Üçüncü fəsil: Aşiqanə məktub
Ə
li ağa gedəndən bir həftə sonra Mehdi əmi nikah
mərasiminin şəkillərini gətirdi. Mən bir dəfə tələsik
bütün şəkillərə baxdım. Şəkillərin keyfiyyətinə əmin
olandan sonra yavaş-yavaş və diqqətlə baxmağa
başladım. Şəkillər bir neçə saat anamın, atamın və
bacılarımın əlində fırlandı. Onlar doyunca baxandan
sonra şəkilləri götürüb otağa girdim. Bəzən bir şəklə
yarım saat tamaşa edirdim. Şəkilləri görüb daha çox
darıxdım və gecə yarısı qələmi götürüb Əli ağaya ilk
məktubumu yazdım.
Ertəsi gündən etibarən günləri saymağa başladım.
Məhbuslar kimi təqvimimə əlamət vurur və günləri
sayırdım.
Ə
li ağa aprelin 1-də getmişdi, 26-da axşamüstü
qapının zəngi çalındı. Daxilimdə bir səs dedi ki, Əli
ağadır.
Çadramı başıma atıb qaçdım. Əmir ağa idi. Tez-tez
salamlaşıb ata-anamdan tutmuş dayıma və nənəmə qədər
bir-bir hamının halını soruşdu. Axırda da cibindən bir
zərf çıxarıb dedi: "Firiştə bacı, bu məktubu Əli sənə
göndərib".
O qədər sevindim ki, necə təşəkkür etdiyimi və necə
sağollaşdığımı bilmədim. Qapını bağlayandan otağa
çatana qədər məktubu bir neçə dəfə oxudum.
Məktub çox sadə və qısa idi. Salamdan və halımı
soruşmaqdan başqa bir şey yox idi, lakin bu da mənə
qüvvə verdi. Sanki Əli ağa yanımda idi və sevgi möhrünü
qəlbimə vurmuşdu. O, məktubda yazmışdı: "Bismillahir-
Rəhmanir-Rəhim. Şəhidlərin qanının hörmətini qoruyan
Allahın adı ilə. Batil əleyhinə haqq cəbhəsindən,
92
şə
hidlərin al qanına boyanmış cəbhədən səmimi
salamlar! Bu qanlı torpaq İmam Hüseynin (ə) Kərbəlasını
xatırladır və onun gözəl ətri insanı Allah görüşünə aşiq
edir.
Düz-dərələr arasından, fərsənglərlə uzaq yoldan və
İ
ranın Kərbəlasından səmimi salamlar!
Ə
bu Abdullah Hüseynin (ə) həqiqi həbib ibn
məzahirlərindən və malik əjdərlərindən sizə səmimi
salamlar!
Ə
gər mənim halımı soruşsanız, Allaha şükür,
yaxşıyam və Allah qəbul etsə, Ona bəndəlik edirəm.
Ümidvaram, bir gün İslamın qlobal küfrə qələbəsindən
və dövrün imamının mübarək əli ilə zülmün kökünün
kəsilməsindən sonra Zəhra xanımı, onun hörmətli,
hizbullahçı və inqilabçı ailəsini yenidən yaxından
görəcəyəm. Sizdən istəyirəm ki, ibadət və dua zamanı
Böyük Allahdan mənim günahlarımın bağışlanmasını
diləyəsən. Həmçinin Allahdan istə ki, mənim iştirak
etdiyim və sənin də şərik olduğun bu cihadı hər
ikimizdən qəbul etsin. Daha sizə əziyyət vermirəm.
Mahmud ağa da yaxşıdır. Mənim adımdan hörmətli ata-
anana və bacılarına salam yetir. Başqa bir sözüm yoxdur.
Sizi Allaha tapşırıram.
İ
slam xidmətçisi Əli Çitsazian".
Yatanda məktubu balışımın altına qoydum və ertəsi
gündən hara getdimsə, çantamda özümlə apardım. Elə
bilirdim ki, o məktub elə Əli ağanın özüdür.
Ə
li ağanın məktubunun həmişə üstümdə olmasına
çalışırdım, çantamı açıb məktubun zərfini görəndə yaxşı
hisslər keçirirdim.
Mayın 16-da Əli ağa Həmədana dönmüş və birbaş
bizə gəlibmiş. Ertəsi gün və axşam da gəlmiş, yarım saat
93
da qapının arxasında qalıbmış. Biz isə hər şeydən
xəbərsiz halda nənəmgildə idik.
Hər həftənin bazar ertəsi və cümə axşamı günləri
ailəvi şəkildə Cənnət bağı məzarlığına şəhidlərin dəfninə
gedirdik. Həmin gün də cümə axşamı idi, hamılıqla bir
şə
hidin tabutunun arxasınca yola düşdük. Şəhidlər gülzarı
məzarlığında birdən Əli ağanı gördüm. Əvvəl fikirləşdim
ki, yəqin oxşadıram. Onu atama göstərdim. Atam
yaxınlaşıb onu övladı kimi qucaqladı, üzündən və
alnından öpdü. Atam Əli ağanın əlindən möhkəm tutub
onu başdan-ayağa süzür və həzz alırdı. Əli ağa
xəcalətindən qızarıb başını aşağı salmışdı və dayanmadan
təşəkkür edirdi. Bir neçə dostu da yanında idi. Atam Əli
ağanı gördüyünə o qədər sevinmişdi ki, israrla şam
yeməyinə dəvət etdi.
Ş
am azanından sonra Əli ağa bizə gəldi. Səkkizcibli
ş
alvarla sürməyi bir köynək geyinmişdi. Sarı saçı alnına
tökülüb görkəmini dəyişdirmişdi. Atam Əli ağa ilə
görüşüb onu yenidən qucaqladı, bir neçə dəfə üz və
alnından öpdü. Əlindən tutub onu yanında oturtdu və
söhbətə başladı. Cəbhənin və müharibənin vəziyyətindən
soruşdu. Bir qədər sonra anam bir bəhanə ilə atamı
çağırdı. Anam atamın başını qarışdırdı və işarə ilə məni
Ə
li ağanın yanına yolladı. Şəkilləri götürüb ona
göstərməyə apardım.
Nikah mərasimindəki şəkillərdən çox xoşu gəldi,
süfrənin başında ikimizin çəkdirdiyimiz şəklə bir neçə
dəfə baxıb dedi: "Bu, hamısından yaxşıdır".
Fürsətdən istifadə edib təklikdə dedi: "Zəhra xanım,
sabah cümədir, evdə heç kim olmayacaq. Günorta saat
üçdə bizə gəl".
94
Qəbul etdim. Lakin ertəsi gün bunu anama deyəndə
gözlədiyimin əksinə olaraq, qəbul etmədi və dedi: "Evdə
heç kim yoxdursa, getməsən, yaxşıdır. Əgər Əli ağa özü
ardınca gəlsə, eybi yoxdur, amma cümə günü günortadan
sonra bir qızın təkbaşına qalxıb camaatın evinə getməsi
yaxşı deyil".
Çarəm yox idi. Gərək icazə verməyəcəyini təxmin
edəydim. Anam bizim üzərimizdə çox həssas idi, dost-
aşnanın evinə də getməyə icazə vermirdi. Etirazsız qəbul
etdim.
Anamızın
sözünün
üstə
söz
deməməyi
öyrənmişdik. Bilirdik ki, o, bizim xeyrimizi istəyir.
Saat üçə yaxınlaşdıqca həyəcanım artırdı. Ona xəbər
verməyə telefonumuz yox idi. Qorxurdum ki, mənə acığı
tutar. Həm də ona ürəyim yanırdı, bilirdim ki, gözü
yoldadır.
Onu xəbərdar etməyə heç bir yol tapmadım. Yalnız
dua edirdim ki, öz ürəyinə düşsün və mənim ardımca
gəlsin. Nəhayət, saat üç oldu; sonra isə dörd, beşin yarısı,
beş...
Çox narahat idim. Düşünürdüm ki, indi Əli ağa nə
fikirləşir; heç şübhəsiz, hirslənib. İlk dəfə qərara gəlib
vaxt təyin etmişdik və mən əməl etməmişdim. Atam və
bacılarım televizora baxırdılar, mənsə sanki bu dünyada
deyildim; nə səs eşidirdim, nə də bir şey görürdüm.
Gözümü televizora dikmişdim, kino gedirdi, amma
fikrim Əli ağada idi. Heç nəyə hövsələm yox idi.
Fikirləşirdim ki, sabah Əli ağa necə reaksiya verəcək?
Küsəcək, yoxsa sağollaşmadan cəbhəyə gedəcək?
Ə
səbiləşib mənimlə dalaşacaq, yoxsa gəlib gileylənəcək?
Qəribə həyəcanım vardı.
Həmin gün o qədər uzandı ki, sanki heç vaxt axşam
olmayacaqdı. Bu səbəbdən günbatan çağı başımın
95
ağrıdığını bəhanə edib yataq otağına girdim və şam
yemədən yatdım.
Ertəsi gün məktəbdən qayıdanda arxamda motosiklet
səsi eşitdim. Kiminsə ardımca gəldiyini hiss etdim. Adət
üzrə, ətrafıma baxmadan sürətimi artırdım. Evə bir neçə
addım qalmış arxadan tanış səs eşitdim.
– Salam. Necə tez-tez gedirsən!
Ə
li ağanın səsi idi. Dönüb baxdım. Üzündə təbəssüm
vardı. Rahat nəfəs aldım.
Soruşdu ki, necəsən?
Baxışında və səsində heç bir narahatlıq yox idi. Cavab
verdim ki, sağ ol, yaxşıyam.
Soruşdu ki, bəs dünən nə üçün gəlmədin?
Utandım və narahatlıqla dedim: "Bağışlayın, öz
təqsirim deyildi. Anam icazə vermədi. Dedi ki, cümə
günü təkbaşına getməyin yaxşı deyil".
Ə
li ağa sakit qalıb təsdiq əlaməti olaraq, başını
yellədi.
– Səndən nigaran qaldım. Qorxdum ki, Allah
eləməmiş, nəsə bir hadisə baş verib. Allaha şükür ki,
yaxşısan.
Gülümsəyib açarı çantamdan çıxardım.
– Hər halda, çox üzr istəyirəm. Anam dedi ki, Əli ağa
özü gəlib aparsaydı, eybi olmazdı.
Ə
li ağa yenidən təsdiq əlaməti olaraq başını yellədi və
dedi: "Hacı xanım haqlıdır, yaxşı edib ona qulaq asdın.
Onda bu gün günortadan sonra özüm gələrəm ardınca".
Rahat nəfəs alıb qapını açdım və dedim: "Buyurun
içəri".
Ə
li ağanın işi vardı, sağollaşıb getdi. Sevincək həyətə
girdim və mətbəxə qaçdım. Anam evdə yox idi. Bir neçə
saatdan sonra sexdən qayıdanda hadisəni danışdım.
96
Anam razılıq verdi və mən paltarlarımı hazırlamağa
başladım.
Saat üçə on beş dəqiqə qalmış Əli ağa gəldi. Dostunun
maşınını almışdı. Mən ikinci dəfə idi onlara gedirdim.
Evlərində heç kim yox idi. Bir neçə gün idi ailəsi Hacı
Sadiqgildə qonaq idi. Ev boş olduğuna görə bu dəfə daha
yaxşı görə bildim. Evdə kiçik bir giriş hissəsi vardı.
Tualet sol tərəfdə idi. Yanında yarım metr eni, bir metr
yarım uzunu olan çox kiçik bir yer vardı, yorğan-döşəyi
oraya yığmışdılar. Sağ tərəfdə ensiz uzun bir mətbəx var
idi. Mətbəxin divarlarından sarmaşan güllər uzanmışdı.
Günəş düşən pəncərənin arxası müxtəlif ev gülləri ilə
dolu idi.
Ağ mətbəx mebelinin bütün qapılarının üstü təbiət
mənzərələri və ya gözəl uşaq şəkilləri ilə dolu idi.
Mətbəxə girəndə adam həvəslənib bir-bir hamısına
baxmaq
istəyirdi.
Mətbəxin
sonunda
pəncərənin
yanındakı dəmir qapı kiçik bir balkona açılırdı. Balkon
turşu, kartof və soğan kimi şeylər saxlamağa yaxşı yer
idi. Mənsurə xanımın mətbəx bəzəmək zövqünü
bəyəndim.
Evdə bir yemək, bir də qonaq otağı var idi. Qonaq
otağı iri sarı gülləri olan qəşəng boz pərdə ilə yemək
otağından ayrılırdı.
Evin harasına ayağını qoysaydın, qarşında böyük bir
pəncərə görürdün. Onlar evi işıqlandırırdı və günəş
ş
üasını evə salırdı.
Mətbəxdəki güllərdən bir neçəsi də dəhlizdə
radiatorun üstündə idi. Divara dırmaşmışdı, budaqları və
ürək şəklində olan yaşıl yarpaqları tavandan asıla
qalmışdı. Güllər evin gözəlliyini qat-qat artırırdı.
97
Evin sonunda, yəni giriş qapısı ilə üzbəüz başqa bir
taxta qapı kiçik bir dəhlizə açılırdı. Orada hamam və üz-
üzə iki yataq otağı yerləşirdi. Əli ağa sağ tərəfdəki yataq
otağının qapısını açdı. Səhv etməsəm, onunla Əmir
ağanın yataq otağı idi.
Otağın bütün divarlarına şəhidlərin və İmam
Xomeyninin şəkilləri vurulmuşdu. Şəkillərin arasından
döyüşçülərin alın lentləri və kimlik nişanları asılmışdı.
Otaqda kitab şkafı da vardı.
Ə
li ağa yerdə oturub divara söykəndi və işarə ilə mənə
də yer göstərdi. Oturdum və vurduğu qızılgül ətrini
duydum. Ayağa qalxıb kitabxanaya yaxınlaşdı və
kitablarının arasından bir albom çıxarıb dedi: "Gəl birgə
alboma baxaq".
Albomu yavaş-yavaş vərəqləməyə başladı. Bəzi
adamların başları qırmızı dairəyə alınmışdı. Bir şəklin
üzərinə barmağını qoyub dedi: "Bu, dostum Şəhid
Ə
mirhüseyn Fəzlullahidir. O, Məcnun adasında şəhid
oldu. Bu biri Şəhid Məhəmmədəli Cirbanədir".
Bədəninin, nəfəsinin və ətrinin qoxusu bir-birinə
qarışmışdı. Səsi qəhərli olsa da, yaxşı hisslər keçirirdim.
Ürəyim istəyirdi ki, zaman dayansın, o halda illərlə bir-
birimizin yanında qalaq. O qədər şəhid şəkli olduğuna
görə oranın ab-havasının digər yerlərdən fərqli olduğunu
hiss edirdim. Albomu vərəqləyir və hər səhifəsində
barmağını bir neçə şəkil üzərinə qoyurdu. Çox narahat
olub kövrələndə meyvə və ya çay gətirmək bəhanəsi ilə
otaqdan çıxırdı.
Bir neçə dəfə də kitab şkafından nəsə gətirmək
bəhanəsi ilə məni yerimdən qaldırdı. Güman ki bu
bəhanə ilə mənə yaxşı baxmaq istəyirdi.
98
Soruşdum: "Əli ağa, eşitmişəm Ənsar diviziyasının
uşaqları səni çox sevirlər. Deyirlər sən ağır cinayət
törədib edama məhkum olunmuş məhbusları cəbhəyə
aparır və üzərlərində o qədər işləyirsən ki, başqa bir adam
olurlar".
Ə
li ağa gülümsünüb soruşdu: "Kimdən eşitmisən?"
Qürurla cavab verdim: "Eşitmişəm də".
Sonra reportyorlar kimi çox nəzakətlə soruşdum: "Bu
adamlar təhlükəli deyillər? İndiyə qədər sizə problem
yaratmayıblar?"
Ə
minliklə cavab verdi ki, əsla, mən adamlarıma
həmişə deyirəm... Təbəssüm edib sözünə davam etdi:
"Sənə də deyirəm, Zəhra xanım, sən də öz adamımız
oldun: Cəmiyyətdə gözəl əxlaq birinci sözü deyir. Əgər
biz gözəl əxlaq üzərində yaxşı işləsək, cəmiyyətimiz
ideal olar. Əgər bir İslam cəmiyyətində insanların əxlaqı
yaxşı olsa, ideal cəmiyyət qurular. Ölkənin ilahi yöndə
olması üçün biz xalqın qəlbinə girməliyik. Mən öz
adamlarımla belə olmağa çalışıram. Həyatda məni ən çox
sevindirən iş yanlış yolda olan bir adamı düzgün ilahi
yola gətirməkdir. İmam Xomeyni buyurub ki, cəbhə
insanı islah edən universitetdir. Biz imamın yolunun
ardıcılıyıqsa, onun fərmanlarına əməl etməliyik".
Bu vaxt qapının zəngi çalındı. Əli ağa şkafın qapısını
açıb tapançasını götürdü, belinə qoyub qapıya getdi. O
vaxta qədər Əli ağada silah olduğunu bilmirdim.
Az sonra narahat halda qayıtdı. Nigaranlıqdan bağrım
yarıldı. Soruşdum ki, nə olub?
Başını yelləyib dedi: "Albomdakı şəkillərdən biri də
bir neçə gün öncə uçub: Hüseyn Şərifi. Yaralanmışdı.
İ
ndicə xəstəxanadakı şəklini sənə göstərdim. O, şəhid
olub, Həmədana gətiriblər. Getməliyəm".
99
Qalxıb meyvə boşqablarını və çay sinisini mətbəxə
apardım. Əli ağa hazırlaşınca meyvələri soyuducuya
qoyub stəkanları yudum.
Dostları qapının önündə gözləyirdilər. Əli ağa
dostundan alıb sürdüyü maşınla məni evimizə qoydu və
getdi. Anam məni görən kimi təəccüblə soruşdu:
"Gedirsən, yoxsa gəldin?"
Dedim ki, gəldim.
Təəccüblə soruşdu: "Nə oldu? Axı sən indi
getmişdin!"
Ə
li ağanın tapançası haqda fikirləşirdim. Məsələni
anama danışdım. Anam başını yelləyib dedi: "Vəziyyət
yaxşı deyil. Bir tərəfdən müharibə gedir və Səddam kimi
düşmən var, bir tərəfdən də beşinci kolon və münafiqlər
uşaqlardan əl çəkmirlər. Allaha şükür ki, bizim
gənclərimiz ağıllıdırlar. Gərək ehtiyatlı olsunlar".
Ertəsi gün səhər anam Nəfisəni özü ilə dərzi sexinə
apardı. Mən imtahana hazırlaşmalı idim. Dərs oxumaq
istəyirdim ki, Əli ağa zəngi çaldı və içəri girdi. Oturub
söhbət etdik. Bu dəfə mənim növbəm idi; şəkil albomunu
gətirdim və birgə baxmağa başladıq. Getməyə tələsirdi.
Ertəsi gün bazar ertəsi idi. Onu çox gözlədim, amma
gəlmədi. Həmədanda olduğu müddətdə onunla hər gün
görüşmək istəyirdim. Darıxırdım. Sanki onu görməyə
vərdiş etmişdim. Anamla Cənnət bağına getdik.
Fikirləşdim ki, bəlkə Hüseyn Şərifinin dəfni olar və onu
görərəm.
Cənnət bağında çox adam vardı. Nə qədər göz
gəzdirsəm də, onu görmədim. Orada olduğum müddətdə
və hətta evə dönərkən yolda ətrafıma baxır, onu görməyə
ümid bəsləyirdim.
100
Çərşənbə axşamı da imtahanlararası möhlət günüm
idi. Yenicə dərs oxumağa başlamışdım ki, qapı döyüldü.
Ə
li ağa idi. Nə qədər israr etsəm də, içəri girmədi.
Sağollaşmağa gəlmişdi. Cəbhəyə gedirdi.
Arxasınca su atdım. Qapının ağzında dayanıb ona
tamaşa etdim. Bir qədər aralanandan sonra ətrafına baxdı,
küçədə heç kimin olmadığını görüb ucadan dedi:
"Özündən muğayat ol, haqqını halal et".
Yalnız özüm eşidəcəyim tərzdə yavaşdan dedim:
"Allah eləməsin! Şəfaət yadından çıxmasın!"
Uzaqdan mənə əl yellədi. Ağ çadramı qolumun üstünə
atıb mən də ona əl yellədim. Küçənin sonuna qədər
dayanıb ona baxdım.
O gedəndən sonra yenidən təqvimdə nişanlamalara
başladım. Hər bitən günə həsrətlə bir əlamət vurub
karandaşla yazırdım: "İki gün ötdü... On gün... On iki
gün..."
Ə
li ağa on üç gün idi getmişdi. Mayın 28-i idi. Məktəb
paltarlarımı geyinirdim. Saat səkkizə on beş dəqiqə
qalırdı. Qapı döyüldü. Qapının zəngini gözləməyə vərdiş
etmişdim. Özümü ildırım kimi qapıya çatdırdım. Əli ağa
idi. Yorğun və üst-başı bulaşıq idi. Onu görəndə sanki
dünyanı mənə verdilər. İçəri dəvət etdim. Anam da
qapıya qaçdı. Sanki oğlu gəlmişdi. Sevincək əlindən
tutub həyətə çəkdi, soruşdu ki, nə vaxt çatdınız?
– Elə indicə. Uşaqlarımızdan biri şəhid olub, sabah
qayıdacağam.
Anam dedi: "Onda şam yeməyinə bizə gəlin".
Həmin gün mənim doğum günüm idi. Anam
hamımızın doğum günlərini əzbər bilirdi. Əli ağa
gedəndən sonra dedi ki, sənə ad günü keçirmək
istəyirəm.
101
Dedim: "Yox, ana, bəs eşitmədin ki, Əli ağanın dostu
şə
hid olub?!"
Anamın çoxlu planları vardı, Əli ağanın ailəsindən
ə
lavə başqa qonaqlar da çağırmaq istəyirdi. Lakin planını
dəyişdirdi. Axşamüstü ad günümü təbrik edib, aldığı
hədiyyəni verdi və dedi: "Eybi yoxdur, inşallah tezliklə
müharibə bitəcək, bu günlər arxada qalacaq; inşallah
gələn il öz evinizdə özünə və oğluna birgə ad günü
keçirərik".
Axşam Əli ağa və ailəsi bizə qonaq gəldilər. Əli
ağanın idman klubunda ayağının çıxdığı və ağrıdan
qızardığı, amma heç kimə bildirmədiyi axşam idi.
Mən bunu qonaqlığın sonunda bildim. Çox israr etdim
ki, xəstəxanaya gedək, amma qəbul etmədi. Deyirdi ki,
bir şey deyil, keçəcək.
Axırda dedim ki, sən necə də möhkəmsən, necə də
dözürsən?! Mən əsla dözməzdim.
Gülərək dedi: "Sən də idmanla məşğul ol. İstəyirəm
həyat yoldaşım dözümlü və möhkəm olsun".
Yadımdadır,
həmin
axşam
Mənsurə
xanımın
böyrəkləri yenə ağrıdı və şam yeməyindən sonra Hacı
Sadiq onu xəstəxanaya apardı. Əli ağa ilə otağımıza
keçdik. Soruşdum ki, nə olub, halın yaxşı deyil? Dedi ki,
axşamüstü idman zalında ayağım çıxıb.
Ş
alvarını güclə yuxarı çəkdim. Utanır və ayağını geri
çəkirdi. Corabını çıxardım. Topuğu şişib göyərmişdi.
Həyəcanlanıb qorxdum və dedim ki, qalx, gedək
xəstəxanaya.
Gülüb dedi: "Yox əşi, bir şey deyil, keçəcək".
Anamı çağırmaq istədim, amma qoymadı, tez corabını
geyindi. Nə etdimsə, razılaşmadı. Dostu gəlib Əli ağanı
apardı. Sonra öyrəndim ki, Sepaha getmişdilər. Orada
102
uşaqlar isti su və duzla ayağını masaj edib çıxığı
salmışdılar.
Ə
li ağa cümə axşamı günü səhər tezdən bizə gəldi. Nə
etdimsə, içəri girmədi. Cəbhəyə gedirdi.
İ
lk dəfə yanında kövrəldim. Məni ağlamaq tutdu.
Ə
limi tutub dedi: "Nə tez danışığımız yadından çıxdı?!
Axşam demədim ki, ürəyim istəyir möhkəm və dözümlü
olasan?! Mən bəlkə bu dəfə qayıtmadım, özünü zəif
göstərməni istəmirəm. Ürəyim istəyir ki, həzrət Zeynəb
kimi dözümlü və möhkəm olasan".
Bu sözlərdən sonra göz yaşımı saxlaya bilmədim.
Ağlamaq aman vermirdi. Bilirdim ki, o, duyğularını
asanlıqla
bildirmir.
Bu
müddətdə
heç
vaxt
duyğulanmamış və darıxmasından şikayətlənməmişdi.
Mənsə onun tam əksi idim: kövrək, həssas və duyğusal.
Hıçqıra-hıçqıra onunla sağollaşdım. Qapını bağlayıb ona
söykəndim. Ağlamağımı saxlaya bilmirdim. Fikirləşirdim
ki, indi yenidən qapını döyəcək və içəri girib məni
sakitləşdirəcək. Bir neçə dəqiqə ötdü. O tərəfdən heç bir
səs gəlmirdi. Beş dəqiqədən sonra qapını yavaş-yavaş
açıb küçəyə baş çəkdim. Heç kəs yox idi. İnanmırdım ki,
məni bu halda tək qoymağa ürəyi gəlib. Dəhlizə çatanda
ucadan ağlamağa başladım. Demişdi ki, gərək dözümlü
olum. Möhkəm olmalı idim. Özüm istəmişdim, özüm
seçmişdim, özüm qərara gəlmişdim ki, müharibənin
çətinliklərinə şərik olum. Özüm həyat yoldaşımın pasdar
(Sepah üzvü) olmasını istəmişdim. Pasdarları möhkəm və
ə
xlaqlı adamlar bilirdim. Öz-özümə dedim: "Yaxşı,
qəbulumdur, dözərəm. Amma İlahi, ondan muğayat ol!
İ
lahi, yaralanması qəbuldur, amma əsirlik və şəhidlik
olmasın! İlahi, onu qoru!"
103
Dördüncü fəsil: İkinci bal ayı
1986-cı ilin yay imtahanları bitmişdi. Atam səhər
tezdən işə gedirdi. Anam dərzilikdən əlavə, qadınların
növbə ilə cəbhəyə yardım məqsədi ilə gördükləri digər
işlərdə də iştirak edirdi. Arabir Nəfisəni də özü ilə
aparırdı. Bəzən nahara da evə gəlmirdi. Belə vaxtlarda
evin işləri Röya ilə mənim üzərimə düşürdü.
1986-cı ilin 10 iyunu idi. Qapının zəngi çalındı.
Başıma çadra atıb dəhlizlə həyət qapısına qədərki 10-15
addımlıq məsafəni üç uzun addıma getdim. Qapını açan
kimi Əli ağa peyda oldu. Onu görüb yerimdə dondum.
Sarıqlı qolu boynundan asılmışdı.
Yarımçıq salamlaşmadan sonra tez soruşdum ki,
qoluna nə olub?
Arxayın halda cavab verdi: "Heç bir şey, bir neçə
kiçik qəlpə dəyib".
Onu evə dəvət etdim. Yorğun idi. Saçını dibindən
qırxdırmışdı, dodaqlarının rəngi qaçmış və çatlamış,
saqqalı uzanmışdı. Çəkmələri o qədər bulaşmışdı ki,
rəngi bilinmirdi.
Gülə-gülə dedim: "Müharibədən gəlirsən?"
Təbəssümlə dedi: "Məcnun adasında əməliyyat idi”.
İ
srar etdim ki, içəri girsin.
– Yox, çox yorğunam. Əvvəlcə səni görmək istədim.
Vəcihə xanım evdədir?
Anam evdə deyildi. Təəccüblə soruşdum: "Nə olub
ki?! Yox, evdə deyil, sexə gedib".
Dedi: "Döyüşçülərim yorğundurlar. Qərara gəlmişik
ki, bir neçə günlüyə ailəvi Məşhədə gedək".
Uzun saqqalına əlini çəkib dedi: "Səni də aparmaq
istəyirəm. Səncə, Vəcihə xanım icazə verər?"
104
Heç nə demədim. Dedi: "Gedim bir az istirahət edim,
axşamüstü gəlib icazəni alaram".
Atam və anam etiraz etmədilər. İyunun 14-də səhər
tezdən Sepahın önündən yola düşdük. İki avtobus idik:
subay və ailə avtobusları. Əli ağa məni ikinci, ya da
üçüncü sırada oturtdu. Çantasını yanımdakı oturacağa
qoyub subayların avtobusuna getdi.
Ailəlilərin hamısı gənc idilər; ya bizim kimi nişanlı
idilər, ya da təzə evlənmişdilər. Tək-tük ailədə ikidən çox
uşaq vardı.
Avtobuslar yola düşdü. Bir neçə saatdan sonra
istirahət üçün dayandıq. Əli ağa bizim avtobusumuza
gəldi, amma mənim yanımda oturmadı, avtobusun
arxasına getdi. Əvvəlcə fikirləşdim ki, baş çəkməyə
gedib və tez qayıdacaq. Amma nə qədər gözlədimsə,
gəlmədi. Arxaya boylandım. Gördüm ki, əksər ər-
arvadlar yan-yana oturub söhbət edir və ya meyvə
yeyirlər.
Ə
li ağa avtobusun arxasında bir neçə nəfərlə danışıb-
gülürdülər. İşarə ilə bildirdim ki, qabağa gəlsin. Bir az
sonra gəldi. Çantasını oturacağın üstündən götürüb
ayağımın önünə qoydum. Dedim ki, otur, bəs sən
haradasan?!
Oturdu, amma narahat görünürdü, getmək istəyirdi.
Dedim: "Həmədan qanunu bura da aiddir?"
Təəccüblə mənə baxdı.
Dedim: "Şəhid ailələri, yolda danışmamağımız..."
Gülüb başını yellədi.
- Hə, bura da aiddir. Döyüşçülərdən utanıram. Birdən
elə bilərlər ki, özümü dartıram.
Etiraz edib dedim: "Sən məgər onların ürəyindəsən?!
Bəlkə belə fikirləşməzlər!"
105
Dedi: "Bəli, fikirdir. Bəlkə fikirləşərlər ki, Əli ağa da
ailə qurub uçdu və biz tək qaldıq".
Dedim: "Hamı xanımının yanında oturub, məgər
kimsə bir söz deyir?"
Hövsələsiz halda dedi: "Hər kəsin öz xarakteri var,
mən beləyəm".
Daha heç nə demədim. Xarakterini öyrənmişdim.
Bununla belə, yarım saat yanımda oturdu və getdi. Bir az
sonra avtobusun arxa oturacağından birinin oxumaq səsi
gəldi. Əli ağanın döyüşçülərindən idi. Yaxşı səsi vardı;
həm nəğmə oxuyurdu, həm də mərsiyə. Həmədan
nəğmələri daha gözəl idi, hamını güldürürdü:
"Bir yarım var, bir yarım var, işıqlı ay kimi,
Hər axşam küçədə arxın yanında oturur.
Bir gözü var, bir gözü var, ceyran gözü kimi,
Bir dodağı var, bir dodağı var, kahı yarpağına
bənzəyir.
Ə
lində kasa, əlində kasa, gedirsən qatıq almağa,
Kasan sınsın, qatığın dağılsın, əgər məni almasan.
Alırsan al, almırsan qəbiristan.
Hökmünü həvalə edərəm Həftpestan pirinə!"
Səfər yoldaşlarım gülüb meyvə və şirniyyatlardan
yeyir, mənə də təklif edirdilər.
Günortadan bir qədər keçmişdi. Avtobus yolüstü bir
yeməkxananın
önündə
dayandı.
Uşaqlı
qadınlar
ayaqyolunun qapısı önündə növbəyə düzülmüşdülər.
Uşaqların bir-ikisi tələsir və səbirsizlənirdilər. Kömək
etmək üçün bir xanıma yaxınlaşdım, özünü saxlaya
bilməyən uşağını növbəsiz içəri göndərmək istəyirdim.
Bu əsnada bir kişi gəlib aramızdan keçdi və qadın
tualetinə girdi. Xanımlar etiraz etdilər. Kimsə bu xəbəri
kişilərə çatdırdı.
106
Ə
li ağa qaça-qaça gəlirdi, yanında bir neçə nəfər də
vardı.
Hirsləndiyi uzaqdan bəlli idi. Yaxınlaşanda amiranə
tərzdə bizi avtobuslara göndərdi, özü isə tualetə girdi; az
sonra sağlam əli ilə kişinin yaxasını tutub bayıra çıxardı.
O, deyirdi: "Elə bilmə ki, biz pasdarlar tərbiyəsizik ha!"
Kişi mat-məəttəl ətrafa baxırdı. Əli ağa isə qışqırırdı.
- Biz əlimizə silah alıb sənin namusunu müdafiə
edirik, sən isə başını aşağı salıb bizim gözlərimiz önündə
namuslarımızın arasından keçib qadın tualetinə girirsən?!
O kişinin nə dediyini və ya nə etdiyini bilmədim,
amma Əli ağa qayıdanda ovqatı təlx idi. Hər iki
avtobusun sürücülərinə dedi ki, gedək.
Hamımız o qədər narahat idik ki, heç nə demədik,
hətta avtobusun arxasında mərsiyə və Həmədan şeirləri
oxuyub aranı qatan Rəfiinin başının dəstəsi də səssiz-
səmirsiz oturdular. Avtobus yola düşdü və yollar yenidən
başlandı.
Ə
li ağa əvvəlcədən Ramsərin cümə imamı ilə danışıb
gecələmək üçün bizə hotel tutmuşdu.
Güzgü ilə işlənmiş iki qəşəng və böyük zal idi;
xanımlar bir zalda, kişilər də bir zalda yerləşdilər. Bizə
yeni balış və ədyallar verdilər.
Ə
li ağanı nə qədər axtardımsa, tapa bilmədim. Şam
yeməyi hazırlayırdı. Xanımların biri ilə hotelin ətrafında
gəzişdik, sonra isə hamımız dənizə getdik.
Sahildə oturduq. Hava yaxşı idi. Dəniz dalğasının,
aramla sahilə çırpılıb qayıdan suyun səsi, gecənin
qaranlığı və dənizin sonsuzluğu adama qəribə rahatlıq
verirdi. Dənizin kükürd qoxusu və hərdən uçuşan dəniz
quşlarının səsi halımı yaxşılaşdırmışdı. Gözəl səslər
qulaq oxşayırdı. Öz xəyallarımızda ikən Əli ağa gəldi. O,
107
gələndə yanımdakı xanım sağollaşıb getdi. Əli ağa
soruşdu: "Necə keçir?"
Cavab verdim: "Sən ki həmişə qaçaqaçdasan, nə
edim? Həmsöhbətim yoxdur. Dinc bir yer axtarıram".
Ə
li ağa gözünü dənizə dikdi.
– Həyat da dəniz kimidir. Dənizin suyu bir yerdə
qalsa, iylənər. Dəniz kimi hərəkətdə olmaq lazımdır.
Hərəkətin də çətinliyi var. Dənizin böyüklüyü və
gözəlliyi hərəkətinə görədir. Suyu bir yerdə saxlasaq,
iylənər. Mən bu dəniz kimi olmaq istəyirəm. İstəyirəm
həmişə hərəkətdə olum, çətinlik çəkim, okeana
qovuşum... Okeana qovuşmaq üçün hər şey edərəm. Sən
də beləsən, düzdür?
Ə
li ağa sözləri ilə məni fikrə batırmışdı. Düşünürdüm
ki, onun qovuşmaq istədiyi okean nədir və haradadır.
Məqsədsiz dedim: "Hmm..."
Ertəsi gün səhər Əli ağa hamını işlətdi; palazları və
səhər yeməyini hotelin arxasına, gecə okeandan
danışdığımız yerə gətirdilər.
Səhər yeməyindən sonra kişilər paltarla dənizə
girdilər. Əli ağa əlinə görə irəli getmirdi, kənarda dayanıb
ucu-bucağı görünməyən dənizə baxırdı. Onunla mən
dənizin sahilində bir-birimizdən uzaqda dayanmışdıq.
Cənab Hüseyn Rəfii və başqa bir neçə nəfər ayağı
buduna qədər gipsdə olan və qoltuğunun altındakı əsa ilə
yeriyən cənab Mehribana yaxınlaşdılar. Qol və
ayaqlarından tutub onu uşaq kimi yelləməyə başladılar.
Cənab Mehriban qışqırıb nə qədər kömək istədisə, heç
kim kömək etmədi. Nəhayət, havada yelləyən bir neçə
nəfər onu rəhmsizcə suyun ortasına atdılar. Yazıq bir
ayaqla nə qədər çapalayırdısa, sudan çıxa bilmirdi. Bir
neçə nəfərin ürəyi rəhmə gəldi və onu sudan çıxarıb
108
quruması üçün bir tərəfdə oturtdular. Növbə dəcəl
dəstənin başçısı olan Hüseyn Rəfiiyə çatdı. Bir neçə nəfər
ona hücum edib əl-ayaqlarından tutdular və cənab
Mehribanın başına gətirdiyini özünə də yaşatdılar. Cənab
Rəfii sağlam idi və özünü sudan çıxara bildi, lakin pul və
sənədləri cibindən suya tökülüb üzməyə başladı. O, suda
çapalayıb sənədlərini və pullarını axtarırdı. Bir neçə nəfər
ona kömək etmək istədilər. Əli ağa isə dedi ki, kömək
etməyin.
Dedim ki, Əli, yazıqdır.
Ə
li ağa gülümsünüb dedi: "Yox, haqqıdır, qoy ağlı
başına gəlsin. Əvəz olan bir şeydən ötrü gileylənməzlər".
Hüseyn ağanın pul və sənəd çantası sanki dalğaların
ə
linə keçmişdi, pullar suda üzürdü. Hüseyn ağa qışqırırdı:
"Gəlin kömək edin, imansızlar. Səfər pulunuz idi, mənə
nə?!"
Heç kim köməyə getmir, əvəzində uzanıb gülür və
oxuyurdular:
"Yuxarıdan gəlirsən, yuxarıdan gəlirsən, gülüm,
deyib-gülürsən,
Amma məni görən kimi üzünü turşudub qışqırırsan.
Qaşqabağını salma, üz-gözünü turşutma,
Özüm sənə pul verdim ki, faytona minəsən.
Üz-gözünü turşutma, sənin ki ərin uzunqulaq minir,
Eşşəyin arxasından çubuq asır ki, dayanmasın".
Bu, Hüseyn ağanın avtobusda oxuduğu şeir idi. İndi
hamı xorla özünə oxuyur və gülürdülər.
Nəhayət, Hüseyn ağa birtəhər sudan çıxdı və qisas
almaq üçün bu dəfə Əli ağanın üstünə getdi. Özü ilə bir
neçə nəfər də apardı. Əli ağa təmiz və səliqəli
geyinmişdi. Onun üstünə tökülüşüb dənizin əvvəlində
başını suya batırdılar. Mən qorxub yaxınlaşdım və
109
dedim: "İşiniz olmasın, onun qolu yaralıdır, yarası
çirkləyər".
Lakin əsgərlər buraxmaq bilmirdilər, onu bir neçə dəfə
suya batırıb çıxardılar. Mənim xahişlərimin də təsiri
olmadı. Axırda Əli ağadan əl çəkdilər.
Ə
li ağa gülümsəyə-gülümsəyə, paltarlarından və
qolunun sarığından su axa-axa mənim yanıma gəldi.
Nigaran halda soruşdum: "Əli, nə üçün onlara bir söz
demirsən? Su yarana ziyandır!"
Ə
li ağa gülüb dedi: "Qoy əylənsinlər. Bura istirahətə
gəliblər, eybi yoxdur". Sonra da gedib paltarını dəyişdi
və qolunun sarğısını açıb atdı.
Bu zaman uşaqların əlinə yeni mövzu keçdi: Əli ağa
ilə mən. Onlar mənim ətrafıma hərlənmədiyini görüb Əli
ağanı ələ salır və israr edirdilər ki, gərək ikinizin bir
yerdə şəklinizi çəkək. Onların israrı ilə yanaşı dayandıq.
Lakin fotoqrafın əli titrədi və şəkil dumanlı düşdü.
Üzümüz tanınmırdı, sanki dumanda şəkil çəkdirmişdik.
Nəhayət, Məşhədə çatdıq. Orada ailəlilərə xüsusi
otaqlar ayırmışdılar, amma Əli ağa otaqda tapılmırdı və
mən çox vaxt tək olurdum.
Bir gün qərara gəldim ki, onu birtəhər otağa
gətirməliyəm. Əli ağanın salonda gəzən döyüşçülərindən
birini çağırıb dedim: "Əli ağaya deyin ki, otağımızın
kondisioneri xarabdır, gəlib düzəltsin".
Döyüşçü təəccüblə dedi: "Niyə xarabdır?!" İcazə alıb
otağa girdi, özü baxmağa başladı və sonra dedi: "Xanım
Çitsazian, bu kondisionerə heç nə olmayıb".
Xəcalət çəkib dedim ki, səsi çoxdur.
Çox utancaq olan döyüşçü başını qaldırmadan dedi:
"Bacı, bütün kondisionerlərin səsi belədir. Bizimki də
belə səs salır".
110
Bundan sonra Əli ağanın gəlməsinin xeyrindən
keçdim. Az sonra öyrəndim ki, Əli ağa döyüş zonası ilə
ə
laqədədir. Düşmən onların əməliyyat keçirdikləri
Məcnun adasına yenidən hücuma keçib, həzrət Əli Əkbər
batalyonunun komandiri Hacı Rza Şükripur şəhid olub.
Buna görə də, bizim Həmədana qayıtmağımız haqda
söhbət dolaşdı. Hətta deyirdilər ki, kişilər təyyarə ilə
döyüş zonasına getsinlər, biz qadınlar da avtobusla
Həmədana qayıdaq. Bu əsnada öyrəndik ki, Kəşfiyyat
bölüyündən olan Əli Tabeş də bir neçə həftə öncə adada
şə
hadətə qovuşub. Bu xəbəri eşidəndən sonra kişilərin
bütün əhvalı pozuldu və Həmədana qayıtmağımız
qətiləşdi. Əli ağaya dedim ki, bu gün bir yerdə bazara
gedək.
Ə
li ağa təəccüblə soruşdu ki, bazar nə üçün?
Dedim ki, hədiyyə alaq.
Ə
li ağa əlini cibinə salıb altı min tümən pul çıxardı və
mənə verib dedi: "Buyur, nə istəyirsən, al. Xanımların
biri ilə get, mənim bazardan xoşum gəlmir".
O vaxt altı min tümən böyük pul idi. Etiraz etmədim.
Soruşdum ki, özün bir şey istəmirsən?
–Yox, heç bir şey. Özünə al.
Dedim: "Köynəyin köhnəlib, sənə bir köynək almaq
istəyirəm. Hansı rəngdə olsun?"
Razılaşmırdı. Belə şeylərə hövsələsi yox idi. Yalnız
cavab xatirinə dedi: "Bozumtul-yaşıl olsun; hərbi
rəngdə".
Həmin gün xanımların biri ilə İmam Rza (ə) bazarına
getdik. Özümə çəhrayı rəngli qəşəng bir namaz çadrası,
anamla Mənsurə xanıma iki yaraşıqlı kofta, Əli ağanın
qardaşlarına və yenicə toy edib Tehrana köçmüş
Məryəmə paltar aldım. İki eyni və çox gözəl səccadə də
111
atamla ağa Nasirə aldım. Əli ağaya səkkizcibli şalvarla
bozumtul-yaşıl rəngli bir köynək götürdüm. Bir az da
zəfəran, zirinc və nabat aldım. Çoxlu pul da qaldı.
Otelə gəlib aldıqlarımı ona göstərdim. Zövqlə baxıb
deyirdi: "Gülüm, sən necə səbirlisən! Hamıya hədiyyə
almısan, sən nə qədər səliqəlisən!"
Kişilər adada baş verənlərə görə narahat idilər.
Xüsusən də düşmən adanın qərbinə, yəni Həmədan
diviziyasının qoruduğu yerə hücum etmişdi. Bu səbəbdən
əş
yalarımızı toplayıb avtobuslara mindik. Məşhəd-
Həmədan yolunda bir yeməkxanada oturmuşduq. Birdən
Ə
li ağanın döyüşçülərindən biri qışqırdı: "Əli ağa!"
Stolun arxasından qalxıb bayıra qaçdım. Kişilərin bir
neçəsi məndən öncə qaçdılar. Parka bənzər bir yaşıllıqda
Ə
li ağanı gördüm. Havada idi. Bir ayağını qatlamışdı, bir
ayağı da düz şəkildə qırmızı idman köynəyi geyinmiş
gənc oğlana tərəf gedirdi. Onu vurandan sonra dərhal o
biri ayağı ilə oğlanın yanındakı ucaboy və enlikürək
kişinin üzünə vurdu. Sarıqlı qolunu boynundan
çıxarmışdı və hər iki əli ilə döyüş hərəkətləri edirdi;
eynilə Brüs Linin filmlərində olduğu kimi. Həmin iki
nəfər də özlərini müdafiə edirdilər. Amma Əli ağa çox
peşəkar idi. Dostları qaçıb Əli ağanı tutdular və ara
sakitləşdi.
Bilirdim
ki,
belə
şə
raitdə
ona
yaxınlaşmamalıyam. Başqa yoldaşları da çatıb Əli ağanı
yeməkxanaya apardılar: biri su gətirirdi, biri çay sifariş
verirdi. Söhbətlərdən anladım ki, o iki nəfərin biri bizim
yoldaşlarımızın birinin xanımına söz atmış və təsadüfən,
Ə
li ağa da onların arxasında olub eşitmişdi. Əli ağa belə
məsələlərə çox həssas idi. Üzü və hətta keçəl qırxdırdığı
başı hadisədən yarım saat sonra hələ də qırmızı idi. Buna
yanırdı ki, nə üçün qucağında uşaq olan ailəli, hicablı və
112
çadralı bir qadına söz atıblar. Üstəlik, Əli ağanın
etirazından sonra onunla dalaşıblar da.
Mən yeməkxananın bir tərəfində oturmuşdum. Bir
qədər sonra həmin iki nəfər içəri girib Əli ağanın stoluna
yaxınlaşdılar. Çox qorxdum, düşündüm ki, yenidən
dalaşmağa gəliblər. Amma onlar xəcalət çəkirdilər və üzr
istəməyə gəlmişdilər. Xahiş və xəcalətlə deyirdilər: "Bizi
bağışlayın! Xəcalətliyik! Sizin döyüşçü olduğunuzu
bilmirdik, yoxsa belə qələt eləməzdik".
***
İ
yunun 22-də axşam saat yeddidə Həmədana çatdıq.
Ə
li ağa məni evimizə apardı, bir qədər oturdu, atam evdə
olmadığına görə ertəsi gün səhər yenə gələcəyini dedi.
Lakin səhər çağı gəlmədi, axşamüstü Mahmud dayımla
gəldi. Bir saat oturub atamla çoxlu söhbət etdilər.
Deyirdilər ki, on altı şəhid gətirmişlər. Şəhidlərin biri
Ş
ükripur idi.
Ertəsi gün günorta saat on ikidə Əli ağa və Mahmud
dayım cəbhəyə getdilər. Getməzdən öncə sağollaşmaq
üçün bizə gəldilər. Soruşdum ki, nə vaxt qayıdacaqsan?
Cavab verdi: "Bəlli deyil. Dua et ki, toya çatım".
Yay idi. Anam həm cəbhəyə yardım işləri ilə məşğul
olurdu, həm də mənə cehiz hazırlayırdı. Əli ağa 24 gün
idi getmişdi. Cümə axşamı Əmirlə Hacı Sadiq bizə
gəldilər. Əli ağadan məktub gətirmişdilər. Məktubu
aldım, sağollaşan kimi otağa qaçdım. Məktubu açıb
oxumağa başladım:
"Allahın adı ilə!
İ
mam Mehdinin (ə) vəfalı və səmimi dostlarının
xatirəsi ilə!
113
Salam. Ümidvaram ki, halınız yaxşıdır və Allahın
sonsuz nemətlərinə şükür edirsiniz. Həm də ondan ötrü
Allaha şükür və səcdə etmək lazımdır ki, bizə belə əziz
bir rəhbəri və Cəmaran pirini bəxş edib, onun möhkəm
qədəmlərini bizim işıqsız gözlərimizin üzərinə qoyub.
Biz onun işığı ilə yaşayış tərzini öyrəndik və onun işığı
ilə haqqı batildən ayıracaq, son damla qanımıza qədər
batilə qarşı vuruşacağıq.
Mənim tərəfimdən ata-anana və bacılarına çox-çox
səmimi salamlarımı yetir. Allahdan istəyirəm ki, sizi və
hörmətli ailənizi həyatda və Allah yolunda həmişə
müvəffəq etsin. Dua edin ki, Allah yolunda daha çox
çalışa bilək və Allah bütün bu əməlləri bizdən qəbul
etsin.
Həmçinin ailənizə deyin ki, inşallah, qurban
bayramına toya hazır olsunlar. Əgər bir hadisə baş
verməsə, özüm bir neçə gün tez gələcəyəm. Başqa bir
sözüm yoxdur. Sizi Allaha tapşırıram".
Məktubu oxuyub rahat nəfəs aldım, arxayınlaşdım.
Anam qonaqları toya dəvət etmişdi.
Avqustun on birində Əli ağa Həmədana gəlmişdi və
həmin gecə ailəvi bizə gələcəkdilər. İki ailə toya dair
yekun qərar verməli idilər. Anam həmişəki kimi dadlı
xörəklər bişirmişdi.
Anamın bişirdiyi plovun, qiymə xuruşunun və
zəfəranın ətri evi doldurmuşdu. Axşamüstü həyəti
yudum, qonaq otağının pərdələrini çəkib pəncərələri
açdım. Hər yer təmiz və səliqəli idi.
Anam bütün cehizimi almışdı. Bir hissəsini karton
qutulara yığıb dama qalxan pilləkənin başına, yarısını da
həyətdəki kiçik anbara qoymuşdu. Röya və Nəfisə toyu
səbirsizliklə gözləyirdilər. Evimizə get-gəl günü-gündən
114
artırdı. Nənəm, xalam qızları, dayım yoldaşları anama
kömək etmək üçün hər gün bizə baş çəkirdilər.
Axşam oldu. Həyətin işıqlarını yandırmışdıq. Həyəti
tez-tez yuyurdum ki, sərinləşsin. Axırda divarları da
yudum. Həyətə, kiçik yaşıl ağaclara və güllə dolu
bağçamıza baxırdım. İslanmış güllər həyətin işıqları
altında təzə və təravətli görünürdülər. Düşündüm ki, öz
həyətimizdə çadır qurub ağacları rəngli işıqlarla bəzəsək,
toyumuz çox gözəl olar. Özümü gəlinlikdə və ağ duvaq
altında təsəvvür edirdim. Əli ağa yanımda dayanmışdı,
qonaqlar başımıza noğul, pul və gül səpirdilər.
Fikirləşdim ki, bəy və gəlin üçün yer hazırlamaq
lazımdır.
Zəng çalındı. Əli ağa və ailəsi həyətə daxil oldular.
Girişlərindən hiss etdim ki, yaxşı xəbərlə gəlməyiblər.
Mənsurə xanım, ağa Nasir və Əli ağa həmişəki kimi şad
və pozitiv deyildilər. Anam hər şeydən xəbərsiz halda
gördüyü işlər barədə ətraflı danışırdı; qonaqları dəvət
etməsindən, şirniyyat sifariş verməsindən və həyəti xalça
ilə döşəyəcəyindən. Mənsurə xanım dodağını dişləyir və
iri qabarıq gülləri olan çadrasının saçaqları ilə oynayırdı.
Ağa Nasir Mənsurə xanıma işarə verdi ki, sözə
başlasın. Mənsurə xanım bir az mızıldanandan sonra
dedi: "Düzü, bizim qohumlarımızdan biri vəfat edib. Biz
toy etmirik".
Birdən hamımız donub qaldıq. Anamın rəngi qaçdı.
Bununla belə, məzlumcasına soruşdu: "Yəni deyirsiniz
toyu təxirə salaq?"
Mənsurə xanımın anama ürəyi yandı, ağa Nasirə və
Ə
li ağaya baxıb dedi: "Yox, bizim sizinlə işimiz yoxdur.
Siz azadsınız, zəhmət çəkib tədarük görmüsünüz, qonaq
115
çağırmısınız. Siz özünüzə toy edin, biz sakitcə gəlib
gəlinimizi apararıq".
Ata-anam təəccüblə bir-birinə baxıb göz-qaşla
fikirlərini soruşurdular. Anam dedi: "Biz çoxlu qonaq
dəvət etmişik".
Mən Əli ağanı gördüyümə görə o qədər sevinirdim ki,
buna narahat olmadım. Əli ağa da israr edirdi ki,
toyumuzu saxlamayaq.
Nəhayət, qəbul etdik.
Ertəsi gündən anam işləri tamamlamağa daha da
tələsdi. Atam çox da imkanlı olmasa da, mənə yaxşı
cehiz hazırladı. Toyu da təntənəli keçirməyə çalışırdı.
Anam bazara gedib mənə gəlinlik əvəzinə krem rəngli
çox gözəl bir don aldı. Ona verdiyi 2500 tümən o zaman
az pul deyildi. Kiçik, amma təmtəraqlı toy haqda
evimizdə gecə-gündüz söhbət gedirdi.
Anam qərara gəlmişdi ki, nə olursa-olsun, toy
keçirilməlidir. O, deyirdi: "Uşaqlar yazıqdırlar, özləri
bilmirlər, sabah hansı toya getsələr, kədərlənəcəklər ki,
niyə bizim toyumuz olmadı. Gərək onlara yaxşı xatirələr
yaşadaq".
Nəhayət, anam öz işini çox gözəl şəkildə yerinə
yetirdi; hərçənd həyəti döşəmədik, çadır qurmadıq,
ağacların arasından işıq çəkmədik. Toyumuz sadə və səs-
küysüz oldu, meyvə və şirniyyat süfrəsi açıldı, bəy
olmadığı üçün təkcə gəlin üçün bir stul qoyuldu.
Nə qədər israr etdiksə, Əli ağa gəlmədi. O, deyirdi:
"Qadın məclisidir, mən o qədər qadının arasında
oturmağa utanıram. Qadınların adətini bilirəm, kürəkəni
görəndə əl çalıb aranı qarışdırırlar".
Ertəsi gün Əli ağa bizə gəldi, dedi ki, dostunun yoldaşı
Məşhəd universitetinə qəbul olub, bütün əşyalarını bir
116
otağa yığıb evin açarını mənə veriblər. Deyibmişlər ki,
Məşhəddə olduqları müddətdə evlərində qala bilərik.
Ə
li ağa dedi: "Gedək evə bax, bəyənsən, əşyaları
aparaq".
Evin iki küçəyə qapısı vardı. Həyətdəki qapı bizim
küçəmizlə üzbəüz küçəyə açılırdı. İkinci mərtəbədə
qalanlar o qapıdan istifadə edirdilər. Bizə aid olan digər
qapı isə Qazian küçəsinə açılırdı və bizim evimizdən çox
da uzaqda deyildi. Küçənin ortalarında sağ tərəfdə 17
saylı üçmərtəbə ev vardı. Birinci mərtəbəsi qaraj idi,
ikinci və üçüncü mərtəbələrdə isə yaşayırdılar. Əli ağa
qapını açdı. Qısa pillələri olan geniş pilləkəni vardı.
Böyük, ürəkaçan və işıqlı ev idi. Bir tərəfdə pəncərələr
həyətə açılırdı, bir tərəfdə də Qazian küçəsinə. Evin
proyekti mənə çox da mühüm deyildi, anamgilə yaxın
olması bəs idi. Əli ağa soruşdu ki, bəyənirsən?
Dedim ki, çox bəyənirəm. Sonra dəhlizə, qonaq
otağına, mətbəxə və yataq otaqlarına baş çəkdim.
Otaqların birinin qapısı qıfıllı idi, ev sahibi əşyalarını
yığmışdı.
Ə
li ağa evi bəyəndiyimi görüb sevindi və dedi: "Zəhra
xanım, əgər Vəcihə xanım icazə versə, cehizlərini gətirib
yığaq".
Dedim: "Niyə icazə verməsin?! Nə vaxt istəsən,
hazırdır".
Ə
li ağa həmin gün bir neçə dostu ilə bizə gəlib
cehizləri apardı.
Anam mənə altımetrlik bir xalça qoymuşdu. Xalçanı
sərəndə gördük ki, qonaq otağı necə də böyük imiş!
Ə
li ağa axşamüstü gedib onikimetrlik iki xalça aldı və
dəhlizlə qonaq otağına sərdik. Bununla belə, qonaq
117
otağında divarların kənarı hələ də boş idi. Əli ağa bir
neçə metr palaz aldı və boş yerləri tutduq.
Ertəsi gün Əli ağa ailəsi ilə birgə bizə gəlib məni
aparacaqdı. Anam yaxın qohumlarımızı dəvət etmişdi.
Ş
am yeməyindən sonra qabları yuyub evi səliqəyə
saldıq. Kürəkəni və qohumlarını gözləyirdik. Anam
gecədən bəri ağlayır, üzərlik yandırıb başıma fırladırdı.
Mən də nə qədər çalışırdımsa, ağlamağımın qarşısını ala
bilmirdim.
Anamın aldığı krem rəngli donu geyinib nikah
mərasimindəki çadramı atdım. Saat on oldu, on bir oldu,
gəlmədilər. Bilmirəm nədənsə nigaran idim. Anama
dedim: "Ana, əminsən ki, bu axşam gələcəklər? Bəlkə
sabah axşama danışmısınız və yadından çıxıb?"
Anam da şübhəyə düşmüş, çaş-baş qalmışdı.
Qohumların başı söhbətə qarışmışdı. Dəqiqələr gec-gec
keçirdi. Bir saat da ötdü. Anama dedim: "Ana, mənim
yuxum gəlir, bəlkə nəsə bir problem çıxıb?"
Anam həyəcanlı idi. Məni qucaqlayıb öpdü və dedi ki,
indicə gələcəklər. Sonra isə ağladı.
Elə də oldu. Az sonra qapının zəngi çalındı. Əli ağa,
Ə
mir, Hacı Sadiq, Münirə xanım və Məryəm gəldilər.
Ə
li ağa tünd boz şalvarla mavi köynək geyinmişdi,
üzü həmişəkindən fərqli idi. Yaxınlaşıb salam verdi,
halımı soruşdu. Anamın əlində Quran vardı, açıb bir neçə
ayə oxudu. Əli ağa ata-anamdan icazə istədi. Atam və
Mahmud dayım əlimi tutdular, anamın göz yaşları və
duaları arasında məni qonaq otağından dəhlizə və həyətə
çıxardılar.
Anam dodaqaltı dua edirdi, özünü itirmişdi, oyan-
buyana gedirdi, nə axtardığı bilinmirdi. Nəfisə kədərli
halda dayanıb getməyimə baxırdı. Anam gəlib yanımda
118
dayandı və məni bir neçə dəfə öpdü. Qulağına dedim:
"Ana can, haqqını halal et".
Anam göz yaşı və qəhər içində dedi: “Allah xoşbəxt
eləsin! Aqibətiniz xeyirli olsun! Halal xoşun olsun,
ə
zizim!”
Küçədə maşına çatanda atam Əli ağanın əlini tutub
mənim əlimin üstünə qoydu və dedi: "Əli ağa, Firiştəmi
sənə tapşırıram, qızımdan muğayat ol!"
Ə
li ağa dedi: "Allaha tapşırın, Hacı ağa!"
Atam dedi: "Əlbəttə ki. Hər ikinizi Allaha tapşırıram”.
Başımı aşağı salmışdım və heç kimi görmürdüm.
Ə
li ağanın səsini eşitdim: "Hacı ağa, ümidvaram sizə
layiqli kürəkən, Zəhra xanıma da yaxşı həyat yoldaşı
olum".
Atam dedi: "Əlbəttə ki, beləsən. Allaha and olsun,
qızımın sənin kimi bir mərdlə bir gecə yaşaması, bir
namərdlə bir ömür yaşamasından yüz dəfə yaxşıdır!"
Sonra Əli ağanın boynunu qucaqlayıb üzündən öpdü.
Hər iki dayımın yoldaşları məni Əli ağanın dostunun
maşınına mindirdilər, özləri də yanımda oturdular. Maşın
Ə
li ağanın dostu Əhməd Sabirinin idi, özü də sürürdü.
Ə
li ağa qabaqda oturdu.
Bir neçə küçədən keçib İmamzadə Abdullah
ziyarətgahına çatdıq. Ağa Sabiri maşınla yeddi dəfə
imamzadənin başına fırlandı. Zarafat edib Əli ağaya
sataşırdı. Yeddi dövrənin hamısında gözüm imamzadənin
günbəzində idi, xoşbəxtliyimiz və aqibətimizin xeyirli
olması üçün dua edirdim.
Oradan İmam Xomeyni meydanına, sonra da Əbu Əli
küçəsinə getdik. Yalnız Hacı Sadiqin maşını arxamızca
gəlirdi. Onun qəhvəyi peykanında yoldaşı, qızı, Məryəm
və Əmir ağa oturmuşdu. Nə siqnal verir, nə də səs-küy
119
salırdılar. Bir neçə küçədən keçdik. Ağa Sabiri dedi ki,
bəzi avam camaatın müqəddəs saydığı qədim Daş südü
abidəsinə gedək?
Ə
li ağa bir söz demədi. Daş südündən sonra yenə bir
neçə küçədən keçib Qazian küçəsinə çatdıq.
Ə
li ağa maşından enib qapımı açdı və əlimdən tutdu.
Ağa Nasir, Hacı baba, Xanımcan, Mənsurə xanım, anam
və bacılarım qapının önündə bizi gözləyirdilər. Üzərlik
qoxusu küçəni bürümüşdü. Ağa Nasir əlimdən tutdu və
içəri keçdik. Ağa Nasir pilləkəndə oxumağa başladı:
"Bu gün bu mərasim yaxşı diqqətdədir,
Allahın və Höccət ibn Həsənin lütfündəndir.
Təzə gəlin yasəmən gülü kimidir,
Kürəkənsə lalədir.
Bəy və gəlinin qəlbi doludur
Məhəmməd, Əli və Zəhra eşqilə".
Digərləri də salavat deyib arxamızca gəlirdilər.
Qonaqlar bir neçə dəqiqə evdə oturdular, sonra yaxınlaşıb
təbrik etdilər, xoşbəxtlik arzuladılar və sağollaşıb
getdilər. Ev boşalanda Hacı baba mənimlə Əli ağanın
ə
llərimizi bir-birinin üstünə qoyub dua etdi. Dayım
yoldaşlarından başqa hamı getdi. Əli ağa dəstəmaz aldı.
Mən də dəstəmaz alıb ona iqtida etdim və arxasında
namaz qıldım.
Namazdan sonra oturub söhbət etdik. Nikah
mərasimində dediklərinin və istədiklərinin hamısını
yenidən təkrarlayıb dedi: "Sənin ata-anan mənim ata-
anamdır, sən də mənim ata-anamı öz ata-anan kimi bil.
Ə
gər bir-birimizin ailəsinə hörmət etsək, heç bir problem
yaranmaz. Sən də etiqadlı, imanlı və hicablı xanımsan.
Mən səndən başqa bir şey istəmirəm. Müsəlman qadın öz
120
vəzifələrini bilir. Üstəlik, yaxşı, mömin və əsil-nəcabətli
bir ailədə tərbiyə almısan".
Ertəsi gün qonağımız vardı. Bir neçə nəfər Əli ağanın
döyüşçülərindən,
bir
neçə
nəfər
də
bizim
qohumlarımızdan idi. Kişilər ikinci mərtəbədə qonşunun
evində oturmuşdular, qadınlar da bizdə.
Ş
am yeməyini yeməkxanadan sifariş verdilər. Şamdan
sonra Əli ağanın dostlarından biri məddahlığa başladı.
Salavat səsləri gələndə biz qadınlar da salavat deyirdik.
Ş
amdan bir qədər sonra kişilər sağollaşıb getdilər. Bizim
sadə toy məclisimiz belə tez bitdi və müştərək həyatımız
başlandı.
Mənsurə xanım, ağa Nasir və Əmir ağa bizdə qaldılar.
Mənsurə xanım uşaqlarını çox sevirdi. Halı yaxşı olmasa
da, bişir-düşür işlərinə baxırdı. Evi təmizləmək, qabları
və göyərtiləri yumaq mənim işim idi. Əmir ağa da evin
alış-verişini edirdi. O, çox mehriban və sakit, hamımıza
qarşı çox duyğusal idi. Mənsurə xanım bəzən günortaya
qədər onu dörd-beş dəfə alış-verişə göndərirdi. O da heç
vaxt etiraz etmir və ya lazım olanların hamısını birdən
söyləməsini istəmirdi.
Dörd gündən sonra Mənsurə xanım və digərləri öz
evlərinə getdilər. Həmin gün mən tək qaldım, ilk dəfə
özüm yemək bişirdim. Nahara plovla tava kababı
hazırladım. Kababın iyi evi bürümüşdü. Günortaya yaxın
qapının zəngi çalındı. Gedib soruşdum ki, kimdir? Əli
ağa dedi: "Mənəm. Qonağımız var".
Qaçıb çadramı götürdüm və qapını açdım. Əli ağa
dostlarından biri ilə "ya Allah" deyə-deyə içəri girdi.
Xoşgəldin edəndən sonra mətbəxə girdim. Əli ağa
ardımca gəldi. Bir az qanım qara idi. Dedim ki, qonaq
gətirmək istəyirdinsə, kaş bir qədər tez deyəydin.
121
Gülüb dedi: "Bir qonaq üçün xəbər vermək lazım
deyil ki. Yəni yeməyə bir tikə pendir-çörək də yoxdur?!"
Dedim: "Niyə ki?! Amma mən özüm xəcalət
çəkirəm".
Soyuqqanlılıqla dedi: "Belə şeylərdən ötrü əsla xəcalət
çəkmə. Bizə nahar verməsən də narahat olmarıq, sakit bir
yerdə oturub işlərimiz haqda danışarıq. Bir stəkan
ş
irinçay və bir tikə pendir-çörək versən, çox məmnun
olarıq.
Ə
li ağanın cavabından sonra tərk-silah edilmişdim.
Zarafata dedi: "Yaxşı, nə bişirmisən? Nə yaxşı düyü ətri
gəlir, gülüm!"
Dedim ki, plovla tava kababı.
Dərin nəfəs alıb dedi: "Bəh-bəh! Vallah, xanım gözəl
nemətdir, kimin yoxudursa, uduzub".
Gülüb süfrəni əlinə verdim.
Nahar yeməyi hamıya çatdı. Onlar qonaq otağında
yedilər, mən də mətbəxdə. Süfrəmiz nemətlə dolu idi:
göyərti, qatıq, yemiş və hətta qazlı içki. Anamın sözü
yadıma düşdü: "Qonaq ruzisini özü ilə gətirir".
|