Cədvəl 1. Nitqin hazırlanmasının 5 klassik mərhələsi.
Fazalar
|
Adları (latn dilində)
|
Məzmunu
|
1
|
İnventio
|
Fərziyyələrin tapılması
|
2
|
Dispositio
|
Fərziyyələrin strukturlaşdırılması
|
3
|
Elocutio
|
Fərziyyələrin şifahi təsviri
|
4
|
Memoria
|
Nitqin yaddaşa köçürülməsi
|
5
|
Actio
|
Nitqin söylənməsi, təqdim olunması
|
İlahiyyatçı filosof Avrelius Avqustinə qədər tədqiqatçılar üçün ritorika vacib və inandırıcı çıxış sayılırdı. Yalnız feodalizmin başlanması ilə ritorikanın funksionallığı genişləndirilərək şifahidən yazılı kommunikaisya üsuluna keçid baş verir. Orta əsrlərdə ritorika orta məktəb və uni- versitetlərin tədris predmetinə çevrilmişdir. 1350‒1700-ci illər arasında hökm sürən Renessans və Barok dövründə ritorika bütün elmlərə, o cümlədən incəsənətə əhəmiyyətli təsirə malik olur. Ədəbiyyat qəhrəmanları natiqlik sənətinin bariz nümunələridir. Renessans dövrünün real personajlarından məlum olan natiqlər azdır, bu dövrdə əsl çılğın nitqləri yalnız teatrda eşitmək olardı. Həmin dövrdə poeziya sahəsində ritorika poetik yazıya keçir. Maarifçilik dövründə də ritorika idrakın inkişafına xidmət edirdi.
Ritorika bu şəkildə humanitar təhsilin tərkibi kimi XIX əsrə qədər bütün Avropa ölkələrində qalır. Siyasi və digər növ natiqliyin inkişafı və romantik ədəbiyyat natiqlik sənətinin qayda və şərtlərinin sadələşdirilməsinə gətirib çıxarır. Sözlə ifadə haqqında elmin ənənəvi önəmli olan hissəsi stilistika ədəbiyyat nəzəriyyəsinin bir hissəsinə çevrilir, qalan hissəsi isə praktiki əhəmiyyətini itirir.
Yalnız sonralar, XX əsrdə ritorika Avropada yenidən gündəmə gəlir. Ritorikanın Avropada baş verən inkişafı Amerika Birləşmiş Ştatlarından yan keçir. Amerika ritorikası XVIII əsrdə amerika məktəblərinə böyük təsir göstərir. XIX əsrdə amerika Universitetlərində ritorika üzrə təhsil böyük dəyişikliyə məruz qalır.
Çağdaş dövrdə sosial kommunikasiyanın müxtəlif sferaları arasında elə də böyük fərq qalmayıb. Ənənəvi ritorikanın tərkib hissəsi olan siyasi, hüquqi, bayram və dini çıxışlara yeniləri–akademik, iş və publisistik ritoriklar da daxil olur. Hal hazırda nə qədər kommunikasiya növləri mövcuddursa, bir o qədər də ritorika növləri hökm sürür. Hər bir dövrdə ictimai şüura təsir edənlər arasında nitq kommunikasiyası dominantlıq edir. Ona görə də, onları öyrənən fənlərə maraq artır. Hal-hazırda bu kütləvi informasiya vasitələri, siyasi və işçi ritorikalardan ibarətdir.
Ritorika nəzəri, tətbiqi və tematik olaraq fərqlənir. Nəzəri ritorika keyfiyyətli nitqin təşkilinin elmi araşdırılması, tətbiqi ritorika isə qayda və qanunauyğunluqların, həmçinin ən uğurlu çıxış nümunələrinin axtarışı ilə məşğuldur. Tematik ritorika bir vacib mövzu ətrafında müxtəlif yazılı və şifahi ədəbiyyatların toplanmasından ibarətdir. Misal üçün ABŞ-da geniş yayılmış, prezident seçkisində istifadə olunan ritorikanı göstərmək olar.
Dostları ilə paylaş: |