On birinci fəsil: Toxuculuq
Sentyabrın əvvəllərində Həmədanın payızı soyuq
küləklə birgə özünü yetirdi. Əli ağa aşuradan sonra
cəbhəyə getdi. Mən Mənsurə xanımın evində qaldım.
Çox
tez
pəncərələri
bağladıq,
isti
paltarları
bağlamalardan çıxardıq. Külək ağacların yaşıl paltarlarını
insafsızca tökürdü. Yarpaqlar hələ saralmadan ağaclar
çılpaq qalırdı. Hamımız bilirdik ki, bizi uzun və ağır
payız və qış gözləyir. Uzun payız gecələrində yolda olan
körpəyə paltar toxuyurduq. Mənsurə xanım mil və ipləri
ş
kafından çıxarmışdı. Həzin zümzümə və ağılarla qəşəng
bir köynək toxuyurdu. Münirə xanıma da öyrətmişdi. Bir
yerdə yoldakı körpəyə bir neçə köynək, şalvar və papaq
toxuduq.
188
On ikinci fəsil: Çatlaq narlar
Noyabrın 18-i idi. Əli ağa bir neçə gün idi Həmədana
gəlmişdi və artıq cəbhəyə qayıtmaq istəyirdi. Bu bir neçə
gündə Mənsurə xanımla ağa Nasirə bacardığı qədər
məhəbbət göstərmişdi. Əmirin şəhadətindən sonra
Mənsurə xanımın xəstəliyi pisləşmişdi, hər gün bədəninin
bir yeri ağrıyırdı. Hamısından çox ağrıyan isə böyrəkləri
idi, günü gündən pisləşirdi. Əli ağa onu bir neçə dəfə
xəstəxanaya apardı, xəstəliyi barədə bir neçə təcrübəli
həkimlə söhbət etdi, amma nəticəsi olmadı.
Dəhlizdə
oturmuşduq.
Ə
li
ağa
ayağa
qalxıb
köynəyinin qollarını çırmadı. Şalvarının balağını bir neçə
dəfə qatlayıb dəstəmaz almağa getdi. Həmişə mətbəxdə
dəstəmaz alırdı. Ardınca getdim. Sanki kimsə deyirdi:
"Firiştə, ona yaxşı-yaxşı bax". Onun əzələli boy-
buxununa, enli və iri çiyinlərinə baxdım. Enli və güclü
boynu vardı. Boynunun arxası başına bitişmişdi.
Yeriyəndə iri çəhrayı dabanlarını yerə möhkəm vururdu.
Başına və ayaqlarına məsh çəkdi. Mənim də dəstəmaz
almaq istədiyimi zənn edib əlüzyuyanın qabağından
çəkildi. Diqqətlə bütün hərəkətlərini izləyirdim. Heç nəyi
unutmamalı idim. Mətbəxdən qonaq otağına keçdi.
Köynəyinin cibindən kiçik canamazını çıxarıb həzin səslə
azan və iqamə deməyə başladı. Gəlib arxasında
oturmuşdum və qəhər içində ona baxırdım. Başını əyib
qorxu və təzimlə namaz qılırdı. Qünutda üç dəfə dedi:
"İlahi! Öz yolunda şəhidlik səadətini mənə nəsib et!"
Namazdan sonra gəlib ağa Nasirin yanında oturdu və
sifarişlərinə başladı.
- Ağa can, bu dəfə gec qayıdacağam; bəlkə iki aydan
sonra. Bəlkə uşaq olanda da gələ bilmədim. Uşaqların
189
birinə tapşırdım kənddən onun üçün kərə yağı gətirsin.
Dedim ki, diri qoyun da gətirsinlər. Mən olmasam, onun
üçün qurban kəsin.
Sifarişləri bitəndən sonra mənim yanıma gəldi.
- Firiştə, albomumu gətir.
Otaqdan albomu gətirməyə getdim. Otaqdan çıxanda
qapının çərçivəsinin üstündə onunla toqquşduq. Gülüb
dedi ki, gəl burada oturaq.
Oturduq və Əli ağa albomu açıb vərəqlədi. Şəhid
dostlarının şəkillərini görüb ah çəkirdi. Hərdən deyirdi:
"Hanı Şəhid Nəzəri?! Şəhid Təkərli! Allah sənə rəhmət
eləsin, Şəhid Şah Hüseyni!" .
Üzü qızarmış, gözləri yaşarmışdı. Albomu alıb kənara
qoymaq istədim. Buraxmayıb dedi: "Gülüm, burax, bu
albom
mənim
bütün
həyatımdır.
Mənim
qalıb
vuruşmağıma səbəb budur".
Dedim: "Özünə əziyyət verirsən".
Göz yaşları gilə-gilə yanaqlarına damırdı.
- Firiştə, bunların hamısı İmam Hüseyn aşiqi idilər.
Ağaya görə çox tər tökdülər, çox yaralandılar, çox
yuxusuz qaldılar, çox aclıq-susuzluq çəkdilər, günəşin
altında çox yandılar, amma bir dəfə “yorulmuşuq”,
“susamışıq”, “yuxumuz gəlir” demədilər. Bu şəkillərə
baxıram
ki,
yorulmuşamsa,
şə
hid
Qaragözlünü
xatırlayım. O, gecələr yatmaq və istirahət etmək yerinə
gecə namazı qılıb Aşura ziyarətnaməsi oxuyur, zar-zar
ağlayırdı. Bunlara baxıram ki, nə vaxtsa ev və ailə
arzusunda olsam, Museyibin bu sözlərini xatırlayım:
"Çox arzu etməyin, çünki ölüm sizin arzularınıza gülür".
Yadında olsun ki, bu gün arzu və söz zamanı deyil, əməl
vaxtıdır. Kimin başı varsa, başını hədiyyə verməlidir,
190
qolu varsa, qolunu. Əgər qocadırsa və cəbhəyə gedə
bilmirsə, arxa cəbhədə çalışıb yardım etməlidir.
Yorğun və kədərli olduğunu bilirdim. Özü demiş,
müharibənin əvvəlindən bir batalyon dostu şəhid
olmuşdu. Yanında oturdum və birgə şəhidlərin şəkillərinə
baxdıq. O, məndən çəkinmədən ağlayırdı. Mən də onun
ağlamasından kövrəlib ağlayırdım. Axşam yüngül şam
yeyib dedi: "Gülüm, yatmaq istəyirəm. Saat üçün yarısı
məni oyadarsanmı?"
Həmişə getməsindən bir neçə saat öncə dünyanın
bütün qəm-kədəri qəlbimə çökürdü. Çox pis idim. Heç
bir işə hövsələm yox idi. Yatağını sərib işığı söndürdüm.
Bilirdim ki, səhərə qədər maşında yata bilməyəcək.
Otaqdan çıxdım. Münirə xanım mətbəxdə idi. Mənsurə
xanım, ağa Nasir və Hacı Sadiq televizora baxırdılar.
Şə
hid Xərrazi haqda sənədli film gedirdi. Kamera onun
kiçik oğlu Mehdinin üzünü yaxınlaşdırmışdı. Həyat
yoldaşı xatirələrindən danışırdı. Ürəyim doldu, pis
oldum. Öz-özümə fikirləşdim ki, Allah eləməmiş, Əli
şə
hid olar və bizim uşağımız da belə atasız qalar. Ayağa
qalxıb otağa keçdim. İşığı yandırdım. Əli ağa tez yuxuya
getmişdi. Yuxusu o qədər dərin idi ki, lampanın güclü
işığı gözlərini qamaşdırmadı. Başının üstə oturdum.
Ürəyim sınmışdı. Şəhid dostlarına görə kövrəldiyini
xatırladım. Yuxuda üzü necə də məzlum olmuşdu. Sanki
kimsə mənə deyirdi: "Firiştə, ona doyunca bax! Firiştə,
bu üzü, bu simanı yaxşı yadında saxla - ömürlük!"
