Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Şəkil 1. Elmi məqsədin işlənmə konsepti



Yüklə 0,79 Mb.
səhifə23/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Şəkil 1. Elmi məqsədin işlənmə konsepti.

Tədqiqatın əvvəlində qoyulmuş məqsəd iş prosesi zamanı dəyişikliklərə məruz qala bilər. İşin müəyyən mərhələsində ona yenidən baxılması, istiqa- mətinin korrekisya olunması lazım gəlir. Şəkil 2.2-də elmi məqsədin işlənməsində onun tərkib hissələrinin qarşılıqlı münasibətləri əyani təsvir edilmişdir. Yuxarıda qeyd edilən 3 elmi məqsədin həyata keçirilməsi bütün tədqiqatların əsas sütununu təşkil edir. O, şəklin sol tərəfində göstəril- mişdir. Sxemin mərkəzində əsas məqsədlərin reallaşdırılması üçün icra edilən praktiki addımlar ardıcıl təsvir edilir. Praktikada tədqiqat prosesləri adətən qeyd olunanların əksi istiqamətinə yönəlir. Şəklin sağ tərəfində göstərildiyi kimi, real nəticələr əsasında nəticə-səbəb araşdırılır və onun proqnozlaşdırılması üçün tədbirlər işlənir.


İşin icrası üçün vacib texniki baza
Tədqiqat prosesini uğurla başa vurmaq üçün yalnız optimal təşkil edilmiş iş prosesi kifayət etmir. Daha bir aspekt işin bünövrəsini təşkil edən amillərdir. Ali təhsil çərçivəsində görülən elmi işlərin reallaşması şübhəsiz lazımi proqram təminatına malik kompyüterin tətbiqi olmadan mümkün deyil. Tələbə şəxsi kompyüterə malik olmadıqda o ali məktəbdə tələbələrin sərbəst işləmələri üçün nəzərdə tutulmuş kompyüter otaqlarından istifadə edə bilər.
Mətn emalı proqramı ilə bərabər işin mövzusundan asılı olaraq qrafiklərin, cədvəl-şəkilli verilənlər bazasının, cədvəl kalkulyasiya proq- ramlarına, həmçinin internetə çıxışa imkan verən proqramların olması əhəmiyyətlidir. İşlənmiş qrafiklərin, cədvəllərin, yazılmış mətnlərin kompyüterin əsas yaddaşından əlavə ikinci mənbədə: disklərdə, stiklərdə və
s. yaddaşa verilməsi məsləhətdir. Bu, faylların müəyyən səbəblərdən itməsinin qarşısını almaq məqsədi daşıyır.

Təhsil və elmi–tədqiqat proseslərinə təsir edən psixoloji amillər


Elmi işin hansı elm sahəsində icrasından asılı olmayaraq, iş prossesini müşaiyət edən psixoloji proseslərə nəzər salmaq, bu amilləri analiz etmək ümumilikdə təhsil, həmçinin tədqiqat prosesinin asan təşkilinə yardım edir. Burada bir tərəfdən vaxtın düzgün bölünməsi, digər tərəfdən öyrənmənin psixoloji tərəfi və qorxunun üstələnməsinə yiyələnmək vərdişləri əsas rol oynayır. Bir çox hallarda tələbədə yaranan qorxu təkcə “elmə” qarşı olan münasibətlə bağlı deyil. Tələbənin və ya tədqiqatçınn psixoloji durumu, onun işlənilən elmi mövzu və bununla bağlı yerinə yetirilən tapşırıqlarla əlaqədar olan motivasiyası ilə sıx əlaqəlidir.
Ali məktəbdə təhsil orta məktəbdən onunla fərqlənir ki, tələbə seçdyi ixtisas üzrə öz−özünü inkişaf etdirməli, yeni biliklərin əldə edilməsi üçün həmişə motivasiyaya malik olmalı və mütəxəssis kimi yetişmək üçün məqsədyönlü hərəkət edərək öz yaradıcı fəaliyyətini təşkil etməyə məsuliyyətlə yanaşmalıdır.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin