Modern az xarici mətbuata istinadən xəbər verir ki, alimlər insan ömrünü uzada biləcək tövsiyyələrini veriblər. Bu tövsiyyələrə əməl etməklə insan öz ömrünü uzada bilər. Beləliklə, insan ömrünü uzada biləcək faktorlar: Birinci



Yüklə 17,69 Kb.
tarix10.04.2023
ölçüsü17,69 Kb.
#95546
Uzunömürlülüyün 10 sirri


Uzunömürlülüyün 10 sirri
Alimlər uzunömürlüyün 10 sirrini müəyyən ediblər. Heç kimə sirr deyil ki, insan ömrü 25 faiz irsi, 75 faiz isə qazanılmış faktorlardan asılıdır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər insan ömrünü uzada biləcək tövsiyyələrini veriblər. Bu tövsiyyələrə əməl etməklə insan öz ömrünü uzada bilər. Beləliklə, insan ömrünü uzada biləcək faktorlar:


Birinci faktor – alimlər ilk növbədə uzunömürlüyə müsbət təsir edən alma yeməyi məsləhət görür. Britaniyadakı Qida İnstitutunun alimləri hesab edir ki, adi alma gəncliyi uzadır. Alimlərə görə qida rasiona gündəlik olaraq alma əlavə olunması ömrü uzadır. Mütəxəssislər almanın tərkibində epikatexin maddəsini aşkar ediblər, bu maddə yaşıl çayın tərkibindəki polifenollara oxşardır. Onlar qan damarlarının elastikliyini bərpa edir, immuniteti gücləndirir. Alimlər qida rasionunda müntəzəm surətdə almadan istifədə etmiş könüllülər üzərində tədəiqat aparıblar. Məlum olub ki, onların ürək-damar sistemi pasportlarındakı yaşla müqayisədə 17 yaş cavandır.


İkinci faktor - acı şokoladdır. Avropalı dermatoloqlar müəyyən ediblər ki, hər gün yeyilən bir neçə parça şokolad üzlərdə qırışların əməl gəlməsinin qarşısını alır və dəri xərçənginin yaranması riskini azaldır. Bunun səbəbi kmi şokoladın tərkibində olan flavonidlər göstərilir. Bu maddə kakaonun da tərkibində var. Acı şokoladın tərkibində flavonidlərin miqdarı 70 faiz təşkil edir.
Üçüncü faktor - efir yağlarıdır. Antioksidant maddələr qida qəbulu nəticəsində orqanizmdə yaranan sərbəst radikallardan orqanizmi qoruyur. Yaşlandıqca sərbəst radikallar yığılır və ətrafdakı bütün toxumaları dağıdır. Ekspertlər qeyd edir ki, ən səmərəli antioksidant maddələr adi ədviyyatların tərkibində olan efir yağları ola bilər. Alimlərə görə içməli suya əlavə olunan efir yağı xərçəngin qarşısını alır.


Dördüncü faktor – hər şeyi bağışlamaq bacarığı ilə bağlıdır. Amerika alimlərinin insan ömrünü uzatmağa dair öz baxışları var. Onlar qeyd edir ki, uzun müddət gənc qalmaq istəyən insan ilk növbədə bağışamağı bacarmağı öyrənməlidir. Psixoloqlar xristianların ateistlərdən nəyə görə uzun ömür sürməsi səbəblərini öyrənməyə uzun illər sərf ediblər. Və belə bir nəticəyə gəliblər ki, səbəb bağışlaya bilmək qabiliyyətindədir. Məhz bağışlaya bilmək bacarığı mominlərə stres vəziyyətdən tez çıxmağa kömək edir.


Beşinci faktor – fiziki fəallıqla bağlıdır. Müntəzəm fiziki əmək qanda xolesterinin miqdarını azaldır. Və bu elmi surətdə təsdiqlənmiş faktdır. Məlumdur ki, məhz “pis” xolesterinin miqdarının artması ilə ateroskleroz xəstəliyi, ürəyin işemik xəstəliyi, ürəyin koronar, infarkt xəstəliyi yaranır. Buna görə də idman olmadan uzun müddətli gənclik mümkün deyil.
Altıncı faktor – ağıllı arvaddır. İsveç alimləri hesab edir ki, ömrü uzatmağın kifayət qədər sadə vasitəsi var. Bir sıra evli ailələrin həyatını yaxından öyrənən alimlər müəyyən ediblər ki, ərlərin uzunömürlülüyü birbaşa onlarıın qadınlarının intellekt və inkişaf səviyyəsindən asılıdır. Bununla belə, kişilərin əqli qabiliyyəti elə də rol oynamır.


Yeddinci faktor – hərəkətdir. Həkimlər hesab edir ki, gəncliyi qoruyub saxlamaq üçün müntəzm olaraq idman meydanlarına getmək, hər zaman hərəkətdə olmaq, həyatda fəal addımlar atmaq lazımdır. Bu zaman insanın çəkisinin elə də əhəmiyyəti yoxdur.


Səkkizinci faktor- natural kofedir. Müntəzəm surətdə kofe içmək prostat vəzinin xərçənginə qarşı mübarizədə ən yaxşı profilaktik vasitədir. Harvard Universitetinin professorları hesab edir ki, hər gün kofe içən kişilərdə prostotın şiş xəstəliyinə 60 faiz az rast gəlinir.
Doqquzuncu faktor – dərin yuxu. Əgər qadın gün ərzində 8 saatdan az yatırsa, onda ürək xəstəliyinə tutulma riski artır. Bunun səbəbi odur ki, müntəzəm olaraq tam yuxu almamaq qadınların qanında yüksək aktivli proteynin miqdarını artırır, bu isə öz növbəsində ürək-damar patologiyalarına yol açır.
Onuncu faktor – tamhəcmi qidalanmadır. Dietoloqlar hesab edir ki, bitki mənşəli yeməklərə daha çox üstünlük vermək lazımdır. Lakin heyvan mənşəli qidalardan da imtina etmək olmaz, əks halda bu orqanizmə mənfi təsir edə bilər
Yüklə 17,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin