İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ



Yüklə 297.36 Kb.
PDF просмотр
səhifə1/4
tarix07.12.2016
ölçüsü297.36 Kb.
  1   2   3   4

İran 

nümayəndə 

heyəti ATU-

da qonaq 

oldu

QIŞ İMTAHAN SESSİYASINA 

START VERİLDİ

“İlin ən yaxşı 

tələbə elmi 

tədqiqatçısı 

adı 

uğrunda” 

TƏHSİL  İSLAHATLARI  VƏ  ONUN  HƏYATA 

KEÇİRİLMƏSİNDƏ  KOLLEKTİV QARŞISINDA 

DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

 

 



 

 

 



           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 22 (1597) 31 dekabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê



BU  SAYIMIZDA 

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik 

Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Stomatoloji Klinikada eCligner 

metoduna aid konfrans keçirilib

6

Bir neçə dəqiqədən sonra 2013-cü il başlayır. 

2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur. 

2012-ci  ildə  Azərbaycanın  uğurlu,  dinamik 

inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran 

bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir.

2012-ci  ildə  Azərbaycan  iqtisadiyyatı  uğurla 

inkişaf  etmişdir.  İqtisadiyyatda  yenə  də  inkişaf 

özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir 

ki,  qeyri-neft  iqtisadiyyatımız  təxminən  10  faiz 

artmışdır.  Bu,  onu  göstərir  ki,  bizim  iqtisadi 

islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox 

təsirlidir.

İqtisadiyyatımız 

çoxşaxəli 

iqtisadiyyatdır. 

Əminəm  ki,  gələcək  illərdə  ölkəmizin 

dayanıqlı  iqtisadi  inkişafı  üçün  əlavə  imkanlar 

yaranacaqdır.  Bütün  iqtisadi  göstəricilər 

çox  yüksək  səviyyədədir.  Yoxsulluq  6  faizə 

düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən 

artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində 

bir milyon 100 mindən çox iş 

yeri  açılmışdır.  İş  yerlərinin 

açılması  bilavasitə  işsizliyin 

aradan qaldırılmasına xidmət 

göstərmişdir...

...Bu gün biz, eyni zamanda, 

Dünya  Azər bay canlılarının 

Həm rəy lik  Gününü  qeyd 

edirik.  Bu  fürsətdən  istifadə 

edərək dünyada yaşayan bütün azərbaycanlıları 

səmimi  qəlbdən  salamlayıram,  onları  təbrik 

edirəm.  Onlara  bildirmək  istəyirəm,  fəxr  edə 

bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan 

dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün 

dünyanın  bir  nömrəli  beynəlxalq  qurumunun 

-  BMT  Təhlükəsizlik  Şurasının  üzvüdür.  O 

dövlətdir  ki,  hətta  böhranlı  illərdə  öz  iqtisadi 

inkişafını  davam  etdirmiş,  öz  daxili  resursları 

üzərində  güclü  iqtisadi  zəmin  yaratmış  və 

gələcəyə  böyük  ümidlərlə,  böyük  nikbinliklə 

baxır.

Mən dünyada yaşayan bütün azərbaycanlıları 



bu 

gözəl 


bayramlar 

həm 



Dünya 

Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni 

il bayramı münasibətilə bir daha ürəkdən təbrik 

edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, 

xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!»



2

4

5

Азярбайъан  Республикасынын  Президенти  Илщам  Ялийев  Dünya 

Azərbaycanlılarının  Həmrəylik  Günü  və  Yeni  il  münasibətilə 

Azərbaycan xalqına мцраъият цнванлайыб. Мцраъиятдя дейилир:

«-Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

Азярбайъан Тибб Университетинин ректорлуьу

Щямкарлар Иттифагы Комитяси Университетин бцтцн ямяк­

дашларыны, о ъцмлядян профессор­мцяллим щейятини вя 

тялябялярини Дцнйа Азярбайъанлы ларынын Щямряйлийи 

Эцнц вя Йени ил мцнасибятиля тябрик едирляр!



http://www.amu.edu.az

31 dekabr 2014-ъц ил

2

Bundan 


sonra 

iclasın 


gündəliyi  diqqətə  çatdırıldı. 

Tədris  Metodik  və  İnnovasiya 

şöbəsinin  müdiri,  professor 

Akif  Qurbanovun  “Azərbaycan  

Tibb    Universitetində  təhsil  

islahatlari    və    onun    həyata 

keçirilməsində    kollektiv  qarşı-

sında  duran  vəzifələri”  barədə 

hesabatı dinlənildi.

A.Qurbanov  2012-2014  –

cü  illəri  əhatə  edən  hesabat 

məruzəsində  bildirdi  ki,    1999-

cu  ildə  Avropanın  29  ölkəsi 

“Boloniya  bəyannaməsi”  im-

zalamaqla  Avropada  vahid  ali 

təhsil  məkanının  formalaşdırıl-

ması üçün fəaliyyət prinsiplərini 

müəyyən etmişdir. Azərbaycan 

bu  “Bəyannamə”yə  2005-ci 

ildə  qoşulmuşdur.  2006-cı  ildə 

ATU-nun  rektoru,  akademik 

Ə.Əmiraslanovun  əmri və Bö-

yük Elmi Şuranın qərarı ilə tib-

bi-biologiya  fakültəsində  tədris 

kredit  sistemi  üzrə  təşkil  edil-

mişdir.


Avropa  Kredit  Sisteminə 

keçməsi 


ilə 

əlaqədar 

Azərbaycan 

Tibb 


Universitetində  artıq  10  ilə  ya-

xındır  ki,  təhsil  islahatlarının 

başlandığını  və  bu  yönümdə 

qısa müddət ərzində xeyli işlər 

görüldüyünü  söyləyən  şöbə 

müdiri    aparılan  islahatların 

tədrisin  təşkilindən  tutmuş, 

qiymətləndirmə 

meyarlarına 

qədər  bütün  tədris  prosesini 

əhatə etdiyini vurğuladı. 

Qeyd  etdi  ki,  tədris  prosesi-

nin  metodik  təminatını  daha 

da  təkmilləşdirmək,  təhsil  isla-

hatlarının  həyata  keçirilməsini 

intensivləşdirmək 

məqsədilə 

Azərbaycan 

Tibb 

Univer-


sitetinin 

rektoru 


akademik 

Ə.Əmiraslanovun müvafiq əmri 

ilə  tədris-metodik  şöbənin  adı 

dəyişdirilərək  “Tədris-metodik 

və  innovasiya  şöbəsi”  ad-

landırılmışdır.  Son  üç  ildə  bu 

şöbə  tibb  təhsilində  islahat-

lar  istiqamətində  bir  çox  işlər 

görmüş  və  müəyyən  tədbirlər 

həyata keçirmişdir.

Tibb  Universitetində  kredit 

sistemi ilə tədrisə yenicə başla-

mış kafedraların əməkdaşlarına 

metodik  kömək  məqsədilə  26 

sentyabr 2013-cü ildə keçirilən 

treninqdə  müəllimlərə  Avropa 

Kredit  Transfer  sistemi  üzrə 

tədrisin  prinsipləri,  təşkili  haq-

qında məlumatlar çatdırılmışdır.

  Tədris-metodik  və  innova-

siya  şöbəsi  yeni  yaradıldığı 

dövrdə  Tibb  Universitetində 

tələbələrin biliyi artıq test üsulu 

ilə  qiymətləndirilməyə  başla-

nılsa  da,  tərtib  edilən  testlərin 

keyfiyyətinin  qənaətbəxş  ol-

maması  səbəbindən  çoxsaylı 

apellyasiyalar  müşahidə  edi-

lirdi.  Elə  buna  görə  də  İnno-

vasiya  şöbəsi  ilk  olaraq  bu 

çətinliyin  həlli  üçün  fəaliyyətə 

başlamışdır.  Tezliklə  imtahan 

testlərinin  tərtibinə  metodik 

kömək  məqsədilə  “Test  tapşı-

rıqlarına  olan  tələblər,  onların 

tərtibi  qaydaları  və  eksperti-

zası”  adlı  metodik  tövsiyələr 

universitet 

müəllimlərinin 

istifadəsinə  verildi  (2012-ci  il). 

Bundan  əlavə,  bütün  kafedra-

ların müəllimlərilə 2012-ci il 3-5 

oktyabr  tarixlərində  test  tapşı-

rıqlarının  tərtibinə  dair  təlimlər 

keçirilmişdir. Bu təlimlərdə test 

tapşırıqlarının  müasir  təhsil 

sistemində  rolu,  onların  tərtib 

olunma  qaydaları,  ekspertizası 

və  test  üsulu  ilə  imtahanların 

aparılma  qaydaları  haqqında 

məlumatlar verilmişdir.

Elə  həmin  ildən  başlaya-

raq  imtahan  testlərinin  eks-

pertizası  və  qəbulunda  bir 

sıra  dəyişikliklər  aparılmışdır. 

Belə  ki,  kafedralarda  tərtib 

edilmiş  testlər  əvvəlcə  İnno-

vasiya  şöbəsində  ilkin  eks-

pertizadan  keçirildikdən  sonra 

Virtual  Test  Mərkəzində  fənn 

müəllim-ekspertləri  tərəfindən 

son  ekspertizadan  keçirilir  və 

ancaq  bundan  sonra  imta-

hanlarda  istifadə  edilir.  İmta-

han  testlərinin  ekspertizası  və 

qəbulunda  bu  cür  dəyişikliklər 

test  tapşırıqlarının  obyektivli-

yini  xeyli  artırmış  və  beləliklə, 

imtahanlardan  sonra  apell-

yasiyaların  sayı  əhəmiyyətli 

şəkildə  azalmışdır.  Test  tap-

şırıqlarının  təkmilləşdirilməsi 

istiqamətində oxşar tədbirlərin 

gələcəkdə 

də 

davam 


etdirilməsi nəzərdə tutulur.

Son 


illər 

ərzində 


Universitetdə  təhsil  islahatla-

rı  istiqamətində  məqsədyönlü 

fəaliyyətin  davam  etdirildiyi-

ni  bildirən  natiq  qeyd  etdi  ki, 

Türkiyə  Ege  Universitetinin 

Tibb təhsili kafedrasının müdiri, 

professor  Xalil  İbrahim  Durak 

Səhiyyə Nazirliyi Səhiyyə Sek-

torunda  İslahatlar  layihəsinin 

dəstəyi ilə 2012-ci il 13-18 sent-

yabr  tarixində  Tibb  Universite-

ti  müəllimlərinin  bir  qrupu  ilə 

“Tibb təhsilində müasir tenden-

siyalar” və 2013-cü il 8-12 aprel 

tarixində “Klinik tədris və baca-

rıqların qiymətləndirilməsi” adlı 

təlim  kursu  keçmişdir.  Hər  iki 

kursun  sonunda  dinləyicilərə 

sertifikatlar verilmişdir. 

A.Qurbanov  peşə  bacarıq-

larına  malik  olmadan  yüksək 

ixtisaslı  həkim  kadrları  ha-

zırlamağın  qeyri  mümkün-

lüyünü 


diqqətə 

çatdıraraq 

bildirdi  ki,  həkimlik  fəaliyyəti 

nəzəri  biliklərin  təcrübi,  ya-

xud  klinik  bacarıqlar  (peşə 

vərdişləri)  ilə  birgə  tədrisini  və 

qiymətləndirilməsini  tələb  edir. 

Bu  bacarıqların  əksəriyyəti 

tələbələrdə peşə vərdişlərin for-

malaşması ilə müşayiət olunur, 

yəni tələbə müəyyən bir baca-

rığa malik olduqdan sonra onu 

peşə vərdişi səviyyəsinə qədər 

təkmilləşdirməlidir.    Beləliklə, 

tələbələr  təhsil  müddətində 

təcrübi,  yaxud  klinik  bacarıq-

lar  (peşə  vərdişləri)  də  əldə 

etməlidirlər. 

Bunu  nəzərə  alaraq  Tibb 

Universitetində  gələcək  həkim 

kadrların  peşəkarlığını  artır-

maq  məqsədilə  bacarıqların 

tədrisinə başlanmışdır. Hazırda 

təcrübi  və  klinik  bacarıqların 

tədrisi  və  qiymətləndirilməsi 

diqqət  mərkəzində  qalmaq-

dadır.  Universitet  rektorunun 

müvafiq  əmri  ilə  hər  bir  ixti-

sas  istiqamətində  müvafiq 

fənlərdən  lazım  olan  mini-

mum  bacarıqların  tədrisini  və 

qiymətləndirilməsini 

həyata 

keçirmək  üçün  əmr  imzalan-



mışdır.  Əmrə  müvafiq  olaraq 

müəyyən  fənlərdən  10  ba-

carıq  siyahısı  hazırlanmış-

dır  ki,  bu  bacarıqlar  gündəlik 

dərslərdə  tələbələrə  öyrədilir 

və  hər  bir  bacarığa  1  bal 

verilməklə 

qiymətləndirilir, 

yəni  bacarıqlar  öyrədilən  fən-

lərdən  cari  qiymətləndirmə 

üçün  nəzərdə  tutulmuş  30  ba-

lın  10  balı  məhz  bacarıqların 

qiymətləndirilməsinə  ayrılmış-

dır.


Şöbənin  əməkdaşlarının  Ba-

loniya  prosesi  üzrə  tədrisin 

keyfiyyətinin  yüksəldilməsinə 

dair bəzi beynəlxalq layihələrdə 

də  iştirak  etdiyini  bildirən 

A.Qurbanov  layihələrin  əsas 

məqsədlərini  diqqətə  çatdır-

mışdır.


  Azərbaycan  Tibb  Univer-

siteti  mərkəzi  ofisi  Londonda 

yerləşən  QS  World  Univer-

sity  Rankings  Qlobal  reytinq 

sistemində  qeydiyyatdan  keç-

mişdir.  Bu  prosesdə  İnnovasi-

ya  şöbəsi  Beynlxalq  əlaqələr 

şöbəsi ilə birlıkdə iştirak etmiş-

dir. Onu da qeyd etmək lazımdır 

ki, dünyada ilk 500 yerdə duran 

universitetlər sırasında cəmi bir 

neçə tibb universiteti var.

Təhsil  islahatları  sahəsində 

qarşıda  duran  vəzifələrdən 

söhbət açan şöbə müdiri bildir-

di ki, yekun qiymətləndirmələrin 

aparılması 

üçün 


tərtib 

edilən  testlərin  keyfiyyətinin 

yüksəldilməsi,  test  bankının 

yaradılması  zəruridir.  Eyni  za-

manda  bacarıqların  tədrisinə 

və 


tələbə 

məmnunluğuna 

diqqət  artırılmalıdır.  Hər  bir 

tələbə onun bacarığının obyek-

tiv  qiymətləndiriləcəyinə  əmin 

olmalıdır.

Müalicə  işi  ixtisası  üzrə  ye-

kun  Dövlət  attestasiyası  üçün 

Bacarıq  imtahanlarına  (OSKİ) 

hazırlığın  yüksək  səviyyədə 

aparılmasına,  universitetin  veb 

saytının 

təkmilləşdirilməsinə 

də  toxunan  məruzəçi  diqqətə 

çatdırdı ki, Tibb Universitetində 

həllini  gözləyən  məsələlərdən 

biri də dərslik və dərs vəsaitləri 

ilə  əlaqədardır.  Son  illər  bu 

sahədə  mühüm  işlər  görülsə 

də,  bəzi  fənlərdən  dərsliklərin 

keyfiyyətini    hələ  də  tam 

qənaətbəxş  hesab  etmək  ol-

maz.

Universitetin  tədris  işləri 



üzrə  prorektoru  Sabir  Əliyev, 

tədris  hissə  müdiri  Nəsimi 

Qasımov,  tibbi  profilaktika 

və  tibbi  biologiya  fakültəsinin 

dekanı  Aydın  Məmmədov, 

beynəlxalq  əlaqələr  şöbəsinin 

müdiri  Rəhimə  Qabulova,  ka-

fedra  müdirləri  Arif  Əfəndiyev, 

Ədalət  Həsənov  və  Çingiz 

Rəhimov  hesabatı  qənaətbəxş 

qiymətləndirərək  tədris  is-

lahatları  ilə  bağlı  fikirlərini 

və  təkliflərini  şura  üzvləri  ilə 

bölüşdülər.

Ə.Əmiraslanov 

müzakirə-

lərə  yekun  vuraraq  məruzə  və 

çıxışlarda  səslənən  fikirlərə 

münasibətini  açıqladı:  “Bi-

zim  üçün  son  dərəcə  mü-

hüm  əhəmiyyət  kəsb  edən  bir 

məsələni müzakirə edirik. Neçə 

illərdir  ki,  tədris  kredit  sistemi 

ilə  aparılır,  ancaq    bu  sistemi 

Avropada  tətbiq  edildiyi  kimi 

Azərbaycana köçürmək olmaz. 

Müəyyən  xüsusiyyətlər  nəzərə 

alınmalı, dəyişikliklər aparılma-

lıdır.  Tədris  elə  bir  sahədir  ki, 

burada  nə  tələskənliyə,  nə  də 

gecikməyə  yol  verilməməlidir. 

Əgər  yadınızdadırsa,  başqala-

rının  təcrübəsini  öyrənərək  bu 

sistemə  ən  gec  keçənlərdən 

biri biz olduq”. 

Xüsusilə,  tələbəyə  semestr 

boyu verilən 50 balla bağlı nara-

zılıqların  olduğunu  vurğulayan 

rektor bəzi kafedra müdirlərinə 

kəskin iradlarını bildirdi. Köhnə 

qaydada 

çoxsəhifəli 

refa-

ratlar  yazdırmaqla  tədrisin 



keyfiyyətini yüksəltməyin müm-

künsüzlüyünü  dilə  gətirən  rek-

tor bildirdi ki, bu işə yaradıcı ya-

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A



Böyük Elmi Şuranın dekabrın 29-da keçirilən növbəti yığın-



cağını açan universitetin rektoru, Milli Məclisin deputatı akademik 

Əhliman Əmiraslanov əvvəlcə farmakologiya kafedrasının müdiri, 

professor Musa Qəniyevi 60 illik yubileyi münasibətilə təbrik etdi. 

Universitetin “Fəxri Fərmanı” yubilyara təqdim olundu. Professor 

Musa Qəniyev  ona göstərilən diqqət və qayğıya görə universitet 

rəhbərliyinə, Böyük Elmi Şuranın üzvlərinə və şəxsən akademik 

Əhliman Əmiraslanova öz təşəkkürünü bildirərək belə bir kollektivdə 

çalışmaqdan qürur duyduğunu dedi.

TƏHSİL  İSLAHATLARI  VƏ  ONUN  HƏYATA KEÇİRİLMƏSİNDƏ  

KOLLEKTİV QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

31 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

3

B

u  günlərdə  Azərbaycan  Tibb  Uni-

versitetinin I Daxili xəstəliklər və 

reanimatologiya  kafedrasının  do-

senti, Tədris Terapevtik Klinikasının kardi-

ologiya şöbəsinin müdiri, tibb eləmləri üzrə 

fəlsəfə  doktoru,  Azərbaycan  Jurnalistlər 

Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı la-

ureatı Nağdəli Zamanovun “Heydər Əliyev 

və Azərbaycan nitq mədəniyyəti” kitabının 

II cildi işıq üzü görmüşdür. 

Kitaba  AMEA-nın  müxbir  üzvü,  filolo-

giya  elmləri  doktoru,  professor  Nizami 

Cəfərov  ön  söz  yazmışdır.  Professor 

N.Cəfərov  Heydər  Əliyevin  fəaliyyətinin, 

xüsusən  XX  əsr  Azərbaycan  siyasi  na-

tiqliyinin  təşəkkül  tapmasında  mühüm 

rolu  olduğunu  qeyd  edir.  O,  bu  sahədə 

bir  sıra    elm  adamlarının  Heydər  Əliyev 

və  Azərbaycan  nitq  mədəniyyətinin  XXI 

əsrdə  hərtərəfli  öyrənilməsinin  əsasını 

qoyduqlarını da göstərir. Nağdəli Zama-

novun  “Heydər  Əliyev  və  Azərbaycan 

nitq  mədəniyyəti”  kitabının  işıq  üzü 

görməsinin də məhz bu elm adamlarının, 

fədakar  insanların  zəhməti  sayəsində 

meydana gəlməsini də qeyd edir.

Kitabın  I  cildində  Azərbaycan  nitq 

mədəniyyətinin  inkişafında,  müdafiə 

olunmasında  ümummilli  lider  Heydər 

Əliyevin  əməyindən  Azərbaycan  dilinin 

danışıq, söz çalarlarından, az qala gənc 

nəsil  tərəfindən  unudulacaq  sözlərin  

yenidən 


həyata 

qaytarılmasından 

bəhs  edən  giriş  və  sonluqlar,  fəlsəfilik, 

səmimiyyət,  qətiyyət,  nikbinlik,  poetizm, 

proqnozlar kimi elementlər və onun fərdi 

üslubu  araşdırılmışdır.  Həmçinin  müəllif 

indiki  dövrdə  Azərbaycan  Respublika-

sının  prezidenti  İlham  Əliyevin  dilimizin 

qorunması  və  inkişafı  ilə  baglı  verdiyi 

sərəncamları  da  xatırlatmaqla  dil  haq-

qında dövlət siyasətini açıqlayıb, həm də 

dövlət və dil dialektik vəhdətini işıqlandı-

rıb. 

İxtisasca  həkim  olsa  da,  Nağdəli  Za-



manovun  apardığı  bu  elmi-tədqiqat 

işləri  dilçi-mütəxəssis  alimlər  tərəfindən 

rəğbətlə  qarşılanmış,  onun  əməyi 

dəyərincə  qiymətləndirilmişdir.  Bunu  ki-

tabın AMEA-nın Mərkəzi Kitabxanasında 

Heydər  Əliyev  irsinin  təbliği  şöbəsində, 

həm  də  Aşıq  Şəmşır  Mədəniyyət  Oca-

ğı  İctimai  Birliyində  təqdimatların 

keçirilməsində alimlərin, çıxış edən şair, 

yazıçı  və  jurnalistlərin  kitab  haqqında 

yüksək və dəyərli fikir söyləmələri də sü-

but edir. 

“Heydər  Əliyev  və  Azərbaycan  nitq 

mədəniyyəti”  kitabının  II  cildi  də  ulu 

öndərin  nitq  və  çıxışlarının  araşdırıl-

masından  bəhs  edir.  Bu  cilddə  də  əsas 

nitq hissələrinin –  say, əvəzlik, fel, zərf 

və köməkçi nitq hissələrinin - ədat, qoş-

ma, bağlayıcı, modal söz kimi üslubiyyat 

yaratmaq  xüsusiyyətləri  Heydər  Əliyev 

nitqlərində dəqiqliklə araşdırılmışdır.

Beləliklə, “Heydər Əliyev və Azərbaycan 

nitq  mədəniyyəti”  kitabının  II  cildi  11 

fəsildən ibarətdir. Bu fəsillər əsasən nitq 

hissələrinin,  köməkçi  nitq  hissələrinin, 

frazeoloji  birləşmələrin,  sinonimlərin, 

əlavələrin,  təkrarların,  riotorik  sualların, 

mürəkkəb  cümlələrin,  neologizmlərin 

və  antroponomik  müqayisələrin  dilçi-

lik  elm  tarixində  gələcək  nəsillər  üçün 

mühüm  əhəmiyyət  kəsb  edəcək    elmi-

tədqiqat  əsəri  kimi  Azərbaycan  dilinin  

nitq mədəniyyətinin inkişafında böyük rol 

oynayacaq.



Saşa  Əliyev,

Əsaslı Kitabxananın direktorunun, 

elmi işlər üzrə müavini, Azərbaycan 

Jurnalistlər Birliyinin üzvü 

“Heydər Əliyev və 

Azərbaycan nitq mədəniyyəti”

D

ekabrın 23- də   İran İslam Res-

publikasının bir qrup nümayəndə 

heyəti- İran XİN-in Xaricdə Yaşayan 

İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid 

Kazım Səccadi, İran Səhiyyə Nazirliyinin 

Dəyərləndirmə idarəsinin müdiri  doktor 

Əkbəri,  İranın ölkəmizdəki  səfiri Möhsün 

Pak Ayin və İranın Azərbaycandakı kon-

sulluğunun rəhbəri Nasr Vətənlə  birlikdə 

Azərbaycan Tibb Universitetində  olub.

Qonaqları    səmimiyyətlə  qarşılayan 

universitetin  rektoru,  millət  vəkili,  aka-

demik  Əhliman    Əmiraslanov  onları 

universitetimizdə  görməkdən  məm-

nun  olduğunu  bildirdi.    Nümayəndə 

heyətini  universitetimiz haqqında məlu-

matlandıran    rektor  rəhbərlik  etdiyi  bu 

təhsil  müəssisəsinin  maddi-texniki  ba-

zası, eləcə də hazırkı təhsilin səviyyəsi, 

tədrisin strukturu  və potensial imkanları 

barədə  ətraflı məlumat verdi.  O, diqqətə 

çatdırdı ki, artıq 85 yaşına gəlib çatan bu 

tədris  ocağı  ölkədə  yeganə  tibb  təhsili 

verən ali məktəbdir. Ötən müddət ərzində 

70 mindən çox həkim və 

əczaçı kadrlar hazırlayan 

bu  tədris  müəssisəsinin 

beynəlxalq 

əlaqələri 

genişlənib,  dünyanın  nü-

fuzlu  universitetləri  ilə 

sıx təmaslar qurub,  artıq 

neçə  ildir  burada  təhsil 

Avropa  baloniya  sistemi 

liə aparılır.

Akademik 

qeyd 


etdi 

ki, 


Azərbaycan 

müstəqillik  dövrünü  qa-

zandıqdan  sonra  ölkə 

rəhbərliyinin  diqqət  və 

qayğısı    sayəsində  mü-

asir  standartlara  tam 

cavab  verə  bilən  dörd  universitet  klini-

kası  yaradılıb.  Əvvəllər  şəhərin  müxtəlif 

xəstəxanalarında  yerləşmiş  kafedraların 

bir bazada toplanmasına, eləcə də klinik 

fənlərin daha müasir şəraitdə tədris olun-

masına şərait yaranmışdır.

ATU-da  təhsil  alan  əcnəbi  tələbələrə 

gəlincə,  rektor  bildirdi  ki,  universitetin 

1000-dən  çox  xarici  tələbəsi  var.  On-

lar  arasında  İran,  Türkiyə  və  İraqdan  

gələn  tələbələr üstünlük təşkil edir. Son 

vaxtlar  xarici  tələbələrin  səviyyəsinin 

xeyli  yüksəldiyini  və  bu  yüksəlişin  iranlı 

tələbələrə də aid olduğunu deyən rektor: 

“Lakin bəziləri isə bura dərs oxumaq üçün 

yox,  ticarət  üçün  gəlirlər.  Mən  həmişə 

deyirəm ki, ticarətlə təhsil tutmaz”. İran-

dan  gələn  tələbələr  arasında  zəif  ha-

zırlıqlı  tələbələrin  də  olduğunu  qonaq-

ların  nəzərinə  çatdıran  Ə.Əmiraslanov:  

“Əvvəlki  illər  belə  tələbələrə  bir  sıra 

güzəştlər edilirdisə, indi bu məsələyə çox 

ciddi baxırıq. Onlarla ardıcıl izahat işləri 

aparmaqla yanaşı belə tələbələrin sayını 

minimuma endirməyə çalışırıq, bəzən də 

elə olur ki, belə tələbələri universitetdən 

kənarlaşdırırıq”. 

Tibb  üzrə  diplomların  İranda  tanınma-

masının  mənfi  təsirinə  də  toxunan  rek-

tor  bəzən universitetimiz  haqqında yal-

nış  təsəvvürün  formalaşmasına  diqqət 

yönəltdi. Dünyanın 28 ölkəsində çalışan 

məzunlarımızın  uğurlarından  söhbət 

açaraq İrandan bura gələn tələbələrin bi-

lik səviyyəsinin aşağı olmasının səbəbini 

də qonaqlara izah etdi.  Hal-hazırda İran 

universitetləri  ilə  əlaqələrin  qənaətbəxş 

olmadığını  söyləyən  universitetin  rəh-

bəri  bu  əlaqələri  genişləndirməyin 

vacib liyini  önə  çəkərək  dedi  ki,  İran 

universitetlərinin  rektorlarını  ölkəmizə 

dəvət etmək, müştərək konfranslar, sim-

poziumlar keçirmək imkanlarımız var. 

Səmimi qəbula və çox faydalı söhbətə 

görə  akademik  Ə.Əmiraslanova  təşək-

kürünu bildirən səfir Möhsün Pak Ayin bil-

dirdi ki  bura gəlməzdən öncə universite-

tin klinikalarını gəziblər, onların iş şəraiti, 

mövcud potensial imkanları  ilə yaxından 

tanış  olublar.  Bu  kilnikaların  dünyanın 

inkişaf etmiş klinikalarından heç də geri 

qalmadığını  dilə  gətirən  səfir  dedi:”  Biz 

heç bir ölkəni Azərbaycandan üstün tuta 

bilmərik.  Çalışmalıyıq  ki,  əlaqələrimiz 

əməli  olsun,      universitetlərimz    arasın-

da tələbə, müəllim mübadiləsi aparılsın. 

Sizə təşəkkür edirik ki, iranlı tələbələrdən 

təhsil  keyfiyyəti  tələb  edirsiniz.  Biz 

nümayəndə heyəti ilə birlikdə tələbələrlə 

də  görüşdük,  onları  narahat  edən 

məsələlərlə maraqlandıq.  Tələbələr  bu-

rada göstərilən diqqət və qayğıdan  çox 

razıdırlar”.   

Görüş  zamanı  gələcəkdə  İran  univer-

sitetləri  ilə  Azərbaycan  Tibb  Univer-

siteti  arasında  əlaqələrin    daha  da 

möhkəmləndirilməsi,  tələbələrin  ya-

taqxana 


təminatı, 

tələbə-müəllim 

mübadiləsinin  aparılması  və    təhsil 

sahəsində bəzi məsələlərin nizamlanma-

sı məqsədilə əməkdaşlıq sazişinin imza-

lanması haqqında razılığa gəlindi.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə