Təhsil müddətində tələbə minlərlə mətnlə üzləşir, onları oxuyub mənimsəməli olur. Eyni zamanda onlar bu mətnlərdən yalnız kiçik bir hissəsini yaddaşlarında saxlaya bilirlər. Bu fakt hamıya bəlli olsa da, müha- zirələrdən əldə etdiyimiz bilikləri bir müddət yaddaşımızda canlı saxlamağa cəhd edirik ki, imtahanlarda verilən suallara cavab verə bilək. Kənar yaddaş qurğularının köməyi ilə biz yaddaşımızı daxildən xaricə genişləndirə bilərik.
Oxunulan mətnin yaddaşda saxlanması əvəzinə, materialları orijinalda yığılmaya cəhd edilərsə, onda xaos qaçılmaz olar. Bir çoxları əllərinə düşən materialların surətlərini çıxarmağa çalışırlar. Ancaq çoxlu sayda ədəbiyyat mənbələri mövcud olduqda bu çox böyük mateial həcminə gətirib çıxarır və nəticədə hansı məlumatın harada olmasını bilmək olmur. Ona görə də, oxunulan mətnlərin qısa xülasəsinin qeyd edilməsi ədəbiyyatlarla işi kəskin dərəcədə yüngülləşdirmiş olur.
Ümumiyyətlə, təhsilə başlayan andan tələbələr ədəbiyyatlarla iş zamanı materialların toplanmasına aid öz şəxsi iş metodunu seçərək bütün təhsil boyu onu inkişaf etdirməlidirlər. Ənənəvi üsul kimi kartlarla işləmək geniş yayılmışdır. Vərəq, dəftər, bloknot və bu kimi yazı materialları ilə müqayisədə kartlar daha çevikdirlər və onların köməyi ilə lazım olan qeyd tez tapılır. Hansı kart formatının seçilməsi işlənən informasiyanın həcmindən asılıdır. Kart qutusu daxilində müxtəlif sistemlərdən istifadə edilir. Bunlardan biri informasiyaların müəllifin adına görə düzülməsidir. Digər imkan dənlənmiş materialların qoyulan suallara görə düzülməsidir.
Kompyüter dövründə bunun alternativi yaradılmışdır: vurtual kart siste- mini yaratmaq və bütün vacib məlumatları kompyüterdə idarə etmək. İnter- netin köməyi ilə elmi işlərin aparılmasının günü-gündən güclənməsini nəzərə alaraq, vurğulamaq yerinə düşərdi ki, toplanmış materialları da elektron şəkildə sistemləşdirmək məsləhətdir. Kompyüterdə faylların və qovluqların yaradılması da kağız kartların tərtibi kimidir.