Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə20/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

İlkin iş planının tərtibi


Plan əsasında işləmək, nə zaman, hansı məqsədlə nə etmək lazım olduğunu aydın bilmək, yəni elmi tədqiqat işinin vəzifələrini və metodlarını əvvəlcədən müəyyənləşdirmək deməkdir. İş planı müəyyən müddət üçün onun fəaliyyət proqramı kimi yerinə yetirilməlidir. Lakin bu, heç də o demək deyildir ki, bütün plan göstəriciləri mütləqdir və onları qətiyyən dəyişdirmək olmaz. Elmi əsaslandırma – planın yerinə yetirilməsi üçün mühüm amillərdəndir. Planlaşdırma – elmi uzaqgörənlik, tələb və imkanlara görə tədqiqat işinin yerinə yetirilməsi imkanlarının nəzərə alınması deməkdir. Plan göstəriciləri, müəyyən normalar əsasında sistemlərin əlaqəli təminatını özündə əks etdirməli, kor-koranə tərtib edilməməlidir
İlkin iş planı işlənən mövzunun məzmununun toplanmış ideyalar əsasında formalaşan ilk strukturunu göstərir. Bu plan işin əsas mərhələlərinin ardıcıllığı haqqında məlumat verərək onun əsas hissəsinin ilkin strukturunu ifadə edir. Giriş və nəticə arasına daxil olan elmi işin bu bölməsində:

        • Seçilmiş problemə aid elmin hazırkı vəziyyəti göstərilir;

        • Elmi arqumentlər irəli sürülür (məsələn: bir nəzəri işdə sübuta yetirmə və ya empirik tədqiqat üçün seçilmiş həll yolunun təsviri);

Nəzəri biliklərin artımı və ya empirik tədqiqatların nəticələrinin prezentasiyası aparılır.
İlkin iş planın tərtibi ilə elmi materialların toplanmasına istiqamət verilmiş olur. Materialın əldə edilməsi ilk növbədə ədəbiyyatların axtarışını əhatə edir. Elmi işdə qoyulmuş məqsəddən asılı olmayaraq həmişə ilkin olaraq artıq mövcud elmi nəticələrə (nəzəriyyə, empirik verilənlər və ya metodlar) istinad edilir. Empirik işlərdə materialın toplanması zamanı əsasən empirik mövzunun həcmi, ona ayrılmış vaxt və iş metodu nəzərə alınmalıdır.

Müh.6. Materialın toplanması. İş planının dəqiqləşdirilməsi və toplanmış materialın qiymətləndirilməsi. Mövzunun işlənməsi. İşin təhvili

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin