Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə37/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Mətnin ümumiləşdirilməsi


Mətnin səciyyəvi göstəricisi ondan ibarətdir ki, ümumi iş əsas informasiyaların cəmlənməsinə gətirilir. Mətnin ümumiləşdirilmiş şəkildə, yığcam yazılması oxunulan mətnin aktiv mənimsənmə metodu olması ilə bərabər, onun üzərində çox intensiv işləməni tələb edir. Bundan əlabə o yığcam elmi bilik yaddaşı rolunu oynayır.
Ümumiləşdirmənin üç əsas metodu yararlılığına görə belə sıralanır: 1 – mətnin dənlənməsi, 2 – kənar qeydlərin formulə edilməsi, 3 – vurğulamaq. Metodların seçilməsi zamanı nəyə nəzər salmaq lazımdır?
Verilmiş mətndə vacib olanı olmayandan fərqlənirmək üsulu əsas olan hissənin müəllifin yaddaşında vurğulanmasıdır. Buna çox az vaxt sərf olunur və onu oxuma zamanı rəngli qələmlə ayırd etmək olur. Burada da müəyyən təcrübə tələb olunur. Profesionallar oxuduqca mətndəki vacib hissələri kateqoriyalara bölərək müxtəlif rənglərdən (qırmızı – vacib, mavi– terminlər, yaşıl – misallar və s.) istifadə etdikləri halda, yenicə təhsilə başlayanalar rəngli nişanlamadan həddən ziyadə istifadə edirlər və nəticədə yalnız nişanlanmamış mətn gözə çarpır.
Elmi ədəbiyyatın oxunmasında sonrakı mərhələ kənar qeydlərin formulə edilməsidir. Burada da sistematik yanaşma məsləhət görülür.
Kənar qeydlərlə işləyəndə mətni məzmununa və ya məntiqinə görə bölmək mümkündür. Birinci halda abzasların kənarında onun mətninə uyğun gələn termin (və ya terminlər) qeyd edilir. İkinci halda isə kənar qeydlər abzasdakı mətnin məntiqi strukturunu ifadə edir.
Tələbə və ya tədqiqatçı mənin dənlənməsində əldə olunan biliyin ümu- miləşdirilməsi zamanı seçilmiş məzmunu olduğu kimi, sözbəsöz yazmaq- dan yan keçməli, seçdiklərini öz sözlərilə qeyd etməlidir. Burada anlayış və xüsusi fikirlər olduğu kimi götürülüb sitat şəklində verilir.


Müh.11. Əlyazmanın hazırlanması

Ümumi tələblər


Elmi işlərin yazılmasına müəyyən formal tələblər qoyulur. Ancaq təkcə bu tələblərə riayət etməklə “elmi iş”i ərsəyə gətirmək mümkün deyil. Kreativ yazma işin ikinci tərəfini göstərir. Hər iki tələb birgə yerinə yetirildikdə keyfiyyətli iş üzə çıxarmaq olar.
Əlyazma tədqiqatçının elmi iş prosesində hazırladığı qeydlər, ideya eskizləri və konspektləri bazasında müəyyən məntiqə əsasən tərtib etdiyi mətndir. Əlyazma yalnız qoyulmuş tələblərə uyğun korrektə edilib və tamamlandıqdan sonra o elmi iş formasını alır. Əlyazmanın tərtibinin ilk mərhələsində müəllif heç də dəqiq yazmağa çalışmır. Bu mərhələdə onun əsas məqsədi ideyaları və fikirləri vaxt itirmədən kompyüterin yaddaşına köçürməkdir. Mətnin elə başdan “ağlama” şəklində tərtib edilməsindən fərqli olaraq, bu yol tədqiqatçıya daha çox motivasiya verir. Mətni oturub bir nəfəsə yazmaq cəhdi də düzgün deyil. Çox vaxt yazma prosesi heç də arzulanan kimi getmir, bu zaman “Yazma blokadası” deyilən psixoloji hal yaranır. Belə olanda həvəsdən düşməyə əsas yoxdur. Bunlar normal hadisə sayılır və məyyən metodlarla aradan qaldırıla bilir.
“Dəftər və qələm”dən istifadə edərək yazmanın ilkin “qaralama” formasına salınması mümkün olsa da, onun “ağlama” şəklində tərtibi üçün vacib olan kompyüter proqramlarının tətbiqi müəyyən tələblər irəli sürür. Rəqəmsal şəkildə tərtib olunan əlyazmaların əvvəlcədən formatlaşdırılmış fayllarda yaddaşa verilməsi məsləhət görülür.
Əlyazma həcmindən və məqsədindən asılı olmayaraq, müəyyən səbəb- lərdən kağızda yazılarsa A4 formatındakı vərəqlərdən istifadə edilməsi məsləhət görülür. Vərəqin sağ tərəfində qeydlər üçün enli zolaq nəzərdə tutulur. Mətn vərəqin yalnız bir üzündə yazılır. Bu yolla onun arxasındakı qeydlərin nəzərdən qaçma ehtimalı azalır. Yazma zamanı vərəqlərin hamısının A4 formatı ölçüsündə olması vacibdir, çünki kiçik ölçülü vərəqlərin böyüklər arasında itmə, yəni onun nəzərdən qaçma ehtimalı vardır.
Kompyüterdə yazma zamanı isə öncədən hazırlanmış mətn format- larından istifadə etmək məqsədəuyğundur. Bu sonrakı mərhələdə formatlaşdırma və bununla bağlı yarana biləcək problemlərin (məsələn: mətnin qısaldılması, yenidən yazılması və s.) aradan qaldırılmasına imkan yaradır.
Elmi işdə bütün səhifələr ardıcıl olaraq nömrələnir və imkan daxilində oraya tarix də əlavə edilir. Tarixin səhifələrə əlavə ediməsi yazma prosesi zamanı görülmüş işləri xronoloji olaraq izlməyə imkan yaradır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin