Məhdud vaxtdan istifadə emək imkanlarını analiz etdikdə elmi işin icrasının iki fərqli aspekti özünü biruzə verir. Birinci yerdə effektivlik, yəni “zamandan səmərəli istifadə” və “zamanın idarəsi” kimi anlayışlar öndə durur. Digər tərəfdən “ölçü” və “zaman rifahı”, yəni iş vaxtı ilə asudə vaxt arasında balansın olması maraqlıdır. Araşdırmalar göstərir ki, tələbələr zamanın düzgün bölünməsinə elə ilk anlardan alışmalıdırlar. Əsasən də həm təhsil alıb, həm də işləyənlər üçün bu çox vacib bir amildir.
Təhsildə vaxt menecmenti:
Prioritetlərin işlənməsi (təhsil və şəxsi məqsədlər üçün);
Qarşıya qoyulmuş məqsəd üçün kritik uğur meyarlarının təyini;
Prioritetlərin ardıcıl düzülməsi.
Addım-addm irəliləməklə vaxtın planlanması:
Böyük tapşırığı kiçik iş paketlərinə böl!
Yüksək prioritetli işləri öncə həll et!
Əsas iş vaxtını vacib məsələnin həllinə ayır!
Tapşırıqları optimal kombinə etməklə yüksək səmərəliyə çalış!
Məsələləri sadələşdir və onların üzərində düşün!
Mütəxəssislərdən kömək xahiş et!
İşlər haqqında blok şəklində düşün (təxminən 90 dəq. boyunca)!
Fasilə etməyi və istirahəti unutma!
Şəkil 2. Vaxtın səmərəli menecmenti üçün təkliflər.
Vaxtın necə bölünməsi, hansı fəaliyyətə nə qədər vaxt ayrılmasını professional idarə edən “vaxt menecmenti”dir (şəkil 2.3). Vaxt menec- mentini düzgün mənimsədikdə təhsillə bağlı vacib işlərin vaxtında icrasına nail olmaq mümkündür. Burada istifadə olunan strategiya ondan ibarətdir ki, tapşırıqlar prioritetinə uyğun planlanır. Ən əlverişli variant görüləcək vacib və spontan yarana biləcək işlər üçün gündəlik vaxt planın tutulmasını şərtləndirir. Görülən işlərin bu plandan silinməsi, nəticəyə nəzarət və vaxt menecmentində motivasiya üçün bir vasitə rolunu oynayır. Vaxt menecmentinin tərkib hissəsi kimi tapşırıqların və özünü təşkil- etmənin menecmenti də yer alır.
Tapşırıq menecmenti tələbə qarşısında duran elmi tapşırıqların plan- lanması, idarəsi, nəzarəti və icrasını əhatə edir. Hər bir pillənin düzgün yerinə yetirilməsi ümumi işin uğurla başa vurulmasında önəmli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, tapşırıqların planlanmasında tələbə özünəməxsus öyrənmə metodunu və yeni informasiyaların mənimsəmə qa- biliyyətini də nəzərə almalıdır.
Vaxtın düzgün bölünməsi tələbələrdə “özünütəşkiletmə” qabiliyətinin səviyyəsindən asılıdır. Müəllimlər tərəfindən birbaşa idarəetmə olmadıqda, tədrisdə özünütəşkil bir çox mənbələrdə tələbələrin təhsil fəaliyyətinin bir növü kimi təsvir edilir. Sərbəst işin düzgün və adekvat təşkili qarşıda duran böyük spektrdə problemləri həll etməyə şərait yaradır və təhsilin, eləcə də tədqiqatın effektivliyini artırmaq üçün böyük ehtiyat rolunu oynayır. Bu baxımdan hər bir tədqiqat işinin uğurlu yerinə yetirilməsi tədqiqatçının özünütəşkiletmə qabiliyətindən birbaşa asılıdır. Tədqiqatçı öz intellektual və emosinal – iradə keyfiyyətləri ilə cizgilənən şəxsi qabiliyyəti əsasında öz işini səmərəli təşkil edir. Özünü təşkiletmənin əsas məqsədi:
Özünütəşkilin yüksək səviyyədə olması insanın öz həyatının təşkilində avtonomluğunu, onun sərbəst və şüurlu şəkildə məqsədi müəyyənlşdirmək, situasiyanı analiz etmək, qoyulmuş məqsədə çatmaq üçün işi model- ləşdirmək, onun qiymətləndirilməsi üçün meyarların təyini, eləcə də həm aralıq, həm də son nəticələrə nəzarət etmək və hər bir dəyişikliyə adekvat reaksiya vermək kimi keyfiyyət göstəricilərini səciyyələndirir. Özünü- təşkiletmə nə qədər yüksək səviyyədə olarsa, tələbə bir o qədər ona məlum olmayan, yeni situasiyalarda özünə inamlı, onun uğurları isə stabil və davamlı olur. Bu göstəricilər tələbəyə vaxtın yaxın və uzaq gələcək üçün düzgün planlanmasına, onun rasional təşkilinə imkan yaradır.