Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Şəkil 1.3. Elmi–tədqiqat işlərinin səmərəliyinin yoxlanılması



Yüklə 0,79 Mb.
səhifə17/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Şəkil 1.3. Elmi–tədqiqat işlərinin səmərəliyinin yoxlanılması.
İqtisadi səmərəliyin istehsal şəraitində təyin olunması nisbətən mürəkkəb prosesdir. O, yeni texnologiyaların tətbiqi, idarəetmə sistem- lərinin təkmilləşdirilməsi və s. proses təşkiledicilərinin səmərəliyini hər tərəfli öyrənməyi tələb edir. Bu zaman tədqiqat işlərinin aparılmasına çəkilən xərclər və onun tətbiqindən əldə olunan iqtisadi səmərə müqayisə edilir. Uzun müddətli tətbiq prosesində iqtisadi səmərəlik elmi proqramın
icra müddətində yer alan inteqral iqtisadi göstəricilər əsasında aparılır.
Tətbiqi araşdırmaların səmərəliyini qiymətləndirmək nisbətən asandır. Bu halda müxtəlif fərqli kəmiyyət meyarlarından istifadə edilir. İstənilən tədqiqat işlərinin səmərəliyi haqqında yalnız onun başa çatmasından sonra mühakimə yürütmək olar. Zaman amili burada əsas götürülür. Tətbiqi elmlərin nəticələrinin praktiki tətbiqi imkan daxilində qısa olmalıdır. Əlverişli zaman kəsiyi kimi 3 il götürülür. Bir çox tətbiqi elmlərin xalq təsərrüfatındakı səmərə vermə ehtimalı 80% civarındadır.
Nəticədə onu qeyd etmək lazımdır ki, elmitədqiqatların iqtisadi səmərəliyi sahədən və araşdırılan problemdən asılıdır. Uyğun olaraq istənilən elmitədqiqat işində tədqiqat mövzusunun seçilməsi və əsaslandırılması ilə barəbər onun praktiki əhəmiyyətinin də, öncədən bu və ya digər dəyərləndirmə sistemində qiymətləndirilməsi vacibdir.
Elmitədqiqat işlərinin səmərəliyindən danışanda ona çəkilən xərclərin nəzərdən keçirilməsi maraqlıdır. Elmə kapital yatırılması çox effektiv sahə sayılır. Dünya praktikası göstərir ki, elm bu sahəyə qoyulan kapitalı 100÷200% həddində geri qaytarır. Xarici iqtisadçıların hesablamalarına görə elmə qoyulan 1 dolların verdiyi mənfəət 4‒7 dollar həddindədir. Elmitədqiqat işlərinin səmərəli aparılması sənayenin inkişafı üçün vacib alət sayılır.
Əgər fundamental və tətbiqi tədqiqatlara qoyulan ümumi xərci vahid kimi qəbul etsək, onda yeni biliklərin istehsalına və onun xalq təsərrüfatı tərəfindən mənimsənilməsinə çəkilən xərclərin nisbəti 1:7 həddindədir (ABŞ-da bu nisbət 1:11) [14]. Bu onu göstərir ki, xalq təsərrüfatında yeni ideyaların tətbiqi üçün imkanlar məhduddur.
İqtisadiyyatda iki inkişaf yolu mövcuddur: ekstensiv və intensiv. Ekstensiv inkişaf mövcud sənaye gücünün sadəcə çoxaldılması (zavodların genişləndirilməsi, dəzgah sayının artırılması və s.) hesabına əldə edilir. İntensiv inkişaf yolu isə mövcud istehsalın daha səmərəli istifadə olunması hesabına daha çox məhsul istehsal etməyi tələb edir. Bu isə yalnılz elmitexniki tərəqqinin istehsala geniş tətbiqi sayəsində mümkündür.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin