gözləri açıq idi, amma ağlamırdı. 
Ağa  Nasir  onu  qucağına  götürüb  dedi:  "Gəl  gedək, 
balam. Gəl gedək iki kişi oturaq, nə qədər yatacaqsan?" 
Ağa  Nasir  və  Mənsurə  xanım  gedəndən  sonra  salavat 
səsi  gəldi.  Az  sonra  isə  üzərlik  iyi  evi  bürüdü.  Ayağa 
qalxıb  şəhidlərin  şəkillərinə  baxmağa  başladım:  Şəhid 
Həmid Nəzəri, Əli Mirzayi, Höccət Zamani, Məhəmməd 
Ş
ahbazi...  
Şə
killərin üzərinə əlimi çəkdim. Əli ağa necə eşqlə bu 
şə
killəri  divara  vurmuşdu!  Bir  neçəsinin  üzərində 
barmaqlarının  yeri  qalmışdı.  Yalnız  özünün  və  Əmirin 
şə
kli çərçivədə idi. 
Alnımı  Əmirin  çərçivəsinin  üzərinə  qoydum.  Əli 
ağanın  əllərinin  ətri  gəlirdi.  Onu  özü  divara  vurmuşdu. 

 
43
Dedim: "Oğlumuzun adı Məhəmmədəli oldu, amma mən 
sənin xatirənlə onu Əli çağıracağam, Əli can!" 
Bu  fikirlə  kövrəldim.  Bütün  şəkillərdən  Əli  ağanın 
ə
llərinin ətri gəlirdi. Ümumiyyətlə, bütün otaq Əli ağanın 
ə
trinə boyanmışdı. Nə qədər çalışmışam ki, o ağ isti əllər 
yadımda  qalsın;  həmçinin  o  uca  boy,  uzun  və  sarışın 
saqqal,  mavi  gözlər,  alındakı  qırışlar,  sarışın  və  qarışıq 
saç və qaşlar. 
Həmin gecə bu otaqda yatdı... Yox, yox, Hacı Sadiqin 
evində  idik.  Halı  yaxşı  deyildi,  gecə  saat  üçün  yarısında 
getməli idi. 
Mənə dedi: "Firiştə, yatsam, məni oyadarsanmı?" 
Dedim  ki,  bəli.  Kaş  onu  oyatmazdım!  Kaş  özüm  də 
yataydım  və  ikimiz  də  yuxuya  qalaydıq!  Ürəyimdə  hiss 
edirdim  ki,  bu  dəfə  getsə,  qayıtmayacaq.  Haradan 
bilirdim?  Bir  səs  daim  qulağımda  təkrarlayırdı:  “Firiştə, 
ona yaxşı bax, doyunca bax. Bu üz, bu saç, bu qaşlar və 
bu  əzəmət  bir  ömür  yadında  qalmalıdır.  Otaqda  yol 
yeriyəndə gurultu qoparan bu ayaqlar da”. Adəti belə idi, 
dabanla yeriyirdi. 
Ə
li  ağa  həmişə  tələsirdi,  getməyə  can  atırdı.  O  mavi 
gözlər  heç  vaxt  düz-əməlli  yatmırdı.  Sanki  həmişə  bir 
gözü  oyaq  idi.  Lakin  o  gecə  necə  dərin  yuxuya  getdi! 
Yuxuda  dərin  nəfəslər  alırdı.  Firiştə,  onu  nə  üçün 
oyatdın?  Nə  üçün  özün  də  yatmadın?  Axı  sən 
dayanmadan  qulağında  vızıldayan  səsi  eşidirdin:  "Sən 
onu  son  dəfə  görürsən.  Bu,  son  yolasalmandır.  Bu, 
sonuncu görüşdür. Bu, sonuncu ayrılıqdır..." 
Sən yatandan sonra mən dəhlizə çıxdım. Nə üçün? Nə 
üçün  dayanıb  doyunca  baxmadım?  Məgər  bilmirdim  ki, 
görüşümüz qiyamətə qalacaq?! 
Anam çağırdı. 

 
44
–  Firiştə,  Firiştə  can,  şam  yeməyini  gətirim,  yoxsa 
özün gəlirsən? 
Tez gözlərimi sildim. Əli ağanın şəklinin çərçivəsinin 
ş
üşəsində  özümə  baxdım.  Gözlərim  və  burnumun  ucu 
qızarmışdı.  Yeməyə  iştahım  olmasa  da,  qonaq  otağına 
getdim.  Yerə  böyük  süfrə  sərmişdilər,  özgə  yox  idi, 
hamısı özümüzünkülər idi: Məryəm, yoldaşı və qızı, Hacı 
Sadiq, xanımı və uşaqları, ağa, Mənsurə xanım, Mənsurə 
xanımın  ata-anası  Hacı  baba  və  Xanımcan  və  xaricdə 
yaşayan  qardaşı  Məhəmməd  dayı.  O,  bir  neçə  il  idi  ki, 
ailəsini  orada  qoyub  İrana  dönmüşdü  və  ata-anası  ilə 
yaşayırdı.  Ürəyim  darıxdı.  Necə  xoşbəxt  ailəmiz  vardı! 
Ə
gər  Əmir  və  Əli  də  olsaydılar,  indi  nə  olardı!  Səs-
küyləri,  zarafat  və  gülüşləri  evi  bürüyərdi.  Nə  üçün 
birdən-birə belə olduq? Necə lal, kor və ruhsuz qonaqlıq 
idi! Mənsurə xanım xəstə idi, axşamüstü yenidən böyrək 
ağrısı  tutmuşdu  və  Hacı  Sadiq  onu  həkimə  aparmışdı. 
Hamı səssiz-səmirsiz süfrənin başına yığışmışdı. Ağa can 
hələ  ruhiyyəli  idi.  O,  dedi:  "Oğlum  bizi  öldürdü.  Firiştə 
xanım, bu uşaq niyə ağlamır?" 
Nəfisə dedi: "Firiştə can, ağlamaq yerinə üzü qızarır". 
Ş
am  yeməyinə  qiymə-plov  bişirmişdilər.  Məryəm 
ə
lində  məcməyi  yanımdan  keçdi.  Oman  limonunun  ətri 
burnuma doldu. 
Mənsurə  xanımın  yanında  oturub  dedim:  "Halınız 
necədir? Doktor nə dedi?" 
Mənsurə  xanımın  rəngi  qaçmışdı,  gözlərinin  altında 
çökək  əmələ  gəlmişdi.  O,  dedi:  "Böyrəklərimin  daşı 
böyüyüb. Doktor deyir ki, əməliyyat olunmalısan". 
Kədərlə baxıb soruşdu: "Əsəbiləşməmək olur?!" 
Məhəmmədəli  hələ  ağa  Nasirin  qucağında  idi.  Ağa 
Nasir dedi: "Gəlin, al, bu da oğlun. Bu necə uşaqdır! Ona 

 
45
ş
illə  vurdum,  çimdiklərim,  dişlədim,  amma  ağlamadı  ki 
ağlamadı!" 
Uşağa ürəyim yandı. Dedim: "Ağa!" 
Mənsurə  Xanımcansız  halda  dedi:  "A  Nasir,  Əlinin 
torpaqları  qədər  yaşasın!  Əliyə  çəkib,  o  da  belə  idi: 
xəstələnirdi, ağrı çəkirdi, amma səsi çıxmırdı". 
Ağa Nasir güldü. 
–  Körpəliyi  nə  qədər  sakit  və  səssiz  oldusa  da, 
böyüyəndən 
sonra 
xəcalətindən 
çıxdı... 
Divara 
dırmaşırdı! 
Mənsurə xanım çətinliklə danışırdı. 
– Kim?! Mənim uşağım?! Yadında deyil, şəhadətindən 
öncə  anasıölmüş  qrip  tutmuşdu,  amma  xəstə  olduğunu 
demirdi?! Biz onun rəngindən başa düşdük. 
Hadisəni  xatırlayan  ağa  Nasir  dodaqaltı  dedi:  "Üzün 
rəngi  içəridəki  sirri  xəbər  verir,  doğru  deyirsən.  Döyüş 
zonasından 
gəlmişdi, 
halı 
çox 
pis 
idi, 
amma 
bilindirmirdi.  Dedim  ki,  sənə  nə  olub?  Dedi  ki,  heç  bir 
ş
ey.  Soruşdum  ki,  soyuqlamısan?  Dedi  ki,  deyəsən. 
Dedim  ki,  doktora  gedək?  Dedi  ki,  Firiştə  mənə  dərman 
verir.  Gedib  soyuducudan  ona  asetaminofen  gətirdim, 
içdi.  Hacı  Sadiq  zorla  onu  həkimə  apardı.  Orada  iynə 
vurmuşdular.  Evə  gəldi,  yatağını  saldıq.  Yorğanın  altına 
girib  gecəyə qədər  yatdı. Gecənin  yarısı oyanıb  mətbəxə 
keçdi.  Arxasınca  gedib  soruşdum  ki,  halın  pisdir?  Dedi 
ki, yox, acam. 
Mənsurə  xanım  dedi:  "Səs-küylərinə  oyanıb  gördüm 
ki,  anasıölmüş  Əli  gecənin  yarısı  mətbəxin  yerində 
oturub qayğanaq  yeyir. Gecə  yarısı yeyib deyirdi ki, çox 
dadlıdır.  Sonra  öyrəndik  ki,  bir  neçə  gün  imiş  nahar  və 
ş
am yemirmiş”. 

 
46
Atam  dedi:  "Doğru  deyirsiniz,  Əli  ağa  çox  güclü  idi. 
Dostları deyirlər ki,  Həftbarda  çox ağır  yaralandı, amma 
heç  kim  bir  dəfə  ufultusunu  eşitmədi.  Atam  mənə  baxıb 
dedi:  "Yadındadır,  nikah  mərasimindən  iki-üç  gün  sonra 
ş
am  yeməyinə  dəvət  etmişdik.  Həmin  gün  axşamçağı 
kunq-fu idmanı zamanı ayağı çıxmışdı. Görürdüm ki, Əli 
ağa süfrədə narahat oturub, ayağını oyan-buyana çevirir, 
üzü qızarıb və danışmır. Başa düşmədim". 
Anam  başını  yelləyib  dedi:  "Ötən  il  yayda  Firiştənin 
ad  günündə  tort  bişirmək  istəyirdim.  Firiştə  qoymadı, 
dedi ki, heç kimin əziyyətə düşməsini istəmirəm. Mən də 
razılaşdım.  Hacı  ağa  doğru  deyir;  şam  yeməyində 
gördüm ki, hey yerini dəyişir. Üzü qızarmışdı, bir tərəfdə 
büzüşüb oturmuşdu. Dedim yəqin utanır". 
Anam  dedi:  "Firiştə,  sənə  plov  çəkim,  yoxsa 
quymaq?" 
Məni yenidən ağlamaq tutmuşdu. Otağa girib doyunca 
ağlamaq  istəyirdim.  Qəhər  içində  dedim:  "Plov,  amma 
çox az". 
 
*** 
 
Ə
li  ağanın  qırx  mərasimi  04.01.1988  tarixində 
Həmədanın Mehdiyyə məscidində keçirildi. 
Mən  evdə  qaldım.  Qonşuların  bir  neçəsi  də  mənimlə 
qaldı.  Mərasim  səhər  saat  doqquzdan  on  ikinin  yarısına 
qədər  idi,  amma  saat  biri  ötmüşdü  və  hələ  heç  kim 
qayıtmamışdı. Deyilənə görə, bütün Həmədan vilayətində 
Ə
li  ağanın  qırxı  üçün  60-70  mərasim  keçirilmişdi. 
Bununla  yanaşı,  Mehdiyyə  məscidinə  müxtəlif  rayon  və 
kəndlərdən  çoxlu  adam  gəlmişdi.  Mərasimin  əvvəlindən 
sonuna  qədər  içəridə  adam  əlindən  yer  olmayıb.  Nahara 

 
47
çoxlu  qonağımız  var  idi.  Hacı  Sadiq  əvvəldən  xörək 
sifariş vermişdi. 
Məsciddə  dost  və  qohumlar  mənim  halımı  soruşmuş, 
xəbəri 
olmayanlar 
da 
Məhəmmədəlinin 
dünyaya 
gəldiyini  öyrənmişdilər.  Axşamüstü  qohum  və  dost 
qadınlar mənə baş çəkməyə gəldilər. 
Çoxları  Məhəmmədəliyə  və  mənə  hədiyyə  də 
gətirmişdilər;  ədyaldan  tutmuş  paltara,  uşaq  dəstinə, 
oyuncaqlara, 
maşın 
və 
təyyarəyə 
qədər. 
Yaxın 
qohumlarımın  bir  neçəsi  mənə  parça,  köynək  və  rəngli 
ş
al  gətirib  mehribancasına  tövsiyə  edirdilər  ki,  qara 
paltarları  çıxarıb  matəmə  son  qoyum.  Bir  neçəsi  də 
israrla  xahiş  edirdilər  ki,  gözəllik  salonundan  vaxt 
alsınlar. Qonaqların arasında mənimlə həmyaşıd olan bir 
xanım  vardı.  Ağ  üzü,  qəhvəyi  qaşları  və  rəngli  gözləri 
vardı.  Orada  olduğu  bütün  müddət  ərzində  yanımda 
oturub  qayğıma  qalırdı.  Nə  qədər  fikirləşdimsə, 
tanımadım.  Dedim  ki,  yəqin  Əli  ağanın  döyüş 
yoldaşlarından  birinin  həyat  yoldaşıdır.  Axırda  özü 
dillənib dedi: "Xanım Pənahi, məni tanımırsan?" 
Dedim:  "Təəssüf  ki,  yox.  Nə  qədər  fikirləşirəm, 
xatırlaya bilmirəm". 
O, dedi: "Buna haqqınız var. Sizi isə hamı tanıyır. Siz 
Ə
li ağa Çitsazianın həyat yoldaşısınız. Həmədanda Şəhid 
Çitsazianı tanımayan varmı?!" 
Yavaşca dedim: "Lütf edirsiniz. Sağ olun". 
O,  dedi:  "Biz  ötən  il  bayramdan  sonra  sizinlə  birgə 
Mehdiyyə 
məscidində 
atıcılıq 
təlimi 
keçirdik, 
yadınızdadır?  Sizin  diqqətiniz  bizdə  deyildi,  amma  biz 
xanımların hamısı göz-qaşla sizi bir-birimizə göstərirdik. 
Nikah  əqdiniz  yenicə  oxunmuşdu.  Xanımlar  gizli 
işarələrlə  bir-birlərinə  deyirdilər:  "Bu  ucaboy  xanım  Əli 

 
48
ağa  Çitsazianın  həyat  yoldaşıdır".  Düşünürdüm  ki,  siz 
komandirin həyat yoldaşı olduğunuza görə atıcılığınız da 
hamımızdan yaxşı olmalıdır". 
O, gülüb sözünə davam etdi: "Lakin siz bütün güllələri 
boşa atdınız". 
Məni gülmək tutdu. 
Məryəm  əlindəki  böyük  çay  podnosu  ilə  əyilib 
divarboyu  oturmuş  qonaqlara  çay  verirdi.  Nəfisə  də 
ə
lində  qənddan  tutub  onun  arxasınca  gedirdi.  Həmin 
xanım  dedi:  "Xanım  Pənahi,  biz  Mehdiyyə  məscidinin 
Bəsic  mərkəzində  digər  bacılarla  birgə  nəşriyyatda 
çalışırıq.  Bu  gün  sizə  əziyyət  verdim  ki,  Əli  ağadan 
maraqlı bir xatirə danışasınız, biz də jurnalda dərc edək". 
Sonra çantasını açıb dəftər və qələm çıxardı. 
Fikrə  daldım.  Xatirə!  Əli  ağadan  xatirə!  O  anda 
yadıma  heç  nə  düşmədi.  Dedim:  "Mən  Əli  ağa  ilə 
döyüşdə olmamışam. Onun özünəməxsus xarakteri vardı, 
cəbhədə baş verənləri evdə danışmazdı". 
Qadın  təəccüblə  soruşdu:  "Yəni  əməliyyatlar  barədə, 
şə
hid  dostları  və  yaralanması  haqda  sizə  heç  nə 
danışmırdı?" 
–  Xeyr,  heç  nə.  Mən  bəzi  hadisələri  ətrafdakılardan, 
dostlarından  eşidirdim.  Xüsusən  özü  haqda  heç  nə 
deməzdi. 
Qadın eləcə təəccüblə mənə baxırdı. O, soruşdu: "Üzr 
istəyirəm, siz nə vaxt ailə qurdunuz?" 
– 1986-cı ilin martında. 
Qadın  hər  iki  əlinin  barmaqları  ilə  sayandan  sonra 
dedi: "Siz təxminən bir il səkkiz ay bir yerdə yaşamısınız, 
eləmi?" 
– Bəli, təxminən. 

 
49
– Bu müddətdən onunla mütləq xatirəniz vardır. Deyə 
bilərsiniz? Maraqlı bir xatirə olsun. 
Fikrə  getdim.  Hansı  xatirəni  danışaydım?!  Dezfulda 
yaşadığımız  günlərdən,  Məşhədə  və  Quma  səfərdən, 
toydan,  yoxsa Sasan xəstəxanasından?! Ondan soruşdum 
ki, bağışlayın, bu müsahibədə məqsədiniz nədir? 
–  Düşünürük  ki,  xalq  komandirlərinin  necə  insan 
olduqlarını  bilmək  istəyir;  xüsusən  şəxsi  həyatlarında, 
ailədə. 
Gülümsəyib  dedim:  "Məncə,  xalq  Əli  ağanı  məndən 
və  ailəsindən  yaxşı  tanıyır.  Əli  ağa  öz  cəsarəti,  imama 
sevgisi  və  onun  çıxışlarına  həssaslığı  ilə  məşhurdur.  O, 
bütün  çıxışlarında  deyirdi  ki,  imamın  sözünün  yerdə 
qalmasına  imkan  verməyin.  Həm  də  istiqanlı  və  ictimai 
bir adam idi". 
Qadın  məyus  halda  mənə  baxdı,  qələmi  dəftərin 
arasına  qoyub  onu  bağladı  və  soruşdu:  "Yəni  demək 
istəyirsiniz ki, heç bir xatirəniz yoxdur?" 
Ə
li  ağadan  çoxlu  xatirələrim  vardır;  elçilik  günündən 
vida  anına  qədər.  Təsadüfən,  hamısını  təqvimdə  qeyd 
etmişdim.  Həyatımın  bəzi  hadisələrini  yazmağı  çox 
sevirdim.  Tam  yazmağa  imkan  olmayanda  mühüm 
hadisələri  bir  sözlə  və  ya  qısa  izahla  olsa  belə,  qeyd 
edirdim. 
Çox 
ş
eyi 
yadigar 
saxlayırdım. 
Bütün 
məktublarını  saxlamışam.  Mənə  verdiyi  hər  şeyi  – 
Kərbəla  türbətindən  möhrü,  canamazı,  təsbehi,  İmam 
Xomeynidən təbərrük olan parça tikəsini, namaz qılanda 
qulaqlarının  arxasına  vurduğu  kiçik  ətir  şüşəsini  və  s. 
Lakin düşünürdüm ki, mənim xüsusi həyatımın xatirələri 
xalqın nə işinə yarayar?! 
Qadın  sakit  durduğumu  görüb  yenidən  soruşdu: 
"Xatirəniz yoxdur?" 

 
50
Təbəssümlə  dedim:  "Bağışlayın,  bu  şəraitdə  yadımda 
deyil". 
Daha  israr  etmədi,  dəftər-qələmini  çantasına  qoydu, 
çayını  və  şirniyyatını  yeyib  məndən  söz  aldı  ki,  başqa 
vaxt müsahibə üçün gəlsin. Və sağollaşıb getdi. 
Gecə  qonaqlar  gedəndən  sonra  yenidən  kiçik  heyətlə 
bir yerə toplaşdıq. 
Mənsurə  xanımın  halı  yaxşı  deyildi.  Bir  tərəfdən  də 
çamadanını  yığıb  səhər  tezdən  yoldaşı  ilə  Tehrana 
getməyə hazırlaşan Məryəm üçün darıxırdı. Ağa Nasir və 
digərləri  sakit  və  kədərli  halda  bir  tərəfdə  oturmuşdular. 
Anam Məhəmmədəli ilə məşğul idi. O, dedi: "Firiştə, sən 
də  əşyalarını  topla,  sabah  bizimlə  gedək.  Atan  təkdir, 
uşaqlar da məktəbə gedirlər. Bilmirəm bu bir neçə gündə 
nə ediblər". 
Anam Məhəmmədəlini  yatağına qoydu. Uşaq ətri evə 
dolmuşdu;  süd,  pudra  və  uşaq  sabununun  ətri.  Qalxıb 
özümün  və  Məhəmmədəlinin  paltarlarını  qatlayıb 
çamadana  yığdım;  parçalar,  süd  butulkası  və  termos. 
Hamısını  bir  yerə  yığdım  ki,  səhər  gedəndə  yadımdan 
çıxmasın.  Məhəmmədəli  oyaq  idi.  Hələ  üzü  qırmızı  idi, 
amma  şişi  çəkilmişdi  və  arıq  görünürdü.  Boz  gözlərini 
qırpmadan tavana baxırdı. 
Gözüm  Əli  ağanın  kədərli  baxan  şəklinə  düşdü. 
Dedim:  "Əli  can,  niyə  narahatsan?  Qadının  etibarı  ərinə 
görədir.  Burada  olmadığına  görə  mən  də  özümü  yaxşı 
hiss etmirəm. Düşünürəm ki, bəlkə artıq yükəm". 
Mən  gedirdim,  bəlkə  də  bu  tezliyə  qayıtmayacaqdım. 
Xatirə  dolu  o  otaqdan  gedirdim.  Əli  ağa  hər  dəfə 
cəbhədən  gələndə bu otaq bizimki olurdu. Bu otaq onun 
ə
trini  yayırdı,  şkaflardan  onun  paltarları  asılmışdı, 
kitabxanasında  Əli  ağanın  kitabları,  əlyazmaları,  hədsiz 

 
51
dərəcədə  sevdiyi  albomları  vardı.  Düşündüm  ki, 
çərçivədəki  şəklini  də  aparsam,  yaxşı  olar.  Çərçivəni 
götürmək  üçün  ayağa  qalxdım,  amma  əlim  onda 
qıfıllanıb  qaldı.  Nə  edirdimsə,  ondan  ayrılmırdı. 
Arxamda ağa Nasirin səsini eşitdim. 
– Firiştə xanım, nə edirsən? 
Ə
lim şəkildən ayrıldı. 
–  Ağa  can,  sabah  anamgilə  getmək  istəyirəm.  Sizin 
icazənizlə Əli ağanın şəklini də aparacağam. 
Ağa Nasir təəccüblə soruşdu: "Getmək istəyirsən?!" 
Sonra  başını  qapıya  çevirib  dedi:  "Mənsurə!  Mənsurə 
xanım, gəl gör Firiştə xanım nə deyir, getmək istəyir?" 
Az sonra Mənsurə xanım, anam, Hacı baba, Xanımcan 
da  gəldilər.  Mənsurə  xanım  toplanmış  əşyaları  görüb 
dözmədi  və  ağlamağa  başladı.  Nə  edəcəyimi  bilmirdim. 
Mən  də  ağlamağa  başladım.  Ağa  Nasir  kövrəlmişdi. 
Məryəm  də  gəldi.  O,  Mənsurə  xanımı  görüb  təəccüblə 
soruşdu: "Ana, nə olub?" 
Mənsurə  xanım  elə  ağlayırdı  ki,  daşı  da  ağladardı. 
Məryəm  onu  qucaqladı.  Sakitləşdirmək  yerinə  hamı  ona 
qoşulub  ağlamağa  başladı.  Elə  ab-hava  yaranmışdı  ki, 
otağa girib o səhnəni görən hər kəs ağlayırdı. Bilirdim ki, 
bu  bir  neçə  gündə  və  mərasimdə  hamı  özünü  saxlayıb, 
ağlamağının  qarşısını  alıb  ki,  düşmən  sevinməsin  və 
münafiqlərin əlinə bəhanə keçməsin. 
Ağlamayan yeganə şəxs ağa Nasir idi. 
O, dedi: "Əli ilə Əmirin ruhları indi buradadır. Onların 
ruhlarının şadlığı üçün salavat deyin!" 
Hamı salavat dedi. Məhəmməd dayı Məhəmmədəlinin 
yanında  oturub  onunla  oynayırdı.  Ağa  Nasir  yenidən 
dedi:  "Mən  əminəm  ki,  Əli  ağa  ilə  Əmirin  ruhları  bizim 
hərəkətlərimizə  baxırlar.  Ona  görə  də  ağlamayın!"  Ağa 

 
52
Nasir  bu  cümlələri  deyəndə  səsi  titrəyirdi;  bir  toxunuşa 
bənd olan çatlaq şüşə kimi idi. 
Mənsurə  xanım,  Məryəm  və  anam  sakitləşdilər.  Ağa 
Nasir  üzünü  mənə  tutub  dedi:  "İndi  Firiştə  xanım,  de 
görək  nə  olub?  Bizdən  yorulmusan?  Kimsə  nəsə  deyib? 
Nədənsə incimisən?" 
Dərhal dedim:  "Xeyr, ağa, Allah haqqı, nə inciməsi?! 
Nə narahatlığı?!" 
Mənsurə xanım yenə ağlamağa başladı. 
– Bəs nə üçün getmək istəyirsən? 
Dedim: “Axı bəs qədər əziyyət vermişəm”. 
Anama baxdım. 
–  Anam  da  evlərinə  getmək  istəyir,  atam  və  bacım 
təkdirlər. 
Mənsurə  xanım  Məhəmmədəlini  qucağına  götürüb 
sinəsinə yapışdırdı və kədərlə dedi: "Qəşəng nəvəmi hara 
aparmaq  istəyirsən?!  Əmir  can,  başına  dönüm!  Əli  can, 
sənə  qurban  olum!  Əmir  can!  Əli  can!  Hara  getmək 
istəyirsiniz?!" 
Ağa Nasirin səsi titrəyirdi. O, dedi: "Yox, qızım! Belə 
danışma.  Bu  sözlər  özgələr  üçündür.  Sən  öz  qızımızsan, 
Məhəmmədəli  öz  uşağımızdır.  Əziyyət  nədir?!  Bura 
sənin  öz  evindir!"  O,  əllərini  göyə  qaldırıb  dedi:  "İlahi, 
ş
ükür!  İlahi,  şükür!  Hər  iki  oğlum  şəhid  oldusa,  deməli, 
ləyaqətləri  varmış  və  Sən  onları  qəbul  etmisən.  İlahi, 
Sənə şükür olsun ki, uşaqlarım başımızı aşağı salmadılar. 
İ
lahi,  Sənə  şükür  olsun  ki,  uşaqlarım  mənə  başucalığı 
gətirdilər, fəxrim oldular. İlahi, Sənə min şükür olsun ki, 
yaxşı verdin, Sənə yüz min şükür olsun ki, yaxşı aldın!" 
Bir  az  sonra  ağa  Nasir  ab-havanı  dəyişmək  məqsədi 
ilə  zarafata  başlayıb  dedi:  "Bilirsən  nə  var,  götür  bu 
uşağını apar. O qədər dinmədi, ağlamadı ki, daha öldük. 

 
53
Bunu  çimdikləməkdən  dırnaqlarım  qaraldı.  Uşaq  idi 
keçmiş  uşaqlar.  Elə  ağlayırdılar  ki,  səsləri  yeddi  ev  o 
tərəfə gedirdi". 
Ağa  Nasirin  sözlərindən  və  Mənsurə  xanımın 
ağlamasından  sonra  qalası  oldum.  Hərçənd,  o  otaqdan 
ayrılmaq  mənə  də  çətin  idi.  Hər  gün  gözləyirdim  ki,  tez 
gecə olsun və Məhəmmədəli ilə mən Əli ağanın otağında 
yataq. O otaq başqa cür idi. Mən o otaqda Əli ağanı hiss 
edirdim, səhərə qədər yuxuda onu görürdüm. 
Məhəmmədəli  ikiaylıq  oldu.  Bəzən  qonaq  kimi  bir 
neçə  günlüyə  Hacı  Sadiqgilə,  bəzən  də  anamgilə 
gedirdik. Lakin əsas evimiz ağa Nasirin evi idi. 
Mənsurə  xanımın  halı  yaxşı  deyildi.  Böyrəklərindəki 
daş  böyümüş  və  orqanizmi  sıradan  çıxmışdı.  Ağa  Nasir 
Mənsurə  xanımı  müalicə  etdirmək  üçün  bir  müddət 
Tehranda qalmaq qərarına gəldi. Buna görə də, iki aydan 
sonra  mən  və  Məhəmmədəli  bir  neçə  çamadanla 
anamgilə  yola  düşdük.  Elə  orada  da  qərara  gəldik  ki, 
qayıdandan  sonra  həftənin  əvvəllərini  anamgildə  qalaq, 
sonlarını ağa Nasirgildə. 
Anamgildə  vəziyyətim  dəyişdi.  Təkliyim  çoxalmışdı. 
Atam  hər  səhər  işə  gedirdi.  O,  bərbər  idi.  O  zamanlar 
Həmədanın  Şəriəti  dördyolunda  onun  məşhur  salonu  və 
çoxlu  müştəriləri  vardı.  Anam  hər  səhər  və  axşamüstü 
qadınların təmənnasız olaraq, Allah rizasına döyüşçülərə 
paltar  tikdikləri  dərzi  sexinə  gedirdi.  Sex  Baba  Tahir 
prospektində  Mirzə 
Davud  məscidinin 
yanındakı 
dükanda  idi.  Bacılarımın  hər  ikisi  şagird  idilər  və 
məktəbə gedirdilər. Buna görə də, hər səhər ev boşalırdı, 
mən  və  Məhəmmədəli  tək  qalırdıq.  Məhəmmədəli  sakit 
uşaq idi və məni incitmirdi. 

