Zakir AĞDAMLI
həkumşair
Göy üzü tutulanda,
Qara bulud dolanda,
Külək qanad çalanda
Anamı axtarıram.
Qaranlıqlar çökəndə,
Göydən yağış tökəndə,
Dan yeri söküləndə
Anamı axtarıram.
Qızlar gəlin köçəndə,
Sevinəndə, güləndə,
Xonçalar bəzənəndə
Anamı axtarıram.
Taleyimdən küsəndə,
Ağlayanda, güləndə,
Yarpaq kimi əsəndə
Anamı axtarıram.
Ulduzlar nur salanda,
Dalğalar çırpınanda,
Dönüb uşaq olanda
Anamı axtarıram.
Quşlar cəh-cəh vuranda,
Bülbüllər oxuyanda,
Durnalar qayıdanda
Anamı axtarıram.
Pəri İSAQOVA
ATUnun əməkdaşı
Oxucularımızın yaradıcılığı
HAZIR OL, ƏSGƏR!
HAZIR OL, ƏSGƏR!
ANAMI AXTARIRAM
ANAMI AXTARIRAM
Dostları ilə paylaş: |