Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə30/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Kitabxana kataloqları


Ədəbiyyat mənbələrinin axtarışı zamanı biblioqrafik mənbələrə üstünlük verilir. Biblioqrafiya axtarılan konkret mövzuya uyğun olmalı və müəyyən ierarxiyaya əsaslanmalıdır. Xaotik ədəbiyyat axtarışı böyük vaxt itkisinə səbəb olur və eyni zamanda lazımi nəticəni vermir. Ədəbiyyat mənbələrinin axtarışının şərtləri və məqsədləri o qədər müxtəlifdir ki, burada ümumi qayda və ya sistem təklif etmək çətindir. Sadəcə qarşıya qoyulan məqsədləri sadaladıqda nə qədər müxtəlif yolların olmasını aydın görmək olur: bir halda verilmiş mövzuya aid bütün əldə olunan ədəbiyyat mənbələrinin siyahısını tərtib etmək tələb olunur, digər halda yalnız daha mütərəqqi və ya ilkin məlumat mənbələri vacib sayılır, başqaları üçün isə ikinci dərəcəli mənbələr yetərlidir. Ədəbiyyat mənbələrinin öyrənilməsində axtarış ardıcıllığı da önəmli amil sayılır: xronoloji ardıcıllıqda düzülmüş ədəbiyyatlar onların çap ilindən asılı olaraq öyrənilir. Əks xronoloji ardıcıllıqda isə ilkin olaraq ən yeni elmi çap materiallarına, daha sonra isə köhnələrə nəzər salınır. Buradan görünür ki, biblioqrafik materialların siyahısı və onlarla işləmə ardıcıllığı tədqiq olunan haldan asılı olaraq fərqlidir.
Kitabxanaların sorğu-axtarış aparatına ənənəvi kataloqlara əlavə olaraq tədqiqat işlərinin hesabatları, layihə sənədləri, ixtiraçılıq şəhadətnaməsi, patentlər, standart və normativlər, buraxılan məmullar, materiallar, tərcümələr, mikrofilmlər və s. haqqında məlumatları daşıyan kartotekalar da daxil edilir. Onlar aşağıdakı kimi səciyyələndirilirlər.
Kataloq və kartotekalar – istənilən kitabxananın tərkib hissəsidir. Kataloq deyəndə kitab fondunda olan məlumat mənbələrinin siyahısı nəzərdə tutulur. Kartoteka müəyyən mövzuya aid bütün məlumatlar haqqında materialların siyahısıdır. Kataloqlar ya əlifba sırası ilə, ya da sis- tematik olaraq mövzuya uyğun qruplaşdırılır. Kataloqlardan düzgün istifadə etmək üçün, onların quruluşunun ümumi prinsiplərini bilmək lazımdır. Son illər kağız kataloqlar elektron hala keçirilsə də, hələ ki, bir çox kitabxanalarda onlardan istifadə olunur. Kağız şəklində və ya elektron formadan asılı olmayaraq kataloqların sistemi eynidir.
Əlifba kataloqları kataloq sistemlərində əsas yer tutur. Onların köməyi ilə hər hansı müəllifin kitabxanada yerləşən əsərlərini tapmaq mümkündür. Kataloqlara müəllifin adı, soyadı, kitabın adı, çap ili, nəşriyyat, kitabın həcmi və nəşri haqqında məlumatlar daxil edilir. Rəflərdə kitabların düzülüşü əlifba sırası ilə müəllifin adına görə yerləşir. Müəllifi olmayan kitablar adlarına görə düzülürlər. Əgər birinci sözlər üst-üst düşərsə onda kitabların düzülüşündə ikinci sözdən istifadə edilir. Eyni adlı müəlliflərdə onların inisiallarına üstünlük verilir.
Sistematik kataloqlarda kartlar məntiqi olaraq, ayrı-ayrı sahələr üzrə qruplaşdırılır. Onların köməyi ilə verilmiş mövzuya uyğun kitabxanada mövcud olan ədəbiyyatları tez bir zamanda axtarıb tapmaq mümkündür. Sistematik kataloqlarda kartlar ardıcıllığı müəyyən biblioqrafik təsnifatlara uyğun gəlir. Beynəlxalq aləmdə “Universal Onluq Təsnifatından (UOT)” istifadə edilir. Onluq prinsipinə əsaslanan bu təsnifatın köməyi ilə bilik və fəaliyyətin istiqaməti şərti olaraq UOT cədvəlində on hissəyə, onların hər biri isə daha on alt hissəyə, sonuncu da öz növbəsində daha on hissəyə və s. bölünürlər. Hər pillədə hər bir anlayış rəqəmli indeksə malik olur. Nəzəri cəhətdən bu ierarxiyanı sonsuz olaraq daha dar çərçivəyə salaraq davam etdirmək olar. Universal Onluq Təsnifatı 100 ildən artıqdır ki, dünyanın bütün ölkələrinin təbiət və texniki elm sahələri üzrə çap materiallarını sistemləşdirməyə xidmət edərək onlar arasında informasiya mübadiləsinin tənzimlənməsində önəmli rol oynayır. Onların tətbiqi universal və humanitar profilli kitabxanalarda tətbiqi nəzərdə tutulmur. Azərbaycanda UOT 1962-ci ildən etibarən daxil edilmişdir [48].
Elektron kataloqların adi kataloqlardan fərqi ondan ibarətdir ki, burada kitablar, broşürlər, konfrans materialları, məcmuələr haqqındakı informasiyalar avtomatlaşdırılmış kitabxana-informasiya sistemində rəqəm- sal halda saxlanılır və xüsusi proqramın köməyi ilə elmi ədəbiyyatın axta- rışına imkan verir. Bu, həm lokal, həm də veb-şəbəkəsi daxilində oxuculara ədəbiyyatların tez tapılmasına şərait yaradır.
Elektron kataloqlarla təchiz olunmuş kitabxana oxuculara müxtəlif elektron resurslarla xidmət göstərir:

      • Öz serverində və ya otaqlarında yerləşən resurslar. Buraya kitabxananın özünün yaratdığı və kənardan əldə etdiyi resursları daxil etmək olar.

      • Uzaqda olan resurslar. Kənarda olan informasiya mənbələrinə giriş çox zaman lisenziya əsasında baş verir.

      • Kitabxana tərəfindən qiymətləndirilən və onun biblioqrafiyasına daxil edilən elektron mənbələr. Kitabxana bu resursların keyfiyyətinə əmin olduqdan sonra onları öz oxucularına təklif edir.

      • Qalan bütün kənar elektron mənbələrə giriş. Bu resurslardan istifadə etmək oxucunun öz öhdəsinə verilir.

Hal-hazırda internetdə elmi işlərin aparılmasına yardım edə biləcək milyonlarla informasiyalar kitab və məqalə formasında yerləşdirilib. Məsələn, Rusiyanın elmi elektron kitabxanasına (www.elibrary.ru) giriş sərbəst olsa da, bir çox digər xarici elektron bazalarına (EBSCO, Springer, JSTOR və s.) giriş üçün fərdi müraciət etmək lazımdır və bu pulludur.
Azərbaycanda elektron kataloqların yaradılmasına 90-cı illərin ortasından başlanılıb. Hal-hazırda respublikanın bir çox kitabxanalarında İRBİS-64 (Rusiya) və VTLS-VİRTUA (ABŞ) proramlarından istifadə etməklə ədəbiyyatlar axtarışı həyata keçirilir [42]. Elektron kataloqun tərkib hissəsi proqram təminatı, texnoloji məhsul, informasiya məhsulu və aparat məhsulundan ibarətdir. Maşınlaoxunan informasiyalar daxil edilmiş bu verilənlər bazası həm də özündə biblioqrafik məlumatları cəmləşdirir. Bu kataloqlar göründüyü kimi onlayn kataloqlar olub, avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin alt sistemi sayılır.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin