Yeni il İtaliyada
İtaliyalı uşaqların isə Şaxta babaları
yox, Şaxta nənələri var. Onun adı Be-
fan nənədir. Bu ölkədə Yeni ili bərkdən
qışqıraraq qarşılamaq adəti var. Uca-
dan danışmaq italyanlar üçün adi hal
olsa da Yeni il gecəsi onlar öz səslərinə
tam sərbəstlik verirlər. Beləcə onlar həm
də köhnə ilə vidalaşırlar. Əgər Yeni il
bayramı ərəfəsində təsadüfən Roma
küçələrindən keçsəniz ehtiyatlı olun.
Çünki pəncərələrdən atılan köhnə ev
əşyalarına hədəf ola bilərsiniz. İtalyan-
lar hesab edirlər ki, Yeni ilin astanasında
bütün pis fikirlərdən və köhnə əşyalardan
xilas olmaq lazımdır.
Dostları ilə paylaş: |