Gözümü onun üzünə, alnındakı və gözünün ətrafındakı
qırışlara dikdim. Axı 25 yaşda alında bu qədər qırış
olmaz! Ayaqları ədyaldan bayıra çıxmışdı. Fikirləşdim
diqqətlə baxmalıyam ki, yadımdan çıxmasın. Ayaq
barmaqlarının vəziyyəti, ətli barmaqları, iri bir ağacın
191
köklərinə bənzəyən çoxlu mavi damarlar... Bədəninin
bütün xırdalıqlarını əzbərləmək istəyirdim. Əzələli
qollarının formasını, boy-buxununu, uzun sarı saqqalını,
mavi gözlərini, qarışmış qaşlarını və heç vaxt düz-əməlli
daranmayan cod saçını yadda saxlamalı idim. Qaşları
niyə bu qədər tez uzanırdı?! Hərdən qayçı götürüb
ardınca qaçır və deyirdim ki, qoy qaşlarını səliqəyə
salım. O isə qoymurdu. Mənim israrımla əllərini isladıb
qaşlarına çəkirdi. O mavi gözlər heç vaxt doyunca yata
bilmədi. Sanki bir gözü yatmışdı, bir gözü oyaq idi. Bu
gecə isə qəribə idi. Çox dərin yuxuya getmişdi. Uzun
müddət başının üstündə oturdum. Sonra qalxıb bayıra
çıxdım. Çantasını hazırladım. Nar və naringi mövsümü
idi. Ona iki böyük çatlaq nar qoydum. Hacı Sadiq,
Münirə xanım və uşaqları öz yataq otaqlarında idilər, ağa
Nasirlə Mənsurə xanım da dəhlizdə yatmışdılar.
Mətbəxə keçdim. Ağlaya-ağlaya qabları yudum,
ş
kafın üstünə dəsmal çəkdim. Yuxum gəlmirdi. Halım
yaxşı deyildi. Yenə ürəyim alt-üst olmuşdu və bulanırdı.
O qarınla, ağır yorucu halımla şlanqı tutub mətbəxin ağ
metlaxlarını yaxşıca yudum. Çox istəyirdim ki, tez
evimiz olsun. Ona-buna verdiyimiz əziyyətlərdən
yorulmuşdum. Düşündüm ki, yox, yorğun deyiləm,
etirazım da yoxdur. Əli ağa yanımda olsa, bir ömür belə
yaşamağa razıyam.
Qabları qurudub şkafa yığdım. Yuxum gəlmirdi,
yatmaq istəmirdim. Tez-tez mətbəxdəki saata baxıb daha
da həyəcanlanırdım. Çadramı başıma atdım, gedib
balkonda dayandım. Güclü külək əsirdi. Ətrafdakı evlərin
işıqları sönmüşdü. Rahat yatmış adamlara qibtə edirdim.
Hava soyuq idi, çox soyuq. Balkonda qala bilməyib içəri
girdim. Mətbəxdə, dəhlizdə və qonaq otağında gəzişir, nə
192
edəcəyimi bilmirdim. Otağa qayıdıb yenidən başı üstə
oturdum. İşıq sönmüşdü və otaq qaranlıq idi. O otaqda
olduğunu və nəfəs aldığını bilməyim mənə bəs idi.
Sakitləşdim. İstəyirdim ki, o anda zaman dayansın və heç
vaxt getməsin, heç vaxt...
Lakin saatın əqrəbləri tərslik edirdilər. Həmişəkindən
daha tez fırlanır, fırlanırdılar. Gecə saat 02:15 dəqiqə
oldu. Yavaşca əlimi çiyinlərinə qoyub silkələdim.
- Əli, Əli can, oyan.
Tez oyandı. Yatağında oturub həyəcanla soruşdu:
"Saat neçədir?"
Yavaşca dedim: "Qorxma, üçə işləyir".
Gedib dəstəmaz aldı. Paltarını geyindi. Çantasını
verdim.
- İkimizin xatirəsinə sənə iki nar qoymuşam. Hər nar
dənəsini yeyəndə məni xatırla. Sən Allah, bu dəfə tez gəl!
Mənə baxıb dedi: "Çox tez gələcəyəm, amma anama
demə".
Soruşdum: "Məsələn, nə vaxt?"
- Tez, bir neçə günə. Öz aramızda qalsın, heç kimə
demə. Çox çəksə, bir həftəyə.
Bu sözə sevindim. Mənsurə xanım da oyandı. Əli ağa
narahat halda dedi: "Ana, niyə oyandın? Ehtiyac yox idi".
Ə
li ağa əyilib Mənsurə xanımın üzündən öpdü.
Mənsurə xanım oğlunun boynunu qucaqladı. Başını onun
sinəsinə qoyub dedi: "Əli can, oğlum, özündən muğayat
ol. Get, Allaha əmanət!"
Ə
li ağa dedi: "Ana, özündən çox muğayat ol".
Ağa Nasir də oyanmışdı. Əli ağa onu da öpüb dedi:
"Ağa, sən də hər şeydən muğayat ol, sifarişlər yadından
çıxmasın. Anamdan muğayat ol!"
193
Ə
li ağa əlləri ilə anasının çiyinlərini tumarlayıb
üzündən öpdü. Sonra saatına baxdı və tələsik
çəkmələrəninin bağını bağladı. Mənə və Mənsurə xanıma
dedi: "Siz gedin içəri, hava soyuqdur".
Lakin biz onun ardınca getdik.
Bayırda hava soyuq idi. Əynimdə nazik paltar vardı.
Titrəyirdim, dişlərim bir-birinə dəyirdi. Maşın küçədə
dayanmışdı. Boğazımı qəhər tutmuşdu. Qışqırıb demək
istəyirdim: "Əli, getmə! Əli ağa, mənə və uşağına görə
getmə!"
Çığırıb demək istəyirdim: "Ay qonşular, oyanın,
ə
rimi, bütün xoşbəxtliyimi getməyə qoymayın. Siz Allah,
bir adam onu saxlasın!" Lakin bu qədər kövrəlməmə
rəğmən, həmişəki kimi sağollaşanda dedim: "Əli can,
şə
faət yadından çıxmasın..."
Mənsurə xanımın yanında uşaqdan danışmağa
qorxdum. Yavaşca dedim: "Tez qayıt".
Ə
li ağa gülümsəyib mənalı baxışlarla məni süzdü və
dedi: "Gülüm, Firiştə can, haqqını halal et".
Mənsurə xanım yenidən qollarını açıb Əli ağanı
möhkəm qucaqladı. Onu çoxlu öpüb ətrini qoxuladı. Mən
dayanıb o öpüşlərə baxırdım. Əli ağa anasının başını
sinəsinə qoyub qulağına nəsə deyirdi, gözü isə mənə
baxırdı. Gözlərini qarnıma zilləmişdi. Nigaran idi.
Məndən və uşağından nigaran idi. Bizi tapşırırdı.
Eşitmirdim. Əli ağa cəld maşına minib motoru işə saldı,
qaza basdı və maşın yola düşdü. O maşında çoxlu
xatirəmiz vardı. Gedə-gedə mənə əl yelləyirdi. Birdən
dövrə
vurub
yarıyoldan
qayıtdı.
Yavaşca
gəlib
yanımızdan keçdi. Şüşəsi aşağıda idi. Narahat halda dedi:
"Girin içəri, hava soyuqdur".
194
Maşın döngədən dönənə qədər orada dayandıq. Əli
ağa qaranlıqda bizə əl yelləyirdi.
Mənsurə xanımla içəri girdik. Həyətlə binanın
arasındakı yol nə qədər uzanmışdı. Heç birimiz
danışmadıq. Dərin sükut içində yavaş-yavaş və qəmli
halda işıqları söndürdük. Mən Əli ağanın yatağında
uzandım. Ədyalı başıma çəkdim. Ədyal və yataqdan
onun ətri gəlirdi. Daha kişi və tər iyindən ürəyim
bulanmırdı. Yorğanın altında zar-zar ağlamağa başladım.
195
On üçüncü fəsil: Bir gün mərdlə
yaşamaq yüz il namərdlə yaşamaqdan
üstündür!
Noyabrın 25-i idi. Hələ Hacı Sadiqin evində idik. Əli
ağa demişdi: "Mən olmayanda anamın yanında qal. Sən
yanında olanda sanki mən yanındayam". Bir həftəyə
qayıdacağını dediyi üçün bir yerə getməməyi üstün
tutdum.
Gecə idi. Həyəcanlı idim. Məni yuxu tutmurdu. Qonaq
otağında bir kitabxana vardı. Ustad Mütəhhərinin
kitablarının birini götürüb heç nə başa düşmədən bir neçə
səhifə oxudum. Nə edirdimsə, diqqətimi cəmləyə
bilmirdim. Bir səhifəni yarım saata oxuyurdum. Gözüm
yazılara baxırdı, fikrim isə hər yerdə idi. Xatirə dəftərimi
götürdüm və kitabdan bəzi yerləri köçürməklə başımı
qarışdırdım. Son gecəni və onun mənalı baxışlarını
xatırladım. Ürəyim əsdi. Nə üçün o gecə üzünün bütün
cizgilərini əzbərləməyə çalışırdım?! Bəlkə mənə nəsə
ilham olunmuşdu. Öz-özümə dedim ki, yox, pis şey
fikirləşməməliyəm. Özü dedi ki, bu dəfə tez qayıdacaq.