 
54
Həmin 
günlər 
çətin 
dövrlərim 
idi; 
təklik, 
özünəqapanma  və  depressiya.  O  dövr  daha  çox  xatirə 
yazmaqla və yazdığım xatirələri təkrarlamaqla keçirdi. 
Məni  təklikdən  çıxarmağa  çalışan  yeganə  şəxs  anam 
idi.  Çox  vaxt  sexə  baş  çəkib  işləri  yoluna  qoyur  və  tez 
qayıdırdı.  Bəzən  günortadan  sonrakı  növbəsini  tətil 
edirdi.  Bəzən  rövzə  məclisi  verirdi,  bəzən  də  məni 
rövzəyə  aparırdı.  Hərdən  atamı  evdə  otuzdurub 
Məhəmmədəlini  ona  tapşırırdı.  Elə  vaxt  olurdu  ki,  hətta 
yarım  saatlıq  birgə  küçəyə  çıxırdıq,  mənə  nəsə  alırdı, 
bazarda gəzişib qayıdırdıq. Həftəsonları adətən, Mənsurə 
xanımgildə  olurdum.  Təklik  və  darıxmaq  həyatımın  ən 
ağır  hissəsi  idi.  Gündüzlər  bir  dostumun  gəlməsinə 
ümidlə  gözümü  qapıya  dikirdim.  Nadir  hallarda  kimsə 
gəlirdi; hərə öz işində-gücündə idi. Əli ağa şəhid olandan 
sonra sanki mən də yaddaşlardan silinmişdim. 
Həmin  günlərdə  çoxlu  çətinliklə  çəkdim;  deyiləsi 
deyil. Əgər imama və inqilaba sevgi, məqsəd, prinsip və 
etiqadlarıma  sədaqət  olmasaydı,  bəlkə  də  heç  vaxt  dözə 
bilməzdim.  Mən  həyatın  çətin  mərhələsinə  qədəm 
qoymuşdum,  daha  böyük  və  daha  ağır  qərarlar  verməli 
idim. Əli ağa məqsəd və amalları uğrunda getmişdi, mən 
də məqsəd və amallarımı kəşf etmək üçün qalmışdım. 
Bir ildən sonra müharibə bitdi, əsgər və zabitlər döyüş 
zonalarından  şəhərlərə  qayıtdılar,  öz  adi  həyatları  ilə 
məşğul oldular və yavaş-yavaş çox şey dəyişdi. 
Anamın  həvəsləndirməsindən  sonra  1988-ci  ildə 
Təhzib  peşə  liseyinə  adımı  yazdırdım  və  bağça 
müəlliməsi  ixtisasında  üçüncü  dəfə  ikinci  kurs  təhsilinə 
başladım.  Əli  ağadan  ayrıldığım  ilk  illər  bəlkə  də 
həyatımın  ən  çətin  illəri  idi,  amma  təqvimə  yazdığım 
xatirələrlə  qəribə  şəkildə  onunla  yaşayırdım  və  onu 

 
55
yanımda  hiss  edirdim.  O  təqvim  indi  də  durur  və  ona 
baxanda  elçilik  günündən  şəhadət  anına  qədər  və  ondan 
sonrakı bütün xatirələrim gözlərim önündə canlanır. 

 
56
 

Yüklə 3,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin