Yeni il Böyük Britaniyada
Böyük Britaniyada bayram günü evdə
ideal təmizlik və qanun-qayda hökm
sürməlidir. Gecə düşərkən ailənin baş-
çısı illərin yerdəyişməsi üçün evin bü-
tün qapılarını geniş açır. Daha sonra
qapı bağlanır və evə ilk gələcək qonaq
həyəcan və səbirsizliklə gözlənilir. İnanca
görə ilin necə keçəcəyi içəri girən ada-
mın görkəmindən çox asılıdır. Qadınlar,
sarışınlar və əsmərlər o qədər də arzuo-
lunan deyillər. Ən uğurlu qonaq kurən kişi
hesab olunur. Dəhşətli hadisə, çatmaqaş
adamın içəri girməsinə qarşı isə o dəqiqə
ehtiyat tədbirləri görülür. Ocağa duz atılır,
qapıdan xaç asılır. Gələn qonaq özüylə
viski, şirin çörək və kömür gətirməlidir.
Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı
daha gur yansın.
Dostları ilə paylaş: |