Ə
gər qayıdacaqsa, bəs məni niyə yuxu tutmur?! Niyə bu
qədər həyəcanlıyam?! Öz-özümə təskinlik verməyə
başladım: “Firiştə, pis şeylər fikirləşmə, uşağa yaxşı
deyil. Bu həyəcan da təbiidir və hamiləlikdəndir.
Yuxusuzluq da hamiləliyə aiddir. Bütün hamilə qadınlar
belə olurlar!”
Səhər yeməyi vaxtı ağa Nasir yorğun və yuxulu
olduğumu görüb səbəbini soruşdu. Cavab verdim: "Gecə
həyəcanlı idim, yata bilmədim".
196
Ağa Nasir adəti üzrə mənə ata kimi ürək-dirək verdi.
Özüm də çalışdım ki, halımı dəyişdirim, amma telefon
zənginin səsi qoymurdu. Səhər erkəndən dayanmadan
çalırdı. Hacı Sadiq işə getməmişdi. Özümə təskinlik
verirdim ki, onunla işləri var. Məgər ürəyi aldatmaq
olar?! Bütün vücudum təşviş içində idi. Öz-özümə
dedim: "Bir şey deyil. Hacı Sadiqin işi həssasdır. Vəzifə
belədir. Bir gün işə getməyəndə aləm bir-birinə dəyir və
məcbur qalıb telefonla məsləhət alırlar". Lakin ürəyimdə
başqa biri deyirdi: "Doğrudan, Hacı Sadiq niyə idarəyə
getməyib?" Öz-özümlə dalaşırdım: "Axı sənə nə?! Məgər
sən müfəttişsən?! Ürəyi istəməyib, getməyib. Bir gün
evdə qalıb istirahət etmək istəyib". Kaş telefonun lənətə
gəlmiş səsi kəsiləydi! Bir gözüm qapıdaydı, bir gözüm də
hamıdan uzaqda şübhəli şəkildə telefonla danışan Hacı
Sadiqin ağzında. Niyə heç kim qapını üzümüzə açmırdı?
Niyə Əli ağa gəlmirdi? Özü demişdi ki, bir həftəyə
qayıdacaq. Necə ağır çərşənbə idi!
Cümə axşamı səhər tezdən gözüm qapıda idi. Əli ağa
söz vermişdi ki, tez qayıdacaq. Yeddi gün ötmüşdü. Heç
vaxt belə əminliklə tez qayıdacağını deməzdi. Çox
həyəcanlı idim. Niyə dedi ki, anasına deməyim?!
Hacı Sadiq səhər tezdən evdən çıxdı. Ağa Nasir bir
yerdə qərar tutmurdu, qanı qara idi. Telefon kəsilmişdi,
zəng çalmırdı. Ürəyimə pis xəbərləri gətirən adam
deyirdi ki, pis bir hadisə baş verib. Mən isə fikir vermir
və özümü gicliyə vururdum. Hərçənd, digərlərinin
ş
übhəli rəftarlarını yaxşı anlayırdım. Ürəyim sıxılırdı,
qəhərdən boğulurdum. Kiminsə mənə "gözünün üstə
qaşın var" deməsinə bənd idim ki, ağlamağa başlayım.
Lakin hamı öz qınına çəkilmişdi, heç kimin başqası ilə işi
yox idi. Necə ağır və darıxdırıcı cümə axşamı idi!
197
Cümə günü səhər atam arxamca gəldi. Onu görən kimi
ürəyim üzüldü. O vaxtacan ailəmdən kimsə Hacı Sadiqin
evinə gəlməmişdi. Fikirləşdim ki, nəsə pis xəbər var.
Atam özünü təbii aparmağa çalışırdı, amma həmişəki
mehriban gözlərinin arxasında həyəcan və iztirab
dalğalanırdı. Qapının önündə dayanıb dedi: "Firiştə,
qonağımız var. Əmin gəlib. Anan dedi ki, nahara gəlsin,
bir yerdə oturaq".
Qapının önündə ağ reno dayanmış, sükanın arxasında
yad bir kişi oturmuşdu. Çox nigaran halda geyindim və
qayıdıb maşının arxa oturacağında oturdum.
Dedim: "Ata, bu gün Əli ağa gələcək. Mən gərək tez
qayıdım".
Atam mənə baxmadı da. Yad kişi qaza basıb bizi
soyuq və səssiz küçələrdən evimizə aparırdı. Quru və
çılpaq ağaclar nazik qar örtüyünün altında donmuşdular.
Evə çatdıq. Qonaqdan və əmimdən əsər-əlamət yox
idi. Anam kiçik həyətimizdə gəzişirdi. Məni görən kimi
yanıma qaçdı. O bir söz demədən soruşdum: "Ana, nə
olub? Düzünü de".
Anam atama baxıb çətinliklə dedi: "Heç nə, heç nə!
Bir şey olmayıb. Yalnız..."
Qışqırdım.
- Yalnız nə?
Anamın rəngi qaçmışdı. Röya və Nəfisə pərdəni çəkib
pəncərənin arxasından həyəcanla bizə baxırdılar.
Anam yavaşca dedi: "Qorxma, bir şey olmayıb. Yalnız
Ə
li ağa bir az yaralanıb".
Bilmirəm niyə belə olmuşdum. Tez coşub dedim:
"Yaralanıbsa, yaralanıb! Bu gizlənqaç oyunu nədir?!
Birinci dəfə deyil ki. Əli ağa indiyə qədər yüz dəfə
yaralanıb".
198
Sözlər anamın ağzından güclə çıxırdı. Qırıq-qırıq səslə
dedi: "Axı bu dəfə fərqlidir. Qolu... qolu... kəsilib..."
Bir an fikirləşdim ki, mühüm deyil: "Eybi yox, qolu
kəsilsin. Hər halda, yaşayır".
Anam məyus halda atama baxdı. Atam dedi: "Axı
Firiştə can, kaş təkcə qolu olaydı, bir ayağı da kəsilib..."
O anda fikirləşdim ki, bədəninin bütün üzvləri tikə-
tikə də olsa, eybi yoxdur, mən ancaq Əli ağanı sağ
istəyirəm. Tez cavab verdim: "Eybi yoxdur".
Sonra ağlamağa başladım.
- Vallah, eybi yoxdur. İki qolu və iki ayağı da kəsilsə,
eybi yoxdur. Siz yalnız deyin ki, Əli ağa sağdır. Ata, sən
Allah, de ki, Əli sağdır.
Atam başını çevirdi ki, göz yaşlarını görməyim. Qəhər
içində dedi: "Qızım, Firiştə, bilirsən nə olub?!"
Ürəyim yerindən qopdu. Üzümü buzlamış soyuq
səmaya tutub dedim: "Ey Allah! Niyə heç kim mənə
düzünü demir?! Özüm bilirəm ki, Əli ağa şəhid olub. Ey
Allah! İndi mən nə edim?!"
Üzümü ata-anama tutub yalvardım. "Elə deyil, ana?
Elə deyil, ata? Əli ağa şəhid olub?"
Anam ağlamağa başladı. Atam bizdən aralanıb başını
divara qoydu. Röya və Nəfisə pərdəni çəkib otağa
girdilər.
Soyuq yerdə oturdum. Yeri çəngələyib başıma ovuc-
ovuc torpaq tökmək istəyirdim, lakin əlimin altında
donmuş metlaxlardan başqa bir şey yox idi. Bağçaya sarı
ə
yildim. Bağçanın torpağının üstünü nazik buz qatı
örtmüşdü. Əllərim yerdə nə isə axtarırmış kimi gəzirdi.
Ağlamaq istəmirdim. Qışqırdım: "Özüm bilirdim. Əli ağa
heç vaxt yalançı çıxmayıb. Həmişə sözünə əməl edib.
Amma Əli can, intizar məni öldürdü. Mən çərşənbə
199
axşamından səni gözləyirəm. Sən mənə söz vermişdin ki,
bir həftəyə qayıdacaqsan. Əli can, insafsız, bu gün
cümədir. Demədin ki, Firiştə həyəcandan ölər?! Demədin
ki, Firiştə dözə bilməz?! Demədin ki, Firiştə xəstədir?!
Demədin ki, bu qədər qəm-qüssə və həyəcan Firiştəyə
yaxşı deyil?! Axı mən sənsiz nə edim?!..."
Anam yaxınlaşıb qolumdan tutdu. Üzü göz yaşlarının
altında qalmışdı. Çətinliklə dedi: "Qalx, əzizim. Mən
sənə qurban olum! Qalx, yer soyuqdur. Soyuqlayarsan,
qızım".
Sakitləşə bilmirdim. Evdən qaçmaq, uzaq bir yerə
getmək istəyirdim – belə xəbərlər olmayan yerə. Nə
etməli idim?! Yerdən qalxıb soruşdum: "Mənsurə xanım
bilir?"
Anam çiynini çəkdi. Dedim: "Gedək Mənsurə xanımın
yanına". Atam yaxınlaşdı. Gözləri qızarmışdı. İndiyədək
onu belə görməmişdim. Anam çadramı çırpıb məni öpdü.
Üzüm islandı. Atama dedim: "Ata, yadındadır toyumda
nə dedin?"
Atam ağlaya-ağlaya başını yellədi.
- Dedin ki, qızımın bir mərdlə bir gecə yaşaması bir
namərdlə bir ömür yaşamasından yaxşıdır.
Anam ağlayıb dedi: "Sanki ilk gündən hamı bilirdi ki,
sənin taleyin belə olacaq. Özün də bilirdin, düzdür?
Hamımız bilirdik!"
Elçilik gününü və Əli ağanın sözlərini xatırladım. Ona
demişdim: "İnqilabda və müharibədə payımın olmasını
istəyirəm. Arzum budur ki, yoldaşım imanlı və inqilabçı
pasdar olsun".
Pasdarların mömin adamlar olduqlarını bilirdim. Əli
ağa demişdi: "Mən əsir düşə, yaralana və ya şəhid ola
bilərəm".
200
Mən demişdim: "Hər halda, hər üçündən olmazsan".
Bilirdim ki, Əli ağa heç vaxt əsir düşməyəcək. Lakin elə
o vaxt qəlbimin dərinliyində əmin idim ki, bu yolda
yaralanma olduğu kimi, şəhidlik də var.
Anam tez-tez gözümün yaşlarını çadrası ilə silib
deyirdi: "İlahi, həzrət Zəhra xatirinə qızıma səbir ver!
İ
lahi, həzrət Zeynəb hörmətinə ona kömək et!" Özümdən
asılı olmadan çiyinlərim titrəyirdi. Reno hələ qapının
önündə idi. Sürücü düşmüşdü və qəm-kədərlə bizə
baxırdı. Qışqırıb dedim: "Allaha and olsun, hamısı bir
gecə idi. Mən yalnız bir gecə yaşadım".
Küçələrdə
boş-boşuna
hərlənmək
istəyirdim.
İ
stəyirdim ki, uzaq bir yerə, bir dağın başına, dənizin
ortasına və ya göyün üzünə gedim. Heç kəsin olmadığı
bir yerə gedib qışqırmaq, bacardığım qədər ağlamaq
istəyirdim. Heç nə görmürdüm. Əli ağanın şəkli
gözlərimin önündən getmirdi.
Altıncı blokun önündə qələbəlik idi. Bir dəstə qara
paltarlı gənc qayınanamın evinin qabağında dayanıb
səssiz-səmirsiz ağlayırdılar. Anam və atam qolumdan
tutdular və əlli dörd pilləni çətinliklə qalxdıq. Mənzilin
qapısı açıq idi. Mənsurə xanım dəhlizdə oturmuşdu. Məni
görən kimi qalxıb yaxınlaşdı. Bir-birimizi qucaqladıq.
Mənsurə xanım ağlaya-ağlaya qulağıma deyirdi: "Firiştə
can, gördün nə oldu?! Əli getdi. Əli yanımızdan getdi.
Ə
li uşağını görmədi. Əlim nakam getdi. Vay Əli can!
Vay Əli ağa! Anan ölsün, təzə bəy! Bəyim doyunca
yaşamadı. İlahi..."
Çiyinlərim üzərində bir əl hiss etdim. Bir qol məni və
Mənsurə xanımı qucaqlayıb başını çiyinlərimizin arasına
qoydu və ağlayaraq dedi: "İlahi, səbir! Bizə səbir ver!
201
İ
lahi, sənə şükür! Əli can, Əli! Oğlum Əli, hara getdin,
bala?!"
Ağa Nasir idi. Bizə qoşulub zar-zar ağlayırdı. Ağa
Nasiri görüb ətrafımızda hər kəs ağlamağa başladı. Anam
uzaqda dayanmışdı, amma səsini eşidirdim.
- Salavat deyin. İlahi, həzrət Zəhra xatirinə bunlara
səbir ver! İlahi, həzrət Zeynəb xatirinə bunlara kömək et!
Az sonra hər üçümüz bir-birimizdən ayrıldıq. Ağa
Nasir bir tərəfdə oturub başını dizlərinə qoydu. Mənsurə
xanım oyan-buyana gedib deyirdi: "Əli! İndi başımı
kimin çiyninə qoyum?! Əli ağa, indi kim mənə təskinlik
verəcək?! Əli, gəl de ki, yalandır; gəl de ki, məni tək
qoymamısan... Vay Əli! Vay Əli ağa! Aman Allah,
həyatım getdi. Hər şeyim - Əli canım, Əli ağam getdi..."
Mən anamın qucağında soruşdum: "Əli haradadır?
Gedək onu görək".
Anam qulağıma dedi: "Hələ gəlməyib. Dostlarının
yanındadır". Soruşdum ki, harada şəhid olub?
Dedi: "İraqın Mavut bölgəsində minaya düşüb".
Ağlayıb əlavə etdi: "Bir neçə gündür qərb
cəbhələrindədir. Dostları onunla vidalaşırlar".
Qohumlar və dost-tanışlar başsağlığına gəlirdilər. Heç
kim inanmırdı. Hamı mat-məəttəl üzümüzə baxırdı.
Ə
mirin şəhadətindən yalnız beş ay ötürdü.
Axşam Məryəm, Xanımcan, Hacı baba və digər
tehranlı qonaqlar gəldilər. Necə acı anlar! Necə üzücü
nalələr!
Məryəmin qərib ağıları, Mənsurə xanımın və ağa
Nasirin məzlum sızıltıları ürək dağlayırdı. Necə uzun və
sonsuz gecə idi! Necə qara və tükənməz cümə idi!
202
Şə
nbə günü səhər Əli ağanın dostlarının biri xəbər
gətirdi ki, dünən onun cənazəsini Həmədana gətirmiş və
Məryanəcə apararaq səhərə qədər mərasim keçirmişlər.
Məndə can qalmadı. Bir yerdə qərar tuta bilmirdim.
Hamı geyindi. Dedim ki, mən də gəlirəm.
- Yox, olmaz.
- Mən də gəlirəm.
- Məkruhdur, uşağına da yaxşı deyil.
Ağlayıb söz verdim ki, halım pis olmayacaq.
- Vallah, söz verirəm ki, ağlamayacağam. Məni də
aparın.
Hacı Sadiqə yalvardım.
- Siz Allah, qoyun mən də gəlim.
Anama dedim: "Ona çox darıxmışam".
Faydası olmadı. Ağa Nasirə yalvardım.
- Siz Allah, ağa Nasir, məni də aparın.
Ağa Nasir Mənsurə xanıma üzünü tutdu.
- Firiştəni də aparaq.
Anamın əlindən tutdum.
- Ana can, sən Allah, sən bir söz de. Elə et mən də
gəlim. Vallah, söz veririəm ki, halım pis olmayacaq.
Anam bir neçə yerə zəng vurdu, bir neçə nəfərdən
soruşdu. Dedilər ki, hamilə qadının ölüyə baxması
məkruhdur.
Dedim: "Əli ağa ölü deyil, şəhiddir".
Nəhayət, rəhmə gəlib dedilər ki, gəl.
Başımı aşağı salıb lal-dinməz arxalarınca yola
düşdüm.
Münafiqlər Əli ağanın cəsədinə bir şey etməsinlər
deyə onun tabutunu gecə vaxtı gizlicə ordunun şəhərdən
beş kilometr kənarda yerləşən hospitalında təhlükəsiz bir
203
yerə aparmışdılar. Ora kənar şəxslərin girişi qadağan idi.
