qadin.net
Xalq təbabəti ilə
soyuqdəymədən xilas olaq
Qış aylarının ən
faydalı tərəvəzi
u
Qüsurlar multifaktor
patologiyadır. Genetik
mutasiyalar və düzgün
fəaliyyət göstərməyən genlər bəzi
xəstəliklərə müəyyən təsir göstərir.
İnkişaf qüsurlarının çoxu uşaq
doğularkən və ya ana bətnində ikən
özünü büruzə verir.
Britaniya tədqiqatçıları müxtəlif
inkişaf pozuntuları olan 1133 uşağın
və onların valideynlərinin genom-
larını təhlil ediblər. AzərTAc “Zee
News” saytına istinadən xəbər
verir ki, ürək qüsurları və qıcolma-
larla, psixi inkişaf problemləri ilə
müəyyən əlaqəsi olan 12 gen aşkar
edilib.
Hələlik bu genlərin xəstəliklərə
təsiri dərəcəsini müəyyən etmək
çətindir, amma bu istiqamətdə iş
aparılır. Alimlər əldə edilənlərlə
kifayətlənməməyi və 12 min ailədə
genetik təhlil aparmağı planlaşdı-
rırlar.
Qlobal araşdırma ciddi inki-
şaf qüsurlarının əksəriyyətini və
onların formalaşmasında genlərin
rolunu nəzərdən keçirməyə imkan
verəcəkdir. Ola bilsin ki, gələcəkdə
bu xəstəlikləri ən ilkin mərhələlərdə
aşkar etmək və patologiyanın qar-
şısını almaq üçün genomda təshih
aparmaq mümkün olacaqdır.
u
Dostları ilə paylaş: |