Biz yalnız iki maşın idik.
Hospitala girəndən sonra bir qədər həyətdə gözlədik.
Nəhayət, ambulansların biri öndən getdi, bizim iki maşın
da arxasınca. Hospitalın bağ kimi yamyaşıl həyətinin
arxasında ensiz bir küçə vardı. Küçənin hər iki tərəfi qoca
söyüd ağacları ilə dolu idi. Yarpaqlarını soyunmuşdular
və üzərlərini nazik qar qatı örtmüşdü. Dağ və təpələrdə
qar daha çox idi, hər yeri ağartmışdı.
Uzun küçədə sürətlə gedirdik. Heç kim danışmırdı.
Hamımız sükut və heyrət içində maşının pəncərələrindən
qarla örtülmüş yerlərə baxırdıq.
Az sonra küçənin sonunda böyük bir yük maşınının
arxasında bir konteyner göründü. Ətrafında korpusun bir
neçə patrolu dayanmışdı. Ambulansdan bir neçə nəfər
düşüb konteynerə yaxınlaşdılar. Biz də maşından endik.
Konteynerin soyuducusunun qapısını açıb tabutu
endirdilər. Hacı Sadiq çiyinlərini sallayıb yaxınlaşdı. Ağa
Nasir qaçıb tabutu qucaqladı. Anam əlimdən tutmuşdu.
Tabutun ağzını açdılar. Mənsurə xanım qışqırmağa
başladı: "Mən sənə qurban olum! Anan ölsün, Əli!
Gecəni burada yatdın, əzizim?!..."
Hamı
ağlayırdı.
Anam
hıçqırmağa
başladı.
Ə
trafımızdakı adamlara fikir vermədən mən də
ağlayırdım.
Anamın əli çiyinlərim üzərində sürüşüb məni nəvaziş
edirdi. Tabutun ətrafında çoxlu adam vardı. Əli ağaya
yaxınlaşdım. Ürəyim bərk döyünür, ayaqlarım titrəyirdi.
Bir neçə nəfər kənara çəkildi.
Tabutun yanında oturdum. Əli ağanın başı Hacı
Sadiqin əlləri üzərində idi. Ağa Nasir və Mənsurə xanım
Ə
li ağanın sağ əlini tutmuşdular.
204
Ə
li ağanın sol tərəfində oturdum. Sellofanı kənara
çəkdim. Sol qolu göründü. Soyuq və qanlı idi. Mina
qəlpələri bədəninin sol tərəfini və başının bir hissəsini
qana boyamışdı. Əlini sıxdım. Son gecə o əllərə baxıb
öz-özümə demişdim: “Bu əllərin forması yadımda
qalmalıdır. Bu barmaqların necəliyini unutmamalıyam”.
Nə edirdimsə, əli qızmırdı. Hacı Sadiq qalxıb yerini
mənə verdi. Əli ağanın üzü ay kimi ağ idi və rahatca
yatmışdı.
Dostları alnına yaşıl bir lent bağlamışdılar. Sarı
saçının üstündən keçirdi. Saqqalı və qaşları daranmışdı,
saçı təmiz və səliqəli idi. Bu qaşlar bir-birinə qarışanda
necə hirslənirdim!
Anam əyilib əlimdən tutdu.
- Qalx, Firiştə can, qalx.
Qəhər içində dedim: "Mən ağlamıram, halım
yaxşıdır".
Mənsurə xanım Əli ağanın dostlarına dedi: "Əliyə belə
baxmısınız?! Uşağım gecə soyuqdan donub!..."
Hamı ağlamağa başladı. Anam qolumdan tutdu.
- Ayağa qalx, Firiştə can. Qalx, soyuqlayarsan.
Ə
li ağadan başqa hamı ağlayırdı. Dedim: "Əli can,
rahat oldun. Yat, əzizim. Yeddi ildir yuxusuzsan. Daha
bitdi. Daha rahat oldun. Yat. Rahat yat. Təkcə uşağını
görmədiyinə görə ürəyim yanır. Kaş onu görüb
gedəydin!"
Birdən narlar yadıma düşdü. Kaş biləydim ki, çatlaq
narları yemişdi, yoxsa başqa şeylər kimi onları da
bağışlamışdı!
Anam qoltuğumdan tutub məni ayağa qaldırdı.
Ayaqlarımda taqət qalmamışdı. Dişlərim bir-birinə
dəyirdi. Əli ağanın əlinin soyuqluğundan mənim əlim
205
hələ də buz kimi idi. Hamı qara paltarda tabutu dövrəyə
alıb ağlayırdı. Yenə heç nə görmürdüm, heç kimi
tanımırdım. Anamla oradan uzaqlaşdıq. Beləcə getmək
istəyirdim;
gedib
uzaqlaşmaq.
Daha
Ə
li
ağanı
görməyəcəyimə inanmaq istəmirdim. Əli yaşayırdı; dağın
başında, səmada buludların ortasında oturmuşdu. O bizə
baxırdı. Məni qoruyurdu ki, yerə yıxılmayım. Qoruyurdu
ki, mənə soyuq dəyməsin və uşağına heç nə olmasın.
Dedim ki, gedək. Heç nə danışmadan gəzişə-gəzişə
dağın yamacına qədər getdik.
Ə
li ağanın şəhid olduğuna inanmaq istəmirdim. Lakin
axşam Həmədan televiziyası belə bir elan yaydı:
"Rəşadətli İslam komandanı Əli Çitsazianın şəhadəti
münasibətilə sabah 29 noyabr tətildir və vilayətimizdə üç
gün matəm elan olunur".
Qohumlar toplaşıb dəfn mərasimi barədə danışırdılar.
Razılaşdılar ki, Hacı Sadiq çıxış etsin. Ağa Nasir
danışmağa əsla razılaşmırdı. Mən də əmin oldum ki,
danışanlardan deyiləm.
Bazar günü səhər qayınanamgilin qapısının önündə
qiyamət idi. Əllərində bayraq və başsağlığı plakatları
tutmuş camaat Hünəristan binasının önünə toplaşmışdı.
Mən pəncərənin önündə dayanıb insanlara baxırdım.
Arxadan bir nəfər dedi: "Əli ağanı gətirdilər". Küçəyə bir
təcili yardım maşını girdi. Maşının qapısını açdılar.
İ
çəridə
İ
slam
respublikasının
üçrəngli
bayrağına
bükülmüş bir tabut vardı. Ayaqlarım titrədi. Yıxılmamaq
üçün divardan tutdum. Ağlamağa başladım. Bir il səkkiz
aylıq birgə həyatımızdan sonra hələ Əli ağanın evi yox
idi. Əşyalarımızın hərəsi bir tərəfdə idi: yarısı anamın
anbarında, yarısı Hacı Sadiqin evində, paltar çantaları da
Mənsurə xanımın otağında. Küçədə camaat qışqırırdı:
206
"Vay! Əli öldürüldü!
Allahın
aslanı
öldürüldü!"
Bu səslərdən bədənim əsirdi. Tabutu yerə endirdilər.
Qarşıdakı bloklarda yaşayan qonşular pəncərələri önündə
dayanıb ağlayırdılar. Küçədə iynə atmağa yer yox idi.
İ
zdihamın bir başı binanın önündə idi, bir başı da küçənin
sonunda. Tabutu yuxarı gətirəsi olmadılar. Onu yenidən
ambulansa qoydular. Ambulans yola düşəndə camaat da
ş
üar verə-verə arxasınca qaçdı.
Ev kədərli və sıxıcı idi. Hünəristan prospekti və
binaların ərazisi indiyədək belə izdiham görməmişdi.
Camaat qışqırırdı: "Ya Hüseyn! Ya Hüseyn!"
Ürəyim yerindən qopurdu. Pəncərəni açıb quş kimi
uçub getmək istəyirdim. Əli ağanın olduğu, şəhid dostları
ilə deyib-güldüyü uzaqlara getmək istəyirdim.
Camaat tabutun ətrafında qiyamət qoparırdı; sinə
vurur, başlarına döyür və qışqırırdılar: "Ya Hüseyn!"
Camaat ambulansın arxasınca gedirdi. O qarlı-buzlu
havada çoxları ayaqyalın gedirdilər.
Anam yanımda dayandı. Bizi aparmaq üçün küçədə
bir neçə maşın gözləyirdi. Küçə hələ də adamla dolu idi.
Bizə yol açdılar və bir patrola mindik. Binanın önü parça
və plakatlarla qaraya bürünmüşdü. Prospektin divarlarına
və mağazaların şüşələrinə Əli ağanın şəkli vurulmuşdu.
Qara parçalara yazılmışdı: "Əli can, şəhadətin mübarək!"
İ
darələrin binasından, evlərin damından, pəncərə və
divarlardan qara bayraqlar asılmışdı. Anam dayanmadan
qulağıma deyirdi: "Firiştə can, özünə hakim ol. Cənnət
bağı məzarlığında vəziyyət başqadır. Orada hər cür adam
var, dost-düşmən bir-birinə qarışıb. Möhkəm ol, qızım,
özünü zəif göstərmə!"
207
Yollar tıxac idi. Maşınların arxa şüşəsində Əlinin şəkli
gülürdü. Hara baxırdınsa, orada idi. Evdən Cənnət bağına
gedən yolu heç vaxt belə tıxaclı və uzun görməmişdim.
Bizi kəsə yolla apardılar. Sürücü dedi: "Xalq İmam
Xomeyni meydanına toplaşıb. Əli ağanı oradan Cənnət
bağına qədər müşayiət edəcəklər".
Bu yol təxminən beş kilometr idi. Cənnət bağına
çatanda səsgücləndiricilərdən Əli ağanın səsini eşitdim.
Halım pis idi. Necə inana bilərdim ki, o səsin sahibi daha
aramızda
deyil?!
Ə
li
ağanı
bir
də
heç
vaxt
görməyəcəyimi qəbul edə bilmirdim. Yox, yox, mən
indidən ona darıxmışdım. Mən Əli ağanı istəyirdim.
Anasını istəyən uşaq kimi onu istəyirdim. Qardaşının
səsini eşidəndə Məryəm də taqətsiz oldu və səssizcə
ağlamağa başladı. Əli ağanı önümdə görürdüm; həmişəki
kimi güclü çiyinləri ilə qüdrətlə və başıuca yeriyirdi.
Öz-özümə fikirləşdim: "Əli ağa, hara gedirsən?!
Məgər iki ildən sonra özümüzə ev alıb yerbəyer
olmayacaqdıq?! Sən demə, ev almağa dair söhbətlərdən
qaçmağın buna görə imiş; daha yaxşı yer istəyirmişsən".
Məni ağlamaq tutdu. Düşündüm ki, Əli ağa
doğrudanmı ölümü həyatdan üstün sayırmış?! Dodaqaltı
mızıldandım: "Şəhadət! Yəni şəhadət bu qədər şirin və
ürəkaçandır ki, belə aşiqcəsinə istədin və ondan ötrü səni
bu qədər sevən məndən, uşağından və ata-anandan
ayrılmağa razı oldun?! Bu ləzzəti necə dərk etmişdin?
Bunu haradan öyrənmişdin? Məgər sənin neçə yaşın
vardı?! İndi hansı hissləri keçirirsən? Sevinirsən,
azadsan? Sən beləsənsə, bəs mən niyə bu qədər
narahatam? Niyə ürəyim bu qədər kədərlidir? Niyə
qəhərimi uda bilmirəm? Niyə ağlamaya bilmirəm? Niyə
bu qədər dözümsüzəm?" Bu fikirlər içində qəlbim sındı.
208
O anlarda qəlbin sınmasını və ciyərin yanmasını bütün
vücudumla hiss edirdim.
Cənnət bağına çoxlu adam gəlmişdi. İynə atsan, yerə
düşməzdi. Patroldan gənc bir pasdar düşüb bizim sürücü
ilə danışdı. Sonra bir neçə nəfər yolu açdılar və bizim
maşınımız cənazə namazı qılınan yerə girdi. Ərazinin sağ
tərəfində kişi və qadınlar üçün meyit yuyulan otaqlar
vardı. Otaqların arasından ikinci mərtəbəyə bir pilləkən
qalxırdı. Həmin bir neçə nəfər yolu açdılar və biz
pillələrdən qalxdıq.
İ
kinci mərtəbədə iki otaq vardı: otaqların birində
kişilər oturmuşdular: korpusun, ordunun və Hərbi Hava
Qüvvələrinin komandirləri, vali, cümə imamı və digər
vəzifəli şəxslər. Qarşı tərəfdə ensiz uzun bir balkon vardı.
Mərasimlərdə orada çıxış edirdilər. Qadınların otağına
girəndə halım pisləşdi. Ürəyimdə deyirdim: "Səndən ötrü
bura gəldiyim üçün ayağım sınsın, Əli!"
Mənsurə xanım, Xanımcan və Fatimə xala bizdən
öncə çatıb otaqda oturmuşdular. Anam gedib mənə bir
stəkan su gətirdi.
Məryəm anasının yanında oturdu. Bir saatdan sonra
bayırdan səs ucaldı. Camaat şüar verirdi:
"Matəm paltarı geyinin.
Çünki Əli öldürüldü!
Vay! Əli öldürüldü!...”
Otağa gənc bir xanım girdi. Üzünü kip tutmuşdu.
Çadrası yuxarıdan qaşlarını örtmüşdü, aşağıdan da
çənəsini və təxminən üzünün yarıdan çoxunu. O dedi:
"Bağışlayın, şəhidin həyat yoldaşı kimdir?" Anam məni
göstərdi. Dedim: "Bəli".
Gənc xanım yaxınlaşdı. Yalnız burnu və gözləri
görünürdü. Dedi: "Bacı, siz çıxış edəcəksiniz".
209
Bu sözü eşidəndə özümü itirdim. Dedim: "Necə?!
Çıxış?! Yox, mən çıxış etməyəcəyəm".
Xanım dedi: "Sizin adınız siyahıdadır, şəhidin
qardaşından sonra növbə sizindir".
Yavaşca deyinməyə başladım.
- Niyə tez demədiniz? Heç olmasa, axşam xəbər
verərdiniz.
Xanım bir söz demədən getdi. Oturduğumuz otaqda
pəncərə yox idi, amma bayırdakı səslər aydın eşidilirdi.
Birdən Əli ağanın səsini eşitdik. Çıxışlarının birinin
kasetini qoymuşdular. Hamımız donub qaldıq. Mənsurə
xanım ağlamağa başladı.
- Səsinə qurban olum, Əli can! Əli! Anan ölsün, Əli
can!
Ə
li ağa deyirdi: "Bütün dəyərlər şəhiddə cəm olub.
Xoş şəhidlərin halına! Ətirli güllər idilər, Allah onları
dərdi. Allah onları seçdi. Şəhidlər sağdırlar. Şəhidlər
onların yollarını davam etdirənlər üçün sağdırlar.
Şə
hidlərin əmanətini yaxşı qoruyun!"
Mənsurə xanım ağı deyirdi.
- Sənə qurban olum! Gül idin, Allah səni dərdi. Anan
ölsün! Həmişə deyirdin ki, xoş şəhidlərin halına! İndi biz
deməliyik ki, xoş sənin halına! Xoş halına, Əli can!
Mənsurə xanım bu cümlələri deyib ağlayırdı. Öz-
özümə fikirləşdim: "Əli can, mən sənin kimi yaxşı danışa
bilmirəm. Qorxuram bir söz deyib səni də gözdən salım".
Anam mənə kağız-qələm gətirdi.
- Al, Firiştə can. Yaz ki, yadından çıxmasın.
Kağızı və qələmi aldım. İlk dəfə idi çıxış edəcəkdim,
özü də bu qədər adamın önündə. Mən hələ attestat da
almamışdım, nə deyə bilərdim?! Nə yazmalı idim?!
210
Dedim: "Əli can, özün indi dedin ki, şəhidlər
diridirlər. Şəhidlər onların yolunu davam etdirənlər üçün
diridirlər. Əgər indi burada, yanımdasansa, mənə kömək
elə".
Qələmi götürəndən sonra beynimə sözlər gəlməyə
başladı. Onları kağıza yazır və Əlinin yanımda
dayandığını hiss edirdim. Sanki o deyirdi, mən yazırdım.
Sanki səsini də eşidirdim. Eləcə yazmaq və səmimi səsini
daim eşitmək istəyirdim. Lakin sonda dedi: "Vəssəlamu
ə
ləykum və rəhmətullahi və bərəkatuh". Mən də yazdım.
Qələmi yerə qoyanda hələ də onu yanımda hiss edirdim.
O deyirdi: "Firiştə can, Zeynəb kimi dayan, Zeynəb
kimi!"
Gözlərimdən yaş axdı.
Dedim: "Mənə kömək et. Kömək et ki, səhvsiz
oxuyum".
Ə
li ağa gülümsədi və təbəssümü ilə bütün vücudumu
rahatlıq bürüdü. Bayırdan xalqın səsi gəlirdi:
Tərcümə:
“Şəhidlərin dəfni üçün Mehdi, gəl! Mehdi
gəl!"
Məryəm, Mənsurə xanım və Xanımcan şüarları eşidib
ağlayırdılar. Anam nisbətən möhkəm idi. Az sonra səslər
kəsildi və orkestrin musiqisi eşidildi. Matəm marşı
çalırdılar. Ondan sonra bir nəfər çox kədərlə Quran
oxumağa başladı.
Məryəm, Xanımcan və Fatimə xala Mənsurə xanıma
təskinlik verirdilər. Bu bir neçə gündə Mənsurə xanımın
halı yenidən pisləşmişdi, böyrəkləri onu çox incidirdi.
211
Məryəm deyirdi: "Ana, əgər çox ağlasan, halın pisləşər!
Həkimin sözləri yadından çıxdı?! Kədərlənmək və
ağlamaq sənə zəhər kimidir".
Mənsurə xanım hövsələsiz halda deyirdi: "Qoy zəhər
olsun! Əlidən sonra dünyanı neyləyirəm?!"
Quran oxuyandan sonra yenidən xalqın səsi otağı
titrətdi:
Tərcümə:
"Əza əzadır bu gün! Əza günüdür bu gün!
Mehdi Sahibəzzaman Əza sahibidir bu gün!"
Həmin gənc xanım otağa girib mənə dedi: "Xanım
Pənahi, hazırlaşın. Şəhidin qardaşından sonra sizin
növbənizdir". Birdən əllərim buza döndü. Ürəyimin
döyüntüsünü eşidirdim. Özümə ürək-dirək verməyə
çalışdım. Hacı Sadiqin çıxışından sonra camaat qışqırdı:
"Allahu-Əkbər!
Allahu-Əkbər!
Xomeyni
rəhbər!
Münafiqlərə və Səddama ölüm! İslam döyüşçülərinə
salam! Şəhidlərə salam!"
Yerimdən qalxdım. Xanım qapıda göründü. Anam da
ayağa qalxıb məni balkonun qapısına qədər ötürdü. Tez-
tez mənim üçün salavat deyirdi. Pasdar balkonun
qapısının ağzından çəkildi.
- Buyurun, xanım Çitsazian.
Xalq hələ də şüar deyirdi:
"Vay Əli öldürüldü!
212
Allahın aslanı öldürüldü!
Ya Hüseyn..."
Balkon xalqla üzbəüz oturmuş vəzifəli şəxslərlə dolu
idi. Qapının önündəki pasdar yolu açıb tribunaya qədər
mənimlə gəldi və mikrofonu boyuma görə tənzimlədi.
Tribunada dayananda gözüm izdihama düşdü. Qarşıdakı
məscidin damında da dayananlar vardı. İki əsgər əllərində
bir plakat tutmuşdular. Onun sol küncündə Əli ağanın
şə
kli vardı və üzərinə iri həriflərlə yazılmışdı: Əli can,
şə
hadətin mübarək!
Sağ tərəfdə - Ayətullah Axund Molla Əli Məsumi
Həmədaninin məqbərəsi yerləşən yerə çoxlu insan
toplaşmışdı. Soldan Cənnət bağının giriş qapısına və
ondan da yuxarıya qədər izdihamdan başqa bir şey
görünmürdü. Göz işlədikcə qara paltarlı insanlar
görünürdülər. Onlar sevimli komandirlərinin dəfninə
gəlmişdilər. İndiyə qədər Cənnət bağında bu qədər adam
görməmişdim. Mikrofonu tənzimləyən pasdar başlamaq
üçün işarə verdi.
- Şəhidlərin qanını qoruyan və məzlumlara yardım
edən Allahın adı ilə!
Səsimin titrədiyini hiss etdim. Ürəyimdə qışqırdım:
"Əli! Əli can, kömək!"
- Mən özümü bu müqəddəs yerdə dayanıb danışmağa
layiq görmürəm. Yalnız siz əzizlərə təşəkkür etmək
istəyirəm. Siz zəhmət çəkib bu əziz insan üçün, rəşadətli
İ
slam sərdarı Əli Çitsazian üçün buraya təşrif
buyurmusunuz.
Dərin nəfəs aldım. Hamı sakit dayanmışdı. Başımı
qaldırdm. Qarşımda Əlinin şəkli gülümsəyirdi. Sözümə
davam etdim.
213
- Mən özümü belə bir şəxsin, bu qədər təqvalı, cəsur,
qəhrəman və fədakar bir şəxsin həyat yoldaşı olmağa da
layiq görmürəm.
Bu cümlələri deyə-deyə Əli ağanın bütün bu yaxşı
xüsusiyyətlərə sahib olduğunu xatırlayır və hər birinə bir
nümunəni yada salırdım. Dedim: "Əli ağa yetimlərin
dostu idi". Bu bir neçə gündə bir dostunun sözləri yadıma
düşdü. Əli və digər bir qrup döyüşçü məzuniyyətə
çıxanda bir vanetin arxasını ərzaqla doldurub Səngsefid
bölgəsinə gedir və öncədən tanıdıqları qapılara
qoyurdular. Qayıdanda bir-iki dəfə siqnal verirdilər.
Yoxsul ailələr bu siqnalları tanıyırdılar. Onlar qaza basıb
Səngsefiddən çıxırdılar, həmin ailələr də qapılarını açıb
paylarını götürürdülər.
Dedim: "Əli bütün cəbhələrdə, oralarda olan bütün
ə
ziz qardaşlarımızın və hörmətli döyüşçülərimizin
xatirəsində yaşayır".
Birdən-birə hamı ağlamağa başladı. Özümü ələ aldım.
- Bütün ana və bacılardan xahişim budur ki, öz
övladlarını və həyat yoldaşlarını imamın buyurduğu haqq
cəbhələrinə göndərsinlər.
Bunu deyə-deyə yadıma düşdü ki, Əmir ağanın
dəfnində Əli ağa bu tribunada dayanmışdı və kişilərin
cəbhəyə getmələrini istəyirdi.
Ə
li ağanın səsini qulağımda duydum: "Elə etməyin ki,
imam yenidən kürsüyə çıxıb cəbhəyə getmənizi
söyləməyə məcbur olsun".
Dedim: "Sizin cəbhələrə getməyinizlə düşmənin gözü
kor olsun və İslam ordusu tezliklə qələbə çalsın! Bir daha
hamınıza təşəkkürümü bildirir və bütün şəhidlərin,
xüsusən də bu əziz şəhidin yolunu davam etdirməyinizi
214
istəyirəm. Allahın salamı, rəhməti və bərəkətləri olsun
sizə!"
Çıxışımı bitirəndən sonra Mənsurə xanımın yanımda
dayandığını gördüm. Həmin pasdar mənə və Mənsurə
xanıma bir neçə ağ gül verdi. Biz gülləri balkondan
camaata atdıq. İzdihamın "Allahu-Əkbər" səsi Cənnət
bağını yenidən lərzəyə gətirdi. O qədər səsin arasında bir
neçə nəfərin yanıqlı sızıltısı ürəyimi yerindən qopardı.
- Əli ağa... Əli ağa... Əli ağa can...
Mənsurə xanımla birgə otağa qayıtdıq. Camaatın səsi
kəsilmirdi, dayanmadan sinə vururdular. Həmin gənc
xanım otağa girib dedi: "Çox sağ olun, xanım Çitsazian.
Çox gözəl idi".
Dedim: "Məni aparın. Cənazəsi aparılanda Əli ağanın
yanında olmaq istəyirəm".
O, Mənsurə xanıma və anama baxıb dedi: "Elə
izdiham var ki, məsul şəxslər də qabağa keçə bilmirlər.
Dostları axşam qəbrin ətrafına ip çəkiblər, amma deyirlər
ki, camaatla bacarmaq olmur. İrəlidə qiyamətdir. Ruhani
döyüş yoldaşlarından olan cənab İlahi səhər tezdən
qəbrin içinə girib orada Quran oxuyur. Siz oraya
yaxınlaşa bilməzsiniz".
Mənsurə xanım dedi: "Kaş Əlini qardaşının yanında
dəfn edəydilər!"
Gənc xanım dedi: "Hacı xanım, qardaşının yanındakı
qəbir cəsədi itmiş bir şəhidə aid idi. Atası həyat yoldaşını
sakitləşdirmək üçün qəbrə bir baş daşı qoyub üstünə
övladlarının adını yazmışdılar, cümə axşamları gəlib
fatihə oxuyurdular. Onlar qəbri sizin Əli ağanıza
bağışlayıb dedilər ki, oğlumuzun qəbrinin Əli ağaya
qismət olması bir xoşbəxtlikdir. Dedilər ki, belə olsa,
215
həm biz sevinərik, həm də uşağımız razı olar. Dua edin
ki, Hacı xanımın oğlu şəhid olmamış olsun və qayıtsın".
Mənsurə xanım əllərini göyə qaldırdı:
- İlahi, amin! İlahi, onları məyus eləmə! İlahi, onları
sevindir! İlahi, Səni bizim sınıq qəlbimizə and verirəm,
onları sevindir və ümidlərini puça çıxarma! İlahi, səni
həzrət Zəhraya and verirəm, onların gözlərini yolda
qoyma!
Sonra Mənsurə xanım sızıltı ilə dedi: "Əmir, xoş
halına! Hazır ol, bu axşam qonağın var. Əli ağa gəlib.
Dadaş Əli gəlib..."
Bu sözlərdən sonra hamımız ağlamağa başladıq.
Çoxlu israrla Mənsurə xanım, Məryəm, Xanımcan və
Fatimə xala dəfnə getdilər. Nə qədər etdimsə, mənə icazə
vermədilər. Anamla mən otaqda oturduq.
Zaman çox ağır keçirdi. İki-üç saat mənə bir-iki gün
kimi gəldi. İsrarla anama deyirdim ki, məni son vidaya
aparsın. Anam əllərimi tutub tez-tez Ayətül-Kürsi və
Fatihə oxuyurdu. Hərdən də əlini ürəyimin üstünə qoyub
həzrət Zəhra təsbehini zümzümə edirdi. Bayırda nə
etdiklərini bilmək üçün diqqətlə qulaq asırdım. Bir neçə
dəqiqəliyə ürəyimin dayandığını hiss etdim. İçimdə nəsə
qırıldı. Ayağa qalxıb qapıya sarı qaçdım. Anam əlimi
tutdu. Qəhərim açıldı və yerdə oturub bərkdən ağlamağa
başladım.
- Ana, Əli... Əli ağa getdi! Əminəm ki, indicə
yanımızdan getdi.
Anam ağlamağa başladı. Başımı onun sinəsinə
qoydum.
- Ana, onu daha heç vaxt görməyəcəyəm. Əminəm ki,
onu dəfn etdilər. Özüm gördüm, mənimlə sağollaşdı.
216
O vaxta qədər mənim yanımda özünü toparlamış anam
qışqırdı: “Əli ağa can, əlvida!”
Ağlamaq üçün anamın qucağı yaxşı yer idi. Bir az
sonra Hacı Sadiq, ağa Nasir və başqa bir neçə nəfər
gəldilər. Qara paltarları torpağa bulaşmışdı. Pilləkəndən
endik. Həyət boş idi, Cənnət bağında isə hələ izdiham
vardı. Buna baxmayaraq, camaatın arasından piyada keçə
bilirdik. Ancaq ayaqlarım əsirdi və yeriyə bilmirdim.
Deyirdilər ki, Əli ağanın döyüş yoldaşlarından iki-üç
nəfərin halı pisləşib və onları təcili yardımla xəstəxanaya
aparıblar. Qəbrin ətrafında çoxlu adam vardı. Yeriməyə
taqətim qalmamışdı. Yavaşca dedim: "Əli ağa, sən arzuna
çatdın, amma mən bu qədər qəm-qüssəyə və ayrılığa
dözə bilmirəm".
Bir neçə nəfər bizi görüb qışqırdı: “Şəhidin anasına və
yoldaşına yol verin”.
Yol açıldı. Hacı Sadiq Mənsurə xanımın qoluna
girmişdi. Həmid ağa da həyat yoldaşı Məryəmin əlini
tutdu. Anam və atam məndən öndə ağa Nasirlə
danışırdılar. Dedim: “Əli can, bəs mənim əlimi kim
tutsun?! Mən başımı kimin çiyninə qoyum?! Əli, məni nə
tez yalqız qoydun?! Nə tez tək qaldım! Mənim hələ on
doqquz yaşım var!”
Bir tərəfdə dayandım. Əlinin məzarı ağ qladiolus
gülləri ilə dolu idi. Çadramı üzümə çəkdim. Gülab ətri
hər tərəfi bürümüşdü. Əlinin o qədər torpağın altında
olduğunu düşünmək istəmirdim. Yox, Əli orada deyildi,
yuxarılarda, səmada idi. Çadramı kənara çəkib göyə
baxdım. Hava günəşli olsa da, soyuq kimi kəsirdi.
Dedim: “Əli, haradasan?” Gözümü səmada gəzdirdim.
Yox idi. Onu görmürdüm.
- Səni harada axtarım, əzizim?!
217
Yanımda hərarət duydum. Elə bildim anamdır.
Baxdım. Anam deyildi. Yanımda heç kəs yox idi. Bəs bu
istilik haradandır? Bu, kimin bədəninin hərarətidir?
Ə
linin şəkli gözlərim önündə göründü; sarı saçı, mavi
gözləri və çoxdandır qısalda bilmədiyi saqqalı ilə. Ona
çox deyirdim ki, Əli can, saqqalını qısalt. Deyirdi ki, yox,
hələ tezdir. Dedim: “Əli can, saqqalını bu gün üçün
uzatmışdın?!”
Bu fikirlə kövrəldim, gözlərim doldu, amma birdən
Ə
linin yanımda dayandığını hiss etdim. Hərarətə
söykənib qəliz və şirin Həmədan ləhcəsi ilə onun səsini
eşitdim: “Firiştə, haqqını halal et. Gülüm, Zeynəb kimi,
Zeynəb kimi yaşa!”
Mənsurə xanım və Məryəm özlərini güllərin üstünə
atmışdılar. Çiyinləri titrəyirdi, amma səsləri çıxmırdı.
Qəribə hisslər keçirirdim. Fikirləşirdim ki, Zeynəb kimi
yaşamaq üçün indi nə etməliyəm.
Qəhərdən boğulurdum. Üst dişlərimlə alt dodağımı
dişlədim. Gedib birtəhər Əmirin qəbrinin yanında
oturdum. Barmaqlarımı sinə daşının üzərinə qoyub fatihə
oxudum və dodaqaltı dedim: “Əmir can, mənim Əlimdən
muğayat ol!”
Bir nissan patrol keçirdi. Maşının üzərinə Əlinin
böyük şəkli vurulmuşdu. Əli sürətlə yanımızdan keçdi.
Ə
li getdi. Soyuq bir külək kimi əsib getdi. Ağa Nasir
ə
yilib Mənsurə xanımı qaldırdı. Məryəmin yoldaşı
yaxınlaşıb onu güllərdən ayırdı. Anam sağ qolumu, atam
da mehribancasına o biri qolumu tutdu. Getmək, Əlidən
belə tez ayrılmaq istəmirdim. Dedim: “Ana, getməyək”.
Anam ağlayırdı.
Dedim: “Ata, qalaq”.
218
Atamın möhkəm çiyinləri titrəyirdi. Mənim ayaqlarım
ə
sirdi, əllərim buz kimi soyumuşdu. Artıq Əli üçün
darıxmışdım. O anda hamının getməsini və orada yalqız
qalmaq istəyirdim. Ürəyim istəyirdi ki, Əli bir neçə
dəqiqə öncə olduğu kimi yanımda dayansın və ondan
soruşum: “Əli ağa, Zeynəb kimi olmaq necə olur?”
Ürəyim istəyirdi ki, Cənnət bağında heç kim olmasın və
mən ucadan ağlayım.
Maşına oturanda sürücü maqnitofonu qoşdu. Qəmli bir
növhə oxuyurdu. Həzrət Zeynəbin İmam Hüseynə ağısı
idi. Başımı anamın çiyninə qoyub çadramla üzümü
örtdüm və səssiz ağlamağa başladım. Evə qədər ağladım.
|